Məhkəmə qərarları › İş №2-2(108)-57/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-57/2025

14.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-57/2025 14.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və cavabdehin vəkil-nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2025 nömrəli 2025-ci il 13 avqust tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. "Gəmiqaya Şirkəti” MMC (direktoru X21 - sifarişçi) və fərdi sahibkar İddiaçı (podratçı) arasında bağlanmış 19 nömrəli xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Sifarişçi işlərin göstərilməsini sifariş verib podratçıya razılaşdırılmış muzd ödəməyi, podratçı isə sifarişçinin müəyyən etdiyi qaydada "divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vurulması, divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması, divar kağızının vurulması” işlərini görməyi öhdəsinə götürür. 1.2. Göstərilən işlərin həcmi bu müqaviləyə əlavə edilən aktla (və ya aktlarla) müəyyənləşdirilir. Bu müqavilə üzrə muzdun miqdarı müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 3.1. Sifarişçinin vəzifələri: 3.1.1. İşlərin görülməsi üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə "divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vurulması, divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması, divar kağızının vurulması” (material və maşın-mexanizmlə) təmin etmək, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onları podratçının sərəncamına vermək; 3.1.2. İşi qurtardıqdan sonra podratçıdan təhvil almaq; 3.1.3. İcra olunmuş işin dəyərini ödəmək. 4.1. Görülən işlərin həcmi tərəflərin birgə iştirakı ilə müəyyən edilir və işlərin görülməsinə dair muzd müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir və 12 ay müddətində ödəmə həyata keçirilir. 5.2. Bu müqavilədə nəzərdə tutulan "xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci i l” tarixədək işlər 12 ay müddətində icra olunmalıdır.

2. Əlavə olaraq, sifarişçi (direktoru X20) ilə podratçı (fərdi sahibkar İddiaçı) arasında bağlanmış 24 nömrəli xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin müvafiq bədlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Sifarişçi işlərin göstərilməsini sifariş verib podratçıya razılaşdırılmış muzd ödəməyi, podratçı isə sifarişçinin müəyyən etdiyi qaydada “dekorativ boya və aboyun vurulması və boyanması” işlərini görməyi öhdəsinə götürür. 1.2. Göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən aktla (və ya aktlarla) müəyyənləşdirilir. Bu müqavilə üzrə muzdun miqdarı müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 3.1.1. İşlərin görülməsi üçün tələb olunan şəraiti yaratma q, lazım olan vasitələrlə “dekorativ boya və aboyun vurulması” işlərini görmək, (material və maşın-mexanizmlə) təmin etmək, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onları podratçının sərəncamına vermək sifarişçinin vəzifələridir. 3.1.3. icra olunmuş işin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. 4.1. Görülən işlərin həcmi tərəflərin birgə iştirakı ilə müəyyən edilir və işlərin görülməsinə dair muzd müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir və 12 ay müddətində ödəmə həyata keçirilir. 5.2. Bu müqavilədə nəzərdə tutulan "xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il” tarixədək işlər 12 ay müddətində icra olunmalıdır. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı ”) 2023-cü il 17 may tarixdə Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 79.473 manat borcun, "xxxx" ASC-dən götürdüyü 40.000 manat istehlak kreditinin xx.xx.2023-cü il tarixə qədər 13 aylıq faizi 7150 manatın və ödədiyi 400 manat dövlət rüsumunun, ümumilikdə 87.023 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbinin həcminin artırılması ilə bağlı ərizələrlə iddiaçı 2023-cü il 23 avqust tarixdə müraciət edərək tələbin 19.759 manat artırılaraq ümumilikdə 106.782 manatın, 2023-cü il 11 dekabr tarixdə müraciət edərək iddia tələbinin 20.273 manat artırılaraq ümumilikdə 127.055 manatın cavabdehdən alınaraq ona ödənilməsi, 2024-cü il 8 iyul tarixdə ərizə ilə müraciət edərək görülmüş işlərə gör ə ödənilməmiş 131.378,56 manat borcun, "xxxx" ASC-dən götürdüyü 40.000 manat biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19.800 manatın və ödədiyi 400 manat dövlət rüsumunun, ümumilikdə 151.578,56 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə sonuncu ərizədə göstərilən həddə baxılması qərara alınmışdır.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə 19 nömrəli podrat müqaviləsi bağlamış və “təmir dizayner tərtibatçı” olaraq fəaliyyət göstərməyə başlamış, sonra xx.xx.2022-ci il tarixdə yenidən 24 nömrəli podrat müqaviləsi bağlamaqla "xxxx" ASC-dən 40.000 manat pul götürərək işinə davam etmişdir. 2022-ci ilin mart ayının 29-dan iddiaçı öz vəsaiti hesabına işini qurub işçilərinə vaxtı-vaxtında ödənişlər etmişdir. May ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin (bundan sonra - Komitə) əməkdaşı fəaliyyət göstərdiyi obyektə gələrək orada bəzi yoxlamalar aparmış, tərəflərindən aparılan işlərin müqaviləyə uyğun olması müəyyən olunmuşdur. Yoxlamalardan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçının qoyduğu pulu, 22.000 manatı iddiaçıya ödəmişdir. May ayından oktyabr ayına kimi şirkətə məxsus olan obyektdə astar kağız yapışdırılması, məcun, dekorativ künclərin və divarların boyanması, sıradan çıxmış dekorativ künclərin təmiri və yenisi ilə əvəz olunması və digər günlük müxtəlif təmir işləri görülmüşdür. Həmin vaxt Komitənin işçisi Sabit iddiaçının yanında ölçüləri aparmış, ölçüləri k əsir yazdığını ona bildirsə də, o “mən nə yazıramsa budu“ demiş, may ayında görülən işi dekabr ayında görülməmiş kimi qeyd edərək işi ölçüyə salmamışdır.

6. Sonradan cavabdehin əməkdaşı Asəf yenidən ölçüləri apararaq Komitəyə təhvil versə də, ölçülər dəyişdirilməmiş, kəsir olaraq yazılmışdır. İddiaçı işlərin yenidən ölçülərək düzgün qaydada yazılmasını tələb edir.

7. Həmin işlərin görülməsi üçün öz vəsaitindən cəmi 161.557 manat pul xərclənmişdir. Bu məbləğdən 82.084 manatı şirkət iddiaçıya geri ödəmiş, lakin 79.473 manat borc bu günə qədər hələ də ödənilməmişdir. Uzun müddət keçməyinə baxmayarq iddiaçı cavabdehdən pulunu istəsə də, ona bildirilmişdir ki, 3-cü tərəf tərəfindən pul ödənilmədiyindən ona pulunu ödəyə bilmirlər. Lakin onlar müqavilə bağladıqları zaman həmin müqavilədə 3-cü şəx s olaraq Komitənin adı keçməmişdir. Bu müddət ərzində iddiaçı işçilərinin əmək haqlarını və butun tutquları vaxtında ödəmişdir. 8. "xxxx" ASC-dən götürdüyü 40.000 manata görə iddiaçı hər ay 550 manat faiz ödəyir.

9. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 449.1 (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) və 752.1-ci maddələrinə, xx.xx.2021-ci il tarixli 19 nömrəli podrat müqaviləsinin 3.1.3, 4.1, 4.2 və 4.3-cü bəndlərinə istinad etmişdir.

10. Cavabdehin vəkil-nümayəndəsi 2023-cü il 17 iyul tarixdə daxil olmuş iddia ərizəsinə etirazda “müqavilə üzrə öhdəliyin icra müddətinin başa çatmaması səbəbilə iddia tələbinin rədd olunmasını” xahiş etməklə göstərmişdir ki;

1. Cavabdeh “Naxçıvançay vadis ində abadlıq işləri” üzrə dövlət satınalma layihəsində podratçı kimi çıxış edir. Həmin layihənin icrası məqsədilə sifarişçi qismində işlərin görülməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında 19 nömrəli xx.xx.2021-ci il tarixli və 24 nömrəli xx.xx.2022-ci il tarixli podrat müqavilələri imzalanmışdır. a) 19 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən, işlərin icra müddəti xx.xx.2021 xx.xx.2022-ci il aralığında müəyyən edilmişdir. Müqavilə üzrə işlər cavabdeh tərəfindən icra edilmiş, tərəflər arasında xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş işlər ilə əlaqədar “Forma-2” aktı tərtib edilmiş, həmin akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura təqdim etmiş və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 22.003,30 manat ödəniş həyata keçirilmişdir, b) 24 nömrəli müqavilə nin 5.2-ci bəndinə əsasən, işlərin icra müddəti xx.xx.2022 xx.xx.2023-cü il aralığında müəyyən edilmişdir. Müqavilə üzrə işlər cavabdeh tərəfindən icra edilmiş, tərəflər arasında xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş işlər ilə əlaqədar “Forma-2” aktı tərtib edilmiş, həmin akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura təqdim etmiş və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 60.092,75 manat ödəniş həyata keçirilmişdir. c) İddiaçının 19 nömrəli müqaviləyə əlavə etmiş olduğu işlərin siyahısı həmin müqavilənin tərkib hissəsi olmamışdır. Sadəcə birtərəfli qaydada iddiaçı tərəfindən müqaviləyə qoşma şəklində əlavə edilmişdir. İddiaçı tərəfindən iddia tələbində tutulması xahiş edilmiş ödənişi təsdiq edən işlərin yerinə yetirilməsinə dair hər iki tərəf tərəfindən tə sdiqlənmiş hər hansı bir yazılı sübut iş üzrə materiallara əlavə edilməmişdir.

11. Cavabdeh 19 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, bununla da, həmin müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı formada tam yerinə yetirildikdən sonra tərəflər arasında 24 nömrəli müqavilə bağlanmışdır. 24 nömrəli müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq tərəflər arasında işlərin yerinə yetirilməsinə dair akt tərtib edildikdən, buna uyğun hesab-faktura təqdim edildikdən və müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra iddiaçı pul tələbi ilə əlaqədar müraciət edə bilər. Odur ki, müqavilədə öhdəliyin icra müddəti müəyyənləşdirildiyinə görə iddiaçı müddət başa çatanadək onun icrasını tələb edə bilməz.

12. İddiaçı qeyd edir ki, “24 nömrəli podrat m üqaviləsi bağlandıqdan sonra "xxxx" ASC-dən 40.000,00 manat istehlak kredit götürmüş və əldə etdiyi krediti qeyd edilən müqavilə üzrə çəkilmiş xərclərə sərf etmişdir”. İddiaçı ilə cavabdeh arasında 19 nömrəli xx.xx.2021-ci il tarixli və 24 nömrəli xx.xx.2022-ci il tarixli podrat müqavilələri bağlanmışdır. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi “Naxçıvanbank’' ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 625 nömrəli arayışdan da göründüyü kimi, iddiaçı və bank arasındakı kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Yəni müqavilənin bağlanma tarixindən də aydındır ki, iddiaçının əldə etdiyi kredit müqavilə bağlanmamışdan əvvəl əldə edilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə həmin kreditin görülən işlər ilə bağlı çəkilməsini təsdiq edən heç bir sübut y oxdur.

13. Cavabdehin vəkil-nümayəndəsi iddia ərizəsinə etirazda Mülki Məcəllənin 427.1, 442 və 443.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 77.1-ci maddələrinə istinad etmişdir.

14. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2025 nömrəli 2025-ci il 13 avqust tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 112.557,66 manatın alınıb iddiaçıya verilməsi, iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 328,46 manatının cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması, mediasiya xərcinin yarısı olan 200 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən 62,91 manat dövlət rüsumunun artıq ödənilmiş hissəsinin iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissəl ərdə təmin edilməməsi, 13 may 2024-cü il tarixli 3-16-16/2-10/736 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 74,45 manatının cavabdehdən, qalan 25,55 manatının isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra - Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən təqdim olunmuş hesaba ödənilməsi, 17 fevral 2025-ci il tarixli 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olara q 148,90 manatının cavabdehdən, qalan 51,10 manatının isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş hesaba ödənilməsi, 17 fevral 2025-ci il tarixli 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 74,45 manatının cavabdehdən, qalan 25,55 manatının isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş hesaba ödənilməsi qət edilmişdir (hakim Elşən Salmanov).

15. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək bildirir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.20 21-ci il tarixli 19 nömrəli podrat müqaviləsinin və xx.xx.2022-ci il tarixli 24 nömrəli podrat müqaviləsinin bağlanması, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 22.003,30 manat və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 60.092,75 manat pulun cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi hər iki tərəf tərəfindən qəbul olunduğundan işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

16. Məhkəmə bildirir ki, iddia ərizəsində qeyd olunanlar, iş materiallarında olan sənədlər, tərəflərin izahatları, şahid ifadələri, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyləri nəzərə alınmaqla iddia tələbinin qismən əsaslı olduğu məlum olur. Belə ki, ilk öncə i ş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizalarının nəticəsi olaraq məhkəməyə təqdim olunan ekspert rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir...

17. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-6/2024 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinin nəticəsi ilə, həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(123)-6/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlı q ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinin nəticəsi ilə məhkəmə qismən razılaşır. Belə ki, iddiaçıya ödənilən pul məbləği 82.000 deyil, 82.096,05 manatdır. Həmin ekspert rəyləri ilə işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194.653,71 manat olduğu, həmçinin işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən müəyyən edilən 194.653,71 manatdan 82.096,05 manat çıxıldıqdan sonra 112.557,66 manat qalıq müəyyən olunduğu təsdiq edilir.

18. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli e-2-2(123)-86/2023 nömrəli qərardad ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy ilə məhkəmən in xx.xx.2023-cü il tarixli e-2-2(123)-86/2023 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy arasında ziddiyət olduğundan, həmin ziddiyətin aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli e-2-2(123)-6/2024 nömrəli qərardadla təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş rəy ilə məhkəmə qismən razılaşır...

19. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən "Naxçıvançay vadisi” istirahət mərkəzində görülən işlər barədə cədvəllər sadəcə birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edildiyindən və həmin cədvəlləri təsdiq edən hər iki tərəfin imzaları olmadığından məhkəmə həmin cədvəlləri mötəbər sübut hesab etmir.

20. Bundan əlavə, cavabdehin vəkilinin məhkəmə iclaslarındakı izahatlarında bildirdiyi onların "hələ də müqavilənin olub-olmadığını müəyyən edə bilmədiklərini” ifadəsi ilə bağlı məhkəmə bildirir ki, məhkəməyə təqdim olunmuş podrat müqavilələri hər iki tərəf, podratçı və sifarişçi tərəfindən imzalanmış və möhür vurulmaqla təsdiq edilmiş, həmin müqavilələrə əsasən iş materiallarında olan sənədlərə görə 82.096,05 manat pul ödənilmişdir. Odur ki, tərəflər arasında podrat müqavilələrinin mövcudluğu və həmin müqavilələrə əsasən tərəflərin öhdəliklərinin müəyyən olunması təsdiq olunur (podrat müqavilələrinin 1.1 və 1.2-ci bəndləri).

21. Məhkəmə bildirir ki, podratçı tərəfindən işlər görüldükdən sonra sifarişçi tərəfindən həmin işlərin ölçülərək təhvil alınmaması podratçı tərəfindən işlərin görülməsini inkar edə bilməz. Belə ki, iddiaçının məhkəmə iclaslarındakı izahatlarından məlum olur ki, iddiaçı işlərin təhvil alınması üçün cavabdeh tərəfə müraciət etsə də, cavabdeh tərəf işləri təhvil almamış və akt tərtib etməmişdir ki, bu da müqavilədən irəli gələn öhdəliklərin iş üzrə cavabdeh olan sifarişçi tərəfindən pozulması deməkdir.

22. Belə ki, 24 iyul 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı işləri hər iki müqavilə üzrə dekabr ayının sonunda təhvil verdiyini, cavabdeh tərəfin ona “otaqları gör bitir” dediyini, ora qədər olan hissədə otağı bitirib təhvil verdiyini, amma ölçülüb qurtarılıb təhvil alınmadığını, onun 2022-ci il dekabr ayında işini görüb qurtardığını, qurtarandan sonra Volkan Özer, X22 və Sabit adlanan şəxsin gəldiklərini, baxdıqlarını, ölçdülər dediklərini və “sənin ölçün budu” dediklərini, onun da “ölçülər ç ox aşağıdır, düz gəlmir” dediyini, sonra cavabdeh tərəfin ona “martda sən gəl, sənin aktını yazıb təhvil verəcəyik” dediyini, martda işə başlamağa gələcəyini, şirkətlərin bu hala düşəcəyini bilmədiyini göstərmişdir.

23. İddiaçı tərəfindən cavabdehdən tələb olunan "xxxx" ASC-dən götürdüyü 40.000 manat biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19.800 manat pulun” alınması tələbi ilə bağlı məhkəmə bildirir ki, əvvəla, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kredit müqaviləsindən və bank tərəfindən verilmiş arayışdan məlum olur ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi 29 mart 2021-ci il tarixdə, yəni iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli 19 nömrəli podrat müqaviləsindən 5 ay 24 gün əvvəl bağlanmışdır. Bu da onu deməyə əsas verir ki, id diaçı cavabdehlə podrat müqaviləsi bağlamamışdan 5 ay 24 gün əvvəl həmin müqavilənin bağlanacağını ehtimal edib həmin məqsədlə bankdan kredit götürə bilməz. Həmin kreditin nə məqsədlə istifadə edilməsinə gəldikdə isə iddiaçı tərəfdən həmin pul məbləğinin podrat müqaviləsindən irəli gələn münasibətlər üçün xərcləndiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə, iddiaçı tərəfindən cavabdehdən tələb olunan "xxxx" ASC-dən götürdüyü 40.000 manat biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19.800 manatın” alınması tələbi əsassız olduğundan və həmin tələbi təsdiq edən heç bir sübut olmadığından tələbin təmin edilməməsi qənaətindədir.

24. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabde hdən 112.557,66 manat alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Hazırkı işdə iddia tələbi üzrə iddianın qiyməti 151.178,56 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 441,18 manat olaraq müəyyən edilir. İddianın təmin olunacağı 74,45% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 328,46 manatı cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın təmin olunmamış 25,55% hissəsinə mütənasib olaraq 112,72 manat dövlət rüsumu iddiaçıya aid edilməli idi, lakin iddiaçı "Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. X7 sonra prosesin davam etdirilməməsi barədə 08 may 2023-cü il tarixli Q-581 nömrəl i arayışdan məlum olur ki, 03 may 2023-cü il tarixdə keçirilən İMS-də iddiaçı və cavabdehin nümayəndəsi iştirak edərək iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən, iddiaçı ilkin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir... Hazırki tələb üzrə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etdiyindən və İMS-in keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməli və mediasiya xərcinin 200 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən İMS-in keçirilməsinə görə ödənilən 400 manatdan sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr verilərkən cəmi 104,09 manat, yəni dövlə t rüsumu olaraq ödəməli olduğu 41,18 manatdan artıq pul ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən artıq ödənilmiş 62,91 manat dövlət rüsumunun artıq olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, iddianın təmin olunmuş 74,45% hissəsinə mütənasib olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi ilə bağlı verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/736 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 manat ekspertiza xərcinin 74,45 manatı cavabdehdən, qalan 25,55 manatı iddiaçıdan, xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 200 manat ekspertiza xərcinin 148,90 manatı cavabdehdən, qalan 51,10 manatı iddiaçıdan, xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 100 manat ekspertiza xərcinin 74,45 manatı cavabdehdən, qalan 25,55 manatı iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab ödənilməlidir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələri nə, Mülki Məcəllənin 6.2, 14.1, 14.2 və 14.2.1, 385.1, 386.1, 442, 448.1, 752.1, 753.1 və 760.2-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 102.2, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 115.0-115.0.1, 119.1, 217.5, 218.1 və 220.4-cü, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.4-cü və 9.1-1-ci, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 36.5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Yvon Fransaya qarşı” iş (&37) və “X9rşı” iş üzrə 2010-cu il 16 fevral tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

27. İddiaçı 2025-ci il 26 sentyabr tarixdə apellyasiya şikayəti və 2025-ci il 14 noyabr tarixdə apellyasiya şikayətinə əlavə verərək e-2-2(123)-1/2025 nömrəli, 2025-ci il 13 avqust il tarixli qətnamənin iddia tələbinin təmin edilməyən hissəsinin dəyişdirilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh apellyasiya şikayəti ilə müraciət edərək e-2-2(123)-1/2025 nömrəli, 2025-ci il 13 avqust il tarixli qətnamənin tamamilə ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçının apellyasiya şikayəti üzrə

29. İşin halları üzrə - məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 19 nömrəli və xx.xx.2022-ci il tarixli 24 nöm rəli podrat müqavilələrində və “Forma-2” aktında görülən işlərə görə tərəflər arasında əvvəlcədən razılaşdırılmış qiymətlər mövcud olmasına baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq ekspert qarşısında düzgün olmayan sual qoyulmaqla görülən işlərin qiyməti barədə rəy verilməsinin tələb edilməsi əsassız və qanunsuz olmuşdur. Çünki tərəflər arasında bundan əvvəl iş görülmüş, görülən işin həcminə uyğun olaraq qiymətlər müəyyən edilmiş və “Forma-2” aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən isə həmin aktlara uyğun olaraq iddiaçıya 82.084 manat ödəniş edilmişdir. Lakin sonradan dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən əlavə görülən işlərin həcmi və dəyəri ilə əlaqədar “Forma-2” aktı tərtib edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən görülən işlərin dəyərini müəyyən etm ək üçün ilkin “Forma-2” aktında göstərilən qiymətlərlə hesablanmalı olduğu halda ekspert tərəfindən bazar qiymətlərinə uyğun olaraq qiymət müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehdən tələb olunan "xxxx" ASC-dən 40.000 manat biznes kreditinin götürülməsinə əsas cavabdehlə xx.xx.2021-ci il tarixindən əvvəl şifahi razılaşmalarına əsasən gələcəkdə “Naxçıvançay vadisi” istirahət mərkəzində görüləcək işlər üçün tikinti materiallarının alınması və işçi qüvvəsinin əmək haqlarının ödənilməsi olmuşdur. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq ödəniş edilmədiyindən, həmin kredit məbləği işçilərin əmək haqlarına və görülən işlərə görə tikinti materiallarının alınmasına xərclənmişdir. Birinci instansiya məhkəməsində şahid kimi dindirilən Mikayıl Məjlumov öz ifadəsində gös tərmişdir ki, iddiaçı tərəfindən onların əmək haqları bankdan götürülmüş kredit hesabına təmin edilmişdir. Həmçinin məlum olduğu kimi sözügedən kreditin təyinatı biznes krediti olmuş, cavabdehlə aralarında bağlanan müqavilə üzrə görüləcək işlərə yönəldilmişdir.

30. Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 448.1, 752.1, 753.1 və 760.2-ci maddələri üzrə - qeyd edilən maddi hüquq normalarının təfsiri onu deməyə əsas verir ki, cavabdehlə iddiaçı arasında görülən işlərin dəyəri mübahisə edilməyən “Forma-2” aktında göstərilən qiymətlər üzərindən hesablanaraq ödənilməlidir.

31. Mülki-Prosessual Məcəllənin 80, 88 və 103.1-ci maddələri üzrə - iddia ərizəsində tələbinin əsası olaraq göstərdiyi faktiki hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, podrat müqavilələrində görülən işlə r üzrə cavabdeh tərəfindən 22.003,30 manat və 60.092,75 manat ödəniş edilmişdir. Müvafiq işlərin qiymətləndirilməsinə dair “Forma-2” aktı tərtib edilmiş, o, həmin aktda qeyd edilən məbləğlərlə razılaşdığını bildirmiş, lakin məhkəmə xx.xx.2024-cü il tarixli e-2-2(123)6/2024 nömrəli qərardadla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinin nəticəsində göstərilən rəqəmlə kifayətlənmiş, “Forma-2” aktında göstərilən qiymətlər nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə tərəfindən düzgün olmayaraq bankdan götürdüyü kredit vəsaitinin qeyd edilən tikinti obyektində müvafiq işlərin görülməsində sərf edilmədiyi qənaətinə gəlinmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə

32. İş in halları üzrə - iddiaçı tərəfindən cavabdehə qarşı görülmüş işlərin dəyərinin ödənilməsi tələbi ilə iddia qaldırılmış, lakin iş materiallarından göründüyü kimi, iddiaçı təqdim etdiyi sübutlarla iddiasını təsdiq edə bilməmişdir. İddiaçının təqdim etdiyi akt hər iki tərəf tərəfindən imzalanmamış, möhürlənməmiş və yalnız surət formasında təqdim olunmuşdur. Bu səbəbdən həmin akt mötəbər sübut hesab edilə bilməz. Əksinə, cavabdeh tərəfindən qeyd olunmuşdur ki, tərəflər arasında görülmüş işlərə dair iki akt imzalanmış, işlər təhvil alınmış və ödənişlər həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi akt məhkəmə tərəfindən də mötəbər olmayan sübut kimi qiymətləndirilmiş, buna baxmayaraq, məhkəmə həmin işləri müqavilə üzrə görülmüş işlərə aid etmişdir. İddiaçının iddia etdiyi əlavə işlər bağlanmı ş podrat müqavilələrinin predmetini təşkil etməmiş, bu işlərin görüldüyünü təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.

33. Ekspert rəyləri əsassız olmuşdur, belə ki; a) Son ekspertiza rəyləri əvvəlkilərin eynilə təkrarından ibarət olmuş, müstəqil araşdırma aparılmamış, hətta məhkəmə qərardadının tarixi və nömrəsi belə dəyişdirilmədən saxlanılmışdır, b) Tikinti-texniki ekspert işlərin həqiqətən görülüb-görülmədiyini müəyyən etmək üçün obyektiv tədqiqat aparmamış, yalnız iddiaçının təqdim etdiyi məlumatlara istinad etmişdir, c) İşlərin dəyəri təsdiqlənmiş qiymət siyahısına əsasən deyil, izah edilməmiş növbəti illərə aid “orta bazar qiymətləri” ilə müəyyən edilmişdir, d) Rəylərdə istifadə olunan metodlar göstərilməmiş, nəticələrin necə əldə edildiyi əsaslandırılmamışdır, e) Əvvəl ki və sonuncu rəy arasında işlərin dəyəri üzrə ziddiyyət yaranmış, heç bir aktda əks olunmayan əlavə işlər birdən-birə “görülmüş” kimi qiymətləndirilmişdir, f) Mühasibatlıq eksperti öz müstəqil araşdırmasını aparmamış, yalnız tikinti-texniki ekspertin nəticəsinə istinad etmiş və sadə çıxma əməli ilə hesablama aparmışdır.

34. Məhkəmə prosesi zamanı cavabdehin təqdim etdiyi vəsatətlər və mülahizələr nəzərə alınmamış, işə cavabdehin iştirakı olmadan baxılmışdır. Bu hal tərəflərin bərabər prosessual hüquqlara malik olması və məhkəmə icraatında çəkişmə prinsipinin təmin olunması tələblərini pozmuşdur. Məhkəmə yalnız iddiaçı tərəfin mövqeyini əsas götürərək, cavabdehin arqumentlərini dəyərləndirmədən qərar qəbul etmişdir.

35. Göstərilən hallar sübut edir ki, iddiaçı öz iddiasını təsdiq etmək üçü n mötəbər sübut təqdim edə bilməmiş, ekspert rəyləri isə obyektiv və əsaslı olmamışdır. Buna baxmayaraq, məhkəmə təqdim edilmiş əsassız ekspert rəylərini və ümumi müqavilə mövcudluğunu rəhbər tutaraq, heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. Bu isə onu göstərir ki, iddia edilən işlərin həqiqətən görülməsi, habelə həmin işlərin müqavilə öhdəliyindən irəli gəlib-gəlməməsi sübuta yetirilməmişdir. Bu halda, istənilən şəxs müəyyən işlər gördüyünü iddia edərək, guya başqa bir tərəfin tapşırığı ilə hərəkət etdiyini irəli sürə bilər. Lakin işlərin görülməsi barədə konkret tapşırıqların verildiyini təsdiq edən sübutların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir.

36. Mülki-Prosessual Məcəllənin 9.1 və 13-cü maddələri üzrə - İ. Ekspertizanın təkrarən keçirilməsi barədə vəsatətl ərinin təmin edilməməsi: Məhkəmə vəsatətin rədd edilməsinə dair əsaslandırlmasında qeyd edir:...Məhkəmə verilmiş vəsatəti iş materialları ilə əlaqəli surətdə tədqiq edərək belə nəticəyə gəlir ki, iş üzrə bir neçə dəfə ekspertizalar təyin edilərək rəylər alınmış, bütün ekspert rəylərinə etiraz və düzgün olmaması barədə fikirlər cavabdehin vəkili tərəfindən edilmiş və bir öncəki ekspertiza keçirilməsi yerində ekspertin təcrübəsizliyindən istifadə edərək ekspertizanın gedişini pozmuş və ekspert bu səbəbdən rəy vermədən işi məktubla məhkəməyə qaytarmışdır. Məhkəmə daxili inamına və işin gedişində iş üzrə cavabdehin hərəkətlərini və prosessual gedişlərini analiz edərək cavabdeh tərəfin işin yubadılmasında maraqlı olduğunu gördüyündən verilmiş vəsatətin rədd edilməsi qənaətindədir”... Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə isə sadəcə cavabdehin davranışına emosional qiymət vermiş və ekspert rəylərinin məzmunu təhlil olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətdə təkrar ekspertizanın aparılmasını zəruri edən konkret hüquqi və faktiki əsaslar göstərildiyi halda, onların qiymətləndirilməməsi, sadəcə cavabdehin “işi yubatmaq istəyi” ilə izah olunması çəkişmə prinsipinin pozulmasıdır. İİ. Nümayəndənin iştirakı olmadan məhkəmə baxışının keçirilməsi: Cavabdehin nümayəndəsinin məzuniyyətdə olması ilə bağlı məhkəməyə müvafiq ərizə və əmrdən çıxarış təqdim etməsinə baxmayaraq, məhkəmə “cavabdehin i ş üzrə digər vəkil və nümayəndələrinin mövcudluğu” əsası ilə həmin ərizəni nəzərə almamış və baxışı cavabdehin iştirakı olmadan keçirmişdir.

37. Mülki-Prosessual Məcəllənin 101.7-ci maddəsi üzrə - məhkəmə iş üzrə əsas ekspert rəyini rəhbər tutmuş, cavabdehin işlə bağlı mülahizələrinə münasibət bildirməmiş və heç bir formada təsdiqini tapmayan işlərin görülmüş olması qənaətinə gələrək iddianı təmin etmişdir. Halbuki iddiaçının təqdim etdiyi aktı mötəbər sübut kimi nəzərə almamışdır.

38. Mülki-Prosessual Məcəllənin 63.2 və 87.2-ci maddələri üzrə - təkrar ekspertizanın təyin edilməməsi və ekspert rəyinin mötəbərliyi: Tərəflərindən məhkəməyə təqdim edilmiş ekspertiza nəticələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə vəsatətləri təmin olunmamışdır. Halbuki xx.xx.2025-ci il tarixli 3-16-1 6/2-10/8689/2024 və 3-16-16/2-9/9024/2024 nömrəli ekspert rəyləri əvvəlki rəylərin mətni əsasında, heç bir yeni araşdırma aparılmadan kopyalanmış və nəticədə obyektiv olmayan, əsassız rəylər təqdim edilmiş, məhkəmə isə həmin rəyləri rəhbər tutaraq cavabdehin əleyhinə qərar qəbul etmişdir. Həmin ekspert rəyləri aşağıdakı səbəblərə görə əsaslı hesab edilə bilməz. Artıq 3-cü dəfə təyin edilmiş “təkrar ekspertiza”nın keçirilməsinə əsas olmuş xx.xx.2024-cü il tarixli qərardadda ekspertiza qarşısına müvafiq olaraq aşağıdakı məzmunda suallar qoyulmuşdur:

1. Məhkəmə tikinti-texniki ekspertizası üzrə - işlərin görülmüş olması və işlərin material və işçilik qiymətlərinin nə qədər olması;

2. Mühasibat ekspertizası üzrə - “Forma-2” aktlarında olan qiymətlərə əsasən hesablanmış 82.000 manat çıxıldıqdan sonra qalan pulun miqdarının nə qədər olması. Məhkəmə tikinti-texniki ekspertizası tərəfindən verilən rəydən aydın olur ki, ekspert müstəqil olaraq yenidən hansısa bir araşdırma aparmamış, əvvəlki rəydə qeyd edilənləri rəyə köçürmüş, hətta məhkəmə qərardadının nömrə və tarixini belə dəyişməmiş, nəticədə rəydə köhnə tarixli məhkəmə qərardanın tarixi və nömrəsi qalmışdır. Məhkəməyə təqdim edilən vəsatətdə də bildirdikləri kimi, ekspert yenidən eyni səhvləri edərək öz rəyini əsaslandırmadan, hansı dövrü belə əhatə etdiyi məlum olmadan orta bazar qiymətlərini əsas götürərək işçilik qiymətlərini hesablamışdır. Həmçinin işlərin görülmüş olması ilə bağlı yalnız iddiaçının birtərəfli olaraq verdiyi məlumatlara əsasən işlərin görülməsi qənaətinə gəlmişdir. Heç bir irad düzəldilməmiş, sözbəsöz əvvə lki rəy kopyala-yapışdır metodu ilə yeni rəy adı altında məhkəməyə göndərilmişdir. Mühasibat eksperti də bir çıxma əməli ilə işini yekunlaşmış hesab etmiş, köhnə ekspert rəyindəki 194.653,71 rəqəmindən 82.000 çıxaraq 112.653,71 rəqəmini əldə etmişdir.

39. Əvvəlki ekspertiza rəylərində isə aşağıdakı etirazlarına əsasən iş materialları yenidən ekspertizaya göndərilmişdir. Natamam materiallar əsasında ekspertiza keçirildiyindən verilən ekspert rəyi əsassızdır: Belə ki, ekspert tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə verilən vəsatətdə təsdiq olunmuş layihə sənədlərinin, Naxçıvan MR Maliyyə Nazirliyinin təsdiq etdiyi tikinti materialları və məmulatlarının, eləcə də xidmət haqqı (usta, fəhlə) işlərinin qiymətlərinin siyahısının ekspertə təqdim edilməsi, həmçinin Komitənin nəzdində bu sah ə üzrə mütəxəssisin ekspertiza tədqiqatına cəlb edilməsi və həmin Komitənin mütəxəssisi tərəfindən ekspertlə birgə qərardadda əks olunan işlərin görülməsinin ölçülərək dəqiqləşdirilməsinin, eləcə də dəqiqləşdirilən həmin işlərlə bağlı Komitə tərəfindən verilən smeta cədvəlinin ekspertə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Sadalananlardan ancaq “Naxçıvançay vadisi” istirahət mərkəzi binasının layihə sənədləri (bu iş materiallarına əlavə edilməmişdir) ekspertə təqdim edilmiş, digər materiallar təqdim edilməmiş və Komitənin mütəxəssisi ekspertizaya cəlb edilməmişdir. Ekspertin verdiyi vəsatətdə tələb edilən materiallar təmin edilmədiyi təqdirdə ekspertiza materiallarının icrasız geri qaytarılacağının bildirilməsinə baxmayaraq, ekspert natamam məlumatlar əsasında ekspertizanı ke çirmiş və nəticə etibarı ilə də düzgün olmayan rəy vermişdir. Belə ki, “Naxçıvançay vadisi” istirahət mərkəzi binasının daxili tikililərində aparılmış müxtəlif növ təmir işlərinin, eləcə də təmir işlərinə çəkilmiş xərcin və xidmət haqqı xərclərinin hesablanması 2023-cü ilin orta bazar qiymətlərinə uyğunlaşdırılaraq aparılmış, tərəflər arasında əvvəlcədən təsdiqlənmiş və məhkəməyə təqdim edilən 2022-ci il üzrə “Forma-2” aktları nəzərə alınmamışdır. Bu hallar ekspertizanın qaydalara uyğun aparılmamasının və obyektiv olmamasının aşkar sübutudur. Bu hissədə Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun) 7, 18 və 26-cı maddələrinə istinad olunmuşdur.

40. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən ed ilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - (bax §32). Bu hissədə Mülki-Prosessual Məcəllənin 77.1, 89.1, 89.3 və 389-cu maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri

41. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

42. İddiaçı izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. O, 2021-ci ildə cavabdeh şirkətə dəvət olunmuş, orada ondan nümunə işlər tələb edilmiş, həmin işlər əsasında onunla müqavilə bağlanmışdır. Birinci müqaviləni bağlamış, sonra materialları alıb gətirmiş, payız ərəfəsi olduğu üçün işlər şaxtaya düşər deyə işi saxlamışlar. Mart ayında təkrar müqavilə bağlamış və öz şəxsi vəsaiti hesabına işləməyə başlamışdır. Şəxsi vəsaiti deyəndə biznes krediti üzrə əldə etdiyi puldan bəhs edir. Birinci 22.000 manatlıq iş yazılanda, artıq o, 30.000-40.000 manatlıq iş görmüş, ancaq 50 faizini yazmışlar. Onda fleşkartda videolar da var. Həmin ilin təxminən oktyabr ayında gəlib 60.000 manatlıq işini təkrar ölçmüşlər və elektron qaydada pulu ödənilmişdir. O, həmin yerdə 22 nəfər işçi ilə işləmiş, ondan başqa orada icraçı heç kim olmamışdır. Noyabr ayının sonunda ona demişlər ki, “işi saxlayacaqsan”. O da razılaşıb demişdir ki, işini ölçsünlər. 2022-ci ilin 16 dekabrında 79.000 manatlıq iş ölçüləndə akt yazılmış və imzalanmışdır. Komitənin ölçü işlərini aparan Sabit adlı şəxs, tikintinin rəhbəri X23, tikintiyə nəzarət edən Elçin Məhərrəmov, başqa bir yaşlı kişi də orada olmuşlar. Onlar ölçü apardıqdan sonra kvadratları kəsməyə başlamı şlar. O, onlara demişdir ki, “kvadratları niyə kəsirsiniz?”, ona demişlər ki, “əgər biz sənin pulunu tam versək, sən işini yarımçıq qoyub kənara çəkiləcəksən”. Onun da fikri onsuzda artıq onlarla işləməmək olmuş, demişdir ki, “yaxşı eybi yoxdur”. Onlar 79.000 manatı yazıb, pulu ödəməyə getmiş, o da 2 ay gözləmiş, ödəniş olmamış, gedib demişdir ki, niyə ödəniş etmirsiniz? Ona demişlər ki, “istəyirsən sənə 40.000 manat verək, bu iş bağlansın”. Həmin zaman Naxçıvan Muxtar Respublikasında rəhbərliyin dəyişildiyi bir dövr olmuş, ona demişlər ki, “rəhbərlik dəyişilib, artıq sənə pul ödənilməyəcək”. Ona 40.000 manatı yeindən təklif etdikdə, demişdir ki, axı, sizin təklif etdiyiniz 40.000 manat mənim tələbatlarımı ödəmir. Həmin dövrdə onun 67.000 borcu olmuşdur. O gedib Emin Ucarla şəxsən görüşüb məsələni bildirmiş, həmin zaman o ona demişdir ki, “mənə vaxt ver, sənə mart, aprel aylarında ödəniş edəcəyik”. O da onunla razılaşmış, aprel ayınadək heç kimə yaxın getməmişdir. Aprel ayının əvvəlində cavabdeh şirkətə getmiş, lakin onu qəbul etməmişlər. Sonra o, Komitəyə getmiş, orada ona deyilmişdir ki, “ Emin Ucarın tikinti işinin rəhbəri Volkan Özalın yanına get”. O gedib Volkan Özala demişdir ki, niyə mənim pulumu ödəmirsiniz? Volkan Özal da demişdir ki, “yuxarıdan belə deyiblər”. O demişdir ki, mən Komitəyə getdim, onlar da mənə dedi ki, “get sənin Forma 2 sənədini yazıb göndərsinlər, pulu versinlər”. Sonra onu oradan kənarlaşdırmışlar. Bundan sonra o məhkəməyə müraciət etmiş, əvvəlki 2 vəkil də etiraf etmişdir ki, “həqiqətən də bizim Məlikə bu qədər borcumuz var”. 79.000 manat iddia olunan vaxt o demişdir ki, işinin yarısı qalıb içəridə ölçülməyib və ekspertiza təyin olunmuşdur. Orada onun, ekspertin və tikintidə ölçü aparan Asəfin qeydləri, tikintinin həcmi, hər üç qeyd də eynidir. Forma 2-də eyni iş üzrə o pul almışdır. Sonradan ekspertin qarşısına sual qoyublar ki, ortalama bazar qiymətini çıxar, o isə bunu düzgün hesab etmir. Digər məsələyə gəldikdə, o, bankdan götürdüyü kreditə görə evini satıb banka 79.000 manat faizlə birlikdə pul ödəmişdir, hər ay ABB-yə 1.500 manat faizlə birlikdə pul ödəyir. İddiasının təmin olunmasını xahiş edir. Verilmiş suallara cavablarında iddiaçı göstərmişdir ki, Komitə tərəfindən Forma 2-də qeyd edilmiş qiymətin müəyyən edilməsində 4 nəfər iştirak etmiş, onlardan 1 nəfər Maliyyə Nazirliyindən, 1 nəfər Komitədən, digər iki nəfər isə c avabdeh şirkətin öz işçiləri olmuş, həmin qiymətlə o və cavabdeh razılaşmış, bununla da ödəniş olunmuşdur. Elektron qaiməni Forma 2-dən sonra vermişdir. Üçüncü aktı imzalamış, aparmışlar ki, ödəmə olacaq, lakin sonra ona ödəmə etməmişlər. Bu 2022-ci ilin dekabr ayının 17-də olmuşdur. Onlar dekabr ayının 17-də tam olaraq həmin yerdən çıxmışlar. Onun gördüyü işlərin 30 faizini də saxlamışlar. O, mart ayında 79.000 manat barədə elektron qaimə göndərmiş, amma qarşı tərəf bildirmişdir ki, “onlara hələ pul verilməyib” və sonuncu qaiməni geri qaytarmışlar. Podrat müqaviləsi bağlananda o, şərtlərlə razılaşmış, birinci müqavilədə görəcəyi işlərdən kənara çıxmamış, ikinci müqavilədə binadakı təmir işləri göstərilməmiş, ancaq o həmin işləri də görmüşdür. O, işləri özbaşına görməmiş, sifarişçi özü o ndan tələb etmiş, o işləri gördükdən sonra sifarişçi həmin işin görülməsinə etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmayan əlavə işlər, məsələn, sətən məcun işi, gipsdən hazırlanmış 710 m2 lepkalar vurulması, 0351 kod olaraq 3880 m2 3,06 manatdan hesablayanda 11.872 manat pul edir, əlavədən orada 6588 kodu ilə arkoların birinci mərtəbədə vurulması - 195 m2 9,65 manatdan 1881 manat edir, görmüşdür. Gördüyü işlər barədə sifarişçiyə məlumat vermişdir, lakin bununla bağlı yazılı sübutu yoxdur. O, yarımçıq qalmış işləri ilə bağlı cavabdehə müraciət etməmişdir. Cavabdehlə onun arasında işlərin görülməsi ilə bağlı smeta sənədi yoxdur. O, smeta tələb etmiş, lakin ona demişlər ki, “müəyyən işlər var, görəcəksən, biz gəlib yerində baxıb sənə pul ödəyəcəyik”. Ekspertiza sadəcə onun iştirakı ilə keç irilməmiş, ekspertiza keçirilən zaman cavabdehin nümayəndələri də orada iştirak etmişlər. Birinci və ikinci ekspertiza keçirilən zaman görülmüş işlər ortada olmuş, üçüncü ekspertiza keçirilən zaman isə həmin bina yeni təmir olunmuşdur. Birinci ekspertiza keçirilən zaman cavabdeh tərəfdən Vahid adlı kişi də orada iştirak etmiş, ekspert ondan soruşanda o isə cavabında demişdir ki, “görüb ey, ancaq mən nə qədər iş gördüyünü bilmirəm”. İkinci ekspertizada o, vəkili, Elçin adlı şəxs, Sabit, Asəf, vəkil-nümayəndələr və Emin Ucarın şəxsi köməkçiləri olmuşdur. Üçüncü ekspertizada Nümayəndə3 şərait yaratmadığına görə ekspert baxış keçirməyib çıxıb getmiş, dördüncü ekspertizada bütün obyekti gəzmişlər, o ekspert də görmüşdür ki, həmin işlər görülmüşdür. Ölçülməmiş, ondan çıxılan yerləri ekspertiza ö z rəyində tamamlamışdır. “Naxçıvançay vadisi”ndəki həmin binanı hazırda təmir edib başqa formaya salmışlar, o bunu sonuncu dəfə ekspertizaya gedəndə görmüşdür. Gördüyü işlərlə bağlı Şahid22 ölçü işlərinə dair akt tərtib etmiş və həmin aktı ofisdə kompüter vasitəsilə çıxarıb ona təhvil vermişdir. Dekabr ayında Şahid23, cavabdehin nümayəndəsi və o ölçü işləri apararkən o da öz qeydiyyatını götürmüşdür. İş materiallarında olan 121 nömrəli Forma 2-yə oxşar sənədi "xxxx"nın işçisi ona xəlvət vermiş, o həmin vaxtı onu mübahisləndirməmişdir. O, sonuncu dəfə dövlət vergi xidmətinə 79.000 manatla bağlı elektron qaimə gödərmişdir. Onda ölçülər olmadığına görə o öz hesablamaları ilə həmin 79.000 manat olan məbləği ortaya çıxarmışdır. Ölçübbiçəndən sonra ona 110.000 manat ödəniş ediləcəkdi. Onun gördü yü işlərdən 62.000 çıxılmış və ona 47.000 pul hesablanmış, o həmin 62.000 manatın niyə çıxıldığını bilməmişdir. Mütəxəssis rəyi ilə razı deyil. Apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş edir.

43. İddiaçının vəkili Vəkil izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Tərəflər arasında mübahisənin əsasını təşkil edən 2 ədəd podrat müqaviləsi olmuşdur ki, həmin müqavilələrdə işlərin növü göstərilsə də, işlərin həcmi göstərilməmişdir. Hər iki podrat müqaviləsində qeyd olunub ki, işlər bitdikdən sonra işlərin həcmi və dəyəri ilə bağlı akt tərtib olunur və bundan sonra ödəniş həyata keçirilir. İddia ərizəsində də qeyd olunub ki, 2022-ci ilin dekabr ayından sifarişçisinin həmin tikinti obyektinə girmək səla hiyyəti olmayıb. İddiaçı da izahatında qeyd etdi ki, dəfələrlə sifarişçiyə bildirmişdir ki, görülmüş işlərin həcmi və qiymətləndirilməsi ilə bağlı akt tərtib olunsun, ancaq sifarişçinin buna səlahiyyəti olmayıb. Podrat müqavilərində işin hansı həcmdə görülməsi ilə bağlı hər hansı bir müddəa öz əksini tapmır. Məsələn, lepkaların vurulması, neçə metr vurulması, boyaların vurulması, neçə kvadrat vurulması qeyd olunmamışdır. Müqavilədə işlərin həcminin aktlarla müəyyən edilməsi qeyd edilsə də, sifarişçi həmin obyektə girmək səlahiyyəti olmadığından işlərin həcmi ilə bağlı akt tərtib olunmamışdır. Nəticədə məhkəmə mübahisəsi yaranmışdır və iddiaçı tələb edir ki, mən bu qədər iş görmüşəm, lakin sonra işlərin həcmi və qiymətləndirilməsi ilə bağlı akt tərtib etmək mümkün olmamışdır. Buna görə də e kspertiza keçirilməsi zərurəti yaranmış və iş üzrə 4 dəfə ekspertiza keçirilmişdir. Ekspertizalar nəticəsində həmin podrat müqavilələri üzrə görülmüş işlər və onların həcmi aşağı-yuxarı müəyyən olunur. Həmçinin məhkəmə işində həmin işlərin iddiaçı tərəfindən deyil, sifarişçinin özü tərəfindən görülməsinə dair sübut təqdim edilməmişdir. Eləcə də həmin işlərin iddiaçı tərəfindən görülməməsinə dair də sübut təqdim edilməyib ki, bu işlər onun tərəfindən görülməyib, başqa şəxslər tərəfindən görülüb əmək haqqı ödənib, belə bir sübut təqdim edilməyib. Halbuki iddiaçı tərəfindən həmin iş üzrə işləyən şəxslərin əmək müqavilələri üzrə Dövlət Vergi Xidmətindən əldə edilmiş çıxarış, onların əmək haqları, onlara ödənilən pullar, podrat müqaviləsində göstərilən işlərin həmin şəxslər tərəfindən görülməsi sübuta yetirilir. Cavabdeh tərəfin sonuncu məhkəmə iclasında təqdim etdiyi şahid də iddiaçının podrat müqaviləsində qeyd edilən işləri gördüyünü təsdiq etmişdir. İddiaçı həmin tikinti obyektinin kimə təhvil-təslim edilməsi marağında olmayıb. O sadəcə gördüyü işlərin müqabilində haqqını tələb edir. Birinci ekspertiza keçirilən zaman bütün otaqlara bir-bir girilmiş və həmin binanın 3 mərtəbəsində ölçü işləri getmişdir. Cavabdehin vəkili orada olmasa da, nümayəndələri orada iştirak etmiş, heç bir nümayəndə də orada olan zaman deməmişdir ki, “ay ekspert bu boyanı və astarı Məlik yox, biz vurmuşuq”. Ekspertizanın keçirilməsində iştirak etmiş şəxslər tərəfindən akt imzalanmışdır ki, həqiqətən də bu şəxslər ekspertizanın keçirilməsində iştirak etdilər.

44. Cavabdehin vəkil-nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, iddiaçının apellyasiya şikayətini qəbul etmir, öz apellyasiya şikayətini müdafiə edir. Müqavilədə qeyd olunub ki, işin həcmi əlavə tərtib olunmuş aktlarla müəyyən olunacaq. Məsələn, sifarişçi icraçıya deyir ki, mənə 30 kvadrat iş görəcəksən və mən sonda gəlib ölçəcəyəm ki, bu iş 30 və ya 40 kvadrat görülüb. Burada nəzərdə tutulan akt budur. Onların razılaşmamalarının səbəbi budur ki, həcm bəlli deyil. İddiaçı 30 kvadrat yer rəngləyib, bəlkə ona 10 kvadrat deyilmişdi. "xxxx" şirkəti ilə "xxxx" MMC ortaq olmuş, 2021-ci ildə bu şirkət digər ortağın əlindən alınmış, hətta həmin şirkətin asan imza və elektron imzalarını almışlar. Bu barədə prokurorluqda, məhkəmədə də iş olub. O zaman başqaları da göstəriş vermiş ola bilərlər. Onların bu barədə məlumatları yoxdur. Ona gö rə də onlar qarşı tərəfdən sübut tələb edirlər ki, “sizə konkret bizim səlahiyyətli şəxs tərəfindən bu qədər iş görülməsi tapşırılıbmı? Çərçivədən kənara çıxmağı kimsə tapşırmışdırmı?” Onlar o çərçivəni də dəqiq bilmirlər ki, nə qədərdir. Ona görə də birinci işin həcmi müəyyən edilməlidir. Onlar bilmirlər ki, hansı işlər tapşırılıbdır. Bu birinci məsələdir. İkinci məsələ isə Mülki-Prosessual Məcəllədə sübut etmə öhdəliyi var. İddiaçının o işi görmədiyinə dair onların sübut təqdim etmək kimi bir öhdəlikləri yoxdur. İddiaçı sübut etməlidir ki, həmin işi görmüşdür. Ekspetiza rəylərinə gəldikdə isə hər 3 ekspert rəyində bildirilib ki, iddiaçı qeyd etdi ki, “mən bu işi görmüşəm, biz də həmin işlə bağlı rəy təqdim etdik”. Məhkəmə də qətnaməsində konkret 2 şeyi vurğulayıb ki, “Ekspetiza rəyində n görünür ki, bu işi iddiaçı görüb və həcmi bu qədərdir”. Amma ekspert iddiaçı tərəfindən bu işin görüldüyünü necə müəyyən edib, buna dair məlumat yoxdur. Ekspert qeyd edir ki, “iddiaçı göstərir ki, bu-bu işləri mən görmüşəm”. Birinci və ikinci ekspertiza rəyləri arasında da ziddiyyət var. Üçüncü ekspertiza təyin olunmuşdur ki, ziddiyyət aradan qaldırılsın. Çünki birində 178.000 manat, ikincidə 190.000 manat necə çıxıb? Üçüncü ekspert rəyində, ümumiyyətlə, ziddiyyətə münasibət bildirilməyib. Hətta onlar qeyd etmişlər ki, ikinci ekspert rəyinin tarixini də dəyişməyiblər, eyni şeyləri götürüb üçüncü ekspert rəyinə yazıblar. Dolayısı ilə 2 ekspert rəyi arasında olan ziddiyyət də aradan qaldırılmaylb, çünki orada iş müəyyən edilməyib. O, şəxsən 3-cü ekspertizada iştirak etmiş, ekspertdən işin necə müəyyən edildiyini soruşmuş, o da bildirmişdir ki, “materialın altına baxır, məsələn, bir yerdə vurulub digər yerdə yoxdur”. Ancaq ekspertin yazdığı işlər görülməmişdir, çünki yeni sahib yenidən oranı təmir etdirdiyi üçün görülən işlərin heç biri görünməmişdir. Ekspert rəyləri iddiaçının dediklərinə əsasən verilmişdir. Özünün iştirakı ilə keçirilən ekspertiza zamanı o təkidlə bildirmişdir ki, onun adını qeyd etsinlər. Həmin ekspertizanın yarımçıq qalmasının səbəbi də o olmuşdur ki, əvvəlki qaydada ekspert bir nöqtəyə baxmış, o da ona bildirmişdir ki, həmin divarın bəs ortasını necə müəyyən edəcəksən? Ekspert də onun suallarını cavablandıra bilməmişdir. Hər üç ekspertizada cavabdehin nümayəndələrinin orada iştirak etməsi şübhəsizdir. Sadəcə iddiaçı tərəfindən “görülən işləri” onların n ümayəndələri təsdiq etmir, çünki heç bir nümayəndə iddiaçı tərəfindən görülən işləri bilməmişdir. Hətta, ikinci ekspert rəyinin 4-cü səhifə, 3-cü paraqrafında belə deyilir, “iddiaçının qeyd etdiyi mübahisə predmeti olan təmir işlərinə nəzər saldıqda binanın mərtəbələrində nəzərdə tutulan otaqlarda və dəhlizlərdə bəzi hissələrin astar kağızlarla üzləndiyi və üzərlərinin sətən məhlullar ilə hamarlandığı, otaqların divarlarının qismən hissələrində nazik gips lepkalarından çərçivələr işləndiyi və bəzi mərtəbələrin otaq və dəhlizlərində gips lepkalar və rəngli boyaların vurulduğunu, eyni zamanda binanın birinci mərtəbəsində açıq zal hissəsində sütunlar arasındakı gips lepkaların vurulmaqla üzərlərinin rəngli boyandığı müəyyən edilmişdir”. Bu ekspert rəyində ancaq “bəzi, qismən” sözlərindən söhb ət gedir, hər hansı dəqiq bir ölçüdən söhbət getmir. İddiaçı “binder” kleyi ilə bağlı izahatlarında özü bildirməsə də, ekspert rəyinə o da əlavə edildiyi üçün ekspert rəyindən sonra iddia ərizəsinə düzəlişlər edib və iddia tələbinin həcmini artırıb. Həmin ekspert rəyinin 4-cü səhifə, 3-cü paraqrafında göstərilmişdir ki, “baxışda iştirak edən iddiaçı “X8”nin daxili sahələrində apardığı təmir işləri ilə bağlı ifadə verərək yuxarıda baxışda gözlə görünən həmin işlərin də onun tərəfindən yerinə yetirilməsini əsaslı şəkildə bildirmişdir”. İddiaçı bu işlərin onun tərəfindən görülməsini yazılı sənədlərlə sübut etməlidir. Burada muzd müəyyən edilib. Birinci instansiya məhkəməsinin qətnaməsində isə qeyd edilib ki, muzd müəyyən edilməyib. Ekspert də bildirib ki, “biz müraciət etdik, bizə qiymətlər b arədə cavab vermədilər, bu qiymətlər olmasa, biz ekspertizanı keçirə bilməyəcəyik”. Lakin məhkəmə vasitəsilə də bu tələb edilməmiş, sonra necə olmuşdursa, ekspert bazar qiyməti ilə hesablayıb vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə ekspertiza rəyləri üzərində qurulub. Ekspert rəyləri və qiymət məsələsi də göründüyü kimi problemlidir. İddiaçı 3 dəfə dəqiqləşdirmə verib, ekspert rəyləri yuxarı yazdıqca, iddia məbləğini artırmışdır. Bu da mülki hüququn təməlini təşkil edən hüquqdan sui-istifadə prinsipi ilə ziddiyyət təşkil edir. İşin motivi haqqında bir şey demək istəyir ki, bu məsələ niyə ortaya çıxmışdır? Bu məsələ 2021-ci ildən davam edir və onlar 2 ildir ki, bu işin içindədirlər. Bu məsələ üzrə bildirir ki, Məlikdən başqa iddiaçı yoxdur, yəni cavabdehi podrat çı olaraq məhkəməyə verən başqa heç kim yoxdur. Sadəcə iddiaçı keçid dövründə bu qənaətə gəlib ki, Komitənin müəyyən etdiyi qiymətlərlə yox, məhkəməyə verərək daha çox məbləğ alsın. Onlar da bildirirlər ki, biz ümumiyyətlə müəyyən edə bilmirik ki, siz orada iş görmüşünüz ya görməmisiniz. Bu işi sizə kim tapşırıb. Müqavilələr ola bilər, amma müqavilədə işin həcmi müəyyən olunmayıb. Bu müqavilə çərçivə müqaviləsidir. Əvvəlcədən işlərin həcmi müəyənləşdirilməli, sonra isə işlər görülməli idi. Cavabdehin işin həcmini müəyyən etməməsi, kiməsə 100.000 manat verməsi məcburiyyəti yaratmır. İddiaçı özü sübut etsin ki, orada o həcmdə işlər görülməli idi və görülübsə, o zaman ona pul ödənilsin. Məsələ də budur ki, cavabdeh “tapşırığı Məlikə mən verməmişəm” deyir. Müqavilə bağlandıqdan sonra başqası g əlib, tapşırığı başqası verib. Bu işdə sifarişçi Komitə, onlar isə podratçı olmuşlar. İddiaçıya ödənilmiş ödəniş üzrə sifarişçiyə verilmiş Forma 2 və elektron qaimələr mövcuddur. Burda deyilən işlər üçün sifarişçidən pul alınmayıb. Müqavilədə smetanın olmamağının və bu gün işin görülməsini sübuta yetirə bilməməyinin riskini də iddiaçı daşıyır. Onların işlərinin müəyyən hissələrinə Komitə tərəfindən pul ödənilmiş, müəyyən hissələrinin isə pulu ödənilməmiş, 60.000 manat və 22.000 manatla bağlı olan qaimələrdə ödənişi Komitə cavabdehə, cavabdeh də iddiaçıya ödəmişlər. Həmin obyekt özəlləşdirilərək başqasına satılmışdır. İddiaçı özü tərəfindən imzalanmış Akt F-2 sənədi ilə 41 nömrəli Forma 2 sənədini təsdiq edib pulunu alıbdır, ancaq həmin sənəddə göstərilənləri yenidən mübahisələndirir. İddia çı ilə Şahid22 arasında olan ölçü işlərinə dair sənəd sübut kimi qəbul oluna bilməz, çünki həqiqəti əks etdirmir, həmin kağızda nə imza, nə də möhür var. Burada, ümumiyyətlə smeta sənədi olmamışdır. Həmin sənəd müqaviləni hər iki tərəf imzalandıqdan sonra müqaviləyə əlavə olunur. Müqavilədən kənara çıxmaq məsələsinə gəldikdə isə kimdənsə tapşırıq alma ilə bağlı iddiaçının hər hansı bir sübutu yoxdur. Bu müqavilə üzrə iş görüldükcə ödəniş edilmişdir, həmin layihənin dayanmasına səbəb isə abadlıq adı ilə dövlətdən pul alınması ola bilər və bu müqavilə qarşılıqlı xitam kimi görünür. Yarımçıq qalmış işlərlə bağlı isə iddiaçı tərəfindən cavabdehə yazılı qaydada heç bir müraciət olunmamışdır. Həmin işlərə münasibətdə bildirir ki, podrat müqaviləsi bir nəticə əldə etməkdir. Yarımçıq işlər, əlbətt ə, qəbul olunmur. Podrat müqaviləsinin mahiyyəti odur ki, işi bitirib verəsən, yarımçıq işlər podrat müqaviləsinin predmeti deyil. Bütün aktlarda möhür var, lakin 121 nömrəli “Forma-2” aktında sadəcə Komitənin işçisi Şahid23 imzası var, Komitənin möhürü isə yoxdur. Ona da ilk dəfə bu sənədin olması məhkəmə gedişatında məlum olmuşdur. O, həmin akt araşdırıldıqdan sonra iddiaçıya 47.000 manat borcları olduğunu etiraf edir. Həmin sənəd nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.

45. X2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, rəy tərtib edərkən “Forma-2” aktına əsasən həmin yerləri ölçüb, yoxlayıb dəqiq rəydə göstərmişdir. “Forma-2” aktında gö stərilən işləri hesablayıb yazmışdır, ancaq onlar həmin aktda nə yazılıbsa, onu müəyyən etmirlər, sadəcə görülən işi müəyyən edirlər. O, “Forma-2” aktında göstərilən ölçüləri nəzərə almamışdır. Maliyyə Nazirliyinin təsdiqlədiyi qiymətlər olsa belə, onlar əsasən bazar qiymətini əsas götürürlər. 2023-cü ilin orta bazar qiymətini götürməyinin səbəbi o olmuşdur ki, o halı hakim sual olaraq onların qarşısında qoymalı idi ki, “2022-ci ilin bazar qiymətləri nəzərə alınmaqla hesablansın”. Onlar ekspertiza apararkən görülmüş işlər natural formada mövcud olmuş və heç bir dəyişiklik aparılmamışdır. Böyük ehtimal ki, ölçdükləri yerlərin bəzisində görülən işlər olmuş, bəzi yerlərində isə olmamışdır deyə rəydə “bəzi” sözü o baxımdan elə yazılmışdır. Rəydə göstərdiyi “bəzi”, “qismən” ifadələri baxışın fo rmasını əks etdirir. Rəydə “iddiaçı əsaslı şəkildə bildirmişdir” ifadəsi ona görə yazılmışdır ki, bildirməklə, əsaslı bildirməyin heç bir fərqi yoxdur. İddiaçıdan başqa əsaslı şəkildə o işi onun gördüyünü təsdiqləyənlər olmuşdur, ancaq o onların adını rəydə yaza bilməzdi. Baxış zamanı iddiaçı tərəfindən həmin yerə ustalar da gətirilmişdir, ancaq ustaların kimliyini o bilmir. Məhkəməyə vəsatət vermişdir ki, qarşı tərəfin və Komitənin nümayəndələri də iştirak etsin, ancaq iştirak etməmişlər. O, obyektə 3 həftə baxış keçirtmişdir. Gördüyü işləri iddiaçı ona göstərmiş, sadəcə iddiaçının ona göstərdiyi yerlərə baxmış, işlərin həcmini isə özü müəyyən etmişdir. Onların metodu belə götürülür ki, 4 nöqtədən nümunə götürərək qeyd edirlər. Bəlkə iddiaçı tərəf aldadır, divara vurulan astar kağız başqa divarlara vurulmayıb, ona görə onlar hər bir yerdən bunu aydınlaşdırırlar.

46. Şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında "xxxx"a işə girmiş, təxminən yanvar ayının 10-da direktor Volkan Özər ona demişdir ki, “X8”ndə Məlik adlı şəxsin işi var, onun özü də oraya gələcək, onunla gördüyü işləri ölç və kvadratları çıxarıb şirkətə təhvil ver, ölçüləri yazıb bitirəndən sonra onları Sabit adlı şəxsə ver. Birinci ölçüyə gedəndə şirkət onun yazdığı ölçüləri qəbul etməmişdir ki, “hər şeyi olduğu kimi yazmısan, azaltmamısan”. Sonra həmin ölçüləri Sabitlə birgə ölçmüşlər, həmin zaman iddiaçı da orada olmuşdur. Sabit ona demişdir ki, “pəncərələr çıxılmalı, hər ölçüdə pəncərə qapı boşluqları qaldığına görə də, hər otaqda ölçüləri 30 faiz azaltmalısan”. O, ölçü-yazı işlərini görmüş, ölçüb yazdığı hər hansı bir yazıya imza etmək və möhür vurmaq səlahiyyəti olmamışdır. Onun verdiyi sənəddə cədvəldəki rəqəmləri dəyişə bilməzlər, çünki həmin sənədin bir surəti iddiaçıda, bir surəti onda, bir surəti də şirkətin özündə olur. Bir dəfə də ekspertiza keçiriləndə o orada iştirak etmiş, onu oraya yenə Volkan Özər göndərmişdir. Orada ondan heç nə soruşulmamış, sadəcə ona demişlər ki, “yazdığın ölçüləri olduğu kimi götürübsən”, o da bəli demişdir. O tərtib etdiyi cədvəli ekspertə deyil, ekspertizadan sonra iddiaçıya vermişdir. O, həmin işləri iddiaçının gördüyünü dəqiq deyə bilməz, çünki o sadəcə ona verilən tapşırığı icra etmiş, orada iddiaçının gördüyü işləri onun göstərişinə əsasən ölçüb yazmışdır.

47. Şahid kimi dindirilmiş Şahid23 ifadəsində gö stərmişdir ki, o ancaq işin həcminin ölçülməsində, bəzi hallarda iddiaçı ilə birlikdə iştirak etmişdir. Sadəcə olaraq onlar iş həcmlərini hesablamış və dekabr ayının “Forma-2” aktını tərtib etmişlər. Həmin ay bəzi dəyişikliklərlə əlaqədar olaraq pulların ödənilməsi məsələsi gecikmişdir. 2023-cü ildə Nazirlər Kabinetində komissiya yaradılmış və o vaxt aidiyyəti üzrə ödənilməyən pullar, eyni zamanda “X8” xüsusi mülkiyyət olduğundan oraya dövlət tərəfindən pulun ödənilməsi dayandırılmışdır. O vaxtlar “Forma-2” aktları hazırlananda təşkilat tərəfindən 3 nüsxədə akt tərtib edilmiş, sifarişçi olaraq onlara təqdim olunmuşdur. Lakin sonuncu “Forma-2” aktı tərtib olunan vaxt Maliyyə Nazirliyinin Nəzarət Təftiş İdarəsi onlarda yoxlama aparmış, abadlıq işləri adı altında obyektlərə pulun ödənilməsini dayandırıb verməmişlər. Buna görə də həmin akt Komitə tərəfindən təsdiq olunmadığından “Arkoz”a o pul ödənilməmişdir. Sifarişçi Komitə olmuş, onunla cavabdeh arasında podrat müqaviləsi bağlanmamışdır. Komitənin necə sifarişçi olduğunu deyə bilmir. Cavabdeh orada podratçı olmuş, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmışdır. Onlar dövlətin bir qurumu olaraq işin keyfiyyətini, həcmini, qiymətləri isə Maliyyə Nazirliyi müəyyən etmişdir. “Forma-2” aktında işlərin həcmi cavabdeh tərəfindən yazılmış və onlar tərəfdən qəbul olunmuş, iddiaçı tərəfindən bu həcmlərlə bağlı irad olmasına o şahidlik etməmişdir. Sonuncu dəfə dekabr ayının 121 nömrəli “Forma-2” aktı hazırlananda, həmin görülən işlər təhvil alınan zaman orada iddiaçı, şirkətin texniki nəzarətçisi Vahid, sahə rəisi Halit iştirak et mişlər, sənədi Volkan da imzalamışdır. İşin növü və həcmi yazılanda orada iştirak edən bütün tərəflər, eləcə də iddiaçı öz qeydlərini götürmüşlər. “Forma-2” aktında olan ümumi hesablamanı o iddiaçıya göstərmiş, ölçülər iddiaçı ilə birgə dəqiqliklə ölçülmüşdür. Cavabdehdən onlara iş həcminin az hesablanması barədə heç bir müraciət olunmamışdır. Dekabr ayında iddiaçının yarımçıq işləri olmuşdur, ancaq yarımçıq işləri onlar hesablayıb verə bilmirlər. Həmin “Forma-2” aktlarında tam görülmüş işin qiymətləri var. O, heç vaxt iddiaçıya “əgər sənin işini biz tam hesablasaq, sən işi yarımçıq qoyub gedərsən, biz yazda özümüzə adam tapa bilmərik”, Şahid22 isə ölçüləri 30 faiz azaltmaqla bağlı heç nə deməmişdir. Çünki Asəf həmin zaman orada sahə rəisi işləməmişdir. Son olaraq dekabr ayında iddiaçı dem işdir ki, “Forma-2” aktı səhv yazılıb və belə qərara gəlmişlər ki, onlar cavabdehin və iddiaçının iştirakları ilə işi yenidən ölçsünlər. Həmin dekabr ayının “Forma-2” aktında işlər sıfırdan ölçüldüyü üçün əvvəllər verilən iş həcmləri çıxılaraq yerdə qalan həcmlər dəqiqliklə hesablanmışdır. Bu akta görə görə onların cavabdehə borcları ƏDV ilə birlikdə 60.124,08 manat təşkil edir. 121 nömrəli “Forma-2” aktı tam dəqiqliklə hesablanmışdır. Ekspertin həmin işlərin həcmini artıq yazmasına səbəb bəlkə də iddiaçının yarımçıq işlərini də oraya qatması ola bilər. 41, 91 və 121 nömrəli “Forma-2” aktlarında göstərilən işlər iddiaçıya aiddir. Sonuncu akt iddiaçının işə başladığı gündən sona qədər gördüyü işlərdir, yəni əvvəlki aktlarda göstərilən işin növü və həcmi sonuncu aktın içərisindədir. Bu hesab atın hamısı “Excel” proqramı vasitəsilə hesablanıb və onlar bu rəqəmlərin düzgünlüyünü dəfələrlə yoxlamışlar, orada heç bir riyazi səhvlik yoxdur. Bir dəfə iddiaçı gəlib Komitəyə müraciət etmişdir ki, “mən gedib Bakıdan boya gətirmişəm, mənim işçiyə verəcək pulum yoxdur. Xahiş edirəm, mənə köməklik edin”. O da iddiaçıya yaxşılıq edib, onu komitə sədri ilə görüşdürmüş, komitə sədri də bildirmişdir ki, “Məlikə 60.000 manata qədər avans verin, getsin işlərini görsün”. Onlar da verdikləri pulun miqdarında ona “Forma-2” aktı yazıb vermişlər. Çünki onlar o pulu elə belə verə bilməzdilər. O, iddiaçının sonradan onun başına iş açacağını bilmişdir, çünki bu insanı o tanıyır. O, Maliyyə Nazirliyinin satınalma işçilərini də dəvət etmişdir ki, xahiş edirəm, gəlin işləri qiymətləndirin. Həmin satınal ma işçiləri də 2 dəfə həmin əraziyə gəlib işləri qiymətləndirmişlər.

48. X1 yazılı və şifahi məsləhətində göstərmişdir ki, ona təqdim olunan, sifarişçi qismində Komitə, podratçı qismində isə cavabdeh çıxış etməklə onlar arasında bağlanan, "Naxçıvançay vadisində abadlıq işləri" üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbulu aktları - aprel 2022-ci il, 41 nömrəli “Forma-2” aktı (məbləği 8% plan yığımı və 18% ƏDVsiz 22.006.78 manat), sentyabr 2022-ci il, 91 nömrəli “Forma-2” aktı (məbləği 8% plan yığımı və 18% ƏDV-siz 60.104.64 manat) və dekabr 2022-ci il, 121 nömrəli “Forma-2” aktını (məbləği 8% plan yığımı və 18% ƏDV-siz 47.178.35 manat) yoxlayaraq bildirir ki; 1) 41 nömrəli “Forma-2” aktın əsasən divar və tavana 2.410 m2 2 qat silikonlu boya vurulması işinin dəyəri 22.003,30 mana t avans olaraq ödənilmişdir. Lakin sifarişçi və podratçı arasında dekabr 2022-ci il tarixli, 121 nömrəli “Forma-2” aktı tərtib edilərkən bu iş həcminin dəyəri (22.003,30 manat) ümumi görülən işlərin dəyərindən çıxılmışdır. Buradan belə qənaətə gəlinir ki, bu iş yerinə yetirilməmişdir. 2) 91 nömrəli “Forma-2” aktına əsasən işlər yenə də avans olaraq (60.104,64 manat) ödənilmişdir. Bu aktda 6-cı sətirdə yer alan "Divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması işi (1494 m2 20.004,66 AZN) 121 nömrəli “Forma-2” aktı tərtib edilən zaman dəyəri ümumi məbləğdən çıxılmadığından bu işin yerinə yetirildiyi aydın olur. Çıxılan məbləğ 1-5-ci sətirlərə uyğun işlərin dəyəri - 40.088,11 manat təşkil etmişdir. Buradan belə aydın olur ki, 1-2-ci sətirlər üzrə işlər (7 və 16 sm lepkaları n sürtülüb boyanması) yerinə yetirilməyib. 3-5-ci sətirlər üzrə işlər (18 və 20 sm lepkaların sürtülüb boyanması və divarlara astar kağızın vurulması) yerinə yetirilmiş, lakin 121 nömrəli “Forma-2” aktı tərtib edilən zaman təzədən ölçülərək dəqiqləşdirilmişdir. 3) 121 nömrəli “Forma-2” aktına əsasən isə belə aydın olur ki, bütün görülən işlər təzədən ölçülərək hesablanmışdır. Bu zaman görülən bütün işlərin dəyəri (avans və 2 qat silikonlu boya çıxılmadan) 109.269,76 manat təşkil etmişdir. Bu məbləğdən avans olaraq verilən məbləğ - 40.088,11 manat və 2 qat silikonlu boyanın dəyəri - 22.003,30 manat çıxılmışdır. Nəticədə 121 nömrəli “Forma-2” aktının yekun məbləği 109.269,76 - 40.088,11 22.009,30 = 47.178.35 manat olaraq hesablanmışdır. Beləliklə, ödəniləcək məbləğ 47.178,35 manat təşkil edi r. Ekspertin tərtib etdiyi smetada göstərilən binanın 3 mərtəbə və nərdivan boşluqlarının cilalanması “binder” kley məhlulu ilə astarlanması məsələsi, ekspert qarşısında qoyulan sualların tərkibində keçmir. Bu boşuna smetaya salınmışdır. Çünki orada “binder” adlı iş yoxdur. “Binder” su bazlı boya altı astar deməkdir. Boyanın altından astar vururlar ki, o boya oraya yaxşı yapışsın. “Binder” işi ayrıca bir iş kimi getmir, o boya işinin içində olur. Boya vurulanda onun altından hökmən astar vurulmalıdır.

49. İddiaçı elektron qaydada məhkəməyə göndərilmiş xx.xx.2026-cı il tarixli yazılı izahatında göstərmişdir ki, iş üzrə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Komitədən xx.xx.2025-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə edilmiş 121 nömrəli forma 2 arayışında (2022-ci il dekabr ay ı) işlərin dəyəri olaraq göstərilmiş 109.269,76 manat həqiqəti əks etdirmir. Belə ki, 121 nömrəli forma 2 arayışında onun tərəfindən görülən işlər natamam təqdim edilərək hesablama aparılmışdır. Halbuki onun 121 nömrəli forma 2 arayışında göstərilən işlərinin ümumi dəyəri 213.462,56 manat təşkil edir. 41 və 91 nömrəli forma 2 arayışlarında ona ödənildiyi göstərilən 82.084,00 manat ümumi məbləğdən, yəni 213.462,56 manatdan çıxıldıqda cavabdehin ona ödəməli olduğu 131.378,56 manat borcu olduğu aşkar görünməkdədir. Aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 91 nömrəli forma 2 arayışında iş növü olaraq göstərilən “divarlara və tavanlara üç qat məcun vurulması” 1494,0 m2 olaraq göstərilmişdir. 121 nömrəli forma 2 arayışında isə həmin iş növü 4283,25 m2 göstərilir. İş üzrə keçirilmiş ek spertiza 1-ci, 2-ci və 3-cü rəylərdə qeyd edilən iş növünün 6919,34 m2 olduğu təsbit edilir. Təqdim edilən müqayisəli təhlillərdən görünür ki, qeyd edilən iş növünü cavabdeh tərəf 5777,25 m2 olaraq təqdim edir və bu ölçü üzərindən hesablama aparır. Lakin faktiki olaraq həmin iş növünün 6919,34 m2 həcmində icra olunduğu iş üzrə ekspert rəyləri ilə təsdiqini tapmaqdadır. Belə olan halda qeyd edilən iş növü 6919,34-5777,25 = 1142,09 m2 az olaraq göstərilir ki, sadəcə bu iş növünün dəyəri 1442,09 * 13,39 AZN = 19309,58 AZN təşkil edir ki, cavabdeh tərəf bu məbləği ona ödəməkdən əsassız olaraq yayınmaq istəyir. Bundan başqa, iş növü olaraq, XÜS-6588 (arko kəmərlərinin boyanması) 56 ədəd * 3.75 = m2 * 9.65 = 2026,5 AZN təşkil edir ki, bu məbləğ 121 nömrəli forma 2 arayışında göstərilməyib, lakin ekspert rəylərində və iş üzrə təqdim etdiyi sübutlarda bu iş növünün mövcud olduğu və tərəfindən görüldüyü sübuta yetirilir. İş növü XÜS-5753 (divarlara və tavana 2 qat silikonlu boya vurulması) 41 nömrəli arayışda 2410,0 m2 göstərilmişdir. Lakin ekspertizanın yerində müəyyən etdiyi həcm 4052,62 m2-dir. Buradakı fərq 1642,62 m2 olur ki, bunun da dəyəri 1642,62 * 9.13= 14997,12 AZN təşkil edir. Əlavə olaraq bildirir ki, məhkəməyə təqdim etdiyi sənədlərin tərkibində iş növü XÜS5755 üzrə analiz sənədi mövcuddur. Həmin analiz sənədində "astar divar kağızının vurulması” üzrə iş növü XÜS-0351 olaraq təsdiq edilmiş, işçilik və material daxil olmaqla 3880 * 3,06 = 11 872,80 AZN məbləğini təşkil etmişdir. Bu hesablamalar tam şəkildə sadalanaraq təqdim edildikdə, qrafik üzərindən baxış zamanı açıq və aydın şəkildə görünməkdədir. Yuxarıda qeyd olunmuş kodlar əsasında ümumi cəm; 213.462,56 AZN, ödənilən vəsait 82084,00 AZN, qalıq vəsait 131.378,56 AZN təşkil etməkdədir. İddiaçı yazılı izahatında, həmçinin iddia ərizəsi, apellyasiya şikayəti və şifahi izahatlarında göstərilənləri təkrar olaraq qeyd etmişdir.

50. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

51. Apellyasiya baxışında; xx.xx.2025-ci il tarixli sorğuya Komitənin xx.xx.2025-ci il tarixli 3-35-7/2-1825/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilat lar tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb Azərbaycan Respublikası Naxçıvan MR Nazirlər Kabinetinə təqdim edilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiyanın yaradılması” haqqında 2023-cü il 3 may tarixli 40s nömrəli sərəncamına əsasən hazırlanmış arayışa əsasən adıçəkilən (“Naxçıvançay vadisi” istirahət mərkəzi) obyekt üzrə sifarişçi təşkilat Komitə, podratçı təşkilat "xxxx" MMC ("xxxx" MMC), subpodratçı təşkilat isə Komitənin Naxçıvan Şəhər İdarəsi olmuşdur. Həmin arayışa əsasən adıçəkilən tikinti obyektinin tikinti işlərinin mövcud qanunvericiliklə müəyyən edilmiş tikinti icraatı qaydalarına uyğun aparılmadığı (müqavilə, layihə-smeta, ekspertiza, tikinti yə icazə və digər sənədlər olmadan), həmçinin təqdim edilən sənədlərdə “Naxşıvançay vadisində abadlıq işləri” adı altında özəl obyekt, “Naxçıvançay vadisi” X4 inşa edildiyi müəyyən olunmuşdur. Bundan başqa, “Naxçıvançay vadisi” İstirahət Mərkəzi özəlləşdirilərək mülkiyyətə verildiyindən tikinti obyektinin Komitə tərəfindən təhvil-təslim işləri həyata keçirilməmişdir. (Vİ cild, i/v. 176-177, 195-196) Həmin məktuba əlavə olunmuş sifarişçi Komitə və cavabdeh arasında "Naxçıvançay vadisində abadlıq işləri" üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbulu aktı - dekabr 2022-ci il, 121 nömrəli “Forma-2” aktındən məlum olur ki, (8% plan yığımı və 18% ƏDV-siz) görülən işlər üzrə ödəniləcək məbləğ 47.178,35 manat təşkil edir.

52. İddiaçı tərəfindən təqdim edilmiş Halit Altınöz (Gəmiqya Hold inq Tikinti sahəsinin direktoru) və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış “İddiaçı bitirmə işləri üzrə subpodratçı, divar kağızı, boya və s. işlər” barədə müqavilənin surətindən görünür ki, X14 Mərkəzi Tikinti Sahəsinin bitirmə işləri üzrə subpodratçısı iddiaçıya görüləcək işlər üçün tikinti sahəsində əvvəl müəyyən olunan, maliyyə tərəfindən təsdiqlənən vahid qiymətə əsasən başlamaqla qiymətlər veriləcək. Lakin iddiaçı tikinti mövsümündə (tikinti sahəsi bağlanmadığı müddətdə) könüllü olaraq işdən ayrılmayacaq. Əgər çıxsa, Gəmiqya Holdinq istədiyi qədər maddi və mənəvi təzminat tələb edə bilər. Həmin müqavilədə işin keyfiyyəti, işçinin təhlükəsizliyi və sağlamlığı, qüsurlu istehsal, materialların daşınması və qorunması barədə məlumatlar qeyd edilmişdir (Vİ cild, i/v. 192).

53. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2026-cı il tarixli məktubunda göstərmişdir ki, iş həcmlərinin ekspertiza rəyinə uyğun müəyyən edilməsi, qiymətləndirmənin isə Forma 2 əsasında aparılması ilə bağlı mövqeyini diqqətə çatdırmaq məqsədilə Komitəyə xx.xx.2026-cı il tarixdə rəsmi məktub ünvanlamış və zəruri hesab etdiyi sənədləri göndərmişdir.

54. Həmin tarixli məktubunda iddiaçı göstərmişdir ki, Sabit Abdullazdə tərəfindən verilmiş izahat faktiki halları tam şəkildə əks etdirmir və mövcud materiallarla uyğunluq təşkil etmir. Belə ki, ölçü işləri eyni vaxtda deyil, müxtəlif tarixlərdə və fərqli tərkibdə aparılmışdır. Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən 2022-ci ilin sentyabr və oktyabr aylarında iş yerinə baxış keçirilmiş, həmin baxış zamanı Maliyyə Nazirliyinin nümayəndəsi, Şahid23, qarşı tərəfin nümayəndələri və onun iştirakı ilə qiymətləndirmə aparılmışdır. Birinci ölçü işi 2022-ci ilin dekabr ayında yalnız Şahid23 və onun iştirakı ilə, ikinci ölçü işi 2023-cü ilin yanvar ayında Şahid23, Elçin Mustafayev, Asəf və onun iştirakı ilə aparılmışdır. 55. xx.xx.2026-cı il tarixdə iddiaçı tərəfindən məhkəməyə üzərində əlyazma ilə hesablama aparılmış “ekspert İsa Eyvazzadə tərəfindən imzalanmış “Smeta” cədvəlinin və 121 nömrəli “Forma-2” aktınin surətləri göndərilmiş və qeyd etmişdir ki, Forma 2 və İİ ekspertizanın smetasının üzərində apardığı müqayisəli təhlillərə baxılaraq hesablanılmasını xahiş edir.

56. Cavabdehin vəkil-nümayəndəsi tərəfindən təqdim edilmiş Akt F-2 sənədinin surətindən görünür ki, həmin aktda “sifarişçi cavabdeh, icraçı iddiaçı, Naxçıvan vadisində abad lıq işləri aprel 2022, xüs-5753 divarlar və tavanlara 2 qat silikonlu boya vurulması (avans olaraq verilmişdir), miqdarı 2410 m2, qiyməti 9,13, cəmi 22.003, 30 kimi məlumatlar qeyd edilmiş, bu akt iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanmışdır. Apellyasiya baxışının hədləri

57. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq iddiaçının apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilməyən hissəsinin dəyişdirilməsinə, cavabdehin apellyasiya şikayəti isə qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

58. Mülki Məcəllə; Maddə

385. Öhdəlik anlay ışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtlə şdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tut ulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müə yyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

59. Mülki-Prosessual Məcəllə; Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndi rilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər... Maddə

101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə

114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsind ə nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şi kayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 3 85.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə

387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə

388. Məhkəmənin gəldiyi n əticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə

389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq ed ilir. Maddə

393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

405. Kassasiya şikay əti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 60. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun; Maddə

6. Ekspertin müstəqilliyi Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Maddə

25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər. Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər. Maddə

26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:... məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar; məhkəmə ekspertizasının aparılması zamanı iştira k etmiş proses iştirakçıları haqqında məlumat; istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;...

61. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarı -... Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

62. Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarı - “Konvensiya araşdırm alarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur... (§68) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

64. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və mütəxəssis məsləhəti ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

65. Hazırkı işdə iddia üzrə mübahis ə 19 nömrəli xx.xx.2021-ci il tarixli və 24 nömrəli xx.xx.2022-ci il tarixli podrat müqavilələri əsasında iddiaçının görülmüş işlərə görə ödənilməmiş 131.378,56 manat borcun, "xxxx" ASC-dən götürdüyü 40.000 manat biznes kreditinə görə ödədiyi 30 aylıq faiz və cərimə məbləği 19.800 manatın və ödədiyi 400 manat dövlət rüsumunun, ümumilikdə 151.578,56 manatın cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlıdır.

66. İddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin XXXİX fəslinin 752.1, 753.1-ci və s. maddələri təşkil edir.

67. İş materiallarından məlum olur ki, podrat işlərinin görüldüyü obyekt “Naxçıvançay vadisi” istirahət mərkəzi üzrə sifarişçi təşkilat Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçı təşkilat cavabdeh, subpodratçı təşkilat isə Komitənin Na xçıvan Şəhər İdarəsi olmuş, həmin tikinti obyektinin tikinti işlərinin mövcud qanunvericiliklə müəyyən olunmuş tikinti icraatı qaydalarına uyğun aparılmadığı (müqavilə, layihə-smeta, ekspertiza, tikintiyə icazə və digər sənədlər olmadan), həmçinin təqdim edilən sənədlərdə “Naxşıvançay vadisində abadlıq işləri” adı altında özəl obyekt - “Naxçıvançay vadisi” X4 inşa edildiyi müəyyən edilmişdir. Sifarişçi Komitə ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmamışdır. Bundan başqa, “Naxçıvançay vadisi” istirahət mərkəzi özəlləşdirilərək mülkiyyətə verildiyindən tikinti obyektinin Komitə tərəfindən təhvil-təslim işləri həyata keçirilməmişdir.

68. Mülki Məcəllənin 755-ci maddəsində müəyyən edilən istisnalar nəzərə alınmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb e də bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Subpodratçı yalnız ona həvalə edilən işin yerinə yetirilməsinə cavabdehdir. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən qeyd olunan obyektdə işlərin müəyyən hissəsinin yerinə yetirilməsi üçün cəlb olunmuş, lakin göründüyü kimi onunla subpodrat deyil, podrat müqavilələri bağlanmış, həmin müqavilələr üzrə cavabdeh (“sifarişçi”) işlərin görülməsini sifariş verib iddiaçıya (“podratçı”ya) razılaşdırılmış muzd ödəməyi, iddiaçı isə "divarlara 2 qat boya vurulması və üzləmə dekorativ boya vurulması, divar kağızı üzərinə 2 qat silikonlu boya vurulması, divar kağızının vurulması” və “dekorativ boya və aboyun vurulması və boyanması” işlərini görməyi öhdələrinə götürmüşlər.

69. Müqa vilələrin 1.2-ci bəndində görülən işlərin həcminin müqavilələrə əlavə edilən aktla (və ya aktlarla) müəyyənləşdirildiyi göstərilsə də, müqavilələrə hər hansı akt əlavə olunmamışdır. Həmçinin müqavilələrin 4.1 və 5.1-ci bəndlərində görülən işlərin həcminin tərəflərin birgə iştirakı ilə müəyyən edildiyi, işlərin görülməsinə dair muzdun müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edildiyi və 12 ay müddətində ödəmə həyata keçirildiyi, müqavilələrdə nəzərdə tutulan işlərin 12 ay müddətində icra olunmalı olduğu razılaşdırılmışdır. Bu şərtlərə görə 19 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il, 24 nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin müddəti isə xx.xx.2023-cü il tarixdə bitmişdir.

70. Göründüyü kimi, hər iki müqavilədə görüləcək işlərin növü göstərilsə də, həmin işlərin həcmi müəyyən olunmamış, hər iki tərəfin iradəsini və razılığını ifadə edən sabit və ya təqribi smeta tərtib edilməmiş, təmir işlərində hansı materialların işlədiləcəyi barədə müvafiq akt və s. razılaşdırılmamışdır. İşlərin görülməsi iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir.

71. Komitə ilə cavabdeh arasında tərtib olunmuş “Naxşıvançay vadisində abadlıq işləri” üzrə iddiaçı tərəfindən görülmüş təmir işlərinin həcmini və dəyərini təsdiq edən qəbul aktları, yəni “Forma-2” aktları rəsmiləşdirilmişdir. Həmin aktlar iş üzrə mötəbər sübutlar kimi qiymətləndirilir. xx.xx.2022-ci il tarixli 41 nömrəli “Forma-2” aktına (2022 aprel) görə iddiaçıya ödənilməli olan muzd 22.006,78 manat hesablanmış, iddiaçı tərəfindən 22.003,30 manatın ona ödənilməsi barədə cavabdehə EBBV 97494 0 seriya nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə iddiaçıya qeyd olunan məbləğ avans olaraq ödənilmişdir. (İ c, i/v. 118-121) xx.xx.2022-ci il tarixli 91 nömrəli “Forma-2” aktına (2022 sentyabr) əsasən iddiaçıya ödənilməli olan muzd 60.104,64 manat hesablanmış, iddiaçı tərəfindən 60.092,75 manatın ona ödənilməsi barədə cavabdehə EBCİ 106428 seriya nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmiş və həmin tarixli ödəniş tapşırığı ilə iddiaçıya qeyd olunan məbləğ ödənilmişdir. Mütəxəssis məsləhətinə görə həmin məbləğ də avans kimi ödənilmişdir. (İ c, i/v. 122-124)

72. Apellyasiya baxışında təqdim olunmuş tarixi qeyd edilməyən, 121 nömrəli “Forma-2” aktına (2022 dekabr) görə iddiaçıya ödənilməli olan muzd 47.178,35 manat hesablanmış, həmin sənəd Komitənin və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq sonuncu tərəfindən möhürlə təsdiq olunmuş, lakin Komitənin möhürü ilə təsdiqlənməmiş, iddiaçı tərəfindən həmin məbləğin ona ödənilməsi barədə elektron qaimə göndərilməmiş və qeyd olunan vəsait iddiaçıya ödənilməmişdir. Buna səbəb isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Naxşıvançay vadisində abadlıq işləri” adı altında özəl obyektin, “Naxçıvançay vadisi” X4 inşa olunduğunun müəyyən edilməsi olmuşdur. Qeyd edilən halla bağlı Komitənin nümayəndəsi Şahid23 ifadəsində 2022-ci ilin dekabr ayında bəzi dəyişikliklərlə əlaqədar olaraq pulların ödənilməsinin gecikdiyini, 2023cü ildə Nazirlər Kabinetində komissiya yaradıldığını və o vaxt aidiyyəti üzrə ödənilməyən pulların, eyni zamanda “X8” xüsusi mü lkiyyət olduğundan oraya dövlət tərəfindən pulun ödənilməsinin dayandırıldığını göstərmişdir.

73. İş materiallarından aydın olur ki, 2022-ci ilin dekabr ayının sonlarında göstərilən obyektdə təmir-tikinti işləri tərəflərin iradəsindən asılı olmayaraq dayandırılmışdır.

74. Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podratın mahiyyəti ondan ibarətdir ki, sifarişçinin sifarişi əsasında podratçı tərəfindən müəyyən işlər görülməli və sonda görülən işin nəticəsi təqdim edilməlidir. “Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqav ilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

75. Qeyd edilən “Forma-2” aktlarından görünür ki, tərəflər iş həcminə daxil olan işlərə görə ödənilən muzdun miqdarı barədə həmin sənədlərdə göstərilən məbləğlər üzrə razılaşmışlar.

76. Birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, həmin qətnamə bilavasitə iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki və məhkəmə-mühasibat ekspertizalarının nəticələrinə əsaslanmaqla qəbul edilmişdir.

77. Kollegiya həmin ekspertizaların təyin olunub keçirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının Vəkil tərəfindən ekspertiza təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixdə verilmiş vəsatətdə "Naxçıvançay vadisi” istirahət mərkəzində aşağıda adları qeyd edilən işlərin neçə m2-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, neçə m2-ə astar kağızı vurulması, neçə metrə astar kağızı, neçə metrə 18 smlıq lepkaların sürtülüb boyanması, neçə m2-ə arko kəmərin işlənməsi, neçə m2-ə divarlara və tavanlara 2 qat silikonlu boyanın vururlması, neçə metrə 21 sm lepkaların sürtülüb boyanması, neçə m2-ə 28 sm lepkaların sürtülüb vurulması, neçə metrə gipsdən hazırlanmış 3-lük kant vurulması, neçə m2-ə astar divar kağızı vurulması işlərinin görülməsinin və görülən işlərin material və işçilik qiymətlərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə qəradad çıxarılması xahiş olunsa da, həmin vəsatətdə görülən işlərin dəyərinin iş materiallarında olan “Forma-2” aktlarında göstərilən qiymətlər üzrə hesablanması qeyd edilməmiş, eyni məzmunlu xx.xx.2023-cü il tarixli vəsa tətlə məhkəməyə müraciət olunmuş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında 1-ci sual olaraq vəsatətdə göstərilən sual, 2-ci sual olaraq 1-sualda göstərilmiş işlərin material və işçilik qiymətlərinin nə qədər olması qoyulmuş, qərardad tərəflərin elektron kabinetlərinə yerləşdirilmiş və heç bir etiraz olunmamışdır. (İ c, i/v. 135-136, İİ c, i/v. 62-63, İİ c, i/v. 102-105) 78. 881 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, hazırkı iş üzrə iddiada göstərilən “Naxçıvançay vadisi” istirahət mərkəzinin daxili tikilərində iddiaçı tərəfindən təqribən 6919.34 kv.m-ə divarlara və tavana astar kağız üzərinə 3 qat sətən məcun vurulması, 4884 kv.m-ə astar kağızı vurulması, 244 rul on astar kağızı istifadə olunması, 1641.12 metrə 18 sm-lıq lepkaların sürtülüb boyanması, 200 kv.m-ə arko kəmərin işlənməsi, 3927.31 kv.m-ə divarlara və tavanlara 2 qat silikonlu boyanın vurulması, 2171.8 metrə 21 sm lepkaları sürtülüb boyanması, 191 metr 28 sm lepkaların sürtülüb vurulması, 710 metrə gipsdən hazırlanmış 3-lük kantın alnması, eyni zamanda vurulması və 4884 kv.m-ə astar divar kağızının vurulması işlərinin görüldüyü müəyyən edilmişdir. “Naxçıvançay vadisi” istirahət mərkəzinin daxili tikilərində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik qiymətləri 2023-cu ilin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 173.772,61 manat müəyyən edilir. (İİ c, i/v. 141-144)

79. Göstərilən rəyin aydınlaşdırılması üçün məhkəmə iclasında verilmiş suallara ekspert Həsən Babayev cavablarında “gördüyü işləri iddiaçının ona göstərdiyini, sadəcə iddiaçının ona göstərdiyi yerlərə baxdığını, işlərin həcmini isə özünün müəyyən etdiyini, obyektə 3 həftə baxış keçirdiyini” bildirdmiş, rəydə istifadə olunmuş “bəzi”, “qismən” terminlərinin və tətbiq edilən metodların dəqiqləşdirilməsi üzrə aydın izah verə bilməmişdir.

80. Görülmüş işlərin material və işçilik qiymətlərinin 2023-cü ilin orta bazar qiymətlərinə uyğun müəyyən olunmasına qarşı həmin vaxt iddiaçı tərəfdən etiraz edilməmişdir.

81. Həmin rəylə bağlı cavabdehin vəkil-nümayəndəsi xx.xx.2023-cü il tarixli vəsatətində ekspertizanın natamam məlumatlar əsasında keçirildiyini, ekspertin iş materiallarında olan “Forma-2” aktlarındakı qiymətləri deyil, iddia edilən işlərin 2022-ci ildə görülməsinə baxmayaraq 2023-cü ilin or ta bazar qiymətlərini əsas götürməklə görülən işlərin qiymətlərini hesabladığını, cavabdehin nümayəndəsinin tədqiqat obyektinə baxışın keçirilməsində iştirakının təmin edilmədiyini, xx.xx.2023-cü il tarixdə ekspertizanın keçirilməsi ilə bağlı sadəcə bir bildiriş göndərildiyini, tərəflərindən göndərilən nümayəndənin isə daha sonradan geri qaytarıldığını və ekspertizada iştirakının təmin edilmədiyini, həmçinin tədqiqat obyektinə baxışın bir deyil, bir neçə dəfə həyata keçirildiyini, lakin həmin baxışlar barədə ünvanlarına heç bir bildirişin daxil olmadığını və məlumat verilmədiyini, “Naxçıvançay vadisi” istirahət mərkəzinin binasında görülən işlərin sadəcə iddiaçı tərəfindən deyil, müxtəlif podratçılar tərəfindən yerinə yetirildiyini, araşdırmanın predmeti olan işlərin məhz iddiaçı tərəfində n görülmüş olması qənaətinə necə gəlindiyinin müəmmalı olmasını, təkrar ekspertiza keçirilməsini xahiş etdiyini göstərmişdir. (İİ c, i/v. 225-227).

82. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertin qarşısında eyni suallar qoyulmuş, cavabdehin vəkilnümayəndəsi xx.xx.2024-cü il tarixli vəsatətində xx.xx.2024-cü il tarixdə keçirilmiş ekspertiza baxışında ekspertin qiymət siyahısı olmadığı təqdirdə hesablamanın 2024-cü ilin orta bazar qiyməti əsasında aparılacağını bildirdiyini, qiymətlərin iş materiallarında olan, razılaşdırılan “Forma-2” aktlarında göstərilən qiymətlər əsasında hesablanmasını ədalətli hesab etdiklərini göstərmiş, bu mümkün olmadıqda, ekspert qarşısına qoyulan ikinci sualla əlaqədar işlərin material və i şçilik qiymətlərinin Naxçıvan MR Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş qiymətlər əsasında hesablanmasını, bu mümkün olmadığı təqdirdə isə məhkəmə qərardadının icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. (İİİ c, i/v. 9-13, 39-40) 83. 3-16-16/2-10/736 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində iddiaçı tərəfindən görülən işlərin material və işçilik qiymətlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 194.653,71 manat məbləğində olması müəyyən edilmiş, iddiaçı tərəf həmin ekspertiza rəyinə etirazı olmadığını bildirmişdir. (İİİ c, i/v.48-52, 98).

84. Həmin ekspert rəyindən görünür ki, material və işçilik qiymətlərinin “mövcud orta bazar” qiymətlərinə uyğun olaraq hesablanması qeyd olunsa da, eyni ilə birinci ekspert rəyində göstərilmiş 2023-cü ilin orta bazar qiym ətləri əsas götürülmüş, sadəcə “binanın 3 mərtəbə və nərdivan boşluqlarının divarlarının 3880 m2 hissəsinin cilalanıb “binder” kley məhlulu ilə astarlanması” üzrə əlavə olaraq 20.764,1 manat hesablanmışdır.

85. X17 isə məhkəmə iclasında şifahi məsləhətində “binder” işinin ayrıca bir iş kimi getmədiyini, onun boya işinin içində olmaqla boya vurulanda onun altından hökmən astar vurulmalı olduğunu göstərmişdir. İddiaçının özünün təqdim etdiyi analizdən də məlum olur ki, astar divar kağızının vurulmasına görə “binder” kleyi ayrıca deyil, görülən boya işinin tərkibində hesablanmışdır. (İİİ c, i/v. 117).

86. Cavabdehin vəkil-nümayəndəsi xx.xx.2024-cü il tarixli vəsatətində yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli vəsatətdə göstərdiyi işlərin qiymətlərinin “Forma-2” aktlarında göstərilən q iymətlər üzrə aparılmalı olmasını və s. xatırlatmış, ekspert rəyləri arasında ziddiyyət olduğuna görə təkrar eksperiza keçirilməsini xahiş etmişdir. (İİİ c, i/v. 89-93).

87. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında ilkin və təkrar ekspertizada göstərilən, ancaq material və işçilik qiymətlərinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 41 nömrəli 2022-ci ilin aprel və xx.xx.2022-ci il tarixli 91 nömrəli 2022-ci ilin sentyabr dövrü üçün “Forma-2” aktlarındakı qiymətlərə əsasən nə qədər təşkil etməsi sualları, məhkəmə-mühasibatlıq ekspertizası üzrə isə ekspert qarşısında qeyd edilən məhkəmə tikinti-texniki ekspertizası üzrə 2-ci sual da göstərilən, “... material və işçilik qiymətlərinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 41 nömrəli 2022-ci ilin aprel və xx.xx.2022-ci il tarixli 91 nömrəli 2022-ci ilin sentyabr dövrü üçün “Forma-2” aktlarındakı qiymətlərə əsasən hesablanmaqla müəyyən edilmiş məbləğdən 82.000 manat çıxıldıqdan sonra qalan pul məbləğinin nə qədər olması sualı qoyulmuşdur. (İİİ c, i/v.158-163).

88. Həmin qərardad üzrə təyin olunmuş ekspertizalar ekspertlərin “məhkəmə ekspertizasının aparılmasının mümkün olmaması barədə məlumat”da göstərdiklərinə görə, “cavabdehin nümayəndəsinin (vəkilinin) tədqiqat obyektini təqdim etməkdən imtina etməsi” səbəbindən keçirilməmiş və iş geri qaytarılmış, lakin həmin məlumatda göstərilənlər cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli vəsatəti və iddiaçının vəkilin in izahatı ilə təkzib olunmuşdur. (İİİ c, i/v. 218, 222).

89. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilməklə ekspertlər qarşısında xx.xx.2024cü il tarixli qərardadda göstərilən suallar qoyulmuşdur. (İİİ c, i/v.224-229). 90. 3-16-16/2-10/8689 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert ekspertizanın təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadda qoyulmuş suallara heç bir əhəmiyyət verməmiş, xx.xx.2023-cü il tarixli qərardadda qeyd olunan sualları “ekspertiza qarşısında qoyulan suallar” kimi köçürməsinə baxmayaraq, rəyin 2-ci səhifəsində “Qeyd: ekspert qarşısında qoyulmuş sualların məzmununda dəyişiklik edilmədən qərarda olduğu kimi köçürüldü” yazmış, ümumiyyətlə, tar ix və rəy nömrələrinin dəyişdirilməsi və sonuncu səhifəsində yazılmış “Qeyd” hissənin çıxılması istisna olmaqla, 3-16-16/2-10/736 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi olduğu kimi, sözbəsöz göstərilən ekspert rəyinə köçürülmüş, ekspertin nə vaxt tədqiqat obyektinə baxış keşirdiyi göstərilməmiş (əvvəlki ekspertiza zamanı baxışın keçirildiyi vaxt qeyd olunmuşdur), ekspert konkret olaraq xx.xx.2024-cü il tarixli qərardadla ekspertizanın qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmamışdır. (İV c, i/v.50-53)

91. Məhkəmə-mühasibat ekspertizası təyin olunması ilə bağlı verilmiş 9/9024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən isə məlum olur ki, ekspert tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla ekspertizanın qarşısında qoyulmuş sual üzrə iş materiallarında olan “Forma-2” aktlarına müvafiq olaraq müstəqil tədqiqat aparılmamış, məhkəmə tikinti-texniki ekspertizası üzrə 3-16-16/2-10/8689 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən təqribən müəyyən edilən 194.653,71 manatdan 82.000 manat çıxıldıqdan sonra 112.653,71 manat qalıq müəyyən olunması nəticəsinə gəlmişdir. (İV c, i/v.46-47)

92. Cavabdehin vəkil-nümayəndəsinin göstərilən ekspert rəylərinin əsassız olmasına görə təkrar espertiza keçirilməsi barədə vəsatəti ilə bağlı iddiaçı tərəf “təkrar ekspertizanın keçirilməsinə birmənalı olaraq razı deyilik”, “ekspert qarşısında qoyulmuş suallar hərtərəfli tam cavablandırılmışdır” ifadələri ilə münasibət bildirmiş və həmin vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. (İV c, i/v. 70-71, 82, 84-87)

93. Məhkəmə-mühasibat ekspertizası istisna olmaqla, bütün ekspert rəylərinin “tədqiqat prosesinin təsviri” hissəsində “tədqiqatın aparılması üçün iş üzrə tərəf iddiaçı və ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirildiyi, iş materiallarında olan iş icraçısı iddiaçının apardığı təmir işlərinin “smeta cədvəli”nə istinad edildiyi, iddiaçının həmin işlərin onun tərəfindən yerinə yetirilməsini əsaslı şəkildə bildirdiyi” göstərilmiş, cavabdeh tərəfin isə ekspertizalarda iştirakı və cavabdehin nümayəndəsinin hər hansı bir izahatı qeyd olunmamış, həmçinin ekspertizaların keçirilməsi ilə bağlı iş materiallarında olan heç bir vəsatəti nəzərə alınmamış, işlərin görülmüş olması ilə bağlı yalnız iddiaçının birtərəfli olaraq verdiyi məlumatlara əsasən qənaətə gəlinmişdir.

94. Ekspert rəylərinin “tədqiqatın nəticəsi” hissəsində isə “iddiaçı tərəfindən... işlərinin görüldüyünün və iddiaçı tərəfindən... işlərinin... bazar qiymətlərinə uyğun olaraq təqribən... məbləğində olduğunun müəyyən edildiyi” göstərilmişdir. Halbuki ekspert kimin, hansı işləri, hansı məbləğdə gördüyünü deyil, yalnız görülmüş işləri və qiymətlərini müəyyən edə bilər.

95. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən, elmi əsaslılığın və obyektivliyin olmaması, tərəflərin iştirak hüquqlarının (prosessual bərabərlik və çəkişmə) pozulması, bazar qiymətlərinin yanlış tətbiqi, rəsmi olmayan “smeta”nın rəyə köçürülməsi, ekspertlərin məhkəmənin qoyduğu sualları (“Forma-2” aktlarındakı qiymətlərlə bağlı) cavablandırmaması, rəylərin elmi-texniki əsaslara deyil, tərəfin subyektiv mülahizəsinə əsaslanması, ilkin rəyin sonrakı rəylərə sözbəsöz kö çürülməsi (plagiatlıq) və s. baxımından ekspert rəylərinin mötəbər sübut kimi qəbul olunması ilə razılaşmır.

96. Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsi “ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir” ifadəsi ilə qeyd edilən ekspert rəylərinə əsaslanmaqda haqlı olmamışdır.

97. Görülmüş işlərin həcminə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının hər iki müqavilə üzrə cavabdehin sifarişi əsasında görmüş olduğu işlər məhz onun özünün, Komitənin, cavabdehin və Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakları ilə bir neçə dəfə ölçülüb müəyyən edilmiş və bu barədə 121 nömrəli “Forma-2” aktı (2022 dekabr) tərtib olunaraq rəsmiləşdirilmişdir.

98. Apellyasiya baxışı zamanı Şahid23 ifadəsində Komitənin nümayəndəsi kimi görülmüş işlərin qə bulu zamanı iştirak etdiyini, işin növü və həcmi yazılanda orada iştirak edən bütün tərəflərin, eləcə də iddiaçının öz qeydlərini götürdüklərini, “Forma-2” aktında olan ümumi hesablamanı iddiaçıya göstərdiyini, ölçülərin iddiaçı ilə birgə dəqiqliklə ölçüldüyünü göstərmişdir.

99. İddiaçı isə izahatında müqavilələrdə nəzərdə tutulandan əlavə işlər gördüyünü və həmin gördüyü işlər barədə sifarişçiyə məlumat verdiyini, lakin bununla bağlı yazılı sübutunun olmadığını bildirmişdir.

100. Eləcə də şahid Sabit Abdullazədə ifadəsində sonuncu “Forma-2” aktı üzrə işlər qəbul olunduqdan sonra dekabr ayında iddiaçının tamamlanmamış işlərinin qaldığını, ekspertin işlərin həcmini artıq yazmasına iddiaçının yarımçıq işlərinin də hesablanmasının ola biləcəyini bildirmiş, iddiaçı da izahatında yarımçıq qal mış (tamamlanmamış) işləri olduğunu, lakin həmin işlərin qəbulu ilə bağlı cavabdehə müraciət etmədiyini göstərmişdir.

101. Qeyd olunduğu kimi, podrat müqaviləsi üzrə görülmüş işlərin nəticəsi, yəni sifarişçi tərəfindən sifariş olunmuş və podratçı tərəfindən tam görülmüş işlər qəbul olunur, tamamlanmamış işlərin qəbul edilməsi və müvafiq muzdun ödənilməsi bu barədə qanunvericiliyin tələblərinə ziddir.

102. Digər tərəfdən, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir.

103. İş materiallarında olan iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, iddiaçı “müvafiq müddət ərzində işin qəbul edilməsini” deyil, müqavilədə qeyd olunan və tərəfindən görülmüş işlərin dəyərini təşkil edən 161.557 manat məbləğdən qalıq olan 79.473 manatın ödənilməsinin təmin olunmasını xahiş etmiş, cavabdeh də xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya cavab vermişdir ki, “məktubunuzda qeyd olunan məbləğlə bağlı bildirilirk ki, Komitə tərəfindən qanunvericili yə uyğun olaraq təsdiq edilmiş müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinizə baxılacaqdır”. (İ c, i/v. 9,11)

104. Həmçinin iddiaçı qəbul edilməyən işlərin həcmini və dəyərini sübut edən sənədləri (həcmi təsdiqləyən yazılı sifariş və akt, smeta, materialların xərc qəbzləri, podratçının mühasibat sənədləri və s.) məhkəməyə təqdim etməmiş, rəsmi “Forma-2” aktları ilə qəbul edilmiş işlərdən əlavə görülmüş işləri cavabdehin sifarişi ilə icra etməsini, eləcə də tamamlanmamış işlərin tamamlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

105. Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrndə “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edi lmişdir ki, “Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin iddiaçı tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 448.1, 752.1, 753.1 və 760.2-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmiş, sadəcə bir cümlə ilə göstərilmişdir ki, qeyd edilən maddi hüquq normalarının təfsiri onu deməyə əsas verir ki, cavabdeh - sifarişçi iddiaçının “X8”ndə tərəfindən görülən işlərin dəyəri razılaşdırılmı ş, mübahisə edilməyən “Forma-2” aktında göstərilən qiymətlər üzərindən hesablanaraq ödənilməlidir.

106. Həmçinin prosessual hüquq normalarının pozulmasında Mülki-Prosessual Məcəllənin 80, 88 və 103.1-ci maddələrinə istinad olunaraq məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8689/2024 nömrəli ekspert rəyinin nəticəsində göstərilən rəqəmlə kifayətlənildiyi, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş və onun tərəfindən mübahisə edilməyən, razılaşdırılmış “Forma-2” aktlarında göstərilən qiymətlərin nəzərə alınmadığı və iddia tələbinin müvafiq hissədə təmin edilmədiyi göstərilmişdir. Kollegiya iddiaçının şikayətinin qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsində müvafiq ekspertiza təyin olunaraq ekspertin qaşısında “...görülmüş işlərin material və işçi lik qiymətlərinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli 41 nömrəli 2022-ci ilin aprel və xx.xx.2022-ci il tarixli 91 nömrəli 2022-ci ilin sentyabr dövrü üçün “Forma-2” aktlarındakı qiymətlərə əsasən nə qədər təşkil etməsi” sualı qoyulmuş, lakin iddiaçının göstərdiyi ekspert rəyində həmin suala qətiyyən cavab verilmədiyi halda, iddiaçı tərəf məhkəmə iclasında “təkrar ekspertizanın keçirilməsinə birmənalı olaraq razı olmamalarını”, “ekspertin qarşısında qoyulmuş sualların hərtərəfli, tam cavablandırıldığını” bildirməklə həmin rəylə razılaşmışlar. (İV c, i/v. 82)

107. Apellyasiya baxışında isə iddiaçı və ya cavabdeh tərəfdən müvafiq ekspertizanın təyin olunması ilə bağlı vəsatət verilməmiş və kollegiya tərəfindən də mübahisə olunan obyektdə təkrar texniki-tikinti ekspertizasının ap arılmasının mümkünsüzlüyü nəzərə alınaraq öz təşəbbüsü ilə ekspertizanın təyin olunması məqsədəmüvafiq hesab edilməmişdir.

108. Kollegiya iddiaçının şikayətinin “cavabdehdən tələb olunan "xxxx" ASC-dən 40.000 manat biznes kreditinin götürülməsinə əsasın cavabdehlə xx.xx.2021-ci il tarixindən əvvəl şifahi razılaşmalarına əsasən gələcəkdə “Naxçıvançay vadisi” istirahət mərkəzində görüləcək işlər üçün tikinti materiallarının alınması və işçi qüvvəsinin əmək haqlarının ödənilməsinin olması, şahid kimi dindirilən Mikayıl Məjlumovun öz ifadəsində “iddiaçı tərəfindən onların əmək haqlarının bankdan götürülmüş kredit hesabına təmin edilməsini göstərməsi və s.” dəlilləri ilə bağlı bildirilir ki, kollegiya bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qeyd-şərtsiz razılaşır. (bax §23) Şahid X10 isə ifadəsində “1 aylıq əmək haqlarının qaldığını, iddiaçının təxminən 2022-ci ilin axırı, 2023-cü ilin yanvarında kredit çəkib onların pulunu verdiyini, iddiaçı kredit götürəndə onun yanında olmadığını, pulu ona verəndə iddiaçının elə dediyini” göstərmişdir (V c, i/v. 194). İddiaçı isə qeyd etdiyi kredit məbləğini şahidin göstərdiyi vaxtdan 1 il 9 ay əvvəl, xx.xx.2021-ci il tarixdə almışdır, yəni şahidin ifadəsi şikayətin həmin dəlilini təsdiq etmir.

109. İddiaçı özü tərəfindən tərtib olunmuş cədvəllərdə “Naxçıvançay vadisi” istirahət mərkəzində onun tərəfindən görülmüş işlərə görə borc məbləğini: İ c, i/v.15-də 79.473 manat, İ c, i/v. 203-də 99.232 manat və İİİ c, i/v. 77-də 131.378,56 manat göstərmiş, hər dəfə tikinti-texniki ekspertizası keçirildikdən sonra yeniləmişdir. Həm in cədvəllərdə göstərilən məlumatlar iddiaçının mövqeyini ifadə etməklə birtərəfli xarakter daşıyır və kollegiya tərəfindən mötəbər sübut kimi qəbul edilmir.

110. İddiaçının izahatında göstərdiyi gördüyü işlərin fleşkartda videolarının da olması, ölçmələr aparılarkən gördüyü işlərin az yazılması, 30%-ni saxlamaları, ona gördüyü işlərə görə 40.000 manat təklif edilməsi, 2023-cü ilin mart ayında 79.000 manat barədə elektron qaimə göndərməsi, lakin qarşı tərəfin “onlara hələ pul verilməyib” deyə həmin qaiməni geri qaytarmaları və s. dəlilləri ilə bağlı da heç bir sübut təqdim olunmamışdır.

111. Kollegiya şahid Asəf Qulievin ifadəsində “ölçü apararkən Sabitin ona ölçüləri 30% azaltmasını deməsi, tərtib etdiyi cədvəli iddiaçıya və cavabdehə verməsi, ekspertiza keçiriləndə ondan “yazdığın ölçülə ri olduğu kimi götürübsən?” deyə soruşulduğu, onun da təsdiq etdiyi, hazırladığı cədvəli ekspertə deyil, ekspertizadan sonra iddiaçıya verməsi” barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, Şahid23 tərəfindən “ölçülərin 30% azaldılması” ifadəsi təkzib olunmuşdur və digər sübutlarla təsdiq edilmir. Onun tərtib etdiyi cədvəl isə imza və möhürlə təsdiqlənmədiyindən yazılı sübut kimi qəbul olunmamışdır. Həmçinin şahid özü ifadəsinin davamında “həmin işləri iddiaçının gördüyünü dəqiq deyə bilmədiyini, çünki orada iddiaçının gördüyü işləri onun göstərişinə əsasən ölçüb yazdığını” bildirmişdir.

112. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qər arına əsasən, “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur... (§68) Hər bir tərəf oz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MülkiProsessual Məcəllənin 77.1 və 81-ci maddələri).

113. Kollegiya tərəfindən apellyasiya şikayətlərində göstərilən digər dəlillər, həmçinin işdə iştirak edən şəxslərin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir.

114. Kollegiya apellya siya şikayətlərinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi dəlilləri ilə razılaşır.

115. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, prosessual hüquq normalarının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmidir (Mülki-Prosessual Məcəllənin 386, 387.1, 388 və 389-cu maddələri).

116. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki; - iddiaçının a pellyasiya şikayəti təmin edilməməli, - cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, - Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2025 nömrəli 2025-ci il 13 avqust tarixli qətnaməsi “Cavabdeh MMC-dən 112.557,66 (bir yüz on iki min beş yüz əlli yeddi manat altmış altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin” hissəsində qismən ləğv edilməli, -yeni qətnamə qəbul olunmalı, - cavabdehdən 47.178,35 manat alınıb iddiaçıya verilməli, - qətnamə məhkəmə xərclərinə aid hissədə aşağıdakı kimi qəbul olunmalı, - iddia üzrə dövlət büdcəsinə ödənilməli olan 441,18 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (31,2%) mütənasib olaraq 137,65 manatı cavabdehdən alınıb dövlət gəlirlərinə ödənilməli, - iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 41,18 ma nat dövlət rüsumunun 12,81 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, - 3-16-16/2-10/736 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manatın 68,80 manatı iddiaçıdan, 31,20 manatı cavabdehdən alınaraq - büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı - X5 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22), Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməli, - 3-16-16/2-10/8689/2024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 ma natın 137,60 manatı iddiaçıdan, 62,40 manatı cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, - 9/9024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manatın 68,80 manatı iddiaçıdan, 31,20 manatı cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, - qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, - iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 223,20 manat dövlət rüsumunun artıq ödənilmiş 2,60 manatı iddiaçıya qaytarılmalı, 68,83 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməli, - cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 221 manat dövlət rüsumunun artıq ödənilmiş 0,4 0 manatı cavabdehə qaytarılmalı, 151,77 manatı iddiaçıdan alınıb cavabdehə ödənilməli, qalan hissədə cavabdehin özünə aid edilməlidir. Nəticəvi hissə

117. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-1/2025 nömrəli, 2025-ci il 13 avqust tarixli qətnaməsi “Cavabdeh MMC-dən 112.557,66 (bir yüz on iki min beş yüz əlli yeddi manat, altmış altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin” hissəsində qismən ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən 47.178,35 (qırx yeddi min yüz yetmiş səkkiz man at otuz beş qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamə məhkəmə xərclərinə aid hissədə aşağıdakı kimi qəbul olunsun: İddia üzrə dövlət büdcəsinə ödənilməli olan 441,18 (dörd yüz qırx bir manat on səkkiz qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 137,65 (bir yüz otuz yeddi manat altmış beş qəpik) manatı Cavabdeh MMC-dən alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilən 41,18 (qırx bir manat on səkkiz qəpik) manat dövlət rüsumunun 12,81 (on iki manat səksən bir qəpik) manatı Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. 3-16-16/2-10/736 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manatın 68,80 (altmış səkkiz manat səksən qəpik) manatı İddiaçı, 31,20 (otuz bir manat iyirmi qəpik) manatı Cavabdeh MMC-dən alınaraq - büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı - X5 (kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. 3-16-16/2-10/8689/2024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manatın 137,60 (bir yüz otuz yeddi manat altmış qəpik) manatı İddiaçı, 62,40 (altmış iki manat qırx qəpik) manatı Cavabdeh MMC-dən alınaraq Az ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. 9/9024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildiriş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manatın 68,80 (altmış səkkiz manat səksən qəpik) manatı İddiaçı, 31,20 (otuz bir manat iyirmi qəpik) manatı Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 223,20 (iki yüz iyirmi üç manat iyirmi qəpik) manat dövlət rüsumunun artıq ödənilmiş 2,60 (iki manat altmış qəpik) manatı İddiaçı qaytarılsın, 68,83 (altmış səkkiz manat səksən üç qəpik) manatı Cavabde h MMC-dən alınıb İddiaçı ödənilsin, qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun artıq ödənilmiş 0,40 (qırx qəpik) manatı Cavabdeh MMC-yə qaytarılsın, 151,77 (bir yüz əlli bir manat yetmiş yeddi qəpik) manatı İddiaçı alınıb Cavabdeh MMC-yə ödənilsin, qalan hissədə cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar