Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-32/2025 23.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(123)-183/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 22 aprel 2025-ci il tarixdə elektron qaydada ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək 1997-ci ildən bu günə qədər Naxçıvan Əcəmi-Tikinti Quraşdırma İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissəsinin hesablanıb ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin və 5 aylıq əmək haqqının alınıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(123)183/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Kapital Bank ASC-i vasitəsilə 11480 nömrəli qəbz ilə ödənil miş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı 30 aprel 2025-ci il tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, qəbul edilən qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2-2(123)183/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 24 aprel 2025-ci il tarixli, e-2-2(123)-183/2025 saylı qərardaddan İddiaçı verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayət prosessual müddət daxilində baxılması üçün 2-2(123)-183/2025 s aylı işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-183/2025 nömrəli qərardadının ona xx.xx.2025-ci il tarixdə çatdığını, qərardadla razılaşmadığını, belə ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-125/2025 nömrəli qərardadına əsasən iddia tələbində Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınlar qeyd olunsa da, istinad edilən fakt və hallar, həmçinin onları təsdiq edən sübutlar əlavə edilmədiyindən ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarıldığını, nəzərdə tutulan çatışmazlığı aradan qaldırıb avtomaşınları qeyd edib, həmçinin isti nad edilən fakt və halları və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə edərək müvafiq sənədləri yenidən məhkəməyə göndərdiyini, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)- 183/2025 nömrəli qərardadına əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin 2-ci dəfə yenidən ona qaytardığını, göstərilənlərə əsasən qəbul edilən qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-22(123)-183/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində Naxçıvan Əcəmi Tikinti Quraşdırma İdarəsinin balansında olmuş və sonradan satılmış avtomaşınlara istinad etsə də, lakin göstərilən halları sübuta yetirən fakt və halları və onları təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Eyni zamanda iddiaçı ərizəsində avtomobillərin satılmasını göstərmiş, lakin bu faktı təsdiqləyən hər hansı sübutu da ərizəsinə əlavə etməmişdir. Kollegiya hə mçinin bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində 5 aylıq əmək haqqının ona ödənilməsi tələbi qeyd olunsa da, bununla əlaqədar izah qeyd olunmamaqla qeyridəqiqliyə yol verilmiş, eyni zamanda həmin əmək haqqı tələbinin konkret olaraq hansı dövrü əhatə etdiyi barədə iddia ərizəsində heç bir qeyd aparılmamışdır. Bu da iddia tələbinin qeyrimüəyyən və əsaslandırılmamış olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrin ə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, pretenziya və iddia ərizəsi 22 aprel 2025-ci il tarixdə tərtib olunaraq, həmin gün cavabdeh təşkilata göndərilmişdir. İddiaçı 22 aprel 2025ci il tarixdə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri birinci instansiya məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət etmədən birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə ki, eyni tarixdə pretenziyanı və iddia ərizəsini cava bdeh təşkilata göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgə r sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulm uşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(123)183/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbi nə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(123)-183/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(123)183/2025 nömrəli qərardadı dəyişdirilmədə n saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-32/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-32/2025
23.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver