Məhkəmə qərarları › İş №2-2(108)-12/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-12/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-12/2024 05.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X4 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı X6 və iddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X6 Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin vəkil-nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qətnaməni qəbul etdi. İşin halları İddiaçının vəkil-nümayəndəsi Nümayəndə 08 may 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 170000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 manat mediyasiya xərcinin və 179 manat dövlət rüsumunun alınaraq iddiaçı X7 verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2015-ci ildə tanış olmuş, cavabdeh iddiaçıya Azərbaycandan və Qazaxıstandan Rusya Federasiyasına üzlük daşların göndərilməsi ilə məşğul olan şəxs kimi müraciət etmiş və onunla Bakı şəhərində görüşüb ümumi müzakirələr apardıqdan sonra Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşların Çeçenistan Respublikasının Q roznı şəhərinə göndərilməsi barədə razılaşma əldə etmişlər. İş fəaliyyətləri dövründə iddiaçı cavabdehi müxtəlif vaxtlarda Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşları ilə təmin etmişdir. Aralarında münasibətlərin daha da inkişaf etməsi nəticəsində, sonradan iddiaçı cavabdehə sarı rəngli üzlük daşlar lazım olduğuna görə Gürcüstan Respublikasında yerləşən və iddiaçının pulu hesabına alınmış daş karxanasından əlavə daşlarla da onu təmin etmişdir. İşlədikləri müddət ərzində cavabdeh aldığı daşların pulunu iddiaçıya sonradan ödəmişdir. 16 avqust 2018-ci il tarixdə iddiaçı cavabdehlə birlikdə ümumi hesabat apararaq son haqq-hesabı müzakirə etmiş və cavabdehin iddiaçıya 179660 ABŞ dolları borclu qaldığı mübahisəsiz qaydada müəyyən edilmişdir. İddiaçı həmin məbləğdən cavabdehin lehinə 9660 ABŞ dolları güzəşt etmiş və cavabdehin 170000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənəd imzalanmışdır. Cavabdeh maddi durumunun yaxşı olmadığını və həmin borcun iddiaçıya bir neçə ildən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmiş, hətta cavabdehdə olan puldan iddiaçının Gürcüstan Respublikasında istehsal edilən üzlük daşlara iddiaçı ilə razılığına əsasən nəzarət edən və əldə edilən gəlirin 50 faizinə şərik olan Şahid3 çatmalı olan 30000 ABŞ dollarını da ödəməmiş və bu səbəbdən Şahid3lə iddiaçının arasında məhkəmə mübahisəsi yaranmışdır. Bu müddət ərzində iddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, onunla əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, cavabdehin işlətdiyi bütün mobil nömrələrinin heç birinə zəng çatmamışdır. Hətta iddiaçı cavabdehin oğluna dəfələrlə zəng vuraraq atası ilə əlaqə saxlamağı üçün əlaqə qurmasını xahiş etmiş, lakin bu da heç bir nəticə verməmişdir. Şahid3lə iddiaçı arasında olan məhkəmə mübahisəsi zamanı cavabdeh tərəfindən Şahid3 yazılı ərizə göndərilmiş və həmin ərizədə guya cavabdehin iddiaçıya olan borcunu İbrahim adlı şəxsə ödəməsi qeyd olunmuşdur. Halbuki iddiaçı, ümumiyyətlə İbrahim adlı şəxsi tanımır və heç kimə belə bir səlahiyyət verməmişdir. Cavabdehin iddiaçı ilə heç bir əlaqə saxlamadığı halda, Şahid3 belə bir ərizə verməsi, onun hazırda borcunu ödəməkdən yayınması kimi qəbul edilir. Məhz bu iddiadan sonra tərəflərindən Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırılmışdır. Naxç ıvan Şəhər Məhkəməsinin e-2(078)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunması, 170000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 579 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin vəkil-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş vəsatətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv olunması, mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Rerpublikası Ali Məhkəməsinin 2(102)-4970/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə iddiaçının şikayətinin təmin edilməməsi, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-65/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli məhkəmə adiyyatı haqqında qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X2 müraciət olunmuş və X3 xx.xx.2023-cü il tarixli, Ş-151 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış alınmış və mediasiya ərizəsinə dair 400 manat rüsum ödənilmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehdən 170000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pul, 400 manat mediasiya xərci və 179 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının vəkil-nümayəndəsi iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 448.1 və 529.3-cü maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-4/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin əsaslı olduğundan təmin edilməsi, 170000 ABŞ dolları pul məbləğinin ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsi, X5 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddia təmin edildiyindən iddiaçının vəkil-nümayəndəsi tərəfindən ödənilmiş 179 manat məbləğində dövlət rüs umunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 400 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb dövlət gəlirlərinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə... müəyyən etmişdir ki, tərəflər arasında iddiaçının cavabdehə üzlük daşları göndərməsi, qarşılığında cavabdehin həmin daşların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürməsinə dair razılaşma əldə edilərək şifahi alqı-satqı müqaviləsi bağlamışdır... Qeyd edilənlərə əsasən tərəflər arasında razılaşmanın əldə edilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçının Cavabdeh 170000 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsini tələb etməsi isə cavabdeh tərəfin iş üzrə müddət tətbiqi i lə bağlı verdiyi ərizəsi əsas götürülərək mübahisəsiz hal olaraq müəyyən edilir... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X12 Cavabdeh 450000 ABŞ dolları dəyərində üzlük daşları göndərmiş, cavabdeh həmin məbləğdən 270000 ABŞ dolları məbləği iddiaçıya ödəmiş, qalan 180000 ABŞ dollarından 10000 ABŞ dollarına yaxın məbləğ iddiaçı tərəfindən Cavabdeh güzəşt edilmiş, nəticədə cavabdehin iddiaçıya 170000 ABŞ dolları məbləğində borcu qalmışdır... İş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində üzlük daşlarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin üzlük daşlarının dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müq avilənin predmeti olan üzlük daşları cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində üzlük daşları əldə etməsinə, həmin daşların dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin daşların dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının vəkili-nümayəndəsi Nümayəndə 16 avqust 2018-ci ildə iddiaçı ilə cavabdehin sonuncu dəfə ümumi hesabat apardıqlarını, son haqq-hesabı müzakirə etdiklərini və Cavabdeh 179660 ABŞ dolları borclu qaldığının və öz əlyazmaları ilə hər iki tərəfin imzası ilə təsdiq olunduğunu və mübahisəsiz qaydada müəyyən edildiyini, iddiaçının həmin məbləğdən cavabdehin lehinə 9660 ABŞ dolları güzəşt etdiyini və cavabdehin 170000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazıl ı imzası ilə təsdiq olunan son hesab barədə sənədin imzalandığını qeyd etmiş, həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiqlənən 16 avqust 2018-ci il tarixli, 02 vərəqdən ibarət haqq-hesab yazısından ibarət əlyazma ilə, o cümlədən, 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verilən Şahid1 və Şahid2 şahid ifadələri ilə və cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsi ilə təsdiq edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinə verilmiş sorğu nəticəsində Naxçıvan Şəhər Məhkəməsinə göndərilən cavabdehin 23 avqust 2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsinin surətində Cavabdeh qeyd etmişdir ki, biznes ortağı olmuş Şahid3 ilə X12 onunla xx.xx.2018-ci ilə kimi əməkdaşlıq etmiş, bu müddət ərzində Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərdikləri Eklari üzlük daşının ümumi dəyəri 450000 ABŞ dolları miqdarında olmuş, Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlük daşının 450000 ABŞ dollarından 270000 ABŞ dolları X7 nağd, qalan 180000 ABŞ dolları miqdarında Eklari üzlük daşı X6 göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə vermiş, bu pula görə cavabdeh X12 olduğuna görə pulunu alıb və ya almaması barədə məlumatı yoxdur, əlavə onu deyə bilər ki, X12 onsuz həmin müştəri ilə əlaqə saxlamış, əlavə sifarişlər qəbul etmişdir. Onun Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş Eklari üzlük daşına görə borcu q almamışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh ərizəsində iddiaçıdan həqiqətən daş aldığını inkar etmir. Cavabdeh iddiaçı ilə alqı-satqının ümumi məbləğinin 450000 ABŞ dolları məbləğində olduğunu qəbul edir, cavabdehin notarial təsdiqli ərizəsindən məlum olur ki, cavabdeh 180000 ABŞ dolları məbləğindəki daşları iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini bildirir... Məhkəmə iş üzrə cavabdehin notarial təsdiqli ərizəsində 180000 ABŞ dolları məbləğindəki daşların iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etməsini həmin məbləğdə göstərilən üzlük daşlarının cavabdehə iddiaçı tərəfindən göndərilməsinin təsdiqi kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə iddiaçı X12 həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Cavabd eh notarial təsdiqli ərizəsində qeyd olunan daşları iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etsə də, həqiqətən də qeyd olunan məbləğdəki üzlük daşların İbrahim adlı şəxsə verildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd etdiyi halın əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamış, şahid ifadələri əsasında mümkünlüyü təsdiq edilmiş və 02 vərəqdən ibarət haqq-hesab yazısının olduğu, tərəflərin imzasını özündə əks etdirən 16 avqust 2018-ci il tarixli əlyazma, o cümlədən, cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 11 yanvar 2024-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi şahid ifadəsində "əvvəlki məhkəmələrdə də Zakirin dediyini yazdığını, Zakirin "Mən Çingiz dediyinə görə pulu İ brahimə vermişəm” dediyini, sonra Şahid3 gedib əlaqə yaradıb İbrahimin özünün Zakiri axtardığını öyrəndiyini, Zakirin İbrahimə pul borclu olduğunu, aldatdığını, bütün pulları, heç malı da axıra qədər vermədiyini” bildirməklə Cavabdeh notarial təsdiqli ərizəsində qeyd edilmiş 180000 ABŞ dolları miqdarında Eklari üzlük daşının X6 göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə verməsini təkzib etmiş, məhkəmə tərəfindən bu hal borclunun öhdəliyin icrasından yayınması kimi qiymətləndirilmişdir. 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında Şahid1 ifadəsindən aydın olur ki, 2018-ci ilin yay aylarında Zakir Bakıya gələrək Çingizlə görüşmüş, həmçinin Şahid1 də Zakir və Çingizlə birlikdə olmuşdur. Bu zaman iddiaçı ona məxsus içi simli, ortası halqahalqa, standart formalardan bir az balaca olan bloknotunu açıb aralarında olan haqqhesabın axırıncı qalan borcunu qeyd etmiş, Zakirin Çingizə sonda 170000 dollar borcu qalmış, 180000-dən 10000-i keçdiklərini, yerdə qalanın 170000 qalıq borc kimi qeyd edildiyini bildirmişdir. Zakir də "Çingiz, mən sənə keçən dəfə də dedim, mənim bir il, il yarıma qədər heç cür imkanım yoxdur nəsə etməyə. Ondan sonra mən bu problemləri bitirib borcu ödəməyə başlayanda 3-4 ilə mən bunu hissə-hissə bağlayaram” deyərək pulu verə bilməməyini Çeçenistandakı işlərinin zəif olmağı ilə əlaqələndirmişdir. Eyni zamanda 11 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında Şahid2 ifadəsindən aydın olur ki, Şahid2 Zakiri ilk dəfə oteldə görmüş, Zakirlə Çingiz onların qaldığı oteldə görüşərək oturub haqq-hesab etmiş, Zakirin Çingizə 180000 dollar verəcə yinin olduğu razılaşdırılmış, Cavabdeh "180000 dollar borcum qalıb, bu vəziyyətdəyəm deyə ödəyə bilmirəm, alacaqlarım var ala bilmirəm, işləməyə başlayacam, ən azı mənə bir il möhlət verin, bir ildən sonra hissə-hissə ödəyə bilərəm 2-3 ilə, məbləğ böyükdür, birdən-birə mən onu heç cür verə bilmərəm” deyə bildirmişdir. Beləliklə, dindirilmiş şahidlərin ifadələrində hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, iddiaçının vəkili-nümayəndəsinin izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, şahid ifadələri özlüyündə həqiqiliyinə təminat vermişdir. Sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan mötəbərlilik başa düşülür... Məhkəmə cavabdehin vəkili-nümayəndəsi Vəkil3 tərəfindən ünvanlanmış iddia müdd ətinin tətbiqi barədə ərizənin "Əssasız varlanmadan irəli gələn hüquq və vəzifələrə dair” hissədə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materialları nəzərdən keçirilərək tərəflərin izahatlarına, şahid ifadələrinə və təqdim edilmiş sübutlara qiymət verildikdə müəyyən edilir ki, tərəflər arasında yaranmış mülki hüquq və vəzifələrin əmələ gəlmə əsası kimi Mülki Məcəllənin 14.2.7-ci maddəsi ilə nəzərdə tutulmuş "Əsassız varlanma” müddəasının rəhbər tutulması əsaslı deyildir. Mülki Məcəllənin 1091.1-ci maddəsində əsassız varlanmaya anlayış verilmişdir. Həmin maddəyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd olunan anlayışdan da göründüyü kimi məhrum olanın hesabına əmlak əldə edilmə si üçün hüquqi əsasın olmaması məcburi xarakter daşıyır. Belə ki, hüquqi əsas dedikdə, hüquqa uyğun müvafiq hüquqi faktlar başa düşülür. Yəni müqavilə, qanun və s. hüquqi əsas qismində çıxış edir. Göstərilənlərdən fərqli olaraq isə hazırkı mübahisə üzrə yaranmış hüquq və vəzifələrin qanunvericiliklə nəzərdə tutulmuş müqavilə əsasında əmələ gəldiyini görmək mümkündür. Yəni tərəflər qarşılıqlı razılıq əsasında öz daxili iradələrini bildirərək müəyyən üsul növü seçmişdir ki, həmin növ mülki qanunvericiliklə tənzimlənən şifahi formada bağlanılan müqavilələrə aid edilmişdir. Belə olduğu halda mübahisəli hüquq münasibəti üzrə hüquq və vəzifələr əsassız varlanmadan deyil, əqdlər üzrə yarandığından tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşd ur. Bununla yanaşı tərəflər arasında müəyyən edilmiş şifahi müqavilədən alqı-satqı müqaviləsinin tərkib hissələri olan əsas elementlərdən müqavilənin tərəflərinin, predmetinin, məzmununun, o cümlədən, qiymətinin mövcudluğunu görmək mümkündür. Digər bir tərəfdən isə hazırkı mübahisə üzrə məhrum olanın hesabına əmlakın əldə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, işin hallarına nəzər saldıqda, yaranmış borc məbləğinin cavabdehin üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməməyi səbəbindən yarandığı, iddiaçının alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn öhdəliyinə müvafiq olaraq satılması məqsədilə üzlük daşlarının cavabdeh şəxsə göndərildiyi, lakin cavabdehin müxtəlif bəhanələr gətirib borcun hissə-hissə ödəniləcəyini bildirərək güzəşt edilmiş müddət ərzində öhdəliyin icras ından boyun qaçırdığı müəyyən edilir. Bundan əlavə, məhkəmə cavabdehin vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə bildirir ki, iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi bir tərəfdən Cavabdeh iddiaçı X7 olan borcunun inkar edilməməsi həqiqətini özündə əks etdirir. Belə ki, ərizənin verilməsi ilə cavabdeh tərəf borcunun olmadığını mübahisələndirməmiş, yaranmış borc məbləği üzrə müəyyən müddət keçdiyindən, üstəlik həmin məbləği əsassız varlanma əsasında əldə edilən əmlak olaraq qiymətləndirərək iddiaçı qarşısında məsul şəxs qismində özünü qələmə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən təqdim edilmiş sübutlar işin hallarına uyğun olaraq qiymətləndirildikdə müəyyən edilir ki, tələb üzrə iddia müddəti keçmədiyindən iddia müddəti tətbiq edilməməlidir... Sadalanan halları əsas götürərək şahid ifadələri qarşlıqlı əlaqələndirildikdə 2018-ci ilin 16 avqust tarixində aparılmış son haqq-hesab üzrə yaranan 170000 ABŞ dollar məbləğində borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçün cavabdeh tərəfindən bir il, il yarım güzəşt verilməsinin tələb edildiyi görünür. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Qeyd olunan ma ddənin tələbini əsas götürərək 16 avqust 2018-ci il tarixdən 1 il müddətinə güzəşt verildiyi nəzərə alındıqda iddia müddətinin axımının 16 avqust 2019-cu ilin ertəsi gün 17 avqust 2019-cu il tarixdən başladığı müəyyən edilir. Mülki Məcəllənin: 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 373.2- ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göstərilən müddəa əsasında 17 avqust 2019-cu il tarixdən başlanan iddia müddətinə 3 il müddət tətbiq olunduqda, 17 avqust 2022-ci il tarixə qədər iddiaçının ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu müəyyən edilir. Bundan əlavə, iddiaçının vəkili-nümayəndəsi tərəfindən məhkəməy ə təqdim edilmiş; Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(078)-72/2022 saylı qətnaməsindən görünür ki, iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddiası təmin olunmuş, 170000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 579 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)65/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh vəkili və nümayəndəsi X8 05 aprel 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e2(078 )-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apelyasiya şikayəti üzrə keçirilmiş məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 vəsatətlə müraciət edərək işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Nəticədə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-65/2022 nömrəli qərardadı ilə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e-2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilm əsi, mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)-65/2022 nömrəli qərardadından iddiaçı və iddiaçının vəkili və nümayəndəsinin cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə 14 oktyabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edildiyi görünür. Belə ki, bu halın təsdiqi olaraq iddiaçının vəkili-nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsinə ərizə ünvanlanmışdır. Həmin ərizədən görünür ki, iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, cavabdehdən 170000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun ödənilməsi və 579 manat dövlət r üsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarından görünür ki, iş üzrə iddiaçı və vəkili Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək sözügedən qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilmə miş, iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2022 nömrəli 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(123)-85/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı "pul” tələbi barədə məhkəmə aidiyyəti üzrə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd edilən hallardan aydın olur ki, 17 avqust 2019-cu il tarixdən başlanan iddia müddətinə 3 il tətbiq olunduqda, 17 avqust 2022-ci il tarixə qədər iddiaçının məhkəməyə müraciət etmək hüququ olduğundan, iddiaçı 14 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, beləliklə iddia müddətinin axımı kəsilmişdir. Naxçı van MR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(108)65/2022 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, e2(078)-72/2022 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməsi qərara alındığından, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati kollegiyalarının qarışıq tərkibinin xx.xx.2022-ci il tarixli, 2(102)-4970/2022 nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-65/2022 nömrəli 13 iyul 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılaraq baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilən iddia ərizəsi və ona əlavə edilən sənədlər Naxçıvan MR Kommersiya M əhkəməsinin xx.xx.2022-ci il tarixli, 22(123)-85/2022 saylı qərardadı ilə geri qaytarıldığından sonuncunun, yəni Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(123)-85/2022 saylı qərardadı qəbul edildiyi andan iddia müddətinin axımı yenidən başlamışdır. Belə ki, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmədiyindən iddia müddəti xx.xx.2022-ci il tarixin ertəsi gün, xx.xx.2022-ci il tarixdən başlayaraq 3 il müddətinə xx.xx.2025-ci il tarixə qədər dövrü əhatə etdiyindən hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi qanunsuzdur. Məhkəmə... ödəniləcək məbləğin həmin günün məzənnəsi ilə milli manat ekvivalentində ödənilməsi qənaətindədir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, 170000 ABŞ dolları məbləğində pul (ödəniş gününə milli manat məzənnəsinə uyğun olaraq) cavabdehdən alınıb iddiaçıya ödənilməli, X5 keçirilməsində iştirak edən tərəf yalnız iddiaçı və onun vəkili-nümayəndəsi olduğundan iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci bütünlüklə cavabdehdən alınıb iddiaçıya ödənilməli, o cümlədən, iddia təmin edildiyindən iddiaçının vəkili-nümayəndəsi tərəfindən ödənilmiş 179 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 400 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 6.1 və 6.1.5, 6.2, 324.1, 324.2, 32 9.2, 329.3, 330.1, 368, 373.2, 377.3, 380.1, 380.2, 385.1, 386.1, 389.3, 390.1, 425.1, 427.2, 442, 448.1, 567, 568.1, 600.1, 600.4, 1091.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9.1, 9.3, 14.2, 76.1,76.2, 77.1, 106.1, 106.3, 107, 108.1-108.1.1, 108.2, 119.1, 119.2, 217.5, 218.1, 220.4 və 220.5-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air” 31 may 2006-cı il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin vəkil-nümayəndəsi Vəkil3 apelyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti aşağıdakı kimi əsaslandırılmışdır. “Maddi hüquq normalarının pozulm ası və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Hesab edirəm ki, hazırki mübahisənin hüquqi əsasını Mülki Məcəllənin əsassız varlanmaya aid müddəaları yaradır. Mülki Məcəllənin; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum

5. AR MP olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müd dətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Əvvəla, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdə cavabdeh iddiaçının hesabına həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa görə varlansa belə, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddiaçı da həmin müddəti ötürmüşdür. Belə ki, tərəflər arasında borc münasibətləri olmamış, əsassız varlanmaya dair münasibətlər yaranmışdır. Çünki, iddiaçının hazırkı tələbinin faktiki əsası kimi 16 avqust 2018-ci il tarixli əlyazma çıxış edir. Həmin əlyazmada son hesabın bağlandığı və cavabdehin iddiaçıya 170000 manat borcu qaldığı qeyd olunmuşdur. Birgə iş görmək üçün tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Tərəflər arasında iş fəaliyyəti qeyd olunduğu kimi 2018-ci ilin avqust ayınadək davam etsə də, iddiaçı 5 il sonra, yəni 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürmüşdür. Buna görə də hesab edir ki, Naxçıvan Kommersiya Məhkəməsinin qətna məsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 330-cu maddə çıxarılsa da, məhkəmə qətnamə çıxararkən qeyd olunan maddi hüquq normasına istinad etmişdir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən tərəfimizidən məhkəməyə iş üzrə iddia müddətinin tətbiq olunması ilə bağlı yazılı ərizə təqdim olunsa da, məhkəmə tərəfindən iddia müddəti düzgün mü əyyən olunmamış və tətbiq olunmamışdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Daha sonra qeyd etmişdir ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, məhkəmə öz qətnaməsində qanunvericiliyin yuxarıda qeyd olunan normasına istinad etsə də, tərəflər arasında heç bir müqavilənin bağlanmamasını və tərəflər a rasında yaranmış münasibətlərin hüquqi əsası olmamasını gözardı etmiş, formal mülahizələrə əsaslanaraq tərəflər arasındakı münasibətləri şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik kimi qeyd etmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə ödənilməmişdir. Belə ki, iddianın qiyməti 179.000 ABŞ dolları (2023-cü ilin may ayına olan məzənnə ilə 304.300 manat təşkil edir) dəyərindədir. Nəzərə alsaq ki, 1 ABŞ dollarının 2023-cü ilin may ayına (iddia ərizəsinin verildiyi vaxta) olan məzənnəsi 1.70 manat təşkil etmişdir, belə olan halda iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci çıxılmaqla 179 manat (cəmi 579 manat) məbləğində deyil, 400 manat məbləğində mediasiya xərci çıxılmaqla 194 manat (cəmi 594 manat) məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin məhkəmə iddia ərizəsini icraata qəbul edərkən, bunu nəzərə almamış, MPM-in 152.1.5-ci maddəsinin tələbini kobud şəkildə pozmaqla iddia ərizəsini geri qaytarmalı olduğu halda icraata qəbul etmişdir. Mülki-Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bildirmək istəyirəm ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edəkən sübutlara d üzgün hüquqi qiymət verməmiş, sübutların mötəbərliyi məsələsini ümumiyyətlə araşdırmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutların qanuni yolla əldə edilibedilməməsini aydınlaşdırmamışdır. Mülki-Prosesual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bildirirəm ki, məhkəmə iş üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim olunmuş sübutları mötəbər sübut kimi qəbul etsə də, onların mötəbərliyini müzakirə etməmiş, yalnız şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Naxçıvan Kommersiya Məhkəməsi mülki iş üzrə qətnamə çıxararkən işin halları nəz ərə alınmamış, məhkəmə işin araşdırılması zamanı kobud pozuntulara yol verməklə tamamilə qərəzli mövqe tutmuş, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, iddia müddətinin tətbiq olunması barədə ərizəni öz qətnaməsində geniş şəkildə müzakirə etməmiş və nəticədə cavabdehin konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh heç bir məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkil -nümayəndəsi Vəkil3 13 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, tərəflərin 16 avqust 2018-ci ildə yekun olaraq aralarında olan borc məbləği müəyyən olunmuş, bundan sonra şifahi formada dəfələrlə iddiaçı tərəfindən cavabdehə pulun ödənilməsi, hətta hissə-hissə ödənilməsi barədə müraciətlər olunmuş, cavabdeh isə həmin borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Buna baxmayaraq məhkəmə öz qətnaməsində şahidlərin ifadələrinə əsaslanaraq sübut kimi qiymət verməklə qeyd etmişdir ki, şahidlərin dediklərindən belə məlum olur ki, guya iddiaçı həmin borc məbləğinin ödənilməsi üçün cavabdehə 1 il, 1 il yarım müddətində əlavə güzəşt edərək vaxt verib, müddəti hesablayarkən də məhkəmə tərəfindən q eyd edilir ki, o 16 avqust 2018-ci il tarixdən 16 avqust 2019-cu il tarixədək keçən müddəti güzəştli müddət hesab edir. Bundan başqa, məhkəmə mübahisəyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə kimi qiymət verdiyi üçün 3 illik iddia müddətinin tətbiq olunması barədə geniş izah vermişdir. Məhkəmə hesab edib ki, 2019-cu ildən yəni, güzəştli müddəti çıxdıqdan sonra 2022-ci ilin avqust ayına qədər iddia müddəti bitməmişdir, yalnız 16 avqust 2022-ci il tarixdə bitmişdir. Birinci instansiya məhkəməsinin şahid ifadələrinə əsaslanmaqla bu cür qiymət verməsi başa düşülən deyil. Təbii ki, 2018-ci ildə tərəflər arasında həmin əlyazma qeyd olunarkən şəxs artıq öz hüquqlarının pozulduğunu bilib, yəni ona məxsus pul məbləğinin cavabdeh tərəfindən qaytarılması üçün iddia qaldırmalı olduğunu bilib. Bundan sonra 2021-ci ilin oktyabr ayında, hətta 3 illik iddia müddəti keçdikdən sonra Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilib, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən də qətnamə qəbul edilmiş, lakin sonra müvafiq qətnamə Naxçıvan MR Ali Məhkəməsi tərəfindən ləğv olunub və tərəflər arasında mübahisənin kommersiya mübahisəsindən irəli gələn mübahisə olduğu üçün Naxçıvan Kommersiya Məhkəməsində baxılması qeyd olunmuşdur. İki nəfər şahiddən biri bildirir ki, söhbət mənim yanımda olub, cavabdeh pulun qaytarılması üçün 1 il, 1 il yarım vaxt istəyib, digəri isə qeyd edir ki, cavabdeh bildirdi ki, 34 il ərzində borcumu ödəyəcəm. Yəni göründüyü kimi şahid ifadələri ziddiyətlidir. İddiaçı artıq 2018-ci ildə cavabdehin borc pul məbləğini ona qaytara bilməyəcəyini bildiyi üçün də aralarında sözügedən əlyazma tərtib olunmuşdur. O, borcun olduğunu qəbul edir, sadəcə müddətin keçməsini əsaslandırır, yəni onun mübahisələndirdiyi məsələ müvafiq iddia müddətinin artıq keçməsidir. Tərəflərin arasında əlyazmanın olması müqavilənin olması demək deyil, əgər tərəflər alqı-satqı edirdilərsə, onların arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əgər alqı-satqı müqaviləsi bağlanmalı idisə, ona dair müvafiq qaydalar tətbiq olunmalı idi, indiki vəziyyətdə mübahisə üzrə əsas əsassız varlanmadır. Şirvan Apelyasiya Məhkəməsində müvafiq işə baxılarkən Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq olunmuş sənədə münasibətdə qeyd edir ki, şifahi qaydada biri mal alıb, biri satıb, qeyd etdiyi kimi şifahi qaydada həyata keçirilib. Təbii ki, bu onun hüquqi mövqeyidir. Apelyasiya şikayəti nin təmin olunmasını xahiş edir. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə 24 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Belə ki, apellyasiya şikayətindən də, cavabdehin vəkilinin və nümayəndəsinin izahatından da aydın olur ki, qarşı tərəf borcu mübahisələndirmir. Lakin qarşı tərəfin toxunduğu hissə müddət anlayışıdır ki, burada iddia müddətinin keçməsini əsas götürüb mövqelərini bununla əsaslandırmaq istəyirlər. Əsl həqiqətdə 16 avqust 2018-ci ildə iddiaçı və cavabdeh arasında müvafiq üzləşmə aktı tərtib olunarkən onların münasibətləri o qədər yaxşı olub ki, hətta qızlarının toy məclisində iştirak ediblər. Sadəcə olaraq cavabdeh bildirib ki, “mənim maddi imkanı m yoxdur, orada həm alacaqlarım var, həm işləri yarımçıq qalıb, heç birini həyata keçirə bilməyib”. O, birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edir, burada nisyə alqı-satqı müqaviləsindən söhbət gedir. Əsl həqiqətdə cavabdeh malı alıb, sonradan pulunu verirmiş, sonradan özü də öz ərizəsində bunu bildirib, hətta Şirvan Apellyasiya Məhkəməsinə ünvanlandığı ilk ərizəsində də cavabdehin özü bildirib ki, 270000 pulu vermişdir. Çingiz hüququnun pozulduğunu 2021-ci ildə bilib, belə ki, 2021-ci ildə Şirvan Apellyasiya Məhkəməsində yay aylarında işə baxılan zaman onlara aydın olmuşdur ki, Cavabdeh ərizə göndərib, məqsədi isə nisyə alqı-satqı əsasında aldığı malın pulu üzrə yaranmış borcu qaytarmaqdan yayınmaqdır. Onlar o halda hüquqlarının pozulmasını bilmişlər. Hətta məhkəmədə cavab dehin ərizəsini birinci notarial qaydada təsdiq olunmayan formada təqdim etmişlər, sonra onlar tələb etmişlər ki, həmin ərizə notarial qaydada təsdiq olunmuş formada təqdim olunsun, çünki onlar inana bilməmişlər ki, bu Zakirin ərizəsidir. Təqribən 2021-cilin oktyabr-noyabr aylarında ərizənin əsli məhkəməyə təqdim olunmuşdur. Onlar iddiaçı tərəf olaraq artıq baxmışlar ki, cavabdeh iddiaçının hüququnu pozur. 2018-ci ildə müvafiq əlyazma tərtib olunarkən iddiaçı və cavabdeh müəyyənləşdiriblər ki, Zakirin imkanı yoxdur. Hətta məhkəməyə təqdim etdiyi kağızda da qeyd olunub ki, borc təqribən 179660 ABŞ dolları olub, 9660 ABŞ dolları cavabdehin maddi vəziyyətinin yaxşı olmaması nəzərə alınmaqla ona güzəşt edilmişdir. Buna görə də 170000 ABŞ dollarına dair müvafiq əlyazma tərtib ediblər. Bu zama n orada da bir neçə şahid iştirak edib. Şahidlərin özlərinin də iştirakı ilə cavabdeh iddiaçıya bildirib ki, “mənə bir az möhlət ver, ən azı mənə 2-3 il möhlət ver ki, mən sənin pulunu qaytarım”. Tərəflər bu məqsədlə razılaşıblar, Çingiz də cavabdehə şərait yaradıb ki, o işini görsün. İddiaçının hüququnun pozulmalı olduğu an 2021-ci ilin payız aylarına təsadüf edir, yəni konkret olaraq iddiaçı 2021-ci ilin sentyabr ayında bilib ki, artıq cavabdeh borcunu ödəməkdən yayınır. Onlar 2021-ci ildə iddiaçının hüququnun pozulduğunu biləndən sonra dərhal Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışlar. Naxçıvan Şəhər Məhkəməsində də iddia qaldırmaqlarının səbəbi o olmuşdur ki, iddiaçının VÖEN-nin fəaliyyəti, o cümlədən cavabdehin adına Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş heç bir VÖEN olma mışdır. İş materiallarına baxdıqda da müəyyən olunur ki, cavabdehin vəkili sözügedən qətnamədən apellyasiya şikayəti verdikdə Çeçenistan Respublikasında qeydiyyatdan keçmiş VÖEN-i qoşma olaraq əlavə etmiş və bunun əsasında Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi onlar iddianı vaxtında qaldırmışlar, məhkəmə mübahisəsi gedib, artıq məhkəmə aidiyyəti məsələsinə hüquqi qiymət veriləndən sonra onlar Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə qətnaməsində qeyd edilmiş 2 il təqribən bir neçə ay müddəti o heç qəbul etmir, onlar iddiaçının hüququnun pozulduğu gün olaraq 2021-ci ildə sözügedən ərizənin verildiyi günü hesab edirlər. O məhkəmədə də bildirmişdir ki, iddiaçı cavabdehə o qədər inanıb ki, o qədər yaxın münasibətlə ri olub ki, özü cavabdehə borcunu 3 ildən sonra yavaş-yavaş ödəməyi üçün möhlət verib. Apellyasiya icraatı zamanı cavabdehin vəkilinin izahatı ilə tanış olanda görmüşdür ki, o izahatında qeyd edib ki, “guya iddiaçı tərəf dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb edib”, amma belə deyil, onlar iddiaçı tərəf olaraq 2021-ci ildə ərizə onlara çatandan sonra cavabdehlə əlaqə saxlayaraq soruşmağa çalışmışlar ki, “Zakir, bəs həm deyirsən borcumu ödəyəcəm, həm də sözügedən ərizəni məhkəməyə göndərirsən”. Ona görə də hesab edir ki, müvafiq hissədə məhkəmə haqlı olaraq müddətin keçməməsinə istinad edib. Göründüyü kimi onlar hüquqlarının pozulduğunu bildikdən sonra heç 2 ay müddət keçmədən 2021-ci ilin oktyabr ayında iddia ilə məhkəməyə müraciət etmişlər və məhkəmədə olan dövrü də nəzərə alsala r iddiaçı tərəf olaraq demək olar ki, heç 1 illik müddəti belə ötürməmişlər. Tərəflər arasında əlyazma yazılan zaman cavabdehin borcunun ödənilməsi üçün iddiaçıdan ona möhlət verilməsini xahiş etməsi faktını şahidlər təsdiq edir. Cavabdeh isə Mülki-Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən şahidlərin ifadəsini inkar edə biləcək hər hansı bir sübut təqdim etmir. Əlyazmada da müvafiq borcun qaytarılması üçün konkret olaraq nə qədər müddət verildiyi göstərilməyib. Məhkəmə qanunvericiliyin, Mülki Məcəllənin tələbləri baxımından ağlabatan müddət müəyyənləşdirməlidir. İddiaçı ilə cavabdehin razılaşmasına əsasən Çingiz Zakirdən ən tez pulunu 2021-ci ilin avqust ayında tələb etməli olmuşdur. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İddiaçı Çingiz Şahbazov iddia ərizəsində göstəri lənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. O, daş işi ilə məşğul olur. Zakirlə təqribən 2014 və ya 2015-ci ildə Bakıda özünün tanıdığı bir usta vasitəsi ilə tanış olmuşlar. X13 kafedə görüşmüşlər, Zakir ona bildirmişdir ki, o, Çeçenistanda həm fasad işi görür, həm də bina tikintisi aparıb üzləməsini həyata keçirir. Zakir ondan daş istəmiş, o da nümunəni göstərmiş və Zakir bildirmişdir ki, “mən bu daşı istəyirəm, heç kimə vermə”. Aralarında necə hesablaşacaqları barədə razılaşma olmuşdur. Belə razılaşmışlar ki, mal gəldikcə o kitabına yazacaq, Zakir də kitabına yazmaqla təhvil alacaq, sonra isə onlar görüşüb aydınlaşdıracaqlar ki, nə qədər pul verilib, nə qədəri qalır. O, Gürcüstan ərazisində olan daş işi ilə məşğul olan bir gürcü ilə danı şmış, bundan sonra Zakirə daş satmağa başlamış və normal işləmişlər. O hər dəfə daş göndərdikcə Zakir müəyyən bir məbləğdə pul vermiş, amma həmişə borcu olan miqdardan az verdiyi üçün borcu çoxalmışdır. Razılaşdıqları daşların qiyməti fərqli şəkildə - bəzi daşların kvadratı 30 dollar, bəzilərinin 50 dollar və s. olmuşdur. Aralarında təqribən müvafiq borc məbləği ilə birlikdə 300.000-400.000 arası hesablaşma getmiş, hesablaşma üzrə pul vahidi ABŞ dolları əsasında olmuşdur. Onların iş münasibətlərində belə bir qaydaları olmuşdur ki, alıb-satdıqları hər şeyi kitablarına yazmışlar, cavabdehin öz kitabı, onun da öz kitabı olmuşdur. Eyni yazıları cavabdehin də, onun da kitablarına yazmış, o cavabdehin kitabına, cavabdeh də onun kitabına imza etmişlər. Hesablaşma üçün onlar Bakı şəhərində və Çeçe nistanda görüşmüşlər. Zakirlə Qroznıda görüşdükdə Rasim də onların söhbətində iştirak etmişdir. Qeyd etdiyi kimi onlar hər ikisində olan kitab vasitəsi ilə hesablaşmışlar. Zakirlə sonuncu hesablaşmaları 16 avqust 2018-ci ildə olmuşdur. Razində avtomobil təmir olunan yerin ikinci mərtəbəsində, çayçıda görüşmüşlər. Həmin vaxt Niyaz da orada olmuşdur. Zakirlə olan hesablarını aydınlaşdırmışlar. O da, Zakir də kitablarını gətirmiş, yazıb qeydlərini etmiş, həmin hesablaşma zamanı alqı-satqı vaxtı hansı məbləğ ilə razılaşmışlarsa, o məbləğləri əsas götürmüşlər. Yekun olaraq 170000 ABŞ dolları məbləğində razılaşmışlar, o təqribən 10000 hissəni Zakirə güzəşt etmişdir. O zaman Zakir ona demişdir ki, “mənə 1 il müddətinə toxunmayın, mən 1 il müddətinə sənə heç bir məbləğ ödəyə bilmərəm, 1 ildən sonr a müəyyən işlər bitdikdən sonra mən sənin borcunu yavaş-yavaş ödəyəcəyəm”. Amma konkret gün təyin olunmamışdır ki, məsələn, bu tarixdə borcunu qaytaracaq. 1 ildən sonra təqribən 2 il müddətinə Zakir hissə-hissə borcunu qaytaracaqdı. Hətta Zakir onu da bildirmişdir ki, “iş mənə təhvil verildikdən sonra ilk avansı götürdüyüm gün ən azı sənə 20% pul göndərəcəyəm”. O da razılaşmışdır. Çünki Zakir ona izah etmişdir ki, bir şəxs var, onun evinin işlərini görüb, ancaq o, Zakirin pulunu verməyib, Zakir ona görə onun borcunu qaytara bilmir. Əlavə olaraq Zakir ona dermişdir ki, “çalış mənə yenə daş ver”, o isə bildirmişdir ki, mümkün deyil, verə bilmir, amma çalışar ki, təşkil etsin. Onun Şahid3lə olan məhkəmə gedişatında vəkili ona bildirmişdir ki, Zakir tərəfindən məhkəməyə məktub göndərilib. O be lə bir ərizənin - məktubun Zakir tərəfindən göndərildiyinə inanmamışdır. Bundan sonra tələb etmişlər ki, bu ərizə notarial qaydada təqdim olunsun. Ərizə notarial qaydada təsdiq olunaraq təqdim olunmuş və işə baxan hakim də həmin ərizəni ona göstərmişdir. Bundan sonra o çox cəhdlər etmiş, Zakirə zəng vurmuş, sms yazmış, amma onunla əlaqə saxlaya bilməmişdir. Məcbur qalıb, məhkəməyə müraciət etmişdir. Zakir bu gün də ondan gizlənir, telefonlara cavab vermir, o onunla heç cür əlaqə saxlaya bilmir. Ona Zakirin borcunu verməməsi konkret olaraq o vaxt məlum olmuşdur ki, 2021-ci ildə cavabdeh məhkəməyə ərizə göndərmişdir. Malı Zakirə o göndərmişdir, pulun mülkiyyətçisi odur, Nəsib onun işçisi olmuşdur və onun müvafiq məbləği cavabdehdən istəmək hüququ yoxdur İş üzrə dindirilmiş şahidlər - Şahid1 və Şahid2 ifadələri düzgündür. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apelyasiya baxışında; - Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il və 27 may 2024-cü il tarixli məktublarından məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələr barədə rəsmi məlumatlarına əsasən 08 may 2023-cü il və 16 avqust 2018-ci il tarixlərdə 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına, 170000.00 ABŞ dolları isə 289000.00 Azərbaycan manatına bərabər olmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 14.2-14.2.1. Qanunvericilikdə nəzərdə tutulmu ş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir... Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin t ələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkü n deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsi ndə ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş t ələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişd irə bilər. Maddə

393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra Dövlət rüsumu haqqında Qanun); Maddə 8.1 və 8.1.4. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün m ediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyinə görə “apelyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bö lünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırki halda cavabdehin vəkil-nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfə münasibətdə apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin vəkil-nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçı, iddiaçının və cavabdehin vəkil-nümayəndələrinin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğv edilməsinin əsasını təşkil etmir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı mübahisə iddiaçı tərəfindən cavabdehə nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyy ən müddət sonra ödənilməsi) satılmış üzlük daşların müqabilində tələb olunan 170000 ABŞ dolları ilə bağlıdır. Kollegiya apelyasiya şikayətinin “hazırkı mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya aid müddaları yaradır (1091.1 və 1091.2-ci maddələr) və həmin maddi hüquq normaları, eləcə də Mülki Məcəllənin 386-cı maddəsi (öhdəliklərin əmələ gəlməsi əsasları) düzgün tətbiq edilməmişdir” dəlillərinə münasibətdə qeyd edir ki, əsassız varlanmadan əmələ gələn öhdəlik müstəqil öhdəlik növü hesab edilir. Bu öhdəlik müqavilədənkənar öhdəlik və ya qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunur. Əsassız varlanmadan əmələ gələn öhdəlik elə bir mülki hüquq münasibətidir ki, bu hüquq münasibətinə görə qanunla və ya əqdlə müəyyən edilmiş əsaslar, yəni hüquq i əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanan şəxs (varlanmış şəxs) əsassız əldə etdiyi əmlakı həmin şəxsə (məhrum olana) qaytarmağa borcludur. Bu öhdəliyin mahiyyətini “özgə əmlakını sahibinə qaytar” prinsipi təşkil edir. Mülki Məcəllənin 1091.2-ci maddəsinin ikinci cümləsində göstərilir ki, hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işin materiallarından isə aşıq-aşkar məlum olur ki, iddiaçı və cavabdeh üzlük daşlarının alqı-satqısı ilə bağlı sövdələşmiş, yəni müxtəlif üzlük daşlarının alışı və satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, iddiaçı şifahi razılaşma üzrə üzlük daşları cavabdehə vermiş, tərəflər arasında əvvəlcədən şifahi razı laşmaya müvafiq olaraq işgüzar əlaqələr yaranıb davam etmiş, iddiaçı Gürcüstan Respublikası və başqa yerlərdə istehsal edilən üzlük daşları nisyə alqı-satqı (əşyaların nisyə satışı) müqaviləsi əsasında Rusiya Federasiyası, Çeçenistan Respublikasının Qroznı şəhərinə - cavabdehə göndərmiş, cavabdeh isə iddiaçıdan aldığı qeyd olunan daşların satışını həyata keçirib qazanc əldə etməklə müəyyən müddət sonra həmin daşlara görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apelyasiya şikayətində mübahisələndirilməyən üzlük daşların müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin faktlar iş materiallarında olan izahatlarla yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dai r razılaşma sənədi (İİ cild, iş v. 59-60) və cavabdehin imzasının həqiqiliyi təsdiq edilən 11 oktyabr 2021-ci il tarixli sənədlə (İİ cild, iş v. 63) də təsdiq olunur. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını əsassız varlanma deyil, nisyə alqı-satqı (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) müqaviləsi təşkil edir. Kollegiya müqavilə tərəflərinin müqavilə bağlananadək mövcud münasibətlərini (danışıqlarının məzmunu), bağlanmış müqavilə üzrə tərəflərin öz öhdəliklərinin icrasına başlamasını və işgüzar münasibətləri müəyyən müddət davam etdirmələrini və s. də nəzərə alır. Bununla bağlı kollegiya əlavə olaraq qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bununla bərabər, alıcı satıcıdan satın aldığı əmlak üzərində mülkiyyət, yəni mütləq əşya hüququ qazanır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini öğdəməyə borcludur. Bununla bərabər, alıcı satıcıdan əşyanın ona verilməsini tələb etmək ixtiyarına malikdir. Alqı-satqı müqaviləsində iştirak edən tərəflər satıcı və alıcıdır. Mülki Məcəllədə bu müqavilənin predmeti kimi satş anında mövcud olan əşya anlayışından istifadə edilir. Satılan əşyanın qiyməti, yəni alıcının əşyanın əvəzində satıcıya verdiyi müəyyən pul məbləği alqı-satqı müqaviləsinin qiymətini ifadə edir və qiymət tərəflərin razılığı ilə müə yyən edilir. Öhdəliyin icra edilməsi, yəni tərəflərin öz vəzifələrini həyata keçirmələri vaxtı alqı-satqı müqaviləsində müddət anlayışının mahiyyətini bildirir, müddət də tərəflərin razılığı ilə müəyyən edilir. Alqı-satqı müqaviləsi üç formada bağlanılır: şifahi, sadə yazılı və notarial. Müqavilənin hansı formada bağlanması müqavilənin predmetindən, sübyekt tərkibindən və qiymətindən asılı deyildir. Həmin müqavilənin hansı formada bağlanması iki məsələdən asılı olaraq həll edilir: tərəflərin qarşılıqlı razılığından, qanunda ifadə edilən göstərişdən. Tərəflərin razılığı ilə alqı-satqı müqaviləsi həm şifahi formada, həm də sadə yazılı və ya notarial formada bağlana bilər. Belə ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sa yılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (Mülki Məcəllənin 329.2, 329.3 və 406.1-ci maddələri). Mülki qanunvericilik daşınmaz və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısı haqqında müqavilələr istisna olmaqla digər əşyaların alqısatqısının şifahi formada bağlanmasını qadağan etmir. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə tərəflər azad iradə ifadəsi əsasında üzlük daşlarının nisyə alqısatqı müqaviləsini bağlamış və bu müqavilənin məzmununu müəyyənləşdirmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nə zərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (Mülki Məcəllənin 14.214.2.1-ci maddələri). Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi alıcı əşyanı satıcıdan bilavasitə təhvil aldıqdan sonra da ödəyə bilər. Bu cür ödənişdən xüsusilə malların nisyə satışında istifadə edilir. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, buna əşyanın nisyə (kreditlə) satışı deyilir. Belə halda həyata keçirilən ödəniş isə nisyə ödəniş adlanır. Əşyaların nisyə sat ışı qabaqcadan ödəniş kimi kommersiya kreditinin bir növüdür. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi). Hazırkı mübahisə üzrə müqavilənin tərəfləri satıcı iddiaçı, alıcı isə cavabdehdir. Müqavilənin predmeti üzlük daşlardır. Müqavilənin qiymətini hər kvadrat daşa görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği təşkil edir. Müqavilənin müddəti tərəflərin iradəsinə görə üzlük daşların alıcıya verilməsindən onun qiymətinin ödənilməsinədək olan dövrü əhatə edir. Müqavilənin məzmunu isə tərəflərin hüquq və vəzifələrində ifadə olunur. Cavabdehin vəkil-nümayəndə si apelyasiya şikayətində tərəflər arasında alqı-satqı ilə bağlı heç bir müqavilənin olmamasını vurğulamış olsa da, məhkəmə baxışı iclasında verdiyi izahatında “Şirvan Məhkəməsində müvafiq işə baxılarkən Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq olunmuş sənədə münasibətdə qeyd edirəm ki, şifahi qaydada biri mal alıb, biri satıb, qeyd etdiyim kimi şifahi qaydada həyata keçirilib. Təbii ki, bu mənim hüquqi mövqeyimdir” ifadəsi ilə tərəflər arasında üzlük daşların nisyə alqı-satqı müqaviləsinin olmasını etiraf etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “Mülki Məcəllənin 375-ci və 1095-ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlilləri ilə bağlı bildirir ki, yuxarıda qeyd olunduğu kimi hazırkı mübahisənin qanuni əsasını şifahi bağlanmış nisyə alqı-satqı müqav iləsi təşkil etdiyindən həmin maddədə nəzərdə tutulan iki illik iddia müddəti bu kommersiya mübahisəsinə tətbiq oluna bilməz. Müqavilə tələbləri üzrə iddia müddəti isə Mülki Məcəllənin 373.2-ci maddəsinə görə üç ildir. Kollegiya hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əlavə şərhə ehtiyac olmadan və təkrarlığa yol verilmədən düzgün hesab etməklə həmin nəticə ilə razılaşır (İİİ cild, iş v. 150-153). Apelyasiya baxışı zamanı cavabdehin vəkil-nümayəndəsinin izahatında göstərdiyi “məhkəmə öz qətnaməsində şahidlərin ifadələrinə əsaslanaraq sübut kimi qiymət verməklə qeyd etmişdir ki, şahidlərin dediklərindən belə məlum olur ki, guya iddiaçı həmin borc məbləğinin ödənilməsi üçün cavabdehə 1 il, 1 il yarım müddətində əlavə gü zəşt edərək vaxt verib, müddəti hesablayarkən də məhkəmə tərəfindən qeyd edilir ki, o, 16 avqust 2018-ci il tarixdən 16 avqust 2019-cu il tarixədək keçən müddəti güzəştli müddət hesab edir” və “İki nəfər şahiddən biri bildirir ki, söhbət mənim yanımda olub, cavabdeh pulun qaytarılması üçün 1 il, 1 il yarım vaxt istəyib, digəri isə qeyd edir ki, cavabdeh bildirdi ki, 3-4 il ərzində borcumu ödəyəcəm, yəni göründüyü kimi şahid ifadələri ziddiyətlidir” dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq şahid ifadələri və işdə iştirak edən şəxslərin izahatları sübutetmə vasitələridir. Şahid ifadələri baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən a ldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. Mülki-Prosessual Məcəllənin 194.1-ci maddəsinə görə isə şahid dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilir. Şahid qismində dindirilmiş şəxslərin ifadələrinə nəzər yetirdikdə aydın olur ki, Şahid1 (İİ cıld, iş v.160-162) “Zakir dedi ki, "Çingiz, mən sənə keçən dəfə də dedim, mənim durumum bu dəqiqə o deyil. Mə n hardasa bunu bir il, il yarımdan sonra ödəməyə başlayaram, mənim vacib problemlərim, borclarım var, onları yerbəyer edim. Özün də bilirsən ki, yeni işlər danışmışam, yeni işlər götürürəm. Ondan sonra 3 il, 4 il ərzində mən onu sizə ödəyəcəm, yəni bağlayacam”, Şahid2 (İİ cıld, iş v.162-164) “Zakir dedi ki, "Alacaqlarım var, hal-hazırda ala bilmirəm, vəziyyətim yaxşı deyil, əlavə təzə işlər də danışıram, götürəcəm. Mən bu borcu, mənə möhlət verin, bir il sonra 3-4 ilə hissəli şəkildə ödəyə bilərəm. İndiki vəziyyətdə başqa cür mümkün deyil” və Şahid3 (İİİ cıld, iş v.127-128) “Sonuncu dəfə oktyabr ya da noyabrda (2023-cü il) Zakirlə əlaqə saxlamışam. Deyirəm iki il möhlət istəmişdin, iki il möhlət qurtarıb” kimi ifadələr vermişlər. İddiaçı isə izahatında göstərmişdir ki, “Zakirlə sonuncu h esablaşmaları 16 avqust 2018-ci ildə olmuşdur. O zaman Zakir dedi ki, mənə 1 il müddətinə toxunmayın, mən 1 il müddətinə sənə heç bir məbləğ ödəyə bilmərəm, 1 ildən sonra müəyyən işlər bitdikdən sonra mən sənin borcunu yavaş-yavaş ödəyəcəyəm. Mən də razılaşdım”. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı və cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə son haqq-hesaba dair razılaşma sənədi imzalanan vaxt sonuncu iddiaçıdan aldığı üzlük daşların müqabilində iddiaçıya ödəmədiyi pul məbləğinin ödənilməsi üçün ona minimum bir il vaxt (möhlət) verilməsini xahiş etmiş və iddiaçı da onunla razılaşmışdır. Bununla bağlı cavabdehin vəkil-nümayəndəsi etirazını bildirərək göstərilən müddəti mübahisələndirsə də, sadəcə “şahid ifadələri ziddiyətlidir” fikrini bildirməkdən başqa, öz etirazını təsdiq edəcək hər hansı sübutu kollegiyaya təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə isə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamə çıxararkən 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli Qanunla Mülki Məcəllədən çıxarılmış 330-cu maddəyə istinad etməsi dəlili ilə bağlı bildirilir ki, həmin maddi hüquq norması tətbiq olunarkən səhvə yol verilmişdir. Lakin sözügedən qətnamədə hazırkı mübahisənin hüquqi əsasının nisyə alqı-satqı (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) müqaviləsi təşkil etməsi nəticəsinə gəlinmiş və Mülki Məcəllənin 329.2, 329.3, 567, 600.1-ci və s. maddələrinə istinad olunmuşdur. Ona görə də səhvən Mülki Məcəllədən çıxarılmış 330-cu maddəyə istinad olunması Mülki-Prosessual Məcəllənin 385.1-385.1.1 və 386-cı maddələri baxımından qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab oluna bilməz. Şikayətin Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinin, yəni prosessual hüquq normasının pozulması dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/113 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələr barədə rəsmi məlumatlarına əsasən 08 may 2023-cü il tarixdə, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət olunan gün 1 AB Ş dolları 1.7000 Azərbaycan manatına, 170000.00 ABŞ dolları isə 289000.00 Azərbaycan manatına bərabər olmuşdur. Belə olan təqdirdə Dövlət rüsumu haqqında Qanunun 8.1 və 8.1.4-cü maddələrinə mvafiq olaraq ödənilməli olan dövlət rüsumu 579 manat təşkil etmiş, həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən 400 manat mediasiya xərci, 179 manat dövlət rüsumu ödənilmiş və qeyd olunan prosessual hüquq normasının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin vəkil-nümayəndəsinin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin ləğv olunması üçün əsaslı hesab etmir. İşə baxılarkən Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əs aslılığı yoxlanılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmasında düzgün nəticəyə gəlmiş, lakin nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğinin həcmi düzgün müəyyən olunmamışdır. Ona görə də qətnamə müvafiq hissədə dəyişdirilməlidir. Belə ki, şərh olunduğu kimi hazırkı mübahisə üzrə tərəflərin arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bazarda qiymətlərin dəyişməsi nisyə satılmış əşyanın qiymətinə təsir göstərmir. Nisyə satılmış əşyanın qiyməti ödənilərkən satış günü qüvvədə olmuş qiymətlər nəzərə alınır, yəni bu qiymət əsasında əşya alıcıya satılır və bu qiymət sabit qalır, dəyişmir. Başqa sözlə, nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi (azalması və ya artması), əgər müqa vilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (Mülki Məcəllənin 600.2-ci maddəsi). İş materiallarından isə görünür ki, iddiaçının cavabdehlə üzlük daşların qiymətinin sonradan artırılması və ya azaldılması ilə bağlı aralarında heç bir razılaşma olmamış, iddiaçı cavabdehə ABŞ dolları deyil, müəyyənləşdirilmiş qiymətlə üzlük daşını satmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin xx.xx.2024-cü il tarixli, 01/135 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələr barədə rəsmi məlumatlarına əsasən 16 avqust 2018-ci il tarixdə, yəni tərəflər arasında son hesablaşma aparıldığı vaxt (alqı-satqı vaxtı hansı məbləğ ilə razılaşmışlarsa, həmin məbləğlər əsas götürülmüşdür) 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına, 1 70000.00 ABŞ dolları isə 289000.00 Azərbaycan manatına bərabər olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllədə qətnamənin dəyişdirilməsinin əsasları müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu səlahiyyəti iddianın (ərizənin) tam və ya qismən təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsində elə bir dəyişikliyin edilməsini nəzərdə tutur ki, bu zam an iddia (ərizə) həmin qətnamədə göstərilən qaydada deyil, fərqli qaydada təmin edilmiş olur. Qətnamənin dəyişdirildiyi halda apelyasiya instansiyası məhkəməsi tərəflərin hüquqlarının və vəzifələrinin mövcudluğuna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni inkar etmir və yalnız həmin hüquqların və vəzifələrin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həcmini və ya həyata keçirilməsi mexanizmini (üsul və qaydalarını) dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, apelyasiya şikayəti cavabdeh tərəfə münasibətdə təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi “İddia tələbi əsaslı o lduğundan təmin edilsin. 170000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul məbləğinin ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdeh (Naxçıvan ş. Çənlibel, 28,

65. FİN- xxxxxxx) Cavabdeh alınıb iddiaçı (Cəlilabad r. Dostallı kəndi. FİN- 1ZZJL39) X7 ödənilsin” hissədə dəyişdirilməli, iddia qismən təmin olunmalı, 289000 Azərbaycan manatı Cavabdeh alınıb iddiaçı X7 ödənilməlidir. Nəticə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0 və 384.0.3, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh vəkil-nümayəndəsi Vəkil3 apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-4/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi “İddia tələbi əsaslı o lduğundan təmin edilsin. 170000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul məbləğinin ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdeh (Naxçıvan ş. Çənlibel, 28,

65. FİN- xxxxxxx) Cavabdeh alınıb iddiaçı (Cəlilabad r. Dostallı kəndi. FİN- 1ZZJL39) X7 ödənilsin” hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. 289000 (iki yüz səksən doqquz min) Azərbaycan manatı cavabdeh (Naxçıvan ş. Çənlibel, 28,

65. FİN- xxxxxxx) Cavabdeh alınıb iddiaçı (Cəlilabad r. Dostallı kəndi. FİN1ZZJL39) X7 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasi ya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar