Məhkəmə qərarları › İş №2-2(108)-1/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-1/2021

24.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-1/2021 24.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdeh1 və onun vəkili Vəkil2, Cavabdeh3 və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və malların icazəsiz olaraq 3 il ərzində istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları olmaqla, ümumilikdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəm olaraq 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları ödənilməsi barəd ə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi travmalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbi barədə kommersiya mübahisəsinə dair Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (sədrlik edən hakim E.F.Salmanov) 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı y üz) ABŞ dolları, ondan fabrik və malların icazəsiz olaraq 3 il ərzində istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları tələbi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi travmalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbi əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və onun vəkili 04 avqust 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsinin ləğv olunm ası və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2017-ci il tarixdə barışıq sazişinin əsasında işin icraatına xitam verilməsi ilə bağlı olan iclasında mülki iş üzrə cavabdeh olan Cavabdeh1 məhkəməyə verdiyi izahatında mübahisələndirilən obyekti aldığını, lakin həmin əmlakın yəni şlanqların Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verildiyini, orada olan xammalın satıldığını, dəyərinin Yusifə verildiyini göstərmişdir. Ancaq qeyd etmək lazımdır ki, stadionun oturacaqlarından istehsal olunan kroşka yəni xammal ən bahalı plastik növüdür. Həmin kateqoriyadan olan xamma lın iki il əvvəl tonu 1100 (bir min yüz) ABŞ dollarına İran İslam Respublikasından alıb Azərbaycana satmışdır. Həmin alqı-satqı sənədlərini məhkəməyə təqdim etmişdir. Ona görə də bu malın ən aşağı qiyməti 13400 (on üç min dörd yüz) ABŞ dolları edir. Şəhriyar izahatında həmin 12,180 (on iki ton yüz səksən kiloqram) ton xammalı 4500 (dörd min beş yüz) manata sataraq pulunu Yusifə verdiyini bildirmişdir. Yusif bu pulu kirayə haqqı kimi hesablayır. Kirayə verən adam onun mallarının qarantisi qismində çıxış etməli idi. Həmin məhkəmə prosesində dindirilmiş Cavabdeh3 məhkəməyə verdiyi izahatında qeyd edilən obyektin 50 faizinin onun olduğunu, öz payını Cavabdeh1 bağışladığını, onun qeyd etdiyi avadanlıqların və məhsulların anbarda olduğunu bildirmişdir. Həmin məhkəmə prosesində dindirilmiş Cavabd eh2 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə verdiyi izahatında onun iddia ərizəsində yazdıqlarını qəbul etdiklərini və iddia ərizəsində yazılanların doğru olduğunu bildirmişdir. 10 mart 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X23 məhkəməyə verdiyi ifadəsində göstərmişdir: “axırıncı dəfə yenə payızın sonu idi, havalar soyumuşdu. Həm də şlanq istehsalı üçün mallar qurtarmışdı. Ona görə də havalar isinənə qədər biz müəssisəni bağladıq. Müəssisənin qapısını mən bağladım, açar da məndə qaldı. Həmin vaxt X31 idi. Ona dedim ki, işləri qurtardıq, müəssisəni bağladıq. Bundan təqribən 4-5 ay sonra mart ayında onun telefonuna zəng gəldi ki, sən şlanq istehsal edilən obyektdə işlətdiyin avadanlıqların adını bi lirsən, gəl bunların adını de, biz də yazaq. Mən də həmin işlədiyimiz obyektə gəldim və orada Müzəffər əmini, bir də tanımadığım başqa bir adamı gördüm. Bir-bir bütün makinaların adlarını, şlanqların miqdarını dedim. Onlar da yazdılar. Mən onlarla sağollaşdım və oradan getdim. 2016-cı ilin sentyabr ayında Xəyal məni çağırdı. Xəyal həmin vaxt həmin o müəssisəni kirayə götürmüşdü. Məndən soruşdu ki, buranı kirayə götürmüşəm, işlədə bilərəm ya yox? Mən də dedim ki, mənim satış problemim yoxdur, işlədə bilərsən. O da dedi ki, mənim satış problemim yoxdur. Mən də orada 3 ay işlədim. Amma sonradan Xəyal malları sata bilmədi. İşi dayandırdı. Xəyal həmin müəssisəni kirayə götürən zaman mən Ali Obaya xəbər vermədim. Ali Oba sonradan bu barədə xəbər tutmuşdu, mənə zəng elədi ki, Xəyal oranı niyə işl ədir, sən niyə orada işləyirsən? Mənim də pula ehtiyacım var idi, ona görə işləyirdim. Həmin telefon danışığından sonra 2017-ci ilin mart ayına qədər mən orada işlədim. Biz axırıncı dəfə payızın sonunda obyektin qapısını bağlayıb gedən zaman anbar tamamilə dolu idi və orada min topdan artıq şlanq var idi. Anbarın da, müəssisənin də açarı məndə idi. Həmin açarlar Ali Obada da yox idi, başqasında da yox idi”. İş üzrə əhəmiyyət kəsb edən bu ifadə, yəni 1000 top şlanqın anbarda olması təsdiqini tapsa da, həmin ifadə protokola işlənmiş, lakin qətnaməyə daxil edilməmişdir. Cavabdeh1 müəssisəni 2016-cı ilin yanvar ayında almış, şahidin ifadəsinə görə ilin sonunda anbarda şlanqlar mövcud olmuş, lakin anbarın açarı onda olmamış, malların aparılmasından isə xəbəri olmamışdır. Məhkəmədə şahid qismind ə dindirilmiş Şahid2 29 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində sexi bağlayıb getdiklərini, havalar isinən zaman gələndə isə səkkiz ton xammalın (stadionun oturacaqları), şlanqların və aparatların yerində olduğunu, onun isə gəlib şlanqları aparmağını göstərmişdir. Həmin dövrdə o Türkiyə Respublikasında idi. Şlanqların yerində olması şahidin ifadəsi ilə öz təsdiqini tapır. 08 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 iddiaçının ona qarşı qaldırdığı pul tələbinə dair hissəyə olan etirazında ona məxsus heç bir əmlakın onun tərəfindən satılmadığını, heç kəsə hədiyyə verilmədiyini, habelə əvəzində pul alınmadığını, həmin əmlakların, avadanlıqların və xammalların hal-hazırda da Cavabdeh1 rəhbərliyi altında onun tərəfindən yerləşdirilən anbarda saxlanıldığını gös tərmişdir. Bu həm də Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə baxışı iclasında verdiyi izahatla bir daha təsdiq olunur. İşin məhkəmə baxışı iclasında Cavabdeh1 şlanqları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparması barədə verdiyi izahat öz təsdiqini tapmadı, ona görə ki, məhkəmə araşdırması zamanı Ekologiya Nazirliyinin şlanqların aparılması ilə bağlı heç bir əlaqələrinin olmadığı sübuta yetirilmişdir. 17 sentyabr 2017-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh3 məhkəməyə verdiyi ifadəsində ailə üzvləri ilə birlikdə Babək rayon Dövlət Notariat Kontoruna getdiklərini, qol çəkdiyini, həmin obyekti Cavabdeh1 verdiyini, onun qeyd etdiyi avadanlıqların və məhsulların anbarda olması qeyd olunmuşdur. Məhkəmə b axışında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində Bəxtiyarın ona üç dörd dəfə şlanq gətirdiyini, lakin şlanqların kimə aid olmasını ona bildirmədiyini göstərmişdir. Vəkilin sualına verdiyi cavabında isə o satılan şlanqların iddiaçıya aid olmasını bildirmişdir. Şəhriyarın 100.000 manata obyekti almasına nəzər salsaq belə çıxır ki, o iddiaçının şlanqlarını sataraq əldə etdiyi 91600 (doxsan bir min altı yüz) ABŞ dollarını obyektin alınmasına sərf etmiş və qalmış 60.000 (altmış min) ABŞ dollarını isə mənimsəmişdir. 2017-ci ildən bu günə qədər məhkəmələr tərəfindən tərəflərin yüksək nüfuz sahibləri olmaları səbəbindən işi lazımi nəticəyə gətirib çıxarmamışdır. Halbuki tələb etdiyi mallar 3 nəfərin arasında yoxa çıxmış və 5 nəfər şahid isə iddiasının doğru olmasını təsdiq etmi şdir. Məhkəmə iş üzrə dindirilmiş cavabdehlərin izahatlarına və şahidlərin ifadələrinə, iş materiallarına hərtərəfli qiymət vermiş, cavabdehlərin iddianı qəbul etmələrinə baxmayaraq hansı sübutlar əsasında iddianın rədd olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə belə hesab etmişdir ki, fabrik və malların icazəsiz olaraq 3 il istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları tələbi ona görə təmin oluna bilməz ki, onunla Cavabdeh1 arasında kirayə müqaviləsi və yazılı razılaşma olmamışdır. Cavabdehin yerini icazəsiz işlətməsi də məhkəmə baxışında sübut olundu. Bundan başqa əgər obyekt icazəsiz işlədilirsə, bunun üçün hansı yazılı razılaşma mövcud olmalıdır? Məhkəmə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbini rədd edərkən heç bir maddi hüquq normasına istinad et məmiş, yalnız digər tələblə maddi və mənəvi təzminat tələbi ilə bağlı normaları sadalamışdır. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnaməni qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 22(123)-02/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaqla Naxç ıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı vəkili X8 apellyasiya şikayətində qeyd etdikləri dəlilləri müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmaqla Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)02/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iclasındakı izahatında Cavabdeh1 vəkil və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tar ixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iclasındakı izahatında Cavabdeh3 vəkil və nümayəndəsi Ağayev X17 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 22(123)-02/2020 nömrəli qətnaməsinin düzgün qəbul edildiyini bildirirək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 vəkili Vəkil1 və Cavabdeh2 hüquqi varisləri X9, X12, X19, X15 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 hüquqi varisləri X3, X4, X1 ünvanladığı teleqramlarda 20 avqust 2021-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında hava nəqliyyatında yaranmış sıxlıq ilə əlaqədar iştirak edə bilməyəcəyi, məhkəmə iclasını iştirakı olmadan keçirilməsinin xahiş edildiyi və qərar verilməsinə etiraz etmədiyi qeyd olunmuşdur. Cavabdeh1 kollegiyaya ünvanladığı teleqramda Bakı şəhərindən yaşadığını, səhhəti ilə bağlı Naxçıvana gələ bilmədiyini, ona görə də 20.08.2021-ci il tarixə təyin olunmuş məhkəmə prosesini iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 vəkili Vəkil1 və Cavabdeh2 hüquqi varisləri X3, X4, X13, X6 iştirakları olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onu n düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini kollegiyada toplanmış sübutlarla və iş materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 16 avqust 2017-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ildə Na xçıvan şəhərində Oba Group MMC şirkəti yaradıb rəsmi icarə ilə plastik tullantıların yenidən emalı və su şlanqı istehsalı ilə məşğul olmağa başladığını, 2014-cü ildə istehsal fabrikini Babək rayonunun Qoşadizə kəndində yerləşən Bulaq MMC-nin bir böyük anbarını kirayəyə götürüb fabrikin bütün avadanlıqlarını və istehsal edilmiş bütün məhsulları həmin anbara yerləşdirib kirayə üçün hər ay 350 manat pulu həmin anbarın sahibləri Cavabdeh2 və Cavabdeh3 ödədiyini, istehsalla məşğul olmadığını, binadan yalnız anbar kimi istifadə etdiyini, 2015-ci ildə Cavabdeh2 müvafiq dövlət orqanları ilə həmin anbarı sex kimi işə salıb lazımi məhsullar istehsal etmək üçün razılaşdığını, razılıq alıb orada məhsullar, yəni şlanq və plastik xammal istehsal etməyə başladığını, onlarla iddiaçının avadanlıqları və an barda saxladığı hazır məhsullar üçün iddiaçıya 250000 ABŞ dolları ödəməyə razılaşdıqlarını, bununla əlaqədar Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinə müraciət edib razılıq aldıqlarını, iddiaçının Cavabdeh2 və Yusif Bbayevlə nazirlik onlara pul verdikdə onun avadanlıqlarının və xammalının ümumi dəyərini, yəni 250000 ABŞ dollarını iddiaçıya ödəməyə razılaşdıqlarını, ona məlum olmayan səbəblərdən İqtisadi İnkişaf Nazirliyinin onlara pul ödəmədiyini, bu dövrdə ailə problemləri ilə bağlı Türkiyə Respublikasına getdiyini və 6 ay orada qalmalı olduğunu və Naxçıvana gələ bilmədiyini, 6 ay sonra Naxçıvan şəhərinə gəldiyini və gedib avadanlıqlarına baş çəkmək istədiyini, anbara getdikdə əmlakını yığdığı anbarın qapısının sındırıldığı və tanımadığı şəxslərin oraya yerləşdirdiyi avadanlıqlarını işə sa lıb istehsalla məşğul olduğunu, anbara yığdığı 130000 ABŞ dolları dəyərində olan hazır məhsulların da anbarda olmadığını, orada Yusif və Əli ilə görüşdüyünü, onların “bəs dövlət bizi məcbur etdi ki, həmin ərazimizi, dəyirmanı və çörək zavodunu Hacı Şəhriyar adlı şəxsə sataq, biz sənin mallarını satmamışıq, gedib mallarını anbardan götürə bilərsən” dediklərini, Şəhriyar adlı şəxsin telefon nömrəsini də ona verdiklərini, telefonla Şəhriyara anbardan mallarını aparmaq istədiyini bildirdiyini, onun isə orada olan hər bir şey mənimdir, onların hamısının pulunu ödəmişəm, sənə oradan heç bir şey çatmır, istədiyin yerə şikayət edə bilərsən dediyini, bununla əlaqədar yenə də Cavabdeh2la və Yusif Babyevlə görüşdüyünü, onların ikisi də Şəhriyarın düz demədiyini, yalnız öz əmlaklarını satdıqlarını, id diaçının əmlakını satmadıqlarını dediklərini, ona orada olan öz mallarının hamısını 170000 manata satdıqlarının məlum olduğunu, bununla əlaqədar Türkiyə Respublikasının konsulluğuna müraciət etdiyini, orada məhkəmə orqanlarına müraciət etməsinin bildirildiyini, buna görə də əmlakının və ya onun dəyərini məhkəmə vasitəsilə almaq qərarına gəldiyini bildirərək ona məxsus əmlakının saz vəziyyətdə qaytarılması və ya dəyərinin, yəni 250000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə plastik su borusu istehsal edilməsi üçün "xxxx" MMC-yə 29.04.2008-ci i ldən 29.04.2009-cu ilədək qüvvədə olan uyğunluq sertifikatı verilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın olur ki, Babayev X14 şəhər 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 12.01.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" İstehsalat Kommersiya Şirkətində özünə məxsus payı 12 yanvar 2016-cı il tarixdə Cavabdeh1 hədiyyə etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 10 iyul 2019-cu il tarixli, 2(108)-114/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı anbardan satılan mallardan geriyə qalan malların və ya malların dəyəri olan 91600 ABŞ dollarının cavabdehdən alınaraq ona qaytarılması, ona məxsus avadanlıqların 3 il ərzində işlədilməsi nəticəsində əldən çı xmış faydanın 150000 (yüz əlli min) ABŞ dollarının ödənilməsi və cavabdehin onu hədə-qorxu və şantaj etdiyi üçün 100000 (yüz min) ABŞ dolları mənəvi təzminatın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(078)-75/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi üçün gətirdiyi dəlillərə məcmu şəkildə qiymət verərək aşağıdakıları qeyd edir: Cavabdeh1 izahatında mübahisələndirilən obyekti aldığını, həmin əmlakın yəni şlanqların Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verildiyini, orada olan xammalın satıldığını göstərməsini təkzib edən eləcə də sta dionun oturacaqlarından istehsal olunan kroşka xammalın ən bahalı plastik növü olduğuna, həmin kateqoriyadan olan xammalın iki il əvvəl bir tonunun qiymətinin 1100 (bir min yüz) ABŞ dolları indi isə 13400 (on üç min dörd yüz) ABŞ dollar olmasına dair heç bir sübut təqdim edilməmişdir. Cavabdeh3 məhkəmədə verdiyi izahatında obyektin 50 faizinin onun olduğunu, öz payını Cavabdeh1 bağışladığını onun (iddiaçının) qeyd etdiyi avadanlıqların və məhsulların anbarda olduğunu bildirməsi, İddiaçı tələb etdiyi məbləğdə avadanlıqların və məhsulların, həmçinin 17 sentyabr 2017-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh3 məhkəmədə verdiyi ifadəsində ailə üzvləri ilə birlikdə Babək rayon Dövlət Notariat Kontoruna getməsi, qol çəkməsi, həmin obyekti Cavabdeh1 verməsi, iddiaçının qeyd etdiyi avadanlıqların və məhsulların anbarda olmasını sübut etmir. Belə ki, iddiaçı qaldırdığı iddiasında avadanlıqların və məhsulların konkret olaraq nədən ibarət olması və hansı sayda olmasını göstərməmişdir. Apellyasiya şikayətində qeyd edildiyi kimi Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 məhkəmədə verdiyi izahatında iddiaçının yazdıqlarının doğru olduğunu bildirsə də, 19 sentyabr 2017-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 kredit verilərsə iddiaçıdan 250000 (iki yüz əlli min) ABŞ dolları dəyərində olan avadanlıqların alınmasını öhdəsinə götürdüyünü, kredit verilmədiyi üçün razılaşmanın baş tutmadığını, iddiaçının iddia ərizəsində 170000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində əmlaklarının Cavabdeh2 satılmasına etiraz etdiklərini, Ali Obaya məxsus olan heç bir əmlakı n Cavabdeh2 tərəfindən satılması, hədiyyə verilməməsi, habelə əvəzində pul alınmadığı göstərilmişdir. İddiaçının apellyasiya şikayətində iş üzrə şahid X16 ifadəsində göstərdiklərinin protokolda qeyd olunsa belə qətnaməyə daxil edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya bildirir ki, işin araşdırılmış halları ilə şahid X23 mübahisələndirilən obyektdə usta başı işləmişdir. Onun anbarda saxlanılan əmlaka məsul şəxs kimi heç bir cavabdehliyi olmamışdır. Şahidin obyektin qapısını bağlayıb gedən zaman anbarın tamamilə dolu olması və orada min topdan artıq şlanq olması heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iş materiallarında anbarda göstərilən miqdarda şlanqların olması ilə bağlı nə təhvil təslim aktı, nə də ki digər sənədlər mövcud deyildir. Cavabdeh1 müəssisəni 2016-cı ilin yanv ar ayında alması, şahid ifadəsinə əsasən ilin sonunda anbarda şlanqların mövcud olması, iddia edilən sayda şlanqların anbarda olmasına dəlalət etmir. Şahid2 29 iyun 2020-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında 8 (səkkiz) ton xammalın, şlanqların və aparatların yerində olduğunu göstərsə də, şlanqların və aparatların sayını, xammalın çəkisini isə hansı əsasa 8 (səkkiz) ton olmasını qeyd etməsi müəyyən edilməmişdir. Kollegiya şlanqları Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparması barədə Cavabdeh1 verdiyi izahatın öz təsdiqini tapmaması, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şlanqların aparılması ilə bağlı heç bir əlaqələrinin olmaması sübuta yetirilməsi dəlilinə gəldikdə isə qeyd edir ki, göstərilənlər heç bir rəsmi sübutla təsdiq edilməmişdir. Şahid X5 məhkəmədə verdiyi ifadəsinə gəldikdə isə kollegiya qeyd edir ki, Şahid2 16 iyun 2020-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında 3-4 dəfə Zahar Abdullayevə şlanqların satıldığını, həmin şlanqları Ali Obanın yox, özlərinin istehsal etdiyini göstərmişdir. Kollegiya, Şəhriyarın 100000 (bir yüz min) manata obyekti almasına nəzər salsaq belə çıxır ki, o mənim (iddiaçının) şlanqlarını sataraq əldə etdiyi 91600 (doxsan bir min altı yüz) ABŞ dollarını obyektin alınmasına sərf etmiş və qalmış 60000 (altmış min) ABŞ dollarını isə mənimsəmişdir dəlili heç bir mötəbər sübuta söykənmədiyindən fərziyə kimi qəbul edir. Fabrik və malların icazəsiz olaraq üç il istifadə edildiyindən qazancının itməsinə görə 200000 (iki yüz min) ABŞ dolları tələbi ona görə təmin oluna bilməz ki, iddiaçı ilə C avabdeh1 arasında kirayə müqaviləsi və yazılı razılaşma olmamışdır dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin tələbə düzgün qiymət vermişdir. İddiaçının isə itmiş qazanc kimi 200000 (iki yüz min) ABŞ dolları tələbinin hansı əsaslarla hesablanması göstərilməmiş, cavabdehin iddiaçının yerini icazəsiz işlətməsinin də məhkəmə baxışında sübut olunması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, şahidlər X16 və Şahid1 13 oktyabr 2017-ci il tarixli məhkəmə baxışı iclasında verdikləri izahatlarında dəzgahlarda nasazlıqların olduğunu, dəzgahların soyutma sisteminin tamamilə çürüdüyünü, plastik boru istehsal edən dəzgahları su donduğuna görə qış aylarında dayandırdıqlarını qeyd etmişdirlər. Kollegiya, iddiaçı tərəfin apellyasiya şikayətində birinci instansiya mə hkəməsinin qətnaməsində maddi və mənəvi təzminat tələbi ilə bağlı hissəni mübahisələndirmədiyi üçün həmin hissəyə qiymət verilməsinə ehtiyac olmadığını bildirir. Beləliklə kollegiya iddiaçı X10 və vəkili X2 yuxarıda göstərdiyi bu dəlilləri işin halları ilə əlaqəli şəkildə təhlil edib, bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması üçün əsas hesab etmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385. 1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-c i maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. S übutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan bütün fak tların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanmaqla sübutları qiymətləndirmişdir. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sü butlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında göstərilir ki, iş üzrə sü butetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM -in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və malların icazəsiz olaraq 3 il ərzində istifadə edildiyindən qazancının itməsinə görə 200. 000 (iki yüz min) ABŞ dolları olmaqla, ümumilikdə isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəm olaraq 291.600 (iki yüz doxsan bir min altı yüz) ABŞ dolları ödənilməsi barədə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi travmalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbi barədə kommersiya mübahisəsinə dair Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar