Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-13/2025 29.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsi Nümayəndə2, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxi tektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Nümayəndə1 vasitəsilə 07 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək mal material haqqına görə yaranmış 55105,2 4 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) əsas borc məbləğinin və 255.32 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi haqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 55105,24 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) manat əsas borc məbləği və 255,32 (iki yüz əlli beş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi 31 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Hazırkı iş üzrə cavabdeh qismində göstərilən idarənin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşd ur. Qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron-qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın süb ut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var idi. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdə mübahisə predmeti barəsi ndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə3 verdiyi izahatında qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsi Nümayəndə2 12 mart 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etsə də, 29 aprel 2025-ci il tarixdə keçirilə n məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbini etiraf etdiyini və qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işd ə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlam aq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən az ad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Kollegiya cavabdehin bu dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddiaçı və cavabdeh arasında 26 iyul 2023-cü il və 01 iyun 2024-cü il tarixlərdə müəssisə rəhbərlərinin və baş mühasiblərinin imzaları və möhürlə təsdiq edilmiş “Qarşılıqlı Üzləşmə” aktları tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə tərəflər arasında müqavilənin mövcudluğunu təsdiq edir. Qeyd edilməlidir ki, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "Üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr "Üzləşmə aktı" formasında ümumi qaydada sənədlərdə zəruri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər. Məhkəməyə təqdim edilmiş “Qarşılıqlı Üzləşmə” aktlarının məzmunundan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa R ayon İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron qaimələr üzrə rəsmiləşən borcu 55.105,24 (əlli beş min yüz beş manat 24 qəpik) manat təşkil edir. Bu hal həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir. Həmçinin, cavabdehin apellyasiya şikayətində də qeyd edilmiş “Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur.” İfadəsi ilə borcun mübahisəsiz mövcudluğu qəbul edilir. Cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi “Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elekt ron-qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz” dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsində əlavə dəyər vergisinin (ƏDV-nin) anlayışı verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDVnin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği ara sındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi,......... vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Qeyd edilən müddəalara uyğun olaraq cavabdehin fəaliyyətinin əhatə etdiyi tikinti obyektlərinin hansısa formada ƏDV-də n azad edilməsi, cavabdehə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, iddiaçının da ƏDV-dən azad edilməsi kimi hesab edilə bilməz və cavabdeh tərəfindən alınmış mal-materialın dəyərinin ödənilməməsi üçün əsas sayılmamalıdır. Eyni zamanda iddiaçı və cavabdeh arasında sonuncu dəfə bağlanmış 01 iyun 2024-cü ildə müəssisə rəhbərlərinin imzası və möhürü ilə təsdiq edilmiş ”Qarşılıqlı Üzləşmə” aktı ilə, həmçinin apellyasiya baxışı zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsi qismində iştirak etmiş idarənin mühasibi Nümayəndə2 izahatı ilə iddia tələbi, borclarının olduğu və ödəməli olduqları etiraf edilmiş, lakin bunun onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yarandığını bi ldirmişdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin borclarının onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yaranması barədə dəlili qanunu və əsaslı hesab edilə bilməz və sifarişçisi tərəfindən gördüyü işin dəyərinin kəsir ödənilməsi cavabdehin iddiaçıdan aldığı malmaterialların dəyərinin ödənilməməsinin səbəbi kimi göstərilməsi yolverilməzdir. Bu hal yalnız cavabdehə həmin vəsaiti aidiyyəti üzrə tələb etmək hüququ verir. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında şifahi razılaşma əldə olunaraq hər iki tərəf üzərinə şifahi razılaşmadan irəli gələn öhdəliklər götürm üşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələrə və üzləşmə aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və üzləşmə aktına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 55.105,24 (əlli beş min yüz beş manat, 24 qəpik) manat məbləğində borcu vardır. Kollegiya apellyasiya şikayətinin “iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi” dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi ekspertizanın keçirilməsi barədə dəlillərindən imtina etdiyini, ekspertizanın keçirilməsinə zərurət olmadığını bildirməklə, 01 iyun 2024-cü ildə müəssisə rəhbərlərinin imzası və möhürü ilə təsdiq edilmiş ”Qarşılıqlı Üzləşmə” aktını və iddianın etirafı barədə “iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı pul tələbi ilə bağlı iddiasını qəbul edirəm, belə ki, 01 iyun 2024-cü il tarixli tərəflər arasında olan qarşılıqlı üzləşmə aktına əsasən cavabdeh tərəfin iddiaçı tərəfə 55.105,24 (əlli beş min yüz beş manat, 24 qəpik) manat borcu vardır. Qeyd olunanlara əsasən hazırkı iş üzrə iddia tələbinin təmin olunması barədə müvafiq qətnamə qəbul etmənizi Sizdən xahiş edirəm” məzmunlu ərizəsini məhkəməy ə təqdim etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin rəisi İbrahim Hüseynov tərəfindən idarənin mühasibi Nümayəndə2 16 avqust 2024-cü il tarixdə verilmiş etibarnamədə “iddianın etiraf edilməsi” səlahiyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh Na xçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı tərəf öhdəliyini tam olaraq yerinə yetirərək mallar təqdim edilmiş, lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi götürmüş olduğu öhdəliyi lazımınca icra etməmiş, malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkil də, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normay a əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olara q apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsini n 07 yanvar 2025-ci il tarixli, e2-2(123)-35/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2-2(123)-35/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitə si ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-13/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-13/2025
29.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver