Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-36/2025 29.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmi ş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı nümayəndəsi Nümayəndə1 vasitəsilə 07 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək 14 noyabr 2022ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 419028 nömrəli elektron qaimə əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə satılmış mətbəə mallarının ödənilməmiş 10896.34 (on min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat pulunun cavabdehdən alınaraq Naxçıvan Muxtar Respublikas ı Ali Məclisi İddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh qismində işə cəlb edilmiş və eyni zamanda iddia tələbinin həcmi artırılmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, EBCJ 419028 nömrəli (22227.14 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBCM 720206 nömrəli (82.80 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli (3603.60 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDJ 870063 nömrəli (38 manat dəyərində) xx.xx.2023cü il tarixli, EBDİ 885291 nömrəli (334 manat dəyərində) və xx.xx.2023-cü il tarixli, EBDİ 8839 64 nömrəli (38 manat dəyərində) elektron qaimələr əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə satılmış mətbəə mallarının ödənilməmiş 11306.34 manat pulun cavabdehlərdən alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı hesabına ödənilməsi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 11306.34 (on bir min üç yüz altı manat otuz dörd qəpik) manat və iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 20 may 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdi r. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, hazırkı iddia “müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi” barədə tələbdir. İddiaçı ilə cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında 14 noyabr 2022-ci il tarixdə heç bir müqavilə bağlanmamışdır (adı çəkilən müqavilə nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş (halbuki sübutetmə vəzifəsi, bir qaydada olaraq, tələbin kreditorun üzərinə düşür), nə də ki cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud deyil. İddiaçı ilə cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında 17 yanvar 2023-cü il tarixdə müqavilə bağlanmış (müqavilə əlavə olunur) və həmin müqavilə 17 yanvar 2023-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək qüvvədə olmuşdur. Tərəflər arasında bağlanılmış 17 yanvar 2023-cü il tarixli müqavilədən sonra iddiaçı xx.xx.2023-cü il tarixli, EBDD 014173 nömrəli (3603,60 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDJ 870063 nömrəli (38 manat dəyərində) xx.xx.2023-cü il tarixli, EBDİ 885291 nömrəli (334 manat dəyərində) və xx.xx.2023-cü il tarixli, EBDİ 883964 nömrəli (38 manat dəyərində) -cəmi – 4013,60 (dörd min on üç) manat 60 qəpik məbləğində elektron qaimələr əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə mətbəə mallarını satmış və cavabdeh Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu qaimələr üz rə ödənişlər aparılmışdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda adıçəkilən qərarını qanuni əsaslarla deyil, hakimin özünün formal mülahizələrinə əsasən iddiaçının tələbini təmin edilməsi barədə məhkəmə aktı qəbul etmişdir. İddiaçı bilərəkdən məhkəməyə səhv məlumat verərək 14 noyabr 2022-ci il tarixdə onunla cavabdeh Naxçıvan MR Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında müqavilə bağlandığını bildirmiş və müxtəlif bahənələr gətirərək (MPM-nə əsasən sübutetmə bilavasitə iddiaçının üzərinə düşür) mövcud olmayan müqaviləni təqdim edə bilməmişdir. Məhkəmə isə ən azından MPM-nin 405.2-ci maddəsinə uyğun olaraq ofertanın (müqavilə bağlamaq təklifini) göndərməsini və digər tərəfin onu aksept etməsinin (təklifin qəbulunu) araşdırmalı olduğu halda heç bir araşdırma aparm amış, yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla kifayətlənərək qətnamə qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsindən 413-cü maddəsi (borcun etirafı) çıxarılmışdır, lakin birinci instansiya məhkəməsi bunu da nəzərə almamışdır. 11306.34 manat borcun yaranmasına dair iddiaçı müqavilə təqdim edə bilməmiş, borcun yaranmasını sübüta yetirə bilməmişdir. Məhkəmə isə formal mülahizələrə əsasən iddiaçının pul tələbini təmin etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 407, 408.1, 409.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə baxışı icla sında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, apellyasiya şikayətində qeyd edilən dəlillərə məcmu halda qiymət verərək aşağıdakılar qeyd edir: Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqd dir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər gös tərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli müqavilədən, elektron qaimə fakturalardan və digər sənədlərdən görünür ki, sifarişçi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə icraçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı arasında katric təmiri, katriclərin satışı, katric dolumu və müxtəlif dəftərxana ləvazimatlarının satşı üzrə işgüzar münasibətlərin mövcudluğu mübahisəsiz şəkildə təsdiq edilir. Belə ki, 419028 nömrəli, EBCJ seriyalı xx.xx.2022-ci il tarixli, 885291 nömrəli, EBDİ seriyalı xx.xx.2023-cü il tarixli, 883964 nömrəli, EBDİ seriyalı xx.xx.2023-cü il tarixli, 870063 nömrəli, EBDJ seriyalı xx.xx.2023-cü il tarixli, 720206 nömrəli, EBCM seriyalı xx.xx.2023-cü il t arixli, 014173 nömrəli, EBDD seriyalı xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ümumi dəyəri 26.323,54 (iyirmi altı min üç yüz iyirmi üç manat əlli dörd qəpik) manat olan işlər təqdim edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar əsasında iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 22 dekabr 2023-cü il tarixli ödəniş tapşırığı ilə 5017.20 manat, 30 yanvar 2023-cü il tarixli ödəniş tapşırığı ilə 5000 manat, 13 aprel 2023-cü il tarixli ödəniş tapşırığı ilə 5000 manat, cəmi 15.017,20 (on beş min on yeddi manat iyirmi qəpik) manatı İdd iaçı hesabına ödəmişdir. Bu hallar iş materialları ilə mübahisəsiz şəkildə öz təsdiqini tapsa da cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayətində 17 yanvar 2023-cü il tarixli müqavilədən öncə malların alınması və xidmətlərin göstərilməsi üçün müqaviləsinin olmamasına əsaslanmış və bu əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla əlaqədar ilk olaraq qeyd edilməlidir ki, elektron qaimə-faktura təyinatına görə malların hərəkətini (mədaxilini və məxaricini), işlərin görülməsi və xidmətlərin göstərilməsi faktını özündə əks edən, elektron vergi hesab-faktura isə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verən bir sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli qərar ı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən: 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədi kdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Qeyd olunan normanın tələbinə əsasən təqdim olunduqdan sonra 5 (beş) gün müddətində həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Cavabdeh yeganə dəlil kimi 17 yanvar 2023-cü il tarixdən əvvəl iddiaçı ilə aralarında müqavilənin olmamasına istinad etsə də yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfində n təqdim edilmiş elektron qaimə-fakturalar nəinki qaytarılmamış, əksinə cavabdeh tərəfindən qəbul edilmiş və həmin qaimə-fakturalar üzrə ayrı ayrı vaxtlarda ödənişlər həyata keçirilmişdir. Dəlilə münasibətdə həmçinin qeyd edilməlidir ki, müqavilə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar). Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgü zar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə qiymət verilməsi zəruridir. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, kargüzarlığın təşkili və dəftərxana ləvazimatlarına görə malların və xidmətlərin edilməsi ilə bağlı cavabdehə elektron qaimə-fakturalar təqdim olunmuş, cavabdeh də bu əsasda ödənişlər həyata keçirmişdir. Həmçinin, iş materiallarında olan 14 noyabr 2022-c i il tarixli ******* nömrəli vəkalətnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X9 22227.14 (iyirmi iki min iki yüz iyirmi yeddi manat on dörd qəpik) manat dəyərində kitab və blankları İddiaçındən almağa səlahiyyətli olmuşdur. Əgər yaranmış hüquq münasibətlərini Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli müqavilə ilə götürsək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçındən xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 014173 nömrəli elektron qaimə-faktura ilə 3603,60 (üç min altı yüz üç manat altmış qəpik), xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 883964 nömrəli elektron qaimə-faktura ilə 38 (otuz səkkiz) manat, xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 885291 nömrəli elektron qaimə-faktura ilə 334 (üç yüz otuz dörd) manat, xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 870063 nömrəli elektron qaimə-faktura ilə 38 (otuz səkkiz) manat, cəmi 4013,60 (dörd min on üç manat altmış qəpik) manat dəyərində mallar götürmüş və onları ödəmişdir. Lakin ümumi ödənilən məbləğə nəzər saldıqda aydın olur ki, (15.017,20 - 4013,60 = 11.003,60) həmin məbləğdən 11.003,60 (on bir min üç manat altmış qəpik) manat artıq ödəniş edilmişdir. 17 yanvar 2023-cü il tarixli müqavilədən öncə qəbul edilmiş elektron qaimə-fakturalara əsasən götürülən malların ümumi dəyəri isə 22.309,94 (iyirmi iki min üç yüz doqquz manat doxsan dörd qəpik) manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 419028 nömrəli elektron qaimə-faktura ilə 22227.14 (iyirmi iki min iki yüz iyirmi yeddi manat on dörd qəpik) manat, xx.xx.2023-cü il tarixli EBCM seriyalı, 720206 nömrəli elektron qaimə-faktura ilə götürülmüş 82,80 (səksən iki manat səksən qəpik) manat dəyərində mallar Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən götürülmüş, elektron qaimə-fakturalar qəbul edilmiş və onlardan imtina ounmamışdır. Hətta yuxarıda da qeyd edildiyi kimi həmin elektron qaimə-fakturalar əsasında 11.003,60 (on bir min üç manat altmış qəpik) manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarına da nəzər saldıqd a aydın olur ki, qeyd edilən ödənişlərdən biri, yəni 5017.20 (beş min on yeddi manat iyirmi qəpik) manatı 22 dekabr 2023-cü il tarixli ödəniş tapşırığı ilə ödənilmişdir. Qalmış 10000 (on min) manatı isə 30 yanvar və 13 aprel 2023-cü il tarixlərdə ödənilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçındən 26.323,54 (iyirmi altı min üç yüz iyirmi üç manat əlli dörd qəpik) manat dəyərində mallar götürmüş və həmin malların dəyərindən 15.017,20 (on beş min on yeddi manat iyirmi qəpik) manat ödəniş etmişdir. Nəticə də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə 11.306.34 (on bir min üç yüz altı manat otuz dörd qəpik) manat (26.323,54 - 15.017,20 = 11.306,34) borcu qalmış və bununla da cavabdeh tərəf götürmüş olduğu öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd edilən dəlili iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X10 Hüquqlar ı Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, daxil olmuş apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş materiallarını araşdırıb, kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbininin yönəldiyi cavabdehlərin işin iştirakçıları qismində qəbul edilibedilməməsi məsələsini müzakirə edərək qeyd edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçı tələbi cavabdehlər Naxçıvan Muxtar Respublikası Səfər bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən pulun alınmasından ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən təqdim edilmiş etirazdan və apellyasiya icraatı zamanı iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2023-cü il tarixli 2086 nömrəli Fərmanından müəyyən olunur ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 8 aprel 2023-cü il tarixli 2086 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən, Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanun vericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün xərcləri vahid olaraq Aparatın ********** nömrəli VÖEN ilə aparılır və cavabdehə məxsus ********** nömrəli VÖEN xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Yəni, iddiaçının göstərdiyi cavabdehin ödəniş etmə fəaliyyəti ləğv edilmiş və hazırda bütün ödənişlər, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin ödənişləri mərkəzləşdirilmiş qaydada Xidmətin Aparatı tərəfindən aparılır”. Eyni zamanda apellyasiya icraatında iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 06 sentyabr 2023-cü il tarixli, 199-Vİ FR nömr əli Fərmanından aydın olur ki, həmin Fərman ilə Azərbaycan Respublikası Prezidentinin 2023cü il 8 aprel tarixli, 2086 nömrəli Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 20 fevral tarixli, 48-İV FR nömrəli Fərmanı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehi əvəz etməli olduğu halda 28 yanvar 2025-ci il tarixli qərardadla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prosesə ikinci cavabdeh kimi cəlb edilmişdir. Qeyd edilən bu hallara əsasən bu nəticəyə gəlinir ki, iddia tələbinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yanaşı Naxçıvan Muxtar Respu blikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə də təmin eilməsində birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/ 2025 nömrəli qətnaməsi qismən, borc və dövlət rüsumunun tutulması hissəsində cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə ləğv edilməli, iddia tələbi üzrə 11306.34 (on bir min üç yüz altı manat otuz dörd qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istif adə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, e-2-2(123)-34/2025 nömrəli qətnaməsi qismən, borc və dövlət rüsumunun tutulması hissəsində cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə münasibətdə ləğv edilsin. İddia tələbi üzrə 11306.34 (on bir min üç yüz altı manat otuz dörd qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüs umu cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məclisi İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-36/2025
Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-36/2025
29.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver