Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-32/2024 25.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü məhkəmənin inzibati binasında yoxlayıb müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi X3 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müra ciət edərək Cavabdeh 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 26 000 (iyirmi altı min) manat əsas borc, 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 104.96 (bir yüz dörd manat 96 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respubli kasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 və **********95-10301 reyestr nömrəli Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi qismində Kreditlərin hüquqi təqibi Departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Nümayəndə birinci instansiya məhkəməsinə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırkı ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 09 avqust 2024-cü il tarixli, e-2-2(123)-169/2024 saylı qərardadı ilə Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizəsi təmin edilmiş, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsi ilə iddia tələbi əsaslı olduğundan təmin edilmiş, Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN (xxxxxxx), (VÖEN: **********) əsas borc üzrə 26 000 (iyirmi altı min) manat, faiz borcu üzrə 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manatın alınıb İddiaçı ASCyə (VÖEN: **********) ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət gəlirinə ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 686 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 102 (bir yüz iki) manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməsi, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi y aşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğin, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsinin “yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə t utma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********9710301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR Ordubad rayonu, Kotam kəndində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) məbləğində müəyyən edilərək açıq hərrac vasitəsilə satılsın” hissəsində ləğv edilməsini və iddia tələb inin əmlaklardan birinə yönəldilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş, mülki iş apellyasiya şikayətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətini qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya tərəfindən apellyasiya şikayyətinin mü mkünlük məsələsi araşdırılarkən müəyyən edilmişdir ki, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbləri pozulmaqla göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə uyğun olaraq apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa..., apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində h ansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüq uq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti tərtib olunarkən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilmədiyi, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədiyi müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilməməklə yanaşı dövlət rüsumu da düzgün ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat olaraq müəyyən edilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödəni lir. Kollegiya sadalananlara əsasən qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə müraciət edən zaman 50 (əlli) manat deyil, iddianın qiymətinə mütənasib olan 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun yarısı miqdarında, yəni 84,90 ( səksən dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci insta nsiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, həmçinin 363.1.2-ci maddəsinə maddəsinə görə apellyasiya şikayəti üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüs umu ödənilməmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir. Lakin Buna baxmayaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddəsinin tələblərinə tam cavab verməyən apellyasiya şikayətini geri qaytarmamış və baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 361, 363, 366, 402.2- 402.2.1, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-169/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və və iş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxsl ərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-32/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-32/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver