Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-27/2025 03.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra “iddiaçı”) 2024-cü il 23 noyabr ta rixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 20.000 manat pul borcu və iş üzrə ödəmiş olduğu 150 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 2020-ci il 8 may tarixli, **********09-06301 reyestr və 1799 inventar nömrəli texniki pasportu əsasında Babək rayonu, Nəhəcir kəndində yerləşən 0.1896 m2 torpaq sahəsi və üzərində inşa olunmuş 673.32 m2 olan qeyri-yaşayış binası (tövlə) iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin qeyri-yaşayış binasını 2020-ci il 5 iyun tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** qeydiyyat və **********09-06301 reyestr nö mrə ilə qeydiyyatdan keçirib adına çıxarış almışdır. Həmin qeyri-yaşayış binasını 2023-cü ilin iyul ayında aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı bir ayı 1000 manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh həmin vaxtdan başlayaraq oradan toyuq saxlamaq üçün istifadə etmişdir. Hazırda da oranın açarı cavabdehdə olmaqla onun icarəsindədir. Həmin vaxtdan indiyə kimi artıq 15 aydır ki, cavabdeh oradan istifadə edir və icarə haqqını vermədiyindən 15.000 manat borcu yaranmışdır. Hətta cavabdeh tövlədə olan 5000 manat dəyərindəki avadanlıqları da söküb dağıtmışdır. Buna görə də cavabdehin iddiaçıya cəmi 20.000 manat borcu yaranmışdır. Lakin cavabdeh iddiaçıya vurduğu ziyana görə bu günə kimi heç bir ödəniş etməmişdir və ona hər xəbərdarlıq etdikcə müxtəlif bəhanələrlə ödəməkdən bo yun qaçırmışdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1 və 448.1-ci maddələrinə istinad etmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçının cavabdehdən 20.000 manat tələbinin əsassız olduğundan rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin izahatları və şahidlərin ifadələrindən iddiaçı və cavabdeh arasında şifahi olaraq icarə müqaviləsi bağlanması təsdiqini tapmır. Belə ki, iddiaçının izahatından görünür ki, cavabdehlə qeyri-yaşayış sahəsinə dair sənədləşmə aparılması üçün müvafiq orqanlara getmiş, lakin tövlənin istifadəsi üçün razılaşmaya dair söhbətlərdə iştirak etməmiş, söhbətlər oğlu Nümayəndəla edilmişdir. Nümayəndə izahatından görünür ki, Ramin və Emin adlı şəxslərlə tövlədən dekabr ayına kimi istifadə edilməsinə razılıq olunmuş, dekabr ayında isə alqı-satqı olacağı şərti kəsilmiş, onların arasında tövlədən istifadəyə görə kirayə haqqı verilməsi barədə söhbət olmamış, tövlədən istifadə üçün kirayə pulu deyil, həmin ərazidə olan yaşamaq üçün nəzərdə tutulmuş evin dam örtüyünün vurulması razılaşdırılmışdır. Həmçinin izahat və ifadələrdən məlum olur ki, toyuqların gətirilməsi və tövlədə saxlanılmaqla satılması Emin və Rahib adlı şəxslərin fikri olmuş, cavabdeh isə işin təşkilində vasitəçi olaraq iştirak etmişdir. Lakin Emin və Rahib adlı şəxslərlə cavabdehin şərik olmaları öz təsdiqini tapmır. İddia tələbində qeyd olunan 5000 manat dəyərində avadanlıqların sökülərək dağıdılması tələbinə münasibətdə iddiaçı həmin faktı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Ancaq izahat və ifadələrdən görünür ki, Emin və Rahib adlı şəxslər toyuq saxlamaq üçün tövlədən istifadə edərək müəyyən dəyişiklik etməklə quşların saxlanılması üçün şərait yaratmışlar. İddiaçı Emin və Rahib adlı şəxslərin toyuq gətirib tövlədə saxlamaqla satmalarını qeyd etsə də, onlara qarşı iddia ilə müraciət etməmiş, cavabdehi tanıdığından ona qarşı iddia verdiyini bildirmiş, tərəflər arasında tövlənin alqı-satqısı, həmçinin evin təmiri ilə əlaqədar razılaşma baş tutmadığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qərara gəlir ki, id diaçının cavabdehdən icarə haqqı və ziyan tələbi barədə iddiası sübut olunmadığından təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 442, 700.1 və 700.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 114.1-114.1.1, 119.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may, “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 14 iyul tarixli və Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar təkrarlanmaqla əlavə o laraq göstərilmişdir ki, 2023-cü ilin iyul ayında cavabdeh iddiaçıya canlı quş gətirdiyini və onları saxlamaq üçün təcili yer axtardığını demiş, o da mülkiyyətində olan tövləni cavabdehə verib əvəzində onu təmir etməsini, bunun müqabilində ondan icarə haqqı almayacağını bildirmişdir. Lakin cavabdeh iddiaçıya nə icarə haqqı vermiş, nə də tövləni təmir etmiş, əvvəldən tövlədə olan avadanlıqları da dağıtmış və mülkünün açarların qaytarmamışdır. 2023-cü ilin sonlarında qeyd olunan mülkü satın almaq məqsədilə cavabdehin vasitəçi rolunu oynadığı bir neçə şəxs fermaya baxmağa gəlmiş, oğlu Əfqan onlara 150.000 manat qiymət dedikdə, onunla razılaşmamış, oğlu qiyməti 100.000 manata endirmiş, alıcı şəxslər demişlər ki, “dekabr ayına qədər icarə haqqı ödəyək, sonra xeyir əldə etsək, fermanı pul veri b alacağıq”, oğlu isə onlara bildirmişdir ki, “icarə haqqı lazım deyil”. Onlar həmin alıcı şəxsləri tanımamışlar, onları cavabdeh tanış etmişdir. Ferma yerləşən həyətdə onların yaşayış evi olsa da, dam örtüyü olmamışdır. Oğlu onlara dam örtüyünü düzəltməkləri müqabilində dekabr ayınadək icarə haqqını ödəməli olmadıqlarını bildirmiş və həmin alıcılar da bununla razılaşmışlar. 2024-cü ilin may ayında oğlu cavabdehə zəng edib dam örtüyünün yaxşı düzəldilmədiyini və küləyin onu qaldırıb yararsız hala gətirdiyini dedikdə, cavabdeh “mənə nə var” deyib günahı alıcı şəxsin üstünə atmışdır. İddiaçı o zaman anlamışdır ki, cavabdeh də, həmin alıcı da onların nə dam örtüyünü düzəldəcək, nə də icarə haqqını ödəyəcək. O, cavabdehə yaxşılıq-kömək etmiş, o isə əvəzində həm mülkünü dağıtmış, həm də əvəzind ə heç bir haqq ödəməmişdir. O, cavabdehdən sadəcə ona dəymiş ziyanı ödəyib mülkünü bərpa edib təmir etməsi əvəzində ondan icarə haqqını tələb etməyəcəyimi bildirmiş, lakin cavabdeh buna da razı olmamışdır. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmiş, işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarını nəzərə almadığından iddianı əsassız olaraq təmin etməmiş, nəticə etibarı ilə də ədalətsiz qətnamə çıxarmışdır. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Mülki Məcəllənin 385.1, 386.1, 388, 425.1, 425.2, 442, 443.7, 443.9, 448.1 və 448.4-cü, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə MülkiProsessual Mə cəllənin 9.1, 14.1, 14.2, 76.1, 76.3 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh 2025-ci il 5 may tarixdə məhkəməyə daxil olmuş 2025-ci il 28 aprel tarixli apellyasiya şikayətinə etirazda (izahatda) göstərmişdir ki, tərəflər arasındakı danışıq və razılaşmalarda mülkiyyətçi qismində Nümayəndə iştirak etdiyindən iddiaçı mübahisədə tərəf kimi çıxış etməkdə və əmlakının kirayə verilməsi ilə əlaqədar dəymiş ziyanı tələb etməkdə, həmin danışıq və razılaşmada əsas tərəf kimi iştirak etmiş X7 (Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 7A, tel: 055 286 88 66) və X5 (tel: 050 210 91 85) prosesdən kənarda tutmaqda haqlı deyildir. İddiaçının heç bir dəlil-sübut təqdim etmədən, mütəxəssis rəyi alınmadan mülkiyyətinin cavabdeh tərəfindən dağıdılması ilə ə laqədar dəymiş ziyana görə 5000 manat tələb etməsi özündə təkcə savadsızlığı deyil, məsuliyyətsizliyi də ehtiva edir. İddiaçı “qanunvericilikdə borc müqaviləsinin məbləği 3000 manatdan artıq olduqda, müqavilə yazılı bağlanmalıdır” tələbinə məhəl qoymamış, bu işlə əlaqədar məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh göstərilənlərə, Mülki Məcəllənin 393-cü və Mülki-Prosessual Məcəllənin 76.3 və 77.1-ci maddələrinə əsasən iddiaçının e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin faktlara əsaslanmadığından rədd edilib, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi Nümayəndə və ca vabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçı və iddiaçının vəkili 2025-ci il 3 iyul tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizələrini kollegiyaya təqdim edərək Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnaməsindən apellyasiya şikayəti verdiklərini və hazırda apellyasiya şikayətindən imtina etdiklərini bildirib apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1 və 114.1.6. Bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə
365. Apellyasiya icraatına bu fəslin və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnam ə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsinin mövqey i Qeyd olunduğu kimi apellyator-iddiaçı 2025-ci il 3 iyul tarixdə məhkəmə baxışı iclası zamanı ərizəsini kollegiyaya təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi kimi bu şikayətdən imtina olunması da şikayəti vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Qanunla apellyasiya şikayətindən onu vermiş şəxsin imtina etməsi imkanının nəzərdə tutulması mülki prosesin dispozitivlik prinsipindən irəli gəlir və şikayətdən imtina hüququnun realizə edilməsi bu prinsipi n təzahür formalarından biridir. Apellyasiya şikayəti verən şəxsin ondan imtina etməsi haqqında ərizə yazılı formada verilir və həmin ərizədə şikayətdən imtinanın səbəblərinin əsaslandırılması tələb olunmur. Ərizədə apellyasiya şikayətini vermiş şəxsin ondan imtina barədə fikrinin qəti olaraq ifadə edilməsi bu ərizənin məzmununa dair kifayətedici tələb kimi qəbul olunur. Mülki-Prosessual Məcəllənin 369.3-cü maddəsinin məzmunundan görünür ki, apellyasiya icraatına xitam verilməsi üçün təkcə apellyasiya şikayətindən imtina olunması kifayət etmir, həm də məhkəmə tərəfindən şikayətdən imtinanın qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qay dasında baxa bilər. Göstərilən maddədə iddiaçının iddiadan imtinasının təsdiq edilməsinin qaydası və nəticəsi nəzərdə tutulur. İddiadan imtinanın qəbul edilməməsinin əsasları isə Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddəyə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri, yəni iddiadan imtinanı qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Apellyasiya şikayətindən imtina məhkəmə tərəfindən qəbul olunduqda apellyasiya icraatına apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə xitam verilir (MülkiProsessual Məcəllənin 369.4-cü maddəsi). Bu qayda onu nəzərdə tutur ki, şikayətdən imtinanın qəbul olunması yalnız şikayətdən imtina etmiş şəxsə münasibətdə hüquqi nəticələr doğurur. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi nəticəsində apellyasiya icraatına xitam verilməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Şərh olunanları nəzərə almaqla və iddiaçının apellyasiya şikayətindən imtina ilə bağlı ərizəsini müzakirə edərək kollegiya bu nəticəyə gəlir ki, apellyatorun apellyasiya şikayətindən imtinasını qəbul etməmək üçün Mülki-Prosessual Məcəllənin 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayətindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə - iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 114.1 və 114.1.6-ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin maddəyə əsasən apellyasiya şikayəti verilərkən "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 2025-ci il 10 aprel tarixli, 1764 nömrəli qəbzlə (əməliyyat İD: 870645026, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 75 manat dövlət rüsumu iddaçıya qaytarılmalıdır. Nəticəvi hissə Mülki-Prosessual Məcəllənin 369, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-46/2025 nömrəli, 2025-ci il 6 mart tarixli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul еdilsin və apеlyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam vеrilsin. "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 2025-ci il 10 aprel tarixli, 1764 nömrəli qəbzlə (əməliyyat İD: 870645026, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.