Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-34/2025 11.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 2017-ci ilin fevral ayından Cavabdeh1 və Cavabdeh2 ilə Şərur şəhərində mebel satışı mağazasında, 2018-ci ilin noyabr ayından isə Cavabdeh2 ilə mebel istehsalı sexində şərik (ortaq) işləmiş, 2023-cü il 10 yanvar tarixdə mebel istehsalı sexində Cavabdeh2la, 2023-cü il 31 mart tarixdə isə mebel satışı mağazasında Cavabdeh1la son haqq-hesabını apararaq onlardan ayrılmış, lakin son haqq-hesablar barədə tərəflərin imzaladığı heç bir sənəd tərtib olunmamışdır. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra “iddiaçı”) 2024-cü il 4 aprel tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “cavabdehlər”) ona vurulmuş ziyanın əvəzi olaraq 48.000 manat pulun və ödənilmiş dövlət rüsumunun a lınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, “iddiaçı 2005-ci ildən 2010-cu ilə qədər ticarətlə, Türkiyə Respublikasından gətirilən mebel, inşaat materialları və bəyaz əşyaların topdan satışı ilə tək məşğul olmuşdur.
4. Həmin zamanlarda cavabdehlər “Qazel” markalı maşınla plastik satışı ilə məşğul olmuşlar. Bir gün iddiaçı Türkiyədə olanda Qurban ona yaxınlaşmışdır ki, “sən qazancını kənara verdiyinə ver mənə, sənin mallarını mən daşıyım”. İddiaçı da onunla razılaşmışdır.
5. Bu ticarətdə bütün pullar iddiaçının olmasına baxmayaraq tam ortaqlığa girmiş, bu işləri 2017-ci ilin fevral ayına qədər davam etmişdir. 6. 2010-cu ildə Qurbanın böyük qardaşı Kamran “Prado”nun yaxşı qazanc gətirdiyindən, onunla şərik maşın almağı iddiaçıya təklif etmiş, o istəməsə də, onunla razılaşmışdır. Adama 8.000 manat pul qoyub “Prado”nu kreditlə almış, sahibkara isə 7.000 manat borcları qalmışdır. Kamran maşını öz adına keçirərək sahibkarlığı əldə etmiş, Kamranla bir yerdə gedib-gələrək əldə etdikləri qazancla borclarını bağlamışlar. Sonra maşını Zaur adlı şəxsə 25.000 manat olaraq danışmış, 18.000 manat almış, 7.000 manatını isə kreditlə razılaşmışlar. 18.000 manat pulun alınmasından iddiaçının xəbəri olmamış, şərikli olaraq iddiaçıya çatası pul ödənməmişdir.
7. Kamran 10-15 gündən sonra özünə “Volkswagen” markalı maşın almış, həmin ərəfədə Kamranla münasibətləri pisləşmiş və o pulunu tələb etdiyində Kamran vəziyyəti görüb maşını gətirib iddiaçının həyətinə atmışdır ki, “sənin olsun”, o da bunu qəbul etməmişdir.
8. Kamran bildirmi şdir ki, “mən bu maşınla Türkiyədən mal daşıyacam”. O isə demişdir ki, ucuz nəqliyyat olaraq “Qazel”i qoyub bununla mal daşımaz. Lakin Kamran inadından əl çəkməmiş, yenə xırım-xırda mal daşımış və nəticədə maşının matoru bağlanmışdır ki, onun da təmirinə 10.000 manat pul qoymuşlar. Ümumilikdə isə “Volkswagen”in təmirinə 15.000 manata qədər şərik pulu getmişdir.
9. Kamrandan 2013-cü ildə pulunu çıxarıb özünə “Prado” almış, 2013-cü ildən 2021-ci ilədədk qazandığı pulu Qurbanla bölmüşdür.
10. Maşınların il məsələsi götürüldükdən sonra “Prado”nun qiyməti yarı-yarıya enmiş, o Qurbana demişdir ki, mənim maşınımla indiyədək olan qazancı yarı bölmüşük, indi cəriməyə şərik durmalıyıq, Qurban isə bundan boyun qaçırmışdır. 11. 2017-ci ilin fevral ayında onlara səyyari VÖEN verilmədiyindən Qurbanla o məcburi mağaza götürməli olmuş və univermaqdan mağaza götürmüşlər. İlk olaraq iddiaçı öz pulu ilə mağazaya 58.322 manatlıq mebellər yerləşdirmişdir. Kamran ona bildirmişdir ki, “satıcıya verilən 300 manat pulu mənə verin, mən idarə edim” və onlar Kamranla 300 manata razılaşmışlar.
12. Kamran xx.xx.2017-ci il tarixdə işə başlamış, qısa zamandan sonra Qurban elə düzüb qoşmuşdur ki, Kamran satıçıdan ortağa dönmüşdür.
13. Qurbanın iddiaçıda 2.685 manat pulu olmuş, 2023-cü il martın 31-dək nə qədər qazanc olub, iki qardaş ikisi də götürmüşdür.
14. Yenə iddiaçının pulları ilə işə başlamış, 2-ci mərtəbənin zibilliyini təmizləyəndən sonra yenidən o mağazaya 113.515 manatlıq pul qoymuşdur. Qardaşlar onun mallarını nisiyə buraxaraq ortada nə qədər qazancları olmuşsa, hamısını mənimsəmişlər. İddiaçı Kamranı nə qədər başa salmışdır ki, o, mal alışını çatdıra bilmir, Kamran həm nisiyə paylayır, həm də özü ayda 3-4 min manat aparır. Qurbana da dəfələrlə demişdir ki, qardaşı işləməyinə imkan vermir, o da demişdir ki, “yəqin evini tamamlamayıb, ona görə pul götürür”.
15. Mağazanı boşaltmaqda davam etmiş, iddiaçını aldatmışlar ki, “2023-cü ilin yanvarın axırı evi girov qoyub, 100.000 manat pul götürüb işləməyə başlayarıq”, ancaq pul götürməmişlər.
16. Onu aldatdıqlarına görə ayrılmaq qərarına gəlmiş, 31 mart 2023-cü ildə son hesablarını getmişlər. Onun nisyəli və mal olaraq 96.807 manatı qalmışdır. Nisyələrdən onun aldığı 31.432 manat, mağazada qalan mallar 18.020 manat, nisyədə 23.768 manat pulu qalır.
17. Hazırda Kamran iddiaçıya maddi ziyan vuraraq ona məxsus 23.588 manat pulu əldə etmiş dir. Bu son hesabı onunla bərabər yazmışlar. 18. xx.xx.2018-ci ildə sex qurmaq üçün makinalara 13.000 manata qədər pul vermişdir. O, bu işləri xx.xx.2023-cü ilədək Qurbanla şərik işləmişdir. Bu tarixə qədər nə qədər qazanc olub, ikisi öz aralarında bölmüşlər. Pulları şərik böldükləri zamanlarda Qurban bir dəfə də olsun “Kamrana da bölək, o da bizə şərikdir” ifadəsini işlətməmişdir. Ayrılandan sonra isə Kamran demişdir ki, “mənə də sexdən qazanc verəcəksiniz”, iddiaçı da ona demişdir ki, sən sexə bir manat pul qoymamısan, mən sənə nəyə görə pul verməliyəm. 19. 2017-ci ilin may ayında Qurban, Kamran və iddiaçı şərik mağaza almış, mağazanın çıxarışı olmadığına görə heç birinin adına sənədləşdirə bilməmiş, sadəcə mağazanı qol kağızı ilə almışlar. 2023-cü ilin mart ayı mağazaya “kupça” alınması üçün o, 1.795 manat pul vermiş, mağazanın çıxarışı gələndən sonra onun xəbəri olmadan Qurban mağazanı öz adına keçirmişdir. Mağazanın satılmasını istəsə də, Qurban ona rədd cavabı vermişdir.
20. Onların hesablarını hər ikisi yazmışlar, mağazanın hesablarını Kamran ilə, sexin hesablarını Qurbanla, hər birinin dəftərində olan hesabları aydınlaşdıra bilərlər. Tarix, gün olaraq ikisində eyni hesablar yazılmışdır. İddiaçının hesablamasına əsasən cavabdehlər tərəfindən onun 48.000 manat pulu götürülmüşdür.
21. Aralarındakı şəriklik pozulsa da, cavabdehlər ona vurduqları ziyanı ödəmək istəmirlər. Əksinə birgə hesablamaya əsasən nisyə verilmiş və iddiaçıya çatmalı olan ödənişlər cavabdehlər lərəfindən toplanmaqla ona təkrar ziyan vurulur.
22. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mül ki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5, 1113.1, 1113.2 və 1115-ci maddələrinə istinad etmişdir.
23. İddiaçı və iddiaçının vəkili Vəkil1 tərəfindən imzalanmış, 12 iyun 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, “cavabdehlərdən tələb olunan 48.000 manat pul bərabər paylarda olmamışdır, bu səbəbdən iddia ərizəsi dəqiqləşdirilərək cavabdehlər - Cavabdeh1 27.035 manat və Cavabdeh2 20.965 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilsin” (İİ cild, i/v. 168). 24. 12 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən tələbə cavabdehlərin hər birinə münasibətdə ərizədə qeyd olunmuş həcmdə baxılması qərara alınmışdır.
25. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123 )-7/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 234 manat dövlət rüsumunun iddia rədd edildiyindən iddiaçının özünə aid edilməsi, ekspertiza xərci olaraq müəyyən edilmiş 60 manat tədqiqat dəyərinin iddiaçıdan alınıb müvafiq hesaba ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).
26. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və cavabdehlər uzun müddət şərik işləmiş, sonradan aralarında pul mübahisəsi yarandığından şəriklik münasibətləri pozulmuşdur. Qeyd edilən hallar tərəflərin verdiyi izahatlarla öz təsdiqini tapmışdır.
27. İddiaçı iddia tələbinin əsasında duran fakt və halları təsdiq edən sübutlar qismində məhkəməyə dəftərlər və siyahılar təqdim etmiş, həmin sənədlərdə öz əksini tapan riyazi hesablamalar əsasında cavabdehlərin borcunun olub-olmamasının hesablanması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 2024-cü il 23 sentyabr tarixli, 713 saylı ekspert rəyi ilə dəftərlərdə olan məbləğlər tədqiq edilərkən iddiaçı tərəfindən tələb edilən, cavabdehlər Cavabdeh2 20.965 manat və Cavabdeh1 27.035 manat borc məbləğinin haradan yarandığını müəyyən etmək mümkün olmamışdır.
28. Göründüyü kimi iddiaçıya qarşı cavabdehlər tərəfindən mülki hüquq pozuntusunun törədilməsi işdə olan sübutlarla öz təsdiqini tapmamışdır.
29. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən bu sübutlarla təmin olunmamalı, iddia tələbi təmin olunmadığından iddiaçı tərəfi ndən ödənilmiş 234 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 60 manat ekspertiza xərci iddiaçıdan alınıb müvafiq hesaba ödənilməlidir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 76.1, 76.2, 77.1, 107, 108.1-108.1.1, 108.2, 115.0115.0.1, 119.1, 217.5, 220.4 və 220.5-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respubli kasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarına istinadla əsaslandırmışdır.
31. İddiaçı apellyasiya şikayəti verərək e-2-2(123)-7/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
32. İşin faktiki halları üzrə - iddiaçı məhkəmə proseslərində dəfələrlə ifadə verərək bildirmişdir ki, Cavabdeh1la onun arasında malların təhvili və alınan pullarla bağlı hər birinin ayrıca dəftəri olmuşdur. Onlar ayrılanda sonuncu haqq-hesab dəftərləri hərənin özündə qalmış, sonuncu dəftərdə Kamranın ona borclu olduğu axırıncı hesabla 96.807 manat olmuşdur, həmin dəftərdə öz yazısı ilə borc öz əksini tapmışdır, bu səbəbdən qeyd olun an dəftəri Kamran məhkəməyə təqdim etməmiş, digər zamanlarda aralarında aparılmış malların siyahısı və sair dəftəri məhkəməyə təqdim etmişdir. Kamran satıcı olaraq bütün günü mağazada oturmuşdur. Axırıncı hesab dəftərinin eynisi Kamranda var, bilərəkdən gizlədərək üzə çıxarmır. Kamran dükanda satıcı olaraq oturduğundan pulları o yığmışdır. 33. 2017-ci ilə qədər Cavabdeh2la şərik işləmişlər. 2010-cu ildən 2017-ci ilə qədər Qurban eyni qaydada Kamranla şərik işləmişdir. Qazancı onunla Qurban bölmüşdür. Qurbanla o dükana gələn vaxtı Kamran satıcı olaraq bir müddət işlədikdən sonra münasibətləri elə yaranmışdır ki, 2017-ci ilin fevral ayından sonra Kamranı da şərik etmişlər.
34. İddiaçı ilə Kamranın arasında mağazada hesablaşma getdiyindən Qurbanın bu dəftərdən xəbəri olmamışdır. İddiaçı Qurba nla sexin haqq-hesabını getmişdir, Qurbanda da eyni bu dəftərdən var. Kamranın da sexin dəftərindən xəbəri yoxdur. İddiaçı mağazanın haqq-hesabını Kamranla, sexin haqq-hesabını Qurbanla getmişdir. Mağazada Kamranla, mebel sexində Qurbanla şərik olmuşdur. Mağazaya girən giriş malları Kamran dəftərlərə yazmışdır. Nisyə dəftərlərini iddiaçı götürmüşdür, mağazaya giriş mallarının dəftəri isə Kamrandadır.
35. Kamranla Qurban mağazadan qazanclarını götürmüşlər. Mağaza və sexdə iddiaçının pulu olmuş və nisyə olaraq paylanılan mallar da onun pulu olmuşdur. Mağazanı boşaltdıqlarını görüb onlardan ayrılmışdır. İddiaçıya aid olan 96.807 manat nisyə pullarından Cavabdeh1 27.035 manat pulu almamışdır (şikayətdə səhvən “almışdır” yazılmışdır).
36. Cavabdeh2la (Şərur rayon köhnə univermaqda olan) mağazan ı 12.000 manata almışlar, onun məlumatı olmadan 33.000 manata sataraq öz adına rəsmiləşdrmiş, ona çatan 11.000 manatı verməmişdir.
37. Əlavə olaraq Qurbanla topdan payladıqları nisyə mallar üzrə 9.965 manat pul borcludur. Ümumi olaraq Qurban 20.965 manat pulunu mənimsəmişdir.
38. Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələri üzrə - Cavabdehlər Cavabdeh1 27.035 manat və Cavabdeh2 20.965 manat pul borclu olduqlarını bilərəkdən sonuncu haqq-hesab dəftərini çıxarmayaraq fikirləri iddiaçının pulunu mənimsəmək olmuşdur.
39. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, işin faktiki halları aydınlaşdırılmamış, iddia tələbi düzgün araşdırılmamışdır.
40. Birinci instansiya mə hkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - Hesab edir ki, məhkəmə tərəfindən heç bir sübut araşdırılmadan iddia tələbi təmin olunmamışdır (şikayətdə səhvən “təmin olunmuşdur” yazılmışdır). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
42. Məhkəmə baxışı iclasında vermiş olduqları izahatlarda; İddiaçı apellyasiya şikayətini müdafiə etməklə əlavə olaraq göstərdi ki, 2017-ci ildə ona və cavabdehlərə səyyar satışa icazə verilmədiyinə görə 4 fevral 2017-ci ildə mərkəzi univermaqdan dükan götürüb işləməyə başlamışlar. Həmin müddət onlara satıcı lazım olmuş, o, Qurbana təklif etmişdir ki, 300-400 manat birinə verərik gəlib oturar, biz də gedib işlərimizi görərik. Kamran da həmin vaxt univermağın qarşısında olmuş və demişdir ki, “o pulu başqasına verdiyinizə, verin mən işləyim”. Kamran satıcı qismində işləməyə başladıqdan sonra onunla əmək müqaviləsi bağlamışlar.
43. Bir ildən sonra, münasibət o dərəcədə yaxın olmuşdur ki, onlar Kamranı da ortaqlığa almış, 2023-cü ilədək bir yerdə şərik işləmiş, hətta şərik pullarını da tam təmiz bölmüşlər. İki qardaş ev tikməyə başlamışdır.
44. O bütün sərmayəni qoyub cavabdehlərlə bir yerdə işləmiş, lap sonda ayrılmaq qərarına gəlmişlər. Dükan təmiz boşalmış, dəfələrlə cavabdehlərə demiş, onlar da sözü o tərəf bu tərəfə yozub demişlər ki, “2023-cü ilin yanvar ayı 100.000 manat pu l götürüb, təkrar işləməyə başlayacağıq, biz pulu qoyacağıq”. Ancaq cavabdehlər onu aldadıb pulu gətirmədiklərinə görə o ayrılmaq qərarına gəlmişdir.
45. Sexə Qurbanla, dükana isə üçü şərik olmuşlar.
46. Sexi 2018-ci ildən 2023-cü ilədək Cavabdeh2la birgə işlətmişlər. Makinaları o alsa da, Qurbanla həmin pulları oradan çıxıb qazanc olaraq salmışlar. Kamranın oğlu pəncərə ustası olmaqla, sexdə işləmişdir. Onlar ildə bir dəfə, sonra isə altı aydan bir hesab çıxartmışlar. Qurban öz pullarını öz xeyrinə xərcləmişdir. Neçə dəfələrlə hesab getmişlər, o zamanlar Qurban ona deməmişdir ki, “Kamran da bura ortaqdır, Kamrana da pul ayıraq”. Onlar ayrılandan sonra Kamran demişdir ki, “mənə pul verməlisiniz, mən dükanda oturmuşam”. O da bildirmişdir ki, sən dükanda oturma idin, çünki səninlə əmək müqav iləsi var, sən işçi olmusan. 47. 10 yanvar 2023-cü il tarixdə ilkin olaraq Qurbanla sexi ayırmış, sexin haqqhesabını etmişlər, orada 2.756 manat Qurbanın ona borcu qalmışdır.
48. Onların şərik dükanları olmuş, ancaq heç bir qeydiyyatı, çıxarışı olmadığı üçün heç kimin adına sənədləşməmiş, Oğlanqala kəndindən Seyid adlı şəxsin adına olmuşdur. Çıxarış üçün 2023-cü ilin mart ayında 1.795 manat dükandan öz pulundan vermiş, çıxarış gələndən sonra onun xəbəri olmamış, bacısının oğlu ona demişdir ki, Cavabdeh2 orada nəysə sənədləşdirir. O Qurbandan soruşduqda demişdir ki, “ola bilməz, çıxarış heç gəlməyib”. Qurban dükanın çıxarışını öz adına sənədləşdirmişdir. O demişdir ki, gəl dükanı sataq, adama bölək və hərə öz pulunu götürsün. Qurban demişdir ki, “əgər dükan satılsa, sən pulu yığa bilməyəcək sən”. Dükanın satılmasından onun xəbəri olmamış, Bakıda olanda eşitmişdir ki, Qurban dükanı 33.000 manata satıb, ona çatan 11.000 manatı mənimsəyibdir. Onun borclu olduğu adama mağazaya görə Qurban pul verməmişdir.
49. Şərik olduqlarına görə Qurbanla sexin mallarından Ordubad, Culfa, Şərura və s. başqa yerlərə şərikli, ortaq mal paylamışlar. Təxminən 19.000 manat pulu bugünə qədər o ala bilməmişdir. Həmin pulu ala bilmirsə, bu o deməkdir ki, həmin pul yarıya bölünüb ödənməlidir.
50. Qurbanın ona olan 20.965 manat borcuna mağazanın satışı və nisyə mallardan yaranan borc daxildir.
51. Sex dəftərlərini ekspert qəbul etməmişdir deyə həmin sex dəftərləri də Qurbanın özündədir, hazırkı iş materiallarında yoxdur.
52. Onlar yığılan pulun bir hissəsini dükanın xərclərinə verdikdən sonra qalan pulu öz aralarında bölməliymişlər, lakin şərik olsalar da, pullar Kamranda olmuş və o bilməmişdir ki, o özünə nə qədər pul götürür. 53. 31 mart 2023-cü il tarixdə Kamranla ikisi mağazada son haqq-hesabı aparmış, orada başqa heç kim olmamışdır. 96.807 manat onun hesabı olmuş, borc pul qalmışdır. Borcun tərkibinə 27.035 manat Kamranın satılan mallardan götürdüyü pul, 18.020 manat dükanda qalan malların pulu, təxminən 36.700 manat nisyə malların pulu daxildir.
54. Kamran demişdir ki, “27.035 manat pulu sənə borcluyam”. Onun məhkəməyə təqdim etdiyi dəftərdə 27.035 manat pul yazılmamış, Kamran da öz dəftərində həmin 27.035 manat borcla bağlı heç nə qeyd etməmişdir. Kamran dəftərində öz dəst-xətti ilə qeyd etmişdir ki, “96.807 manat Talıba borcum var”. Həmin dəftər Kamranın özündədir. Onun dükana ver diyi bütün malları Kamran qeydə almışdır, ikisinin imzaladığı bir dəftər yoxdur. Kamranın mağazaya aid olan öz dəftəri olmuş, ona imza çəkmişdir, hansı ki, onu təqdim etmir. O məhkəməyə dəfələrlə müraciət edib, ifadə versə də, o dəftər ortalığa çıxmamışdır. 2010, 2015, 2019-cu illərin dəftərlərin çıxartmışlar, 2023-cü ilin sonuncu dəftəri yoxdur. Kamran həmin dəftəri özü ilə evlərinə aparıb ortaya çıxartmır. Cavabdehlər borclu olan adamlardan belə pulu alıb ona vermirlər.
55. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
56. Cavabdeh1 göstərdi ki, apellyasiya şikayəti ilə razılaşmır.
57. O, əvvəl bir gündən qardaşı ilə Türkiyədə şərik işləmiş, ikisinin bir “Qazel”i olmuşdur. Talıb onlara demişdir ki, “mən də mal gətirirəm, siz də gətirirsiniz, elə vuraq “Qazel”ə, şərik işləyək”. O nlar da Talıbla razılaşıb işləməyə başlamışlar.
58. Yol bağlandıqdan sonra, o demişdir ki, gəlin dükan götürək işlədək, malları da gətirmişik, anbar doludur, tökək sataq. Dükan kiralayıb, işləməyə başlamışlar. Talıb demişdir ki, “dükanda kim duracaq, nə edəcək”. Demişdir ki, narahatlığa dəyməz, o işləyəcəkdir.
59. Bir il işlədikdən sonra o demişdir ki, gəlin sex açaq, orada istehsal edək, burada sataq. Talıb demişdir ki, “yox, onu kimdir işlədən”. O, oğlunun adına sex açmış, makinaları gətirib işləməyə başlamışlar. Oğlu 5 il işləmiş, hətta maaşı da orada qalmış, demişdir ki, eybi yox, təki işləri getsin. Bankir də, başçı da Talıb olmuşdur. Həm də demişdir deməsinlər ki, “iki qardaş birdir, bu isə təkdir, qoy hər şeyi özü həll etsin”. Hər şey, nə gəlmişdirsə, Talıbın adına yazılmış, Talıb d a yazıb-pozub qazancı da çıxartmışdır. Ona mallardan nə pul gəlmişsə, Talıba vermiş, malları da Talıbın həyətindəki anbara boşaldıb çıxıb getmişdir.
60. Hesaba gəldikdə 84.000 manat sexdən pul götürüblər. Təzə açılanda türk onlara 6.000 manat makinaların pulunu atmış, onda 6.000 manat pula şərik olmuşdur.
61. Onlar mebel sexini 3 nəfər şərikli işlətmişlər, xərc və gəlirlər 3 nəfərə aid olmuşdur. 84.000 manat qazanc 5 il boyunca toplanmış, pul gəlib, materiala verilmiş və qazanc ortada fırlanmış, onlar istehsalatda, o isə satışda durmuşdur.
62. Talıb ona demişdir ki, “84.000 manat qazancı toplayıb, iki yerə bölmüşəm, sənə heç nə düşmür”. Oğlu da orada usta işləyib, işin faizini - 1000 manatlıq iş gördükdə, 100 manat pul almışdır. İş elə yerə gəlmişdir ki, indi oğlu da pulunu ala bilmir.
63. Maşınla 124 reys o eləmiş, axırda pandemiya düşəndə o dükanda oturmuş, Talıba demişdir ki, qalan reysləri sən get, yaz bir tərəfə, nə edir hesablaşarıq. Talıb demişdir ki, “problem yoxdur”. Sonra o, Talıba maşının reysini gətir qoy ortaya demiş, Talıb 3-4 ay yubadıb demişdir ki, “yazmışam, nədir gətirib ortaya qoyacam”, axırıncı ay olanda isə demişdir ki, “nə qazanıb ki, 6-7 min pul qazanıb”. O demişdir ki, nədir yazılı vəziyyətdə gətir qoy ortaya, de ki, bu qədər reys getmişəm, bu qədər ziyan, bu qədər xeyir olub. Talıb 42.000 manat pulun bir qəpiyin ortaya qoymayıb demişdir ki, “mən maşın almışam, səninlə şərik olam?”. Ondan sonra Talıbla münasibətləri pozulmuş, Talıba demişdir ki, sexin hesabını gətir. Sexi açan, oğlunu ora qoyan, sexdə işi aparan o olmuş, lakin Talıb sexin açarını dəy işib, indi o sexə onlar yaxın dura bilmirlər.
64. Dükanda olan mal və nə varsa, hamısı Talıbdadır. O alınacaq pulların içində onların da pulları, ona da çatacaq 45.000 manat pul var. Talıb ona demişdir ki, “sənə nə maldan, nə də başqa bir yerdən heç nə düşmür”. O, 13 il can qoyub, gecə-gündüz işləmiş, sürücü pulu almadan maşın sürmüş, şərik olduğu halda Talıb sonda onu borclu çıxartmış, ona bir qəpik belə pul verilməmişdir. Əgər şərik deyildisə, Talıb maşının, sexin xərcin nə üçün 3 yerə bölmüşdür?
65. O, 96.807 manat ilə bağlı heç nə bilmir. 5 il ərzində yazdığı dəftərlər stolda qalmış, hesab gedilən vaxtı dava-dalaşdan sonra Talıb “sən satıcısan, sənə heç nə düşmür” deyib dəftərləri də stolun üstündən götürüb qaçıb getmişdir. Talıbın ortaya çıxartdığı dəftərlər, sadəcə nisyə dəftərləridi r.
66. Onun xətti ilə yazılan və Talıbda olan dəftər sadəcə nisyə mallar ilə bağlı dəftərdir. Orada haqq-hesab ilə bağlı heç nə yoxdur, “mənim sənə bu qədər borcum var” deyə aralarında heç bir qeyd olmamış, o dəftərə “Talıba 96.807 manat borcum var” yazmamışdır. Talıbın dəftərindəki bu barədə yazı da düzgün deyil.
67. Talıbın qardaşı vasitəsilə Talıba söz göndərmişdir ki, “kəndliyik, dostuq, yoldaşıq, adam dünya malına görə belə etməz, gəl otur, hesab-kitabımızı gedək. Talıb isə demişdir ki, “sənə nə oradan, nə də buradan pul düşmür” və ona bir manat da pul verməmişdir.
68. O, Talıba demişdir ki, gəl “Əshabi Kəhf” ziyarətgahına, orada and iç, mənim nəyim varsa, satıb qurtaracam, əgər qorxursansa, gəl mən and içim, haqqın yoluna gəl, lakin Talıb gəlməmişdir. Sonra o demişdir ki, bax bunun axırı məhkəməyə gedib çıxacaq. Talıb da onu qabaqlayıb məhkəməyə verib ki, özünü düz çıxartsın.
69. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.
70. Cavabdeh2 göstərdi ki, apellyasiya şikayətini qəbul etmir.
71. O, 2009-cu ilə qədər qardaşı Kamranla işləmiş, Türkiyədən mal gətirib satmışlar. 2010-cu ildə iddiaçı onlara demişdir ki, “sizin maşınınız böyükdür, gəlin bir yerdə işləyək” və işləməyə başlamışlar.
72. Sonra vergi məsələsinə görə işləmək çətinləşmiş, Kamranın vasitəsi ilə şəhərdə univermağın altında dükan kiralayıb işləmiş, mal gətirmişlər, satılmışdır. Dükanın pulunu Kamran vermişdir. 73. 2018-ci ildə Kamranın təklifi ilə sex açmağa qərar vermişlər. Kamran demişdir ki, “orada istehsal edək, gətirək dükanda sataq”. Kamranın oğlu da usta olmuşdur. Sex balaca olduğuna görə o nu genişləndirmək istəmiş, Kamran və oğlunun xahişi ilə Şərurda 4-5 il əvvəl tikilmiş sənaye mərkəzində olan sexi də onlara vermişlər və onlar işləməyə başlamışlar.
74. Sexdəki malları o paylamış, nisyə dəftərlərin birini Talıb, digərini isə o yazmışdır. Onun sadəcə nisyə dəftərində yazdıqları sexdən verilən mallar ilə bağlı olmuşdur. Həmin mallar da sexdə istehsal olunub şəxsi adamlara satılmışdır. Müştərilər də deyir ki, pulu Talıba vermişlər. Talıb dəftəri ortaya qoysa, müştərilərdən gedib pulu ala bilərlər. Talıb Kamranla da hesab getməmiş, dəftərləri götürüb getmişdir.
75. Mübahisə yaranandan sonra Talıb sexin kilidini dəyişmiş, avadanlıqlar da sexin içində qalmışdır. Talıbgilin həyətində böyük anbar tikib, Türkiyədən gətirdikləri malları oraya yığmışlar. Orada onların 7.800 manatlıq malları qalmış, Talıb onu da onlara verməmişdir. Öz aralarında həll etmək istəmiş, Talıb da onlardan qabağa düşüb məhkəməyə vermişdir. Bu qədər pulları qalıb ortada, alacaqları var, amma ala bilmirlər. O, Talıba nə qədər demişdir ki, çörək kəsmişik, hesabımızı gedib sıfırlayaq, kimə nə düşürsə, bağlayaq, söhbət qurtarsın, lakin mübahisə bu vəziyyətdə qalmışdır. 76. 2023-cü il yanvarın 10-da son haqq-hesab aparılmış, sexdə çıxan qazancı yazmış, anbarda olan 7.800 manatlıq malı isə qalıq kimi saxlamışlar. Son haqq-hesabda 4.700 manat anbarda qalan mallardan onun alacağı olmuşdur. 20.965 manatı Talıbın ondan istəməsinin səbəbini bilmir. 11.000 manatla bağlı onu deyə bilər ki, Talıb ona demişdir ki, “müştəri var, borcum olduğu üçün dükanı 24.000 manata satıram”. Bu zaman o, 8.750 manat pulu Ta lıbın borclu olduğu ustaya, yəni Tehran Cəfərov adlı şəxsə vermişdir ki, dükan özünün olsun. O pulu verdikdən sonra dükan onun dükanı olmuşdur. Həmin razılaşmada Talıb, o və usta olmuşdur. Mağazanı qanuni akt əsasında almışdır, şıxarışı da var.
77. İddiaçının ona verəcəkləri var, onun Talıba borcu yoxdur. Hesab-kitabı əgər ortaya qoysalar, onların hələ Talıbdan alacaqları var.
78. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir. Tətbiq edilən hüquq
79. Mülki Məcəllə; Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüq uqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə
394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
80. Mülki-Prosessual Məcəllə; Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə
77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.... Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 11 9.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayə tində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə
393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəy ə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.... Maddə
405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....
81. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar - “Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnu n "da mihi factum, dabo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi nin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar “… məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməlidir, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir…”. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərar “Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur”. Apellyasiya baxışının hədləri
82. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
83. Tərəflərin ədalətli məhkəmə araşdırması hüqu qunun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
84. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları üzrə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə iddiaçının 2017-ci ilin fevral ayından cavabdehlərlə Şərur şəhərində mebel satışı mağazasında, 2018-ci ilin noyabr ayından isə Cavabdeh2la mebel istehsalı sexində şərik işləmələri, 2023-cü il 10 yanvar tarixdə mebel istehsalı sexində Cavabdeh2la, 2023-cü il 31 mart tarixdə isə mebel satışı mağazasında Cavabdeh1la son haqq-hesabın aparılaraq şərik (ortaq) fəaliyyətə son ve rilməsi, nəticədə iddiaçının hesabına görə Cavabdeh1 27.035 manat və Cavabdeh2 20.965 manat pulun alınıb ona verilməsi ilə bağlıdır.
85. Apellyasiya şikayətinin “iddiaçının məhkəmə proseslərində dəfələrlə Cavabdeh1la onun arasında malların təhvıli və alınan pullarla bağlı hər birinin ayrıca dəftərinin olmasını bildirməsi, onlar ayrılanda sonuncu haqq-hesab dəftərlərinin hərənin özündə qalması, sonuncu dəftərdə Kamranın ona borcunun axırıncı hesabla 96.807 manat olması, həmin dəftərdə öz yazısı ilə borcun əksini tapması, bu səbəbdən qeyd olunan dəftəri Kamranın məhkəməyə təqdim etməməsi” dəlilləri üzrə, apellyasiya baxışında apellyator əlavə olaraq - “31 mart 2023-cü il tarixdə Kamranla ikisinin mağazada son haqq-hesab apardıqlarını, 96.807 manat borcun tərkibinə 27.035 manat Kamranın sat ılan mallardan götürdüyü, 18.020 manat dükanda qalan malların və təxminən 36.700 manat nisyə malların pulunun aid olduğu (qeyd: göstərilən məbləğlərin cəmi 81.755 manatdır), Kamranın ona “27.035 manat pulu sənə borcluyam” deməsini, lakin onun məhkəməyə təqdim etdiyi dəftərdə 27.035 manatın yazılmadığını, Kamranın da öz dəftərində həmin 27.035 manat borcla bağlı heç nə qeyd etmədiyini, Kamranın öz dəftərində öz dəst-xətti ilə “96.807 manat Talıba borcum var” qeyd edib imza çəkdiyini, ikisinin imzaladığı bir dəftərin olmadığını” göstərmiş, Cavabdeh1 isə “5 il ərzində yazdığı dəftərlərin stolda qaldığını, hesab gedilən vaxt Talıbın “sən satıcısan, sənə heç nə düşmür” deyib dəftərləri də stolun üstündən götürərək qaçıb getdiyini, “mənim sənə bu qədər borcum var” deyə aralarında heç bir qeyd ol madığını, dəftərə “Talıba 96.807 manat borcum var” yazmadığını və bu barədə heç nə bilmədiyini, Talıbın dəftərindəki bu barədə yazının da düzgün olmadığını, dükanda olan mal və nə varsa, hamısının Talıbda olduğunu, o alınacaq pulların içində onların da pulları, ona da çatacaq 45.000 manatın olduğunu” göstərməklə iddiaçının qeyd etdiklərini inkar etmişdir.
86. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim olunmuş dəftərdən (Vİİ cild, i/v. 83) görünür ki, həmin dəftərdə iddiaçının özü tərəfindən “xx.xx.2023, mənim alacağım 116,983 man., 13.01. tarixdən verdiyi mallar 3,480 m, cəmi 120 m, 463 manat, cəmi aldım 23,656 manat, cəmi alacağım 96,807 manat” qeydləri edilmişdir.
87. İddiaçı və cavabdehlər tərəfindən təqdim edilmiş qeyd olunan və digər dəftərlərdə (İİİ-İX ci ldlər) nisyə verilmiş mallar, müqabilində alınmış pullar və s. barədə qeydlər aparılmışdır. Həmin dəftərlərdə iş üçün əhəmiyyətli hallar, eləcə də iddiaçının göstərdiyi “Kamranın öz dəst-xətti ilə “96.807 manat Talıba borcum var” qeyd edib imzaladığı” dəftərin Cavabdeh1 olması halı müəyyən olunmur.
88. Kollegiya apellyasiya şikayətinin göstərilən dəlilinə, iddiaçı və Cavabdeh1 həmin dəlillə bağlı izahatlarına münasibətdə qeyd edir ki, iddia tələbi üzrə iddiaçının Cavabdeh1 tələb etdiyi 27.035 manat “borc və ya ziyan”ın mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə tərəflərin 2023-cü il 31 mart tarixdə apardıqları son haqq-hesabın nəticəsi ilə bağlı sübut əhəmiyyətli hər hansı bir sənəd (üzləşmə aktı, qəbz, hər iki tərəfin və ya Cavabde h1 imzaladığı qeyd və s.) və ya başqa hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı bu tələblə bağlı yalnız iş materiallarında olmayan, iddiaçıda və ya Cavabdeh1 olması müəyyən edilməyən və iddiaçının öz izahatında göstərdiyi kimi “tələb olunan 27.035 manat barədə qeydin onun və cavabdehin dəftərlərində yazılmadığı” göstərilən dəftərə istinad etmişdir. Ona görə də mövcudluğu sübubuta yetirilmədiyindən iddiaçının qeyd olunan tələbi əsaslı hesab edilmir.
89. Apellyasiya şikayətinin “topdan payladıqları nisyə mallar üzrə Qurbanın ona 9965 manat pul borclu olması” dəlili və iddiaçının izahatında “10 yanvar 2023-cü il tarixdə Qurbanla sexin haqq-hesabını etmələri, şərik olduqlarına görə Qurbanla sexin mallarından Ordubad, Culfa, Şərur və s. başqa yerlərə şərikli, ortaq mal paylamış olduqları, təxminən 19.000 manat pulu bugünə qədər ala bilməməsi, o pulu ala bilmirsə, həmin pulun yarıya bölünüb ödənməli olmasını” göstərməsinə münasibətdə kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında iddiaçı tərəfindən qeyd olunan məbləğlə bağlı tərəflərin 2023-cü il 10 yanvar tarixdə apardıqları son haqq-hesabın nəticəsi ilə bağlı heç bir yazılı və ya digər sübut təqdim etməmiş, həmçinin izahatında “sexə aid dəftərlərin hazırkı iş materiallarında olmamasını” göstərmişdir.
90. Halbuki iddiaçı şərikli paylanmış 19.000 manatlıq nisyə malın yarı pulunun Cavabdeh2 tələb olunması ilə bağlı ilk növbədə həmin malın kimlərə (alıcılara) və hansı qiymətə nisyə verilməsini, konkret olaraq nisyə borcun mövcudluğunu və həmin borcun yarısının cavabdehə aid olmasını s übut etməlidir.
91. Şikayətin “Cavabdeh2la (Şərur rayon köhnə univermaqda olan) mağazanı 12.000 manata almaları, Qurbanın onun məlumatı olmadan mağazanı 33.000 manata sataraq öz adına rəsmiləşdrməsi, ona çatan 11.000 manatı verməməsi” dəlili ilə bağlı kollegiya qeyd edir ki, mülki qanunvericilikdə daşınmaz əşyaların (əmlakın) qeydiyyatı və özgəninkiləşdirilməsi ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir.
92. Daşınmaz əşyalar özlərinin hüquqi rejiminə görə onunla fərqlənirlər ki, daşınmaz əmlaka dair əqdlər bağlanmasının və həmin əmlaka olan hüquqların rəsmiləşdirilməsinin dövlət qeydiyyatına alınması tələb olunur. Belə ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mül kiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
93. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Mülki Məcəllənin 139.1 və 139.2-ci maddələri).
94. Həmçinin bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 394-cü maddəsi).
95. Apellyasiya baxışında vermiş olduqları izahatlarda iddiaçının “onların şərik dükanlarının olması, ancaq heç bir qeydiyyatı, çıxarışı olmadığı ü çün heç kimin adına sənədləşməməsi, Seyid adlı şəxsin adına olması, çıxarış üçün 2023-cü ilin mart ayında 1.795 manat dükandan öz pulundan verməsi, onun xəbəri olmadan Qurbanın dükanın çıxarışını öz adına sənədləşdirməsi, dükanın satılmasından onun xəbərinin olmaması və Qurbanın dükanı 33.000 manata satıb, ona çatan 11.000 manatı mənimsəməsini”, Cavabdeh2 isə “Talıbın ona “müştəri var, borcum olduğu üçün dükanı 24.000 manata satıram” deməsi, bu zaman onun dükanın özünün olması üçün 8.750 manat pulu Talıbın borclu olduğu ustaya - Tehran Cəfərova verməsi, həmin pulu verdikdən sonra dükanın onun olması, həmin razılaşmada Talıbın, onun və ustanın olması və mağazanı qanuni akt əsasında almasını” göstərmələri kollegiya tərəfindən mülki qanunvericiliyin qeyd olunan normaları baxımından mötəbər sü but kimi qəbul edilmir.
96. Çünki Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
97. Beləliklə, kollegiya işin faktiki halları üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə ümumən qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri).
98. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, "hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun "da mihi factum, dabo tibi ius” ("mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştira k edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
99. İddiaçı birinci instansiya məhkəməsində vəkillə birgə iştirak etsə də, iddiaçı tərəfdən iddia tələbini təsdiq edəcək müvafiq sübutlar təqdim olunmamış, həmçinin MülkiProsessual Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq sübutların tələb olunması barədə vəsatətlə məhkəməyə müraciət edilməmişdir.
100. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında göstərilmişdir ki, “… məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməlidir, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir”....
101. Həmçinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına görə, “Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq m übahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur”.
102. Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6-cı hissəsində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah ver ilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır.
103. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər, həmçinin iddiaçının və cavabdehlərin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir.
104. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət e tmiş və iddiaçının cavabdehlərə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
105. Beləliklə, göstərilənlərə əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - iddiaçının apellyasiya şikayəti təmin edilməməli, - e-2-2(123)-7/2025 nömrəli, 2025-ci il 4 aprel tarixli qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmalı, - apellyasiya şikayəti verilərkən ödənilmiş 117 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə
106. Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-7/2024 nömrəli, 2025-ci il 4 aprel tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 117 (yüz on yeddi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektr on kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.