Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-3/2023 24.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)-142/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC 19 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "Yelo Bank ” ASC-nin xeyrinə 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-133520 saylı kredit müqaviləsi üzrə 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla, cəmi 13487.31 manat borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada "Yelo Bank” ASC-in xeyrinə 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 manat əsas, 55.51 manat faiz borcu olmaqla, ümumilikdə 6261.47 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya xərci), 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 hadan ibarət olan torpaq sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına "Yelo Bank” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahə sinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə "Yelo Bank” ASC arasında bağlanmış 2020-ci il 28 fevral tarixli, 4MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsi (sədrlik edən X2) 21 dekabr 2022-ci il tarixli, e2-2(123)-142/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı ASC 27 dekabr 2022-ci il tarixdə şikayət ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada müraciət edərək N axçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)142/2022 saylı qərardadının ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən 29 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində müəyyən edilmiş qaydada şikayətə baxılmaqla şikayət işlə birlikdə MPM-in 269.3-cü maddəsində göstərilmiş əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. İddiaçı ASC şikayətini onunla əsaslandırmışdır ki İddiaçı ASC ilə Cavabdeh2 arasında 28 fevral 2020-ci il tarixdə kredit müqav iləsi bağlanmşdır. Kreditin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri üçün, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə kredit biznes məqsədi üçün verildiyindən və mübahisənin həlli üçün Naxçıvan Kommersiya Məhkəməsinə müraciət edilməli olduğundan müvafiq olaraq ilkin mediasiya sessiyasında iştirak edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus VÖEN-ə yerləşdirilmiş, digər Cavabdeh1 isə VÖEN-i olmadığından poçt vas itəsilə göndərilmişdir. Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl bütün zəruri prosessual hərəkətlər edildikdən sonra xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət etmişdirlər. 21 dekabr 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-142/2022 tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, 150.1 və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanund a bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, t elefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlər məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvandan “imtina edildi” qeydi ilə geri qaytarılmışdır, bununla da faktiki olaraq cavabdehin mübahisələndirilən məsələ barəsində məlumatı olmamışdır. Həmçinin məhkəmə qərardadında qeyd edir ki, iddiaçı cavabdehlərin faktiki yaşayış və ya olduqları yer barədə məl umatları ərizədə göstərməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, məcəllənin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edilən maddənin tələblərinə riayət edilmədən iddia məhkəməyə verildiyindən iddia ərizəsini geri qaytarmışdır. Lakin məhkəmənin mövqeyi ilə razılaşmır. Hesab edir ki, məhkəmənin qeyd edilən maddəyə istinad etməklə iddia ərizələrinin geri qaytarılması, məhkəmənin birtərəfli mövqedən çıxış etməsinə dəlalət edir və bu hal əsassız olaraq iddianın geri qaytarılması və süründürməçiliyə səbəb olur. Mülki prosessual qanunvericiliyin qeyd edilən maddə üzrə m əzmunu ondan ibarətdir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət edilməzdən əvvəl cavabdehə təqdim olunsun. Məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsi və ona əlavə edilən sənədlər poçt vasitəsilə Cavabdeh1 qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilib. Cavabdeh bank tərəfindən göndərilmiş məktubu qəbul etməkdən imtina edib. Mülki Prossesual Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cavabdeh sənədi qəbul etməkdən imtina etdikdə bu çatdırılmış, qəbul edilmiş hesab olunur. Bundan başqa qeyd edir ki, eyni ünvana, yəni, Naxçıvan MR, Şərur rayonu, Yaycı kəndində qeydiyyatda olan və faktiki yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilm əklə qəbul edilmişdir. Bununla da, görünür ki, cavabdeh ona qarşı olan tələbdən agahdır və qərəzli şəkildə məktubları qəbul etməkdən imtina edir. Bundan başqa məhkəmənin qərardadında əsaslandığı 152.1 və 152.1.2 maddələrinə əsasən iddianı imzalamaq səlahiyyəti olmayan şəxs və ya onu imzalamağa hüququq olamayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandığı kimi göstərilmişdir. Lakin, qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışdan göründüyü kimi İddiaçı ASC-nin Qanuni təmsilçisi X3r. Məhkəmənin formal mülahizələrə görə iddia ərizəsini geri qaytarması sadəcə süründürməçiliyə səbə b olur. Mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə isə sırf formal mülahizələrə əsaslanmaqla mülki prosessual qanunvericiliyin tələblərini hərfi qəbul etmiş, məzmununa və mahiyyətinə diqqət yetirmədən iddia ərizəsini geri qaytarmışdır. Ona görə də, hesab edir ki, məhkəmənin gəldiyi nəticə maddi və hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilərək iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlilində isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı ( hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hesab edir ki, məhkəmə qeyd edilən maddəyə hərfi mənada yanaşmış, mülki prosessual qanunvericiliyin həmin maddə üzrə əsas mahiyyətinə diqqət yetirməmişdir. Belə ki, cavabdehə iddia ərizəsi və ona əlavə e dilmiş sənədlər poçt vasitəsilə təqdim edilmişdir. Lakin məhkəmə əsassız olaraq iddianı geri qaytarmışdır. Bu isə əsassız olaraq süründürməçiliyə səbəb olur. Buna görə də Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)142/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir: Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "Yelo Bank” ASC-nin xeyrinə 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla, cəmi 13487.31 manat borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada "Yelo Bank” ASC-in xeyrinə 2021ci il 16 iyul tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 manat əsas, 55.51 manat faiz borcu olmaqla, ümumilikdə 6261.47 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya xərci), 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha- dan ibarət olan torpaq sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına "Yelo Bank” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 ilə "Yelo Bank” ASC arasında bağlanmış 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021ci il 16 iyul tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)-142/2022 saylı qərardadı ilə iddia ərizəsinin tələblərinə riayət olunmadığından və iddia ərizəsini cavabdehin almasına dair sübutlar əlavə olunmadığından, bundan başqa həmin qaydada cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı ASC-nin göstərdiyi dəlilləri əsaslı hesab edilib məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia ərizəsinin forma və məzmununu müəyyən edən Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəs ini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 1 50.2-ci maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qayda da (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə görə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci in stansiya məhkəməsinin qərardadında da göstərildiyi kimi "Yelo Bank” ASC-nin idarə heyətinin sədri kimi göstərilmiş X1 həmin təşkilatın qanuni təmsilçisi olmasını təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin "prosessual qənaət” və "işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin qorunmasının zəruriliyi baxımından iddia ərizəsində ("İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri nəzərə alınmaqla) dəqiqləşmələr aparılması ilə bağlı mövqeyi ilə razılaşır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, b irinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla əlaqədar düzgün nəticəyə gəlmişdir və mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərardadı formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya izah edir ki, İddiaçı ASC məhkəmənin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)142/2022 saylı qərardadında göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. İşin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək kollegiya belə nə ticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)142/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Yelo Bank” ASC-nin şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(123)-142/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(108)-3/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-3/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver