Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-5/2022 06.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 və tərcüməçi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (sədrlik edən hakim E.F.Sal manov) 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı götürülən mallara görə 91.600 (doxsan bir min altı yüz) ABŞ dolları, ondan fabrik və malların icazəsiz olaraq 3 il ərzində istifadə edildiyindən qazancının itməsinə görə 200.000 (iki yüz min) ABŞ dolları tələbi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı böyük sıxıntılar çəkdiyindən, maddi və mənəvi travmalar aldığından, sağlığına ziyan vurulduğundan və ailəsinin dağılmasına səbəb olan bu yaşadıqları üçün 100.000 (yüz min) ABŞ dolları maddi və mənəvi təzminat tələbi əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı və onun vəkili X8 04 avqust 2020-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəmə sinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)02/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 22(108)-1/2021 nömrəli qətnaməsi ilə İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2-2(102)-77/2022 nömrəli Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 24 avqust tarixli, 2-2(108)-01/2021 saylı qətnaməsi qismən – İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində 17 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Vəkil2 Cavabdeh3 vəkili kimi, həmçinin Cavabdeh1 vəkili və nümayəndəsi olmuş X3, İddiaçı vəkili və nümayəndəsi kimi X1 işində iştiraklarına xitam verilmiş, Vəkil2 Cavabdeh1 vəkili və nümayəndəsi kimi kommersiya işinə buraxılmışdır. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 16 iyun 2022-ci il tarixdə apellyasiya şikayətinə qarşı etirazla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsinin qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh3, digər Cavabdeh2 hüquqi varisləri X4, X5, X12 və X9 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq kommersiya işinə qeyd edilən şəxslərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2-2(123)-02/2020 nömrəli qətnaməsinin Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatlarında Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 22(123)-02/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mül ki işdə iştirak edən iddiaçı X10, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil2 izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2-2(102)-77/2022 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 24 avqust tarixli, 2-2(108)-01/2021 saylı qətnaməsi qismən – İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin rə dd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarılmışdır. Yəni, apellyasiya baxışının predmeti iddianın Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dolları məbləğində pul tələbi hissəsi ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İlk olaraq qeyd edilməlidir ki, İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında 2017ci ilin noyabrında bağladıqları barışıq sazişinə əsasən yalnız kommunal xərcləri və vergi ödəməklə həmin obyektdə fəaliyyət göstərməsi üçün razılığa gəldiklərini və bu razılaşmaya əsasən orada fəaliyyətinə davam etdiyini, lakin sonradan istehsal üçün sertifikat ala bilmədiyinə görə altı aydan sonra fəaliyyətinin dayandırdığını bildirmişdir. Bu halın təsdiqi olaraq tərəflər arasında barışıq sazişi bağlanmaqla razılıq əldə edildiyini təsdiq edən 10 noyabr 2017-cil tarixli məhkəmə qərardadı iddiaçının özü tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Bu isə, həmin razılaşmanın nəticəsinin nə olduğundan asılı olmayaraq, öz növbəsində mübahisənin yarandığı dövrdə hazır məhsullarını yığdığı anbarın faktiki sahiblik və istifadə imkanlarının iddiaçının özündə olduğunu bir daha iddiaçının özü tərəfindən mübahisəsiz şəkildə təsdiq edilir. Belə olan halda məhkəmə baxışı zamanı bir daha sübut olunur ki, qeyd edilən obyekt Cavabdeh1 faktiki sahibliyinə keçdiyi vaxt, həmin obyektin əraz isində yerləşən anbarda İddiaçı məxsus hazır məhsul olan şlanqlar mövcud olmamışdır. Həmin hissədə iddiaçı və cavabdehin izahatları da üst-üstə düşür. Bu hal 05 iyul 2022-ci il tarixdə keçirilən son məhkəmə baxışı iclasında iddiaçının özü tərəfindən bir daha təsdiq edimişdir. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı 2017-ci ilin noyabrında bağladıqları barışıq sazişinə əsasən 158400$ (bir yüz əlli səkkiz min dörd yüz) ABŞ dolları dəyərində avadanlıqların və 323 (üç yüz iyirmi üç) top şlanqı götürdüyü zaman həmin anbarda artıq başqa hazır məhsulun olmadığını etiraf edərək, onun mallarının oğurlandığını, oğruların tapılıb cəzalandırılmasını istədiyini bildirmişdir. Hazırkı işdə öhdəliyin əmələ gəlmə əsasının müəyyən edilməməsinə, iddiaçı tərəfindən iddianı təsdiq edən hər hansı sübutun təqdim edilməməsinə, tərəflər arasında, ümumiyyətlə, öhdəlik münasibətlərinin mövcud olmamasına baxmayaraq, öhdəliyin icra edilməsini sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsini əsas gətirərək öhdəliyin icrası üçün cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlmək mümkün deyil. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələr i). Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Qeyd olunan hüquq normasının məzmunundan da məlum olur ki, anbardan götürüldüyü iddia edilən malların dəyərinin 91.600 ABŞ dolları olması və həmin malların konkret olaraq Cavabdeh1 tərəfindən götürülməsinə dair sübutetmə yükü İddiaçı üzərinə düşür. Lakin iddiaçı nə birinci instansiya, nə də apellyasiya qaydasında məhkəmə baxışı iclaslarında bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iş materialları ilə İddiaçı müəyyən müddət həmin anbarda sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq məhsul istehsal etdiyi təsdiq olunur, lakin həmin hazır məhsulların Cavabdeh1 tərəfindən hər hansı bir şəkildə götürüldüyünü təsdiq edəcək sübut mövcud deyil və Cavabdeh1 mülkiyyət hüququ əldə etsə də, həmin anbarların faktiki olarak İddiaçı sahibliyində və istifadəsində olduğu mübahisəsiz şəkildə təsdiq olunur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində 17 iyun 2022-ci il və 05 iyul 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında İddiaçı mübahisə predmetinin yarandığı dövrə aid anbarda hazır məhsul qalığının mövcudluğunu, yəni götürülən malların, onların dəyərinin 91.600 ABŞ dolları olmasına dair sübut əhəmiyyəti daşıya biləcək, “Oba Group MMC”-nin fəaliyyət göstərdiyi dövrə aid maliyyə, vergi hesabatlarının, müəssi sənin balansının, digər mühasibat sənədlərini kollegiyaya təqdim etməsi təklif edilmiş lakin iddiaçı qeyd olunan sənədləri, o cümlədən anbarda olduğunu iddia etdiyi malların dəyərinin 91600 ABŞ dolları olmasını təsdiq edəcək hər hansı sübutu kollegiya təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X18 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya son ola raq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 22(123)-02/2020 nömrəli qətnaməsinin Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair hissədə ləğv edilməsi iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyil. Kollegiya bununla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 22(102)-77/2022 nömrəli Qərarına uyğun olaraq apellyasiya baxışı zamanı iddia tələbi İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair hissəsi araşdırılaraq müzakirə olunmuşdur və digər məsələlərin bu baxış zamanı müzakirə olunaraq qiymət verilməsi kollegiyanın səlahiyy ətləri xaricindədir və prosessual qanunvericiliyin tələbinə görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kollegiya yekunda belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin rədd edilməsi hissəsində təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabə r, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 393, 402, 403, 404-406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti İddiaçı Cavabdeh1 qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin rədd edilməsi his səsində təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-5/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-5/2022
06.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver