Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-48/2025 17.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması və borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazı lı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı "20" avqust 2025-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh3 27 oktyabr 2021-ci il tarixli, 4767 nömrəli kredit müqaviləsi üzrə 15429,26 (on beş min dörd yüz iyirmi doqquz manat, iyirmi altı qəpik) manat əsas borc, 6060,73 (altı min altmış manat, yetmiş üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 21489,99 (iyirmi bir min dörd yüz səksən doqquz manat, doxsan doqquz qəpik) manat borc məbləğinin onun xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində yerləşən, ümumi sahəsi 102,1 kvadrat metr, 2 otaqlı fərdi yaşayış evinə 0.2031 hektar torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh3 ona olan 21489,99 (iyirmi bir min dörd yüz səksən doqquz manat, doxsan doqquz qəpik) manat borcun və ödənilmiş 154,47 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4). Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır (iş vərəqə 43-46). Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddia ərizəsinə Cavabdeh2 ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin, həmçinin cavabdehlərə iddia ərizəsinin on a əlavə olunmuş sənədlərlə birlikdə göndərilməməsi, sübutlar siyahısında ipoteka müqaviləsinin göstərilməsinə baxmayaraq iş materiallarına əlavə olunmaması ilə əsaslandırmışdı. İddiaçının nümayəndəsi Nümayəndə 22 avqust 2025-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Məhkəmənin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilməsinə dair müvafiq qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 53-58). Nümayəndə şikayətini əsaslandıraraq qeyd etmişdi ki, iddia ərizəsi məhkəmə tərəfindən əsassız olaraq geri qaytarılmış, səhmlərinin 100 faizi dövlətə məxsus olan İddiaçı Qapalı Səh mdar Cəmiyyətinin məhkəmə müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır ki, bu da yolverilməzdir. Tərəflərindən məhkəməyə iddia verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdi. İddia ərizəsinə əlavə olunmuş sənədlərdə həm iddia ərizəsinin, həm də pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sübutlar mövcuddur və həmin sənədlər iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə portalında yerləşdirilmişdir. Bundan başqa iddia ərizəsinə kredit müqaviləsinin təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh2 arasında 27 oktyabr 2021-ci il tarixli, 4767 saylı sonrakı ipoteka müqaviləsi də əlavə olunmuşdur. Bu sübutlar iş materiallarında vardır. Cavabdeh3 passiv vergi ödəyicisi olduğuna görə vergi sistemi vasitəsi ilə iddia ərizəs i və digər sənədlərin ona göndərilməsi mümkün olmamışdır. Yəni bu səbəbdən vergi sistemi vasitəsi ilə iddianın göndərilməsinə dair sübut əlavə edilməmişdi. Lakin bütün bunları hakim nəzərə almamış, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, özünün subyektiv mövqeyindən çıxış edərək iddia ərizəsini əsassız geri qaytarmış, bununla da iddiaçının məhkəmədə müdafiə olunmaq hüququnu pozmuşdur. Şikayət edən apellyasiya şikayətinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci, prosessual əsası kimi isə Mülki-Prosessual Məcəllənin 152.1.4-ci maddələrinə istinad etmişdi. Kommersiya mübahisəsinə dair iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərardadından aydın olur ki, iddiaçının nümayəndəsinin şika yəti təmin edilməmiş, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 73-74). Şikayət işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasının icraatına "28" avqust 2025-ci il tarixdə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, iddiaçının nümayəndəsi Nümayəndə müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsinin verdiyi şikayəti və ona baxılması ilə əlaqədar araşdırılmış sübutları nəzərdən keçirən kollegiya şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçü n məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Belə ki, həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən prosessual normanın tələbindən də görünür ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, yəni bu hüququn məhdudiyyətə məruz qalması istisna edilmir. Həmin hüquqa olan məhdudiyyətlərdən ən başlıcası isə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etməsidir. Bu şərtlərə gəldikdə i sə onları mülki prosessual qanunvericiliyin normaları əsasında qruplaşdırdıqda, həmin tələblərə iddia ərizəsinin aidiyyətinin düzgün seçilməsi, icraatın başlanmasına səbəb olan prosessual sənədin (ərizənin, iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin) mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtibi, həmçinin ona əlavə edilməsi zəruri olan sənədlərin iddia ərizəsinə əlavə edilməsini aid etmək olar. İş materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsini qanunvericiliklə müəyyən edilmiş sənədl ərin ona əlavə edilməməsi əsası ilə geri qaytarsa da, iddiaçı tərəf həmin məhkəmə aktı ilə razılaşmamış və bunun əsası kimi aşağıdakı dəlilləri qeyd etmişdi: - özünün səhmlərinin 100 faizi dövlətə məxsusdur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludur; - iddia ərizəsinin və pretenziyanın cavabdehlər tərəfindən alınmasına dair sübutlar mövcuddur və həmin sənədlər iddia ərizəsinə əlavə olunaraq elektron məhkəmə portalında yerləşdirilmişdi; - Cavabdeh3 passiv vergi ödəyicisi olduğuna görə vergi sistemi vasitəsi ilə iddia ərizəsi v ə digər sənədlərin ona göndərilməsi mümkün deyil. Bu səbəbdən vergi sistemi vasitəsi ilə iddianın göndərilməsinə dair sübut əlavə edilməmişdi. - 27 oktyabr 2021-ci il tarixli 4767 saylı sonrakı ipoteka müqaviləsi iddia ərizəsinə əlavə olunub. İddiaçı tərəfin şikayətində qeyd etdiyi hər bir dəlilə hüquqi cəhətdən qiymət verərək kollegiya bildirir ki, mülki məhkəmə icraatı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (İ fəsil) öz əksini tapmış prinsiplər əsasında həyata keçirilir. İnzibatiProsessual Məcəllədə inzibati məhkəmə icraatında proses iştirakçılarına yardım etməyin məhkəmənin vəzifəsi kimi müəyyən edilməsi öz əksini tapsa da (maddə 13), mülki məhkəmə icraatı göstərilən prinsip əsasında həyata keçirilmir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə isə mülki işlər və komm ersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Qeyd edilənlərə əsaslanaraq kollegiya iddiaçı tərəfin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ona yardım etməməsinə dair dəlilini əsaslı hesab etmir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının şikayətində qeyd etdiyi digər dəlillərin (ikinci və üçüncü) hüquqi həllinə gəldikdə isə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər; - 149.2-ci və 149.2.4-cü maddələrinin mahiyyətindən görünür ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cav abdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi imperativ (məcburi) qaydada müəyyən edilib; - 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biridir; -150.2-ci maddəsinin tələbinə görə isə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasi təsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli, 1403 nömrəli Fərmanı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Qeyd edilən prosessual hüquq normalarını kommersiya mübahisəsinə dair iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq kollegiya göstərir ki, məhkəmədə qaldırılan kommersiya mübahisəsinə dair iddia tələbi üzrə iddiaçının mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl etməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı ilə Cavabdeh3 arasında bağlanılmış 27 oktyabr 2021-ci il tarixli, 4767 nömrəli kredit müqaviləsinin 8.3-cü bəndinin tələbindən irəli gəlir. Belə ki, həmin müqavilə şərtinə görə kred it müqaviləsinin icrasının gedişində yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir, mübahisə danışıqlar yolu ilə həll edilmədikdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll olunur. İddiaçı tərəf isə verdiyi şikayətində məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl etdiyini, bununla bağlı bildirişi tərəflərə göndərdiyini və həmin sənədləri iddia ərizəsinə əlavə etdiyini bildirir. İddia ərizəsinə əlavə edilmiş sənədləri yoxladıqda aydın olur ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Naxçıvan filialı tərəfindən cavabdehlərə ünvanlanmış 18 iyun 2025-ci il tarixli, 410 və 411 nömrəli bildirişlər tərtib edilmiş və səlahiyyətli şəxs tərəfindən imzalanmışdı (iş vərəqə 40-41). İddiaçı tərəf həmin bildirişlərin qarşı tərəfə təqdim edilməsinin sübutu kimi çatdırılma tarixi 24 iyun 2025-ci il olan iki ədəd sifarişli poçt göndərişinin verilməsinə dair xəbərnamələri iddia ərizəsinə əlavə etsə də kollegiya bildirir ki, tərtib və təqdim olunma baxımından tarixləri bir-birinə yaxın olan sənədləri ehtimala əsaslanaraq birbaşa sözügedən faktın sübut olunması kimi qəbul etmək olmaz. Belə ki, müasir dövrdə bir şəxsin eyni kredit orqanı qarşısında bir neçə fərqli (məsələn: kredit müqaviləsi, yaxud kredit xətti üzrə və s.) öhdəlik daşımasının geniş yayılması nəzərə alındıqda, xəbərnamələrin məhz 18 iyun 2025-ci il tarixli, 410 və 411 nömrəli bildirişlərə aid olmasını müəyyənləşdirmək, onların özündə həmin məlumatları əks etdirən sifarişli poçt göndərişinin siyahısı (reyestr) və ya poçt qəbzləri ilə birlikdə təqdim edilməsi halında mümkündür. Bu qeyd e dilənlərə əsaslanmaqla kollegiya İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 18 iyun 2025-ci il tarixli, 410 və 411 nömrəli bildirişlərin cavabdehlərə göndərilməsini sübuta yetirmiş kimi qəbul etmir. Lakin iddia ərizəsinə əlavə edilmiş 31 iyul 2025-ci il tarixli elektron bildirişdən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh3 münasibətdə mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl edilməsi müəyyən edilir (iş vərəqə 18-19). Bu göstərilənlərə əsasən kollegiya Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadında iddia ərizəsinin geri qaytarılma əsası kimi göstərdiyi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh2 münasibətdə mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl edilməməsi ilə bağlı hüquqi nəticəni düzgün hesab edir. İddia ərizəsinin geri qaytarılması əsası kimi göstərilmiş və iddiaçı tərəfin qəbul etmədiyi digər bir dəlil isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı tərəfindən cavabdehlərə göndərilməməsi təşkil edir. Bununla bağlı kollegiya bildirir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək onun əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilməsi şərti, Mülki-Prosessual Məcəllə ilə mülki məhkəmə icraatında baxılan mülki və kommersiya mübahisəsinə dair işlərdən yalnız sonuncuya münasibətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin mahiyyətindən aydın olur ki, qanunvericilik sahibkar olan cavabdehə qarşı kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə çatdırılması qaydasını, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin olub-olmamasına görə fərqləndirir. Belə ki, əgər cavabdeh olan sahibkarın “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti varsa, elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Hazırkı mübahisə üzrə işdə iştirak edən şəxslərin "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlarından görünür ki, Cavabdeh3 09 dekabr 2004-cü ildə vergi ödəyicisi kimi qeydə alınmış, 27 aprel 2022-ci il tarixdən isə onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti m övcuddur. Digər Cavabdeh2 isə sahibkar olmamaqla yanaşı, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti yaradılmayıb. Belə olan halda iddiaçının Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edənədək yuxarıda qeyd edilən prosessual şərtə əməl etməsi-iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməsi Cavabdeh3 münasibətdə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, Cavabdeh2 münasibətdə isə poçtla göndərilməsi həyata keçirilməlidir. İddiaçı verdiyi şikayətində iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlərə göndərilməsini qeyd etsə də, icraatın başlanmasına səbəb olan prosessual sənədə həmin sübutların əlavə edilməsi müəyyən edilmir. Bu səbəbdən də kollegiya iddiaçının h azırda hüquqi həllindən bəhs edilən dəlillərini əsaslı hesab etmir. İddiaçının sonuncu - 27 oktyabr 2021-ci il tarixli, 4767 saylı sonrakı ipoteka müqaviləsinin iddia ərizəsinə əlavə olunması ilə bağlı dəlilinin hüquqi həllinə gəldikdə isə "Elektron məhkəmə" informasiya sistemində birinci instansiya məhkəməsinə aid "digər sənədlər" bölməsinə daxil edilmiş və sistem tərəfindən avtomatik olaraq 4-cü sıra sayı verilmiş sənədin daxilində olan sənədlərə nəzər saldıqda 27 oktyabr 2021-ci il tarixli, 4767 nömrəli sonrakı ipoteka müqaviləsinin (04 vərəq), Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (01 vərəq) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 02 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (01 vərəq) elektron qaydada iddia ərizəsinə əlavə edilməsi müəyyən edilir. İddiaçı tərəfindən göndərilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin kağız daşıyıcıları əsasında tərtib edilmiş 41 vərəqdən ibarət iş materiallarını "Elektron məhkəmə" informasiya sistemində olan sənədlər üzrə yoxladıqda isə yuxarıda qeyd edilən üç sənədin kağız daşıyıcı şəklində işə əlavə edilməməsi aydın olur. Bu isə onu deməyə imkan verir ki, işi icraatına qəbul edən hakim elektron qaydada hazırlanmış işlə deyil, kağız daşıyıcı formasında tərtib edilmiş işlə tanış olmuş və on un əsasında məhkəmə aktını qəbul etmişdi. Qeyd edilənlərə əsaslanaraq kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etsə də, bildirir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın hərracda satılması və borcun ödənilməsi tələbi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərkən, iddiaçının Cavabdeh2 münasibətdə mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl etməsi, həmçinin iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlərə göndərməsi öz təsdiqini tapmır. Kommersiya mübahisəsinə dair iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət edənədək məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına əməl edilməməsinin, həmçinin iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlərə göndərilməməsinin hüquqi nəticələri isə Mülki-Prosessual Məcəllənin 152.1.4 və 152.1.6-cı maddələri ilə tənzimlənir ki, həmin normalara görə sözügedən hallar iddia ərizəsinin geri qaytarılma əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ko llegiya bildirir ki, qanunların aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Belə ki, hüquqi dövlətdə bütün münasibətlər, hakimiyyət növlərinin sərhədləri, davranışları qanunla tənzimlənməlidir. Sözügedən prinsipin mahiyyətinə görə hər bir kəs vəzifəsindən, səlahiyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq qanunun müəyyənləşdirdiyi norma və tələblərə əməl etməlidir, heç bir kəs özünü qanunlardan yüksəkdə tutmamalıdır. Qanunun aliliyi prinsipi həmçinin mövcud qanunların pozulmasını qadağan edir. Bu prinsip hamının qeyd-şərtsiz qanunlara əməl etməsini tələb edir. Həmin prinsipə görə qanunlar icra edilməsə, ona tabe olunmasa hüquqi dövlətin strukturları formalaşmaz, onun varlığı hiss edilməz. Buna görə də hüquqi dövlətin formalaşması üçün qanunların aliliyini təmin etm ək olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. Bundan başqa qanunçuluq hər kəs tərəfindən normativ-hüquqi aktların dəqiq və dönmədən əməl olunmasında və həyata keçirilməsində ifadə olunan hüquqi rejimdir. Qanunçuluq, əsasən özündə qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsini, qanunların icra edilməsi və onlara əməl olunmasını və qanunların icrasına nəzarətin həyata keçirilməsini ehtiva edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya yekunda belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh3 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlak ın hərracda satılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 22(123)-370/2025 nömrəli qərardadı qanunidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıda kı nəticəyə gəlir: - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməməli; - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin ş ikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərd ə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi Nümayəndə tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-2(123)-370/2025 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixl i, 2-2(123)-370/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2-2(108)-48/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-48/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver