Məhkəmə qərarları › İş №2-2(108)-16/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-16/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-16/2024 27.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-25/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyət inin nümayəndəsi Nümayəndə 17 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkə məsinin xx.xx.2024-cü il tarixli, 2-2(123)-25/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən əsaslı olduğundan qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi və xx.xx.2019 tarixli, 4MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən Cavabdeh4 əsas borc üzrə 25987.58 (iyirmi beş min doqquz yüz səksən yeddi manat 58 qəpik) manat, faiz borcu üzrə 8283,46 (səkkiz min iki yüz səksən üç manat 46 qəpik) manat, əldən çıxmış fayda üzrə 241,9 (iki yüz qırx bir manat doxsan qəpik) manat, cərimə borcu üzrə 1059,85 (bir min əlli doqquz manat 85 qəpik) manat olmaqla ümumilikdə 35572.79 (otuz beş min beş yüz yetmiş iki manat 79 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz ) manat məbləğində mediasiya xərcinin Cavabdeh4 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 203,88 (iki yüz üç manat 88 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 93,71%-ə mütənasib olaraq 191.06 (bir yüz doxsan bir manat 06 qəpik) manat məbləğinin Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun 3,88 (üç manat 88 qəpik) manat məbləği iddianın rədd edilmiş hissəsinə aid edildiyindən təmin edilməməklə iddiaçının özünə aid edilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,12 (on iki qəpik) manat dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 23 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-2(123)-25/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini zaminlərə qarşı hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə öz qətnaməsində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının ça tdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyini qeyd etmişdir. Məhkəmənin iddia tələbini bu müddəanın tələbinə istinad edib təmin etməməsi əsassız və qanunsuzdur. İddiaçı ASC ilə Cavabdeh4 arasında 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanaraq 25 faizlə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ilə 05 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə xx.xx.2020ci il tarixli Əlavə saziş bağlanılaraq kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC 23 iyul 2021-ci il tarixdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 05 dekabr 2019-cu il tarixli kredi t müqaviləsi üzrə borcun tutulması tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir, Babək Rayon Məhkəməsinin 2(079)-387/2021 saylı, 26 iyul 2021-ci iİ tarixli “işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadı ilə iş 24 avqust 2021-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə daxil olmuşdur. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(123)-64/2021 saylı qərardadı ilə mediasiya haqqında qanunun tələbinə riayət edilməməsi səbəbindən iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Tərəflər arasında 27 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyası keçirilərək iştirak edilməməsi barədə arayış əldə olunmuşdur. İddiaçı ASC 03 avqust 2022ci il tarixdə elektron qaydada Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 05 avqust 2022- ci il tarixli, e-2-2(123)-61/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra bank tərəfindən qərardaddan Naxçıvan MR Kommersiya Məhkəməsinə və Naxçıvan MR Ali Məhkəməsinə şikayətlər verilmişdir (qərardadlar əlavə olunur). Daha sonra bank iddia ərizəsi ilə 12 oktyabr 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 oktyabr 2022-ci il tarixli, 2-2(123)-89/2022 saylı qərardadı ilə iddia ərizəsi və əlaqəli sənədlər geri qaytarılmışdır. Daha sonra bank tərəfindən 19 oktyabr 2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və məhkəmənin 28 fevral 2023-cü il tarixli, e-2-2(123)-6/2023 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Sözügedən qərardaddan da bank tərəfindən şikayətlər ver ilmişdir. (09 mart 2023-cü il tarixli, e-22(123)-6/2023 saylı və 04 aprel 2023-cü il tarixli, 2-2(108)-5/2023 saylı qərardadlar əlavə edilir). İddiaçı ASC 15 aprel 2023-cü il tarixdə yenidən Naxçıvan MR-nin Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və bu dəfə də məhkəmənin 18 aprel 2023-cü il tarixli, e-2-2(123)-62/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Nəhayət sonuncu dəfə yəni 17 iyul 2023-cü il tarixdə bank elektron iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş və məhkəmənin 17 iyul 2023-cü il tarixli, e-2-2(123)-131/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi məhkəmə tərəfindən dəfələrlə əsassız və süründürməçiliyə yol açan hallar nəticəsində bank öz hüquqlarının məhkəmə müdafiəsi ni 27 yanvar 2022-ci il tarixdə mediasiyaya müraciət olunmasına baxmayaraq 17 iyul 2023-cü il tarixdə həyata keçirə bilmişdir. Və bu müddəti məhkəmə öz qətnaməsində zaminliyə qarşı ötürülmüş müddət kimi göstərsə də halbuki, bank 27 yanvar 2022-ci il tarixdə mediasiyaya müraciət edərək cavabdehlərə qarşı iddia tələbini irəli sürmüşdür. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2020-ci tarixli Əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatlarına diqqət yetirdikdə aydın görmək mümkündür ki, kredit üzrə xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, 31.08,2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 tarixlərdə ödənişlər mövcuddur. Belə olduğu halda cavabdehlərin etirafedici hərəkətləri iddia müddətinin axımının müddətinin uzanması kimi dəyərləndirilir. Bütün yuxarıda sadalanan halları əsas götürərək məhkəmənin bankın iddia tələbini zaminlərə münasibətdə təmin etməməsi əsassız hesab edilir. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı qismən təmin etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 339.3, 379.1.6, 477-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Sözügedən mübahisə üzrə tərəflər arasında mediasiya sessiyası keçirilmiş, tərəflərə mediasiya təklifi göndərilmiş və tərəflər arasında 27 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayış alınmışdır. Zaminlik mü qaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Sözügedən iddia tələbi üzrə iddia müddətinin axımı sonuncu ödəniş tarixindən hesablanmalıdır. Belə olan halda zaminlərə qarşı iddia müddətinə riayət edilməklə məhkəməyə müraciət olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə istinad edərək bildirmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apellyator sonda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-2(123)-25/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddə nin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. X5 Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-25/20 24 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə və ya qismən ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək aşağıdakıları müəyyən etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh4 05 dekabr 2019 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 30000 manat kredit ayrılmışdır. Borcun təminatı olaraq Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ilə 05 dekabr 2019 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə kreditor Yelo Bank ASC və borcalan Cavabdeh4 arasında xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə bağlanmış, həmin əlavəyə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, cərimə borcu) kapitallaşdırılmaqla 26156,17 (iyirmi altı min bir yüz əlli altı manat 17 qəpik) manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməyi öhdəsinə götürmüş, müqavilənin digər şərt ləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş (İİİ cild. səh 81-85) Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci tarixli Əlavə sazişə əsasən 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin müddəti müvafiq şəxslərlə (zaminlərlə) razılaşdırılmaqla xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə araşdırmasının obyektivliyinin təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında müvafiq suallar qoymuşdur. 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 915 nömrəli ekspert rəyi məhkə məyə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 05 dekabr 2019-cu il tarixli, 4MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh4, iddiaçı Yelo Bank ASC-yə xx.xx.2022-ci il tarixlə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 25987,58 (iyirmi beş min doqquz yüz səksən yeddi manat 58 qəpik) manat, faiz borcu 8283,46 (səkkiz min iki yüz səksən üç manat 46 qəpik) manat, əldən çıxmış fayda məbləği 566,67 (beş yüz altmış altı manat altmış yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, 4-MZ5-1-01105-19 nömrəli müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tər əfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh4 cərimə hesablanmamışdır. Lakin iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əldən çıxmış fayda üzrə 241.9 (iki yüz qırx bir manat doxsan qəpik) məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edildiyindən məhkəmə 18 oktyabr 2023-cü il tarixli, 915 nömrəli ekspert rəyi ilə qismən, yəni əldən çıxmış fayda üzrə hesablanmış 566,67 (beş yüz altmış altı manat altmış yeddi qəpik) manat məbləğin 241,9 (iki yüz qırx bir manat doxsan qəpik) manat hissəsi ilə razılaşaraq, cavabdehin əsas borcunun ekspert rəyində müəyyən edilmiş 25987.58 manat, faiz borcunun 8283,46 manat olduğu qənaətinə gəlmişdir. Tərəflər arasında bağlanmış kredit müqavi ləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 445.7, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir. Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə saziş bağlanaraq kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən müddətin axımının xx.xx.2022-ci il tarixdən başladığını nəzərə almaqla iddiaçı bir il müddətində, yəni xx.xx.2023-cü il tarixədək zaminlərə qarşı iddia qaldırmalı olduğu halda həmin müddətdə iddia tələbi irəli sürməmişdir. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 17 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan müvafiq qərardadlar üzrə işlər sorğu edilərək kollegiyada nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, həmin qərardadlar qanuni qüvvədə olduğundan həmin iddia ərizələri də vaxtında verilmiş müraciət kimi nəzərə alına bilməz. Məhkəmə öz qətnaməsində zaminliyə qarşı ötürülmüş müddət kimi göstərsə də halbuki, bankın 27 yanvar 2022-ci il tarixdə mediasiyaya müraciət edərək cavabdehlərə qarşı iddia tələbini irəli sürməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, X3 tərəfindən kollegiyaya ünvanlanmış 20 may 2024-cü il tarixli məktubda qeyd olunan mediasiyaya müraciət olunduğu və müvafiq arayışın verildiyi tarixlər nəzərə alınmaqla müddətin ötürüldüyü müəyyən olunur. X3 tərəfindən kollegiyaya ünvanlanmış 20 may 2024-cü il tarixli məktubun məzmunundan aydın olur ki, İddiaçı ASC tərəfindən Babək Rayonu, Vayxır kənd sakini Cavabdeh4 banka olan borcunun tutulması iddiası ilə əlaqəli Naxçıvanda fəaliyyət göstərən fərdi mediatorların vahid koordinatorluğuna müraciət daxil olmuş, müraciət 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Mediasiya Şurası tərəfindən MŞİH-12966 sayı ilə q eydiyyata alınaraq aidiyyəti üzrə Naxçıvana göndərilmişdir. Həmin vaxt hələ X3 yaradılmadığından fərdi mediator fəaliyyəti tətbiq edilirdi və fərdi mediatorların Mediasiya Şurasında şəxsi iş kabinetləri mövcud idi. Buna müvafiq olaraq 16 yanvar 2022-ci tarixdə şəxsi kabinetdə qeydiyyatdan keçməklə müraciət 003480 sayı ilə qeydiyyata alınmışdır. 17 yanvar 2022-ci tarixdə tərəflərə mediasiya dəvəti göndərilmiş və 27 yanvar 2022-ci tarixdə, saat 16:00-da mübahisəyə ZOOM formatında ilkin mediasiya sessiyası keçirilərək baxılmışdır. İlkin mediasiya sessiyasında Cavabdeh4 iştirak etmədiyindən İddiaçı ASC-yə həmin tarixdə mediasiya haqqında Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə 003480 saylı arayış verilmişdir. Kredi t üzrə xx.xx.2022, 24,01.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 tarixlərdə ödənişlərin mövcud olması, belə olduğu halda cavabdehlərin etiraf edici hərəkətlərinin iddia müddətinin axımının müddətinin uzadılması kimi dəyərləndirilməsi dəlilini də məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin hüdudları müddət baxımından kəsici olaraq dəqiq və konkret müəyyən edilmişdir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarına əsasən iddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları aşağıdakı kimi göstərilmişdir: 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onu n verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 v ə 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmi n maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Kollegiya apellyasiya şikayəti nin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin zaminlərə münasibətdə iddianın təmin olunmaması dair mövqeyi ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-25/2024 saylı komm ersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar