Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-3/2024 04.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər – Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-14/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açı q Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC və onun nümayəndəsi Nümayəndə1 11 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Cahan-İnşaat” MMC-dən 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 83 632.92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121 248.89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 204 881.81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun tutularaq LPO "Bank of Azerbaijan” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-14/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO "Bank of Azerbaijan” ASC-nin cavabdeh "Cahan-İnşaat” MMC-dən 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 83 632.92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121 248.89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 204 881.81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin xeyrinə ödənilməsi barədə iddiasının iddia müddəti tətbiq edilərək təmin edilməməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 95 (doxsan beş) manatın 94,88 (doxsan dörd manat 88 qəpik) manat məbləğində dövlət rüsumunun iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməsi, 0.12 (on iki qəpik) manat artıq ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması qət olunmuşdur. İddiaçı LPO "Bank of Azerbaijan” ASC 13 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)14/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək bu barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 01 may 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə aşağıdakı məzmunda 22 aprel 2024-cü il tarixli barışıq sazişi yerləşdirilmişdir. Müvafiq barışıq sazişinə görə: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X3 şəxsində (bundan sonra “İddiaçı" adlanacaq), digər tərəfdən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 şəxs ində (bundan sonra “Cavabdeh” adlanacaq) (ŞA/ seriyası, AA 0335490), (bundan sonra İddiaçı və Cavabdeh birlikdə “Tərəflər" adlanacaqlar), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə
1. Sazişin mövzusu Bu Sazişin mövzusunu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 12 saylı filialı ilə cavabdeh arasında bağlanmış 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə yaranmış 83.632,92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121.248,89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 204.881,81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat borcun cavabdehdən tutulması tələbinə dair e-2-2(123)-14/2023 saylı kommersiya işinin barışıq sazişinin rəsmiləşd irilməsi yolu ilə həll edilməsi təşkil edir. Maddə
2. Barışıq sazişinin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə 83.632,92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121.248,89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 204.881,81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik), ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz manat) manat, dövlət rüsumu kimi ödənilmiş 95 (doxsan beş manat) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə 15.000 (on beş min) manatın və məhkəməyə müraciət edilməsi üçün iddi açı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz manat) manatın və dövlət rüsumu kimi ödənilmiş 95 (doxsan beş) manatın 30 (otuz) iş günü ərzində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə bank əməliyyat sistemində olan qalıq cərimə borcuna tam, faiz borcunun isə təqribi 82.06% miqdarına, yəni 189.881,81 (bir yüz səksən doqquz min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat məbləğinə güzəşt tətbiq edilərək balansdan və bank əməliyyat sistemindən silinməsini iddiaçı öz üzərinə götürür. 2.4. Tərəflər razılaşırlar ki, cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl etməd iyi halda, tətbiq edilmiş güzəştlər ləğv edilir, bu Sazişin 2.1-ci bəndində göstərilmiş borc məbləği cavabdehdən tutulur. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda, mövcud kredit borcunun tutulması üçün müvafiq quruma müraciət ediləcəkdir. Maddə
3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icra sı üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Yekun müddəalar 4.1 Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin di gər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib olunur. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən 07 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəyə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iş üzrə bir tərəfdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X3 şəxsində, digər tərəfdən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 şəxsində 22 aprel 2024-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq olunma sı barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 tərəfindən 26 iyul 2024cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizəyə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Həmçinin həmin tarixdə iddiaçının nümayəndəsi tərəfindən müvafiq barışıq sazişi üzrə öhdəliklərin cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə dair ödəniş qəbzlərinin surəti də Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Məh kəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. 04 oktyabr 2024-c ü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 22 aprel 2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya tərəflərin təqdim etdiyi barışıq sazişini müzakirə edərək belə nəticəyə gəlir ki, təqdim olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur və sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində nəzərdə tutulmuş qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozan hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin q ətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla işin icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə uyğun olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq olunmuşsa, hakim iş üzrə i craata xitam verir. Qeyd olunanlara uyğun olaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-14/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262, 402.2.4, 404.1.2, 405.0.2, 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh "xxxx" MMC a rasında bağlanmış 22 aprel 2024-cü il tarixli barışıq sazişinə əsasən - 2.2. Tərəflər razılaşırlar ki, 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə 15.000 (on beş min manat) manatın və məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 95 (doxsan beş) manatın 30 (otuz) iş günü ərzində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. - 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə bank əməliyyat sistemində olan qalıq cərimə borcuna tam, faiz borcunun isə təqribi 82.06% miqdarına, yəni 189.881,81 (bir yüz səksən doqquz min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat məbləğinə güz əşt tətbiq edilərək balansdan və bank əməliyyat sistemindən silinməsini iddiaçı öz üzərinə götürür. - 2.4. Tərəflər razılaşırlar ki, cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl etmədiyi halda, tətbiq edilmiş güzəştlər ləğv edilir, bu Sazişin 2.1-ci bəndində göstərilmiş borc məbləği cavabdehdən tutulur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair i ş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-14/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.