Məhkəmə qərarları › İş №2-2(108)-54/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-54/2025

14.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-54/2025 14.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(123)-435/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 17 sentyabr 2025-ci il tarixdə elektron qaydada daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində dividentlərin hesablanması üçün ümumi yığıncağın çağırılması, Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində ona məxsus olan səhmlər 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(123)-435/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində dividentlərin hesablanması üçün ümumi yığıncağın çağırılması, Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində ona məxsus olan səhmlər 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların sa tışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Kapital bank ASC vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 23 sentyabr 2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-435/2025 saylı qərardadının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qə rardadla razılaşmadığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-435/2025 nömrəli qərardadına əsasən iddia tələbində Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınlar qeyd olunsa da, istinad edilən fakt və hallar, həmçinin onları təsdiq edən sübutlar əlavə edilmədiyindən ərizə və ona əlavə edilən sənədlərin geri qaytarıldığını, özünün nəzərdə tutulan çatışmazlığı aradan qaldırıb avtomaşınları qeyd edib, həmçinin istinad edilən fakt və halları və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə edərək müvafiq sənədləri yenidən məhkəməyə göndərdiyini, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-435/2025 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin 5-ci dəfə yenidən ona qaytarıld ığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(123)-435 /2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət əsaslı hesab edilməmiş və şikayət prosessual müddət daxilində baxılması üçün e-2-2(123)-435/2025 saylı iş ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla ərizəçiyə verilmiş şikayətlə bağlı izahatını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, ərizəçi tərəfindən kollegiyaya şikayətə dair izahat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarından görünür ki: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” ATSC-dən “1997-ci ildən b u günə qədər səhmlərinin özünə qaytarılması, adına yazılıb alınan 5 aylıq əmək haqqının alınıb verilməsi, son hesabının işlənmədiyi günlərin əmək haqqının, Kamaz 5511 markalı avtomaşının alınıb ona verilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıv an Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-2(108)-10/2024 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-93/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kollegiya şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-2(123)-435/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi” tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdü rülməsi müəyyən edilə bilər. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürlməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin verilən iddia tələbində Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətində ona məxsus olan səhmlər 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb ödənilməsi qeyd olunsa da, istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd edir ki, cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müddət müəyyən edilməli, nəzərdə tutulmuş müddət daxilində öhdəliklərin icrası təmin edilmədikdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Bel ə ki, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində dividentlərin hesablanması üçün ümumi yığıncağın çağırılması, Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində ona məxsus olan səhmlər 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin ödənilməsini Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətindən xahiş etmişdir. Bundan başqa iddiaçı pretenziya qaydasına əməl etməmişdir. İddia sənədlərinə xx.xx.2025-ci il tarixdə pretenziyanın göndərilməsini təsdiq edən sənəd əlavə etmişdir. Halbuki, pretenziya mək tubunun vergi orqanına göndərilmə tarixi xx.xx.2025-ci il tarix qeyd edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində dividentlərin hesablanması üçün ümumi yığıncağın çağırılmasını qoymaqla tələbində qeyri dəqiqliyə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddiaçı tələbində 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsini qeyd etməklə tələbində qeyri dəqiqliyə yol vermişdir. İddiaçı tələbini dəqiq müəyyən etməklə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Sə hmdar Cəmiyyətində dividentlərin hesablanması üçün ümumi yığıncağın çağırılması, Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Tipli Səhmdar Cəmiyyətində ona məxsus olan səhmlər 2003-cü ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı olması, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Kapital bank ASC vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılmas ı qənaətinə gəlmişdir. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)435/2025 nömrəli qərardadında göstərilən hüquqi mövqeyi ilə razılaşır və işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, əlavə əsaslandırmaya ehtiyac olmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Kollegiya işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-435/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-435/2025 nömrəli, 18 sentyabr 2025ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-435/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar