Məhkəmə qərarları › İş №2-2(108)-4/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-4/2022

15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-4/2022 15.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(123)-07/2022 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil 07 fevral 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsini, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(123)-07/2022 nömrəli qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödə nilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 21 fevral 2022-ci ildə şikayət ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmənin 10 fevral 2022-ci il tarixli, 2-2(123)-07/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayətə 22 fevral 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsində müəyyən edilmiş qaydada baxılmış, məhkəmənin 22 fevral 2022-ci il tarixli, 22(123)-07/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublik ası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, sözügedən iş üzrə məhkəmə qərardadında göstərilmişdir ki, iddiaçı AR MPM-in 149.2.3-cü maddəsinin tələbinə əməl etməmiş və iddia ərizəsinə tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Lakin, təqdim olunan iddia ərizəsində AR MPM-in 149.2.3-cü maddəsinin tələbinə əsasən tələbin əsası kimi istinad etdikləri fakt və hallara dair sübutların siyahısı göstərilmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh3 Nizamnaməsi, həmçinin Cavabdeh3 2018, 2019, 2020, 2021-ci maliyyə illəri üzrə mənfəət vergisi bəyannamələrini, maliyyə hesabatlarını, bütün valyutalar üzrə hesablarından çıxarışların nüsxələrini və depozi tləri barədə məlumatların əldə edilməsi üçün onlar tərəfindən müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Vergilər İdarəsinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, Kapital Bank ASC-nin Baş İdarəsinə, Kapital Bank ASC-nin Naxçıvan filialına və Cavabdeh3 MMC-yə vəkil sorğuları göndərilməsi və göndərilən hər bir sorğuya verilən cavablar, həmçinin sorğuların cavabsız qalmasına dair məlumatlar əks olunmuşdur. İddia ərizəsində istinad etdikləri cəmiyyətin nizamnaməsindən də göründüyü kimi, nizamnamə kapitalındakı payların bölgüsünə əsasən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı - 10,00 manat, 25%, 10 (on) pay, pul şəklində paya malikdir. Məhz, bu faktın özü də iddia üzrə tələbin əsasını təşkil edən sübutdur və ərizədə cəmiyyətin nizamnaməsi tələbin əsası kim i istinad etdikləri fakt və halları təsdiq edən sübutların siyahısında göstərilmişdir. Digər tərəfdən, AR Mülki Məcəlləsinin 90-1.2-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Hüquqlarını müdafiə etdiyi İddiaçı cəmiyyətin təsisçilərindən biri olmasına baxmayaraq 2018, 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin xalis mənfəətinin bölünməsi barədə cəmiyyətin ümumi yığıncaqlarının keçirilməsi barədə məlumatlandırılmamış, xalis mənfəətin bölüşdürülməsi prosesindən kənarlaşdırılmış və divident almaq hüququndan məhrum edilmişdir. Eyni zamanda, AR MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı da iddia ərizəsində göstərilmişdir. İddianın qiymətləndirilməsi və buna müvafiq dövlət rüsumunun ödənilməsi tələbinə gəlincə, cəmiyyətə və digər 2 təsisçiyə qarşı irəli sürülmüş iddianın qiymətləndirilməsi indiki halda mümkün deyil. Çünki, İddiaçı cəmiyyətin dividentlərinin bölünməsinə dair cəmiyyətin ümumi yığıncaqlarında iştirakdan kənarlaşdırıldığı və divident almaq hüququndan məhrum edildiyi üçün cəmiyyətin xalis aktivləri barədə məlumatsız olmuşdur. Həmçinin, Cavabdeh3 2018, 2019, 2020, 2021-ci maliyyə illəri üzrə mənfəət vergisi bəyannamələrini, maliyyə hesabatlarını, bütün valyutalar üzrə hesablarından çıxarışların nüsxələrini və depozitləri barədə məlumatların əldə edilməsi üçün onlar tərəfindən müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Verg ilər İdarəsinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, Kapital Bank ASC-nin Baş İdarəsinə, Kapital Bank ASC-nin Naxçıvan filialına və Cavabdeh3 MMC-yə vəkil sorğuları göndərilməsinə baxmayaraq, adıçəkilən qurumlar tərəfindən sorğularına lazımi qaydada cavab verilmədiyi üçün iddianın qiymətləndirilməsi mümkünsüz hala gəlmişdir. Buna görə də, məhkəməyə dövlət rüsumu ödənilən zaman qiymətləndirilməyən iddia ərizələri üçün müəyyən edilmiş məbləğ - 100,00 manat ödənilmişdir. Bu iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həmçinin adıçəkilən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində ifadə olunmuş mülkiyyət hüququn un pozulmasına səbəb olur. Qanunvericiliyin normalarından və bu sahədə Avropa Məhkəməsinin mövqeyindən də göründüyü kimi, hüquqlarını müdafiə etdiyi İddiaçıin Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı pay və 2018, 2019, 2020, 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəəti üzrə ona çatası dividentlər İddiaçı mülkiyyətidir və məhkəmə şəxsin təməl hüquqlarının pozulması ilə bağlı işlərə baxan zaman formal mülahizələrdən çıxış edib iddia ərizəsinin qəbul edilməsindən imtina etməməlidir. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22(123)-7/2022 nömrəli iş üzrə çıxarılmış 10 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq belə qənaətə gəlir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində İddiaçı təsisçisi olduğu Cavabdeh3 MMC-in nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsini, 2018, 2019, 2020 və 2021-ci maliyyə ill əri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin iddianın qiymətinin məbləği konkret göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə, əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə görə iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Həmin Məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Kollegiya qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddialara uyğun olaraq müəyyən edilmişdir. İddia tələbi ilə məhkəməyə müraciət edilən zaman qiymətləndirilən iddialar üzrə iddianın qiymətinin göstərilməsi iddia ərizəsi verilərkən ödəniləcək dövlət rüsumunun məbləğinin müəyyən edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən 80 (səksən) manat hissəsini nəzərə alaraq 20 (iyirmi) manat əlavə rüsum ödəməklə ümumilikdə 100 (bir yüz) manat (80+20=100) dövlət büdcəsinə köçürmüşdür. İddiaçı tərəfindən iddianın qiymətinin müəyyən edilməməsi iddia ərizəsi verilərkən ödəniləcək dövlət rüsumunun məbləğinin müəyyən edilməsində də çətinlik yaradır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, cavabdehlərin hər birinə qarşı yönələn tələbi də göstərməmişdir. İddiaçı tərəf Cavabdeh3 Nizamnaməsini, həmçinin Cavabdeh3 2018, 2019, 2020, 2021-ci maliyyə illəri üzrə mənfəət vergisi bəyannamələrini, maliyyə hesabatlarını, bütün valyutalar üzrə hesablarından çıxarışların nüsxələrini və depozitləri barədə məlumatların əldə edilməsi üçün müvafiq olaraq Naxçıvan Muxta r Respublikasının Naxçıvan şəhər Vergilər İdarəsinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, Kapital Bank ASC-nin Baş İdarəsinə, Kapital Bank ASC-nin Naxçıvan filialına və Cavabdeh3 MMC-yə göndərilən vəkil sorğuları və hər bir sorğuya verilən cavabları, həmçinin sorğuların cavabsız qalmasına dair məlumatları iddia ərizəsinə əlavə etsə də, bununla kifayətlənmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən kollegiya İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətində göstərdiyi buna dair dəlillərini də əsassız hesab edir. Koll egiya qeyd edir ki, iddiaçı tərəf 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin hər bi r iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.3.3-cü maddəsinin mənasına görə onun mənfəətini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Cavabdeh3 MMC-nin Nizamnaməsinin: 2.4-cü bəndinə əsasən cəmiyyət iştirakçılarının qoyduqları mayaların tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürül ür. 4.3-cü bəndinə əsasən qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə,... mənfəəti və zərəri bölüşdürmək... cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 12 iyun 2017-ci il tarixli Qərarında göstərilir ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd e tmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdür ülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Yuxarıda göstərilən normalardan da aydın olur ki, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi həmin cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Yəni, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gec ikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ərizəyə məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də kollegiya iddiaçının vəkili-nümayəndəsinin şikayətində göstərdiyi məhkəmənin yalnız formal mülahizələrə görə iddia ərizəsini qəbul etməkdən imtina etməsinə dair dəlilini əsassız hesab edir. Göstərilənlərlə əlaqədar kollegiya qeyd edir ki, İdd iaçı vəkili və nümayəndəsi Vəkil şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunan hallarına və şikayətin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Buna görə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(123)-07/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 395, 397, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Komme rsiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(123)-07/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar