Məhkəmə qərarları › İş №2-2(108)-42/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-42/2025

08.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-42/2025 08.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Mehdi Ədalət oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-22(123)-93/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 27 yanvar 2025-ci il tarixdə cavabdeh X4 qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməs inə müraciət edərək cavabdeh X2 10000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 120 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artırması ilə müraciət etdiyindən məhkəmə iddia tələbinə cavabdeh X2 26577,50 manatın və dövlət rüsumu olaraq ödənilmiş 169,73 manatın alınaraq iddiaçıya ödənilməsi həddində baxılmasını qərara almışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 22 may 2025-ci il tarixli, e-2-2(123)-93/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e2-2(123)-93/2025 nömrəli qətnaməsi ilə razıl aşmayan İddiaçı 24 iyun 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-93/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərində dəfələrlə ifadə verərək cavabdeh X6 onunla şərik olmaq üçün ona verdiyi 49653.45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) pulu ondan tələb edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmi ş və Sənan Novruzovun iddia tələbi təmin edilmişdir. Bildirir ki, Sənan Novruzov ortaqlıqdan ayrılanda o, Sənan Novruzova 50.000 min manatı aldığı barədə qol çəkib. Bundan sonra o, Sənan Novruzova 10.000 min manat nəğd şəkildə pul qaytarmış və əlavə olaraq hissə hissə 8000 min manat pul qaytarmış bununla bağlı yazılı imzası var. Əlavə olaraq obyektə şərikli qoyduqları (daşınar əşya) 17155 manat yarısı 8577.80 manat olan pulu tələb etsə də cavabdeh bunları etraf etsə də məhkəmə nəzərə almamışdır. Qeyd etmək istəyir ki, X8 MR Kommersiya Məhkəməsində 49653.45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) manat pulu ondan tələb etməsi təmin edilmiş, lakin qətnamədə onun Sənan Novruzova 10.000 min manat və 8000 min manata qol çəkib aldığı və obyektə qoyulmuş 17155 manatın yarısı ola n 8577.80 manat verməyi öz əksini tapsada ümumi borc olaraq 26577.50 manat qeyd olunan 50.000 min manat məbləğdən çıxılmamışdır və bu barədə qiymət verilməmişdir. O pul tələbi barədə iddia qaldırıb sübutları məhkəməyə təqdim etsə də məhkəmə heç bir araşdırma aparmadan iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin məhkəmə qətnaməsində 10.000 min manat, 8000 min manata qol çəkib aldığı və obyektə qoyulmuş 17155 manatın yarısı 8577.80 manat verməyi öz əksini tapsada 50.000 min manat məbləğdən çıxılmamışdır. Məhkəmən in gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. İşin faktiki halları aydınlaşdırılmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən heç bir sübut araşdırılmadan iddia tələbi təmin olunmuşdur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 218.1, 218.3, maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar e dilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-22(123)-93/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2-2(123)93/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırkı halda İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahi ş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Kollegiya ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, özlərinin də ifadə etdikləri kimi, şərikli iş gördükləri zaman ortaya çıxmış və 20162018-ci illəri əhatə etmişdir. İş materialları ilə həmçinin o da müəyyən olunur ki, iddiaçı X3 (hazırkı iş üzrə cavabdeh) cavabdeh X1 (hazırkı iş üzrə iddiaçı) qarşı 49653.45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) pul tələbinə dair iddiası üzrə araşdırma aparılmış yekunda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 22(123)-6/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə müəyyən olu nur ki, iddiaçının mülkiyyətində olan Babək rayonu, Gülşənabad kəndində yerləşən "Körpü” ailəvi restoranını cavabdeh Sənan Novruzov tərəfindən şərik işlətmək barədə təklif olub və o da bu təkliflə razılaşıb. Təklif belə olub ki, cavabdeh Sənan Novruzov ona 50.000 (əlli min) manat pul verməli, kafeni birlikdə işlədib gəliri bölüşəcəkmişlər. 2018-ci ilin sentyabr ayınadək kafeni işlədərək ictimai iaşə xidməti üzrə sahibkarlıq fəaliyyəti göstəriblər. Sonradan aralarında şəriklik münasibətlərində mübahisə yaranıb. Cavabdeh Sənan Novruzov ondan pulunu istəyib şəriklikdən çəkilmək istədiyini bildirib. O da həmin vaxt 10.000 (on min) manat Sənan Novruzova verib. Cavabdeh Sənan Novruzov qeyd edilən 10.000 (on min) manatı ondan almasına dair xx.xx.2018-ci il tarixli özünün imzası ilə təsdiq edilmiş yazılı sənəd ona təqdim edib. Həmçinin o da yadın olur ki, cavabdeh Sənan Novruzov iddiaçı ilə şərik olmaq üçün ona verdiyi 49653.45(qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) pulu ondan tələb edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Sənan Novruzovun iddia tələbi təmin edilmişdir. O isə Sənan Novruzovun ona verdiyi 10.000 (on min) manatı məhkəmə qətnaməsi ilə təmin edilmiş 49653.45 (qırx doqquz min altı yüz əlli üç manat qırx beş qəpik) manatdan çıxacağını düşünüb. Hazırda qeyd edilən tələb üzrə icra sənədi Babək Rayon İcra və Probasiya şöbəsində icra olunmaqdadır. Həmçinin qətnamə ilə o da müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının obyektin təmirinə çəkilmiş 17155 (on yeddi min bir yüz əlli beş) manat xərcin yarısını tə ləb etməsi də həmin iş üzrə müzakirə olunaraq yekun məhkəmə qətnaməsində qiymətləndirilmiş və həmin xərcin bütünlüklə iddiaçı X6 (hazırkı iş üzrə cavabdeh) tərəfindən çəkildiyi müəyyən edilmişdir. Kollegiya iddiaçının iddia tələbinin 8000 (səkkiz min) manat pulun cavabdehdən alınıb ona verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından mübahisəsiz şəkildə aydın olur ki, həmin pul tərəflərin birgə fəaliyyət göstərdikləri dövrdə əldə etdikləri və qarşılıqlı razılıq əsasında bərabər həcmdə bölüşdürülmüş qazancın yarısını əhatə etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında 2016-2018-ci illərdə baş vermiş bütün mübahisələr əvvəlki kommersiya işi üzrə araşdırılmış və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci i l tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə müvafiq qiymət verilmişdir. Həmçinin apellyasiya icraatı zamanı 08 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə verdiyi ifadəsində 8000 (səkkiz min) manat pulun iddiaçı və cavabdehin birgə fəaliyyət göstərdikləri dövrdə əldə etdikləri və qarşılıqlı razılıq əsasında bərabər həcmdə bölüşdürülmüş qazancın yarısı olduğunu doğrulamışdır. İş materiallarında olan cavabdeh X3 29 aprel 2025-ci ildə iddiaçının vəsatətinə yazdığı etirazında iddiaçının tələbinin əsasız olduğunu, iddiaçının obyektə çəkilən xərcin 17155,50 manatın ortaq xərcləndiyini yarsının ona çatmalı olduğu fikiri ilə razılaşmadığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 saylı qətnaməsində obyekti öz vəsaiti hes abına abadlaşdırılmasının bildirildiyini, bu səbəbdən ondan bu hissədə tələbin əsasız olduğunu, əlavə olaraq ona ödənilən 8000 manat kirayədən gələn gəlirin şəriklikdən yaran öhdəlik olduğunu, ona ödənilən 10000 manat pula münasibətdə isə məhkəmənin qətnaməsində İddiaçı “iddiaçıya 10000 manat verdiyini, qalan 49653 manatı isə pandemiya dönəmi olduğundan verə bilmədiyini, qalan 49653 manatı da verəcəyini” bildirdiyinin yer aldığını, İddiaçı özünün borcdan əlavə 10000 manatı ödədiyini təsdiq etdiyini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməyib və hazırda həmin qətnamə icra olunmaq dadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 aprel 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Bu maddənin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar s übut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının preyudisiallığı ilə bağlı bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məh kəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq mü nasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hal, yəni cavabdehin pul məbləğinin ona ödəməli olduğu təkzib olunmuşdur və məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halın təkrar araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh X4 qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2-2(123)-93/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfin dən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2-2(123)-93/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, e2-2(123)-93/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsı n. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar