Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-5/2025 17.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3, X6 Rəşid oğlu və üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətin ə açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 18 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən 133525,54 (bir yüz otuz üç min beş yüz iyirmi beş min manat əlli dörd qəpik) manat pulun və ödənilmiş 425 (dörd yüz iyirmi beş) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 25 oktyabr 2024cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 133525,54 AZN (bir yüz otuz üç min beş y üz iyirmi beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə (VÖEN-**********) ödənilməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 425 (dörd yüz iyirmi beş) manat məbləğin 423,53 (dörd yüz iyirmi üç manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi, artıq ödənilmiş 1,47 (bir manat qırx yeddi qəpik) manat dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən dövlət büdcəsindən İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Cavabdeh Naxçıvan MR Dövl ət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 22 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) xx.xx.2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi apellyasiya şikayətində bildirmişdir ki, hazırki iş üzrə cavabdeh qismində göstərilən idarənin mülki məsuliyyətinin yaranması üçün istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahi səyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalı idi) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən gö stərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğun u etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki h üquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var idi. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddiaçının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquqpozuntusunu müəyyən edən hüquqi əsaslar müəyyən edilməmişdir. Şəxsin mülki məsuliyyətinin yaranmasını təsdiq edən, onun tərəfindən təqsirli bilinən və hüquqpozuntusu yaradan hərəkət və ya hərəkətsizliyini sübut edən dəlillər aşkar edilmir. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə istinad etmişdir. Apellyator sonda Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilsin edilməsini xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyas ına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması zamanı cavabdehin nümayəndəsi İmanov X8 M uxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilsin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisə ləri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə ə sasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci m addələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə cavabdeh Naxçıvan MR Dövlət Şəh ərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, hər iki təşkilat arasında üzləşmə apararkən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçı MMC-yə 133525,54 (bir yüz otuz üç min beş yüz iyirmi beş manat əlli dörd qəpik) manat borclu olduğunu təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xid mətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 178006,61 (bir yüz yetmiş səkkiz min altı manat altmış bir qəpik) manat dəyərində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görünür ki, İddiaçı tərəfindən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 117923,06 manat dəyərində mallar təqdim edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclasları zamanı cavabdehin nümayəndəsi Nümayəndə3 nümayəndə si olduğu təşkilatın iddiaçı təşkilata borcunun olduğunu etiraf etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı təşkilata olan borcun yaranması səbəblərini göstərsə də, borcun yaranma səbəbinin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranmasını bildirsə də, kollegiya qeyd edir ki, bununla bağlı müvafiq sübutlar təqdim edilməmiş və eyni zamanda həmin dəlillər öhdəliyin icrasını istisna edən dəlillər hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.4-cü maddə sinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunma sı məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşə baxılması ilə əlaqədar zərurət yarandığından iş üzrə müvafiq rəy verilməsi üçün zəruri biliyə malik mütəxəssisin məhkəmə iclasına cəlb olunması məqsədilə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mütəxəssisin məhkəmə baxışı iclasında iştirakı təmin olunmuşdur. X1 xx.xx.2025-ci il tarixli mütəxəssis məsləhəti əsasında müəyyən edilmişdir ki, əlavə dəyər vergisi - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV- nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 339811 nömrəli elektron qaimə faktura və xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 245084 nömrəli elektron-qaimə faktura, eləcə də xx.xx.2023-cü il tarixli üzləşmə aktı üzrə dövlət büdcəsinə olan ƏDV öhdəliyi İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayılır. Naxçıvan MR D övlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər idarəsi tərəfindən İddiaçındən əldə etdiyi (xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 339811 nömrəli elektron-qaimə faktura və xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 245084 nömrəli elektron- qaimə faktura) malların Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üzrə həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya dah a çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mütəxəssis məsləhətindən, eləcə də mütəxəssisin kollegiyada məhkəmə baxışı zamanı verdiyi izahatdan da görünür ki, mübahisələndirilən alğı-satqı əməliyyatları üzrə ƏDV məbləğini məhz İddiaçı ödəməli olduğundan cavabdeh təşkilatın ƏDV-dən azad olunub-olunmaması hər hansı əhəmiyyət daşımır və bununla bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, kollegiya qeyd edir ki, mübahisəli borc məbləğinin ödənilməməsinin səbəbləri barədə olan dəlillər cavabdehin özünün risk dairəsinə aiddir və hazırkı mübahisə üzrə iddiaçı qarşısında öhdəliyin yerinə yetirilməsindən azad etmir. Beləliklə, kollegiya hazırki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kommersiya mübahisəsinə dair işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-425/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(123)425/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-5/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-5/2025
17.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver