Məhkəmə qərarları › İş №2-2(108)-6/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-6/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-6/2021 26.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi və iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" ASC-nin İdarə heyətinin sədri A.Məmmədov 13.03.2019-cu il tarixdə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 15 fevral 2019-cu il tarixə kredit müqavilələri üzrə (07.04.2015-ci il tarixli, 0407/01/SKF saylı, 15.05.2015-ci il tarixli, 1505/01/SKF saylı, 22.06.2015-ci il tarixli, 2206/01/SKF saylı) 252426.60 (iki yüz əlli iki min dörd yüz iyirmi altı manat altmış qəpik) manat əsas borc, 10887.38 (on min səkkiz yüz səksən yeddi manat otuz səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 2176.61 (iki min yüz yetmiş altı manat altmış bir qəpik) manat faiz borcu, 3148.22 (üç min yüz qırx səkkiz manat iyirmi iki qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 268638.81 (iki yüz altmış səkkiz min altı yüz otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində kredit borc unun, bu borcun tam icra edildiyi tarixədək hesablanacaq faiz və cərimə məbləğlərinin, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsini, ödənilmədiyi təqdirdə tutmanın 07.04.2015-ci il tarixli, 0704/01/SKF saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X6 məxsus **********2110301 reyestr nömrəli Naxçıvan Muxtar Respublikası, ünvan 3ində 0.2799 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 517.83 kv.m. ümumi, 238.45 kv.m. yaşayış, 279.38 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə torpaq sahəsi ilə b irlikdə, 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X7 məxsus olan **********56-06301 reyestr nömrəli Naxçıvan Muxtar Respublikası, ünvan 3ində 0.5400 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2505.05 kv.m. olan qeyriyaşayış binasına, 07.04.2015-ci il tarixli, 0704/02/SKF saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X6 məxsus **********42-10301 reyestr nömrəli ünvan 1 ünvanında 0.0600 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 312.42 kv.m. ümumi, 114.47 kv.m. yaşayış, 197.95 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi və əmlakların açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesa bına kredit borcunun ödənilməsi, əmlaklara tutma yönəldikdə və ya satıldıqda 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evlərinə qeydiyyat hüquqlarını itirmələri, əmlakların boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasıni xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə iddiaçı "xxxx" ASC apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət etmişdir. İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin, Naxçıvan MR X2 və Bankın tərəf kimi iştirak edərək bağlanm ış olduğu kredit müqavilələrinə əsasən Naxçıvan MR X2 vəsaiti hesabına Borcalana Bank tərəfindən 84 ay müddətinə illik 6% dərəcəsi ilə “Quşçuluq təsərrüfatında kəsim sexinin yaradılması” məqsədilə ümumilikdə 400 000 (dörd yüz min) manat məbləğində kredit hissə-hissə, 07.04.2015-ci il tarixli 0407/01/SKF saylı kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat, 15.05.2015-ci il tarixli 1505/01/SKF saylı kredit müqaviləsi üzrə 100 000 (bir yüz min) manat və 22.06.2015-ci il tarixli 2206/01/SKF saylı kredit müqaviləsi üzrə 100 000 (bir yüz min) manat məbləğində verilmiş, kredit müqavilələrindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə 07.04.2015-ci il tarixli 0704/01/SKF saylı ipoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 03 aprel 2015-ci il tarixli, 13 saylı müqavilə ilə 190987.00 (bir yüz doxsan min doqquz yüz səksən yeddi) manat qiymətləndirilmiş, 03 aprel 2015-ci il tarixli, MH seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ X6 məxsus **********21-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3ində 0.2799 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 517.83 m2 ümumi, 238.45 m2 yaşayış, 279.38 m2 yardımçı sahədən ibarət olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə, ilkin satış qiyməti 03 aprel 2015-ci il tarixli, 13 saylı müqavilə ilə 308354.00 (üç yüz səkkiz min üç yüz əlli dörd) manat qiymətləndirilmiş, 03 aprel 2015-ci il tarixli, MH seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ X7 məxsus **********56-06301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3ində 0.5400 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2505.05 m2 olan qeyri-yaşayış binası, 07.04.2015-ci il tarixli, 0704/02/SKF saylı ipoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 03 aprel 2015-ci il tarixli, 13 saylı müqavilə ilə 199593.00 (yüz doxsan doqquz min beş yüz doxsan üç) manat qiymətləndirilmiş, 03 aprel 2015-ci il tarixli, MH seriyalı ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ X6 məxsus **********42-10301 reyestr nömrəli, ünvan 1 ünvanında 0.0600 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 312.42 m2 ümumi, 114.47 m2 yaşayış, 197.95 m2 yardımçı sahədən ibarət olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri müvafiq olaraq Naxçıvan şəhər 1 və 3 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xid məti tərəfindən 20 aprel 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 20/3 nömrəli reyestr kitabının 546 nömrəli, ********** qeydiyyat nömrəsi ilə 4/1 nömrəli reyestr kitabının 20 nömrəli, ********** qeydiyyat nömrəsi ilə 18/22 nömrəli reyestr kitabının 4177 nömrəli vərəqində əmlakların yüklülüyü qeydiyyata alınmışdır. Borcalan tərəfindən Kredit müqavilələrinin 3.2.4-cü bəndinin tələbləri pozulduğundan Bankın, kredit müqavilələrinin 3.1.5.1. və 3.1.5.2-ci bəndləri üzrə “Kreditin əsas məbləğinin ona hesablanmış faiz və cərimə məbləğləri ilə birlikdə Borcalandan vaxtından əvvəl qaytarılmasını tələb etmək” və İpoteka müqavilələrinin 4.1.1 və 4.1.2-ci bəndinə əsasən “İpoteka yüklü edilmiş daşınmaz əmlaka tutma yönəltmək” hüququ yaranmış və bu səbəbdən 15 fevral 2019-cu il tarixdə Bank, kredit müqavilələri üzrə öhdəlikərin yerinə yetirilməsini məhkəmə qaydasında mübahisələndirilərək borcun qaytarılması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Naxçıvan MR İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, iddia tələbi təmin edilsə də, məhkəməyə iddia ərizəsi verilərkən ərizədə əmlakın ilkin satış qiymətinin göstərilməsinə istinad olunmamış, ipoteka müqaviləsinin bağlandığı tarixdən xeyli müddətin ötdüyü nəzərə alınaraq, məhkəmə prosesi zamanı qiymətləndirilməsi uyğun görülmüşdür. İpoteka müqavilələri üzrə girov qoyulmuş əmlakların ilkin satış qiyməti 03 aprel 2015-ci il tarixli, 13 saylı müqaviləyə əsasən kredit götürülən zaman müəyyən olunmuş qiymət əsa sında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin bağlanmasından 4 il keçməsinə baxmayaraq məhkəmə prosesi zamanı yenidən qiymətləndirilmə aparılmadan qətnamə çıxarılmışdır. Qətnamə çıxarılan zaman, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirlərinə dair heç bir qeyd olmadığından və qətnamənin çıxdığı 24 aprel 2019-cu il tarixdən hal-hazırki tarixədək qətnamə icra edilmədiyindən, əmlakların halhazırki vəziyyəti nəzərə alınaraq real bazar qiymətinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Tərəflərindən ipoteka ilə yüklü edilmiş əmlaklara monitorinq keçirilən zaman əmlakların ipoteka ilə yüklü edilmiş ilkin vəziyyətində olmadığı müəyyənləşdirilmişdir. Həmçinin əmlakların ilkin satış qiymətinin müəyyən olunması üçün müvafiq İcra və Probasiya orqanına müraciət olunmuş, lakin ərizə təmin edilməmişdir. Sonda iddiaçı təşkilat yuxarıda göstərilənləri və Mülki-Prosessual Məcəllənin 357-ci, 362-ci və 372-ci maddələrinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilərək yenidən aparılmış qiymətləndirmə əsasında Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməklə Naxçıvan Muxtar Respublikası İnzibatiİqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə baxışı iclaslarında iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, iddiaçı təşkilatın nümayəndəsinin izahatını, iş üzrə araşdırılmış materialları və apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri ba rədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarına əsasən müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır” “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadında da müəyyən olunmuşdur ki, “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.” Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya şikayətindən də göründüyü kimi, iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərkən şikayətdə yalnız ipoteka ilə yüklü edilmi ş əmlakların ilkin satış qiymətinin müəyyən olunarkən müqavilənin bağlanmasından 4 il keçməsinə baxmayaraq məhkəmə prosesi zamanı yenidən qiymətləndirilmə aparılmadan qətnamə çıxarılması qeyd olunmuş və qətnamənin həmin hissədə dəyişdirilməsi xahiş edilmişdir. Yuxarıda qeyd olunan prosessual hüquq normaları, Konstitusiya və Ali Məhkəmənin qəbul etdiyi qərarlarındakı mövqeyini nəzərə alan kollegiya işə baxarkən apellyasiya şikayətinin dəlillərinə də məhz Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissəsində qiymət vermişdir. İddiaçı Naxçıvanbank” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tari xli, 22(087)-35/2019 nömrəli qətnaməsinin dəyişdirilməsinə əsas kimi “İddiaçı "xxxx" ASC-nin cavabdeh Kırna MMC-yə qarşı kredit borcunun ödənilməsi dair iddia tələbi təmin edilsə də, məhkəməyə iddia ərizəsi verilərkən ərizədə əmlakın ilkin satış qiymətinin göstərilməsinə istinad olunmaması və ipoteka müqaviləsinin bağlandığı tarixdən xeyli müddətin ötdüyü nəzərə alınaraq, məhkəmə prosesi zamanı əmlakların qiymətləndirilməsinin uyğun görülməsi, ipoteka müqavilələri üzrə girov qoyulmuş əmlakların ilkin satış qiymətinin 03 aprel 2015-ci il tarixli, 13 saylı müqaviləyə əsasən kredit götürülən zaman müəyyən olunmuş qiymət əsasında ipoteka ilə yüklü edilməsi, müqavilənin bağlanmasından 4 il keçməsinə baxmayaraq məhkəmə prosesi zamanı yenidən qiymətləndirilmə aparılmadan qətnamə çıxarılması, qətn amə çıxarılan zaman, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirlərinə dair heç bir qeyd olunmaması və qətnamənin çıxdığı 24 aprel 2019-cu il tarixdən hal-hazırki tarixədək qətnamə icra edilmədiyindən, əmlakların hal-hazırki vəziyyətinin nəzərə alınaraq real bazar qiymətinin müəyyənləşdirilməsi zərurətinin yaranması” göstərilmiş və qeyd olunan bu əsaslara görə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsinin həmin hissədə dəyişdirilməsi xahiş olunmuşdur. Kollegiya iddiaçı "xxxx" ASC-nin qeyd etdiyi bu dəlilləri müzakirə edərək həmin dəlillərin əsaslı olması qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkə məsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsi ipoteka ilə yüklü olunmuş əmlakların ilkin satış qiymətləri müəyyən olunmaqla və qətnamədə göstərilməklə həmin hissədə dəyişdirilməlidir. Belə ki, işin apellyasiya baxışı zamanı tədqiq olunmuş; 07 aprel 2015-ci il tarixli, 0704/01/SKF nömrəli kredit müqaviləsinin surətinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə quşçuluq təsərrüfatında kəsim sexinin yaradılması məqsədi ilə 84 ay müddətinə illik 6 faiz olmaqla 400000 (dörd yüz min) manatlıq kreditdən birinci hissə olaraq, 200000 (iki yüz min) manat, 15 may 2015-ci il tarixli, 1505/01/SKF nömrəli kredit müqaviləsinin surətinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə quşçuluq əsərrüfatında kəsim sexinin yaradılması məqsədi ilə 84 ay müddətinə illik 6 faiz olmaqla 400 000 dörd yüz min) manatlıq kreditdən ikinci hissə olaraq, 100000 (yüz min) manat, 22 iyun 2015-ci il tarixli, 2206/01/SKF nömrəli kredit müqaviləsinin surətinə əsasən isə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə quşçuluq təsərrüfatında kəsim sexinin yaradılması məqsədi ilə 84 ay müddətinə illik 6 faiz olmaqla 400000 dörd yüz min) manatlıq kreditdən üçüncü hissə olaraq, 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 aprel 2015-ci il tarixli, 0704/01/SKF nömrəli ipoteka müqaviləsinin surətinə əsasən 1. 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən X6 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3ində mülkiyyətində inventar nömrəsi 3147 olan, 0.2799 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 9 otaqlı, 517.83 kv.m. ümumi, 238.45 kv.m. yaş ayış, 279.38 kv.m. köməkçi sahədən ibarət (190987 (bir yüz doxsan min doqquz yüz səksən yeddi) manat dəyərində qiymətləndirilmiş) fərdi yaşayış evi, 2. “03” aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən X7 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3ində mülkiyyətində inventar nömrəsi 64 olan, 0.5400 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2505.05 kv.m. ümumi sahədən ibarət (308354 (üç yüz səkkiz min üç yüz əlli dörd) manat dəyərində qiymətləndirilmiş) qeyriyaşayış binası 07 aprel 2015-ci il tarixli, 0704/01/SKF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi, 07 aprel 2015-ci il tarixli, 0704/02/SKF nömrəli ipoteka müqaviləsinin surətinə əsasən 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən X6 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında olan 0.0600 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 312.42 kv.m., yaşayış sahəsi 114.4 kv.m., köməkçi sahəsi 197.95 kv.m. olan (199593 (bir yüz doxsan doqquz min beş yüz doxsan üç) manat dəyərində qiymətləndirilmiş) fərdi yaşayış evi 07 aprel 2015-ci il tarixli, 0704/01/SKF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdirlər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 3ində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 517.83 kv.m. ümumi, 238.45 kv.m. yaşayış, 279.38 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış ev i tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 546 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 məxsus ünvan 3i ünvanında 0.2799 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 546 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X9 Daşınmaz Əml akın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X7 məxsus ünvan 3i ünvanında 0.5400 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2505.05 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində 4/1 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.0600 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 312.42 kv.m., Yaşayış sahəsi 114.4 kv.m., köməkçi sahəsi 197.95 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/22 nömrəli reyestr kitabının 4177 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X7 məxsus Naxçıvan şəhəri, A.Zamanov küçəsi ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 54 nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 18/22 nömrəli reyestr kitabının 4177 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsindən də göründüyü kimi, "xxxx" ASC-nin iddia tələbi təmin edilərək cavabdehdən 15 f evral 2019-cu il tarixə kredit müqavilələri üzrə (07.04.2015-ci il tarixli, 0407/01/SKF saylı, 15.05.2015-ci il tarixli, 1505/01/SKF saylı, 22.06.2015-ci il tarixli, 2206/01/SKF saylı) 252426.60 (iki yüz əlli iki min dörd yüz iyirmi altı manat 60 qəpik) manat əsas borc, 10887.38 (on min səkkiz yüz səksən yeddi manat 38 qəpik) manat gecikdirilmiş əsas borc, 2176.61 (iki min yüz yetmiş altı manat 61 qəpik) manat faiz borcu, 3148.22 (üç min yüz qırx səkkiz manat 22 qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 268638.81 (iki yüz altmış səkkiz min altı yüz otuz səkkiz manat 81 qəpik) manat məbləğində kredit borcunun, bu borcun tam icra edildiyi tarixədək hesablanacaq faiz və cərimə məbləğlərinin, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qey diyyatına alınmasına görə 30 (otuz) manat, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın 07.04.2015-ci il tarixli, 0704/01/SKF saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X6 məxsus **********21-10301 reyestr nömrəli Naxçıvan Muxtar Respublikası, ünvan 3ində 0.2799 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 9 otaqlı, 517.83 kv.m. ümumi, 238.45 kv.m. yaşayış, 279.38 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə, 03 aprel 2015-ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X7 məxsus olan **********5606301 reyestr nömrəli Naxçıvan Muxtar Respublikas ı, ünvan 3ində 0.5400 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2505.05 kv.m. olan qeyri-yaşayış binasına, 07.04.2015ci il tarixli, 0704/02/SKF saylı ipoteka müqaviləsinə əsasən girov qoyulmuş 03 aprel 2015ci il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ X6 məxsus **********42-10301 reyestr nömrəli ünvan 1 ünvanında 0.0600 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 312.42 kv.m. ümumi, 114.47 kv.m. yaşayış, 197.95 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi və əmlakların açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, əmlaklara tutma yönəldikdə və ya satıldıqda 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evlərinə qeydiy yat hüquqlarını itirmələri, əmlakların boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi qət olunmuş, lakin iş materiallarından da aydın olur ki, iş üzrə cavabdeh tərəf keçirilən məhkəmə iclaslarında iştirak etmədiyindən ipoteka müqavilələri bağlanarkən müəyyən olunmuş əmlakların ilkin satış qiymətinin yenidən müəyyən olunmasına dair tərəflərin münasibətləri aydınlaşdırılmamış, mübahisəyə baxılarkən kredit müqaviləsinin bağlanmasından uzun zaman keçməsinə baxmayaraq ipoteka ilə yüklü edilmiş əşyaların ilkin satış qiymətinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq tədbirlər görülməmiş, eyni zamanda qəbul olunmuş qətnamədə ümumiyyətlə həmin əmlakların ilkin satış qiyməti aydın şəkildə ifadə olunmamışdır. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçı təşkilat "xxxx" ASC-nin iddia qaldırarkən iddia ərizəsində konkret olaraq ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən olunmasına dair tələb irəli sürməməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə həmin əmlakların ilkin satış qiymətinin müəyyən olunmasına dair hissənin göstərilməməsi üçün əsas deyildir. Belə ki, bu kateqoriyadan olan mübahisələrə baxılarkən məhkəmə ipoteka predmetin ə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməsi yuxarıda da qeyd olunduğu kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələbindən irəli gəlir. Bu səbəbdən də birinci instansiya məhkəməsi mübahisəni araşdırarkən ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən olunması üçün müvafiq tədbirləri görməli və qəbul etdiyi qətnamədə hər bir əmlaka münasibətdə ilkin satış qiymətini konkret olaraq ifadə etməli idi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “Kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-o lmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ip oteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir.“ Həmin Qərardadda həmçinin qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir”. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda sadalanan yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının göstərilən qərardadındakı müvqeyinə uyğun tədbirlər görülmüş, lakin iş üzrə cavabdeh tərəf apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak etmədiyindən ipo tekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində müəyyən olunmuş qiymətlə nəzərə alınmasına qarşılıqlı münasibətləri öyrənilə bilməmişdir. Bu səbəbdən də “İpoteka haqqında” Qanunun tələbinə uyğun olaraq ipoteka ilə yüklü olunmuş əmlakların ilkin satış qiymətinin müəyyən olunması üçün kollegiyanın 24 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə tapşırılmışdır. 04 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz əmlakın qiymətləndirməsinə dair rəyləri məhkəməyə daxil olmuşdur. Xidmətin kollegiyaya təqdim etdiyi daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərinə əsasən qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji əmlakların bazar qiyməti üçün əsas olan parametrlər və bazar trendi, eyni zamanda əmlak bazarındakı durğunluq nəzərə alınmaqla bu məbləğə 5 faizlik likvidlik tətbiq olunmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Təqdim olunan rəylərə əsasən: X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi 0.06 ha, ümumi sahəsi 312.4 kv.m, yaşayış sahəsi 114.47 kv.m, köməkçi sahəsi 197.95 kv.m olan daşınmaz əmlakın 29.07.2021-ci il tarixinə bazar dəyəri 181000 manat; X3 mülkiyyətində olan Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.28 ha, ümumi sahəsi 517.8 kv.m, yaşayış sahəsi 238.5 kv.m, köməkçi sahəsi 297.4 kv.m olan daşınmaz əmlakın 29.07.2021-ci il tarixinə baza r dəyəri 97200 manat; X3 mülkiyyətində olan Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.54 ha, ümumi sahəsi 2505.05 kv.m, yaşayış sahəsi 2352.05 kv.m, köməkçi sahəsi 153 kv.m olan daşınmaz əmlakın 29.07.2021-ci il tarixinə bazar dəyəri 115600 manat təşkil etdiyi müəyyən olunmuşdur. Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz əmlakın qiymətləndirməsinə dair rəylərini ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən olumasına dair hissədə mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin rəyi mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilərkən prosessual qaydalara əməl e dilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəydə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suallara uyğunluğunu və rəyin əsaslandırılmış olmasını da nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası işin apellyasiya qaydasında araşdırması zamanı müəyyən etdiyi hallara əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı qismən səhv nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam araşdırılmamış, iddia tələbinin ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsini araşdırmadan və qətnamədə həmin hissəni göstərmədən qərar qəbul etmişdir. İddiaçı təşkilat tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün əsas təşkil edir. Bu səbəbdən də iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsi dəyişdirilməli, qətnamədə ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torp aq sahəsi 0.06 ha, ümumi sahəsi 312.4 kv.m, yaşayış sahəsi 114.47 kv.m, köməkçi sahəsi 197.95 kv.m olan daşınmaz əmlakın ilkin satış qiymətinin 181000 manat, X3 mülkiyyətində olan Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.28 ha, ümumi sahəsi 517.8 kv.m, yaşayış sahəsi 238.5 kv.m, köməkçi sahəsi 297.4 kv.m olan daşınmaz əmlakın ilkin satış qiymətinin 97200 manat, X3 mülkiyyətində olan Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.54 ha, ümumi sahəsi 2505.05 kv.m, yaşayış sahəsi 2352.05 kv.m, köməkçi sahəsi 153 kv.m olan daşınmaz əmlakın ilkin satış qiymətinin 115600 manat təşkil etdiyi göstərilməli, qətnamə qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya keçirilmiş ekspertiza ilə bağlı çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, ekspertlərə verilməli olan məbləğlər i şə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarədir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarına əsasən kollegiya hesab edir ki, aparılmış məhkəmə tikinti texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan cəmi 390 (üç yüz doxsan) manat (daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərə əlavə edilmiş məktublara əsasən Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edil miş tariflərə uyğun olaraq fərdi yaşayış evinin əmlak kompleksi kimi qiymətləndirilməsinə görə xidmət haqqı 120, 150, 120 manat) ödənilmiş tələbə mütənasib cavabdehdən alınaraq Bank rekvizitləri: Alan X8 MR İdarəsi Kodu: 502906,VÖEN **********, Müxbir hesabı AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C, Alan müştəri-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, HesabAZ21NABZ********************4, VÖEN-**********-ə keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, o nda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 22(087)-35/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı "xxxx" ASC tərəfi ndən verilmiş apellyasiya şikayəti təmin olunsun. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsi 0.06 ha, ümumi sahəsi 312.4 kv.m, yaşayış sahəsi 114.47 kv.m, köməkçi sahəsi 197.95 kv.m olan daşınmaz əmlakın ilkin satış qiyməti 181000 (bir yüz səksən bir min) manat, X3 mülkiyyətində olan Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.28 ha, ümumi sahəsi 517.8 kv.m, yaşayış sahəsi 238.5 kv.m, köməkçi sahəsi 297.4 kv.m olan daşınmaz əmlakın ilkin satış qiyməti 97200 (doxsan yeddi min iki yüz) manat, X3 mülkiyyətində ola n Naxçıvan MR, ünvan 3ində yerləşən, torpaq sahəsi 0.54 ha, ümumi sahəsi 2505.05 kv.m, yaşayış sahəsi 2352.05 kv.m, köməkçi sahəsi 153 kv.m olan daşınmaz əmlakın ilkin satış qiyməti 115600 (bir yüz on beş min altı yüz) manat müəyyən olunsun. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-2(087)-35/2019 nömrəli qətnaməsi qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış məhkəmə tikinti texniki ekspertizasının ekspertiza tədqiqatının dəyəri olan cəmi 390 (üç yüz doxsan) manat cavabdehdən alınaraq Bank rekvizitləri: Alan X8 MR İdarəsi Kodu: 502906, VÖEN **********, Müxbir hesabı AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C, Alan müştəri-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, Hesab- AZ21NABZ********************4, VÖEN-******* ***-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar