Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-47/2025 25.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(123)-87/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və nümayəndəsi Nümayəndə2 24 yanvar 2025-ci il tarixdə cavabdehlər Cavabdeh 1, Cavabdeh2 və Cavabdeh3 qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 manat məbləğində krеdit bоrcu, 1017.96 manat məbləğində faiz bоrcu və 605.45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 manat, - 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 manat məbləğində krеdit bоrcu, 549.69 manat məbləğində faiz bоrcu və 345.95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 manat, ümumilikdə cəmi 18448 (on səkkiz min dörd yüz qırx səkkiz manat, on qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 145.35 manat məbləğində dövlə t rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 20 iyun 2025-ci il tarixli, e-2-2(123)-87/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 997R********** saylı krеdit razılaşması üzrə 10360.48 (on min üç yüz altmış manat qırx səkkiz qəpik) manat məbləğində krеdit bоrcu, 1017.96 (min on yeddi manat doxsan altı qəpik) manat məbləğində faiz bоrcu və 605.45 (altı yüz beş manat qırx beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11983.89 (on bir min doqquz yüz səksən üç manat səksən doqquz qəpik) manat, 997R********** saylı krеdit razılaşması üzrə 5568.57 (beş min beş yüz altmış səkkiz manat əlli yeddi qəpik) manat məbləğində krеdit bоrcu, 549.69 (beş yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində faiz bоrcu və 345.95 (üç yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464.21 (altı min dörd yüz altmış dörd manat, iyirmi bir qəpik) manat olmaqla ümumilikdə cəmi 18448,10 (on səkkiz min dörd yüz qırx səkkiz manat, on qəpik) manat məbləğində pul, 145.35 (yüz qırx beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 278 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyy ən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e2-2(123)-87/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh (zamin) Cavabdeh2 21 iyul 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-2(123)-87/2025 saylı qətnaməsinin qismən ləğv olunması, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsindən yaranmış ümumilikdə 18448 (on səkkiz dörd yüz qırx səkkiz) manat borcun və dövlət rüsumu üçün ödənilmiş 145,30 (yüz qırx beş manat otuz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçıya müştərək qaydada ödənilməsinə dair iddiasının ona-Cavabdeh2 münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, həmin qarışıq müqavilə üzrə zamin kimi qeyd olunmuş, ayrıca onunla müvafiq bank arasında zaminlik müqaviləsi bağlanılmamışdır. Həmçinin onu da qeyd etmək istəyir ki, o, 18 may 202 3-cü il tarixdən etibarən, yəni müvafiq kredit müqaviləsi imzalandıqdan sonra Cavabdeh1 ilə bütün işgüzar münasibətlərə son qoymuş, hətta o onunla bütün işgüzar münasibətlərə son qoyan zaman birgə işlədikləri müddət ərzində aldıqları dəyəri təxminən 40.000 (qırx min) manat olan mal və materialları işlədikləri yerdə (sahədə) qoyaraq oradan ayrılmış, ayrılan zaman isə Cavabdeh1 kredit borcu sənin borcundur artıq, onu ödəməlisən deyib. Həmçinin o da qeyd olunmalıdır ki, həmin müqavilə üzrə kredit biznes - sahibkarlıq krediti olmuş, məhz həmin şəxs sahibkarlıq fəaliyyəti göstərdiyi üçün, müvafiq bankın tələblərinə cavab verdiyi üçün ona yuxarıda qeyd olunduğu kimi 300.000 (üç yüz min) manat məbləğində kredit xətti açılmış, müvafiq kredit müqaviləsi üzrə 15.000 (on beş min) manat məbləğ də xx.x x.2023-cü il tarixdə hazırki iş üzrə Cavabdeh1 hesabına köçürülmüşdür. Yəni həmin sahibkarlıq krediti məhz Cavabdeh1 sahibkarlıq fəaliyyəti üçün verilmiş (hansı ki, o fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu və hal-hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur) və məhz sahibkarın gəlirləri bank tərəfindən müəyyən olunduqdan sonra bu məbləğin ona verilməsini bank məqsədə uyğun hesab etmişdir. O sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyil və biznes kreditinin ona verilməsi mümkün deyildir. Buna görə də onun zamin kimi sahibkar olmaya-olmaya bu kredit məbləğinə zamin durmağı heç bir halda düzgün deyildir. Yəni o zamin olaraq bu birgə məsuliyyəti daşımağı qanunla da düzgün deyildir. Hesab edir ki, məhkəmə bankla bağlanılmış olan müqavilənin etibarlılıq şərtlərinə də düzgün hüquqi qiymət verməmişdir. Həmçinin onu qeyd etmək istəyir ki, o, 18 may 2023-cü il tarixdə hazırkı iş üzrə Cavabdeh1la bütün işgüzar münasibətlərə son qoymuş, iddiaçı isə onun məlumatı olmadan banka müraciət etmiş, 5568, 67 (beş min beş yüz altmış səkkiz manat altmış yeddi qəpik) əsas, 549, 69 (beş yüz qırx doqquz manat altmış doqquz qəpik) manat fazi borcu və 345,95 (üç yüz qırx beş manat doxsan beş qəpik) cərimə borcu ola-ola və iddiaçı bank bunu bilə-bilə ikinci dəfə 25 oktyabr 2023-cü il tarixli, 997R********** biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən hazırkı iş üzrə cavabeh Cavabdeh1 36 ay müddətinə 1.9167 faiz dərcəsi ilə 6500 (altı min beş yüz) manat ikinci dəfə kredit vermis, lakin bu ikinci dəfə kredit verilərkən onun ümumiyyətlə xəbəri və məlumatı olm amışdır. Həmin məbləğ də hazırkı iş üzrə cavabdehin-Cavabdeh1 rəsmi hesabına köçürülmüşdür. Həmin ikinci dəfə verilmiş kredit barədə onun heç bir məlumatı olmamış, eyni zamanda istər bank, istərsə də, Cavabdeh1 tərəfindən ona heç bir məlumat verilməmiş, onun heç bir istər şifahi, istərsə də yazılı razılığı olmamışdır. İddiaçı bank özü Cavabdeh1 ilə razılaşmış, ilkin müqavilə əsasında ona ikinci dəfə kredit vermiş, onun yazılı razılığı olmadan onu həmin ikinci kredit məbləğinə də zamin kimi qeyd etmişdir. Bu əsaslarla da müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. O hesab edir ki, məhkəmə işi ümumiyyətlə araşdırmamış, iddiaçı ilə bağlanılmış olan müqaviləyə düzgün hüquqi qiymət verməmiş, zaminlik münasibətlərinə ümumiyyətlə münasibət göstərməmişdir. Məlumdur ki, AR Mülki M əcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən zaminlik müqaviləsi imperativ qaydada yazılı olaraq bağlanılması nəzərdə tutulmuşdur. Halbuki bu bəndlər kredit xətti müqaviləsinin daxilində qeyd edilmiş, ayrıca zaminlik müqaviləsi yazılı formada bağlanılmamışdır. İddiaçı bank sadəcə kredit xətti müqaviləsinin daxilində bir və ya iki bəndlə zaminliyə dair müddəa əlavə etməklə kredit vermis və onu da bu əsasla zamin kimi qeyd etmişdir. Halbuki kredit xətti açıldıqdan sonra kredit verilərkən verilən kreditə münasibətdə kredit müqaviləsi rəsmiləşdirilməli, həmçinin veriləcək kredit məbləğinə münasibətdə zaminlik müqaviləsi də ayrıca yazılı formada rəsmiləşdirilməlidir. Onunla bank arasında zaminlik münasibətləri ayrı müqavilə əsasında yaranmamışdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 470, 471, 472, 473, 474, 475, 476, 477-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 Fevral 2023-cü il tarixli Plenum Qərarına istinad edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı daxil olmuş etiraz ərizəsində göstərilmişdir ki, apellyasiya şikayətini qəbul etmirlər, hesab edirlər ki, şikayət əsassızdır və şikayətin dəlilləri formal xarakter daşıyır. Cavabdeh tərəfindən şikayətin əsası kimi zaminlik müqaviləsinin bağlanmaması qeyd edilsə də, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 997L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (bir y üz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Qeyd edilən uzunmüddətli kredit və təminat müqaviləsi adından da göründüyü kimi zaminlik müqaviləsini ehtiva etməkdədir. Belə ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini Banka ödəyə bilmədikdə, zamin, kredit faizi və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavi lə üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Göründüyü kimi uzunmüddətli kredit və təminat müqaviləsi zaminlik müqaviləsini ehtiva etməklə zaminlə yaranan münasibətləri tənzimləyən maddələri özündə cəmləməkdədir. Həmin müqavilənin 13.3-cü bəndinə əsasən imza etməkl ə hər bir Tərəf müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı alduğunu bildirir. Müqaviləni isə Cavabdeh2 zamin kimi imzalamışdır. Həmçinin uzunmüddətli kredit və təminat müqaviləsi kreditin maksimum məbləğini, müddətini və s. müəyyən edir ki, həmin hədlər daxilində cavabdehə veriləcək kreditlər üçün zaminlər öhdəlik daşımaqdadır. Hazırda da verilən kreditlər qeyd edilən hədlər daxilindədir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş hər hansı pozuntuya yol verilməmişdir. Qətnamə qanuni və əsaslıdır. İddiaçının nümayəndəsi sonda məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvə sində saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə görə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(123)-87/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçin in məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: İşin kollegiyada araşdırılmış halları və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsini ona münasibətdə olan hissəsini mübahisələndirməklə həmin hissədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsindən yaranmış ümumilikdə 18448 (on səkkiz dörd yüz qırx səkkiz) manat borcun və dövlət rü sumu üçün ödənilmiş 145,30 (yüz qırx beş manat otuz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçıya müştərək qaydada ödənilməsinə dair iddiasının ona münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan və cavabdehin apellyasiya baxışında verdiyi izahatından da aydın olur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 997R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə götürülmüş 6500 (altı min beş yüz) manatı mübahisələndirir, çünki həmin məbləğ götürülən zaman o zamin kimi müqaviləyə imza etmədiyini, lakin ilk dəfə götürülmüş kredit məbləğinə zamin durmağı öz öhdəsinə götürdüyünü bildirmişdir. Qətnamənin qalan hissələri mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndiri ldiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 03 aprel 2023-cü il tarixli, 997L**********45 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Bank Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat miqdarında sahibkarlıq fəaliyyətini maliyyələşdirmək məqsədi ilə 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 14.3-cü və 14.4-cü bəndlərinə əsasən Cavabdeh3 və Cavabdeh2 zamin hesab olunurlar. Eyni zamanda 03 aprel 2023-cü il tarixli, 997L**********45 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamam ilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.3-cü bəndinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini Banka ödəyə bilmədikdə, zamin, kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilə n kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiv a edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47 0.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kred itor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh şikayətində qeyd edir ki, Cavabdeh1la işgüzar münasibətlərinə son qoyduqdan sonra ona “kredit borcu sənin borcundur artıq, onu ödəməlisən” deyib. Görünür ki cavabdeh ilk dəfə kredit götürülən zaman ayrılmış kredit xəttindən, həmin kredit xəttinin uzunmüddətli olduğundan, verilən məbləğdən, onun ödənilməsi şərtlərindən, kreditin təyinatından xəbəri olmuş və həmin kreditin götürülməsi üçün zamin durmağa öz iradə ifadəsini bildirərək razılığını vermişdir. Həmçinin 03 aprel 2023-cü il tarixdə bağlanmış 997L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsində zamin kimi Cavabdeh2 həmin müqaviləni imzaladığı mübahisəsiz şəkildə öz təsdiqini tapır. Şikayətdə qeyd olunan “O sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəx s deyil və biznes kreditinin ona verilməsi mümkün deyildir. Buna görə də onun zamin kimi sahibkar olmayaolmaya bu kredit məbləğinə zamin durmağı heç bir halda düzgün deyildir. Yəni o zamin olaraq bu birgə məsuliyyəti daşımağı qanunla da düzgün deyildir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh2 vergi məlumatları sorğulanmış və onun adına xx.xx.2008-ci ildə açılmış ********** nömrəli VÖEN hesabı olmuşdur. Bu da onu deməyə əsas verir ki, Cavabdeh2 fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşqul olmuşdur. Zamin durmaq məsələsinə gəldikdə isə yuxarıda da qeyd olunduğu kimi cavabdeh zamin durmağa öz razılığını bildirmişdir. Şikayətdə ifadə olunmuş “ikinci dəfə verilmiş kredit barədə onun heç bir məlumatı olmamış, eyni zamanda ist ər bank, istərsə də, Cavabdeh1 tərəfindən ona heç bir məlumat verilməmiş, onun heç bir istər şifahi, istərsə də yazılı razılığı olmamışdır” dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, Cavabdeh2 yuxarıda da qeyd olunduğu kimi 03 aprel 2023-cü il tarixdə 997L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi bağlanan zaman bağlanan müqavilənin uzunmüddətli olduğunu, ayrılmış kredit xəttinin 300000 (üç yüz min) manat təşkil etdiyini və bunun 120 ay müddətinə bağlandığını bilməsi işin mübahisəsiz halıdır. Cavabdehə kredit müqaviləsi ilə tanış olan zaman ayrılmış kredit xətti çərçivəsində 120 ay müddətində müxtəlif məbləğlərdə kreditin götürüləcəyi məlum olmuşdur. Belə olan halda ikinci dəfə kreditin götürülməsi zamanı cavabdehə hər hansı məlumatın verilməsinə zərurət yaranmamışdı r. Çünki artıq cavabdeh (kredit müqaviləsi üzrə zamin) Cavabdeh2 həmin müqaviləni imzalamaqla razılığını bildirmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh2 6500 manat kredit verilən zaman zamin kimi imza etməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbay can Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki; “...Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllən in 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və y a onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz də rəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət r azılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır;.”. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına istinadən kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 zaminlik məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktı müəyyən olunmur. Belə ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 25 oktyabr 2023cü il tarixli, 997R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasında kreditin faiz dərəcəsi və məbləği, müddəti və kreditin valyutası ilə əlaqədar hər hansı dəyişiklik baş verməmişdir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada q aytarmamış, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər müqavilələdən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X5 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, süb utları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan g öründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birin ci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(123)-87/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2-2(123)-87/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün b ir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1ci maddəsinə uyğun olaraq kommersiya mübahisələrinə dair işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tə rəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Bununla da, Cavabdeh2 apellyasiya şikayətinin predmeti 25 oktyabr 2023-cü il tarixli 997R********** saylı biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə 1.9167 faiz dərəcəsi ilə 32.5 manat komisyon haqqı olmaqla 6500 (altı min beş yüz) manat məbləğində kreditin verilməsi təşkil edtiyindən həmin hissədə kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e2-2(123)-87/2025 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(108)-47/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-47/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver