Məhkəmə qərarları › İş №2-2(108)-5/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-5/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-5/2023 04.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-6/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı 19 oktyabr 2022-ci il tarixdə elektron qaydada id dia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə (bundan sonra Kommersiya Məhkəməsi) müraciət edərək cavabdehlər Cavabdeh2 və qeyrilərindən müştərək qaydada 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən 12 may 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) "Yelo Bank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat Kommersiya Məhkəməsinin (sədrlik edən Elşən Salmanov) e-2-2( 123)-6/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı borcun tutulması tələbi barədə ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyindən və hakim tərəfindən müəyyən edilmiş müddətdə həmin nöqsanın aradan qaldırılması üçün verilmiş vaxt ərzində heç bir tədbir görülmədiyindən iddiaçının cavabdehlərə qarşı borc tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır”. Şikayətin dəlilləri İddiaçının nümayəndəsi 07 mart 2023-cü il tarixdə elektron qaydada Kommersiya Məhkəməsinə daxil olmuş qeyd olunan qərardaddan şikayətində e-2-2(123)-6/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadın ləğv edilməsi və iddia tələbi üzrə işin məhkəmə icraatının davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, "Yelo Bank” ASC ilə Cavabdeh2 arasında 05 dekabr 2019-cu il tarixdə kredit müqaviləsi, kreditin təminatı olaraq Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə kredit biznes məqsədi ilə verildiyindən və mübahisənin həlli üçün Kommersiya Məhkəməsinə müraciət edilməli olduğundan müvafiq olaraq ilkin mediasiya sessiyasında iştirak edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Cavabdeh2 məxsus VÖEN-ə yer ləşdirilmiş, digər cavabdehlərə isə poçt vasitəsilə göndərilmişdir. Kommersiya mübahisəsi üzrə bütün zəruri prosessual hərəkətlər edildikdən sonra dəfələrlə (xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə) elektron qaydada məhkəməyə müraciət etmişlər. Dəfələrlə elektron sistem (dəftərxananın əməkdaşı) iddia ərizələrini qəbul etməkdən məqsədli imtina etmişdir. Sonuncu dəfə çoxsaylı cəhdləri və şikayətləri nəticəsində, yəni 19 oktyabr 2022-ci il tarixdə iddia ərizələri Kommersiya Məhkəməsinin e2-2(123)-98/2022 saylı qərardadı ilə məhkəmənin icraatına qəbul olunmuş, 14 noyabr 2022-ci il tarixə hazırlıq iclası təyin edilmişdir. Sonra məhkəmənin hazırlıq iclası təxirə salınaraq 25 noyabr və 08 dekabr 2 022-ci il tarixlərə təyin olunmuşdur. 08 dekabr 2022-ci il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək işin icraatı dayandırılmış, iş üzrə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnərək 15 fevral 2023-cü il tarixə təyin edilmişdir. Növbəti hazırlıq iclasında, yəni 28 fevral 2023-cü il tarixdə məhkəmə e-2-2(123)-6/2023 saylı qərardadla işin baxılmamış saxlanılması ilə bağlı qərardad qəbul etmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 149, 150.1.2 və 150.1.3-cü maddələrinin tələblərinə riayət edilmədən iddia ərizəsi vermişdir. Məhkəmə öz qərardadında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə olunmadığını da qeyd etmişdir. M əhkəmə qeyd edilən maddənin tələblərinə riayət edilmədən iddia verildiyindən iddia ərizəsini baxılmamış saxlamışdır. Lakin məhkəmənin qərəzli mövqeyi ilə razılaşmırlar və hesab edirlər ki, məhkəmənin qeyd edilən maddəyə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılması, məhkəmənin birtərəfli mövqedən çıxış etməsinə dəlalət edir və bu hal əsassız olaraq iddialarının baxılmamış saxlanılmasına və süründürməçiliyə səbəb olir. Belə ki, iş üzrə dəfələrlə (beş dəfə) hazırlıq iclası keçirilmiş və hər iclas üçün tərəflərindən Mülki Prossesual Məcəllənin tələbinə əsasən ərizə ilə müraciət olunaraq iştirakları olmadan keçirilməsi xahiş olunmuşdur. Sonuncu iclas üçün də eyni məzmunlu ərizə ilə məhkəməyə elektron sistem vasitəsilə iclas günü 09:10-da (prosesdən 5 dəqiqə əvvəl) müraciət etmişlər, lakin məhkəmə qanunsuz akt tərtib edərək ərizənin məhkəmə iclasından sonra verildiyini bildirmişdir. Bundan başqa bildirirlər ki, işlə bağlı məhkəmə ilə dəfələrlə telefon əlaqəsi yaradılıb, iş üzrə sənədlərin təqdim edilməsi barədə ekspert tərəfindən verilmiş vəsatətin operativ və vaxtında icra olunması üçün işə baxan hakimlə telefon danışıqları aparılıb, ekspertin vəsatətində tələb olunan sənədlər ekspertə göndərilib və bu barədə məhkəməyə məlumat verilibdir. Onu da qeyd edirlər ki, bildirişdə və qərardadda qeyd olunmuş dövlət rüsumunun artıq istifadə olunmuş olması haqqında qeydə əsasən dövlət rüsumu elektron hökumət ödəniş portalında tərəflərindən yoxlanılıb (çıxarış əlavə olunur) və dövlət rüsumunun istifadə olunmadığı aşkarlanmışdır. Bu da o deməkdir ki, əgər bu rüsum istifadə olun muş və ya ödənilməmiş rüsum olsaydı, iddia ərizəsi ilə elektron məhkəmə portalı vasitəsilə məhkəməyə müraciət olunarkən elektron sistem dövlət rüsumuna aid qəbzi qəbul etməkdən imtina edərdi. Məhkəmənin bu əsassız mülahizəsinin də qərəzli olduğunu bir sübut kimi qiymətləndirirlər. Hesab edirlər ki, məhkəmənin formal mülahizələrə görə iddia ərizələrini baxılmamış saxlaması sadəcə süründürməçiliyə səbəb olur. Belə ki, onlar mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməklə məhkəməyə müraciət etmişlər. Məhkəmə isə sırf formal mülahizələrə əsaslanmaqla mülki prosessual qanunvericiliyin tələblərini hərfi qəbul etmiş, məzmununa və mahiyyətinə diqqət yetirmədən, öz qərəzli mövqeyindən çıxış edərək iddia ərizələrini baxılmamış saxlamışdır. Ona görə də hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilərək növbəti prosessual addımlar atılmalıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 150.1-150.1.2. İddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Maddə 259.0-259.0.12. Ərizə... bu Məcəllənin 150.1.2-ci... maddəsində göstərilən sənəd əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanı aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxla yır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 №-li qərarı; Bənd

2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 259.0.1 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Bənd

13. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-in 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Maddə

365. Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat və Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vax tdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması v ə onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayəti kommersiya işinin materialları ilə birlikdə araşdırıb, xronoloji ardıcıllıqla tədqiq edərək aşağıdakıları qeyd edir: İddiaçının cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (o cümlədən 200 manat mediasiya xidməti ödənişinin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı və 4 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzi) xx.xx.2022-ci il tarixdə elektron qaydada Kommersiya Məhkəməsinə daxil olmuş və həmin tarixli qərardadla məhkəmənin icraatına qəbul olunub məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilərək tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ünv anlanan xx.xx.2022-ci il tarixli ərizə ilə hazırlıq iclasının iştirakları olmadan keçirilməsi və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. Həmin iclas təxirə salınıb xx.xx.2022-ci il tarixə təyin olunmuş, iddiaçının nümayəndəsi məhkəməyə eyni məzmunlu xx.xx.2022-ci il tarixli ərizə göndərmiş, növbəti dəfə hazırlıq iclası təxirə salınıb xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi yenidən eyni məzmunlu xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. Həmin qərardad işlə birlikdə xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə müvafiq məhkəmə ekspertizasını n rəyi verilmişdir. xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuş, iddiaçının nümayəndəsinin “məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsi və iddialarının tam təmin olunması barədə qətnamə qəbul olunması” məzmunlu ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iclas təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin olunmuş, iddiaçı və onun nümayəndəsi Nümayəndə1 ünvanlanan və işə baxan hakim tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli bildirişin qeyd hissəsində göstərilmişdir ki, “AZEMİS “Elektron məhkəmə” informasiya sistemindən qəbz haqqında məlumata dair çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş dörd manat məbləğində dövlət rüsumu e-2-2(123)-61/2022 saylı iş üzrə istifadə olunmuşdur. Həmin dövlət rüsumu e-2-2(123)-61/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Buna görə də məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırır ki, həmin qəbz məlumatları bu iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq etmədiyindən dövlət rüsumu ödənilərək, dövlət rüsumunun ödənilməsinə dair həmin qəbz məhkəməyə təqdim edilməlidir. Əks təqdirdə iş baxılmamış saxlanılacaqdır”. Kommersiya Məhkəməsinin dəftərxana müdiri N.İbrahimov və məhkəmə iclas katibi N.Şirəliyeva tərəfindən iddiaçının nümayəndəsinin xx.xx.2023-cü il tarixli “məhkəmə baxışı iclasının iştirakımız olmadan keçirilərək, iddiamızın tam təmin olunması barədə qətnamə qəbul etməyinizi xahiş edirəm” məzmunlu ərizəsinin xx.xx.202 3-cü il tarixə, saat 09:15-ə təyin edilmiş məhkəmə iclasından sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ünvanlandığının müəyyən olunması barədə xx.xx.2023-cü il tarixdə 12 nömrəli akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Həmin qərardad xx.xx.2023-cü il tarixli bildirişin qeyd hissəsində göstərilənlər və “hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin iddiaçı tərəfindən ərizəyə əlavə edilməməsi və hakim tərəfindən müəyyən edilmiş müddətdə həmin nöqsanın aradan qaldırılması üçün verilmiş vaxt ərzində heç bir tədbir görülməməsi” ilə əsaslandırılmışdır. İddiaçı tərəfin xx.xx.2023-cü il tarixli şikayətində isə göstərilmişdir ki, “bildirişdə və qərar dadda qeyd olunmuş dövlət rüsumunun artıq istifadə olunmuş olması haqqında qeydə əsasən dövlət rüsumu elektron hökumət ödəniş portalında tərəfimizdən yoxlanılıb (çıxarış əlavə olunur) və dövlət rüsumunun istifadə olunmadığı aşkarlanmışdır, bu da o deməkdir ki, əgər bu rüsum istifadə olunmuş və ya ödənilməmiş rüsum olsaydı, iddia ərizəsi ilə elektron məhkəmə portalı vasitəsilə məhkəməyə müraciət olunarkən elektron sistem dövlət rüsumuna aid qəbzi qəbul etməkdən imtina edərdi”. Həmin şikayət ərizənin baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə yenidən şikayət verilmiş və həmin şikayətə digər sənədlərlə yanaşı 5 0 manat dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzi əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardadla verilmiş şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. İş materiallarında olan; xx.xx.2023-cü il tarixli şikayətə əlavə olunmuş “qəbz haqqında məlumat”dan görünür ki, Kommersiya Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, (halbuki iddia tələbindən göründüyü kimi hazırkı iddianın qiyməti 37958.61 manatdır) ********* nömrəli qəbzlə xx.xx.2022-ci il tarixdə elektron hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilən 4 manat rüsum istifadə olunmayıbdır. Ko mmersiya Məhkəməsinin (hakim Elnur Hüseynov) e-2-2(123)-61/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından məlum olur ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh6, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı tərəfindən ********* nömrəli qəbz ilə ödənilmiş 4 (dörd) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. “AZEMİS “Elektron məhkəmə” informasiya sistemi üzrə “qəbz haqqında məlumat”a dair çıxarışdan aydın olur ki, ********* nömrəli qəbz istifadə tarixçəsi qrafasında “istifadə olunmayıb, imtina olunmayıb” qeydi olmasına baxmayaraq, həm e-2-2(123)-61/2022 saylı iş, həm də hazırkı iş üzrə verilən iddia ərizələrinə dövlət rüsumunun ödənilmə sini təsdiq edən sənəd kimi əlavə olunmuşdur. Qeyd olunan sənədlərin araşdırılması nəticəsində aşkar şəkildə müəyyən olunur ki, qanuni qüvvədə olan e-2-2(123)-61/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadla xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın tələblərinə əməl etməklə göstərilən məbləğdə dövlət rüsumunun dövlət büdcəsindən qaytarılmasını tələb edə bilər, yəni qeyd olunan qəbzlə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsi iddiaçının iradəsindən asılıdır. İkinci dəfə məhkəməyə müraciət e dilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi həmin qəbzin iddia ərizəsinə əlavə olunması qeyri-qanuni olmaqla yolverilməzdir. Belə olan təqdirdə isə iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət edərkən 4 (dörd) manat dövlət rüsumunu yenidən ödəməli və bu barədə sənədi iddia ərizəsinə əlavə etməli olduğu halda bunu etməmişdir. Kommersiya məhkəməsi tərəfindən bu məsələ iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunduğu xx.xx.2022-ci il tarixdən xeyli müddət keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə aşkar olunmuş, eyni tarixdə iddiaçı və onun nümayəndəsinə ünvanlanmış bildirişdə işə mahiyyəti üzrə baxılması üçün 4 (dörd) manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin məhkəməyə təqdim olunması, əks təqdirdə “işin baxılmamış saxlanılacağı” barədə iddiaçı tərəf xəbərdar edilmiş və hazırlıq iclası təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı isə qeyd olunan məbləğdə rüsumun ödənilməsi barədə sənədi hakim tərəfindən müəyyən edilmiş müddətdə məhkəməyə təqdim etməyərək işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanı aradan qaldırmamışdır. Beləliklə, kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının göstərdiyi dəlillər məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “ərizənin baxılmamış saxlanılması” barədə xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi üçün əsassız dəlillərdir. Birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, iddia ərizəsinin baxılmamış saxlanıl ması barədə qərardad qəbul etməkdə düzgün nəticəyə gəlmişdir və mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərardadı formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də iddiaçının cavabdehlərə qarşı borcun tutulması tələbi barədə iş üzrə Kommersiya Məhkəməsinin e-2-2(123)-6/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-6/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar