Məhkəmə qərarları › İş №2-2(108)-6/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-6/2024

06.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-6/2024 06.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh və X2nun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkilnümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi Nümayəndə 17 noyabr 2022-ci il tarixdə elektro n qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi barədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməsi, Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi, iddiaçı tərəfindən ödənilmi ş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilməsi, qalan hissədə iddiaçının özünə aid edilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 209,62 (iki yüz doqquz manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş, yəni 63,49% hissəsinə mütənasib olaraq 133,09 (bir yüz otuz üç manat 09 qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilməsi, 9.62 (doqquz manat 62 qəpik) manat hissədə iddiaçının özünə aid edilməsi, iddia ərizəsinin verilməsinə görə 9.62 (doqquz manat 62 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumuna münasibətdə iddiaçı tərəfindən ödənilmiş 9.7 (doqquz manat 70 qəpik) manatın artıq ödənilmiş 0.8 (səkkiz qəpik) manat məbləği "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı qaytarılması qət olunmuşdur. Cavabdeh 17 noyabr 2023-cü il tarixdə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə tə kzib edilir). Birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki hallan araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə 2011-ci il tarixdə tanış olublar. İddiaçı özünün israrla cavabdehə təklifi nəticəsində cavabdehin çörək sexində bişirdiyi çörəyin ununu İddiaçı tərəfindən göndəriləcəyi barədə razılaşmışlar. Cavabdeh İddiaçı ilə 2011-ci ilin may ayında un alqı-satqısma başlayıb. İddiaçı tərəfindən cavabdehin çörək sexinə 50120 kisə civarında un göndərilirdi. Hər dəfə iddiaçı tərəfindən un kisələrini göndərəndə 1-ci dəfə gələn un kisələrinin pulu cavabdeh tərəfindən tam ödənildikdən sonra növbəti un kisələri çörək sexinə göndərilirdi. İddiaçı tərəfindən un kisələri cavabdehin çörək sexinə göndərildi kdən sonra hər dəfə cavabdeh onunla əlaqə saxlayanda ödəyəcəyi un kisələrinin pullarını ona və ya dəyirmana çatdırılması üçün 3-cü şəxslərə verilməsini tələb etmiş və İddiaçı tərəfindən isə özündə qeyd aparacağını bildirmişdir. Həmin 3-cü şəxslər isə unu gətirən qazel şoferi, taksi şoferi və cavabdehin əmisi Şahid1 idi. Həmin şəxslər şahid qismində birinci instansiya məhkəməsində iştirak edib ifadə vermişdilər. Şahidlər ifadə verib və cavabdeh işin halları barədə bildirsə də birinci instansiya məhkəməsində buna məhəl qoyulmayıb. Cavabdeh iddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. Cavabdeh hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissə sinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443-cü maddəs inə əsasn öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri süburları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. Məhkəmə bu prosessual normanı tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8 8-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqçadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna baxmayaraq məhkəmə, məhkəmə baxışı iclasında cavabdehin ifadəsini obyektiv qiymətləndirməyərək ziyanına qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə İddiaçı cavabdehə qarşı 25 316 (iyirmi beş min üç yüz on altı) manat pul və çəkilmiş mediasiya xərci 100 manat alınaraq İddiaçı ödənilməsini tam sübuta yetirməmişdir. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-2(123)-8/2023 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin məhkəmə qətna məsi ilə razılaşmayan İddiaçı vəkil və nümayəndəsi vasitəsilə 21 noyabr 2023-cü il tarixdə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi-Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkil-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddia tələbinin əsası olaraq tərəflər arasında un alqı-satqısına dair bağlanmış, Cavabdeh İddiaçı aldığı unların müqabilində ödədiyi eləcə də borc olaraq qalan məbləğləri əks etdirən sadə yazılı müqavilə məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırması tədqiq edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu əks etdirən müvafiq müqavilədə etdiyi imzaları təsdiq edərək əslində borcunu etiraf etmişdir. Lakin həmin imzaların qarşısındakı məbləğlərə əhəmiyyət vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasaən müqavilə bağlandığı andan qüvvəyə mi nir və tərəflər üçün məcburi olur. Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulu İddiaçı borclu olmasına dair müqavilədə müvafiq məbləğlərin qarşısına imza etdiyi halda məhkəmə tərəfindən bu fktlara qiymət verilməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə dair mövqeyini əsaslandırarkən yeganə sübut kimi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyinə istinad edərək iddia tələbini qismən-25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəməl ər tərəfindən qiymətləndirilir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilən tərəflər arasında un alqı-satqısına dair ödəniş və borcları əks etdirən haqq-hesab dəftərində Cavabdeh tərəfindən digər məbləğlər (borcuna aid) qarşısında etdiyi imzaların sübut əhəmiyyəti qiymətləndirilməyəyrək iddia tələbi müvafiq hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən bu məlumat lar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun tələbinə dair məhkəməyə təqdim etdiyi haqq-hesab dəftərində Cavabdeh borclu olduğu məbləğləri (qarşısında imza etdiyi) hansısa formada təkzib edəcək hər hansı sübut növü Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar R espublikası Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-2(123)-8/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi-Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Rüstəmov X10 Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən i ddiaçı Nəcəfov X14 Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi-Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılması kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkil-nümayəndəsi Seyidov X7 Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)8/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi-Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat b orc pulun və 200 (iki yüz) manat məbləğində çəkilmiş mediasiya xərcinin alınıb İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə Cavabdeh apellyasiya şikayəti ndə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. X11 Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 22(123)-8/2023 nömrəli qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə və ya qismən ləğv edilməsi üçün əsas təşkil etmir. Həmçinin, iş materialları nda olan: xx.xx.2022-ci il tarixli, 1/n-1036 nömrəli X6 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 39 874 manat borc pulun qaytarılmasına dair kommersiya mübahisəsinə dair iş üzrə xx.xx.2022-ci il tarixdə keçirilən İMS-də İddiaçı və Cavabdeh iştirak etmişdir. xx.xx.2022-ci il tarixli, 180269 nömrəli mədaxil qəbzindən görünür ki, İMS-nin keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 9.70 (doqquz manat 70 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 27 iyul 2022-ci il tarixli, Ordubad rayon Vergilər Şöbəsinin rəisi vergi xidməti müşaviri Məhəmməd İbadov tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanı nda qeydiyyatda olan İddiaçı (VÖEN-**********) həqiqətən, 05 oktyabr 2020-ci il tarixdən 05 oktyabr 2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Ordubad rayon Vergilər Şöbəsinin rəisi vergi xidməti müşaviri Məhəmməd İbadov tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, **********512400 nömrəli məktubdan görünür ki, Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh (VÖEN **********) 16 iyul 2009-cu il tarixdə Ordubad rayon Vergilər Şöbəsində “İxtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadi məmulatlarının pərakəndə satışı” fəaliyyət növü üzrə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Haliyyədə Ordubad rayon Sabirkənd kəndində yerləşən “çörək sexində” lavaş çörək istehsalı ilə məşğul olur. 27 avqust 2022-ci il tarixli, 4/1105 N-73 nömrəli Ordubad rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli Nəbiyev tərəfindən ünvan 2 ünvanda yaşayan İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı 18 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış ərizəyə aiddiyyəti üzrə Ordubad rayon Polis Şöbəsində baxılmış, Ordubad rayon Sabirkənd kənd sakini Cavabdeh Ordubad rayon Polis Şöbəsinə verdiyi izahatda səmimi olaraq iddiaçıya olan borcunu etiraf etmiş və maddi vəziyyətinin aşağı olması səbəbindən həmin borcu hissə-hissə ödəməsini xahiş etmiş, 26 avqust 2022-ci il tarixdə Ordubad rayon Polis Şöbəsinə iddiaçı müraciət edərək göndərilən müraciətin baxılmamış saxlanılmasını xahiş etdiyindən həmin müraciət “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qan ununun 8.1.6-cı maddəsinə uyğun olaraq baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin un alqısatqısı ilə bağlı iddiaçıya olan 39 874.00 manat pul öhdəliyi bu günədək ödənilmədiyindən, həmin miqdarda pulun ödənilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq bu öhdəlik yerinə yetirilmədiyindən, verilən sözlərə əməl edilməyərək borc qaytarılmadığından, məhkəmədən kənar mübahisənin həlli ilə bağlı X3 müvafiq borcun ödənilməsi barədə razılığa gəlinmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalındığı, buna görə də çəkilən bütün xərclərin cavabdehdən alınmasının məhkəmədən xahiş ediləcəyi bildirilmişdir. e-2-2(123)-8/2023 saylı kommersiya mübahisəsinə dair iş materiallarının İ cildinin 95130-cu vərəqələrini əhatə edən dəftərdən görünür ki, 23 may 2011-ci il tarixdə tərəflər arasında iki tərəfli sadə yazılı müqavilə bağlanmış, həmin müqavilədə iddiaçı və cavabdeh tərəfindən qarşısında imzalar qoyulmaqla verilən unlar və onun qarşılığında ödənilən pullar öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sür ülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs lərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi şahidlərin ifadə verməsi və cavabdehin işin halları barədə bildirsə də birinci instansiya məhkəməsində buna məhəl qoyulmaması barədə dəlili ilə razılaşmır. Belə ki, şahid ifadələri iş üzrə müəyyən edilən digər hallarla ziddiyyət təşkil etmir və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki hallan araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385,442,443-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,76.2-ci maddələrinə istinad edərək apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə, məhkəmə baxışı iclasında cavabdehin ifadəsini obyektiv qiymətləndirməyərək ziyanına qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə İddiaçı cavabdehə qarşı 25 316 (iyirmi beş min üç yüz on altı) manat pul və çəkilmiş mediasiya xərci 100 manat alınaraq İddiaçı ödənilməsini tam sübuta yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ifadəsi və digər sübutlar onun apellyasiya şikayətində qeyd etdiyi maddi və prosessual normalara uyğun qiymətləndirilmiş və iş materialları ilə təkzib edilmir. Ona görə də Cavabdeh apel lyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası İddiaçı vəkil-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları bildirir. İddiaçı vəkil-nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilir ki, iddia tələbinin əsası olaraq tərəflər arasında un alqı-satqısına dair bağlanmış, Cavabdeh İddiaçı aldığı unların müqabilində ödədiyi eləcə də borc olaraq qalan məbləğləri əks etdirən sadə yazılı müqavilə məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırması tədqiq edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu əks etdirən müvafiq müqavilədə etdiyi imzaları təsdiq edərək əslində borcunu etiraf etmişdir. Lakin həmin imzaların qarşısındakı məbləğlərə əhəmiyyət vermədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh 39 874.00 (otuz doqquz min səkkiz yüz yetmiş dörd) manat borc pulu İddiaçı borclu olmasına dair müqavilədə müvafiq məbləğlərin qarşısına imza etdiyi halda məhkəmə tərəfindən bu faktlara qiymət verilməmişdir. Məhkəmə kollegiyası göstərilən dəlillə razılaşmayaraq qeyd edir ki,iş üzrə cavabdeh birinci instansiya və apellyasiya icraatı zamanı iddia tələbi üzrə borcu etiraf etməmişdir.İş üzrə verilmiş ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilərək qətnamə qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyi ilə bağlı digər dəlilləri də məhkəmə kollegiyası əsassız hesab edir. Nax çıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyi ilə əlaqədar mübahisələndirilən hallarla bağlı X2 apellyasiya icraatında məhkəmə baxışı iclasına dəvət edilərək dindirilmişdir. Ekspert X1 məhkəmə baxışı zamanı izahatında ekspertizaya təqdim edilən müqavilədə 18 sentyabr 2019-cu il tarixli qalıq borc məbləğinin 3965 manat qeyd edildiyi halda, ekspert rəyində yanlışlıqla 2965 manat qeyd edildiyini,eləcə də müqavilədə 8 dekabr 2020-ci il tarixli ödənilən borc məbləğinin 1163 manat qeyd olunduğu halda, ekspert rəyində yanlışlıqla 2163 manat göstərildiyini bildirərək, hesab fərqinin 2 min manat olduğunu,ekspert rəyi üzrə yekun nəticə olan 25 316 (iyirmi beş min üç yüz on altı) manatın üzərinə 2 min manat əlav ə edilməli olduğunu,cəmi borcun 27 316 manat olduğunu göstərmişdir. Məhkəmə kollegiyası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 942 nömrəli ekspert rəyi üzrə yuxarıda qeyd edilən açıq hesab səhvinin nəzərə alınmalı olduğunu qeyd edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki,ekspert rəyində qeyd edilən açıq hesab səhvi istisna olmaqla ekspert rəyinin birinci instansiya məhkəməsi tərəfin dən hüquqi qiymətləndirilməsini düzgün hesab edir.İş üzrə ekspert rəyinin mübahisələndirilən halları ilə bağlı kollegiya vurğulayır ki,ekspertiza tədqiqatının predmeti olan müqavilə məhz iddiaçının təqdim və istinad etdiyi sübut olduğundan iddiaçının ekspert rəyi ilə bağlı mübahisələndirdiyi digər hallar əsassızdı r.Belə ki,məhz həmin sübut tədqiq edilərək ödənilən və qalan borc məbləğləri ilə bağlı yazılı qeydlər əsasında düzgün hesablamalar aparılmışdır. Eləcə də cavabdehin mübahisələndirdiyi hallarla bağlı dəlilləri də ekspert rəyi və digər sübutlar əhatə etdyindən əsaslı hesab edilmir. Ona görə də mübahisələndirilən qətnamə Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi hissəsində dəyişdirilməli, iddia tələbi qismən təmin edilməklə cavabdehdən 27 316 (iyirmi yeddi min üç yüz on altı) manat məbləğində pul alınıb iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəs inə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Resp ublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı vəkil- nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsi Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 27 316 (iyirmi yeddi min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin se riya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi təmin edilməli,qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-8/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı vəkil-nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsi Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 25 316 (iyirmi beş min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA2837505, FİN:xxxxxxx) 27 316 (iyirmi yeddi min üç yüz on altı) manat məbləğində pul alınıb İddiaçı (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********, FİN: xxxxxxx) ödənilsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 2-2(123)-8/2023 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası va sitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar