Məhkəmə qərarları › İş №2-2(108)-13/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-13/2023

10.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-13/2023 10.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər - Cavabdeh3 MMC, X3 və X1 qarşı “iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin iddiaçıya çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi” tələbləri barədə iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-108/2023 nömrəli, 07 iyul 2023-cü il tarixl i qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər - Cavabdeh3 MMC, X3 və X1 qarşı 03 iyul 2023-cü il tarixdə elektron qaydada verilən iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin ona çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Naxçıvan MR Kommersiya Məhkəməsinin (sədrlik edən Elşən Salmanov) e-22(123)-108/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı qeyd olunan tələbləri üzrə iddia ərizəsinin qəbul olunmasında imtina edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçı tərəfindən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumunun "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılması və ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet bar əsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olmasının izah edilməsi barədə qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsiinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər... yuxarıda göstərilən normadan aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il tarixli qərarı). Göründüyü kimi, bu kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından həmin tələblərin həlli məhdud məsuliyyətli cəmiyyətin ali orqanı olan cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilən qərar əsasında və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin tələb məhdud məs uliyyətli cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı çağırılaraq həll edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş "Zümrüd Geyim” MMC-nin Nizamnaməsinin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir”. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət 18 iyul 2023-cü il tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri Şikayətdən görünür ki, iddiaçı Naxçıvan MR Kommersiya Məhkəməsinin e-22(123)-108/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərardadından şikayət vermişdir. Lakin iş materiallarında olan 44 nömrəli, 13 iyul 2023-cü il tarixli aktdan məlum olur ki, e-2-2(123)108/2023 nömrəli kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə aktının 07 iyul 2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənərək imzalanmasının mümkünlüyünün yoxlanılması zamanı məhkəmə aktının həmin tarixdə sistemə yüklənsə də, sistemdəki çatışmazlığa görə imzalana bilməməsi və həmin məhkəmə aktının 13 iyul 2023-cü il tarixdə elektron imza ilə təsdiq edilməklə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənməsinin mümkün olduğu müəyyən edilmişdir. Ona görə də şikayətin məhz e-2-2(12 3)-108/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardaddan verilmiş olması nəzərə alınmışdır. İddiaçı 17 iyul 2023-cü il tarixdə elektron qaydada verilən şikayətində sözügedən qərardadın ləğv edilməsini və işin icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin qeyd olunan qərardadı əsasında iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində məbləğ konkret olaraq göstərilməmişdir. İddiaçı bildirir ki, o təsisçisi olduğu Cavabdeh3 MMC-yə ümumi yığıncağın yığılması, mənfəət barədə məktub göndərsə də, ona bu barədə məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə-mühasibatlıq ekspertizası təyin olunacağı təqdirdə gəlirlərin miqdarı müəyyənləşə bilər”. Tətbi q edilən hüquq Mülki Məcəllə; Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Maddə 87.9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur... Maddə 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda m ənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Maddə 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Mülki-Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 153.2-153.2.1. Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia q aldırmağa mane olur. Maddə

365. Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat fəslinin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməm işdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi Ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsi üzrə işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məlumdur ki, iddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təm in olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı eyni iddia ərizəsində cavabdehə (cavabdehlərə) qarşı bir və ya bir neçə iddia tələbi irəli sürə bilər. Hazırkı iş üzrə iddia ərizəsindən göründüyü kimi iddianın predmeti - iddiaçının cavabdehlərə qarşı konkret maddi-hüquqi tələbləri: a) “iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, b) 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin iddiaçıya çatası hissəsinin, c) həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi təşkil edir. Məhkəmə kollegi yası “2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin iddiaçıya çatası hissəsinin müəyyən olunub ona ödənilməsi” tələbi üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki bu konkret olaraq Mülki Məcəllənin 90-1.1-ci maddəsi ilə təsbit olunmuş və göstərilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyas ının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi isə belədir ki, “Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir... bu isə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir”. Göstərilənlərə müvafiq olaraq “vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəətin iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülməsi” "Zümrüd Geyim” MMC-nin Nizamnaməsinin 2.5-ci bəndində də öz əksini tapmışdır. Birinci instansiy a məhkəməsi tərəfindən digər iddia tələblərinə, yəni “iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi” və “2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə xalis mənfəətin iddiaçıya çatası məbləğinin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi” tələblərinə məhkəmə icraatının mümkünlüyü üzrə münasibət bildirilməmişdir. Lakin buna baxmayaraq kollegiya hesab edir ki, qəbul olunmuş qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas müəyyən olunmur. Belə ki, iş materiallarında olan; İddiaçının Cavabdeh3 MMC-yə ünvanlanmış 11 sentyabr 2019-cu il tarixli ərizəsində (iş v.41) göstərilmişdir ki, Cavabdeh3 MMC-nin nizamnamə kapitalına əsasən MMC -nin təsisçisi kimi 25 faiz paya sahibəm. MMC-nin iştirakçısı kimi həmin cəmiyyətdən çıxmaq niyyətindəyəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən bala ns üzrə müəyyənləşdirilir. Qeyd etdiklərimə əsasən Cavabdeh3 MMC-nin iştirakçısı kimi cəmiyyətdən çıxmağım və nizamnamə kapitalındakı payıma uyğun əmlak hissəsinin mənə ödənilməsi və ya əmlakın dəyərinin ödənilməsi barədə qərar verməyinizi xahiş edirəm”. Cavabdeh3 MMC-nin növbədənkənar ümumi yığıncağının 1 saylı, xx.xx.2019-cu il tarixli protokolundan (iş v.42-44) məlum olur ki, iddiaçının qeyd olunan ərizəsi müzakirə olunmuş və İddiaçı Cavabdeh3 MMC-nin təsisçisi kimi nizamnamə kapitalında olan payının natura şəklində, yəni pul olaraq 25 (iyirmi beş) manatın ona qaytarılması və cəmiyyətin təsisçiləri sırasından çıxarılması qərara alınmışdır. Qeyd olunanların mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçının “2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin iddiaçıya çatası məbləğinin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi” tələbi isə bilavasitə cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olub, onun tərəfindən qəbul edilən qərara görə qeyd edilən illər üzrə cəmiyyətin xalis mənfəətinin iddiaçıya çatası hissəsinin müəyyən olunmasından asılıdır. Şikayətin “qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində məbləğ konkret olaraq göstərilməmişdir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, şikayət olunan qərardadda ümumiyyətlə belə bir ifadə işlədilməmiş və bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər subyektiv mülahizə xarakterli dəlillər o lmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Şərh olunanlardan göründüyü kimi iddiaçı hazırkı iddia tələbləri ilə Kommersiya Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qərardadın əsaslılığı şikayətə müvafiq olaraq yoxlanılmış və həmin şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə düzgün nəti cəyə gəlmişdir. Ona görə də iddiaçının cavabdehlərə qarşı qeyd olunan tələbləri barədə iş üzrə birinci instansiya məhkəməsinin e-2-2(123)-108/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxta r Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-108/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar