Məhkəmə qərarları › İş №2-2(108)-15/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-15/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-15/2025 25.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi X3 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müra ciət edərək Cavabdeh 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 26 000 (iyirmi altı min) manat əsas borc, 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 104.96 (bir yüz dörd manat 96 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respubli kasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 və **********95-10301 reyestr nömrəli Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi qismində Kreditlərin hüquqi təqibi Departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Nümayəndə birinci instansiya məhkəməsinə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırkı ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 09 avqust 2024-cü il tarixli, e-2-2(123)-169/2024 saylı qərardadı ilə Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizəsi təmin edilmiş, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsi ilə iddia tələbi əsaslı olduğundan təmin edilmiş, Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN (xxxxxxx), (VÖEN: **********) əsas borc üzrə 26 000 (iyirmi altı min) manat, faiz borcu üzrə 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manatın alınıb İddiaçı ASCyə (VÖEN: **********) ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət gəlirinə ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 686 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 102 (bir yüz iki) manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi y aşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsinin “yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutm a mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********9710301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) məbləğində müəyyən edilərək açıq hərrac vasitəsilə satılsın” hissəsində ləğv edilməsini və iddia tələbini n əmlaklardan birinə yönəldilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-2(108)-32/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhk əməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(123)-169/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmış, cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən Cavabdeh qaytarılması qərara alınmış, apellyasi ya şikayətinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxsə yenidən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilməsi izah edilmişdir. Daha sonra Cavabdeh təkrar 16 yanvar 2025-ci il tarixdə elektron qaydada vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilib, şikayətin baxılması üçün göndərilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, e-2-2(123)-169/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə bo rcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e2-2(123)-169/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti araşdırılaraq qanunvericiliklə müəyyən olunmuş qaydada verildiyi təqdirdə, prosessual müddət gözlənilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya tərəfindən apellyasiya şikayətinin mümkünlük məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən Az ərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbləri pozulmaqla göndərilmişdir. Belə ki, 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa..., apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat təşkil etdiyi ndən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat olaraq müəyyən edilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Kollegiya sadalananlara əsasən qeyd edir ki, cavabdeh təkrarən apellyasiya şikayəti verən zaman iddianın qiymətinə mütənasib olan 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun yarısı miqdarında, yəni 84,90 (səksən dörd manat do xsan qəpik) manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda o, şikayətini elektron imzalayan zaman 35 manat miqdarında dövlət rüsumunu apellyasiya şikayətində qeyd etmiş, 50 (əlli) manat miqdarında olan dövlət rüsumunun isə qəbzini apellyasiya şikayətinə əlavə etmişdir. Kollegiya qeyd edir ki, eyni tarixdə, yəni 27 noyabr 2024-cü ildə ayrı-ayrılıqda ödənilən 35 (otuz beş) manat və 50 (əlli) manat miqdarında olan dövlət rüsumlarından 50 (əlli) manat miqdarında olan dövlət rüsumu Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(123)-169/2024 nömrəli qərardadı ilə Cavabdeh qaytarılması qərara alınmasına baxmayaraq cavabdeh ikinci dəfə apellyasiya şikayəti verən zaman onun özünə geri qaytarılmış dövlət rüsumunun qəbzini apellyasiya şikayətinə əlavə e dərək apellyasiya şikayəti ilə müraciət etməsi prosessual qanunvericiliyin tələbinə zidd olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın /adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (na ğd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qərardadı ilə cavabdehə qaytarılmış olan dövlət rüsumu artıq ikinci dəfə apellyasiya şikayəti verilən zaman istifadə oluna bilməzdi. Cavabdeh onun özünə qaytarılmış 50 (əlli) manatı deyil, 27 noyabr 2024cü il tarixdə ödədiyi 35 (otuz beş) manat dövlət rüsumunun üzərinə 49.90 (qırx doqquz manat 90 qəpik) manatı da əlavə edərək apellyasiya şikayəti ilə müraciət etməli idi. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə 15 yanvar 2025-ci il tarixli, e-2-2(123)-169/2024 nömrəli qərardadı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bu raya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə maddəsinə görə apellyasiya şikayəti üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilən halı diqqətə almadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən müddəasının tələbinə tam cavab verməyən apellyasiya şikayətini geri qaytarmamış və baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali M əhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 402.2402.2.1, 405.0, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarı lması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar