Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-3/2020 27.10.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər X1 və Allahverdiyev Mehman Dünyamalı oğlunun heyətində, X20 oğlunun katibliyi ilə, Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 oğlunun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən H.X.Muradov) xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx xxxxxx 2010-cu il tar ixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1 209 550,68 ABŞ dolları (bir milyon iki yüz doqquz min beş yüz əlli ABŞ dolları altmış səkkiz sent) məbləğində əsas borcun, 468 000 ABŞ dolları (dörd yüz altmış səkkiz min) məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 1 238 546,71 ABŞ dolları (bir milyon iki yüz otuz səkkiz min beş yüz qırx altı ABŞ dolları yetmiş bir sent) olmaqla cəmi 2 916 097,39 ABŞ dolları (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə yaran mış 917 944 (doqquz yüz on yeddi min doqquz yüz qırx dörd) manat məbləğində əsas borcun, 1 026 051,50 (bir milyon iyirmi altı min əlli bir manat əlli qəpik) manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 202 456,65 (iki yüz iki min dörd yüz əlli altı manat altmış beş qəpik) manat olmaqla cəmi 2 146 452,15 (iki milyon bir yüz qırx altı min dörd yüz əlli iki manat on beş qəpik) manat məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Damcı” firmasından LPO İddiaçı ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 288,25 (iki yüz səksən səkkiz manat iyirmi beş qəpik) manatın cavabdeh “Damcı” firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzini n VÖEN **********, AZ 34CTRE********************, Dövlət xəzinədarlıq agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesabı AZ xx xxxx 013601**********3944 SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan cavabdeh “Damcı” firmasının və üçüncü şəxs Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil xx xxxx 2019-cu il tarixdə apelyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddiaçının iddiası tam əsassız və qanunsuz olduğundan onun təmin olunmayaraq tamamilə rədd olunması, məhkəmə xərclərinin tamamilə iddiaçı tərəfdən tutulması haqqında yekun qətnam ə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının (sədrlik edən Ə.Xıdırov, hakimlər Y.Qurbanov, F.Abbasov) xx xxxxxx 2019-cu il tarixli, 22(108)-01/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməklə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 22(087)-01/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh “Damcı” firmasının və üçüncü şəxs Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək qətnamənin ləğv edilib cavabdeh tərəfin şikayətinin təmin olunmasına dair müvafiq məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının (sədrlik edən A.H üseynov, hakimlər R.Nəbizadə, İ.Dadaşov) xx xxxx 2020-ci il tarixli, 2-2(102)06/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(108)-01/2019 nömrəli qətnaməsi ləğv edilməklə iş yenidən baxılmaq üçün göndərilmişdir. İşin halları: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “Damcı” firmasından LPO İddiaçı ASCnin xeyrinə xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1 209 550,68 ABŞ dolları (bir milyon iki yüz doqquz min beş yüz əlli ABŞ dolları altmış səkkiz sent) məbləğində əsas borcun, 468 000 ABŞ dolları (dörd yüz altmış səkkiz min) məbləğində kred itdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 1 238 546,71 ABŞ dolları (bir milyon iki yüz otuz səkkiz min beş yüz qırx altı ABŞ dolları yetmiş bir sent) olmaqla cəmi 2 916 097,39 ABŞ dolları (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) məbləğində borcun və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 917 944 (doqquz yüz on yeddi min doqquz yüz qırx dörd) manat məbləğində əsas borcun, 1 026 051,50 (bir milyon iyirmi altı min əlli bir manat əlli qəpik) manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 2 024 006,65 manat (iki milyon iyirmi dörd min altı manat altmış beş qəpik) olmaqla cəmi 2 146 402,15 manat (iki milyon bir yüz qırx altı min dörd yüz iki ma nat on beş qəpik) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X9 birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə əldən çıxmış faydanın 202 456,65 (iki yüz iki min dörd yüz əlli altı manat altmış beş qəpik) manat məbləğində olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “Damcı” firmasının və üçüncü şəxs Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil ap elyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixli iddia ərizəsinə görə cavabdeh tərəf kimi həmin işin məhkəmə baxışı iclasında iddiaçı tərəfin təqdim etdiyi sənədlərin nəinki kifayət etmədiyini, ümumiyyətlə kreditlərin verilmələrini təsdiq edəcək heç bir qanuni sənədin olmamasını (saxtalaşdırılmış sənədlər nəzərə alınmasa) eyni zamanda nəzəri cəhətdən belə bir iddianın irəli sürülməsinə əsas verən heç bir sübutun olmamasına baxmayaraq, xx xxxxxx 2009-cu il tarixə kimi “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlunun firmanın 2007-ci il tarixdə iddiaçı LPO İddiaçı ASC-dən kredit götürməsi haqqında sözlərini guya ki, iddiaçının iddialarını qəbul etməsi kimi, yəni öz istəklərini cavabdeh tərəfinin etirafı kimi qəbul etmişlər. Naxçıvan Muxtar Respublikası İnzib ati-İqtisadi Məhkəməsi saxta iddianı nəinki qəbul etmiş, hətta tamamilə saxtalaşdırılmış sübutlara qanuni don geyindirərək xx xxxxxx 2019-cu il tarixdə tam qanunsuz, qeyri-obyektiv və qərəzli məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı LPO İddiaçı ASC Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə ünvanlandığı öz iddia ərizəsində və məhkəmənin gedişində iddia etmişdir ki, guya ləğv prosesində olan İddiaçı ASC və cavabdeh “Damcı” firması arasında xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri bağlanılmış və bu müqavilələr əsasında iddiaçı LPO İddiaçı ASC tərəfindən xx xxxxxx 2010-cu il tarixli, “D1 494352” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 1 043 770 ABŞ dolları mə bləğində, xx xxxxxx 2010-cu il tarixli, “D1 494353” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 700 000 ABŞ dolları məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494354” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 39 800 ABŞ dolları məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494355” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 250 000 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Məhkəmə baxışı zamanı xx xxxxxx 2009-cu il tarixdə fəaliyyətini dayandırmış “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlu dəfələrlə bildirmişdir ki, o, 2009-2011-ci illərdə çox ağır xəstə olmuş və onun bu ağır xəstə vəziyyətindən istifadə edən, ağır xəstəliyi ilə bağlı xaricə müalicəyə getmək üçün kredit kartı götürdüyü LPO İddiaçı ASC-nin əməkdaşları onun çox ağır xəstə və ölüm ayağında olmasını bilərək onun xəstəliyi ilə əlaqədar tezliklə vəfat edəcəyinə ümid edib xx xxxxxx 2009-cu il tarixdə fəaliyyətini dayandırmış və qeyd olunan tarixə kimi-həmin dövrə kimi direktoru olduğu “Damcı” firmasının rəsmi sənədlərini kredit kartını almaq üçün gəldiyi LPO İddiaçı ASC-nin binasında onun sumkasından gizlincə götürmüş, həmin rəsmi sənədləri o, kredit kartını almaq istərkən imza olunmalı kimi bildirdikləri sənədləri ona imzalatdırmaq üçün təqdim edərkən digər sənədlərin arasına yerləşdirərək ona özü də LPO İddiaçı ASC-nin əməkdaşlarına etibar edib fikir vermədən bilmədən imza etdirib və onun adından rəsmi sənədləri saxtalaşdıraraq 2010-2011-ci illərdə cəmi 2 916 097,39 ABŞ doll arı (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) məbləğində pulu firmanın rəsmi sənədlərini saxtalaşdıraraq mənimsəmişlər. Sonradan isə onun ölmədiyini görüb mənimsədikləri qeyd olunan məbləği LPO İddiaçı ASC-nin hesabından silmək üçün Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi qarşısında saxta iddia irəli sürərək məhkəmədən tamamilə saxtalaşdırılmış sübutlara qanuni don geyindirməsini xahiş etmişlər ki, guya həmin məbləği xx xxxxxx 2009-cu il tarixdə fəaliyyətini dayandırmış “Damcı” firmasına - ona vermişlər. Məhkəmə də heç bir qanuni əsas olmadan rəsmi sənədləri saxtalaşdıraraq böyük məbləğdə pul vəsaitlərini mənimsəmiş şəxslərin arzuladıqları yekun məhkəmə qərarını qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qeyri-obyektiv və qanunsuz olmasını sübut edən hallar və iddiaçı tərəfinin iddialarının tam saxta olması aşağıdakılarla sübuta yetirilir: Məhkəməyə təqdim olunan Şərur rayon Vergilər İdarəsindən verilən xx xxxxxxxx 2018-ci il tarixli arayışdan da görünür ki, “Damcı” firması xx xxxxxx 2009-cu il tarixdən öz fəaliyyətini dayandırmışdır. Fəaliyyətini dayandırmış firmaya kreditin verilməsini, hətta onunla hər hansı bir müqavilənin bağlanılmasını iddia etmək isə absurddur. İddiaçı LPO İddiaçı ASC tərəfindən xx xxxxxx 2010-cu il tarixli, “D1 494352” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 1 043 770 (bir milyon qırx üç min yeddi yüz yetmiş) manat məbləğində, xx xxxxxx 2010-cu il tarixli, “D1 494353” saylı çek tə rtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 700 000 (yeddi yüz min) manat məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494354” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 39 800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494355” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 250 000 (iki yüz əlli min) manat məbləğində nağd pul verilmişdir. Lakin məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 5/2308 saylı arayışdan görünür ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlu xx xxxxxx 2010-cu il tarixdə, saat 09:31-də Biləsuvar keçid məntəqəsi vasitəsi ilə Azərbaycan Respubl ikası X16 İslam Respublikasına keçmiş və xx xxxxxx 2010-cu il tarixdə, saat 17:34-də Culfa keçid məntəqəsi vasitəsi ilə X16 İslam Respublikasından Naxçıvan Muxtar Respublikasının ərazisinə keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 5/2308 saylı və Azərbaycan Respublikası “xxxx” QSC-nin Sərnişin Aviaşirkətinin maliyyə direktoru tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 12/5060 saylı arayışlardan və onlara əlavələrdən görünür ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlu xx xxxxxx 2011-ci il tarixdə, saat 17:47-də Bakı aeroportunun keçid məntəqəsi vasitəsi ilə İsrail dövlətindən Azərbaycan Respublikasına qayıtmış və xx xxxx 2011-ci il tarixdə Bakı aeroportundan 255 saylı reyslə Naxçıvan Muxtar Respublikasına uçmuş, xx xxxx 2011-ci il tarixdə, saat 09:04-də Culfa keçid məntəqəsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının X16 İslam Respublikasının ərazisinə keçmiş və xx xxxx 2011-ci il tarixdə, saat 16:09-da Biləsuvar keçid məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçmişdir. İddiaçı LPO İddiaçı ASC və cavabdeh “Damcı” firması arasında bağlanılması iddia olunan xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri bağlanılsaydı, onların bağlanılması üçün həmin müqavilələrin 3-cü hissələrinin 3.1.2-ci bəndlərində qeyd olunmuş girov (ipoteka) müqavilələri olmalı idi və krediti götürən tərəf ödəyə bilmirsə, kredit verən tərəf kreditin ödənilməsini təmin etmək üçün öz iddiasını qoyulmuş girova yönəltməl idir. Hanı o girovlar? Əgər varsa, niyə öz iddialarını həmin girovlara yönəltmirlər. Sənədlərin necə saxtalaşdırılmasının halları faktlarının aydınlaşdırılması ilə bağlı 2009-cu il tarixə kimi “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlu cavabdeh tərəf olaraq məhkəmə baxışı iclasları zamanı məhkəməyə dəfələrlə bildirmişdir ki, iddiaçı LPO İddiaçı ASC onun 2010-2011-ci illərdə ağır xəstə olmasından qərəzli şəkildə rəsmi sənədləri saxtalaşdırmaq yolu ilə öz törətdikləri mənimsəmə cinayət əməllərini gizlətmək məqsədləri üçün istifadə etmişlər. Belə ki, “Damcı” firması öz fəaliyyətini dayandırana kimi, yəni xx xxxxxx 2009-cu il tarixə kimi direktoru olmuş Cavabdeh2 oğlu təqribən 2010-cu ilin oktyabr ayında LPO İddiaçı ASC-də olarkən orada çox ağır xəstələnmiş və ağır xəstə olması ilə əlaq ədar özü ilə gətirdiyi içərisində “Damcı” firmasının sənədləri, çekləri, möhürü və ştampı olan sumkasını LPO İddiaçı ASC-də unudaraq taksi ilə Neftçilər xəstəxanasına getmiş və ağır xəstəliyi ilə bağlı təcili müalicə olunmasının zəruriliyi nəzərə alınaraq orada stasionar müalicə üçün yerləşdirilmişdir. Xəstəxanadan çıxdıqdan sonra onun unutduğu sumka LPO İddiaçı ASC tərəfindən ona qaytarılarkən “Damcı” firmasına məxsus onun imzaları və “Damcı” firmasının möhürləri vurulmuş bir sıra qəbz, çek və sənədləri ona qaytarılan sumkasında tapmamışdır. O, hesab edir ki, LPO İddiaçı ASC əməkdaşlarından kimsə sumkadan qeyd olunan sənədləri icazəsiz olaraq götürmüşdür. Bundan sonra isə Cavabdeh2 oğlu məhkəməyə dəfələrlə bildirmişdir ki, o, İsrail dövlətinə getməzdən əvvəl LPO İddiaçı ASCdə olmuş və ora da LPO İddiaçı ASC-nin əməkdaşları onun ağır xəstə və yarı huşsuz vəziyyətdə olmasından istifadə edib kredit kartının verilməsi adı altında ona bir sıra guya ki, kredit kartının alınması üçün “vacib olan” sənədlərə imza etdirmişlər. O da həmin sənədlərin forma, məzmunlarına fikir belə vermədən, onları oxumadan və LPO İddiaçı ASC-nin əməkdaşlarına tam etibar edib həmin sənədlərə imza etmişdir. Həmin itmiş sənədlərdən istifadə etmiş LPO İddiaçı ASC əməkdaşları “Damcı” firmasına məxsus faktiki olaraq oğurlanmış xx xxxxxx 2010-cu il tarixli, “D1 494352” saylı, xx xxxxxx 2010-cu il tarixli, “D1 494353” saylı, xx xxxx 2011-ci il tarixli, “D1 494354” saylı, xx xxxx 2011-ci il tarixli, “D1 494355” saylı çekləri sonradan müvafiq qeyd etdikləri formada saxtalaşdırmışlar. Əgər “Damcı” firması LPO İdd iaçı ASC-dən kredit götürmüşdürsə, Azərbaycan Respublikası “Bank haqqında” qanuna əsasən hər ay sonuncuya götürülən kreditlə bağlı məlumat verməli idi, digər tərəfdən isə bütün kredit verilmə prosesləri video görüntüyə alınır, lakin cavabdehin təkidi və xahişlərinə baxmayaraq LPO İddiaçı ASC belə bir məlumatları və video görüntüləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı LPO İddiaçı ASC və cavabdeh “Damcı” firması arasında bağlanılması iddia olunan xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri bağlanılsaydı belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-374-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddəti çoxdan keçmişdir. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələb lər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə iddia müddəti də keçir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddia müddətləri və onların hesablanması qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri ilə tənzimlənir və tərəflərin razılaşdırılması ilə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. (Məhkəmə praktikası da qanunvericiliyin bu tələbi ni daim gözləyir: bunun sübutu kimi məhkəməyə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-8839-2018 saylı qətnaməsinin surəti artıq təqdim edilmişdir.) Həmçinin apelyasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 81-87-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76-81, 217-218, 360-362, 367-374, 395-398-ci maddələrinə istinad edilmişdir. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddiaçının iddiası tam əsassız və qanunsuz olduğundan onun təmin olunmayaraq tamamilə rədd olunması, məhkəmə xərclərinin tamamilə iddiaçı tərəfdən tutulması haqqında yekun qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş etiraz ərizəsində bildirilir ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hallar həqiqəti əks etdirmir və öhdəliyi icra etməkdən boyun qaçırmaq üçün yönəldilmiş hərəkət olduğundan apelyasiya şikayəti əsassız hesab edilməli və təmin edilmədən rədd edilməlidir. Öncəliklə qeyd edilir ki, hazırda mübahisələndirilən kreditlərə qədər “Damcı” firması ilə LPO İddiaçı ASC arasında işgüzar münasibətlər mövcud olmuş və bank tərəfindən firmaya böyük məbləğdə kredit xətti ayrılmış, həmin kredit xətti üzrə öhdəlik firma tərəfindən tam icra edilmişdir. Qeyd edilən kredit öhdəliyi tam icra edildikdən sonra “Damcı” firmasının təsisçisi X11 xx xxxx 2010-cu il tarixli “Kreditin alınması haqqında” q ərar qəbul edərək “tikinti avadanlıqları və onların ehtiyat hissələrinin alınması” məqsədilə bank tərəfindən firmaya 1 300 000 (bir milyon üç yüz min) ABŞ dolları məbləğində kredit xəttinin açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin bu qərarda bu kreditləşmə işinin müəssisənin direktoru Cavabdeh2 oğluna həvalə edildiyi göstərilmişdir. Qeyd edilən qərar əsasında Ə.Z.Orucov banka müraciət etmiş, həmin müraciət xx xxxxxx 2010-cu il tarixdə bankın müşahidə şurasında müzakirə edilərək “Damcı” firmasına 1 300 000 (bir milyon üç yüz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması qərara alınmışdır. Tərəflər arasında xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanmış, həmçinin əvvəlki kreditin təminatı olan, ipoteka qoyan X3 məxsus – Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evi xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında təkrar yüklü edilmişdir. Qeyd edilir ki, ipoteka müqaviləsi üç tərəfli, yəni ipoteka saxlayan - İddiaçı ASC, ipoteka qoyan - X6 və borc alan - “Damcı” firmasının direktoru Cavabdeh2 oğlu tərəfindən notarial qaydada imzalanmışdır. Bundan sonra Ə.Z.Orucov xx xxxxxx 2010-cu il tarixli çek sənədinə (çek sənədi işə əlavə edilmişdir) şəxsən imza edilməklə həmin məbləği bankdan almışdır. Bir müddət sonra, yəni xx xxxxxx 2012-ci il tarixdə “Damcı” firmasının direktoru Ə.Z.Orucov tərəfindən banka müraciət olunaraq maliyyə çətinlikləri səbəbindən kredit üzrə öhdəliklərini tam icra edə bilmədiklərini, müddətdən sonra faiz hesablanmasının ikiqat deyil, 18%-lə hesablanmasını, həmçin in girov əmlakın məhkəmədən kənar satılmasına etiraz etmədiyini göstərmişdir. İpoteka predmeti xx xxxxxx 2014-cü il tarixdə ipoteka qoyan tərəfindən notarial qaydada satılmış və satışdan əldə olunan pul vəsaitindən 71 000 AZN məbləğində vəsait konvertasiya edilərək “Damcı” firmasının kredit borcundan silinmişdir. Bundan başqa yenə də “Damcı” firmasının təsisçisi X11 xx xxxxxx 2010-cu il tarixli “Kreditin alınması haqqında” qərar qəbul edərək “tikinti avadanlıqları və onların ehtiyat hissələrinin alınması” məqsədilə bank tərəfindən firmaya 1 000 000 (bir milyon) manat məbləğində kredit xəttinin açılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin qərarda bu kreditləşmə işinin icrasının müəssisənin direktoru Cavabdeh2 oğluna həvalə edildiyi göstərilmişdir. Tərəflər arasında xx xxxxx x 2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanmış, həmçinin əvvəlki kreditin təminatı olan, ipoteka qoyan X10 məxsus – Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evi xx xxxxxx 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında təkrar yüklü edilmişdir. Qeyd edilir ki, ipoteka müqaviləsi üç tərəfli, yəni ipoteka saxlayan - İddiaçı ASC, ipoteka qoyan - X14 və borc alan - “Damcı” firmasının direktoru Cavabdeh2 oğlu tərəfindən notarial qaydada imzalanmışdır. Bundan sonra Ə.Z.Orucov xx xxxxxx 2010-cu il tarixli çek sənədinə (çek sənədi işə əlavə edilmişdir) şəxsən imza edilməklə həmin məbləği bankdan almışdır. xx xxxxxx 2013-cü il tarixdə “Damcı” firmasının direktoru Ə.Z.Orucov tərəfindən banka müraciət olunaraq kreditin müddətinin xx xxxxxx 2016- cı il tarixədək uzadılması xahiş edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli razılaşmaya əsasən xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinin müddəti xx xxxxxx 2016-cı il tarixədək uzadılmışdır. xx xxxxxx 2010-cu il tarixdə “Damcı” firmasının direktoru Ə.Z.Orucov tərəfindən banka müraciət olunaraq maliyyə çətinlikləri səbəbindən kredit üzrə öhdəliklərini tam icra edə bilmədiklərini, müddətdən sonra faiz hesablanmasının ikiqat deyil, 18%-lə hesablanmasını xahiş etmişdir. Həmçinin girov əmlakın məhkəmədən kənar satılmasına etiraz etmədiyini bildirmişdir. İpoteka predmeti xx xxxxxx 2014-cü il tarixdə ipoteka qoyan tərəfindən notarial qaydada satılmış və satışdan əldə olunan 71 856 AZN məbləğində vəsait “Damcı” firmasının kredit borcundan silinmişdir. Hər iki kredit xətti müqaviləsi üzrə iddia müddətinin keçməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinə münasibətdə qeyd edilir ki, xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixində əlavə razılaşma imzalanmış və öhdəliyin icra müddəti 36 ay uzadılaraq öhdəliyin icrasının son müddəti xx xxxxxx 2016-cı il müəyyən edilmişdir. Lakin cavabdeh tərəf hesab edir ki, iddia müddətinin hesablanması yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri ilə tənzimlənir və əlavə razılaşmanın müddət axımına heç bir təsiri yoxdur. Bu fikrin hüquqi cəhətdən absurd olması tamamilə aydın görsənir, belə ki, qeyd edilən cümlədə iki fikir bir-birinə ziddiyyət təşkil edir. AR Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən əlavə razılaşmanın icra müddətinin 36 aya uzadılması borcun ödənilməsinə yönəlmiş hərəkətdir və belə olan halda cavabdeh tərəfin əsaslandırdığı kimi AR Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilir. Belə olan təqdirdə xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinə nisbətdə iddia müddətinin keçməsindən söhbət gedə bilməz. xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə bildirilir ki, xx xxxxxx 2014-cü il tarixdə 90 449 ABŞ dolları məbləğində pul vəsaiti kreditin ödənilməsinə yönəldilmişdir. Belə olan təqdirdə iddia müddətinin axımı həmin vaxtdan hesablanır və müvafiq qaydada xx xxxxxx 2017-ci il tarixdə bitir. Lakin cavabdeh tərəf bankın ləğv prosesinin hansı şəraitdə başlanmasını nəzərə almamışdır. Qeyd edilir ki, xx xxxxxx 2014-cü il tarixli son ödənişdən 1 il 3 ay sonra, Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1494/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, lisenziyası ləğv edilmiş və iflas prosedurasına başlanılmış və “xxxx” MMC İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Sonradan Bakı şəhəri 1 saylı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərardadına əsasən lisenziyası ləğv olunmuş və müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedici “xxxx” MMC-nin fəaliyyətinə xitam verilmiş və İddiaçı ASC-nin ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-342/2018 saylı qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfin dən təqdim edilmiş kreditorların tələblərinin reyestri və etiraz edilmiş kreditorların tələblərinin reyestri təsdiq edilmişdir. Yalnız bundan sonra bankın sənədlərinin hazırki iddia tələbi üzrə iddiaçı olan ləğvedici Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi xx xxxxx 2017-ci ildə mümkün olmuşdur. Ləğvedici Əmanətlərin Sığortalanması Fondu üçün İddiaçı ASC-nin öhdəlikləri ilə bağlı iddia müddətinin əvvəli xx xxxxx 2017-ci il tarixdən hesablanmalıdır. Həmçinin qeyd edilir ki, bankın ləğv edildiyi xx xxxxxx 2016-cı il tarixindən ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edildiyi xx xxxxx 2017-ci il tarixinədək faktiki olaraq bankın iddia qaldırmaq hüququ olmamış, həmin vaxt intervalında, yəni 1 il 2 ay müddətində, lisenziyanın ləğv edilməsi ilə bağlı məhkəmə qərarı müva fiq instansiyalarda mübahisələndirilmiş və həmin ərəfədə bankın iddia qaldırmaq hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1-ci maddəsinə əsasən bildirilir ki, bankın faktiki fəaliyyət qabiliyyəti və qanuni təmsilçisi (ləğvedicisi) olmadığı üçün iddia müddətinin axımı dayandırılmalıdır. Belə olan halda qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bu kredit xətti müqaviləsinə münasibətdə ötürülmüş hesab edilə bilməz. Cavabdehlərə qarşı iddia xx xxxxxx 2018-ci il tarixdə qaldırılmaqla iddia müddətinin axımı heç bir halda kəsilmədiyindən iddia müddətinin buraxılması barədə cavabdehin apelyasiya şikayəti tam əsassızdır. Həmçinin cavabdeh tərəf apelyasiya şikayətində həmin kredit müqavilələrinə əsasən pulun “Damcı” firmasının direktoru Ə.Z.Orucov tərəfindən götürülməsinə dair çek sənədindəki imzaların bankın əməkdaşları tərəfindən saxtalaşdırıldığını, çeklərdəki pulun götürülmə tarixində onun Azərbaycan Respublikası ərazisində olmadığını, belə olan halda həmin məbləğlərin onun tərəfindən götürülməsinin “absurd” olduğunu, bank tərəfindən pulun götürülməsinə dair video görüntülərin məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Apelyasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd edilir ki, cavabdeh tərəfindən bu məsələ 1-ci instansiya məhkəməsi zamanı da mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın rəyinə əsasən həmin çek sənədlərindəki, həmçinin kredit müqaviləsi və digər sənədlərdəki imzaların “Damcı” firmasının direktoru Cavabdeh2 oğlu tərəfindən şəxsən imzalandığı təsdiq edilmişdir. Həmçinin qeyd edilir ki, 2010-cu ildə bankdakı müşahidə kameraları vasitəsilə günün 24 saatı video qeyd aparılsa da, həmin qeydlər texniki cəhətdən kompüterin yaddaşında yalnız 1 aya qədər saxlanıla bilirdi. Bu səbəbdən də həmin kreditlərlə bağlı pulun “Damcı” firmasının direktoru Ə.Z.Orucov tərəfindən götürülməsinə dair 9 il əvvəl aparılmış video görüntülərin bu gün bank tərəfindən təqdim edilməsi mümkün deyildir. Etirazda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 380.1, 380.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istinad olunmuşdur. Yuxarıda qeyd olunanlara və AR Mülki Prosessual Məcəlləsinin tələbləri rəhbər tutu laraq Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilmədən rədd edilməsi və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 oğlu kollegiyadakı apelyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahatında şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdeh “Damcı” firması, cavabdehin nümayəndəsi-vəkili Vəkil işə baxılmanın vaxtı və ye ri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, cavabdeh “Damcı” firmasının nümayəndəsi-vəkili Vəkil iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilə rkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ali Məhkəmənin kommersiya kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında iddianın əldən çıxmış faydanın müəyyən edilməsinə dair hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsinin qərarında əldən çıxmış faydanı zərərin bir növü kimi qəbul etsə də, həmin zərərin məbləğinə hər hansı tənqidi münasibət göstərmədiyini, onun yaranmasında iddiaçı tərəfin də payının olmas ına (iddiaçı yuxarıda sözügedən 1-ci müqavilənin bitməsindən sonra keçən 6 il ərzində borcun geri qaytarılması üçün lazımi hərəkətləri etməmişdir) hər hansı hüquqi qiymət vermədiyini göstərib yenidən araşdırılması zərurətinin yarandığını qeyd etsə də, kollegiyanın qətnaməsini həmin hissədə deyil, tamamilə ləğv etməklə işi yenidən baxılması üçün göndərmişdir. Ona görə də kollegiya belə hesab edir ki, kollegiya məhkəmənin qətnaməsindən verilmiş apelyasiya şikayətinin dəlillərini tam yoxlamalıdır. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “Damcı” firmasından LPO İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 1 209 550,68 ABŞ dolları (bir milyon iki yüz doqquz min beş yüz əlli ABŞ dolları altmış səkkiz sent) məbləğində əsas borcun, 468 000 ABŞ dolları (dörd yüz altmış səkkiz min) məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 1 238 546,71 ABŞ dolları (bir milyon iki yüz otuz səkkiz min beş yüz qırx altı ABŞ dolları yetmiş bir sent) olmaqla cəmi 2 916 097,39 ABŞ dolları (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) məbləğində borcun və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 917 944 (doqquz yüz on yeddi min doqquz yüz qırx dörd) manat məbləğində əsas borcun, 1 026 051,50 (bir milyon iyirmi altı min əlli bir manat əlli qəpik) manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu nun, əldən çıxmış faydaya görə 2 024 006,65 manat (iki milyon iyirmi dörd min altı manat altmış beş qəpik) olmaqla cəmi 2 146 402,15 manat (iki milyon bir yüz qırx altı min dörd yüz iki manat on beş qəpik) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X9 birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi üzrə əldən çıxmış faydanın 202 456,65 (iki yüz iki min dörd yüz əlli altı manat altmış beş qəpik) manat məbləğində olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə “Damcı” firması arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 224 E s aylı kredit xətti müqaviləsinə əsasən bank ******* ABŞ dolları məbləğində və illik 18 faiz ödəmək şərti ilə borcalana kredit xətti açır, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2012-ci il müəyyən olunur. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə “Damcı” firması arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinə əsasən bank ******* manat məbləğində və illik 18 faiz ödəmək şərti ilə borcalana kredit xətti açır, borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə edərək xx xxxxxx 2013-cü il tarixdə istifadə olunmuş kredit məbləğ ini və 36 ay ərzində ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2013-cü il müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü ildə əlavə edilmiş razılaşmaya əsasən xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin 2.3-cü bəndində dəyişiklik edilərək istifadə edilmiş kreditin qaytarılma vaxtı daha 36 ay müddətinə uzadılmaqla öhdəliklərin icrasının son tarixi xx xxxxxx 2016-cı il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin raz ılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya apelyasiya şikayətində göstərilən Şərur rayon Vergilər İdarəsindən verilən xx xxxxxxxx 2018-ci il tarixli arayışdan da göründüyü kimi “Damcı” firmasının xx xxxxxx 2009-cu il tarixdən öz fəaliyyətini dayandırması, fəaliyyətini dayandırmış firmaya kreditin verilməsi, hətta onunla hər hansı bir müqavilənin bağlanılmasını iddia etməyin isə absurd olması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş (cild İ, vərəqə 137) Şərur rayon Vergilər idarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, “Damcı” firması (VÖEN: **********) xx.xx.2005-ci il tarixdən Şərur rayon Vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur və xx.xx.2009-cu il tarixdən fəaliyyətini dayandırıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyy ətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Kollegiya qeyd edir ki, hüquqi şəxsin fəaliyyəti müvəqqəti dayandırılsa da, bu onun hüquq qabiliyyətinə xitam verilməsinə səbəb olmur. Yəni cavabdeh “Damcı” firmasının fəaliyyətini dayandırması onun hüquq qabiliyyətini itirməsinə səbəb olmadığından iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hər hansı kredit müqaviləsi bağlamasına maneə deyildir. Buna görə də kollegiya cavabdeh tərəfin bu dəlilini əsaslı hesab etmir. Kollegiya apelyasiya şikayətində göstərilmiş iddiaçı LPO İddiaçı ASC tərəfindən xx xxxxxx 2010-cu il tarixli, “D1 494352” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 1 043 770 (bir milyon qırx üç min yeddi yüz yetmiş) manat məbləğində, xx xxxxxx 2010-cu il tarixli, “D1 494353” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 700 000 (yeddi yüz min) manat məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494354” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 39 800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində, xx xxxx 2011-ci il tarixli, “D1 494355” saylı çek tərtib edilərək guya ki, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna 250 000 (iki yüz əlli min) manat məbləğində nağd pul verilməsi, lakin məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 5/2308 saylı arayışından göründüyü kimi, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlunun xx xxxxxx 2010cu il tarixdə, s aat 09:31-də Biləsuvar keçid məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası X16 İslam Respublikasına keçməsi, xx xxxxxx 2010-cu il tarixdə, saat 17:34-də Culfa keçid məntəqəsi vasitəsi ilə X16 İslam Respublikasından Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 5/2308 saylı və Azərbaycan Respublikası “xxxx” QSC-nin Sərnişin Aviaşirkətinin maliyyə direktoru tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 12/5060 saylı arayışlardan və onlara əlavələrdən göründüyü kimi, “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlunun xx xxxxxx 2011-ci il tarixdə, saat 17:47-də Bakı aeroportunun keçid məntəqəsi vasitəsi ilə İsrail dövlətindən Azərbaycan Respublikasına qayıtması və xx xxxx 2011-ci il tarixdə B akı aeroportundan 255 saylı reyslə Naxçıvan Muxtar Respublikasına uçması, xx xxxx 2011-ci il tarixdə, saat 09:04-də Culfa keçid məntəqəsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının X16 İslam Respublikasının ərazisinə keçməsi və xx xxxx 2011-ci il tarixdə, saat 16:09-da Biləsuvar keçid məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri və həmin kredit müqavilələrinə əlavə razılaşmalardakı imzaların, çeklərdəki imzaların Cavabdeh2 oğluna məxsus olub-olmaması, kredit və razılaşma sənədlərinin səhifələrindəki möhürlərin saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, 196/18 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 2-2(087)-18/2018 nömrəli mülki işin 05-06-cı vərəqələrində olan, xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsinin sonunda “Borc alan” qrafasında “Ə.Z.Orucov” yazıları önündəki imza, 07-08-ci vərəqələrində olan xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinin 1-ci səhifəsinin aşağı orta hissəsindəki imza və 4-cü səhifəsinin aşağı sağ hissəsində “Borc alan” qrafasında “Ə.Z.Orucov” yazıları önündəki imza, 14-cü vərəqəsində olan, xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli əlavə razılaşmanın aşağı sağ hissəsində “Kredit alan” qrafasında “/Ə.Z.Orucov/” yazıları önündəki imza, 15-ci vərəqəsində olan, xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli əlavə razılaşmanın aşağı sağ hissəsində “Kredit alan” qrafasında “/Ə.Z.Orucov/” yazıları önündəki imza, 133-cü vərəqəsində olan İddiaçı ASC-yə məxsus xx xxxxxx 2010-cu il tarixli, “494352” saylı çekin üz tərəflərinin aşağı sol hissəsində “İmzalar” sözü qarşısındakı imza, arxa hissəsində isə “Məsrəfin məqsədi” qrafasının aşağısında “imzalar:” sözü qarşısındakı imza və “çekdə göstərilən məbləği aldım” qrafasında “imza” sözü qarşısındakı imza, 134-cü vərəqəsində olan, İddiaçı ASC- yə məxsus xx xxxx 2011-ci il tarixli, “494355” saylı çekin ü z tərəflərinin aşağı sol hissəsində “İmzalar” sözü qarşısındakı imza, arxa hissəsində isə “Məsrəfin məqsədi” qrafasının aşağısında “imzalar:” sözü qarşısındakı imza və “çekdə göstərilən məbləği aldım” qrafasında “imza” sözü qarşısındakı imza, 135-ci vərəqəsində olan İddiaçı ASC-yə məxsus xx xxxx 2011-ci il tarixli, “494354” saylı çekin üz tərəflərinin aşağı sol hissəsində “İmzalar” sözü qarşısındakı imza, arxa hissəsində isə “Məsrəfin məqsədi” qrafasının aşağısında “imzalar:” sözü qarşısındakı imza və “çekdə göstərilən məbləği aldım” qrafasında “imza” sözü qarşısındakı imza, 136-cı vərəqəsində olan İddiaçı ASC-yə məxsus xx xxxxxx 2010-cu il tarixli, “494353” saylı çekin üz tərəflərinin aşağı sol hissəsində “İmzalar” sözü qarşısındakı imza, arxa hissəsində isə “Məsrəfin məqsədi” qrafasının aşağısında “imzalar:” sözü qarşısındakı imza və “çekdə göstərilən məbləği aldım” qrafasında “imza” sözü qarşısındakı imza Cavabdeh2 oğlu tərəfindən icra olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə xətşünaslıq ekspertizası ilə cavabdeh tərəfin mübahisələndirdiyi çeklərdəki imzaların “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğluna məxsus olması təsdiq olunmuşdur. Həmçinin yuxarıda qeyd edilən çeklər sadəcə tərtib olunduğu gün deyil, bir ay müddətində ödənişə təqdim edilə bildiyindən iş üzrə cavabdeh təşkilatın direktoru olmuş Cavabdeh2 oğlunun da göstərdiyi çeklərin tərtib olunmasından keçən 1 aylıq müddətdəki müəyyən günlərdə Azərbaycan Respublikasında, o cümlədən Bakı şəhərində olması həmin çeklərin “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlu tərəfindən Banka təqdim olunmaqla müv afiq məbləğlərdə pulun nağdlaşdırıldığını təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 986-10.2-ci maddəsinə əsasən tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də X8 üzvü olan bir dövlətin ərazisində verilən və X8 üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır. Göstərilənlərə əsasən kollegiya cavabdeh tərəfin apelyasiya şikayətində göstərdiyi bu dəlilini də əsassız hesab edir. Ko llegiya apelyasiya şikayətində göstərilmiş iddiaçı LPO İddiaçı ASC və cavabdeh “Damcı” firması arasında bağlanılması iddia olunan xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri bağlanılsaydı, onların bağlanılması üçün həmin müqavilələrin 3-cü hissələrinin 3.1.2-ci bəndlərində qeyd olunmuş girov (ipoteka) müqavilələri olması və krediti götürən tərəf ödəyə bilmirsə, kredit verən tərəf kreditin ödənilməsini təmin etmək üçün öz iddiasını qoyulmuş girova yönəltməsi, niyə öz iddialarını həmin girovlara yönəltmədikləri ilə bağlı dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Kollegiya qeyd edir ki, qanunvericiliyin normalarından da göründüyü kimi, ipoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda ipoteka saxlayan tərəfindən tələblərinin ödənilməsi üçün tutmanın girov predmetinə yönəldilməsi iddiaçının hüququdur. Kollegiya apelyasiya şikayətində qeyd edilmiş sənədlərin necə saxtalaşdırılması faktlarının aydınlaşdırılması ilə bağlı 2009-cu il tarixə kimi “Damcı” firmasının direktoru olmuş Cavabdeh2 oğlunun cavabdeh tərəf olaraq məhkəmə baxışı iclasları zamanı məhkəməyə dəfələrlə bildirdiyi iddiaçı LPO İddiaçı ASC-nin onun 2010-2011-ci illərdə ağır xəstə olmasından qərəzli şəkildə rəsmi sənədləri saxtalaşdırmaq yolu ilə öz törətdikləri mənimsəmə cinayət əməllərini gizlətmək məqsədləri üçün istifadə etməsi, “Damcı” firmasının öz fəaliyyətini dayandırana kimi, yəni xx xxxxxx 2009-cu il tarixə kimi direktoru olmuş Cavabdeh2 oğlunun təqribən 2010-cu ilin oktyabr ayında LPO İddiaçı ASC-də olarkən orada çox ağır xəstələnməsi və ağır xəstə olması ilə əlaqədar özü ilə gətirdiyi içərisində “Damcı” firmasının sənədləri, çekləri, möhürü və ştampı olan sumkasını LPO İddiaçı ASC-də unudaraq taksi ilə Neftçilər xəstəxanasına getməsi və ağır xəstəliyi ilə bağlı təcili müalicə olunmasının zəruriliyi nəzərə alınaraq orada stasionar müalicə üçün yerləşdirilməsi, xəstəxanadan çıxdıqdan sonra onun unutduğu sumkanın LPO İddiaçı ASC tərəfindən ona qaytarılarkən “Damcı” firmasına məxsus onun imzaları və “Damcı” firmasının möhürləri vurulmuş bir sıra qəbz, çek və sənədlərin ona qaytarılan sumkasında tapılmaması, LPO İddiaçı ASC əməkdaşlarından kiminsə sumkadan qeyd olunan sənədləri icazəsiz olaraq götürməsi və bundan sonra onun İsrailə getməzdən əvvəl LPO İddiaçı ASC-də olması və orada LPO İddiaçı ASC-nin əməkdaşlarının onun ağır xəstə və yarı huşsuz vəziyyətdə olmasından istifadə edib kredit kartının verilməsi adı altında ona bir sıra guya ki, kredit kartının alınması üçün “vacib olan” sənədlərə imza etdirməsi, onun da həmin sənədlərin forma, məzmunlarına fikir belə vermədən, onları oxumadan və LPO İddiaçı ASC-nin əməkdaşlarına tam etibar edib həmin sənədlərə imza etməsi, həmin itmiş sənədlərdən istifadə etmiş LPO İddiaçı ASC əməkdaşlarının “Damcı” firmasına məxsus faktiki olaraq oğurlanmış xx xxxxxx 2010-cu il tarixli, “D1 494352” saylı, xx xxxxxx 2010-cu il tarixli, “D1 494353” saylı, xx xxxx 2 011-ci il tarixli, “D1 494354” saylı, xx xxxx 2011-ci il tarixli, “D1 494355” saylı çekləri sonradan müvafiq qeyd etdikləri formada saxtalaşdırması dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Kollegiya qeyd edir ki, apelyasiya şikayətində iddiaçı tərəfindən sənədlərin saxtalaşdırılması halı bildirilsə də, bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 33145/33508 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş mülki işin materiallarında olan xx xxxxxx 2010-cu il tarixli “D1 494352” nömrəli, xx xxxx 2011-ci il tarixli “D1 494355” nömrəli, xx xxxx 2011-ci il tarixli “D1 494354” nömrəli, xx xxxxxx 2010-cu il tarixli “D1 494353” nömrəli çeklərdə olan imzalar birbaşa qələmlərlə icra olunmuşdur. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, məhkəmə xətşünaslıq ekspertizası xx xxxxxxx 2018-ci il tarixli, 196/18 saylı ekspert rəyi ilə göstərilən çeklərdəki imzaların Cavabdeh2 oğlu tərəfindən icra olunması təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 986-11.3-cü maddəsinə əsasən çek verən özünün və ya hər hansı üçüncü şəxsin çeki itirdiyini təsdiq edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə bilər. Göründüyü kimi, cavabdeh təşkilatın direktoru olmuş Cavabdeh2 oğlu əgər çeklər “itmişdisə” ödəyici olan banka ödənişin icrasını qadağan edə biləcəyi halda, bunu etməmişdir. Göstərilənlərə əsasən kollegiya cavabdeh tərəfin bu dəlilini də əsassız hesab edir. Kollegiya apelyasiya şikayətində göstərilmiş bütün kredit verilmə proseslərinin video görüntüyə alınması, lakin cavabdehin təkidi və xahişlərinə baxmayaraq LPO İddiaçı ASCnin belə bir məlumatları və video görüntüləri məhkəməyə təqdim edə bilməməsi dəlili ilə bağlı qeyd edir ki, xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələrinin mövcud olması - həmin müqavilələrin “Damcı” firmasının direktoru olmuş Ə.Orucov tərəfindən imzalanması iş üzrə keçirilm iş məhkəməxətşünaslıq ekspertizası və digər mötəbər sübutlar nəticəsində öz təsdiqini tapmışdır. Cavabdeh tərəfin qeyd etdiyi video görüntülərin olmaması həmin müqavilələrin mövcudluğunun mübahisələndirilməsinə əsas vermir. Kollegiya apelyasiya şikayətində göstərilmiş iddiaçı LPO İddiaçı ASC və cavabdeh “Damcı” firması arasında bağlanılması iddia olunan xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı və xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqavilələri bağlanılsaydı belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-374-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddətinin çoxdan keçməsi, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçməsi, icra müddəti müəyyə nləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanması, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddətinin göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanması, iddia müddətləri və onların hesablanması qaydasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri ilə tənzimlənməsi və tərəflərin razılaşdırılması ilə dəyişdirilə bilməməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən iddia müddətləri və onların hesablanması qaydasının bu Məcəllə ilə müəyyənləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əs asən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç i llik iddia müddəti tətbiq edilməlidir, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1494/2016 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, “X5 Company” MMC İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. Həmin qərardaddan verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2-1(103)-818/2016 nömrəli qərarı ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərarından v erilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 21(102)-25/2017 nömrəli qərarı ilə təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(81)1494/2016 nömrəli qərardadı ilə lisenziyası ləğv olunmuş və müflis elan olunmuş İddiaçı ASC-yə ləğvedici qismində təyin olunmuş “X5 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. Kollegiya İddiaçı ASC ilə “Damcı” firması arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli, 232 E saylı kredit xətti müqaviləsi ilə bağlı qeyd edir ki, həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə verilən kreditin qaytarılmasının son müddəti xx xxxxxx 2013-cü il müəyyən edilmiş, “Damcı” firmasın ın müraciətinə əsasən xx xxxxxx 2013-cü il tarixli əlavə razılaşmaya əsasən kreditin qaytarılma vaxtı uzadılaraq öhdəliklərin icrasının son müddəti xx xxxxxx 2016-cı il müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC kredit xətti müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələbi ilə məhkəməyə xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. Kollegiya belə hesab edir ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası xx xxxx 2020-ci il tarixli, 2-2(102)-06/2020 nömrəli qərarı ilə qətnaməni ləğv etsə də, qərarında yalnız iddianın əldən çıxmış faydaya dair hissəsinə münasibətdə müvafiq göstəriş vermiş, tələbin digər hissələri üzrə isə işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq pozuntularına yol verilməsini göstərməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmənin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası xx xxxx 2020ci il tarixli, 2-2(102)-06/2020 nömrəli qərarında nə apelyasiya instansiya məhkəməsinin qərarında, nə də ki, xx xxxxxx 2019-cu il tarixli ekspertiza rəyində əldən çıxmış faydaya görə cavabdeh firmaya hesablanmış 1.238.546,71 ABŞ dolları və 202.456,65 manat borc məbləğlərinin hansı müddət üçün, hansı fai zlə və hansı əsas borc məbləğinə hesablanmasının dəqiq müəyyən edilməməsi, yalnız iddiaçı fondun iddia ərizəsinə əlavə edilmiş sənəddən iddiaçının hər iki müqavilə üzrə əldən çıxmış faydanı 18 %-lə hesablaması, bu zaman 1-ci müqavilə üzrə həmin faizin müqavilənin bitdiyi xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablandığının müəyyən edildiyini, apelyasiya instansiyası məhkəməsi qərarında əldən çıxmış faydanı zərərin bir növü kimi qəbul etsə də, həmin zərərin məbləğinə hər hansı tənqidi münasibət göstərmədiyini, onun yaranmasında iddiaçı tərəfin də payının olmasına (iddiaçı yuxarıda sözügedən 1-ci müqavilənin bitməsindən sonra keçən 6 il ərzində borcun geri qaytarılması üçün lazımi hərəkətləri etməmişdir) hər hansı hüquqi qiymət vermədiyini qeyd etmişdir. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində qeyd olunur ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, MMin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi k rediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifad ə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kollegiyada işin araşdırılmış halları və işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(102)-25/2017 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X19 06/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet saytı ndan çıxarışa görə bank lisenziyasının ləğv edilməsi barədə məlumat xx.xx.2016-cı il tarixdə həmin saytda dərc edilmiş və həmin lisenziya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə qüvvəyə minmişdir. İşin araşdırılmış hallarından da göründüyü kimi, xx xxxxxx 2010-cu ildə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan “Damcı” firması arasında 36 ay müddətinə bağlanılmış 232 E saylı kredit xətti müqaviləsinin müddəti xx xxxxxx 2013-cü ildə başa çatdığından tərəflərin xx xxxxxx 2013-cü il tarixli qeyd edilən kredit xətti müqaviləsinə əlavə razılaşmasına əsasən kreditin qaytarılma vaxtı 36 ay müddətinə uzadılmaqla öhdəliklərin icrasının son tarixi xx xxxxxx 2016-cı il müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinc i instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normasının tələbinə düzgün əməl etməmiş, xx.xx.2016-cı ildə bankın lisenziyasının ləğv edilməsinin qüvvəyə minməsinə, bank kimi fəaliyyətinin dayandırıldığı və bank xidməti göstərmədiyi müddətdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin bitməməsini nəzərə almayaraq 202456.65 manat məbləğində əldən çıxmış faydaya görə pulun alınmasına dair iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Kollegiya işin yuxarıda şərh olunan hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Ona görə də məhkəmənin qətnaməsi həmin tələbə münasibətdə ləğv edilməklə iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Kollegiya xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqavi ləsi üzrə əldən çıxmış faydaya görə zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə zərərin məbləğini müəyyən edərkən İddiaçı ASC-nin laqeyd münasibəti ucbatından müqavilə müddətinin bitdiyi xx xxxxxx 2012-ci ildən bankın ləğv olunduğu xx.xx.2016-cı ilədək olan müddətdə borclunun öz öhdəliklərini yerinə yetirməsi üçün lazımi tədbirlər görməməsinə, həmin zərərin yaranmasında iddiaçı tərəfin də payının olmasına diqqət yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsində yenidən işə baxılarkən xx xxxxxx 2020-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 146/20 nömrəli rəyi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə 18 faizlə əldən çıxan faydanın məbləği 793 477,34 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya xx xxxxxxxx 2020-ci il tarixli, 146/20 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilən müddətləri əhatə edən dövrlərdə əldən çıxan faydanın məbləğinin 793 477,34 ABŞ dolları müəyyən edilməsini işin hallarına uyğun hesab etməklə həmin rəyə iş materialları və kollegiyada toplanmış sübutlarla birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin ekspert rəyi sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Kollegiya işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin xx xxxxxx 2010-cu il tarixli, 224 E saylı kredit xətti müqaviləsi üzrə əldən çıxmış faydanın 1 238 546,71 ABŞ dolları (bir milyon iki yüz otuz səkkiz min beş yüz qırx altı ABŞ dolları yetmiş bir sent) məbləğində müəyyən edilməsinə dair hissəsi dəyişdirilməklə həmin müqavilə üzrə əldən çıxan faydanın məbləği olan 793 477,34 ABŞ dollarının alınması qət edilməklə iddia qismən təmin olunmalıdır. İddia qismən təmin edildiyindən əsas və faiz borcunun məbləğinə münasibətdə hesablanmış ümumi məbləği göstərən 2 916 097,39 ABŞ dolları (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) məbləğinə dair hissəsi də dəyişdirilməli, eyni zamanda qətnamənin xx x xxxxx 2010-ci il tarixli 232 E saylı kredit xətti müqaviləsi üzrə əldən çıxmış faydaya görə 202456.65 (iki yüz iki min dörd yüz əlli altı manat altmış beş qəpik) manat olmaqla, sözləri göstərilən hissəsi ləğv edildiyindən həmin kredit xətti müqaviləsi üzrə əsas və faiz borcuna görə cəmi tutulacaq ümumi borcun məbləği müəyyən edilməlidir. Cavabdeh “Damcı” firması və üçüncü şəxs Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutub kollegiya qət etdi: Cavabdeh “Damcı” firması və üçüncü şəxs Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının İnziba ti-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsinin iddia təmin edilsin, əldən çıxmış faydaya görə 1 238 546,71 ABŞ dolları (bir milyon iki yüz otuz səkkiz min beş yüz qırx altı ABŞ dolları yetmiş bir sent) olmaqla, cəmi 2 916 097,39 ABŞ dolları (iki milyon doqquz yüz on altı min doxsan yeddi ABŞ dolları otuz doqquz sent) sözləri göstərilən hissəsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Qətnamənin həmin hissəsində əldən çıxmış faydanın məbləği 793 477,34 ABŞ dolları (yeddi yüz doxsan üç min dörd yüz yetmiş yeddi ABŞ dolları otuz dörd sent), cəmi tutulacaq ümumi borcun məbləği 2 471 028,02 ABŞ dolları (iki milyon dörd yüz yetmiş bir min iyirmi səkkiz ABŞ dolları iki sent) müəyyən edilsin. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməs inin xx xxxxxx 2019-cu il tarixli, 2-2(087)-01/2019 nömrəli qətnaməsi qismən əldən çıxmış faydaya görə 202 456.65 (iki yüz iki min dörd yüz əlli altı manat altmış beş qəpik) manat olmaqla, sözləri göstərilən hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilsin. xx xxxxxx 2010-cu il tarixli 232 E saylı kredit xətti müqaviləsi üzrə əsas və faiz borcuna görə cəmi tutulacaq ümumi borcun məbləği 1 943 995.50 (bir milyon doqquz yüz qırx üç min doqquz yüz doxsan beş manat əlli qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Əli Allahverdiyev Fəxrəddin Məmmədov Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №2-2(108)-3/2020
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-3/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver