Məhkəmə qərarları › İş №2-2(108)-4/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-4/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-4/2021 19.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Bağırova Sahilə Hümbət qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)-03/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehiddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyən e t d i: İddiaçı 24 fevral 2020-ci il tarixli iddia əriz əsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh verdiyi 5000 (beş min) manat pulun, habelə ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(078)-335/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 5030 (beş min otuz) manat məbləğində pulun alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(078)-335/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(108)-137/2020 saylı qərardadı ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(078)-335/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş ona mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh 07 oktyabr 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddia tələbi üzrə İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd olunmasını və qarşılıqlı iddia tələbi üzrə İddiaçı 10.000 (on min) manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tut ularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-2(123)64/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, iddia tələbinə “iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbi” çərçivəsində baxılmasının davam etdirilməsi qərara alınmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)03/2021 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi təmin edilmiş, cavabdeh-iddiaçı Cavabdeh 5000 (beş min) manat məbləğdə pulun və 30 (otuz) manat məbləğində dövlət rü sumunun əvəzi alınaraq iddiaçı-cavabdeh İddiaçı qaytarılması, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)03/2021 nömrəli qətnaməsindən narazı qalan cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 22(123)-03/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandır mışdır ki, İddiaçı 2019-cu il may ayının axırlarında onun obyektinə gəlib, ona müraciət edərək binanın 1-ci mərtəbəsinin yarısının - 225 m2 sahəsinin dükan kimi və yan tərəfdə köməkçi tikilən binanı isə anbar kimi ona (İddiaçı) icarəyə verməsini istədiyini, həmin vaxt iddiaçıcavabdehin istədiyi anbarın kirayə verildiyini, İddiaçı ona kirayədə olanları çıxarıb obyekti ona kirayə versə ikisini birlikdə kirayə götürəcəyini dediyini, İddiaçı bir neçə dəfə gəlib istədiyi formada təmir işlərinin aparılıb-aparmadığına nəzarət etdiyini və onun həmin yerlərin başqa bir şəxsə icarəyə verilməməsi üçün 5000 manat beh verdiyini, 2019-cu il avqust ayının 17-də İddiaçı satacağı malların nümunələrini yerləşdirməsini, sentyabr və oktyabr aylarında ondan kirayə almayacağını bildirdiyini, İddiaçı 2019-cu il sentyabr ayının 14-də bir İran vətəndaşı ilə birlikdə gəlib obyektə baxdıqlarını və onlarla nümunələrin necə yerləşməsi haqqında danışıqlarının olduğunu, hətta onlarla ofisin necə yerləşməsi barədə də razılaşdıqlarını, kirayədə olanları çıxarıb arakəsməni sökdüyünü və içərini Yaqubun göstərdiyi qaydada təmir etdiyini, həmin vaxtlarda bir neçə nəfər tərəfindən müraciət olunsa da, həmin yerin behinin alındığına görə oranı kirayəyə vermədiyini, 1-ci mərtəbənin arakəsməsində işlətdikləri materiallara və anbarın təmirinə birlikdə 3200 manat pul xərclədiyini, kirayədən çıxartdığı anbar hissəsinin artıq boş qaldığını və ona 1200 manat ziyan dəydiyini, həmin arakəsmənin yenidən quraşdırılmasına, əvvəlki vəziyyətinə qaytarılmasına 1500 manatdan çox pul lazım olduğunu, dükanının 1-ci mərtəbəsini 9 a ydır icarəyə vermədiyini və oranın boş qaldığını, Yaqubun ona vurduğu ziyanın ümumi məbləğinin 10.000 manatdan çox olduğunu, bütün yuxarıda qeyd etdiklərinin İddiaçıla qarşılıqlı razılaşma əsasında olduğunu və onun təqsiri ucbatından maddi ziyana düşdüyünü, məhkəmə icraatı zamanı mübahisəli obyektə yerində baxış keçirildiyini, qeyd etdiklərinin əyani olaraq hakimə göstərildiyini, yazdıqlarını və göstərərək danışdıqlarını İddiaçı da təsdiq etdiyini, eyni zamanda ərizəsində qeyd etdiklərini təqdim etdiyi şahidlərin də təsdiqlədiyini, onun qarşılıqlı iddiasını tam sübuta yetirdiyini, İddiaçı iddiasının isə tam olaraq əsassız olmasını, əlavə bütün xüsusatların qarşılıqlı iddia ərizəsində ətraflı qeyd olunduğunu, bütün xüsusatların tam aydınlığı ilə ortaya çıxdığını, lakin nədənsə məhkəmənin nə ticədə ədalətsiz qətnamə qəbul etdiyini bu faktları məhkəmə prosesi zamanı qeyd etməyinə və sübut etməyinə baxmayaraq bilərəkdən və bilməyərəkdən onun dediyi faktların nəzərə alınmadığını, qeyd etdiyi halların araşdırılmadığını, apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin, qanun pozuntularının düzgün qiymətləndiriləcəyini, nəticədə qanuni və ədalətli qətnamə qəbul ediləcəyinə ümid etdiyini, eyni zamanda apellyasiya şikayətində Azərbaycan Respublikası MPM–nin 217.3, 218.1, 372.7, 386-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozduğunu, istinad etdiyi qanuna məhəl qoymadan hüququn tətbiq edilməsində səhv buraxdığını, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməməklə qanunu səhv təsvir etdiyini və sübutları düz gün işin hallarına uyğun qiymətləndirmədiyini, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan və yuxarıda qeyd etdiyi bütün faktiki halların araşdırılmadığını və bunun da yeni qətnamənin qəbul edilməsi üçün əsas olduğunu qeyd etmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. 26 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahatında Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)-03/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı 26 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasın dakı izahatında və 19 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasındakı çıxışında apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 22(123)-03/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını kollegiyadan xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbа ycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya apellyasiya şikayətində qeyd olunmuş tərəflər arasında yaranmış münasibətlərlə bağlı dəlillərə məcmu halında qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-c i maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsaslı olub-olmaması məsələsinə yanaşdıqda müəyyən edilir ki, həmin dəlillər əsassızdır və təmin oluna bilməz. Belə ki, cavabdehiddiaçı Cavabdeh müvafiq dəlillərini təsdiq edəcək mötəbər sübutları birinci instansiya məhkəməsinə eyni ilə də kollegiyaya təqdim etməmişdir. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən əmlak kirayəsi və behlə bağlı qarşı tərəflə iddia etdiyi razılaşmalarının məzmunu, şərtləri, müddətləri, tarixləri barədə mötəbər sübutlar təqdim ed ilməmişdir. Eləcə də iş üzrə cavabdeh-iddiaçının iddia etdiyi ona vurulan ziyanla bağlı qarşı tərəfin məsuliyyətinin əsasları hər hansı mötəbər sübutla təsdiq olunmur. Qarşılıqlı iddia üzrə cavabdeh-iddiaçının istinad etdiyi sübutlar və onun öz izahatları ziddiyyətlidir və apellyasiya şikayətində göstərilən dəlillərin əsası yoxdur. Azərbаycаn Rеspublikаsı MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı ona 5000 manat pul verdiyini qeyd etməsi işin mübahisəsiz halıdır. Belə ki, bu faktı Cavabdeh özü birinci instansiya məhkəməsində, kollegiyada verdiyi izahatlarında, eyni zamanda qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində dəfələrlə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsində qeyd olunur ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə ra zılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddət i on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Aydın olduğu kimi birinci instansiya məhkəməsi düzgün olaraq qanunvericiliyin müvafiq normalarına istinad etməklə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh verdiyi 5000 manat pul məbləğini avans kimi qiymətləndirməklə iddiaçıcavabdeh İ ddiaçı iddiasını təmin etmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər geniş, düzgün və qanuni faktlarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin i ş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, buna görə də mübahisənin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətində göstərilən dəlil qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə düzgün qənаətə gəlmişdir. Оnа görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğ undаn cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 22(123)-03/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)-03/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(123)-03/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verild iyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar