Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-11/2023 17.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və cavabdehin vəkil-nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin vəkil-nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı 27 oktyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 6297.32 manat borcun, X2 ödənilmiş 100 manatın və hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 fevral 2021-ci il tarixdə "xxxx" şirkətinin Naxçıvan şəhərində yerləşən anbarından faktura əsasında 7297.32 manat dəyərində qida məhsulu təhvil alınıb Şahid1 idarə etdiyi, şirkətə məxsus avtomaşınla Cavabdeh Qahab kəndində yerləşən evinə iki reyslə aparılıb təhvil verilmişdir. Əvvələr də iddiaçının cavabdehlə belə ticarət əlaqələri olmuşdur. Malı cavabdehə təhvil verirmişlər, o isə bildiklərinə görə həmin malı Bakı şəhərinə göndərib orada satışını təşkil etmişdir. Axırıncı dəfə verdikləri malın pulundan cavabdeh 1000 manatını ödəmiş, 6297.32 manatı qalmışdır. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq pulunu cavabdehdən tələb edəndə deyir ki, “malı satıb ziyana düşmüşəm, ona görə verə bilmirəm, lakin hissə-hissə ödəyəcəm”. Cavabdeh uzun müddət telefon zənglərini açmamış, sonra isə onun yeni nömrəsini öyrənib pulunu tələb edəndə cavab vermişdir ki, “Bakı şəhərində restoran götürmüşəm, işlədirəm, yavaş-yavaş pulunuzu ödəyəcəyəm”. Lakin bu günə kimi cavabdeh borcundan bir manat belə olsun ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı X2 müraciət olunaraq müvafiq arayış alınmışdır. İddiaçı X2 müraciət edərək ilkin med iasiya sessiyasının xərci olan 100 manatı ödəmiş və iddia ərizəsində tələb olunan məbləğ üçün ödəniləcək dövlət rüsumu 83 manat təşkil etdiyindən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. İddiaçı cavabdehdən dəfələrlə pulunu istəməyinə, bununla əlaqədar məhkəməyə müraciət etməli olacağını və bunun üçün çəkiləcək bütün xərcləri ondan tələb edəcəyini bildirməyinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567 və 568.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 115.0.6-cı maddələrinə istinad etmişdir. 28 mart 2023-cü il tarixdə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək gös tərmişdir ki, “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6297.32 manat borcun, X2 ödənilmiş 100 manatın və hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişəm. İddia ərizəmdə göstərmişəm ki, 12 fevral 2021-ci il tarixdə "Bizim Qida” şirkətinin Naxçıvan şəhərində yerləşən anbarından faktura əsasında 7297.32 manat dəyərində qida məhsulları təhvil alınıb Şahid1 idarə etdiyi, şirkətə məxsus avtomaşınla Cavabdeh Qahab kəndində yerləşən evinə 2 reyslə aparılıb təhvil verilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verərkən Şahid1 bildirdi ki, fakturada göstərilən qida məhsulları onun idarə eldiyi avtomaşına yığılmış, o isə apararaq Cavabdeh Naxçı van şəhəri "Cahan" ticarət mərkəzinin arxasında yerləşən qarajına boşaldaraq təhvil vermişdir. Bununla əlaqədar olaraq bildirirəm ki, fakturada göstəriən qida məhsulları anbardan Şahid1 avtomaşınına yığılıb Cavabdeh göndərilərkən mən iştirak etməmişəm. Sürücü Şahid1 mənimlə telefon əlaqəsi saxladı, mən də Cavabdeh telefon nömrəsini ona verdim. Şahid1 malı aparıb Cavabdeh təhvil verərəkən mənə telefon açdı, məni Cavabdehla danışdırdı. Mən də ona dedim ki, malı Cabirə təhvil ver. Mən elə bildim ki, Şahid1 malı aparıb Babək rayon Qahab kəndinə, orada təhvil verib, lakin məlum olur ki, Şahid1 malı Cavabdeh Naxçıvan şəhəri “Cahan” ticarət mərkəzinin arxasında yerləşən qaraja boşaldaraq təhvil veribdir. Ona görə də iddia ərizəmdəki yanlışlığı dəqiqləşdirərək malın Cavabdeh Naxçıvan şəhəri “Cahan ” ticarət mərkəzinin arxasında yerləşən qaraja boşaldılaraq təhvil verildiyi kimi göstərilməsini xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Cavabdehla mənim ticari əlaqəm 12 fevral 2021-ci il tarixdə olub. Bu keçən zaman ərzində həmin malların qiymətlərində artımlar müşahidə olunmuşdur. Bu məqsədlə "xxxx" MMC-yə göndərdiyimiz sorğuya cavab verilmiş, 23 fevral 2023-cü il tarixli, 03 saylı məktubdan məlum olur ki, həmin malların satış qiymətləri artmışdır. Mən ticarətlə məşğul oluram. 2 il bundan əvvəl satdığım malın dəyəri ilə bu gün həmin miqdarda mal ala bilmirəm. Cavabdeh borcunu vaxtında qaytarmadığından məni ziyana salmışdır. Ona görə də mən iddia tələbimin həcmini artıraraq Cavabdeh 11280 manat (200x27.60=5520 manat; 150x38.40=5760 manat; cəmi 5520+5760=11280 manat) borcun, X 2 ödənilmiş 100 manatın və hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun alınıb mənə verilməsi tələbi daxilində baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edirəm”. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında qeyd olunan ərizənin icraata qəbul edilməsi və işə həmin tələb çərçivəsində baxılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-7/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10280 manatın, hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsl əhətxanasına ödənilmiş 400 manat pulun 91.13% hissəsi, yəni 364.52 manatın məhkəmə xərci kimi tutularaq İddiaçı ödənilməsi, həmin məbləğin qalan hissədə 35.48 manatının iddiaçının özünə aid edilməsi, X2 ödənilmiş 100 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, həmçinin dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 36.16 manatın “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılması, iddia qismən təmin olunduğundan dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun - 123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi və cavabdehdən 12.85 manatın a lınaraq iddiaçıya verilməsi, rüsumun qalan 10.99 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də 12 fevral 2021-ci il tarixdə "Bizim Qida” şirkətindən faktura əsasında mərkəz anbarından 7297.32 manat dəyərində qida məhsulunu şirkətdən təhvil almışdır. Həmin malların Cavabdeh təhvil verilməsi, onun bu malların dəyərini təşkil edən məbləğdən 1000 manatı iddiaçıya ödəməsi, qalan hissədə hələ də ödəyə bilmədiyi və iddiaçıya borcunun qalması iş üzrə müvafiq şahid ifadələri ilə də öz təsdiqini tapmaqdadır. Eyni zamanda məhkəmə bildirir ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada əldə edilmiş razılaşma üzrə ticarət əlaqələrini n aparılması işin mübahisəsiz halıdır, bu hal isə məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halları ilə əlaqələndirildiyində nəticə olaraq onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətlərinin mövcud olmasını müəyyən etməyə əsas verməkdədir. Müəyyən edilmiş öhdəlik üzrə isə İddiaçı öz üzərinə düşən öhdəliyini icra edərək malları Cavabdeh təhvil vermiş, qarşı tərəf isə kreditor olan İddiaçı öhdəliyini lazımi qaydada icra etməmiş və ona borclu qalmaqda davam etmişdir”. “Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halı ondan ibarətdir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi səbəbindən iddiaçıya zərər vurulmuşdur. Belə ki, iş materiallarında olan TF**********0 saylı, xx.xx.2021-ci il tarixli "Bizim Qida”-nın fakturasının təsdiq olunmuş tərcüməsində n görünür ki, İddiaçı SP**********6 saylı sifarişi əsasında mərkəz anbardan götürdüyü X7 6 box 24p. 20q. açıqlamalı, 200 miqdar, malın vahidinin qiyməti 22,08 olmaqla, toplam 4.416,48, Ozmo Ogopogo 4box 24p. 30q. açıqlamalı, 150 miqdar, malın vahidinin qiyməti 20,20, toplam 3.029,76 olmaqla faktura məbləğinin cəmi 7.297,32 TL təşkil edir. İddiaçının vəkilinümayəndəsi Vəkil1 tərəfindən verilən vəsatət əsasında 15 fevral 2023-cü il tarixdə verilmiş sorğuya "Bizim Qida” MMC-nin 21 fevral 2023-cü il tarixli, 02 saylı cavab məktubundan isə İddiaçı adına yazılmış xx.xx.2021-ci il tarixli, TF**********0 saylı fakturada qeyd olunan 7.297,32 dəyərin AZN olması, fakturada TL yazılmağının səbəbinin proqram təminatının Türkiyə istehsalı olması müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan "Bizim Qida” MMC-nin Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ünvanladığı 23 fevral 2023-cü il tarixli məktubundan 15 fevral 2023-cü il tarixli, 2/210 №-li məktuba əsasən, 12 fevral 2021-ci il tarixli fakturaya daxil olan malların həmin günə olan AZN qiymətlərinin X7 6box24pcs 1KT-27.60 AZN, OZMO Ogopogo 4box24pcs 1KL - 38.40 AZN olması göründüyündən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ticarətlə məşğul olduğundan və öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən ona hazırda cavabdeh tərəfindən alınmış malın pulunun qalan hissəsi ödənilsə belə, həmin miqdarda mal ala bilməsi mümkün olmayacaq, nəticədə eyni miqdarda malı ala bilməsi üçün ya özü əlavə xərc çəkməli, yaxud da həmin pula daha az miqdarda mal almalı olacaqdır. Bu isə hər bir halda iddiaçının pul itkisinə gətirib çıxaraca qdır”. “Tələbin həcminə münasibətdə məhkəmə qeyd edir ki, vahidinin qiyməti 22,08 manat olmaqla 200 miqdar X7 6 box 24p. açıqlamalı məhsulun vahidinin hazırki qiyməti 27.60 AZN, vahidinin qiyməti 20,20 manat olmaqla 150 miqdar Ozmo Ogopogo 4box 24p. açıqlamalı məhsulun vahidinin hazırki qiyməti 38.40 AZN olduğundan, 200x27.60=5520 manat məbləğ və 150x38.40=5760 manat məbləğ toplanıldıqda belə məlum olur ki, hazırda iddiaçının həmin miqdarda mal ala bilməsi üçün ümumilikdə 11.280 manat pul vəsaitinə ehtiyacı olacaqdır. Lakin iddiaçının özü cavabdehin malın pulundan 1000 manatı ödədiyini təsdiq etdiyindən, qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddiasında göstərdiyi 11280 manat pul məbləğinin 11280-1000=10280 manat hissəsini Cavabdeh tələb edə bilər, id dia tələb edilən məbləğə münasibətdə qismən əsaslıdır və qismən təmin olunmalıdır...”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 21.1, 21.2, 21.3, 135.1, 135.2, 324.1, 324.2, 329.2, 329.3, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 406.1, 425.1, 425.2, 427.2, 427.4, 442, 448.1, 567, 598.1-ci, Mülki-Prosesual Məcəllənin 14.2, 77.1, 107, 108.1-108.1.1, 108.2, 114.1-114.1.1, 115.0-115.0.6, 115.0.9, 119.1, 119.2, 121.1, 217.3, 217.4 və 220.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin vəkil-nümayəndəsi Vəkil3 apelyasiya şikayətində Mülki-Prosessual Məcəllənin 386 və 387-ci maddələrinə əsaslanaraq Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və i ddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, “Məhkəmə qətnaməsi ilə razı deyilik və qənaətimizə görə qəbul edilmiş qətnamə maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Mülki Məcəllənin 385.1 və 386.1-cı maddələrinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arası nda müqavilə olmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələbi qəbul etməmiş və məhkəmədə qaldırılmış tələbi əsassız hesab etmişdir. Belə ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin mövcudluğu müəyyən edilmir və iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlər də tərəflər arasındakı münasibətin mövcudluğunu dolayısı ilə təsdiqləməmişlər. Həmçinin iş materiallarında olan qaimə fakturalarda göstərilən malların Cavabdeh aid edilməsi və həmin malların Cavabdeh tərəfindən təhvil alınması öz təsdiqini tapmır. Yəni cavabdehin iddiaçıdan hər hansı malı alması, bununla bağlı ona ödəniş edəcəyi barədə öhdəlik götürməsi iş materiallarında öz əksini tapmır. Buna görə də tərəflər arasındakı münasibətlər mülki məcəllənin qeyd edilən maddələri ilə tənzimlənmədiyindən iddia tələbi bu hissədə tərəfimizdən əsaslı hesab edilmir. Mülki Məcəllənin 600.1, 600.2 və 600.5-ci maddələrinin tələbinə görə nisyə alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən görünür ki, iddiaçı şəxs guya cavabdehə 2 il bundan əvvəl satdığı malın dəyəri ilə bu gün həmin miqdarda mal ala bilmədiyini, cavabdehin pul ödəmədiyindən onu ziyana saldığını əsas götürərək iddia tələbinin artırılması barədə ərizə təqdim etmiş, bu ərizə isə məhkəmə tərəfindən qəbul edilməklə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ ikiqat həcmində təmin edilmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi, tərəfələr arasında alqı-satqı ilə bağlı heç bir müqavilə olmamış, cavabdeh tərəfindən iddiaçı qarşısında heç bir öhdəlik götürülməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirirmiş məbləğdən malın müqa viləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi məcəllədə alıcının aldığı mala görə onun pulunu ödəmək öhdəliyini icra etmədiyi halda gecikdirilən ödənişə münasibətdə əlavə faizlərin ödənilməsi məcburi norma kimi əks edilməmiş, eyni zamanda bunun üçün ilkin olaraq tərəflər arasında müqavilənin mövcud olması əsas götürülmüşdür. Hazırki iş üzrə də tərəflər arasında hər hansı müqavilənin olmaması səbəbindən iddiaçı tərəfin iddia tələbinin artırılması ilə bağlı ərizəsi əsaslı sayılmır və məhkəmənin bununla bağlı gəldiyi qənaət tərəfimizdən düzgün hesab edilmir. Buna görə də göstərilənlərə əsaslanaraq məhkəmə qətnaməsinin iddia tələbinin artırılması hissəsində də ləğv edilməli olması qənaətindəyik. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Məhkəmə qərar qəbul edərkən şahid kimi dindirilmiş şəxsin təqdim etdiyi səs yazılarına istinad etmişdir ki, bu zaman da Mülki-Prosessual Məcəllənin 76.1, 77.1, 89.2, 95.1 və 104.1-ci maddələrinin müddəalarını pozmuşdur. X6 Məhkəməsi 'Mahmudov Rusiya Federasiyasına qarşı" qərarında hüquqi mövqeyini əks etdirərərək göstərmişdir ki, konvensiyanın prosedurları çərçivəsində sübutları qiymətləndirərkən bir qayda olaraq (affirmanti, non neganti, incumbit probatio) sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər g üclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Prosessual qanunvericilikdə sübutun məhkəməyə təqdim edilməsi işdə iştirak edən tərəfin vəzifəsi kimi müəyyən edilmişdir. Bu baxımdan hazırki iş üzrə şahid tərəfindən təqdim edilmiş səs yazılarının sübut kimi qəbul edilməsi tərəfimizdən qanunvericiliyə uyğun hesab edilmir. Digər tərəfdən təqdim edilmiş səs yazılarının nə vaxt və hansı şəraitdə yazılmasının göstərilməməsi də prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında X6 Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İnsan Hüquqlqrı üzrə Avropa Məhkəməsinin qəraralarında da qeyd edilir ki, məhkəmə məhkəmə araşdırmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməlidir. Buna görə də o sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib- edilmədiyini müəyyən etməlidir.Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elshoz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli qərar). Lakin hazırki iş üzrə məhkəmə araşdırması ətraflı aparılmamış, yalnız şahid ifadələri və şahidin təqdim etdiyi səs yazılarına istinad edilməklə maddi və prosessual qanunvericiliyin müddəalarının pozulma sı ilə müşayiət olunan qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər: Məhkəmənin qəbul etmiş olduğu qətnaməsində göstərilir ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada əldə edilmiş razılaşma üzrə ticarət əlaqələrinin aparılması işin mübahisəsiz halıdır, bu hal isə məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halları ilə əlaqələndirildiyində nəticə olaraq onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətlərinin mövcud olmasını müəyyən etməyə əsas verməkdədir. Mülki qanuvericiliyə görə də öhdəliyin əmələ gəlmə əsası kimi tərəflər arasında müqavilənin olması şərtdir. Lakin hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilənin olması müəyyən edilmir və məhkəmə tərəfindən də ilkin olaraq iddiaçı ilə cavabdeh arasında münasibətlərinin yaranması, işgüzar əlaqələrin hansı qayda və şərtlərlə qurulması aydınlaşdırılmamış, cavabdeh tərəfindən iddiaçıya 1000 manatın kimin vasitəsilə və hansı şəraitdə ödənilməsi dəqiqləşdirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər: Məhkəmənin qəbul etmiş olduğu qətnaməsində göstərilir ki, İddiaçı həqiqətən də 12 fevral 2021-ci il tarixdə "xxxx" şirkətindən faktura əsasında mərkəz anbarından 7297.32 manat dəyərində qida məhsulunu şirkətdən təhvil almışdır. Həmin malların Cavabdeh təhvil verilməsi, onun bu malların dəyərini təşkil edən məbləğdən 1000 manatı iddiaçıya ödəməsi, qalan hissədə hələ də ödəyə bilmədiyi və iddiaçıya borcunun qalması iş üzrə müvafiq şahid ifadələri ilə də öz təsdiqini tapmaqdadır. Eyni zamanda məhkəmə bildirir ki, tərəflər arasında malların alqı-satqısı barədə şifahi formada əldə edilmiş razılaşma üzrə ticarət əlaqələrinin aparılması işin mübahisəsiz halıdır, bu hal isə məhkəmə tərəfindən müəyyən edilmiş işin digər halları ilə əlaqələndirildiyində nəticə olaraq onlar arasında müqavilədən əmələ gələn öhdəlik münasibətlərinin mövcud olmasını müəyyən etməyə əsas verməkdədir. Lakin qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, iddia tələbini sübut etmək qanunvericiliyə əsasən iddiaçının vəzifəsidir. Bu mənada iş üzrə təqdim edilmiş nə fakturada qeyd edilən malın iddiaçı tərəfindən cavabdehə verilməsi, nə də cavabdeh tərəfindən həmin malın şəxsən təhvil alınması hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçıya aldığı malın müqabilində ilkin olaraq 1000 manat ödənilməsini təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər: Qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən ümumilikdə 10844,52 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin iddiaçının qətnamədə göstərilmiş izahatından isə belə anlaşılır ki, mübahisəli malın alqısatqı və ya təhvil-təslimi zamanı tərəflər iştirak etməmiş, həmçinin ödənişi belə iddiaçı özü cavabdehdən şəxsən qəbul etməmişdir. Malın verilməsi və pul ödənilməsi ilə bağlı faktlar mötəbər və qanunvericiliyə uyğun əldə edilmiş sübutlar vasitəsilə öz təsdiqini tapmadığından məhkəmənin gəldiyi bu nəticənin işin hallarına uyğun gəlməməsi qənaətindəyik. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər: Sübutetmə yükünün prosessual qanunvericiliyə uyğun olaraq əsasən iddiaçının üzərinə düşməsi və iddia tələbinin əsassızlığı səbəbindən tərəfimizdən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Hazırda da cavabdeh tərəfin apelyasiya instansiyasına təqdim edəcək sübutları mövcud deyildir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında; Cavabdehin vəkil-nümayəndəsi Vəkil3 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdeh maddi baxımdan özü gəlib məhkəmə iclasında iştirak edə bilmir. O, apelyasiya şikayətini müdafiə edir. Qənaətləri budur ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Qərarın əsassız olmasının səbəbi tərəflər arasında nə malın satışı ilə bağlı müqavilə, nə də ki, malın çatdırılması ilə bağlı təhvil-təslim aktının olmamasıdır. Tərəflər arasında münasibət, işbirliyi olmuşdur, bu danılmazdır, lakin müvəkkilinin dediyinə görə “onlar arasında al qı-satqı yekunlaşmış və həmin müddətdə də həmin borc ödənilmişdir, onun iddiaçıya borcu yoxdur”. Cavabdehin əvvəlki borcunu ödəməyi və iddiaçıdan yeni mal götürməyi ilə bağlı heç bir məlumatı, Cavabdeh qonşusu olan şahidin verdiyi ifadəyə görə “cavabdehin pulu vermək üçün vaxt qazanması ilə bağlı işi yubatması” barədə heç bir fikri yoxdur. O, cavabdehin özü ilə cəmi bir dəfə görüşmüşdür. Şahidlərin verdiyi ifadələr mötəbər sübutlara əsaslanmalıdır, lakin məhkəmə qətnaməsində düzgün başa düşülməyən şahid ifadələri öz əksini tapmışdır və bu ifadələr də əsaslı deyil. O, şahid ifadələrini ümumiyyətlə qəbul etmir. Onlar heç bir sübut təqdim etməmişlər, ona görə ki, sübut etmək vəzifəsi iddiaçının vəzifəsidir. Bu işlə bağlı heç bir şahidləri yoxdur. Apelyasiya şikayətinin təmin olunmasını xahi ş edir. İddiaçı iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Onun Cavabdehla tanışlığı 2018-ci ildə cavabdehin məhəllə uşağı olan dostu Şahid2 vasitəsilə olmuşdur. Şahid2 ona demişdir ki, “Cabirin özündə bir az pul var. Ona biraz kömək edək ki, Naxçıvandan Bakıya mal vursun və getsin ailə uşağını saxlasın”. O da demişdir ki, “malı satandan 1 ay ərzində biz onu gözləyə bilərik ki, bizim pulumuzu çatdırsn, çünki şirkət bizi 1 ay ərzində gözləyir”. O, Cabirə 10-15 dəfə tutku, pop-kek və s. belə mallar vermiş, lakin Cabir verilən malın pulunu çox çətinliklə, yəni 2000-3000 manat ancaq verə bilmişdir. O məcbur olub cavabdehdən qalan pulu almaq üçün Şahid2 iştirakı ilə ona yenə mal vermişdir. Cavabdehlə inam əsasında işləmiş, onunla yazılı müqavilə bağlamamışdır. O, axırıncı dəfə “Ozmo” mallarını Cabirə Şahid2lə danışıqları əsasında göndərmişdir. Həmin malları aparan Türkan adlı sürücü təsdiq edir ki, “şəxsən həmin malı mən Cabirə vermişəm”. Hətta Türkan məhkəmədə Cabirin şəklinə baxmış və “Cabiri tanıdığını, həmin malları ona təhvil verdiyini” bildirmişdir. Malları Cabirə təhvil verdikdən sonra Türkan fakturanı ona gətirmiş, o da öz adına olan fakturaya imza çəkmişdir. Fakturaları şəxsən o özü imzalamışdır, çünki fakturalar onun adına yazılmışdır. Fakturaya da həmişə mal gedib boşalıb gəldikdən sonra o imza çəkmişdir. Həmin malların fakturasında 7297 manat yazılmışdır. Şirkət həmin malların satışından ona 2% gəlir vermişdir. Mart ayı nın 25-də onların Şahid2 anbarında video çəkilişləri də olmuş, həmin vaxt Cabir öz şəxsiyyət vəsiqəsini ona verib demişdir ki, “bu sənəd səndə qalsın, mən Bakıya gedirəm, mart ayının sonunda pulunun hamısını göndərəcəm”. Bundan sonra Cabirin ondan aldığı mallara görə borcundan 1000 manat pulu cavabdehin qayınatası Həsənxan adlı kişi 20 may 2021-ci ildə gətirib ona vermiş, cavabdeh o vaxtdan bu yana heç bir ödəniş etməmişdir. Cavabdehin 7 nömrəsi var, zəng edəndə hər dəfə fərqli adamlar telefonu açır, özü açan vaxtlarda da deyir “axşam danışarıq, vaxtım yoxdur, qeyri-vaxtlar danışarıq”. O vaxtdan bu yana o, Cabiri görməmişdir. Hətta Cabirin bir qardaşı da Bakı şəhəri, Nizami rayonunda polis müavini işləyir, o ona bu işlə əlaqdədar zəng vurmuş, qardaşı iki il bundan əvvəl ona demişdir ki, “b əli, o məsələdən mənim də xəbərim var, çalışarıq bu məsələni sentyabr ayına qədər həll edərik”. Onun cavabdehlə malın qiymətinin sonradan artırılması ilə bağlı aralarında heç bir razılaşma olmamışdır. İndiki vəziyyətdə “Ozmo” yumurtası və kekinə, yəni iki adda mala görə pulunu cavabdehdən tələb etməklə apelyasiya şikayətinin rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 14.2-14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mü lki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olm alıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1-114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ö dənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 115.0 və 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyas iya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1-5.1.1. Bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Maddə 5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Apelyasiya baxışının hədləri “A zərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətna məsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda cavabdehin vəkil-nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsin in qətnaməsini cavabdehə münasibətdə apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin vəkil-nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Mülki-Prose ssual Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin vəkil-nümayəndəsinin izahatları üzrə araşdıraraq bu qənaətə gəli r ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğv edilməsinin əsasını təşkil etmir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı və cavabdeh müxtəlif ərzaq mallarının satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmişlər, tərəflər arasında əvvəlcədən şifahi razılaşmaya müvafiq olaraq ticarət əlaqələri yaranıb davam etmiş, iddiaçı ticarət fəaliyyəti ilə məşğul olan ayrı-ayrı obyektlərdən topdansatış fakturası əsasında müxtəlif ərzaq və qida məhsullarını alıb nisyə alqı-satqı (əşyaların nisyə satışı) müqaviləsi əsasında cavabdehə vermiş, iddiaçı həmin məhsulları ticarət obyektlərindən topdan aldığına görə sonuncu tərəfindən ona müəyyən olunmuş (2%) gəlir verilmiş, cavabdeh isə idd iaçıdan aldığı məhsulların satışını həyata keçirib qazanc əldə etməklə müəyyən müddət sonra həmin məhsullara görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğini iddiaçıya ödəmişdir. Həmin fakt həm iddiaçı tərəfin izahatı, həm də cavabdehin vəkil-nümayəndəsinin “tərəflər arasında münasibət, işbirliyi olmuşdur, bu danılmazdır” ifadəsi ilə etiraf və təsdiq olunur. Hazırkı mübahisə iddiaçı tərəfindən cavabdehə nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) satılmış “Ozmo” markalı qida məhsullarının (kek və yumurtanın) müqabilində tələb olunan 11280 manat pulla bağlıdır. Həmin məhsulu iddiaçının "xxxx" MMC-dən 12 fevral 2021-ci ildə təhvil alması və faktura məbləğinin 7297.32 manat olması TF**********0 nömrəli faktura (iş İİ cild v. 2-3) ilə, bu məh sulun həmin tarixdə cavabdehə verilməsi və cavabdehin həmin məhsulu alması, lakin həmin məhsulların fakturada qeyd olunan dəyərini ödəməməsi, buna görə 2021-ci ilin mart ayının 25-də onların Şahid2 anbarında video çəkilişlərinin olması, həmin vaxt cavabdehin öz şəxsiyyət vəsiqəsini iddiaçıya verib “bu sənəd səndə qalsın, mən Bakıya gedirəm, mart ayının sonunda pulunun hamısını göndərəcəm” deməsi, bundan sonra cavabdehin iddiaçıdan aldığı məhsullara görə borcundan 1000 manat pulu cavabdehin qayınatası Həsənxanın 20 may 2021-ci ildə iddiaçıya ödəməsi, 6297.32 manat borcun qalması isə iş materiallarında olan iddiaçının izahatı, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri ilə təsdiq edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləs i üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin “iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin mövcudluğunun müəyyən edilməməsi, iş üzrə dindirilmiş şahidlərin tərəflər arasındakı münasibətin mövcudluğunu dolayısı ilə təsdiqləməməsi, iş materiallarında olan qaimə - fakturalarda göstərilən malların Cavabdeh aid edilməsi və həmin malların Cavabdeh tərəfindən təhvil alınmasının öz təsdiqini tapmaması, yəni cavabdehin iddiaçıdan hər hansı malı alması, bununla bağlı ona ödəniş edəcəyi barədə öhdəlik götürməsinin iş materiallarında öz əksini tapmaması, tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələri ilə tənzimlənmədiyindən iddia tələbinin bu hissədə əsaslı hesa b edilməməsi” barədə dəlilləri cavabdeh tərəfin subyektiv mülahizələridir və həmin qənaətə gəlməklə apelyasiya şikayəti üzrə tələblərin təmin olunması barədə müvafiq aktın çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (Mülki Məcəllə mad. 329.2, 329.3 və 406.1). Mülki qanunvericilik daşınmaz və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısı haqqında müqavilələr istisna olmaqla digər əşyaların alqısatqısının şi fahi formada bağlanmasını qadağan etmir. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə tərəflər azad iradə ifadəsi əsasında qida məhsullarının nisyə alqı-satqı müqaviləsini bağlamış və bu müqavilənin məzmununu müəyyənləşdirmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (Mülki Məcəllə mad. 14.2-14.2.1). Digər tərəfdən cavabdehin vəkil-nümayəndəsi apelyasiya şikayətində bir neçə dəfə tərəflər arasında alqı-satqı ilə bağlı heç bir müqavilənin olmamasını vurğulamış olsa da, məhkəmə baxışı iclasında verdiyi izahatında “müvəkkilinin dediyinə görə “onlar arasında alqı-satqı yekunlaşmışdır” ifadəsi ilə tə rəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsinin olmasını etiraf etmişdir. Cavabdehin iddiaçıdan qeyd olunan qida məhsullarını alması və bununla bağlı ona ödəniş edəcəyi barədə öhdəlik götürməsi isə həm iddiaçının izahatları və şahid ifadələri, həm də cavabdehin vəkil-nümayəndəsinin “müvəkkilinin dediyinə görə “həmin müddətdə də həmin borc ödənilmişdir, onun iddiaçıya borcu yoxdur” ifadəsi ilə təsdiq olunmuşdur. Apelyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlil kimi Mülki Məcəllənin 600.1, 600.2 və 600.5-ci maddələrinə istinad olunsa da, “iş üzrə tərəflər arasında məhz alqı-satqı müqaviləsinin olmaması səbəbindən iddiaçı tərəfin iddia tələbinin artırılması ilə bağlı ərizəsinin əsaslı sayılmaması və məhkəmənin bununla bağlı gəldiyi qənaətin düzgün hesab edilməməsi, buna görə də göstərilənlərə əsaslanaraq məhkəmə qətnaməsinin iddia tələbinin artırılması hissəsində də ləğv edilməli olması” dəlillərinə görə kollegiya əlavə olaraq bildirir ki, qeyd olunan qiymətdə “Ozmo” markalı 2 adda qida məhsulu barədə tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri olduğu üçün həmin dəlillərə görə qətnamənin iddia tələbinin artırılması hissəsində ləğv edilməsi əsaslı hesab oluna bilməz. Cavabdehin vəkil-nümayəndəsinin apelyasiya şikayətində “məhkəmə qərar qəbul edərkən şahid kimi dindirilmiş şəxsin təqdim etdiyi səs yazılarına istinad etmişdir ki, bu zaman da Mülki-Prosessual Məcəllənin 76.1, 77.1, 89.2, 95.1 və 104.1-ci maddələrinin müddəalarını pozmuşdur, prosessual qanunvericilikdə sübutun məh kəməyə təqdim edilməsi işdə iştirak edən tərəfin vəzifəsi kimi müəyyən edilmişdir, bu baxımdan hazırki iş üzrə şahid tərəfindən təqdim edilmiş səs yazılarının sübut kimi qəbul edilməsi tərəfimizdən qanunvericiliyə uyğun hesab edilmir, digər tərəfdən təqdim edilmiş səs yazılarının nə vaxt və hansı şəraitdə yazılmasının göstərilməməsi də prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir” dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 196-cı maddəsinə görə şahid ifadələr verərkən, bu ifadələr hər hansı hesablamalarla və ya yadda çətin saxlanıla bilən digər məlumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu materiallar məhkəməyə və işdə iştirak edən şəxslərə təqdim edilir və məhkəmənin qərardadı üzrə işə əlavə edilə bilər. Şahid qismində dindirilmiş Şahid2 tərəfindən məhkəməyə təqdim olunan bir ədəd CD-R-də olan səs yazıları üzrə məlumatlar, eləcə də həmin səs yazısının 30 mart 2023-cü il tarixdə Şahid2 Bakı şəhərində olarkən onunla cavabdeh arasında mobil telefon danışığı zamanı yazılması isə şahid tərəfindən ifadəsində şifahi olaraq bildirilərək məhkəmə iclasının protokolunda qeyd edilmişdir. “Sübutetmə yükünün prosessual qanunvericiliyə uyğun olaraq əsasən iddiaçının üzərinə düşməsi və iddia tələbinin əsassızlığı səbəbindən cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməməsi, hazırda da cavabdeh tərəfin apelyasiya instansiyasına təqdim edəcək sübutlarının mövcud olmaması” üzrə apelyasiya şikayətinin dəlillərinə, eləcə də cavabdehin vəkil-nümayəndəsinin məhkəmə iclasında “şahid i fadələrini ümumiyyətlə qəbul etməməsi, sübut etmək vəzifəsinin iddiaçının vəzifəsi olması və bu işlə bağlı heç bir şahidlərinin olmaması” fikirlərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkə mə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən irəli gəlir. İddiaçı tərəfindən mübahisə olunan nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manatın ödənilməsi göstərilsə də, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də ape lyasiya baxışında qalan 6297.32 manatın iddiaçıya ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yəni cavabdeh tərəfindən iddianın təmin olunan hissəsinin əsassızlığına dair sübutlar təqdim edilmədiyindən, apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin vəkil-nümayəndəsinin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. İşə baxılarkən Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunmasında düzgün nəticəyə gəl miş, lakin tələbin qanuni əsası və nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğinin həcmi düzgün müəyyən olunmamışdır. Ona görə də qətnamə müvafiq hissədə dəyişdirilməlidir. Belə ki, şərh olunduğu kimi hazırkı mübahisə üzrə tərəflərin arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki-Prosessual Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İddiaçı isə məhkəmə baxışında vermiş olduğu izahatında göstərmişdir ki, “onun cavabdehlə malın qiymətinin sonradan artırılması ilə bağlı aralarında heç bir razılaşma olmamışdır”. Kollegiya q eyd edir ki, Mülki-Prosessual Məcəllədə qətnamənin dəyişdirilməsinin əsasları müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti iddianın (ərizənin) tam və ya qismən təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsində elə bir dəyişikliyin edilməsini nəzərdə tutur ki, bu zaman iddia (ərizə) həmin qətnamədə göstərilən qaydada deyil, fərqli qaydada təmin edilmiş olur. Qətnamənin dəyişdirildiyi halda apelyasiya instansiyası məhkəməsi tərəflərin hüquqlarının və vəzifələrinin mövcudluğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni inkar etmir və yalnız həmin hüquqların və vəzifələrin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmini və ya həyata keçirilməsi mexanizmini (üsul və qaydalarını) dəyişdirir. Beləliklə, məhkəmə kollegiyas ı yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, apelyasiya şikayəti cavabdehə münasibətdə təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi “Cavabdeh 10280 manat pul məbləği, hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun 91.13 % hissəsi, yəni 364.52 manat məbləğ məhkəmə xərci kimi tutularaq İddiaçı ödənilsin. Həmin məbləğin qalan hissədə 400-364.52=35.48 manatı iddiaçının özünə aid edilsin. X2 ödənilmiş 100 manat Cavabdeh alınıb iddiaçıya verilsin... İddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun - 123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün və cavabdehdən 12.85 manat məbləğ alınaraq iddiaçıya verilsin, rüsumun qalan 10,99 manat hissəsi iddiaçının özünə aid edilsin” hissədə dəyişdirilməli, tutulmalı olan məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib müəyyən edilməli, iddia qismən təmin olunmalı, Cavabdeh 6297.32 manat borc, hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manatın 55.83% hissəsi, yəni 223.32 manat və 123.84 manat dövlət rüsumunun 55.83% hissəsi, yəni 69.14 manat alınaraq İddiaçı verilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçının özünə aid edilməlidir. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0 və 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh vəkil-nümayəndəsi Vəkil3 apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi “Cavabdeh 10280 manat pul məbləği, hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş 400 manat pulun 91.13 % hissəsi, yəni 364.52 manat məbləğ məhkəmə xərci kimi tutularaq İddiaçı ödənilsin. Həmin məbləğin qalan hissədə 400364.52=35.48 manatı iddiaçının özünə aid edilsin. X2 ödənilmiş 100 manat Cavabdeh alınıb iddiaçıya verilsin... İddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumunun - 123.84 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.85 manat məbləğindən iddiaçının ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün və cavabdehdən 12.85 manat məbləğ alınaraq iddiaçıya verilsin, rüsumun qalan 10,99 manat hissəsi iddiaçının özünə aid edilsin” hissədə dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh 6297.32 (altı min iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat borc, hüquqi yardım üzrə 04/380 nömrəli xidmət müqaviləsi əsasında Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilmiş xərcə görə 223.32 (iki yüz iyirmi üç manat otuz iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 69.14 (altmış doqquz manat on dörd qəpik) manat alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.