Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-41/2025 28.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e2-2(123)-4/2025 nömrəli qətnaməsindən cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi X15 30 yanvar 2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 29 dekabr 2023-cü il tarixə 20000 (iyirmi min) manat əsas borc, 2325.01 (iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 22325.01 (iyirmi iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın x eyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 10 iyun 2024-c ü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizəsi təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qərardadı ilə e-2-2(123)-165/2024 saylı iş üzrə icraata “tutmanın ilkin satış qiyməti 41000 (qırx bir min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikası nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********43-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2 ünvanında 0.0845 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-165/2024 saylı işə “Cavabdeh2 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 29 dekabr 2023-cü il tarixə 20000 (iyirmi min) manat əsas borc, 2325.01 (iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 22325.01 (iyirmi iki min üç yüz iyirmi beş manat 01 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əll i iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat e kspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləği Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğ Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, ilkin Medias iya Sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadından şikayət verilə bilməsi üçün iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən 10 oktyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı Açıq Səh mdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi və şikayətə prosessual müddət daxilində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-165/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işi üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən tərəfindən verilmiş şikayət əsasl ı olduğundan təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e2-2(123)-165/2024 saylı qərardadının ləğv edilməsi və prosessual müddət daxilində sonrakı prosessual hərəkətin yerinə yetirilməsi qərara alınmışdır. 07 mart 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 vərəsələri Cavabdeh2 və Nümayəndə2 iş üzrə faktiki vərəsə kimi cəlb edilməsi ilə Nümayəndə2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(123)-4/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə Na xçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)165/2024 nömrəli qətnaməsində qeyd olunan “Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi, məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İd arəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməsi, təkrar məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 58,92 (əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğin Cavabdeh2 qalan 1,08 (bir manat səkkiz qəpik) manat məbləğin isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖE N **********) ödənilməsi, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 156,98 (bir yüz əlli altı manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 98,20%-ə mütənasib olaraq 154,15 (bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğinin Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməsi, ilkin Mediasiya Sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh2 alınıb İddiaçı ASC-yə ödənilməsi” barədə qanuni qüvvəsin almış Qətnaməsi üzrə qət edilənlər ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2 və Nümayəndə2 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mülkiyyət hüququ mərhum Cavabdeh1 məxsus olmuş, Cavabdeh1 vəfat etdiyi gündən bugünədək Cavabdeh2 və Nümayəndə2 fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik etdikləri Naxçıvan MR, ünvan 3 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 4100 0 (qırx bir min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi cavabdeh mərhum Cavabdeh1 vəfat etdiyi gündən bugünədək fərdi yaşayış evində yaşamaqla əmlaka faktiki sahiblik edən və işə faktiki vərəsə kimi cəlb edilmiş cavabdehlər Cavabdeh2 və Nümayəndə2 qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e2-2(123)-4/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 23 iyun 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respubli kası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan MR Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli iş üzrə qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib qiymətləndirilməyən sübutlarının sübut qismində qiymətləndirilməsini, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün Naxçıvan MR İqtisadiyat Nazirliyi və X1 müvafiq nümayəndələrin işə cəlb edilməsi və yekunda kredit məbləğindən onların iradəsindən asılı olmayaraq vaxtında istifadə edə bilmədikləri faktı nəzərə alınaraq kredit borcunun ödənilməsində müəyyən vaxt verilməklə İddiaçı ASC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şika yətini onunla əsaslandırmışdır ki, mən-Nümayəndə2 2020-ci ildə məhz bağçılıqla məşğul olmaq məqsədilə müəyyən məbləğ vəsaitlə birlikdə Ordubad şəhərinə gəlmiş, bağçılıq təsərrüfatı ilə məşğul olmanın hüquqi yollarını maraqlandığım zaman bunun üçün mütləq şərt olduğunu öyrənərək həmin ilin dekabr ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında X8 müraciət etmişəm. Müraciətimin nəticəsi kimi 2021-ci ilin may ayında 14 hektar ölçüdə meyvə bağının salınması üzrə 52900 (əlli iki min doqquz yüz) manat dəyərində biznes planı tərtib olunmuş, planın icrası üçün 20 min manat X3 dəstəyi ilə "xxxx" ASC-dən kredit məbləğinin ayrılması, 32900 (otuz iki min doqquz yüz) manat da tərəfimdən öz büdcəm hesabına qarşılanması qərarlaşdırılmışdır. 2025-ci ilin may ayında "xxxx" ASC ilə biznes planına uyğun ol araq bir il yarım güzəşt müddəti olmaqla ümumilikdə 3 il müddətinə 20 min manat məbləğində biznes krediti verilməsinin rəsmiləşməsi baş tutsa da, kreditin verildiyi tarixdə daha yaz mövsümü ağac əkiminin vaxtı ötdüyündən sözügedən banka bu barədə məlumat verdiyim zaman köməklik göstəriləcəyi bildirilmiş, tərəfimizdən də payız əkim mövsümü çatanadək meyvə bağının salınması nəzərdə tutulmuş torpaq sahəsinin əkin prosesinə hazır hala gəlməsi üçün müvafiq işlər görülmüş, ağaclar sifariş edilmişdir. 2021-ci ilin payız ağac əkim mövsümü gəldiyi və ağacəkmə prosesinə başlayacağımız zaman Əmlak Məsələləri Dövlət Xidməti (hadisələr cərəyan etdiyi zaman xidmətin rəsmi adı “Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” idi) tərəfindən heç bir hüquqi əsas olmadan əkin prosesinə “icazə” ver ilməmiş, mənə “sizin sənədləriniz yararsızdır” deyilərək hər hektar üçün 1500 manat olmaqla pul ödəməli olduğum bildirilmişdir. Qeyd etməyim zəruridir ki, həmin məbləğ nağd şəkildə və hər hansı bir rəsmi sənəd olmadan istənildiyindən mənim həmin “icazə pulu”nu ödəməkdən imtina etməyim səbəbindən Xidmət tərəfindən sözügedən torpaq sahəsində iş görməyimizin qarşısı alınmış, çoxsaylı cəhdlərimiz də heç bir işə yaramamış, nəticədə tərəfimdən 03 dekabr 2021-ci il tarixdə kreditor Əmlak Məsələləri Dövlət Komitəsinə özlərinin yaratdığı maneçilik ucbatından ağacları əkə, yəni kredit məbləğini təyinatına uyğun istifadə edə bilmədiyimizi bəyan edən rəsmi müraciət ünvanlanmış, müraciətimizə heç bir rəsmi cavab verilməmişdir. 2021-ci ilin may ayından 2022-ci ilin dekabr ayınadək Xidmət tərəfindən yara dılmış bu qanunsuz maneələr ucbatından bank tərəfindən kredit şərtlərinə uyğun olaraq ayrılmış güzəşt müddətindən təyinatına uyğun istifadə edə bilmədiyimizdən həmin müddətin uzadılması xahişi ilə X4 və "xxxx"ASC-ə etdiyimiz müraciətin nəticəsi kimi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən kreditin restrukturizasiyası barədə razılıq verilmiş, güzəşt müddəti uzadılmışdır (bu barədə məktub sübut qismində əlavə olunmuşdur). Müddətin uzadılması barədə müvafiq razılıq yazılı qaydada verilməsinə baxmayaraq sözügedən bank tərəfindən 2023-cü ilin yanvar ayında kredit borcunun ödənilməsi tələbi ilə Naxçıvan MR Kommersiya Məhkəməsində iddia qaldırmış, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında güzəşt müddəti ərzində kredit məbləğindən təyinatı üzrə istifadə edə bilmədiyimizi faktlar və sübutla rla bildirsəm də, "xxxx" ASC-nin fəaliyyətini dayandırdığı və bütün kreditlərinin İddiaçı ASC-ə yönləndirildiyi üçün məsələmiz ilə bağlı İddiaçı ASC-ə müraciət etməli olduğumuz bildirilmişdir. İş üzrə ən mühüm məqam isə bu müraciəti etdiyimiz zaman sözügedən Bank tərəfindən heç bir hüquqi əsas göstərilmədən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qərarının hüquqi əhəmiyyəti olmadığının bəyan edilməsidir. Bankın fəaliyyətini dayandırması faktının vətəndaşın ziyanına olacaq şəkildə əvvəlki Bankın qəbul etdiyi qərarların tanınmaması ilə nəticələnməsinin yolverilməz olduğunu vurğulamaqla dəfələrlə Naxçıvan MR İqtisadiyat Nazirliyinə, X8 və İddiaçı ASC-ə müraciət etsək də, heç bir nəticə əldə edə bilməmiş, son çarə kimi güzəşt müddəti ərzində kredit məbləğindən təyinatı üzrə istifadə edə bilm əməyimizin səbəbkarı olan və bizdən bir növü rüşvət istəyən, yəni əməlində korrupsiya cinayətinin tərkibi olan Əmlak Məsələləri Dövlət Xidmətinin törətdiyi qanunsuzluqlar barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş X17 vətəndaş qəbulunda iştirak etməklə birbaşa özünə bildirmiş, müraciətimizin nəticəsi kimi AR Baş Prokurorluğu tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublar ünvanlanaraq aidiyyəti üzrə Naxçıvan MR Prokurorluğunda araşdırma aparıldığı və müraciətimizin müvafiq cinayət işinə əlavə edildiyi bildirilsə də, sözügedən cinayət işinin yekunu barədə bu günki tarixədək heç bir məlumat verilməmişdir. Qeyd etməyim zəruridir ki, Xidmətin vəzifəli şəxsi tərəfindən “üstü örtülü” şəkildə rüşvət istənildiyi müvafiq səsyazmalarım mövcuddur və Prokurorluq orqanla rına da bu sübutların mövcudluğu bildirilmişdir. Yuxarıda qeyd etdiyim işin faktiki halları və sübut qismində apellyasiya şikayətinə əlavə etdiyim materiallar Əmlak Məsələləri Dövlət Xidmətinin qanunsuz olaraq “pul əldə etmək” niyyəti ucbatından bizə ayrılmış kredit məbləğindən təyinatı üzrə istifadə edə bilmədiyimiz, sonrakı mərhələdə kredit müddətinin uzadılması barədə restrukturizasiya qərarı olmasına baxmayaraq İddiaçı ASC tərəfindən əsassız olaraq həmin qərarın “tanınmadığı” faktlarını təsdiq etməsinə, tərəfimizdən birinci instansiya məhkəməsində bu barədə ətraflı şəkildə izahatlar verilməsinə, sübutlar təqdim olunmasına və hakimə ərizələr ünvanlanmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən sübutlarımız və iş üzrə əhəmiyyət kəsb edən faktiki hallar nəzərə alınmamış, yaln ız müvafiq kredit müqaviləsinin şərtləri nəzərə alınaraq 20 may 2025ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli iş üzrə Qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində proses davam etdiyi dövrdə işə baxan hakim təqdim etdiyimiz sübutları, habelə X13 və Əmlak Məsələləri Dövlət Xidmətindən nümayəndələrin məhkəmə prosesində iştirak etmələri tələbini ifadə etdiyimiz şifahi vəsatətlərimizi nəzərə almamış, yalnız “sübutları bu şəkildə qəbul etməyim mümkün deyil” ifadəsinin bildirməklə yetinmiş, məhkəmənin yardım etmə vəzifəsinə əməl etməklə kommersiya mübahisələrində sübutların “elektron məhkəmə” portalı vasitəsilə təqdim olunması şərtini izah etməmişdir. Möhtərəm Kollegiya! Apellyasiya şikayətimin yekununda bizim öz halal zəhməti ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar old uğumuzu, fəaliyyətimizi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirdiyimizi, Azərbaycan Respublikasının bir vətəndaşı kimi, ilk növbədə, bağçılıq təsərrüfatının inkişafı istiqamətində dövlətimizin yeritdiyi siyasətə dönməz şəkildə xidmət etdiyimizi, fəaliyyətimiz hesabına Muxtar Respublikanın bağçılıq sahəsində habelə yerli ərik məhsullarının ixracı hesabına iqtisadi sahədə inkişafına əhəmiyyətli dərəcədə və müsbət mənada təsir göstərdiyimizi bəyan edir, iradəmizdən asılı olmayan səbəblərdən (müvafiq orqanın korrupsiya əməlinə cəhd etməsi ucbatından güzəşt müddəti boyunca ağacəkmə prosesini icra edə bilməməyimiz, "xxxx" ASC tərəfindən kredit müddətinin uzadılması barədə qərarın İddiaçı ASC tərəfindən əsassız şəkildə tanınmaması, etdiyimiz çoxsaylı müraciətlərə cavab verilməməsi) müvafiq kredit borcunun ödənilə bilməməsinin bizim hüquq və mənafelərimizə zidd qərarın qəbul edilməsi ilə nəticələnməsinin ədalətli olmadığını və bizə miras qalmış və hazırda da ailə üzvlərimizlə birlikdə yaşamaqda olduğumuz ünvan 5 ünvanında yerləşən evin satılmasını özündə ehtiva edən birinci instansiya məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli iş üzrə Qətnaməsinin qanuniliyinin araşdırılmasının həyati əhəmiyyət kəsb etdiyini və sözügedən Qətnamənin qanuni qüvvəyə minməsinin ailəmiz üçün fəlakət demək olduğunu yüksək diqqətinizə çatdırır, Naxçıvan MR Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli iş üzrə Qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib qiymətləndirilməyən sübutlarımızın sübut qismində qiymətləndirilməsini, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün Naxçıvan MR İqtisadiyat Nazirliyi və X1 müvafiq nümayəndələrin işə cəlb edilməsi və yekunda kredit məbləğindən bizim iradəmizdən asılı olmayaraq vaxtında istifadə edə bilməməyimiz faktı nəzərə alınaraq kredit borcunun ödənilməsində müəyyən vaxt verilməklə "xxxx" ASC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 448.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 10-1.3, 76, 88 və 106.1-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri bar ədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il ta rixli, e-2-2(123)-4/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mü lki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “..apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ni yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.”. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iddia üzrə 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı Kredit müqaviləsinin və 04 may 2021-ci il tarixli, 1 saylı İpoteka müqaviləsinin mövcudluğu işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhd əliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialının müdiri X14 şəxsində, bir tərəfdən (bundan sonra Fond adlanacaq) Naxçıvan MR X2 İdarə Heyətinin sədri X7 və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh2 şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, Kreditor Borcalana bağçılıq təsərrüfatının genişləndirilməsi yönümlü 36 ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində kreditin verilməsini, Borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını öz öhdəsinə götürür. 3.1.3.2-ci bəndindən görünür ki, Bank Borcalan tərəfindən bu müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditin hesablanmış cərimə faizi ilə birlikdə qaytarılmasını Borcalandan vaxtından əvvəl tələb edə bilər. 5.1-ci bəndindən görünür ki, Borcalanın bu müqavilədən irəli gəl ən öhdəliyinin icrasını təmin etmək məqsədilə Borcalan və ya üçüncü şəxslə ipoteka (girov, zaminlik) müqaviləsi bağlanılır. İş materiallarında olan 04 may 2021-ci il tarixli, 1 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə borc alan Cavabdeh2, ipoteka qoyan Cavabdeh1 və ipoteka saxlayan X16 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 0405/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, İpoteka predmeti ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 235.58 kv/m, yaşayış sahəsi 86.83 kv/m, yardımçı sahəsi 148.75 kv/m olan 5 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 41000 manat 00 qəpik (qırx bir min manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin b ağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından aydın olduğu kimi Cavabdeh2 ipoteka qoyan mərhum Cavabdeh1 oğludur (vərəsəsidir) və onun vərəsəlik haqqında şəhadətnaməsi olmamasına baxmayaraq hazırda ipoteka ilə yüklü edilmiş evdə öz ailə üzvləri ilə birlikdə yaşamaqla həmin mirası faktiki ol araq qəbul edib idarə etməkdədir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” 19 iyun 2025-ci il tarixli Qərarında qeyd etdiyi kimi “Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2023-cü il 26 dekabr tarixli Qərarı qəbul edilənədək yaranmış vərəsəlik münasibətləri ilə bağlı isə qeyd olunmalıdır ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan, kreditorların mirası faktiki qəbul etmiş vərə sələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.” “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın Nümayəndə2 münasibətdə isə təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və h esab edir ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarına prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, Nümayəndə2 iş üzrə cavabdeh kimi birinci instansiya məhkəməsində keçirilmiş 07 mart 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 vərəsələri Cavabdeh2 və Nümayəndə2 iş üzrə faktiki vərəsə kimi cəlb edilməsi ilə Nümayəndə2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əsasən Cavabdeh1 məxsus olmuş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 235.58 kv/m, yaşayış sahəsi 86.83 kv/m, yardımçı sahəsi 148.75 kv/m olan 5 otaqlı fərdi yaşayış evi 0405/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi müəyyən olunur. İş materiallarından o da aydın olur ki, ipoteka qoyan Cavabdeh1 22 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Həmçinin, iş materiallarında olan Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli, 5-25-1/2-16/2025 saylı arayışından Cavabdeh1 həqiqətən ünvan 1 ünvanında qeydiyyatda olduğu, xx.xx.2022-ci il tarixdə vəfat etdiyi və onun sağ varislərinin qızı X11, oğlu X18, oğlu X12, oğlu Cavabdeh2 olduğu müəyyən olunur. İş materialları ilə Nümayəndə2, mərhum Cavabdeh1 nəvəsi (Cavabdeh2 oğlu) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci madd əsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən vərəsələrin dairəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir; 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəs ə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki qanunvericiliyinin bu tələbinə əsasən mərhum Cavabdeh1 birinci dərəcəli vərəsəsi hesab edilən Cavabdeh2 sağ olması, Nümayəndə2 Cavabdeh1 münasibətə vərəsə sayıla biləcəyini istisna edir. Buna görə də, Nümayəndə2, girov predmeti olan Naxçıvan MR, ünvan 3 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşadığı səbəbindən mərhum Cavabdeh1 vərəsəsi kimi qəbul edilərək iş üzrə cavabdeh kimi cəlb edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki- prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlid ir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Sadalanlara əsasən kollegiya qeyd edir ki, ipoteka qoyan (xx.xx.2022-ci il tarixdə vəfat etmiş) Cavabdeh1 birinc i növbə vərəsələri sağ olduğu halda, həmçinin iş üzrə cavabdeh X5 cavadeh olması və ipoteka qoyulmuş mənzildə qeydiyyatda olmaqla orada yaşaması, faktiki olaraq mirası qəbul edib idarə etməsi halda nəvənin, yəni Nümayəndə2 vərəsə kimi qəbul edilərək iş üzrə cavabdeh qismində cəlb edilməsi qanuni və əsalı olmadığından birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin X6, cavabdeh ola bilməyəcək şəxsə, münasibətdə təmin edilməsi də düzgün olmayan nəticə kimi qəbul edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli qətnaməsindən verilmişdir və həmin qətnamədə iddia üzrə borc tələbinin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsi ilə əlaqədar məsələ həll edilmişdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbinin borcun tutulmasına dair hissəsi Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-165/2024 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh2 əsas borc üzrə 19.903,02 (on doqquz min doqquz yüz üç manat iki qəpik) manat, faiz borcu üzrə 2.020,23 (iki min iyirmi manat iyirmi üç qəpik) manat olmaqla, ümumilikdə 21.923,25 (iyirmi bir min doqquz yüz iyirmi üç manat iyirmi beş qəpik) manatın alınıb İddiaçı ASC-yə ödənilməsi qət edilib və həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilməmişdir. Hazırda həmin qətnamə 07 yanvar 2025-ci il tarixdə icraaya yönəldilmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardadı ilə icra sənədi üzrə icraat başlanılmışdır. Buna görə də apellyasiya şikayətində qeyd edilən digər dəlillərin müzakirə olunaraq qiymətləndirilməsi mümkün hesab edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxılması zamanı prosessual hüquq normalarının tətbiqində səhvə yol versə də Cavabdeh2 münasibətdə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və buna görə də qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün ola n qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Lakin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh kimi qəbul edilmiş Nümayəndə2 münasibətdə isə yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin normalarının tətbiqində səhvə yol verərək ona münasibətdə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiy a məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli qətnaməsindən cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e-2-2(123)-4/2025 nömrəli qətnaməsi qismən, cavabdeh Nümayəndə2 münasibətdə ləğv edilməli, iddia tələbi Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsində cavabdeh Nümayəndə2 münasibətdə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan h issədə təmin edilməməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 may 2025-ci il tarixli, e2-2(123)-4/2025 nömrəli qətnaməsi qismən, cavabdeh Nümayəndə2 münasibətdə ləğv edilsin. İddia tələbi Naxçıvan MR, ünvan 1 ünvanında 0.0845 ha torpaq sahəsində yerləşən fərdi yaşayış ev inə yönəldilməsi hissəsində cavabdeh Nümayəndə2 münasibətdə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-41/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-41/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver