Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-11/2024 23.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti 06 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DC00270483-03 saylı kredit müqaviləsinə əsasən 27 850. 48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 2,675.66 (iki min altı yüz yetmiş beş manat altmış altı qəpik) manat faiz borcu, 684.93 (altı yüz səksən dörd manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 31,211.07 (otuz bir min iki yüz on bir manat yeddi qəpik) manat, DC00270483-05 saylı kredit müqaviləsinə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 1,789.84 (bir min yeddi yüz səksən doqquz manat səksən dörd qəpik) manat faiz borcu, 320.89 (üç yüz iyirmi manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 20,967.59 (iyirmi min doqquz yüz altmış yeddi manat əlli doqquz qəpik) manat, DCLT00270483-07 saylı kr edit müqaviləsinə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 3,272.95 (üç min iki yüz yetmiş iki manat doxsan beş qəpik) manat faiz borcu, 2,135.91 (iki min bir yüz otuz beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,012.68 (otuz min on iki manat altmış səkkiz qəpik) manat məbləğində borcun, Mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçı "PAŞA Bank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 01 avqust 2023-cü il tarixdə iddiaçı "PAŞA Bank” ASC tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair elektron qaydada iddia ərizəsinə əlavə ünvanlanmışdır. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair əri zəsində cavabdeh X3: DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 27,850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu, 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat borcun, -DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2.172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu, 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat borcun, -DCLTO02704 83-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2.983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçı "PAŞA Bank” ASC-nin xeyrinə ödənilməsi tələbi həddində baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinə cavabdeh X3: - DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 27,850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx b ir manat on yeddi qəpik) manat faiz borcu, 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat borcun, -DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2.172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu, 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat borcun, -DCLTO0270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2.983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçı "PAŞA Bank” ASC-nin xeyrinə ödənilməsi tələbi həddində baxılması qərara alınmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, iddianın qismən əsaslı olduğundan qismən təmin edilməsi, cavabdeh X3 (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA0462843, FİN: 11MY0HH,) DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 27 850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat altmış iki qəpik) manat; DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat; DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2,983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qə pik) manat faiz borcu, 1656 (bir min altı yüz əlli altı) manat cərimə borcu olmaqla, cəmi 29243,53 (iyirmi doqquz min iki yüz qırx üç manat əlli üç qəpik) manat borc məbləği alınıb iddiaçı "PAŞA Bank” ASC-yə ödənilməsi, iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci bütövlükdə cavabdeh X3 alınıb iddiaçı "PAŞA Bank” ASC-yə ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 341,78 (üç yüz qırx bir manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş 98,77% hissəsinə münasibətdə 337,58 (üç yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat məbləği cavabdeh X3 alınıb dövlət gəlirlərinə ödənilməsi qət olunmuşdur. İddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti 19 dekabr 2023-cü il tarixdə "Elektron məhkəmə” informasiya sistemində yaradılan elek tron kabinet vasitəsilə Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ümumi Şərtlər Toplusunda qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada öd ənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixindən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məh kəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda iş üzrə PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində birinci instansiya məhkəməsi t ərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. X7 Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Həmçinin, iş materiallarında olan: - Bank xidmətlə rinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.0.2. №-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/3989 nömrəli razılaşmanın; 1-ci bəndindən görünür ki, X8 bu razılaşmanı imzalamaqla, Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli, 1.0.2. №-li versiyasının (bundan sonra "Müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabında daşıdığını qəbul etmişdir. 3-cü bəndindən görünür ki, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni, imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir. 7-ci bəndindən görünür ki, bu razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir. Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin: 2.4- cü və 2.4.12-ci bəndindən görünür ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir. 3.2- ci bəndindən görünür ki, Müştəri Kreditdən istifadəyə görə Banka "Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ö dəyir. 3.4- cü bəndindən görünür ki, faizlər kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. 3.7-ci bəndindən görünür ki, Kredit məbləği Banka "Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. 5.2- 5.2.1-ci bəndindən görünür ki, kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank, Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. 16.09.2020- ci il tarixli OnGTC/SE/3989 saylı ümumi şərtlər toplusunun tərkib hissələri olan: xx.xx.2021-ci il tarixli DC00270483-03 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X6 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müdd əti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 60,814.00 (altmış min səkkiz yüz on dörd) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, DC00270483-05 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X6 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2023-cü il tarixədək 32.328.00 (otuz iki min üç yüz iyirmi səkkiz) manat məbləğində birdəfəlik kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, DCLT00270483-07 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X6 nağdsız qaydada "Sərvan” QSC, "SƏDƏF” QSC və "Vektor” QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixədək i llik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla 24,604.00 (iyirmi dörd min altı yüz dörd) manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. "Bridge Plaza” Biznes Mərkəzinin qrup rəhbəri Kərimova Əzizə tərəfindən verilmiş PB/BPŞ-OUT-00828-2023 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixə "PAŞA Bank” ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir. -DC00270483-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27 850.48 (iyirmi yeddi min səkkiz yüz əlli manat qırx səkkiz qəpik) manat əsas borc, 3,241.17 (üç min iki yüz qırx bir manat on yeddi qəpik) manat faiz borcu 1,033.97 (bir min otuz üç manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,125.62 (otuz iki min bir yüz iyirmi beş manat al tmış iki qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-222 gündür; -DC00270483-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,856.86 (on səkkiz min səkkiz yüz əlli altı manat səksən altı qəpik) manat əsas borc, 2,172.73 (iki min bir yüz yetmiş iki manat yetmiş üç qəpik) manat faiz borcu 490.86 (dörd yüz doxsan manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 21,520.45 (iyirmi bir min beş yüz iyirmi manat qırx beş qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-215 gündür. -DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24,603.82 (iyirmi dörd min altı yüz üç manat səksən iki qəpik) manat əsas borc, 2,983.71 (iki min doqquz yüz səksən üç manat yetmiş bir qəpik) manat faiz borcu, 2,692.14 (iki min altı yüz doxsan iki manat on dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,279.67 (otuz min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat təşkil edir. Gecikmə günlərinin sayı-174 gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1 -ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1 -ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1- ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1- ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə məcmu şəklində qiymət verərək əsassız hesab edir. Belə ki, apelyasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmir.Eləcə də cərimə borcunun kəskin azaldılması dəlili də əsassızdır. Beləliklə,məhkəmə kollegiyası işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnaməsində mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırmış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməklə iddianı təmin etmiş, yəni qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yan aşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, mə hkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, DCLT00270483-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən 1656 (min altı yüz əlli altı) manat məbləğində müəyyən edilməsi əsas borc məbləği və işin digər halları ilə mütənasiblik təşkil etməklə kreditorun əmlak mənafeyi və digər əsaslı mənafeyinə zərər vurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məh kəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-112/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-11/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-11/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver