Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-28/2025 02.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna, X1 ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-22(123)-1/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyənetdi: İddiaçı 17 may 2023-cü il tarixdə Cavabdehnə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət etmiş, daha sonra 08 iyul 2024-cü il tarixdə isə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlay araq cavabdeh "xxxx" MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) görülmüş işlərə görə ödənilməmiş 131378.56 AZN (yüz otuz bir min üç yüz yetmiş səkkiz manat əlli altı qəpik) borcun, Naxçıvan Bank ASC-dən götürdüyü 40,000 (qırx min) biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19800.00 (on doqquz min səkkiz yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 400.00 manat pulun, ümumilikdə 151578.56 (yüz əlli bir min beş yüz yetmiş səkkiz manat əlli altı qəpik) AZN pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili Nümayəndə3 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada vəsatət göndərərək e-2-2(123)-1/2025 saylı iş üzrə təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respubli kası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e2-2(123)-1/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə cavabdehin vəkili tərəfindən verilmiş təkrar ekspertiza keçirilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e2- 2(123)-1/2025 nömrəli qərardadı ilə razılaşmayan Cavabdeh 18 aprel 2025-ci il tarixdə şikayət verərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-1/2025 nömrəli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, e2-2( 123)-1/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-22(123)-1/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və Cavabdeh şikayəti 7 gün müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2025 saylı işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-1/2025 nömrəli qərardadından verdiyi şikayəti qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şik ayət verilməsi və ona baxılması ilə bağlı prosessual qaydalar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 42-ci fəsli ilə tənzimlənir. Həmin fəsildə apellyasiya instansiya məhkəməsi tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması nəzərdə tutulmasa da, Mülki-Prosessual Məcəllənin normalarından aydın olur ki, birinci instansiya məhkəmələrinin qərardadlarından verilən şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması üçün mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Belə ki, sözügedən Mülki-Prosessual Məcəllənin 15.1-ci maddəsindən görünür ki, mülki məhkəmə icraatında qəbul edilməli olan məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasındadır. Mülki-Prosessual Məcəllənin 263.1-263.3-cü maddələrinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qə rardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddənin tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət ver ilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və maddənin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlər işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar ın olması daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya bildirir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə b ilər. Eyni zamanda Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Qanunvericiliyin qeyd edilən müddəasının tələblərindən aydın olur ki, mülki məhkəmə icraatı üzrə qəbul edilməli qərardadlar formasına görə müstəqil akt şəklində qəbul edilən (yazılı) və ayrıca akt formasında olmayan (yerində müşavirə edilib, qəbul olunmaqla məhkəmə iclas protokolunda göstərilən) olmaqla iki növə ayrılır. Bu aktlardan yerində müşavirə edilməklə qəbul edilən məhkəmə qərardadlarının birbaşa mübahisələndi rilmək imkanı qanunvericilikdə nəzərdə tutulmasa da, mülki prosessual qanunvericilik müstəqil akt şəklində qəbul edilən qərardadların bu meyar üzrə birbaşa mübahisə edilən və dolayı mübahisələndirilən növlərini fərqləndirir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e- 2-2(123)-1/2025 nömrəli qərardadından verilmiş şikayəti mülki prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən kollegiya bildirir ki, bu məhkəmə aktına həm verilmiş vəsatətin həlli kimi, həm də icraatın dayandırılmasından imtina qərardadı kimi yanaşmaqla şikayəti hüquqi qaydada həll etmək daha düzgün olar. İş üzrə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətə gəldikdə isə Mülki-Prosessual Məcəllənin 102.3-cü maddəsinin mahiyyətindən aydın olur ki, məhkəmə işdə iştira k edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İşdə iştirak edən şəxslərin bu barədə verdiyi vəsatətlər əsasında məhkəmənin qəbul edəcəyi mümkün aktlar vəsatətin təmin edilməsi və vəsatətin rədd edilməsindən ibarətdir. Mülki-Prosessual Məcəllənin 102.3-cü maddəsinin tələbindən açıq-aydın görünür ki, mülki prosessual qanunvericilik iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair verilmiş vəsatətin rədd edilməsinə dair qəbul edilmiş qərardaddan şikayət verilməsi imkanını nəzərdə tutmur. Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, apellyasiya icraatında şikayətin obyekti həmin Məcəllə ilə şikayət verilməsi nəzərdə tutul muş məhkəmə qərardadı olmalıdır. İşə baxan birinci instansiya məhkəməsinin texniki səhvliyə yol verərək qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan məhkəmə qərardadından şikayət vermə imkanını məhkəmə aktında qeyd etməsi, həmin aktın mübahisələndirilməsi imkanını yaratmır. Çünki bu hüququ məhkəmə deyil, qanunvericilik müəyyən edir. Əks yanaşma isə qanunun aliliyi prinsipinə ziddir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsindən də görünür ki, mülki məhkəmə icraatının vəzifələrindən biri qanunun aliliyi prinsipini təmin etməkdir. İşə baxan birinci instansiya məhkəməsinin texniki səhvliyə yol verərək qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan məhkəmə qərardadından şikayət vermə imkanını məhkəmə aktında qeyd etməsi, şikayətin apellyasiya m əhkəməsinə göndərilməsi üçün deyil, Mülki-Prosessual Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilən qərardadda yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi üçün əsasdır. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-2-2(123)-1/2025 nömrəli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və kommersiya mübahisəsinə dair iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin 08 aprel 2025-ci il tari xli, e-2-2(123)-1/2025 nömrəli qərardadda buraxılmış yanlışlığın aradan qaldırılması məsələsi işə baxan birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Kollegiya yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366, 402.2-402.2.1, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e-22(123)-1/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şika yət qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, e2-2(123)-1/2025 nömrəli qərardadında buraxılmış yanlışlığın aradan qaldırılması məsələsi işə baxan birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsın. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-28/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-28/2025
02.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver