Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-39/2025 10.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər - Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-240/2025 nömrəli, 2025-ci il 4 iyun tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı 1. 2025-ci il 3 iyun tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) qarşı poçt göndərişi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər barədə məlumatın yalnız 2023-cü ildə əldə edilməsinin nəzərə alınması və iddia müddətinin həmin tarixdən hesablanaraq qəbul olunması, cavabdehlərdən 2005-ci ilin oktyabr ayının 15-də mərhum həyat yoldaşı tərəfindən təhvil verilmiş 20.000 kq (20 ton) buğdanın əvəzinə 15.000 manat maddi zərərin hazırkı bazar dəyəri nəzərə alınmaqla tələb edilərək onun xeyrinə tutulması, ona dəymiş mənəvi zərərə görə cavabdehlərdən 10.000 manat kompensasiya tutulması, iddia üzrə ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehlərdən tutulması, işin halları nəzərə alı naraq onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilməsinin təmin olunmasına qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
2. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) e-2-2(123)-240/2025 nömrəli, 2025-ci il 4 iyun tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 165 manat dövlət rüsumunun iddiaçıya qaytarılması və iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilməsinin iddiaçının diqqətinə çatdırılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən (elektron qaydada verilmədiyindən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalı, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 165 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 10-1.1, 10-1.3, 114.1 və 114.1.3, 150.2, 152.1, 152.1.4, 152.1.10, 152.2, 152.3 və 152.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılmas ı Qaydaları”nın 2.1 və 2.1.2, 4.1 və 4.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
5. İddiaçı 2025-ci il 11 iyun tarixdə elektron qaydada məhkəməyə daxil olmuş şikayətində 2-2(123)-240/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini, texniki səbəbdən elektron təqdimatın mümkünsüz olduğunu nəzərə alaraq poçt vasitəsilə təqdim olunmuş iddia ərizəsinin qəbul edilməsini, iş üzrə məhkəmə icraatının bərpa olunmasını və ərizənin mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməsini xahiş etmiş, həmin şikayət 2025-ci il 13 iyun tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılaraq göstərilmişdir ki, iddiaçı iddia ərizəsi ni “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etməyə cəhd etmiş, lakin cavabdeh hüquqi şəxsin (Cavabdeh1 MMC) VÖEN-i üzrə sistemdə qeydiyyatda olmaması səbəbindən sistem təqdimatı qəbul etməmiş, texniki nasazlıq baş vermişdir. Bu vəziyyət onun iradəsindən və nəzarətindən kənar olmuş, nəticədə ərizəni poçt vasitəsilə göndərməyə məcbur olmuşdur. Lakin bu hal Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində göstərilən elektron təqdimat tələbinin məntiqindən irəli gəlmir. Çünki burada məqsəd texniki imkan varsa, elektron qaydanı tətbiq etməkdir, texniki imkan yoxdursa, bu, hüquqa maneə olmamalıdır.
7. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 60-cı maddəsinə əsasən, hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır və bu hüququn məhkəmə sistemindəki tex niki nasazlıq səbəbilə pozulması, hüquqi dövlət prinsiplərinə ziddir.
8. Bundan başqa, Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə görə, ərizənin geri qaytarılması haqqında qərardaddan apellyasiya şikayəti verilə bilər və qərardad ləğv edildikdə ərizə məhkəməyə təqdim edildiyi tarixdən qəbul edilmiş hesab edilir. Tətbiq edilən hüquq
9. Mülki Prosessual Məcəllə; Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq h əyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.2. İşdə iştirak edən şəxslər... məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən di gər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Maddə
114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:... 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;... Maddə
150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:... 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;... 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələ r üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir);... 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə
151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə
152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;... 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə
365. Ümumi şərtlər Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə
397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə
398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 398.0-398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə
400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarı - “Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lü zumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir”. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi
11. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsinə dair işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının; 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müda fiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
13. Həmçinin 72-ci maddəsinin İ və İİ hissələrinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır... Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yeri nə yetirməlidir.
14. Göstərilənlərə müvafiq olaraq və Mülki-Prosessual Məcəllənin 47.2, 152.3 və 395.1-ci maddələrinə əsasən iddiaçının Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qəbul olunmuş qərardadından şikayət vermək hüququ vardır.
15. Lakin nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 47.3-cü maddəsinə görə işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Ona görə də iddia ərizəsi verilərkən Mülki-Prosessual Məcəllənin 10-1.1, 10-1.2, 10-1.3, 101.7, 150.1, 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət etmək də iddiaçının vəzifəsidir. O isə göstərilənlərə əməl etməmiş, nəticədə iddia ərizəsi haqlı olaraq geri qaytarılmışdır.
16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təkrarlığa yol vermədən birinci instansiya məhkəməsinin e-2-2(123)-240/2025 nömrəli, 2025-ci il 4 və 13 iyun tarixli qərardadlarda gəldiyi nəticə ilə tamamilə razılaşır.
17. Məhkəmə kollegiyası şikayətdə göstərilən digər dəlilləri şərh olunanlara əsasən iddiaçının subyektiv mülahizələri kimi qiymətləndirirməklə əsaslı hesab etmir.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qaytarılması barədə çıxarılmış məhkəmə aktı kommersiya mübahisəsinə dair işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etməklə Mülki Prosessual Məcəllənin 150 və 152-ci maddələrinin məzmunu və təyinatına cavab verən qərardad kimi qəbul olunur.
19. Beləliklə, kollegi ya bu nəticəyə gəlir ki, iddiaçının şikayətdə göstərdiyi dəlillərə görə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi e-2-2(123)-240/2025 nömrəli, 2025-ci il 4 iyun tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Ona görə də iş üzrə həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı mövqeyə görə, “Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir”.
21. Məhkəmə kollegiyasının qəbul etdiyi hazırkı qərardaddan Mülki-Prosessual Məcəllənin 402.2-ci maddəsinə müvafiq olaraq kassasiya şikayəti verilə biməz. Nəticə
22. Mülki-Prosessual Məcəllənin 263-264, 365, 397.2, 398.0-398.0.1, 400 və 402.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-240/2025 nömrəli, 2025-ci il 4 iyun tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.