Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-6/2022 14.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi ), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qərardadından Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin Cavabdeh2 tərəfindən buraxılmasının üzrlü hesab edilməsi haqqında qərardad qəbul edilməsi barədə ərizə və müvafiq apellyasiya şikayəti verilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ərizədə e-2-2(123)-01/2022 saylı kommersiya işi üzrə 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnamə qəbul edildiyini, qətnamənin 15 mart 2022-ci il tarixdə cavabdehlərə poçt vasitəsilə çatdırıldığını, Cavabdeh2 13 aprel 2022-ci il tarixdə dövlət rüsumu ödəyərək, səhvən kağız daşıyıcıda apellyasiya şikayətini poçt şöbəsinə təhvil verdiyini və şikayəti Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərdiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin qaytarıldığını, Cavabdeh2 20 aprel 2022-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına eyni apellyasiya şikayəti ilə təkrar müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsinin ləğv edilib, tərəflər arasında işin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün apellyasiya şikayətinin təmin etməsini xahiş etdiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-22(123)-01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin bir daha geri qaytarıl dığını, bu qərardadın poçt vasitəsilə 04 may 2022-ci il tarixdə cavabdehə təqdim edildiyini, məhkəmənin həmin qərardadda haqlı olaraq şikayətin çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədiyinin, şikayəti verən şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatların, o cümlədən yaşayış yeri və ya olduğu yer haqqında məlumatların şikayətdə göstərilmədiyinin, həmçinin işdə iştirak edən şəxslərin sayına görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlərin təqdim edilmədiyinin və şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların apellyasiya şikayətində göstərilmədiyinin, bundan başqa şikayət verən şəxsin istinad etdiyi konkret fakt və halların, habelə onları təsdiq edən sübutları n və şikayətə əlavə edilən sənədlərin siyahısının apellyasiya şikayətində göstərilmədiyinin və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin şikayətə əlavə edilmədiyinin göstərildiyini, eyni zamanda qərardadda qətnamə 15 mart 2022-ci il tarixdə alınsa da, apellyasiya şikayətinin 20 aprel 2022-ci il tarixdə verildiyinin göstərildiyini, apellyasiya şikayətinin ilk dəfə 13 aprel 2022-ci il tarixdə poçt şöbəsinə verildiyini və dövlət rüsumunun da elə həmin tarixdə ödənildiyini, bu halların məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə də öz təsdiqini tapdığını, cavabdehin elektron məhkəmə kabineti, ümumiyyətlə belə kabinetdən istifadə bacarığı və imkanları, habelə hüquqi savadı olmadığından məhkəmənin qərardadda göstərdiyi nöqsanlara yol verdiyini, bu halları, yəni apellyasiya şik ayətinin elektron sistem vasitəsi ilə verilməməsini və prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsini üzrlü hesab edərək, müddətin buraxılmasının üzrlü hesab edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qərardadı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmişdir. Həm in qərardaddan narazı qalan Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil şikayət ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qərardadının ləğv edilməsini və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin Cavabdeh2 tərəfindən buraxılmasının üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən 16 iyun 2022-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılm ası üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Finoko Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-1/2022 saylı kommersiya işi olmuşdur. Həmin iş üzrə 10 mart 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamə 15 mart 2022-ci il tarixdə cavabdehlərə poçt vasitəsi ilə çatdırılmışdır. Cavabdeh2 13 aprel 2022-ci il tarixdə dövlət rüsumu ödəyərək, səhvən kağız daşıyıcıda apellyasiya şikayətini poçt şöbəsinə təhvil vermiş (poçt qəbzi əlavə edilir) və şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-22(123)01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər qaytarılmışdır. Cavabdeh2 20 aprel 2022-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyasına eyni apellyasiya şikayəti ilə təkrar müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsinin ləğv edilib, tərəflər arasında işin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(123)01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər bir daha geri qaytarılmışdır. Bu qərardad poçt vasitəsi ilə 04 may 2022-ci il tar ixdə cavabdehə təqdim edilmişdir (poçt zərfi əlavə ərizəyə əlavə edilmişdir). Həmin qərardadda haqlı olaraq göstərilmişdir ki, şikayətin çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmiş, şikayəti verən şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən yaşayış yeri və ya olduğu yer haqqında məlumatlar şikayətdə göstərilməmiş, həmçinin işdə iştirak edən şəxslərin sayına görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər təqdim edilməmiş və şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməmişdir. Bundan başqa şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədl ərin siyahısı apellyasiya şikayətində göstərilməmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Eyni zamanda qərardadda göstərilmişdir ki, qətnamə 15 mart 2022-ci il tarixdə alınsa da, apellyasiya şikayəti 20 aprel 2022-ci il tarixdə verilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, bildirmək istərdik ki, apellyasiya şikayəti ilk dəfə 13 aprel 2022-ci il tarixdə poçt şöbəsinə verilmişdir (müvafiq poçt qəbzi ərizəyə əlavə olunmuşdur) və dövlət rüsumu da elə həmin tarixdə ödənilmişdir. Bu hallar məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə də öz təsdiqini tapır. Cavabdehin özünün elektron məhkəmə kabineti olmadığından, ümumiyyətlə belə kabinetdən istifadə bacarığı və imkanları olmadığından, hüquqi savada malik olmadığından məhkəmə tərəfindən qəbul edi lmiş qərardadda göstərilən nöqsanlara yol vermişdir. Bu halları, yəni apellyasiya şikayətinin elektron sistem vasitəsi ilə verilməməsini və prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsini üzrlü hesab edərək, müddətin buraxılmasını üzrlü hesab olunması xahiş edilsə də, məhkəmə bu halları üzrlü hesab etməmişdir. Əslində isə işdən də göründüyü kimi apellyasiya şikayəti vaxtında verilmiş, sadəcə şikayət elektron deyil, kağız daşıyıcıda və prosessual forma və məzmuna riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından ş übhə altına alınmasın». Cavabdehin hər ansı bir hüquqi savadı olmadığından apellyasiya şikayətinin elektron sistem vasitəsi ilə deyil, kağız daşıyıcıda və prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədən vermişdir. Məhkəmənin hüquqi savadı olmayan, sıravi bir vətəndaşın apellyasiya şikayətini vaxtında versə də, prosessual qaydalara riayət etməməsini üzrlü saymaması məhkəməyə müraciət hüququnun qarşısının alınması kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-22(123)-1/2022 saylı qərardadının ləğv edilməsini və Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)- 01/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin Cavabdeh2 tərəfi ndən buraxılmasının üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Şikayətdə dəlil kimi qərardadda qətnamə 15 mart 2022-ci il tarixdə alınsa da, apellyasiya şikayətinin 20 aprel 2022-ci il tarixdə verildiyinin göstərildiyi, qeyd edilənlərlə əlaqədar olaraq, apellyasiya şikayətinin ilk dəfə 13 aprel 2022-ci il tarixdə poçt şöbəsinə verildiyini, (müvafiq poçt qəbzi ərizəyə əlavə olunmuşdur) və dövlət rüsumunun da elə həmin tarixdə ödənildiyini bildirmək istədikləri, bu halların məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə də öz təsdiqini tapdığı, cavabdehin özünün elektron məhkəmə kabineti olmadığından, ümumiyyətlə belə kabinetdən istifadə bacarığı və imkanları olmadığından, hüquqi savada malik olmadığından məhkəmə tərəfindən qəbul edilmiş qərardadda göstərilən nöqsanlara yol verdiyi, bu halların, yəni apellyasiya şikayətinin elektron sistem vasitəsi ilə verilməməsini və prosessual qanunvericilikdə nəzərdə tutul muş forma və məzmununa riayət edilməməsini üzrlü hesab edərək, müddətin buraxılmasını üzrlü hesab olunması xahiş edilsə də, məhkəmənin bu halları üzrlü hesab etmədiyi, əslində isə işdən də göründüyü kimi apellyasiya şikayəti vaxtında verildiyi, sadəcə şikayətin elektron deyil, kağız daşıyıcıda və prosessual forma və məzmuna riayət edilmədən verildiyi göstərilmişdir. Buraxılımış prosessual müddətin bərpası haqqında ərizədə də müddətin buraxılmasının üzrlü olması şikayətdə göstərilən qaydada əsaslandırılmışdır. Göstərilənlərə məhkəmə kollegiyası hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hallar iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsinə əsas ver ir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qətnaməsi Cavabdeh2 tərəfindən 15 mart 2022-ci il tarixində alınmış, Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayətini kağız daşıyıcıda 13 aprel 2022-ci il tarixində müvafiq poçt xidmətinə təqdim etmişdir. Həmin apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilərkən yol verilmiş prosessual nöqsanlara görə qaytarılmış, Cavabdeh2 müvafiq qətnamədən təkrarən verdiyi kağız daşıyıcıdakı apellyasiya şikayətini 20 aprel 2022-ci il tarixində müvafiq poçt xidmətinə təqdim etmişdir. Həmin apellyasiya şikayəti də apellyas iya şikayəti verilərkən yol verilmiş prosessual nöqsanlara görə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardadı ilə qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili (iş materiallarından məlum olur ki, nümayəndəyə müvafiq səlahiyyətlər 10 may 2022-ci il tarixində verilmişdir) 12 may 2022-ci il tarixində elektron kabinet vasitəsilə buraxılmış müddətin bərpası haqqında ərizə və eləcə də apellyasiya şikayəti vermişdir. Göstərilənlərdən məlum olur ki, iş üzrə cavabdeh qətnaməni aldıqdan sonra ilk dəfə apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş 1 aylıq müddət tamam olmadan apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti verilərkən prosessual nöqsanlara yol verildiyindən apellyasiya şikayəti qaytarılmış, sonra apellyasiya şikayətlərini verərkən isə artıq apellyasiya şikayətinin verilməsi üçün müddət buraxılmışdır. Belə olan halda müddətin buraxılmasının səbəbi əsaslı hesab edilməlidir. X1 Respublikasının Kommersiya Məhkəməsi iş üzrə halları düzgün qiymətləndirməyərək, 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardad qəbul etməklə səhv nəticəyə gələrək buraxılmış prosessual müddətin bərpasından imtina etmişdir. Ona görə də, şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardadı tam ləğv edilməli və buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)1/2022 nömrəli qətnaməsindən apellyasi ya şikayəti verilməsi üçün buraxılmış müddət Cavabdeh2 münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Аzərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası MPM-in 263, 264, 365, 397.2, 400 və 402-c i maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardadı tam ləğv edilsin. Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilsin və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət Cavabdeh2 münasibətdə bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-6/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-6/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver