Məhkəmə qərarları › İş №2-2(108)-2/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-2/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-2/2024 23.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X16 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 kreditin əsas borcu üzrə 41 125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15 244,65 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108 650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 195,02 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 100 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 41 125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15 244,65 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108 650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 195,02 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olun masını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr № **********26-05101-093004, qeydiyyat №**********, tarix xx.xx.2014) ipoteka predmeti kimi iddiaçıya təqdim edil miş və bu barədə 13 may 2016-cı il tarixli, 2016/00310-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2016-cı il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 100 000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfəl ərlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 26 oktyabr 2022-ci il tarixə kreditin əsas borcu üzrə 41 125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15 244,65 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin ge cikdirilməsinə görə hesablanmış 108 650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları məbləğində borc yaranmışdır. Mübahisənin məhkəməyəqədər həlli və məhkəmə xərclərinin ödənilməsi qaydası: xx.xx.2022-ci il tarixdə “taxes.gov.az” elektron portalının iddiaçıya məxsus şəxsi kabinetindən Cavabdeh1 elektron qaydada pretenziya məktubu göndərilmişdir. Cavabdehə bütün borcunu bağlaması təklif edilmiş və ona xx.xx.2022-ci il tarixə qədər vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh onların müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsi baş tutmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 pretenziya mək tubu göndərilmiş, ona münasibət bildirməsi üçün xx.xx.2022-ci il tarixə qədər vaxt verilmiş, cavabdeh onların müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsi baş tutmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə təklif yollanılmışdır. Tərəflər xx.xx.2022-ci il tarixinə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyaslnda iştirak edilməməsi barədə” arayışdan da göründüyü kimi, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən, mübahisənin məhkəməyəqədər mediatorun vasitəçiliyi ilə həlli baş tutmamışdır. Həmin arayışdan və ödəniş tapşırığından da göründüyü kimi, ilkin mediasiya ses siyasının keçirilməsi ilə bağlı olaraq 400 manat məbləğində mediasiya xərci, həmçinin 195,02 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarında şərh edilən hüquqi mövqedən belə müəyyən olunur ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək borcalan tərəfindən kredit borcu ödənilməmiş qalmışdırsa, onda işə baxan məhkəmə əsas borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın tutulmalı olmasını məhkəmə qətnaməsində əks etdirməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 279, 295, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449, 450, 462 və 739.1-ci, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun) 34.1.1, 39.1 və 59.3-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) 9 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-9/2023 nömrəli, 3 iyul 2023-cü il tarixli qətna məsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 32051,55 ABŞ dolları qalıq borc, 7441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcu, 3950 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 43.443,30 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASCyə ödənilməsi, yuxarıda göstərilən ödəmə mümkün olmadıqda, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan 19 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 152000 (bir yüz əlli iki min) manat məbləğində müəyyən edilmiş ipoteka predmeti olan həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin Cavabdeh2 özünə qaytarılması, ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması və orada yaşayan şəxslərin daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 manat məbləğinin cavabdehlərdən alınıb dövlət gəlirlərinə ödənilməsi, iddiaçı tərəfindən iddia əriz əsinin verilməsinə görə ödənilən 195,02 manatın 47,21 manat məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 manatın 72,63 manatının cavabdehlərdən müştərək qaydada, 227,37 manatının isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “işin... halları ilə təsdiq edilir ki, tərəflər arasında 13 may 2016-cı il tarixdə 2016/00310-01 nömrəli kredit müqaviləsi bağlanılaraq, həmin müqavilə tərəflər üçün məcburi xarakter almış, müqavilənin şərtlərinə görə borc verən "Finoko” BOKT ASC tərəfindən borcalan Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 50.000 ABŞ dolları məbləğində, illik 28% ödəmək şərti ilə, 24 ay müddətinə kredit verilməsi nəzərdə tutulmuş, 13 may 2016-cı il tarixli "köçürmə üçün ərizə” yə müvafiq olaraq 2016/00310-01 saylı kredit müqaviləsinin əsasında 50 000 ABŞ dolları məbləğində kredit vəsaiti "Finoko” BOKT ASC tərəfindən Cavabdeh1 hesabına köçürülmüş, borcalan Cavabdeh1 kredit borcundan, müqaviləyə əlavə edilmiş cədvələ əsasən, hər ay 2744 ABŞ dolları məbləğində pulun borc verənə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində ödənişlər qrafik üzrə həyata keçiriləcəyi təqdirdə borc alan tərəfindən borc verən ə 15.866 ABŞ dolları faiz borcu olmaqla, cəmi 65.866 ABŞ dolları məbləğində pulun ödənilməli olduğu müəyyən edilmişdir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 13 may 2016-cı il tarixli ipoteka müqaviləsində göstərilmiş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, 19 saylı mənzil ipoteka saxlayan "Finoko” BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiyməti 100.000 manat müəyyən edilmişdir. Bununla da, tərəflər ipoteka müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişlər. 7 avqust 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən "Fi noko” BOKT ASC-nin hesabına 2000 ABŞ dolları, 8 sentyabr 2017-ci il tarixdə 1000 ABŞ dolları və 19 iyul 2019-cu il tarixdə 43 000,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ödənişlərin həyata keçirildiyi qeyd edilən tarixlərdən sonra borclu tərəfindən öhdəliyin icra edilmədiyi müşayiət edildiyindən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 xx.xx.2022-ci il tarixinə qədər aralarında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/0031001 kredit müqaviləsinin ləğv edilməsi və həmin tarixədək yaranmış borcun tam şəkildə ödənilməsinin təklif olunması, əks təqdirdə, barələrində "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilsə də o, öhdəlikləri kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində və kreditorun etdiyi xəbərdarlıqdan sonra da könüllü icra etməkdən boyun qaçırmışdır. xx.xx.2022-ci il tarixinə olan hesabdan çıxarışa əsasən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2016/00310-01 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsilə 50 000 ABŞ dolları məbləğində verilmiş kredit üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək əsas məbləğ üzrə borclu 8 874,09 ABŞ dolları, faiz üzrə 38 686,03 ABŞ dolları olmaqla, cəmi 47 560,12 ABŞ dolları məbləğində ödəniş etmiş, 2081-102022 saylı, xx.xx.2022-ci il tarixli borc haqqında arayışa əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixinə kreditə görə 41 125,91 ABŞ dolları, müqavilə müddəti bitənə kimi hesablanmış 15 244,65 ABŞ dolları faiz borcu, 108 650,00 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404,00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179 424,56 ABŞ dolları borcu yaranmışdır. Beləliklə, cavabdehlərin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi yaranmış və bu öhdəliyin icrasının təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin tələb isə cavabdehlərin mübahisə edilməyən vəzifələrinə və yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır... İddia ərizəsinə qarşı 25 yanvar 2023-cü il tarixdə Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış "iddia müddətinin tətbiqinə dair” ərizədə “müqavilə üzrə ödəniş vaxtının 13 may 2018-ci il tarixdə bitdiyi, sonuncu ödənişin Cavabdeh1 tərəfindən 19 iyul 2019-c u il tarixdə həyata keçirildiyi, iddia müddətinin bitmə tarixinin isə 19 iyul 2022-ci il tarixinə təsadüf etdiyi” qeyd edilsə də, məhkəmə bununla bağlı bildirir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. “Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir... Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəx s borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur. Birincisi, müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi, ikincisi isə borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhl ət istənməsi və digər mühüm hallar aid edilə bilər”. (C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Komstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı). Hazırkı iş üzrə Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının Müşahidə Şurasına ünvanlanmış 6088-092021 saylı, xx.xx.2021-ci il tarixli ərizədən Cavabdeh1 “borcunu ödəməkdən heç bir halda boyun qaçırmadığı, sadəcə olaraq hazırkı maddi durumunun borcu hissə-hissə ödəməyinə imkan verdiyi, bu səbəbdən də borcunu hissəhissə ödəməyi üçün qarşı tərəfin razılığa gəlməyini istədiyi, iddiaçıya olan borcunu 15000 ABŞ dolları olar aq qəbul edərək, hər ay 1000 ABŞ dolları məbləğində ödəniş etməyinə razılıq verilməsinin xahiş edildiyi” görünməkdədir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Yuxarıda qeyd edilən hal məhkəmə tərəfindən borclu şəxsin borcunu etiraf etməsini göstərən hərəkət olaraq qiymətləndirilərək iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən kəsildiyi, o cümlədən, həmin tarixdən etibarən iddia müddətinin yenidən başlayaraq 3 ilə qədər, daha dəqiq deyilərsə, xx.xx.2024-cü il tarixədək uzadıldığı və fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyi müəyyən edilmişdir... Sadalanan hallarla b irlikdə, məhkəmə icraatı zamanı müəyyən edildi ki, cavabdeh digər tərəfə vurduğu zərər nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi əsas borcun, ona hesablanmış faizlərin, Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu və dəbbə pulunun tutulmasına dair hissələrdə xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, "kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1 -ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizl ər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya i cra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə "ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər”. İddianın müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu tələbinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddədə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməs ini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi nəzərdə tutulur. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə ( hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli, 330 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Cavabdeh1 tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları və 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən 19 iyul 2019-cu il tarixinə (son ödəniş edilən tarixə) kredit üzrə ödənilmiş 25294,12 ABŞ dolları məbləğinin 9045,46 ABŞ dolları faiz borcuna silinmiş bütövlükdə cavabdehin faiz borcu qalmamış, qalan məbləğin 4751,09 ABŞ dolları əldən çıxmış faydaya silinmiş, qalıq 11497,57 ABŞ dolları isə əsas borca silinmişdir. Ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixinə (maliyə arayışının verildiyi tarixə) əsas borc üzrə 32051,55 ABŞ dolları, əldən çıxmış fayda üzrə 7441,75 ABŞ dolları borcu vardır. 19 iyul 2019-cu il tarixdə faiz borcu üzrə ödənilən 9045,57 ABŞ dolları məbləği bütün faiz borcunu əhatə etmiş və cavabdehin iddiaçıya faiz borcu q almamışdır. İş materiallarında olan Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən tədim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (X8rşı işi üzrə” 16 fevral 2010cu il tarixli qərarı)... Məhkəmə qeyd olunan rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi qalıq və Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcuna dair hissədə qismən təmin edilərək, qalıq borc üzrə 32051,55 ABŞ dolları, Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu üzrə 7441,75 ABŞ dolları müəyyən edilməli, müqavilə müddəti bitənə qədər hesablanmış faiz borcuna dair hissədə isə təmin edilməməlidir. Cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə təsdiqini tapdığından və müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ təmin olunmuş iddia tələbinə münasibətdə azaldılmalıdır... Məzmunundan göründüyü kimi dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Kredit müqaviləsi üzrə kreditorun müqavilə müddətində çəkdiyi mümkün zərər müqavilədə əsas borca görə nəzərdə tutulan faiz məbləğinin vaxtında ödənilməməsidir. Belə ki, kredit müqaviləsinə görə borcluya verilmiş kredit məbləğinin ödənilməsi gecikdirilsə də bu məbləğə görə müqavilə müddətində faizlərin hesablanması əsas borca münasibətdə aparıldığından, yəni kreditorun mənafeyinə uyğ un olaraq əsas borc dövriyyədə olmaqla faizlərə münasibətdə ona gəlir gətirdiyindən müqavilə müddətində kreditor əsas borca görə zərər çəkmir. Əsas borca görə faizlərin vaxtında ödənilməməsi kreditoru vaxtında əldə etməli olduğu pul məbləğini yenidən dövriyyəyə buraxmaqla gəlir əldə etmək imkanından məhrum edir. Ona görə də qanunvericilik dəbbə pulu institutu ilə müqavilə tərəfləri olan kreditoru mümkün zərərdən qorumaqla borclunu öz öhdəliklərinin icrasında intizamlandırır. Lakin göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən mübahisə tərəflərinin iqtisadi vəziyyətinin n əzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorun icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyy ən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəbbə pulunun 108650 ABŞ dolları məbləğində tələb edilməsi, eyni zamanda ekspert rəyində isə cərimənin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında hesablanmadığı üçün Cavabdeh1 cərimənin hesablanmadığının müəyyən edilməsi öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, iddiaçıya dəymiş zərərə münasibətdə qeyri-mütənasibdir. Qeyd olunanlara əsasən, m əhkəmə tələbin dəbbə pulunun məbləğinə dair hissəsi üzrə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə dəbbə pulunun məbləği azaldılaraq, 3950 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbinə də aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istəni lən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir... Tərəflər arasında bağlanmış 2016/00310-01İP nömrəli ipoteka müqaviləsinin 2.2-ci bəndində mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan mənzilin ipotekanın predmetini təşkil etdiyinə görə iddiaçının iddia tələbini həmçinin Cavabdeh2 qarşı yönəltməsi qanuni və əsaslıdır. İddia tələbinin tutmanın Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 100.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına borcun iddiaçıya ödənilməsinə dair hissələrində məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, İpoteka haqqında Qanunun 1 0-cu və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ipoteka müqaviləsi bağlamışlar. Bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin... İpoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. ("Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qə rarı) Mülki Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin cavabdehlərin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsi üzrə qeyd edir ki, İpoteka haqqında Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaş ayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin hissəsi tərəflər arasında bağlanmış kredit və ipoteka müqa vilələrndən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin likvid qiymət müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş vəsait hesabına qalıq borcun iddiaçıya ödənilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra cavabdehin bir ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair hissələrinə münasibətdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "MBA LTD” MMC tərəfindən təqdim edilmiş 7 iyun 2023-cü il tarixli, MB 16/0715 nömrəli qiymətləndirmə hesabat ına əsasən ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91,6 kv.m, yaşayış sahəsi 62,4 kv.m, yardımçı sahəsi 29,2 kv.m olan, 19 saylı mənzilin 7 iyun 2023-cü il tarixinə bazar dəyəri 160.000 manat, likvid dəyəri isə 152.000 manat müəyyən edilmişdir. Ona görə də həmin qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan,qeyd olunan mənzilin ilkin satış qiyməti likvid qiyməti ilə 152.000 manat məbləğində müəyyən edilməlidir... "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının m illi pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır... Beləliklə, iddia qismən, yəni 24,21% təmin edilməli, Cavabdeh1 32051,55 (otuz iki min əlli bir dollar, əlli beş sent) ABŞ dolları əsas borc, 7441,75 (yeddi min dörd yüz qırx bir dollar yetmiş beş sent) ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcu, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 43.443,3 (qırx üç min dörd yüz qırx üç dollar 30 sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə "Finoko” BOKT ASC-yə ödənilməlidir. 400 manat məbləğində mediasiya xərcinin də iddiaçı tərəfin ödənildiyi, o cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 595,02 manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 400 manat məbləğində mediasiya xərci ödəyərək Dövlət rüsumu haqqında Azərbaycan Respubliası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, 195,02 manat dövlət rüsumu ödəmişdir. Nəticədə isə mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tər əfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 manat məbləği cavabdehlərdən alınıb dövlət gəlirlərinə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 manatın 47,21 manatı cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 manatın 72,63 manatı cavabdehlərdən, 227,37 manatı isə iddiaçıdan tutularaq "MBA LTD” MMC-nin hesabına ödənilməli, tutma Cavabdeh2 məxsus Bakı şə həri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilinin ilkin satış qiyməti 152.000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı, məhkəmə məsrəfləri tələblərin məbləğinə mütənasib ol araq tərəflərin hər ikisinə aid edilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 269.1, 269.5, 271.1, 271.2, 317.1, 319.1, 324.1, 324.2, 372.1, 372.2, 373.2, 377.1, 377.2, 380.1, 380.2, 385.1, 386.1, 389.1, 389.2, 425.1, 427.3, 439.1, 439.2, 442, 445.1, 445.2-445.2.1, 445.3, 449.1, 462.1, 467, 739.1, 739.2 və 741-ci, Mülki-Prosesual Məcəllənin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 106.3, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 112.2, 115.0-115.0.1, 119.1, 119.2, 218.3, 220.4 və 222.2-ci maddələrinə, İpoteka haqqında Qanunun 1.0.4, 1.0.7, 1.0.8, 4.1-4.1.3, 10.1, 34.1-34.1.1, 34.1.3, 39.3 və 39.3.3, 59.3-59.3.1-cü, Qiymətləndirmə fəaliyyəti haqqı nda Azərbaycan Respublikası Qanununun 3, 5 və 7-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015ci il tarixli t arixli, "Banklar haqqında Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli Qərarlarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 vəkil-nümayəndəsi apelyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, e-2-2(123)-9/2023 (şikayətdə səhvən “2022” yazılmışdır) nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin qismən təmin edilərək Cavabdeh1 iddiaçının xeyrinə 15000 ABŞ dolları pul tutulması, iddianın qa lan hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Birinci instansiya məhkəməsi iş materiallarında olan ekspert rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 iddiaçıya 32093,77 ABŞ dolları əsas borc, 4831.45 ABŞ dolları uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 1000 ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla ümumilikdə 37925.22 ABŞ dolları məbləğində borcu vardır. (qətnamənin nəticə hissəsi səhv yazılmışdır). Lakin məhkəmə nəzərə almamışdır ki, ekspert rəyində də göstərildiyi kimi 19 iyul 2019-cu il tarixdə, yəni müqavilə müddəti bitəndən sonra ödənilmiş 25294,12 ABŞ dollarının 9045,46 ABŞ dolları faiz borcuna, 4751.09 ABŞ dolları isə iddiaçının özü tərəfindən əl də cıxmıs faydaya silinmişdir. Rəydə də qeyd olunduğu kimi ödəniş qrafikində bağlanmış müqaviləyə əsasən kredit alanın xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək alınmış kreditə görə banka ödənilməli olan əsas borcu 50000 ABŞ dolları, faiz borcu 15866.00 ABŞ dolları, ümumi ödənişi 65866,00 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka xx.xx.2019-cu il tarixdə həmin borca görə ödənilən məbləğ də nəzərə alınmaqla ümumilikdə 47560.12 ABŞ dolları məbləğində ödəniş aparılmışdır, həmin məbləğin 17948.45 ABŞ dolları əsas borca, 24860.58 ABŞ dolları faiz borcuna, 4751.09 ABŞ dolları isə əldən çıxmış faydaya silinmişdir. Göründüyü kimi kredit müqaviləsi üzrə faizlərlə birlikdə ümumi ödənilə n məbləğ 65866 ABŞ dolları olduğu və ümumilikdə 47560,12 ABŞ dolları ödənildiyi halda əsas borc məbləği 18306 ABŞ dolları təşkil etməli idi. İddiaçı isə qanunsuz olaraq müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə fazilər tutmuş və hətta müqavilədə nəzərdə tutulmadığı halda özü məhkəmədənkənar Mərkəzi Bankın ucot faiz dərəcəsinə uyğun olaraq faizlər hesablamış və əldən çıxmış faydaya pul tutmuşdur. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini geci kdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kre ditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər”. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi Cavabdeh1 puldan faydalanması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hətta kredit müqaviləsində də kreditin təyinatı dəqiq göstərilməmiş, müqavilənin 1.4-cü bəndində kreditin dövriyyə vəsaitlərinin artırılması üçün verildiyi göstərilmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsini deyil, Mülki Məcəllənin 445.7ci maddəsinə müvafiq olaraq illik 5 %-lik dərəcəni əsas götürməli idi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarında Mülki Məcəllənin 449-cu maddəsində borcun gecikdirilməsinə görə faiz tutulmasının bir neçə halının müyyənləşdiyi qeyd olunmuşdur: "Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkə mə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır”. Şərh edilənləri nəzərə alaraq, hesab edirik ki, Cavabdeh1 iddiaçının xeyrinə əsas məbləğ üzrə 18306 ABŞ dolları və müqavilə bitdiyi vaxtdan, yəni 13 may 2018-ci ildən bu günə qədərki 4 il ərzində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq ilə 5% olmaqla (ilə 915,3 ABŞ dolları) 3661,2 ABŞ dolları pul tutula bilərdi. Tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində isə hesab edirik ki, iddia ümumiyyətlə təmin edilməməlidir. Belə ki, işdən də göründüyü kimi cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 21 oktyabr 2019-cu il tarixdə göndərilmişdir. İş materiallarında olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubundan görünür ki, tutma yönəldilməsi haqqında bildiriş hələ 3 il öncə 2016-cı ilin dekabr ayında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ipoteka pretmetinə tutma yönəldilməsi qaydalarına əməl edilmədiyindən və ipoteka premetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehlərə verilməmiş dövlət reyestrində qeydiyyata alındığından, o cümlədən bu qeydiyyatın məhkəməyə müraciət edilməmişdən 6 il öncə aparıldığını və bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəmlərin qeyd olunduğunu nəzərə alaraq, hesab edirik ki, iddia bu hissədə təmin edilməməlidir. Bunda başqa, birinci instansiya məhkəməsi əsas borcun 10 faizindən artıq məbləğdə dəbbə pulu hesablamışdır ki, bu da qeyri-mütənasibdir. İş materiallarından da göründüyü kimi iddia çı ilə Cavabdeh1 arasında 13 may 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kreditin qaytarılma müddəti 24 ay, yəni 13 may 2018-ci il tarixinə qədər müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən sonuncu ödəniş 19 iyul 2019-cu il tarixində 43.000 manat olmaqla həyata keçirilmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 19 iyul 2019-cu ildə başlamışdır. Belə ki, müqavilə üzrə ödəniş vaxtı 13 may 2018-ci il tarixdə bitsə də, sonuncu ödəniş Cavabdeh1 tərəfindən 19 iyul 2019-cu ildə həyata keçirilmişdir. İddia müddətinin bitmə tarixi isə 3 il sonraya, daha dəqiq desək 19 iyul 2022-ci il tarixinə təsadüf edir. İddiaçı isə yalnız 2022-ci ilin sentyabr ayında mediasiya prosesinə başlamış və sonra iddia i lə məhkəməyə müraciət etmişdir. Doğrudur, iddiaçı bundan öncə də məhkəməyə müraciət etmiş və Naxçıvan Muxtar Respublikasnın Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. X18 Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(108)-7/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddia səlahiyyətsiz şəxs tərəfindən imzalandığından qətnamə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında əks edilmiş hüquqi mövqedən də görünür ki, ipoteka predmeti ilə yüklü edilmiş kredit müqavilələri üzrə 3 illik iddia müddəti tətbiq edilir və iddianın baxılmamış saxlanılması iddia müddətinin axımına heç cür təsir göstərmir, müddətin axımını dayand ırmır. Əksinə iddia müddətinin axımı ümumi qaydada davam edir. Göstərilənlər artıq formalaşmış məhkəmə təcrübəsidir. Məhkəmə Cavabdeh1 özü tərəfindən yazılmış borcun yalnız 15.000 ABŞ dolları hissəsinin etiraf edilməsinə dair ərizəsini borcun tam etirafı kimi qiymətləndirmişdir. Halbuki, həmin ərizə iddiaçı təşkilatın rəhbərliyi tərəfindən tərtib edilmiş, onların razılığı ilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Göründüyü kimi iddia tərəfinin təqdim etdiyi sənədlərdə borcun yalnız 15.000 ABŞ dolları hissəsinə dair etirafedici hərəkətlər edilmişdir. Bu sənədin borcun tam şəkildə etiraf edilməsi kimi qiymətləndirilməsi mümkün deyildir. Ərizənin iddiaçı tərəfindən etiraf edilməsi iddiaçının nümayəndəsi tərəfindən də məhkəmə iclasında bildirilmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm ə həmiyyət kəsb edən faktları - borc məbləğini dəqiqliklə araşdırmamış, ekspert rəyində olan ziddiyyətli məqamlara diqqət yetirməmiş, ipoteka predmetinə tutma prosedurlarına qanuna uyğun şəkildə riayət edilib-edilməməsini müəyyənləşdirməmişdir”. Cavabdeh1 vəkil-nümayəndəsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 373.2, 375.2, 376, 377.2, 380.1, 380.2, 381.1, 445.7 və 449.1-ci, İpoteka haqqında Qanunun 36.1-36.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarların a, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 14.1 və 88-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi, Cavabdeh2 (18 mart 2024-cü il tarixədək olan iclaslar nəzərdə tutulur), Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil heç bir məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prossesual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə işdə iştirak edən şəxslərin iştirakları olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 isə yalnız yalnız 17 may 2024-cü il tarixdə keçirim iş məhkəmə baxışı iclasında iştirak edərək izahatında göstərmişdir ki, apelyasiya şikayətini müdafiə edir. Atası onkoloji xəstə olduğundan onun müalicəsinə, daha sonra rəhmətə getdiyi üçün yas mərasiminə başı qarışdığından məhkəmə iclaslarında iştirak edə bilməmişdir. O, kredit götürmək üçün İddiaçı BOKT ASC-yə müraciət etmiş və orada ona 24 ay müddətinə, hər ay 2750 ABŞ dolları ödəmək şərti ilə əvvəlcə 67000 ABŞ dolları təklif olunmuş, krediti götürdüyü zaman isə “ona 50000 ABŞ dolları kredit ayrıldığı, həmin məbləğdə kreditdən 6000 ABŞ dollarının müəyyən bank əməliyyatlarına çıxıldıqdan sonra 44000 ABŞ dolları veriləcəyi” bildirilmiş, o da bankın təklifini qəbul edib krediti götürmüşdür. Krediti götürdüyü vaxtdan indiyə kimi iddiaçıya kredit borcundan ümumilikdə 47500 ABŞ dolları pul qay tarmışdır, hazırda maddi imkanı yaxşı olmadığından krediti ödəyə bilmir. Onun birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatı var, həmin qətnamədə onun banka olan borcunun 43000 ABŞ dolları olduğu qeyd edilmişdir, o həmin borc məbləği ilə razı deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində hazırki işlə bağlı ekspertizanın keçirilməsində o deyil, vəkili Vəkil iştirak etmişdir. O təxminən 10-15 gün bundan qabaq bu məsələnin birdəfəlik qurtarması üçün bankın rəhbəri Turan İsmayılovun yanında olub maddi vəziyyətini ona bildirmiş və kredit borcunun bağlanması üçün 15000 ABŞ dolları təklif etmişdir. Həmin vaxt Turan İsmayılov “məhkəmənin cavabdehin banka 15000 ABŞ dolları məbləğdə borcunun olması barədə qərar qəbul edəcəyi təqdirdə, bank olaraq onların da kredit in bağlanması üçün onun təklif etdiyi 15000 ABŞ dolları məbləği ilə razılaşacaqlarını və həmin qərardan şikayət verməyəcəklərini” bildirmişdir. Onun gözünü tikəcəyi hazırda mübahisə predmeti olan mənzildir, həmin mənzildə o, arvadı, 3 övladı və qardaşı yaşayırlar. Atası 18 mart 2024-cü il tarixdə ölmüşdür, mərhumun vərəsələri o, anası X6 və qardaşı X7r. Mərhum atasının onlardan başqa vərəsəsi yoxdur. Məhkəmə kollegiyasından maddi vəziyyətinin nəzərə alınaraq qanun çərçivəsində ona köməklik olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin qismən təmin edilərək, ondan iddiaçının xeyrinə 15000 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhk əməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apelyasiya baxışında; - əlavə məhkəmə-mühasibat ekspertizasının təyin olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8147 nömrəli, 8 yanvar 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və iddiaçı ilə Cavabdeh1 arasında 13 may 2016-cı il tarixli, 2016/00310-01 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilənin bitdiyi 13 may 2018-ci il tarixə Cavabdeh1 banka 43.577,05 ABŞ dolları əsas və 9.056,71 ABŞ dolları faiz - cəmi 52.633,76 ABŞ dolları, müqavilə bitən müddətdən, y əni 13 may 2018-ci il tarixdən maliyyə arayışının müddətinə, yəni 26 oktyabr 2022-ci il tarixə illik 5% hesablanmaqla 29.917,95 ABŞ dolları əsas və 4890,75 ABŞ dolları faiz - cəmi 34.808,70 ABŞ dolları, müqavilə bitən müddətdən, yəni 13 may 2018-ci il tarixdən maliyyə arayışının müddətinə, yəni 26 oktyabr 2022-ci il tarixə Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmaqla 31.967,74 ABŞ dolları əsas və 7463,61 ABŞ dolları faiz - cəmi 39.431,35 ABŞ dolları borcu olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. - əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar verilmiş 9/1552 nömrəli, 4 aprel 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilənin bitdiyi 13 may 2018-ci il tarixə banka olan əsas borcu 43.577,05 ABŞ dolları və faiz borcu - 9.056,71 ABŞ dolları, cəmi borcu 52.633,76 ABŞ dolları olmuşdur. Müqavilə müddətindən sonra xx.xx.2019-cu il tarixinə illik 5 faizlə hesablanmaqla 2.578,31 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Həmin tarixə borclu tərəfindən 25.294,12 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməsi müəyyən edilir. Kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətdən, yəni xx.xx.2018-ci il tarixdən sonra illik 5%-lə hesablanmaqla son ödəniş müddətinə, yəni xx.xx.2019-cu il tarixinə borc aşağıdakı kimi müəyyən olunur: 29.917,95 ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu, cəmi 29.917,95 ABŞ dolları. Müqavi lə bitən müddətdən, yəni xx.xx.2018-ci il tarixdən maliyyə arayışının müddətinə, yəni xx.xx.2022-ci il tarixə Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmaqla Cavabdeh1 "Finoko” BOKT ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: 31.967,74 ABŞ dolları əsas borc, 7463,61 ABŞ dolları faiz borcu, cəmi 39.431,35 ABŞ dolları. Bildirilir ki, müqavilənin bitmə müddətindən sonra, yəni xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmaqla ümumilikdə 4642,40 ABŞ dolları məbləğində faizlər hesablanır (xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək Mərkəzi Bankın uçot dərəcəsinin faizləri müxtəlif faizlərdə olmuşdur)”. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. - əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar verilmiş 534 nömrəli, 22 may 2024-cü i l tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqi hissədə göstərilənlərə əsasən, iş çmateriallarından göründüyü kimi, 2016/00310-01 nömrəli, 13 may 2016-cı (səhvən 2019 yazılmışdır) il tarixli kredit müqaviləsinin şərtlərinə görə həmin müqavilənin müddətinin bitdiyi 13 may 2018-ci il tarixə Cavabdeh1 İddiaçı BOKT ASC-yə 43577,05 ABŞ dolları əsas və 9056,71 ABŞ dolları faiz borcu olmuşdur. Müqavilənin müddətinin bitdiyi 13 may 2018-ci il tarixdən ödəniş tarixinə, yəni xx.xx.2019-cu il tarixə olan dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq “gecikdirilmiş vaxt üçün illik beş faiz”ə (əldən şıxmış faydaya) hesablanıb iddiaçının xeyrinə silindiyi halda xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) Cavabdeh1 29917,95 ABŞ dolları əsas borc, 4890,75 ABŞ dolları əldən çıxmış faydaya “gecikdirilmiş vaxt üçün illik beş faiz” borcu yaranacaqdır. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz”ə hesablanıb iddiaçının xeyrinə silindiyi halda isə xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) Cavabdeh1 32093,77 ABŞ dolları əsas borc, 7451,55 ABŞ dolları Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz” borcu yaranacaqdır. Əgər müqavilənin müddətinin bitdiyi 13 may 2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə olan dövr üçün “gecikdirilmiş vaxt üçün illik beş faiz”ə və ya “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz”ə hesablanıb iddiaçının xeyrinə silinmiş məbləğ xx.xx.2019-cu il tarixdə əsas borca hesablanıb silinmiş olsaydı, bu halda Cavabdeh1 iddiaçıya olan əsas borcu 27339,64 ABŞ dolları təşkil edərdi. Müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “gecikdirilmiş vaxt üçün illik beş faiz” 7047,58 ABŞ dolları, “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz” 11101,87 ABŞ dolları təşkil etmişdir. Müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə olan dövr üçün “gecikdirilmiş vaxt üçün illik beş faiz”ə və ya “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz”ə hesablanıb iddiaçının xeyrinə silinmiş məbləğ xx.xx.2019-cu il tarixdə əsas borca hesablanıb silinmiş olsaydı 27339,64 ABŞ dolları (səhvən manat yazılmışdır) əsas borc yaranardı ki, bu halda xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixədək “gecikdirilmiş vaxt üçün illik beş faiz” 7047,58 ABŞ dolları və “bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faiz” 11101,87 ABŞ dolları təşkil edərdi. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarında olan Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2016/00310-01 nömrəli müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də Cavabdeh1 cərimə hesablanmır (İİ cild, i.v. 8). - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 3-165/8-13-123/2024 nömrəli çıxarışdan məlum olur ki, Cavabdeh2 xx.xx.2024-cü ildə ölmüş və bu barədə xx.xx.2024-cü il tarixli 87 nömrəli akt qeydi tərtib edilmişdir. - Babək rayon İcra Hakimiyyəti başçısının Qahab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum Cavabdeh2 X6 (arvadı), Cavabdeh1 və X3 ibarət vərəsələri vardır. - X6 və X9 tərəfindən imzalanmış və imzalarının həqiqiliyi 4 saylı Bakı “ASAN xidmət” Notariat ofisində xx.xx.2024-cü ildə təsdiq edilmiş, reyestrdə 8İ-14752 və 8İ-14755 nömrələri ilə qeydə alınmış ərizələrdən (**********752 və **********755) məlum olur ki, onlar “18 mart 2024-cü il tarixdə ölmüş Cavabdeh2 ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etməmişlər, etmirlər və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqlar. Mülki Məcəllənin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz, mirasdan imtina etməklə onlar, nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olurlar”. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhd əliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə l azımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 2 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun təl əbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddənin bu mətni 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur). Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdir sə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İpoteka haqqında Qanun; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqavilə sində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi (maddənin bu mətni 2018-ci il dekabrın 30-dək qüvvədə olmuşdur). Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni on un verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır(maddənin bu mətni 2018-ci il dekabrın 30-dək qüvvədə olmuşdur). Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq ed ilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0 və 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislər ə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məblə ği qətnamədə göstərir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0, 384.0.2 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bil ər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər. Maddə 385.1-385.1.1. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə

393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.

1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Dövlət rüsumu haqqında Qanun; Maddə 9.1-1. “Mediasiya ha qqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mediasiya haqqında Qanun; Maddə 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Maddə 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 15 iyul 2014-cü il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il, "xx xx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarları. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulma sı ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır”. Hazırkı halda Cavabdeh1 vəkil-nümayəndəsi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və və iddia tələblərinin qismən təmin edilərək Cavabdeh1 iddiaçının xeyrinə 15000 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiy ası qeyd olunan hüquqi mövqeni nəzərə laraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfə münasibətdə apelyasiya ikayətinin dəlilləri üzrə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri və Cavabdeh1 izahatı ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə mübahisə İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqavilə sinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixə tələb olunan “kreditin əsas borcu üzrə qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu və AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış faiz borcu” məbləğlərindən ibarət olan pul vəsaitinin iddiaçıya ödənilməsi, habelə tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına göstərilən pul vəsaitinin (borcun) və məhkəmə xərclərinin iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra həmin əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması ilə bağlıdır. Məlumdur ki, mülki-hüquqi mənada kredit (latınca “creditum”-borc) dedikdə, pulkredit və maliyyə təşkilatlarının ayrı-ayrı şəxslərə müəyyən müddətə, qaytarılmaq və faizi ödənilmək şərti ilə müvəqqəti istifadəyə verdikləri pul borcu başa düşülür. Kredit müqaviləsinə görə bir tərəf (kreditor) digər tərəfə (kredit alana) şərtləşdirilmiş müddətə, qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə pul verməyi, kredit alan isə aldığı pul məbləğini qaytarmağı və ona faiz ödəməyi öhdəsinə götürür. İş materiallarından məlum olur ki, Cavabdeh1 Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişd ir. Kollegiya apelyasiya şikayətinin “birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsini deyil, həmin Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5 %-lik dərəcəni əsas götürməli olması” və bununla əlaqədar göstərdiyi dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş (maddələrin bu mətnləri 2023-cü il oktyabrın 1-dək qüvvədə olmuşdur); 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini d igər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılm ası, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur”. İş materiallarından göründüyü kimi, iddiaçının Cavabdeh1 “AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14 404 ABŞ dolları faiz borcu”nu tələb etməsi halını, Cavabdeh1 MM-in 449.1-ci maddəsində göstərilən şərtlər üzrə (qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama) faydalanmasını sübutetmə yükü iddiaçının üzərində olmasına baxm ayaraq heç bir sübutla təsdiq edilməsi müəyyən olunmur. Mülki-Prosessual Məcəllənin 77.-ci maddəsinə görə isə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin göstərildiyi kimi, Mülki Məcəllənin 445.7-ci maddəsininin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş mətninə müvafiq olaraq borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-c i maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kre ditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir”. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “iddianın predmeti dedikd ə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsuai olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. İddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz ak tının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia”(“məhkəmə qanunu bilir”) prinsipi dayanır”. Qeyd olunan hüquqi mövqelərə əsaslanaraq kollegiya, iddiaçının qeyd olunan iddia tələbini Cavabdeh1 tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona zərər dəyməsi ilə əsaslandırarkən Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməsindən asılı olmayaraq, ən azından Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən həmin zərərin cavabdeh tərəfindən (iddiaçının daha artıq məbləğdə zərərin əvəzini tələb etmək imkanına malik olmaması şərtilə) müvafiq məbləğdə qarşılanmasını qanuni və əsaslı hesab edir. Çünki hər iki halda həmin iddia tələbi eyni faktiki əsaslarla, iddiaçıya zərər dəyməsi ilə bağlıdır. Bu baxımdan kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsasların olmamasına baxmayaraq, həmin Məcəllənin 445.7-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməməkdə haqlı olmamışdır. Ona görə də qətnamə həmin hissədə (Cavabdeh1 7441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcunun ödəniş günü Azərbaycan Respublikası Mərkə zi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi) ləğv olunmalıdır. Şikayətin “birinci instansiya məhkəməsi əsas borcun 10 faizindən artıq məbləğdə dəbbə pulu hesablamışdır ki, bu da qeyri-mütənasibdir” dəlili ilə bağlı bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərildiyi kimi “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülkihüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklə rini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü ma ddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 15 iyul 2014-cü il tarixli Qərarı). Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırkı mübahisə üzrə 13 may 2016-cı il tarixli, 2016/00310-01 №-li kredit müqaviləsinin 3.1-ci bəndinə görə isə borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləği nin 0,1% faizi həcmində dəbbə pulu (cərimə) ödəyir. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlayır. Cavabdeh1 kredit müqaviləsinin 1.8-ci bəndinin (əsas borc və ona hesablanmış faizlər borcalan tərəfindən bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan 1 №-li kreditin ödəniş cədvəli əsasında ödənilir) tələblərinə əməl etməyərək hər ayın 13-də ödəniş etməli olduğu halda gecikmə ilə xx.xx.2016-cı ildə 2750 ABŞ dolları, xx.xx.2016-cı ildə 2750 ABŞ dolları, xx.xx.2016-cı ildə 2750 ABŞ dolları, xx.xx.2016-cı ildə 766 ABŞ dolları, xx.xx.2016-cı ildə 2000 ABŞ dolları, xx.xx.2016-cı ildə 2750 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx. xx.2017-ci ildə 2750 ABŞ dolları, xx.xx.2017-ci ildə 1750 ABŞ dolları, xx.xx.2017-ci ildə 2000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları və xx.xx.2019-cu ildə 25294,12 ABŞ dolları ödəniş etmişdir. İddia tələbi isə dəbbə pulu üzrə qeyd edilənlərə müvafiq olaraq ödənişlərin gecikdirilməsinə görə hesablanılıb tələb olunan 108650 ABŞ dollarından ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin məbləğin 3,63%-i (3950 ABŞ dolları) təmin olunmuşdur. Göstərilənlərə müvafiq olaraq kollegiya birinci instansiya məhkəməsinin “dəbbə pulunun ödənilməsi” barədə gəldiyi nəticəni düzgün hesab etməklə onunla razılaşır (İİ cild, iş v. 143-144). Apelyasiya şikayətinin “birinci instansiya məhkəməsinin İpoteka haqqında Qanunun 36.1-36.3-cü maddələrni tətbiq etməli olduğu halda etməməsi” və bununla bağlı dəlilləri üzrə kollegiya öncə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyator isə şikayətdə İpoteka haqqında Qanunun hazırkı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 36.1, 36.2.3 və 36.3-cü maddələrinin mətnlərinə deyil, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 28 dekabr 2018-ci il tarixli,1439-VQD №-li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il) əsasında qəbul edilmiş yeni redaksiyada olan mətnlərinə istinad etmişdir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə idd iaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu baxımdan “cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin 21 oktyabr 2019-cu il tarixdə göndərilməsini, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubundan tutma yönəldilməsi haqqında bildirişin hələ 3 il öncə 2016-cı ilin dekabr ayında qeydiyyata alınmasını, iddiaçı tərəfind ən ipoteka pretmetinə tutma yönəldilməsi qaydalarına əməl edilmədiyindən və ipoteka premetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehlərə verilməmiş dövlət reyestrində qeydiyyata alındığından, o cümlədən bu qeydiyyatın məhkəməyə müraciət edilməmişdən 6 il öncə aparıldığını və bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəmlərin qeyd olunduğunu nəzərə alaraq, iddianın bu hissədə təmin edilməməli olması” dəlilləri isə cavabdeh tərəfdən müvafiq sübutlar təqdim edilmədiyindən əsaslı hesab edilmir. İpoteka haqqında Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiy yat orqanına verilir. İş materiallarında olan **********25 nömrəli, xx.xx.2016-cı il tarixli DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış məktubunda isə “Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil Xasməmmədov küçəsi, 3b saylı evin 19 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı” göstərilmişdir (İ cild, iş v. 71). Cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin 21 oktyabr 2019-cu il tarixdə göndərilməsi barədə iş materiallarında hər hansı bir sübutun olması müəyyən olunmamışdır. Bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəmlərin qeyd olunması ilə bağlı isə kollegiya qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail ol maq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir, bu halın olması isə təbiidir. Apelyasiya şikayətinin Mülki Məcəllənin 380.1-ci maddəsinin düzgün tətbiq edilməməsi və bununla bağlı həmin Məcəllənin 373.2, 375.2, 376, 377.2, 380.2, 381.1-ci maddələrinə istinad olunması dəlilləri ilə bağlı, kollegiya hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əlavə şərhə ehtiyac olmadan və təkrarlığa yol verilmədən düzgün hesab etməklə həmin nəticə ilə razı laşır (İ cild, iş v. 167, İİ cild, iş v. 139-140). Kollegiya bununla bağlı vurğulayır ki, Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur. Birincisi, müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi, ikincisi isə borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər”. Şikayətin “birinci instansiya məhkəməsinin borc məbləğini dəqiqliklə araşdırmaması, ekspert rəyində olan ziddiyyətli məqamlara diqqət yetirməməsi” dəlilləri ilə əlaqədar işə apelyasiya məhkəməsində baxılarkən Cavabdeh1 i ddiaçıya xx.xx.2022-ci il tarixə olan borcunun müəyyən edilməsi üçün əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və müvafiq ekspert rəyinin alınaraq qiymətləndirilməsi zəruri olmuşdur. Çünki Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməliu olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə əlavə məhkəmə-mühasibat ekspertizaları təyin edilmişdir. Kollegiya ekspert rəylərini tədqiq edərək hesab edir ki, əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə əlaqədar verilmiş 534 nömrəli, 22 may 2024-cü il tarixli məhkəmə ekspertizasının rəyi iş materiallarında olan sübutlara əsaslanmaqla, Cavabdeh1 iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcunun həmin rəydə müəyyən edilən məbləğdə olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən digər dəlilləri yuxarıda şərh olunanlara əsasən cavabdehin vəkil-nümayəndəsinin subyektiv mülahizələri kimi qiymətləndirirməklə əsaslı hesab etmir. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, 3-165/8-13-123/2024 nömrəli çıxarışla təsdiq edilir ki, Cavabdeh2 xx.xx.2024-cü ildə ölmüş və bu barədə xx.xx.2024-cü il tarixli 87 nömrəli akt qeydi tərtib olunmuşdur (İİİ cild, iş v. 101). Babək rayon İcra Hakimiyyəti başçısının Qahab kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından məlum olmuşdur ki, mərhum Cavabdeh2 X6 (arvadı), Cavabdeh1 və X3 ibarət və rəsələri vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müə yyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür”. X6 və X9 tərəfindən imzalanmış və imzalarının həqiqiliyi 4 saylı Bakı “ASAN xidmət” Notariat ofisində xx.xx.2024-cü ildə təsdiq edilmiş, reyestrdə 8İ-14752 və 8İ-14755 nömrələri ilə qeydə alınmış ərizələrdən (**********752 və **********755) məlum olur ki, onlar “18 mart 2024-cü il tarixdə ölmüş Cavabdeh2 ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etməmişlər, etmirlər və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqlar. Mülki Məcəllənin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz, mirasdan imtina etməklə onlar, nədə ifadə edilməsindən və harada yerləşməsindən asıl ı olmayaraq bütün miras əmlakdan imtina etmiş olurlar”. Cavabdeh1 tərəfindən kollegiyaya mirasın qəbulundan imtina barədə ərizə və mirasın qəbul edilməsini təsdiq edən vərəsəlik şəhadətnaməsi təqdim edilməmiş, iş üzrə 28 iyun 2024-cü il tarixli qərardadla Cavabdeh2 hüquq varisi Cavabdeh1 ilə əvəz edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyı r və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir”. Beləliklə, şərh olunanlara müvafiq olaraq kollegiya bu nəticəyə gəlir ki, Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı; Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi iddia tələbləri üzrə “Cavabdeh1 7441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcunun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Az ərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASCyə ödənilsin” hissəsində ləğv edilməli; “Cavabdeh1 32051,55 ABŞ dolları qalıq borc,... ümumilikdə 43.443,30 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASC-yə ödənilsin. Yuxarıda göstərilən ödəmə mümkün olmadıqda, tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilsin. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 özünə qaytarılsın. İ ddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 manatın 47,21 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 manatın 72,63 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 müştərək qaydada, 227,37 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASCnin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h AZ03NABZ********************, Kod - 805562, VÖEN:**********, S.W.İ.F.T BİK:- İBAZAZ2X) ödənilsin” hissələrində ödənilməli olan pul məbləğlərinin həcmi əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilməsi ilə bağlı verilmiş 534 nömrəli, 22 may 2024-cü il tarixli məhkəmə ekspertizasının rəyi və Cavabdeh2 18 mart 2023-cü il tarixdə ölməsi faktı nəzərə alınmaqla müvafiq hissələrdə dəyişdirilməli; İddia qismən (21,36%) təmin edilməli; Cavabdeh1 27339.64 ABŞ dolları əsas borc, 7047,58 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 3950 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 38.337,22 ABŞ dolları məbləğin də pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASC-yə ödənilməli, Tutma hazırda Cavabdeh2 mülkiyyətində olmaqla, miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməli, Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 qaytarılmalı, Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb iddiaçıya ödənilməli, Mülki-Prosessual Məcəllənin 119.1 və 119.2-ci maddələrinə müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,09 manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməli, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 manat dövlət rüsumunun 41,65 manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, 16 may 2023-cü il tarixli qərardadla təyin edilmiş qiymətləndirmə ekspertizasına görə ipoteka predmetinin qiymətləndirilməsi üzrə xidmət haqqı olan 300 manatın 64,08 manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 235,92 m anatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h - AZ03NABZ********************, Kod - 805562, VÖEN:**********, S.W.İ.F.T BİK:- İBAZAZ2X) ödənilməli, Məhkəmə-mühasibatlıq ekspertizası xərclərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 200 manatın 42,72 manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 157,28 manatı İddiaçı BOKT ASC-dən tutularaq SAP (XİİS) hesabı - X4 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK STREAZ22), Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, Hesab AZ34CTRE********************), (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesaba, Naxçıvan Mux tar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 100 manatın 21,36 manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 78,64 manatı İddiaçı BOKT ASC-dən tutularaq X14 MR İdarəsi (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ123601**********5944), (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 382, 384.0, 384.0.2, 384.0.3, 385.1-385.1.1, 386, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 vəkil-nümayəndəsi Vək il tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi iddia tələbləri üzrə “Cavabdeh1 7441,75 ABŞ dolları faiz uçot dərəcəsinə hesablanmış faiz borcunun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASCyə ödənilsin” hissəsində ləğv edilsin. Həmin qətnamə “Cavabdeh1 32051,55 ABŞ dolları qalıq borc,... ümumilikdə 43.443,30 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASC-yə ödəni lsin. Yuxarıda göstərilən ödəmə mümkün olmadıqda, tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilsin. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 özünə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 144,05 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 manatın 47,21 manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya ödənilsin. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsi olaraq ipoteka predmetinin qiymətləndirilməsi nəticəsində xidmət haqqı olan 300 manatın 72,63 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 227,37 manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASCnin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h AZ03NABZ********************, Kod - 805562, VÖEN:**********, S.W.İ.F.T BİK:- İBAZAZ2X) ödənilsin” hissələrində dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 27339.64 (iyirmi yeddi min üç yüz otuz doqquz d ollar altmış dörd sent) ABŞ dolları əsas borc, 7047,58 (yeddi min qırx yeddi dollar əlli səkkiz sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün illik beş faiz borcu, 3950 (üç min doqquz yüz əlli) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 38.337,22 (otuz səkkiz min üç yüz otuz yeddi dollar iyirmi iki sent) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçı "Finoko” BOKT ASC-yə ödənilsin. Tutma hazırda Cavabdeh2 mülkiyyətində olmaqla, miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilsin. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb İddiaçı BOKT ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 595,02 (beş yüz doxsan beş manat iki qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,09 (bir yüz iyirmi yeddi manat doqquz qəpik) manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 195,02 (bir yüz doxsan beş manat iki qəpik) manat dövlət rüsumunun 41,65 (qırx bir mana t altmış beş qəpik) manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1 alınıb İddiaçı BOKT ASC-yə ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. 16 may 2023-cü il tarixli qərardadla təyin edilmiş qiymətləndirmə ekspertizasına görə ipoteka predmetinin qiymətləndirilməsi üzrə xidmət haqqı olan 300 (üç yüz) manatın 64,08 (altmış dörd manat səkkiz qəpik) manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 235,92 (iki yüz otuz beş manat doxsan iki qəpik) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h - AZ03NABZ********************, Kod - 805562, VÖEN:**********, S.W.İ.F.T BİK:- İBAZAZ2X) ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizası xərclərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manatın 42,72 (qırx iki manat yetmiş iki qəpik) manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 157,28 (bir yüz əlli yeddi manat iyirmi səkkiz qəpik) manatı İddiaçı BOKT ASC-dən tutularaq SAP (XİİS) hesabı- X4 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK STREAZ22), Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, Hesab AZ34CTRE********************), (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesaba, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manatın 21,36 (iyirmi bir manat otuz altı qəpik) manatı cavabdeh və Cavabdeh2 hüquq varisi Cavabdeh1, 78,64 (yetmiş səkkiz manat altmı ş dörd qəpik) manatı İddiaçı BOKT ASC-dən tutularaq X14 MR İdarəsi (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ123601**********5944), (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən son

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar