Məhkəmə qərarları › İş №2-2(108)-27/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-27/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-27/2024 13.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “Kapital Bank“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-107/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 23 iyul 2021-ci il tarixli, 2307/01/SİF saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixə 7.638,24 (yeddi min altı yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat əsas borc, 35,50 (otuz beş manat əlli qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7.673,74 (yeddi min altı yüz yetmiş üç manat yetmiş dörd qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat və X1 keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22.300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Rey estri Xidməti xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********1010301 reyestr nömrəli Naxçıvan MR, Culfa rayon, Əbrəqunus kəndində 0.1532 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı2 ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı2 ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı2 ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı2 ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-2(123)107/2024 nömrəli qərardadı ilə İddiaçı2 ASC-nin nümayəndəsi Nümayəndə2 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizəsi təmin edilərək, İddiaçı2 ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx " ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2-2(123)107/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 7.519,28 (yeddi min beş yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat, faiz borcu üzrə 35,50 (otuz beş manat əlli qəpik) manat olmaqla, ümumilikdə 7.554,78 (yedi min beş yüz əlli dörd manat yetmiş səkkiz qəpik) manat alınıb İddiaçı2 ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 59,10 (əlli doqquz manat on qəpik) manat məbləği Cavabdeh, qalan 0,90 (sıfır manat doxsan qəpik) manat məbləği isə iddiaçı Kapital Bank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********) ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 96,74 (doxsan altı manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,45%-ə mütənasib olaraq 95,24 (doxsan beş manat iyirmi dörd qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməsi, X1 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı2 ASC-yə ödənilməsi, yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi, müəyyən edilmiş m əbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR, Culfa rayon, Əbrəqunus kəndində 0.1532 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Naxçıvan MR, Culfa rayon, Əbrəqunus kəndində 0.1532 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 22.300 (iyirmi iki min üç yüz) manat məbləğində müəyyən edilərək həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh iddiaçı Kapital Bank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh 02 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublik ası Kommersiya Məhkəməsinin e-2-2(123)-107/2024 saylı iş üzrə müddətin bərpa edilməsini və onun apellyasiya şikayəti vermə hüququnun bərpa edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2-2(123)107/2024 nömrəli qərardadı ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-107/2024 saylı işi üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair Cavabdeh ərizəsi və ona əlavə edilmiş sənədləri cavabdehə geri qaytarılmışdır. Cavabdeh 24 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə müddətin bərpa edilməsini və onun apelly asiya şikayəti vermək hüququnun bərpa edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)107/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən 24 oktyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Cavabdeh məhkəməyə elektron qaydada 16 noyabr 2024-cü il tarixdə şikayət ilə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-22(123)-107/2024 nömrəli qərardadının ləğv edilərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2-2(123)-107/2024 saylı qətnaməsi üzrə şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e -2-2(123)107/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən 16 noyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış şikayətin təmin edilməməsi, Cavabdeh şikayəti prosessual müddət daxilində baxılması üçün 2-2(123)-107/2024 saylı işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətdə e-2-2(123)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Naxçıvan MR Kommersiya Məhkəməsinin qətnaməsini aldığını və özündən asılı olmayan səbəbdən teleqram vurmadığını, Bakı şəhərində anası rəhmətə getdiyi üçün hər işi unutduğunu, son mənzilə yola salma mərasimində iştirak etdiyini, uzun müddət anasının vida mərasiminin təsirindən çıxa bilmədiyini, 1988-ci ildən Culfa rayonunda qaçqın həyatı yaşadığını, halhazırda Əbrəqunus kəndində yaş adığını, əmlaklarının, evlərinin, mal-qaralarının, hər şeylərinin ermənilərə qaldığını, 22 yaşından qaçqın həyatı yaşadığını, Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirmişdir. Apellyator şikayətin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinad etmişdir. Apellyator sonda Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-107/2024 nömrəli qərardadının ləğv edilərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2-2(123)-107/2024 saylı qətnaməsi üzrə şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə əlavə olunmuş 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətind ən görünür ki, X2 xx.xx.2024-cü ildə beyin ödemi diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 319 nömrəli akt qeydi icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsi təklif edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəl lənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan MR Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi 05 avqust 2024-cü il tarixdə poçt rabitə xidməti vasitəsilə cavabdehə göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də aydın görünür ki, cavabdehin ünvanına göndərilmiş müvafiq qətnamə onun tərəfindən 08 avqust 2024-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh isə şikayəti 24 oktyabr 2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə göndərməklə qanunla müəyyən edilmiş qətnamədən şikayət verilməsi üçün 1 aylıq prosessual müddəti ötürmüşdür. Kollegiya cavabdehin şikayətdə qeyd etdiyi Naxçıvan MR Kommersiya Məhkəməsinin qətnaməsini alması, özündən asılı olmayan səbəbdən teleqram vura bilməməsi, Bakı şəhərində anasının rəhmətə getdiyi üçün hər işi unutmasının buna səbəb olması, son mənzilə yola salma mərasimində iştirak etməsi, uzun müddət anasının vida mərasiminin təsirindən çıxa bilməməsi dəlilini işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edib əsassız hesab edərək bildirir ki, cavabdehin şikayətdə qeyd etdiyi hallar qəbul edilmiş adət-ənənələrə əsasən yas məras imlərinin keçirilmə müddəti nəzərə alındığı təqdirdə belə qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin, kollegiya apellyatorun 1988-ci ildən Culfa rayonunda qaçqın həyatı yaşaması, hal-hazırda Əbrəqunus kəndində yaşaması, əmlaklarının, evlərinin, malqaralarının, hər şeylərinin ermənilərə qalması, 22 yaşından qaçqın həyatı yaşaması, Birinci Qarabağ müharibəsinin iştirakçısı olması dəlillərinə münasibətdə qeyd edir ki, qeyd olunan hallar buraxılmış prosessual müddətin bərpasına aidiyyəti olan dəlil kimi nəzərə alınmır və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin t əmin edilməməsi və müddətin bərpasından imtina edilməsi ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzr ə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan MR Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı “Kapital Bank“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersi ya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-107/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan MR Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(123)107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar