Məhkəmə qərarları › İş №2-2(108)-10/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-10/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-10/2023 13.06.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə İddiaçı X3 Cavabdeh qarşı pul tələbi barədə iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-73/2023 nömrəli 10 may 2023-cü il tarixli qərardadından iddiaçının vəkil-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı X3 vəkil-nümayəndəsi Nümayəndə 08 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikas ının Kommersiya Məhkəməsinə (bundan sonra Kommersiya Məhkəməsi) müraciət edərək Cavabdeh 170000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Kommersiya Məhkəməsinin (sədrlik edən Elşən Salmanov) e-2-2(123)-73/2023 nömrəli 10 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı qeyd olunan iddia tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 149.2, 149.2.3 və 149.2.5, 150.1, 150.1.4 və 150.1.6, 150.2, 151.1, 152.1, 152.1.1, 152.1.4 və 152.1.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qərardadın ləğv olunması barədə iddiaçının vəkil-nümayəndəsi tərəfindən Kommersiya Məhkəməsinə 18 may 2023-cü il tarixdə verilmiş şikayətə 19 may 2023-cü il tarixdə baxılaraq təmin edilməmiş və Mülki-Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçının vəkil-nümayəndəsi 16 mart 2023-cü il tarixdə elektron qaydada verilən şikayətində e-2-2(123)-73/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət göstərilmişdir ki, “Məhkəmə öz qərardadını onunla əsas landırmışdır ki, mülki- prosessual qanunvericilik tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısını bir-birindən fərqləndirmişdir. Bu hal onu deməyə əsas verir ki, hazırki vəziyyətdə iddiaçı ərizəsində sadəcə ərizəyə əlavə edilmiş sənədləri göstərməklə kifayətləndiyindən və tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısını qeyd etmədiyindən, qanunvericiliyin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş iddia ərizəsinin forması və məzmununa dair tələbləri məzmun hissəsində pozulmuşdur. Bildiririk ki, iddia ərizəmizdən açıq-aşkar görünür ki, iddia tələbimiz “pul” tələbidir və Cavabdeh 170000 (yüz yetmiş min) ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 (dörd yüz) manat mediasiya xərcinin və 179 (yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçı X4 verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, cavabdehə elektron qaydada göndərilmiş pretenziyanın surətindən, cavabdeh tərəfindən göstərilən məbləğdə pulun ödənilməli olduğunu təsdiq edən iki ədəd sənəddən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4970/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından, mediasiya arayışından, Rusiya Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli fiziki şəxsi vergi orqanlarında qeydiyyata qoymaq haqqında bildirişin surətindən və iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbimizin mahiyyəti nədən ibarətdir. Hazırda olan mübahisə ilə bağlı əvəllər çıxm ış məhkəmə qətnamələri də iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. (Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin e2(078)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması, 170000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) Cavabdeh tutularaq X4 ödənilməsi, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 179 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi X5 tərəfindən verilmiş vəsatətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 10 fev ral 2022-ci il tarixli, e2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4970/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə iddiaçı X3 şikayətinin təmin edilməməsi, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 65/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli məhkəmə adiyyatı haqqında qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (hakim Elşən Salmanov) qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı “pul” tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sə nədlər geri qaytarılmışdır. Həmin iddia ərizəsinin geri qaytarılmasına səbəb tərəflərin mediasiya porsesini keçməməsi olmuşdur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin nöqsan aradan qaldırılmış, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə müvafiq arayışı iddia ərizəsinə əlavə etmişdir. İndi isə məhkəmə yenidən həmin iddia ərizəsini başqa nöqsanlar olması ilə əlaqədar geri qaytarmışdır. Hesab edirik ki, iddia ərizəsində belə bir nöqsanlar olmamışdır. İddia ərizəsi qanunvericiliyə uyğun olaraq tərtib edilmiş və bu zaman qanunvericiliyin kommersiya mübahisələri üzrə məhkəməyə müraciət üçün müəyyən edilmiş imperativ tələblərinə riayət edilmişdir. Digər bir hal ilə məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddia əri zəsi ilə birlikdə məhkəməyə X7 tərəfindən Cavabdeh adına ünvanlanmış poçt göndərişinin xəbərnaməsi təqdim edilmişdir, lakin həmin xəbərnamədən hansısa göndərişin, iddia ərizəsinin yaxud pretenziya məktubunun cavabdehə çatdırılmasının ümumiyyətlə aydınlaşdırılması mümkün olmamışdır. Həmçinin pretenziya qismində xəbərdarlığın Cavabdeh elektron qaydada göndərilməsinə dair iddia ərizəsinə əlavə edilmiş elektron sənəddən mülki-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada pretenziya tələbinə riayət olunduğu görünməməkdədir. Bildiririk ki, pretenziya məktubu poçt vasitəsi ilə yox, elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə ərizələr və şikayətlər bölməsində olan yeni pretenziya xanasından istifadə etməklə elektron qaydada cavabdehə göndərilmişdir və həmin elektron qaydada gönd ərilmiş pretenziya iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Əlavə edilmiş sənəddən də açıq-aşkar görünür ki, həmin pretenziya elektron qaydada, yəni qanunvericiliyin kommersiya mübahisələri üzrə məhkəməyə müraciət üçün müəyyən edilmiş imperativ tələblərinə uyğun olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət poçtu ilə (Azərpoçt vasitəsilə SS538038375AZ) göndərilmişdir. Həmin xəbərnamə də skan formada işə qoşma kimi əlavə olunmuşdur. Həmin xəbərnamə pretenziyanın göndərilməsi barədə xəbərnamə deyil, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə poçt vasitəsi ilə göndərilməsinə aiddir. Cavabdehin Azərbaycan Respublikasında VÖEN-i olmadığna görə bu qaydada - poçt vasitəsi ilə ona göndərilmişdir. İddia il ə məhkəməyə müraciət edilərkən tərəflərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, onların ünvanları, şəxsiyyət vəsiqələrinin nömrələri, iddiaçının VÖEN-i, cavabdehə aid məlumatlar, telefon nömrələri və s., iddianın predmeti, iddianın qiyməti (məbləği), iddiaçının cavabdehə qarşı olan tələbi, iddiaçının istinad etdiyi maddi və prosessual normalar, iddiaçının istinad etdiyi faktlar və hallar, bunu özündə əks etdirən sənədlər, eləcə də əvvəllər bu işə mülki icraat çərçivəsində baxmış məhkəmələrin qərarları iddiada göstərilmişdir. İddia ilə məhkəməyə müraciət edilməmişdən qabaq cavabdehə elektron qaydada göndərilmiş pretenziya, eləcə də mediasiya haqqında qanunvericiliyin tələblərinə riayət edilməsi barədə məlumat və sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin iddia ərizəsi nə əlavə edilmiş sənədlərin siyahısı da göstərilmişdir. Başqa sözlə, iddia ilə məhkəməyə müraciət edilərkən prosessual normaların tələblərinə riayət edilmişdir. Məhkəmə iddiaçı tərəfindən prosessual normaların pozulduğunu göstərsə də, əksinə bu normaların tələblərini iddiaçı yox, məhkəmənin özü hazırkı qərardadı qəbul etməklə pozmuşdur”. Şikayətdə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinun İİ hissəsinə, 26-cı və 60-cı maddələrinə, posessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər üzrə Mülki-Prosessual Məcəllənin 4.1, 150.1.6, 150.2, 152.1.1, 267.1, 269.1 və 269.2-ci maddələrinə istinad olunmuşdur. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9.3.... Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 15 0.1 və 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Maddə 150.1 və 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradı lmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu hald a iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1 və 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1 və 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.1 və 15 2.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə

365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1-385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0. və 398.0.2. Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə

399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının vəkil-nümayəndəsin in şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsi üzrə hazırkı işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı “pul” tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə 10 may 2023-cü il tarixli qərardadında “iddiaçının iddia ərizəsində tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısını qeyd etmədiyindən Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş, iddia ərizəsinin forması və məzmununa dair tələblərin məzmun hissəsində poz ulmasına”, “cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair onun adına ünvanlanmış poçt göndərişinin xəbərnaməsindən hansısa göndərişin, iddia ərizəsinin yaxud pretenziya məktubunun cavabdehə çatdırılmasının aydınlaşdırılmasının mümkün olmamasına (MülkiProsessual Məcəllənin 152.1 və 152.1.4-cı maddələrinə)” və pretenziya qismində xəbərdarlığın cavabdehə elektron qaydada göndərilməsinə dair iddia ərizəsinə əlavə edilmiş elektron sənəddən mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada pretenziya tələbinə riayət olunduğunun görünməməkdə olmasına (Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə) əsaslanmışdır. Baxılan iş üzrə iddiaçı tərəfin tələbi cavabdehdən 170000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 manat mediasiya xərci nin və 179 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasından ibarətdir. İddiaçının vəkil-nümayəndəsi isə iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar kimi “cavabdehin 170000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə imzalanmış sənədi” və “400 manat mediasiya xərcinin ödənilməsinə dair ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, Ş-151 nömrəli arayışı” göstərmişdir. Belə olan təqdirdə həmin sübutların ayrıca siyahı şəklində qeyd olunmaması heç bir əhəmiyyət kəsb etmir. Məntiqi nöqteyi-nəzərdən qeyd olunan sübutlar iddia ərizəsinə əlavə olunmalıdır və iddiaçı tərəf də həmin sübutları iddia ərizəsinə əlavə etmişdir (İş vər. 15-17, 19-20). İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilən sənədlərin Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə görə cavabdehə göndərilməsi və çatdırılması cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməməsi (elektron kabinetə malik olmaması), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinin olmaması, həmçinin cavabdeh qeyri-rezident olduğu halda onun nümayəndəsinin və həmin nümayəndənin də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinin olmaması səbəblərindən qeyri-mümkün olduğuna görə Mülki-Prosessual Məcəllənin 135.1-ci maddəsinə müvafiq olaraq “Poçt haqqında” Azərbaycan Respublikasının Qanu nunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmışdır. Lakin bu barədə iddia ərizəsinə əlavə olunan xəbərnamədən (İş v. 10-11) qeyd olunan sənədlərin hansı tarixdə və kimə verildiyini aydınlaşdırmaq mümkün olmadığına görə “Naxçıvanpoçt” publik hüquqi şəxsə sorğu göndərilmiş və həmin hüquqi şəxsin 178 nömrəli, 13 iyun 2023-cü il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, “ünvan 1 ünvanından, X3 adından SS538038375AZ ştrix kodlu məktub 09 mart 2023-cü il tarixdə “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən qəbul edilib, 10 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Cavabdeh təhvil verilmişdir”. İddiaçının vəkil-nümayəndəsi də şikayətində “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərpoçt” vasitəsi lə (SS538038375AZ) göndərilməsini, həmin xəbərnamənin pretenziyanın göndərilməsi barədə xəbərnamə deyil, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə poçt vasitəsi ilə göndərilməsinə aid olmasını” göstərmişdir. Məlumdur ki, pretenziya öhdəliklərin icrası zamanı pozuntuların aradan qaldırılması barədə borcluya ünvanlanmış yazılı tələb, mübahisənin məhkəməyə qədər olan mərhələdə həllini nəzərdə tutan sənəddir. Pretenziyada kreditorun tələblərinin mahiyyəti, onların səbəbləri və təmin edilməsi müddətləri, o cümlədən tələbin borclu tərəfindən icra olunmadığı təqdirdə məhkəməyə müraciət edilməsinin mümkünlüyü barədə xəbərdarlıq göstərilir. İddia ərizəsinə əlavə edilmiş (İş v.13) pretenziyadan isə görünür ki, iddiaçının vəkilnümayəndəsinin cavabdehə elektron qaydada göndərdiyi pret enziyada xəbərdarlığa aid qeyd olunan məzmun tələblərinə əməl olunmuşdur. Şikayətdə isə “pretenziya məktubunun poçt vasitəsi ilə yox, “Elektron məhkəmə” sistemində şəxsi kabinet vasitəsi ilə ərizələr və şikayətlər bölməsində olan yeni pretenziya xanasından istifadə etməklə elektron qaydada cavabdehə göndərilməsi və həmin sənəddən də, pretenziyanın elektron qaydada, yəni qanunvericiliyin kommersiya mübahisələri üzrə məhkəməyə müraciət üçün müəyyən edilmiş imperativ tələblərinə uyğun olmasının açıq-aşkar göründüyü” ifadə olunmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 2(102)-4970/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qərarından (İş v.22-25) görünür ki, iddiaçının cavabdehdən qeyd olu nan “pul” tələbinə dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)72/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qətnaməsi Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli 13 iyul 2022-ci il tarixli qərardadına əsasən mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı olması səbəbindən iddianın aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsində baxılmalı olmasına görə ləğv edilmişdir. Bütün bunlar isə artıq bir ildən artıq müddətdir ki, pretenziyada göstərilən pul məbləği barədə iddiaçı ilə cavabdehin arasında mübahisənin davam etdiyini, yəni 170000 ABŞ dollarını (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) iddiaçının ondan tələb etməsindən cavabdehin xəbərdar olmasını təsdiq edir. Şərh olunanlardan göründüyü kimi iddiaçının vəkil-nümayəndəsinin şikayətdə göstərdiyi dəlil lər əsaslıdır və hazırkı kommersiya mübahisəsi üzrə iddia ərizəsi MülkiProsessual Məcəllənin tələblərinə riayət edilməklə verildiyindən onun məhkəmə icraatı mümkündür. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “pul” tələbi barədə iş üzrə Kommersiya Məhkəməsinin e-2-2(123)-73/2023 nömrəli 10 may 2023-cü il tarixli qərardadından iddiaçının vəkil-nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli və Mülki-Prosessual Məcəllənin 385.1-385.1.1 və 387.1-ci maddələrinin tələblərinə əsasən qərardad tam ləğv edilməklə iş birinci instansiya məhkəməsinə göndərilməli, Mülki-Prosessual Məcəllənin 152.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcə llənin 365, 397.2, 398.0 və 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı X3 vəkil-nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-73/2023 nömrəli 10 may 2023-cü il tarixli qərardadı tam ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar