Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-10/2024 19.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X4 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdeh Naxçıvan "xxxx" X11 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan "xxxx" X11 Cəmiyyətinə qarşı “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbləri barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə N axçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan "xxxx" ATSC-dən “1997-ci ildən bu günə qədər səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb ona verilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1987-ci ildə Kamaz 5511 markalı maşın iddiaçının istifadəsinə verilmişdir. Həmin avtomaşın 1997-ci ildən Naxçıvan "Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansına verildiyindən avtomaşını orada idarə etmişdir. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 13/661 saylı arxiv arayışında iddiaçının əmək haqqı barədə məlumat bildirilmişdir. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin bildirişində iddiaçının cavabdehin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək iki nəfərə 1 ədəd özəlləşdirmə çeki təqdim edildiyi və nəticədə hər birinin dəyəri 5000 manat olan 19 ədəd səhm əldə etdiyi qeyd olunmuşdur. Cavabdeh idarənin müdiri Nümayəndə 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, iddiaçının bilavasitə xəbəri olmadan avtomaşınları özəlləşdirib satmış, iddiaçının adına 5 aya yazıb özü də qol çəkib aldığı 278.110 manat pul ona verilməmişdir. 148.43 manat 75 qəpik (bir yüz qırx səkkiz min qırx üç manat 75 qəpik) səhmin, son hesabım, işləmədiyim illərin əmək haqqım, bir də Kamaz 5511. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qərarı ilə avtomaşın cavabdehin balansına qaytarılmışdır. Naxçıvan MR Dövlət Arxivinin arxiv arayışına əsasən həmin arxivdə mühafizə olunan Babək rayon 110 №-li X1 Dəstənin sənədlərinə baxdıqda iddiaçının xx.xx.1987-ci il tarixli, 67 №-li əmrlə 222 №-li məktuba əsasən maşın gətirmək üçün ezamiyyətə getməsi, xx.xx.1987-ci il tarixli, 71 №-li əmrlə ezamiyyətdən qayıtması və xx.xx.1987-ci il tarixli, 79 №-li əmrlə Kamaz markalı avtomaşına sürücü vəzifəsinə keçirilməsinin əmr kitablarında göstərilməsi qeyd olunmuşdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 17 yanvar 2020-ci il tarixli, NAX İN-X/O20/2020 nömrəli arayışında "xxxx" Tikinti Quraşdırma ASC-nin Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 04 yanvar 2000-ci il tarixli sərəncamı ilə Naxçıvan şəhəri 1 saylı Tikinti quraşdırma idarəsinin ləğv olunaraq onun bazasında yaradılması, 2003-cü ilin avqust ayında Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən cəmiyyətin səhmlərinin pullu hərracda satışa çıxarılması və cəmiyyətin səhmlərinin satışının başa çatdırılaraq 100% özəlləşdirilməsi bildirilmişdir. Naxçıvan MR Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********054300 nömrəli məktubunda "Naxçıvan "xxxx" ATSC-nin (VÖEN: **********) hüquqi adında heç bir dəyişiklik edilmədiyi və bu günədək ləğv olunmadığı göstərilmişdir. 12 may 2022-ci il tarixdə keçirilən mediasiya prosesində cavabdehin nümayəndəsi iştirak etməmiş və cavabdehə pretenziya verilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 106-1.3.7-ci ma ddəsinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-93/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadına əsasən iddiaçının cavabdehə qarşı (avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi) 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb verilməsi tələbləri barədə kommersiya mübahisəsinə “son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb verilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi, işə “199 7-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbi həddində baxılması qərara alınmışdır. Həmin məhkəmənin (hakim Elşən Salmanov) e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “1997-ci ildən bu günə qədər Naxçıvan "Əcəmi Tikinti Quraşdırma” İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə iddiaçının “1997-c i ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması” tələbinə münasibətdə qeyd edir ki, səhm səhmdarın mülkiyyəti olduğundan səhmdarın səhmdar cəmiyyətindəki səhminin üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranır. Səhmdar səhmini özgəninkiləşdirə, bağışlaya və s. hərəkətlər edə bilər. Səhmin özgəninkiləşdirilməsi, bağışlanması və s. halları mümkün olsa da, yəni qanunvericiliklə səhmin satılmasına, bağışlanmasına və s. hallara yol verilsə də, səhmin şəxsin özünə qaytarılması halı qanunvericilikdə mövcud deyildir və bu hal üzrə iddiaçının subyektiv hüququnun olmaması məhkəmə tərəfindən qeyd edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddia ərizəsinin “xahiş etdi" hissəsinin “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəs indən səhmlərimin özümə qaytarılması, adıma yazılıb alınan 5 aylıq əmək haqqımın alınıb verilməsi barədə qərar qəbul etmənizi sizdən xahiş edirəm” formasında olduğunu bildirib, bu hissədə dəqiqləşdirmələr aparılmasına dair fikrinin olub-olmadığını iddiaçıdan dəfələrlə soruşmuş, lakin iddiaçı iddia ərizəsində heç bir dəqiqləşmə aparmaq istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, səhmin şəxsin özünə qaytarılması halı qanunvericilikdə mövcud olmadığından iddiaçının “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması” tələbi subyektiv hüququ olmaması səbəbindən rədd edilməlidir. Həmçinin iddiaçının digər tələbi olan “Adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbinə münasibətdə bildirilir ki, məhkəmə iş materiallarında olan sübut kimi təqdim edilmiş müvafiq sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı məhkəməyə bu tələbini təsdiq edəcək əsaslı və mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, məhkəmə çəkişmə prinsipi, tərəflərin bərabərliyi və faktlar əsasında ədalət mühakiməsini həyata keçirərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən göstərilən bu tələb sübuta yetirilə bilmədiyindən rədd edilməlidir. Məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır... Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun... "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya ar aşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığ ı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qənaətindədir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 98.1, 98.2, 99.1, 152.1 və 1077.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9.1, 14.2, 77.1, 88, 107, 108.1-108.1.1, 108.2, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4 və 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli və "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılaraq gös tərilmişdir ki, “Qətnamə ilə razılaşmıram, ona görə ki, mən 2003-cü ildə idarəyə səhm qoymuşam. Əhməd 2014-cü ildə idarənin bağlandığını dedi, o, 2014-cü ilə kimi mənə pul verməmişdi. 2004-cü ildən cəmiyyətin üzvüyəm, iclasa bir dəfə də olsa, məni çağırmayıblar. 5 aya mənim adıma 278000 manat əmək haqqı yazılıb. Əhməd özü yazıb, özü də qol çəkib. Mən indi öz haqqımı istəyirəm. Nə qədər maşın satılıb, mənim haqqıma səhm və mənim adıma yazılıb alınan pulu Əhməd mənimsəyib. 5 aya 278110 manat əmək haqqı yazılmasına dair sənədim var, o sənədi arxivdən çıxartmışam, məhkəmənin iş materiallarına əlavə olunub. 5 aylıq əmək haqqını əgər almışamsa, gətirib maaş cədvəlində göstərsin, mənim səhmim orada hesablanıb, İqtisadiyyat Nazirliyində, bir də Milli Departamentdə hesablanıb. 2000-ci ildə beş aylı q mənim adıma yazılıb qol çəkilib alınan pulun miqdarını istəyirəm, qalanları da dövlət büdcəsinə köçürülsün. Əhməd 2000-ci ildə 278110 manatı 6 il ərzində istifadə edib və mənə heç nə verməyib. Əhmədin oğlu Ədliyyə Nazirliyində işləyir, vəzifəsindən sui-istifadə edərək gəlib 33 il idarə etdiyim maşını qapımdan aparıblar. O maşını satıb, Kommersiya Məhkəməsi maşının üzərinə həbs qoyduqdan sonra o maşının nömrəsini dəyişib, yenə qaytarıb həmin adama verib, mən öz haqqlarımı tələb edirəm. Maşın idarənin balansına qaytarılıb, Əhməd hətta maşının üzərində həbs ola-ola aparıb nömrəni dəyişib, yenə həmin adama, yəni alan adama verib. 2015-ci ildən sonra idarəyə neçə dəfə gedib "Maşının sənədlərini ver, aparım özəlləşdirim” demişən, Əhməd də "Asəf müəllim söz verib iş verəcək" deyib, 2019-cu ilə kimi Asəf müəllimin iş verəcəyini deyib, dedi ki, "Tikinti naziri dəyişib, o iş verəcək", 2019cu ildə Nümayəndə qəbuluna getdim, 4000 manatımın olduğunu dedim. Nümayəndə da "9000 manat ver, maşının sənədlərin sənə verim, maşını özəlləşdir" dedi. Nümayəndə Babək rayonunun polis rəisi Alməmməd müəllimə də ərizə verdi, Əhmədin bacanağı da polis idi, gəlib onlara "Məni rəis yollayıb işə çıxsın” deyir, dedim onda bir şərtlə işə çıxacağam, maşına iki dənə akkumulyator, dörd təkər və iki dənə də peredal alsın. "Köhnələri vur, gəl” dedi, “Maşının köhnə hissələri ilə gündə yollarda qalacağam” dedim. Müşfiqə “mən maşını almaq istəyirəm" dedim, Müşfiq Alməmməd müəllimi çağırdı, mən də "Mənim maşınımın bütün hissələrini alıb versin, işə çıxım" dedim. Əhməd dedi ki, "Mənə elə maşın ehtiyac deyil, maşın a o qədər xərc qoyum, sən gəlib işlə”. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 98.1, 98.2 və 99.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 14.1, 14.2, 76.1 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1-ci maddəsinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin nümayəndəsi 30 yanvar 2024-cü il tarixdə daxil olmuş apelyasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, “Məlumat üçün bildirirəm ki, hələ 2020-ci ildə iddiaçının Naxçıvan Şəhər Məhkəməsində, Kommersiya Məhkəməsində qaldırmış olduğu iddiaların tamamilə yanlış və vaxtı ötürülmüş iddialar olduğunu bildirməklə yanaşı, mahiyyəti üzrə baxılmış və müvafiq qətnamələr qəbul edilmiş olan bu işin, hətta Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, mən tərəfdən verilmiş, apelyasiya şikayətinin qeyri-qanuni qətnaməsindən sonra, həm də iddiaçinin tələbləri qismən təmin edildikdən sonra, halbuki bu iddialar məhkəmə icraatına alına bilməzdi və yenidən 2023-cü ildə hakim Elşən Salmanov tərəfindən icraata alınmış, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsinə hörmətsizlik edilmişdir. Halbuki iddiaçı tərəfindən kassasiya şikayəti verilməli idi, baxmayaraq ki, o apelyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, qeyri-qanuni qətnamənin onun l ehinə verilmiş 1800 manatı həzmirabedən keçirmiş, iki ildən artıq bir müddətdə yoxa çıxmışdır. Hakimlərin “humanistliyini” hiss edərək bu iddiaçı yenidən meydana atılmışdır. Lakin bu dəfə qeyri-qanuni iddialarına bir neçə söz və şəkilçi artırmışdır. Hakim yenə də mahiyyəti üzrə baxılmış işi icraata götürmüş və bu qeyri-qanuni məhkəmə prosesləri bir neçə ay davam etdirilmiş, nəhayət, hakim tərəfindən mənim qanuni etirazlarımı, vəsatətlərimi nəzərə alaraq, onun sübutu olmayan, böhtan xarakterli iddialarını rədd etmiş və qətnamə qəbul etmişdir. (xx.xx.2023-cü il, iş № e-2-2(123)93/2023). 2021-ci ildə qəbul edilmiş qətnamələr: xx.xx.2021-ci il, iş №2(078)-7/2021 – Naxçıvan Şəhər Məhkəməsi, xx.xx.2021-ci il, iş №2(108)-151/2021 – Naxçıvan MR Ali Məhkəməsi. Qanunsuzluğa baxın ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnaməsindən sonra ancaq kassasiya şikayəti verilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması (hələ burada vaxtın ötürülmsi də var), ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxa bilər (432.1, 432.2, 432.2.1, 432.2.2, 432.2.3, 432.2.4 və 433). Kommersiya Məhkəməsinin sədri-hakimi isə bütün bunları bilə-bilə, mənim bir vətəndaş və eyni zamanda səhmdar cəmiyyətin sədri kimi hüquqlarımı tapdalamış və bir neçə ay qeyri-qanuni məhkəmə prosesləri davam etdirilmiş, təqdim edərək göstərmiş olduğum sübutları, iddiaları, haqlı tələblərimi nəzərə almağa məcbur olmuş və iddiaçının heç bir sübutu olmadığını gördükdən sonra, iddiaçının qanunsuz iddialarını rədd etmişdir. Hələ 2020-ci ildə qaldırılmış bu iş həm A zərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “b” bəndinə və 296-cı maddəsinin 4-cü bəndinə, eyni zamanda MPM-in 261.0.1 və 261.0.9-cu bəndlərinə əsasən qarşılıqlı iddia qaldırmışam. Eyni zamanda məhkəmə iclaslarında sübutlarla və hesabatlarla iddiaçının səhmdar cəmiyyətə 27200 manat borcu olduğunu göstərmiş olduğum təqdirdə məhkəmələr bu borcun qaytarılmasını təmin etmək əvəzinə, hələ iddiaçıya mükafat olaraq 1800 manat səhmdar cəmiyyətə ödətdirmişdir. İndi isə iddiaçının "xxxx" TQ ATSC-nə qarşı qaldırdığı iddialarının əsassız olduğunu nəzərinizə çatdıraraq aydınlaşdırıram. Hələ xx.xx.2023-cü il, iş № e-2-2(123)-93/2023 qəbul edilmiş qərardadda qeyri-qanuni məhkəmə proseslərindən sonra hakim qərara alır: 1. “Son hesabın işləmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avt omaşının alınıb verilməsi”nə dair hissədə iş üzrə xitam verilsin, bunu ona görə edir ki, 2020-ci ilin məhkəmə proseslərində buna xitam verilmişdir. 2. 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" TQ İdarəsindən səhmlərin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi tələbi barədə kommersiya mübahisəsi həddində baxılsın. İddiaçı tələb edir ki, mən 1997-ci ildən səhmdar cəmiyyətdə işləyirəm və səhm qoymuşam. Hakim qəbul edir, halbuki səhmdar cəmiyyət 1999-cu ilin oktyabrın 4-də yaradılmışdır. Səhm qoymadan səhmdar cəmiyyətin üzvü olmaq olmaz, aydın məsələdir ki, onu qaytarmaq da olmaz. İddiaçı tələb edir ki, mənim adıma 2000-ci ildə 5 aylıq əmək haqqı yazılıb və mənimsənilib. Cavabdeh, yəni mən neçə dəfələrlə bildirmişəm ki, iddiaçını çox çək-çevirdən sonra 2 005-ci ildə işə cəlb etmişəm və iddiaçı əmək müqaviləsini 2009cu ildə bağlayıb. Bu isə iddiaçının böhtançı olduğunu üzə çıxardır. Onun səhminin dəyəri, 2006-cı il pul islahatına qədər nominal dəyəri 10000 rubl idi, pul islahatından sonra 10000:5000 = 2 manat – Azərbaycan manatıdır. Birinci məhkəmə proseslərində iddiaçıya qeyri-qanuni qəbul edilmiş qətnamələrə əsasən məzuniyyət pulu kimi 1799,49 manat ödənilmişdir. Mən dəfələrlə sübut etmişəm ki, ona məzuniyyət pulu çatmır, yenə məhkəmənin ədalətli hakimi qəbul edir və araşdırmır. İddiaçı 2020-ci ildə səhmdar cəmiyyət tərəfindən cəzalandırılır və Babək rayon Yol Polis İdarəsinin iştirakı ilə onun əlindən avtomaşın alınır, yəni o indi sürücü yox, səhmdar cəmiyyətin sıravi üzvüdür. Hakim bu kimi faktların üzərindən sükutla keçir. İddiaçının 3 -cü tələbini isə iki hissəyə bölmək olar. Belə ki, avtomaşınların qaytarılması tələbi onun səlahiyyətləri daxilində deyil. Səhmdar cəmiyyətin nizamnaməsində göstərilir ki, bu məsələni və buna oxşar məsələləri səhmdar cəmiyyətində ən azı on faiz səhmə sahib olan şəxslər qaldıra bilər, deməli bu aksiomadır, bunu izah etməyə ehtiyac yoxdur. İddiaçıya isə ümumi səhmlərin 0,1 faizi məxsusdur. Qaldı ki, tələbin ikinci hissəsinə, o tələb ancaq o halda mümkündür ki, cəmiyyət ləğv olunsun. Xalis mənfəət məsələsinə gəlincə, mən dəfələrlə bildirmişəm ki, bu məsələ ilə əlaqədar olaraq Dövlət Statistika Komitəsinə müraciət olunsun. Ancaq mən qeyd etmişəm ki, 1999-2015-ci ilə qədər dövrdə, yəni cəmiyyətin fəaliyyəti zamanı, tikinti-qurqşdırma işləri kifayət qədər olmadığından və iqlim şəraiti ilə əlaq ədar olaraq cəmiyyət ayrı-ayrı illər ərzində yeddi aydan on aya qədər işləmişdir, bu da cəmiyyətin mənfəətlə işləməsinə mane olmuşdur. Göründüyü kimi iddiaçının tələbləri qeyri-qanuni, rəhbərliyə böhtan atmaqdan, cəmiyyətdən qeyri-qanuni yolla nə isə qoparmaq, özü üçün bəhrələnməkdir. İlkin məhkəmə proseslərinin hakimi Gülnar Səfərəliyevanın qeyri-qanuni qətnaməsindən və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hüquqa sığmayan, hakim adına qara ləkə olan təsdiqləyici qətnaməsindən sonra iddiaçı cəmiyyətdən 1800 manat qoparmışdır. İki il keçdikdən sonra bundan ruhlanaraq yenidən meydana atılmış, “humanist” hakimlərin sayəsində üç məhkəmə tərəfindən baxılmış işə qaldırdığı tələblərlə, eyni tələblərə bir neçə şəkilçi artırmaqla, eyni məhkəmə işini yenidən icraata qəbul elətdirmişdir. Yux arıda qeyd olunanları nəzərə alaraq xahiş edirəm, bir vətəndaş və səhmdar cəmiyyət rəhbəri olaraq, cəmiyyətin haqqında çıxarılmış olan qətnamələrə, eyni işin yenidən icraata qəbul edilməsinə etirazımı bildirərək, pozulmuş hüquqlarımın bərpasını, iddiaçının cəmiyyətə olan 27200 manat borcunun ödənilməsini təmin edəsiniz”. Cavabdehin nümayəndəsi 22 və 26 fevral, 14 mart 2024-cü il tarixlərdə kollegiyaya daxil olmuş vəsatətlərində etirazda göstərilənləri təkrarlamış, 25 fevral və 14 mart 2024-cü il tarixli vəsatətlərində əlavə olaraq göstərmişdir ki, “iddiaçıya 1999-cu ilin may ayında 59698 rubl əmək haqqı yazılmış, o bu vəsaiti almadığından qabağı bağlanmış və qalıq əmək haqqı kimi 2020-ci ildə üç ay təkrar-təkrar göstərilmiş, iddiaçı 2020-ci ilin may ayında işə çıxmış və səkkiz gün işləmiş, ona 50008 rubl əmək haqqı yazılmış və əmək haqqı tutqusundan sonra 2000-ci ilin iyun ayında 49008 rubl qol çəkib almışdır. Sonra iddiaçı beş il qeyri-qanuni işə çıxmamışdır. Deməli, iddiaçının bu tələbi tamamilə böhtandır”. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, apelyasiya şikayətini müdafiə edir. İddia ərizəsində 1997-ci ildə səhm qoymağı səhvliklə yazılmışdır, o, 2003-cü ildə səhm qoymuşdur. 2003-cü ildə bildirişi almış, həmin bildirişi həm iqtisadiyyat nazirliyində, həm də idarədə yoxlatdırmışdır. 148.43 manat 75 qəpik onun öz səhmlərinin puludur. Ancaq ona iqtisadiyyat nazirliyi bunu təsdiqləyən heç bir sənəd verməmişdir. Səhmlərin 15 faizi ona məx sus olsa da, cavabdeh tərəf deyir ki, “səhmlərin 0,1 faizi sənindir”. O, 20 ildir ki, cəmiyyətə səhm qoymuşdur, hazırda səhmin dəyərinin qaytarılmasını istəyir. Cavabdeh isə deyir ki, “sənin səhmlərin 2 manat edir”. Cavabdeh onun adına 2000-ci ilin yanvar, mart, aprel aylarında 59698 manat, may ayında 50008 manat və iyun ayında 49008 manat – 278.110 manat əmək haqqı yazmış və əmək haqqı cədvəlinə onun imzası olmadan qarşı tərəf özü imza çəkib pulu almışdır. Ona əmək haqqı yazılmağını məhkəmə proseslərində sənədləri axtaranda arxivdən öyrənib bilmişdir. Hazırda da cavabdeh deyir ki, “hərəsi 60000 manatla olanda, indiki pulla 12 manat edir”. Onun adına müxtəlif vaxtlarda pul yazılmış və mənimsənilmişdir. O isə öz haqlarını istəyir. O, 1997-1999-cu illər arası işləmiş, 2000-ci ildə maşın xara b olduğuna görə idarədən çıxıb getmiş və işləməmişdir. Həmin dövrdə işləmədiyi halda niyə onun adına 5 aylıq əmək haqqı yazılmışdır? Həmin vaxtlar nə qədər əmək haqqı almağı yadında deyil. İşlədiyi zamanlarda əmək haqqını əmək cədvəlinə imza çəkib almışdır. Apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi göstərdi ki, o, 1975-2015-ci illər ərzində bu cəmiyyətdə işləmişdir. İdarənin adı əvvəlcə 51 nömrəli səyyar dəstə olmuş, 1996-cı ildə adı dəyişilib 1 saylı tikinti quraşdırma idarəsi adlanmış, 1997-ci ildə Nazirlər Sovetinin qərarı ilə Babək rayon “kolxozstroy” idarəsi 1 saylı tikinti quraşdırma idarəsinə birləşdirilmişdir. Həmin vaxtdan da iddiaçı gəlib onların idarəsində işləmiş, o öz imzası ilə 1998-ci ildə iddiaçını sürücü kimi idarəyə işə götürmüşdür. 1999 -cu ilin oktyabr ayında səhmdar cəmiyyəti yaranmış və o, idarəyə “Kamaz” maşınları gətirmişdir. Bir müddətdən sonra iddiaçı demişdir ki, “mən bunu özəlləşdirim”. Həmin dövrdə o demişdir ki, mən bu idarəni özəlləşdirəcəm və maşınlar da idarəyə lazımdır. 2003-cü ildən səhmdar cəmiyyəti tam özəlləşmiş səhmdar cəmiyyət sayılır. Səmdar cəmiyyətinin 86 faiz, sonradan 90 faiz səhmi ona, qalan 10 faizi isə digər səhmdarlara məxsus olmuşdur. Bunların da hər birinin səhminin dəyəri 0,1 faiz təşkil edir. İddiaçı əmisi oğlu ilə birlikdə 2003-cü ildə cəmiyyətə 19 səhm qoymuşdur, o da 0,1 faiz təşkil edir, qiyməti də 2 manat olmaqla 18 manat edir. İddiaçının özünün 9 səhmi, 2 nəfərə 1 ədəd özəlləşdirmə çeki olmuşdur. Həmin çek dövlət tərəfindən verilmiş, iddiaçı əmisi oğlu ilə birlikdə könüllü olaraq 2 nəfər bir çek qoymuşlar ki, səhmdar cəmiyyətinin üzvü olsunlar. İddiaçının işlətdiyi maşını da o, səhmdar cəmiyyəti yaranadan özəlləşdirmiş, bu maşın da 1997-ci ildən 2014-cü ilə qədər iddiaçının evinin qapısında olmuşdur. O, 2000-ci ilin əvvəlində iddiaçını işə dəvət etmiş, 5 il iddiaçını işə gətirmək üçün çalışmış, iddiaçı 2005-ci ilin mart ayında işə çıxmışdır, hazırda da iddia edir ki, guya “mən 2000-ci ildə bunun adına əmək haqqı yazmışam”. İddia etdiyi 5 aylıq əmək haqqı isə böhtandan başqa bir deyil. İddiaçı əmək haqqın alanda onun 1999-cu ildə işlədiyi dövrdən artıq qalan pul 2000-ci ilə qalıq yazılmış və bu 5 ay təkrar davam etmiş, lakin cəmlənmə olmamışdır. İdarənin mühasiblərindən biri rəhmətə getmişdir, biri isə Bakıda yaşadığından o bunu sübut edə bilmir. 2006-cı ildə pul isla hatı keçirilmiş və 5000 rubl 1 manat qəbul olunmuşdur. 58000 manat 12 manat edir. Həmin 5 aya yazılan pulun Səmədə ödənilib-ödənilməməsini deyə bilmir. Bu məsələni mühasib bilər. 06 və 19 mart 2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında isə cavabdehin nümayəndəsi əlavə olaraq göstərmişdir ki, o, arxivdə baxmışdır ki, həmin rəqəmlər təkrarlanmışdır. İddiaçı 2000-ci ilin may ayında idarədə 3-4 gün işləyib 12 manata yaxın pul almış, sonra işə çıxmamışdır. 50008 yazılmış və 1000 tutquya çıxıldığından 49008 yazılmışdır. 49008 manatı isə iyun ayında almışdır. Bütün bunlar 19 fevral iclasından sonra ona aydın olmuşdur. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. X3 şifahi məsləhətində göstərdi ki, ona təqdim olunan sənədlərdən arxiv arayışına uyğun olaraq deyə bilər ki, iddiaç ıya 5 ay ərzində əmək haqqı hesablanmışdır. May və iyun ayları tutqu çıxılaraq, digər aylarda isə tutqular çıxılmadan yazılmışdır. Təqdim olunan kitablar əslində bu işin tərtibatı üçün lazım olan kitablar deyil. Bu kitablar balans hesabatı, dövriyyə ştatını çıxarmaq üçün uyğun olan kitablardır. Lakin bu kitablarda qeyd olunan aylarda əmək haqqı da göstərilmişdir. Arxivdən göndərilmiş bu kitablarda iddiaçının həmin əmək haqqını alıb-almamağına dair heç bir qeyd yoxdur. Ümumi hesablanmış məbləğ, yəni 278.000 bugünkü gündə yeni manatla 55 manat 62 qəpik pul edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apelyasiya baxışında; - Azərbaycan Respubl ikası Milli X7 MR Filialı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin surətindən məlum olur ki, emitent "xxxx" ATSC-nin buraxdığı qiymətli kağız haqqında məlumat aşağıdakı kimidir: növü - adi adlı səhm, forması - sənədsiz, nominal dəyəri - 2.00 manat, ümumi miqdarı - 9435, yerləşdirilmişdir – 9435. Qiymətli kağız sahibi siyahı üzrə 96 nəfərdir. Cavabdehin nümayəndəsi - Nümayəndə sahib olduğu qiymətli kağızların ümumi miqdarı - 8078, faiz nisbəti - 85,6174, İddiaçı sahib olduğu qiymətli kağızların ümumi miqdarı - 9, faiz nisbəti - 0,0954 təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Maddə 98.2. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Maddə 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Maddə 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyy ətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun proto kolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; və s. Maddə 1077.1. Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyə n investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Maddə 1078-27.1-1078-27.1.1. Qiymətli kağızların dövriyyədən çıxarılması səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.4. Apelyasiya instansiyası məhkəməsi tərəfdindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və p rosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 392.2 Apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli Fərmanı. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayı r. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməs inin əsaslılığını tam yoxlayır.” Hazırkı halda iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçının və cavabdehin nümayəndəsinin izahatları üzrə araşdır araq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmaqla mülki işin həlli ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Mübahisə iddia tələbi üzrə iş materiallarında olan iddia ərizəsi (İ cild, iş v. 2-3), xx.xx.2020-ci il tarixli arxiv arayışı, üzərində “Azərbaycan Respublikası Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi Çek Auksion Komissiyası” yazısı olan ştamp vurulmuş bildiriş (İ cild iş v. 11-12) və e-2-2(123)-93/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardada (İİ cıld, iş v. 7-9) müvafiq olaraq səhmlərin iddiaçıya qaytarılması və iddiaçının adına yazılıb alınan 5 aylıq (2000-ci ilin yanvar, mart-iyun ayları üzrə) əmək haqqının alınıb verilməsi ilə bağlıdır. Səhmdar cəmiyyəti nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünən, bir və ya bir neçə şəxs tərəfindən yaradılan elə bir kommersiya təşkilatıdır ki, bu təşkilatın iştirakçıları (səhmdarları) onun öhdəlikləri üçün cavabdeh deyillər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar. Səhm elə bir qiymətli kağızdır ki, o iştirakçının (səhmdarın) səhmdar cəmiyyətinə münasibətdə öhdəlik hüququna malik olmasını təsdiqləyir və sübut edir. Belə ki, iştirakçılar (səhmdarlar) cəmiyyətin buraxdığı səhmləri əldə edirlər, y əni satın alırlar. Bu məqsədlə onlar əldə etdikləri səhmlərin əvəzində cəmiyyətə pul vəsaiti və s. ödəyirlər və bununla həmin səhmlərin mülkiyyətçisi olurlar. Səhmin əvəzində verilən vəsait cəmiyyətin mülkiyyətinə daxil edilir və səhmdarın həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Göründüyü kimi, səhmi almaqla səhmdarla cəmiyyət arasında öhdəlik hüquq münasibəti əmələ gəlir. Bu münasibətə görə səhmdar cəmiyyətin gəlirlərinin (mənfəətinin) bir hissəsini dividendlər (ing. dividends - səhmdar cəmiyyətin mənfəətinin səhmdarlara ödənilən hissəsi) şəklində almaq hüququna (öhdəlik hüququna) malik olur. Səhmə münasibətdə isə səhmdarın mülkiyyət hüququ vardır. Belə ki, səhmdar mülkiyyətçi, səhm ilə mülkiyyət hüququnun obyektidir. Səhmdar cəmiyyətinə hüquqi xarakteristika verilmə sinin əsas və başlıca hüquqi əlamətlərindən biri də ondan ibarətdir ki, səhmdar iştirak etdiyi cəmiyyətdən çıxarsa (hazırkı iş üzrə iddiaçı cavabdehin səhmdarıdır), ona hər hansı ödəniş verilmir və əmlak hissəsi ödənilmir, yəni cəmiyyətdən çıxdığı halda səhmdara heç nə ödənilmir. Səhmdar özgəninkiləşdirdiyi səhmə görə bu səhmi əldə edənlərdən yalnız kompensasiya ala bilər. Bu, o deməkdir ki, səhmdar cəmiyyətdən ancaq səhmin başqa şəxslərə özgəninkiləşdirilməsi (satılması, bağışlanması və s.) yolu ilə çıxa bilər. Deməli, onun cəmiyyətdən çıxmaq məqsədilə səhmi cəmiyyətə və ya özünə qaytarmaq hüququ yoxdur. Səhmləri o, qeyd edildiyi kimi, qanunda nəzərdə tutulan qaydada yalnız özgəninkiləşdirə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, səhmdarın (iddiaçının) mülkiyyətçisi olduğu səhml ərini özgəninkiləşdirməsi hüququ olsa da, üzvü olduğu açıq səhmdar cəmiyyətindən (cavabdehdən) səhmlərin özünə qaytarılması tələbi üzrə subyektiv hüquqa malik olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin; 99.1-ci maddəsinin məzmununa əsasən X11 cəmiyyətinin səhmdarı öz səhmini (səhmlərini) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada özgəninkiləşdirmək hüququna malikdir. 106-1.3-106-1.3.9-cu maddələrində səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş hüquqları içərisində səhmdarın səhmin özünə qaytarılmasını tələb etmək hüququ müəyyən olunmamışdır. 1078-27.1-1078-27.1.1-ci maddələrinə görə isə qiymətli kağızların dövriyyədən çıxarılması - səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə həy ata keçirilir. İddia ərizəsində iddiaçı Mülki Məcəllənin 106-1.3.7-ci maddəsinə (cəmiyyətin xalis mənfəətindən dividend almaq) istinad etməsinə və apelyasiya baxışında “hazırda səhmin dəyərinin qaytarılmasını istəyir” tələbini bildirsə də, Mülki-Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən bu tələb qəbul edilə bilməz. İddiaçı iddia tələbinin “adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” hissəsində iddia ərizəsində “mənim adıma 5 aya yazıb özü də qol çəkib aldığı 278110 manat pul mənə verilməmişdir”, apelyasiya şikayətində “5 aya mənim adıma 278000 manat əmək haqqı yazılıb, Əhməd özü yazıb, özü də qol çəkib. Mən indi öz haqqımı istəyirəm. Mənim adıma yazılıb alınan pulu Əhməd mənimsəyib. 5 aya 278110 manat əmək haqqı yazılmasına dair sənədim var, o sənədi arxivdən çıxartm ışam, məhkəmənin iş materiallarına əlavə olunub. 5 aylıq əmək haqqını əgər almışamsa, gətirib maaş cədvəlində göstərsin. 2000-ci ildə beş aylıq mənim adıma yazılıb qol çəkilib alınan pulun miqdarını istəyirəm. Əhməd 2000-ci ildə 278110 manatı 6 il ərzində istifadə edib və mənə heç nə verməyib” qeyd etməsinə, məhkəmə baxışı iclasında isə “cavabdehin onun adına 2000-ci ilin yanvar, mart, aprel aylarında 59698 manat, may ayında 50008 manat və iyun ayında 49008 manat - 278110 manat əmək haqqı yazdığını, əmək haqqı cədvəlinə onun imzası olmadan qarşı tərəfin özünün imza çəkib pulu aldığını, 2000-ci ildə maşın xarab olduğuna görə işləmədiyini, həmin dövrdə işləmədiyi halda onun adına 5 aylıq əmək haqqı yazıldığını” göstərməsinə baxmayaraq həmin faktları təsdiq edən heç bir sübutu kollegiyaya təq dim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Cavabdehin nümayəndəsi isə apelyasiya baxışı zamanı ilkin izahatında “iddiaçının 1999-cu ildə işlədiyi dövrdən artıq qalan pulun 2000-ci ilə qalıq yazıldığını, bunun 5 ay təkrar davam etdiyini, lakin cəmlənmə olmadığını, həmin 5 aya yazılan pulun Səmədə ödənilib-ödənilməməsini deyə bilmədiyini”, sonrakı izahat və vəsatətlərində isə “iddiaçıya 1999-cu ilin may ayında 59698 rubl əmək haqqı yazıldığını, iddiaçı bu vəsaiti almadığından qabağı bağlandığını və qalıq əmək haqqı kimi 2020-ci ildə üç ay təkrartəkra r göstərildiyini, iddiaçının 2020-ci ilin may ayında işə çıxdığını və səkkiz gün işlədiyini, ona 50008 rubl əmək haqqı yazıldığını və əmək haqqı tutqusundan sonra 2000-ci ilin iyun ayında 49008 rublu qol çəkib aldığını, sonra iddiaçının beş il işə çıxmadığını və iddiaçının bu tələbinin tamamilə böhtan olduğunu” göstərərək iddiaçının göstərdiklərini təkzib etmişdir. Göstərilənlərlə bağlı kollegiya bir daha vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qə dər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Cavabdehin nümayəndəsinin vəsatəti əsasında iddiaçının 1999-2000-ci illərdə cavabdeh cəmiyyətdə işləyib-işləməməsi və xx.xx.2020-ci il tarixli, 13/661 nömrəli arxiv arayışında göstərilən əmək haqqını 2000-ci ildə alıb-almamasını aydınlaşdırmaq üçün cavabdeh cəmiyyətin Naxçıvan MR Dövlət Arxivində saxlanılan 1999-2000-ci illər üzrə qeyd olunan faktlara aid müvafiq maliyyə sənədlərinin kollegiyaya göndərilməsi barədə sorğu göndərilmiş, təqdim olunacaq maliyyə sənədlərinin araşdırılması və qeyd edilən arxiv arayışında göstərilən əmək haqqı məbləğlərinin 2000-ci ilin yanvar, mart-iyun ayları üzrə indeksasiyasının aparılması məqsədilə məsləhət verilməsi üçün müt əxəssis dəvət olunmuşdur. Mütəxəssisin məsləhətindən aydın olmuşdur ki, arxivdən göndərilmiş, ona təqdim olunan kitablar balans hesabatı, dövriyyə ştatını çıxarmaq üçün uyğun olan kitablardır. Bu kitablarda qeyd olunan aylar üzrə əmək haqqının da göstərilməsinə baxmayaraq iddiaçının həmin əmək haqqını alıb-almamasına dair heç bir qeyd yoxdur. Ümumi hesablanmış məbləğ, yəni 278.000 bugünkü gündə yeni manatla 55 manat 62 qəpik pul edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli Fərmanına uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulmuşdur. Məlumdur ki, AZM və AZN birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə olmuş və yalnız 2007-ci ilin yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının mübahisələndirdiyi pul məbləği 23 il bundan əvvələ aiddir. Müvafiq maliyyə və digər sənədlərin saxlanma müddətləri qanunvericiliklə müəyyən edilmişdir və aydındır ki, saxlanma müddəti bitmiş sənədlər məhv olunur. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən apelyasiya şikayətində Mülki Məcəllənin 98.1, 98.2 və 99.1-ci maddələrinin “qətnamədə sadalansa da, düzgün tətbiq edilmədiyinin” qey d edilməsinə, eləcə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 14.1, 14.2, 76.1 və 88-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol”un 1 -ci maddəsinə istinad olunmasına baxmayaraq, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını konkret fakt və hallar, onları təsdiq edən sübutlar ilə əsaslandırmamışdır. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı “adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələbi üzrə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13/661 nömrəli arxiv arayışına istinad etməklə ona əmək haqqı yazılmağını məhkəmə proseslərində sənədləri axtaranda arxivdən öyrənib bild iyini, yəni həmin vaxt “hüququnun pozulduğunu aşkar etdiyini” göstərmiş və 2 il 8 aydan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinə təqdim olunan 17 iyul 2023-cü il tarixli vəsatətində (İ cild, iş v.135) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə (pul və digər əmlak tələbləri ilə əlaqədar... yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər) istinad etsə də, Mülki Məcəllənin 375.2-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəməyə ərizə verməmişdir. Həmin maddədə isə göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübah isə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərlə bağlı kollegiya qeyd etməyi zəruru hesab edir ki, işdə iştirak edən şəxslər hüquqşünas olmadıqlarından və ya başqa səbəblərdən qanunvericiliyin tələblərini bilmədiklərindən birinci instansiya məhkəmələri Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsinə müvafiq olaraq həmin şəxslərə prosessual hüquq və vəzifələrini izah etməklə yanaşı, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidirlər. Kollegiya apelyasiya şikayətinin və cavabdehin nümayəndəsinin etirazının (vəsatətlərinin) əvvəl baxılmış işlər üzrə dəlillərinə münasibətdə onların n əzərinə çatdırır ki, iş materiallarına əlavə olunmuş e-2-2(123)-5/2021 nömrəli, 9 fevral 2021-ci il tarixli qətnamənin surətindən (İ cild, iş v. 113-121) görünür ki, iddiaçının cavabdeh cəmiyyətə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə iddianın təmin edilməsi, Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən 15 iyul 2020-ci il tarixdə təsdiq edilmiş Kamaz 5511 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, həmin yük avtomobilinin Naxçıvan "xxxx" ATSC-nin balansına qaytarılması qət edilmişdir. 2(078)-7/2021 nömrəli, 7 iyun 2021-ci il tarixli qətnamənin surətindən (İ cild, iş v. 216-228) məlum olur ki, iddiaçının cavabdeh cəmiyyətə qarşı “əmək kitabçasında son hes ablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi” tələblərinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Naxçıvan "xxxx" ATSC-dən iddiaçının faktiki işlədiyi 2004-2015-ci illər ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Həmin iş üzrə cavabdeh cəmiyyətin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 7 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış və apely asiya şikayəti təmin edilməmişdir (İ cild, iş v. 104-111). Göstərilən qətnamələr qanuni qüvvələrini almış və icra olunmuşlar. Məhz bu səbəblərdən də hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən qeyd olunan qətnamələrin surətləri iş materiallarına əlavə edildikdən sonra, 25 sentyabr 2023-cü il tarixli qərardadla iddiaçının cavabdehə qarşı (avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi) “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb verilməsi” tələbləri barədə kommersiya mübahisəsinə “son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı av tomaşının alınıb verilməsi” tələblərinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə a ktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-in 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüq uq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər”. Cavabdehin nümayəndəsinin vəsatətlərində göstərdiyi “27200 manat vəsaitin iddiaçıdan alınaraq cavabdeh cəmiyyətə ödənilməsi” tələbi ilə əlaqədar izah olunur ki, onun müvafiq birinci instansiya məhkəməsində qanunvericiliyin tələblərinə uyğun olaraq bu barədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və iddiaçı tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nə ticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsindən səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi” tələblərinə dair iddiasını rədd etməkdə düzgün nəticəyə gəlmişdir. e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi İddiaçı apelya siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.