Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-20/2024 28.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər – Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), X1 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə qarşı pulun ödənilməsi tələbi barədə iddiasına və birləşdirilmiş iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7n cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)-275/2024 nömrəli qərardadından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 28 fevral 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “Naxçıvan Sağlamlıq Mərkəzi X7ndən göstərdiyi xidmətlərin dəyəri olan 18500 (on səkkiz min beş yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 146 ( bir yüz qırx altı) manat pulun, ümumillikdə 18646 (on səkkiz min altı yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)275/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan əlavə, e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7 və iddiaçının nümayəndəsi Nümayəndə1 05 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında və düzgün icra edilməməsi (elektron qaimələrin təqdim edilməməsi) və inzibati xətalar məcəlləsinin 227-ci maddəsinə əsasən vurulan zərərin əvəzinin ödənilməsi üçün cavabdeh İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nə qaiməsiz vurulan 27449.03 manat və qaiməli vurulan 25924.04 manat dəyərindəki ziyanın müəssisənin bank hesabına ödənilməsi və qaiməsinin vurulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2-2(123)-384/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-22(123)- 275/2024 saylı qərardadı ilə 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış v əsatətin təmin olunması, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)- 384/2024 saylı işin, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X4rşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə e-22(123)-275/2024 qeydiyyat sayının saxlanılması, e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməsi məsələsinin həmin iş üzrə məhkəmə iclasında həll edilməsi, e-2-2(123)-384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə keçirilmiş 09 iyul tarixli məhkəmə hazırlıq iclasında isə 09 iyul 2024-cü il tarixli, e-2-2(123)384/2024 saylı məhkəmə qərardadı ilə məhkəmənin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)275/2024 saylı qərardadı nəzərə alınaraq e-2-2(123)-384/2024 saylı iş həmin qərardadla e2-2(123)-275/2024 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2-2(123)-384/2024 saylı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 25 iyul 2024-cü il tarixli məhkəmə iclasında birləşdirilmiş işlərdən e-2-2(123)384/2024 saylı kommersiya mübahisəsinə dair iş üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olduğu müəyyən edildiyindən, məhkəmənin 25 iyul 2024-cü il tarixli, e-2-2(123)275/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-384/2024 saylı işin icraatının, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X4rşı pul tələbi, cavabdehiddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işdən ayrılması, e-2-2(123)-384/2024 saylı işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, proses iştirakçılarına qərardaddan şikayət vermə qaydası və müddəti izah olunmuşdur. 05 avqust 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı komme rsiya mübahisəsinə dair iş üzrə cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7 məhkəməyə elektron qaydada şikayət göndərərək, işin daha tez həll olunması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinin bu proses barədə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, e-2-2(123)-275/2024 saylı qərardadının ləğv edilib yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən təmsil etdiyi cavabdeh Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nə qarşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı iş və təmsil etdiyi Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nin cavabdeh İddiaçı qarşı pul tələbi barədə e-22(123)-384/2024 saylı işlərin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında olduğu, 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 saylı iş üzrə tərəflərindən məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından Azərbaycan Respublikasının MPM-nin 43.2 və 169-cu maddələrini əsas götürərək həmin işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdikləri, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2- 2(123)-384/2024 saylı iş üzrə icraata xitam verilməsini qərara aldığı, 25 iyul 2024-cü il tarixdə iddiaçı-cavabdeh İddiaçı tərəfindən e-2-2(123)-275/2024 saylı işin e-2-2(123)-384/2024 saylı işdən ayrılmasının tələb edildiyi və nəticədə tələbinin qəbul edildiyi, əsas qeydiyyat yerinin Bakı şəhəri olduğunu göstərdiyi bildirilmişdir. N axçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2-2(123)-275/2024 nömrəli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 şikayəti 7 gün müddətində işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən: 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilm əklə işdə iştirak edən şəxslərə məlumat verilir. X3 Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)275/2024 nömrəli qərardadından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş şikayətin işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağı barədə dəlilini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)384/2024 saylı iş üzrə cavabdeh İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olduğundan həmin işin cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Bakı Kommersiya Məhk əməsinə göndərilməsi qərara alınsa da, qeyd edilən işdə və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Naxçıvan Sağlamlıq Mərkəzi PHŞ-nə qarşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı işdə eyni əsaslara dair eyni tərəflər iştirak etdiklərindən, müvafiq işlər eyni növlü olduğundan işlərə daha qısa müddətdə baxılaraq qərar verilməsi tərəflərin vaxt itkisinin, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısını alacağından, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, işlərə tam, hərtərəfli, obyektiv baxılıb qanuni və əsaslı qərar qəbul edilməsi baxımından işlərin birlikdə baxılması məqsədəmüvafiq hesab edilir. Kollegiya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)- 275/2024 saylı qərardadı ilə məhkəmə bir-biri ilə əlaqəli işlərin icraatını birləşdirərkən haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən işlər bir icraatda birləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsinə deyil, 43-cü maddəsinə istinad edilsə də, mahiyyəti üzrə düzgün qərar qəbul edilmişdir. Belə ki, kommersiya mübahisəsinə dair bir icraatda baxılması üçün birləşdirilən işlər eyni tərəflər arasında olan bir-biri ilə əlaqəli tələblərlə bağlıdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfində n işlərin birləşdirilərək bir icraatda baxılmasına qərar verildikdən sonra cavabdehin ərazi üzrə qeydiyyatda olmamasının müəyyən edilməsi həmin işi yenidən ayırmaqla aidiyyəti üzrə göndərilməsinə əsas vermir. Belə ki, işlər bir icraatda birləşdirilərkən qanunvericilikdə cavabdehin ərazi üzrə qeydiyyatda olması imperativ şərt olaraq müəyyən edilməmişdir. Eləcə də iş materiallarından göründüyü kimi iddiaçı-cavabdeh İddiaçı hal-hazırda faktiki olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşamaqla işləməsi də işlərin bir icraatda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında aparılmasının məqsədəmüvafiqliyini şərtləndirir və işin ayrılaraq aidiyyəti üzrə göndərilməsi zərurətini aradan qaldırır. Kollegiya göstərilənləri nəzərə alaraq qeyd edir ki, işlərin ayrı icraatda baxı lması üçün əsaslar olmadığından Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi 25 iyul 2024cü il tarixli, 2-2(123)-275/2024 nömrəli qərardadı ilə yanlış nəticəyə gəlməklə işlərin ayrı icraatda baxılması barədə qərar qəbul etmişdir. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1 və 9.1.17-ci maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7 tərəfindən barəsində şik ayət verilmiş müvafiq qərardad barəsində şikayət verilərkən dövlət rüsumu ödənilməli olan qərardadlar kateqoriyasına aid olmadığı halda, tərəf elektron şikayətin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən aydın olduğu üzrə xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz ilə 123.00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda d a geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması”Qaydalarının: - 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. - 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi h alda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)384/2024 saylı işin icraatının, iddiaçı-cavabdeh İddiaçı cavabde h-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X4rşı pul tələbi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X5 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə e-2-2(123)-275/2024 saylı kommersiya mübahisəsinə dair işdən ayrılmasına, e-22(123)-384/2024 saylı işin ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə əsaslar olmadığından Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)-275/2024 nömrəli qərardadından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikas ı Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2-2(123)275/2024 saylı qərardadı tam ləğv edilərək kommersiya mübahisəsinə dair iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli, eyni zamanda şikayətin verilməsi zamanı xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz ilə ödənilmiş 123.00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2 və 400-cü maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə qarşı pulun ödənilməsi tələbi barədə iddiasına və birləşdirilmiş iş üzrə iddiaçı Azərbaycan Respub likası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7n cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)-275/2024 nömrəli qərardadından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-2(123)-275/2024 nömrəli qərardadı tam ləğv edilsin. Kommersiya mübahisəsinə dair iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Şikayətin verilməsi zamanı xx.xx.2024-cü il tarixli, ********** №-li qəbz ilə ödən ilmiş 123.00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(108)-20/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-20/2024
28.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver