Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-35/2025 25.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəs inin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 27 yanvar 2025-ci il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən alqı-satqı müqaviləsinə əsasən qalıq borc məbləği olan 17.661.60 (on yeddi min altı yüz altmış bir manat 60 qəpik) manat pulun və ödənilmiş 142.99 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəmə sinin (hakim Qabil Məmmədov) 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 17661,60 (on yeddi min altı yüz altmış bir manat altmış qəpik) manat və iddiaçı tərəfindən ödənilmiş 142,99 (yüz qırx iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e2-2(123)-91/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 06 may 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersi ya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilən idarənin, hüquqi şəxsin mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsind ə iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh şəxs, idarə təqsirli hesab edilə bilməz. Belə ki, adı çəkilən müqavilə üzrə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda idarə, hüquqi şəxs təqsirli hesa b edilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər müəyyən edilmir. Qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri aydın izah edilməmişdir. Cavabdehin, idarənin və ya hüquqi şəxsin təqsiri sübut edilməmişdir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddia çının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquq pozuntusunu müəyyən edən hüquqi əsaslar müəyyən edilməmişdir. Şəxsin mülki məsuliyyətinin yaranmasını təsdiq edən, onun tərəfindən təqsirli bilinən və hüquq pozuntusu yaradan hərəkət və ya hərəkətsizliyini sübut edən dəlillər aşkar edilmir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 339, 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 220.1, 220.2, 220.4 maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxit ektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkə n tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edər kən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlər də qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadə nəticəsində əmələ gəldiyi üçün bu hüquq pozuntusunda cavabdeh şəxs, idarə təqsirli hesab edilə bilməz. Belə ki, adı çəkilən müqavilə üz rə alınmış mal-materiallar idarə tərəfindən aparılan təsərrüfat işlərində istifadə edilməmiş, idarə rəhbərinə verilmiş tapşırıqlar əsasında digər məqsədlərlə (başqa tikinti obyektlərində) istifadə edilmişdir. Bu əsasda idarə, hüquqi şəxs təqsirli hesab edilə bilməz. Kollegiya irəli sürülmüş dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 01 mart 2022-cü il tarixli, 01/2022 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ilə alıcı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında müqavilə bağlanmaqla satıcı mal və ya xidmətləri göstərməyi, alıcı isə almağı öhdəsinə götürür. Həmin müqaviləyə 1 nömrəli əlavədən də aydın olur ki, tərəflər arasında satılan mallar üzrə qiymətin razılaşdırılması protokolu tərtib edilmi ş, imzalanmış və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə yerinə yetirilmiş malların təhvil verilməsi və qəbuluna dair aktdan görünür ki, satıcı 22661,60 manat dəyərində malları alıcı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə təhvil vermişdir. 338139 saylı, xx.xx.2022-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 22661,60 manat dəyərində işlər təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaçının hesabına 5000 manat ödənilmişdir. Qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdən tam aydın olur ki, iddiaçı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikdən 5000 (beş min) manat ödəniş etmiş, qalmış borcunu ödəməkdən yayınmış və bununla da cavabdeh tərəf götürmüş olduğu öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd edilən bu dəlil iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Belə ki, tərəflər arasında olan müqaviləyə əsasən İddiaçı cavabdehə tərəfə mallar təqdim etmiş, cavabdeh tərəfin həmin aldığı malları hansı məqsədlərlə alması və ya hansı tikinti obyektində istifadə edilməsi işin mahiyyəti üçün bir əhəmiyyət kəsb etməmişdir, çünki iddiaçı mal satmış, qarşı tərəf də həmin malı qəbul etmişdir. Nəticədə isə iddiaçı qalmış borcunu tələb etməkdə haqlı olmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edilməlidir. Kollegiya apellyasiya şikayətində qeyd edilmiş digər dəlillərə münasibətdə isə qeyd edir ki, iş materiallarından və birinci instansiya məhkəməsində 05 mart 2025-ci il və 18 aprel 2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarından, həmçinin apellyasiya icraatı üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatdan aydın olur ki, cavabdehin nümayəndəsi iddiaçıya borclu olduqlarını etiraf etmişdir. Kollegiya bildirir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən Sarvan Quliyev tərəfindən idarənin mühasibi Nümay əndə 21 sentyabr 2024-cü il tarixdə verilmiş etibarnamədə “iddianın etiraf edilməsi” səlahiyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşdən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının audio-video yazısı fasiləsiz olar aq aparılmış, həmçinin qeyd olunan hal apellyasiya baxışında da həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin etirafının məhkəmə iclasının protokoluna qeyd olunmasına və etiraf edən tərəfin protokolu imzalamasına zərurət qalmamışdır. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Hazırkı işdə isə yuxarıda qeyd edildiyi kimi məhkəmə iclaslarının audio-video yazısı aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə ə sasən... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin iddia tələbini etiraf etməsi yoxlanılmış və Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif f ormada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli, 338139 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında 5000 (beş min) manat ödənilmişdir. Kollegiya bu halı da borcun etirafı kimi qəbul edir. Kollegiya son olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar). Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə qiymət verilməsi zəruridir. Göründüyü kimi, işgüzar adətlərin tə rəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, dəmir güllərə, dəmir listin əyilməsinə və dəmir listlərə görə ödənişin edilməsi ilə bağlı cavabdehə elektron qaiməfaktura təqdim olunmuş, cavabdeh də bu əsasda ödəniş həyata keçirmişdir. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində iddia tələbinin təmin edilməsilə bağlı gəldiyi nəticənin əsaslı olub-olmadığı ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, barəsində şikayət verilmiş qətnamədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməsi, 17661,60 (on yeddi min altı yüz altmış bir manat altmış qəpik) manat borcun və 142,99 (yüz qırx iki manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı ödənilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməli dir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arx itektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e-2-2(123)-91/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, e2-2(123)-91/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən ş əxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-35/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-35/2025
25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver