Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-44/2025 22.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi Nümayəndə5 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı “pul” tələbi, cavabdehiddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 iddiaçı-cavabdeh İddiaçı qarşı “pul” tələbi b arədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(123)-6/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi Nümayəndə5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 28 fevral 2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 göstərdiyi xidmətlərin dəyəri olan 18500 (on səkkiz min beş yüz) manat pulun və dövlət rüsumu qismində ödədiyi 146 (bir yüz qırx altı) manat pulun, ümumillikdə 18646 (on səkkiz min altı yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərarı ilə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə X9 Hüquqi Şəxsi cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan əlavə, e-2-2(123)-384/2024 nömrəli kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X15 və iddiaçının nümayəndəsi Şahid1 05 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nə qaiməsiz v urulan 27449.03 manat və qaiməli vurulan 25924.04 manat dəyərindəki ziyanın müəssisənin bank hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2-2(123)-384/2024 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 nömrəli iş üzrə cavabdehin nümayəndəsi Şahid1 məhkəməyə elektron qaydada vəsatət ünvanlayaraq işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e2-2(123)-275/2024 n ömrəli qərardadı ilə 04 iyul 2024-cü il tarixdə e-2-2(123)-275/2024 nömrəli iş üzrə cavabdehin nümayəndəsi Şahid1 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatət təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 cavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-384/2024 saylı işin, İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı pul tələbi barədə e-2-2(123)-275/2024 nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə e-22(123)-275/2024 qeydiyyat sayının saxlanılması, e-2-2(123)-384/20 24 nömrəli kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməsi məsələsinin həmin iş üzrə məhkəmə iclasında həll edilməsi qərara alınmışdır. e-2-2(123)-384/2024 nömrəli kommersiya mübahisəsinə dair iş üzrə keçirilmiş 09 iyul tarixli məhkəmə hazırlıq iclasında isə 09 iyul 2024-cü il tarixli, e-2-2(123)-384/2024 nömrəli məhkəmə qərardadı ilə məhkəmənin 09 iyul 2024-cü il tarixli, e-2-2(123)-275/2024 nömrəli qərardadı nəzərə alınaraq e-2-2(123)-384/2024 nömrəli iş həmin qərardadla e-2-2(123)275/2024 nömrəli işlə bir icraatda birləşdirildiyindən, e-2-2(123)-384/2024 saylı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(123)-6/2025 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı-cavabdeh İddiaçı (F İN: xxxxxxx, VÖEN: **********) cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X13 (VÖEN: **********) qarşı pul tələbi barədə iddiası qismən əsaslı olduğundan qismən təmin edilməsi, ilkin iddia üzrə borc məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat, doxsan qəpik) manat cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməsi, ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 106,43 (bir yüz altı manat qırx üç qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 alınaraq iddi açı-cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə dövlət rüsumunun artıq ödənilən hissəsi yəni, 2,24 (iki manat iyirmi dörd qəpik) manat məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçı-cavabdeh İddiaçı qaytarılması, təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısının, yəni 50,00 (əlli) manatın ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq 33,41 (otuz üç manat qırx bir qəpik) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan S ağlamlıq Mərkəzi” X8, qalan 16,59 (on altı manat əlli doqquz qəpik) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X10 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməsi, ilkin iddia üzrə iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddia təmin olunmadığından təkrar məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 100,00 (bir yüz) manat məbləğində ekspertiza xərcinin yarısı, yəni 50,00 (əlli) manat məbləği cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 alınaraq X10 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e2-2(123)-4/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi Nümayəndə5 30 iyun 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, apellyasiya ş ikayətinin təmin olunmasını, Naxçıvan MR Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-2(123)-6/2025 nömrəli qətnaməsinin qismən ləğv olunması (ilkin iddiaya münasibətdə), İddiaçı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı “pul tələbi”nin əsasız olduğundan rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh-iddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfimizdən iddiaya dair yazılı etiraz ərizəsində də qeyd etdiyimiz kimi Naxçıvan MR Səhiyyə Nazirliyinin müvafiq kollegiya qərarının olmasını və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13(k) nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi nin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən cərrahi prosedurlar üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği tətbiq edilən tarifin 15%-i həcmində müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanılmış olan xidmət müqaviləsini əsas götürmüş və həmin müqavilənin olması səbəbi ilə ilkin iddianı qismən təmin etmişdir. Halbuki yuxarıda istinad olunan müvafiq qərarla əmək və xidmətin ödənilmə dərəcələri müəyyən edilmiş, ödənilmə dərəcəsinin məbləğinin son həddi də məhz 15% həcmində müəyyən edilmişdir. Bu barədə də məlumat şihafi qaydada hazırki iş üzrə iddiaçı-cavabdehə (müvafiq müqavilə üzrə icraçıya) verilmiş və razılaşdırlmışdır. Yəni AR Mülki Məcəlləsinə görə də müqaviləyəqədərki danışıqlar həm yazılı, həm də şifahi formada aparıla bilər. Yəni müvafiq qərardan sonra müqavilənin müvafiq bəndi kolegiya qərarına əsasən qüvvədən düşmüş və tərəflər arasında yeni razılaşma və yeni öhdəliklər müəyyən edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hissəni nəzərə almamışdır. İşə baxan birinci instansiya məhkəməsi müqavilə tərəfi olaraq Naxçıvan MR Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin müqavilə üzrə öhdəliyini tam icra etmədiyini qeyd etmiş və müvafiq müqavilədən yaranan borcun olması qənaətinə gəlindiyini qeyd etmişdir. Bununla da qəti şəkildə razılaşmaq olmaz. Belə ki, mülki işin materiallarında olan elektron qaimələrdən də bir daha sübut olunur ki, tərəfimizdən müvafiq müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmuşdur. Həmçinin yuxarıda qeyd edildiyi kimi müvafiq kolegiya qərarı ilə də tariflər müəyyən edildikdən sonra da müqavilə öhdəlikləri tam şəkildə icra olunmuşdur. Həmin kolegiya qərarı həm əmək münasibətlərinə, həm də mülki münasibətlərə tətbiq olunmaq üçün nəzərdə tutulmuşdur. Hesab edirik ki, məhkəmə işə düzgün hüquqi qiymət verməmiş, müqavilənin olması ilə kifayətlənmiş, müqavilənin bağlanılmasından sonrakı tərəflər arasındakı danışıq və şifahi razılaşmaları nəzərə almamış, həmçinin kollegiya qərarını da nəzərə almamışdır. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, qətnamənin ilkin iddiaya dair hissəsi apellyasiya qaydasında mübahisələndirilir və tərəflərindən verilmiş iddiaya münasibətdə (birləşdirilmiş icraatda qarşılıqlı iddiaya münasibətdə) qətnamə müb ahisələndirilmir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 14.1, 14.2, 14.2.1, 442 və 448-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı-cavabdeh İddiaçı 22 avqust 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyindən prosesin nümayəndəsi vasitəsilə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdeh-iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üz rə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdeh-iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 202 5-ci il tarixli, 2-2(123)-6/2025 nömrəli qətnaməsinin qismən ləğv olunması (ilkin iddiaya münasibətdə), İddiaçı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı “pul tələbi”nin əsasız olduğundan rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2-2(123)-6/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkə mə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsi ni apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi Nümayəndə5 birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddiaya münasibətdə (İddiaçı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı pul tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə borc məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat, doxsan qəpik) manat cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməsi, i lkin iddia tələbi üzrə iddianın təmin olunmuş 66,81% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 106,43 (bir yüz altı manat qırx üç qəpik) manat məbləği cavabdehiddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X8 alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsi) hissəsini mübahisələndirməklə həmin hissədə qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilə t ərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsin ə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli, 12 saylı Tibbi xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilə, bir tərəfdən Azərbaycan Respublik asının qanunvericiliyinə uyğun təsis olunmuş və fəaliyyət göstərən, baş direktor müavini baş həkim VMİE Şahid3 şəxsində təmsil olunan “X2 Mərkəzi” X15 (bundan sonra “Sifarişçi” adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (VÖEN: **********, şəxsiyyət vəsiqəsi seriya- №19099898, Fərdi identifikasiya nömrəsixxxxxxx) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.2-ci bəndindən görünür ki, İcraçı tibbi xidmətləri müqavilə ilə müəyyən edilmiş qaydada Sifarişçiyə təhvil verir. Sifarişçi isə öz növbəsində İcraçı tərəfindən müqavilənin şərtlərinə uyğun göstərilmiş xidmətləri təhvil alır. Müqaviləyə əsasən tibbi xidmətlərin dəyərini vaxtında və tam həcmdə İcraçıya ödəyir. 1.3-cü bəndindən görünür ki, İcraçı aşağıdakı tibbi xidmətləri göstərir: Sifarişçinin pasiyentlə rinə həkim-cərrah xidmətini icra edir. 4.1-ci bəndindən görünür ki, İcraçı tərəfindən göstərilən tibbi xidmətlərinin dəyərinin vergilər daxil olmaqla 30% -i (bundan sonra “Xidmət Haqqı”) təşkil edir. 4.3-cü bəndindən görünür ki, Sifarişçi tərəfindən Müqavilə üzrə ödənişlər, tibbi xidmətlərin göstərilməsinə dair İcraçı tərəfindən hesabın təqdim edilməsindən və həmin hesabatın Sifarişçi tərəfindən təsdiq edilməsindən etibarən 30 (otuz) bank günü ərzində, yalnız Azərbaycan manatı ilə və İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 4.4-cü bəndindən görünür ki, tibbi xidmətlərlə bağlı olan lazımlı bütün vasitələri, tibbi avadanlıqları və digər tibbi ləvazimatları Sifarişçi tərəfindən təmin edir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, Hüseynov X1 yəni “X2 Mərkəzi” X11 sifarişi ilə tibb xidmətlər, cərrahi xidmətlər göstərmiş və göstərdiyi xidmətin dəyəri əldə olunan gəlirin 30% -i təşkil etmişdir. İş materiallarından aydın olur ki, İddiaçı xidmət göstərdiyi müddətdə əldə olunan gəlirin 30%-i həcmində ödəniş almışdır. Bu hal həmçinin birinci instansiya məhkəməsində şahid kimi dindirilən (tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12 nömrəli tibb xidmətlərinin göstərilməsinə dair müqaviləni sifarişçi-“X2 Mərkəzi” X11 adından imzalayan baş direktor müavini baş həkim vəzifəsini müvəqqəti icra edən) Şahid3 ifadəsi ilə də öz təsdiqini tapmışdır. İş materiallarında olan elektron qaimə-fakturalara əsasən İddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə elektron qaimə-fakturalar təqdim edilmiş, cavabdeh tərəfdən həmin elektron qaimə-fakt uralar heç bir etiraz bildirilmədən qəbul olunaraq, onlar əsasında ödənişlər həyata keçirilmişdir. Bununla əlaqədar ilk olaraq qeyd edilməlidir ki, elektron qaimə-faktura təyinatına görə malların hərəkətini (mədaxilini və məxaricini), işlərin görülməsi və xidmətlərin göstərilməsi faktını özündə əks edən, elektron vergi hesab-faktura isə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verən bir sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən: 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-fa ktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Qeyd olunan normanın tələbinə əsasən təqdim olunduqdan sonra 5 (beş) gün müddətində həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarına əsasən İddiaçı hesabına 54.898,06 (əlli dörd min səkkiz yüz doxsan səkkiz manat altı qəpik) manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Ekspert rəyində ilkin iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X1 1 İddiaçı 2023-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə ödənilməmiş pul məbləği 15434,90 (on beş min dörd yüz otuz dörd manat doxsan qəpik) manat təşkil etmişdir. X5 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025ci il tarixli, 303 nömrəli ekspert rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətində qeyd edildiyi, cavabdeh tərəfin də əsaslandığı “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13(k) nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyin in tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən cərrahi prosedurlar üzrə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği tətbiq edilən tarifin 15%-i həcmində müəyyən edilmişdir” qaydanın məhz həmin müəsissədə əmək müqaviləsi əsasında çalışan işçilərə şamil olunduğu elə qeyd edilən qaydanın özündə öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2019-cu il tarixli, 151 saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin göstərdikləri ödənişli xidmətl ərə görə büdcədənkənar xüsusi hesablarına yığılan vəsaitin 30 faizindən işçilərə stimullaşdırıcı əlavə ödənilməsinə icazə verildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 3-2-4/2-1614/2024 nömrəli məktubunda “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 oktyabr tarixli, 151 nömrəli Qərarının ləğv edilmədiyi bildirilmişdir. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının qüvvəsi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 49-cu maddəsinin İİ, İİİ, İV və V hissələri ilə müəyyən edilir. İddiaçı ca vabdeh müəsissəyə aralarında bağlanmış tibb xidməti müqaviləsi əsasında xidmət göstərmiş, müqavilədə xidmətin dəyəri konkret olaraq əldə olunan gəlirin 30%-i həcmində müəyyənləşdirilmiş, tərəflərlə razılaşdırılmış, tərəflərin imzaları və cavabdeh müəsissənin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda iddiaçı tərəfindən cavabdeh müəsissəyə göstərilən xidmətin dəyərinin 15%-i həcmində müəyyən edilməsi əsaslı sayıla bilməz. Həmçinin cavabdeh-iddiaçının nümayəndəsinin apellyasiya icraatı üzrə məhkəmə baxışı iclasında verdiyi izahatında qeyd etdiyi “ tərəflər arsında bağlanmış tibb xidməti müqaviləsində 30 faizin əldə olunan gəlirin 30 faizi yox onun yarısının 30 faizinin, yəni ümumi məbləğin 15 faizinin icraçıya verilməsi və həmin hissədə tibb avadanlıqlarının, dərman preperatlarının xərci və əməliyyatda iştirak etmiş tibb bacılarının xidmətlərinin qarşılanması nəzərdə tutulur” fikrinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh-iddiaçı tərəf birinci instansya məhkəməsində belə bir dəlillə çıxış etməmiş və ona dair hər hansı bir müzakirə olunub qiymətləndirilməsi mümkün ola biləcək mötəbər sübutunu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdim etməmişdir. Eyni zamanda bu məsələyə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli, 12 saylı Tibbi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.4-cü bəndindən görünür ki, tibbi xidmətlərlə bağlı olan lazımlı bütün vasitələr, tibbi avadanlıqlar və digər tibbi ləvazimatlar Sifarişçi tərəfindən təmin edilir. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surət də aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X12 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər qanuni və əsaslı araşdırma aparıldığından əlavə araşdırma aparılmasına zərurət mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutet mə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması za manı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X6rşı “pul” tələbi, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 iddiaçı-cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(123)-6/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil məməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e-2-2(123)-6/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh-iddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X11 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respubli kası Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli, e2-2(123)-6/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-44/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-44/2025
22.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver