Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-4/2020 19.08.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, Mahmudova Taliyə Tofiq qızının katibliyi, İddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(123)-04/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq müəyyən e t d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməs inin xx xxx 2020-ci il tarixli, 22(123)-04/2020 nömrəli qətnaməsi ilə iddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited şirkətinə qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı təşkilatın vəkili və nümayəndəsi Vəkil tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına xx xxxxxx 2019-cu il tarixdə TT**********75530 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olan 21 (iyirmi bir) manatının cavabdehdən alınaraq iddiaçıya qaytar ılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 22(123)-04/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh xx xxxx 2020-ci il tarixli apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(123)-04/2020 nömrəli qətnaməsinin dəyişdirilərək Cavabdeh iddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinə olan düzgün borcun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı iddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin vəkili və nümayəndəsi Vəkil tərəfindən xx xxxx 2020-ci il tarixdə kollegiyaya etiraz ərizəsi göndərilmişdi r. xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin vəkili və nümayəndəsi Vəkil Cavabdeh apelyasiya şikayətindən imtina etməsinə etiraz etmədiyini bildirmiş və apelyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qət namə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinin tələbinə əsasən Cavabdeh apelyasiya şikayətindən imtinasının rədd edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsasların olub-olmaması kollegiya tərəfindən yoxlanılaraq belə əsasların olmaması müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(123)-04/2020 nömrəli nömrəli qətnaməsindən verdiyi xx xxxx 2020-ci il tarixli apelyasiya şikayətindən imtinası barədə xx xxxxxx 2020-ci il tarixli ərizəsi qəbul edilərək ona münasibətdə apelyasiya icraatına xitam verilməli, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən Cavabdeh apelyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərar ver d i: İddiaçı “İtalqold Kuyumculuq Sanayi və Ticarət Limited” şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-2(12 3)-04/2020 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya şikayəti üzrə icraata xitam verilsin. Cavabdeh tərəfindən X2 MR İdarəsinə xx xxxx 2020-ci il tarixdə, 54977 nömrəli qəbzlə, İBAN nömrəsi AZ21NABZ******************** nömrəli hesaba ödənilmiş 15 (on beş) manat dövlət rüsumu cavabdehə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fərman Abbasov Hakimlər: Yusifəli Qurbanov Əhliman Xıdırov
Məhkəmə qərarları › İş №2-2(108)-4/2020
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-4/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver