Məhkəmə qərarları › İş №2-2(108)-7/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-7/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-7/2022 30.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 13 may 2016-cı il tarixli, 2016/00310-01 saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh2 17 dekabr 2019-cu il tarixə yaranmış 41125.91 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2866 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 53500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 97491.91 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilinə yönəldilməsini, həmin mənzilin açıq hərracda satılmasını və onun s atışından əldə olunmuş pul vəsaiti hesabına 41125.91 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2866 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 53500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 97491.91 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğdə pulun iddiaçı ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsini və ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə 27 dekabr 2021-ci il tarixli “İddianın həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 1 3 may 2016-сі il tаriхli, 2016/00310-01 saylı Krеdit müqaviləsinin ləğv edilməsini, Cavabdeh2 41125.91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər hesablanmış 9642.80 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 8617.88 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 72093.72 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 131480.31 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 294.40 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməsini, həmin əmlakın lik vid dəyərinin 110700 AZN müəyyən olunmaqla açıq hərracda satılmasını və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 41125.91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər hesablanmış 9642.80 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitəndən sonra Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 8617.88 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 72093.72 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 131480.31 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 294.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsini, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(123)2/2021 nömrəli qərardadı ilə iddia tələbinə artırılmiş tələb çərçivəsində baxılması qərara alınmış və həmin çərçivədə mahiyyəti üzrə baxılmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia qismən təmin edilmiş, Cavabdeh2 32093,77 (otuz iki min doxsan üç dollar, yetmiş yeddi sent) ABŞ dolları qalıq borc, 4831.45 (dörd min səkkiz yüz otuz bir dollar, qırx beş sent) ABŞ dolları uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, ödənişlərin gecikdiril məsinə görə 1000 (bir min) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, ümumilikdə 37925.22 (otuz yeddi min doqquz yüz iyirmi beş dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 3b, ümumi sahəsi 91.6 kv.m, yaşayış sahəsi 62.4 kv.m, yardımcı sahəsi 29.2 kv.m olan 19 saylı mənzilin ilki n satış qiymətinin 110.700 (bir yüz on min yeddi yüz) manat məbləğində müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh2 İddiaçı BOKT ASCyə olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satıldıqdan sonra 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əmlakdan əşyaları ilə birlikdə çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 294.40 (iki yüz doxsan dörd manat, qırx qəpik) manat dövlət rüsumunun 84.80 (səksən dörd manat, səksən qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 209.60 (iki yüz doqquz manat, altmış qəpik) manat məbl əğində hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə məsrəflərinin tərəflərin hər ikisinə aid edilməsi, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün tədqiqatın dəyəri olan 145.00 (bir yüz qırx beş manat, sıfır qəpik) manat pulun 103.24 (yüz üç manat, iyirmi dörd qəpik) manatının İddiaçı BOKT ASC-dən, 41.76 (qırx bir manat, yetmiş altı qəpik) manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üç ün aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat pulun 213.60 (iki yüz on üç manat, altmış qəpik) manatının İddiaçı BOKT ASC-dən və 86.40 (səksən altı manat, qırx qəpik) manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (H/h: № AZ33İBAZ********************, M/h – AZ03NABZ013501**********2944, Kod – 805562, S.W.İ.F.T BİK:– İBAZAZ2X) ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 13 aprel 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına yazılı müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsinin ləğv edilib, tərəflər arasında işin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına kağız daşıyıcıda göndərilmiş apellyasiya şikayəti 19 aprel 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, e-2-2(123)01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan təqdim edildiyindən geri qaytarılmışdır. Cavabdeh2 22 aprel 2022-ci il tarixdə eyni apellyasiya şikayəti ilə yenidən Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsinin ləğv edilib, tərəflər arasında işin qa rşılıqlı razılaşma yolu ilə həll olunması üçün apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına kağız daşıyıcıda göndərilmiş apellyasiya şikayəti 25 aprel 2022-ci il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, e-2-2(123)01/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan təqdim edildiyindən geri qaytarılmışdır. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil 12 may 2022-ci il tarixdə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən ap ellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin Cavabdeh2 tərəfindən buraxılmasının üzürlü hesab edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə e-22(123)-01/2022 saylı iş üzrə qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə elektron qaydada müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-22(123)-01/2022 saylı qərardadının ləğv edilməsi və Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-01/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin Cavabdeh2 tərəfindən buraxılmasın ın üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, e-2-2(123)1/2022 nömrəli qərardadı ilə verilmiş şikayət baxılması üçün işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2022-ci il, 22(108)-6/2022 nömrəli qərardadı ilə Cavabdeh2 vəkil nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qərardadı tam ləğv edilmiş, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək Naxçıvan Muxtar Respublikasının Kommers iya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət Cavabdeh2 münasibətdə bərpa olunmuşdur. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 13 may 2016-cı il tarixli, 2016/00310-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 dövriyyə vəsaitinin artırılması üçün 24 ay müddətinə illik 28% olmaqla 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan ekspert rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya 32093,77 ABŞ dolları əsas borcu, 4831.45 ABŞ dolları uçot faiz dərəcəsinə əsasən hesablanmış faiz borcu, ödənişlərin gecikdirilməsinə görə 1000 ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla ümumilikdə 37925.22 ABŞ dolları məbləğində borcu vardır. Lakin, məhkəmə nəzərə almamışdır ki, ekspert rəyində də göstərildiyi kimi 19 iyul 2019-cu il tarixdə, yəni müqavilə müddəti bitəndən sonra ödənilmiş 25294,12 ABŞ dollarının 9056,71 ABŞ dolları faiz borcuna, 4754,14 ABŞ dolları isə iddiaçının özü tərəfindən Mərkəzi bankın uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizlərə silinmişdir. Rəydə də qeyd olunduğu kimi ödəniş qrafikində, bağlanmış müqaviləyə əsasən kredit alanın xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək alınmış kreditə görə banka ödənilməli olan əsas borcu 50000 (əlli min) ABŞ dolları, faiz borcu 15866,00 (on beş min səkkiz yüz altmış altı) ABŞ dolları, ümumi ödənişi 65866,00 (altmış beş min səkkiz yüz altmış altı) ABŞ dolları məbləğində nəzərdə tutlmuşdur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən banka xx.xx.2019-cu il tarixdə həmin borca görə ödənilən məbləğ də nəzərə alınmaqla ümumilikdə 47560,12 ABŞ dolları məbləğində ödəniş aparılmışdır, həmin məbləğin 17906.23 ABŞ dolları əsas borca, 29653,90 ABŞ dolları faiz borcuna silinmişdir. Göründüyü kimi kredit müqaviləsi üzrə faizlərlə birlikdə ümumi ödənilən məbləğ 65866 ABŞ dolları olduğu və ümumilikdə 47560,12 ABŞ dolları ödənildiyi halda əsas borc məbləği 18306 (on səkkiz min üç yüz altı) ABŞ dolları təşkil etməli idi. İddiaçı isə qanunsuz olaraq müqavilə müddəti bitdikdən sonra müqavilə üzrə fazilər tutmuş və hətta müqavilədə nəzərd ə tutulmadığı halda özü məhkəmədən kənar Mərkəzi bankın uçot faiz dərəcəsinə uyğun olaraq faizlər hesablamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia tərəfi Cavabdeh2 puldan faydalanması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hətta kredit müqaviləsində də kreditin təyinatı dəqiq göstərilməmiş, müqavilənin 1.4-cü bəndində kreditin dövriyyə vəsaitlərinin artırılması üçün verildiyi göstərilmişdir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsini deyil, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5%-lik dərəcəni əsas götürməli idi. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi m əsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.» Apellyator qeyd etmişdir ki, şərh edilənləri nəzərə alaraq, hesab edirik ki, Cavabdeh2 iddiaçının xeyrinə əsas məbləğ üzrə 18306 (on səkkiz min üç yüz altı) ABŞ dolları və müqavilə bitdiyi vaxtdan, yəni 13 may 2018-ci ildən bu günə qədərki 4 il ərzində Mülki Məcəllənin 445.7ci maddəsinə uyğun olaraq ilə 5% olmaqla (ilə 915,3 ABŞ dolları) 3661,2 ABŞ dolları pul tutulmalıdır. Tə ləbin ipoteka predmetinə yönəldilməsi hissəsində isə hesab edir ki, iddia ümumiyyətlə təmin edilməməlidir. Belə ki, işdən də göründüyü kimi cavabdehlərə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 21 oktyabr 2019-cu il tarixdə göndərilmişdir. İş materialarında olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubundan görünür ki, tutma yönəldilməsi haqqında bildiriş hələ 3 il öncə 2016-cı ilin dekabr ayında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ipoteka prdetmetinə tutma yönəldilməsi qaydalarına əməl edilmədiyindən və ipoteka premetinə tutma yönəldilməsi barədə bildiriş cavabdehlərə verilməmiş dövlət reyestrində qeydiyyata alındığından, o cümlədən bu qeydiyyatın məhkəməyə müraciət edilməmişdən 4 il öncə aparıldığını və bildirişin qeydiyyatı zamanı borc barədə tamamilə başqa rəqəml ərin qeyd olunduğunu nəzərə alaraq, iddianın bu hissədə təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, e-2-2(123)-1/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin qismən təmin edilərək, Cavabdeh2 iddiaçının xeyrinə əsas məbləğ üzrə 18306 (on səkkiz min üç yüz altı) ABŞ dolları və müqavilə bitdiyi vaxtdan, yəni 13 may 2018-ci ildən bu günə qədərki 4 il ərzində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq ilə 5% olmaqla (ilə 915,3 ABŞ dolları) 3661,2 ABŞ dolları pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər m əhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsi nə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, di gər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İş üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayarkən iş materiallarından məlum olmuşdur ki, iddiaçı ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsinə iddia ərizəsi verilərkən ərizə həmin təşkilatın nümayəndəsi qismində göstərilən Nümayəndə tərəfindən imzalanmış, həmin şəxsə nümayəndə qismində iddiaçı təşkilatı təmsil etmək üçün isə ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-nin direktoru kimi göstərilmiş X4 tərəfindən etibarnamə verilmişdir. Lakin apellyasiya baxışı ilə əlaqədar iş materialları araşdırılarkən ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-nin direktor u kimi göstərilmiş X1 həmin təşkilatın qanuni təmsilçisi olmasını təsdiq edən hər hansı hüquqi sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmamış, eyni zamanda hazırki mübahisə üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada verildiyindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə də qeyd olunan halın müəyyən olunması mümkün olmamışdır. Halbuki mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrinin tələbindən də göründüyü kimi təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Yəni maddənin mənasından da aydın olduğu kimi, məhkəmədə iddia hüquqi şəxs tərəfindən qaldırılırsa mülki prosessual qanunvericilik tələb edir ki, ilk növbədə həmin hüquqi şəxsin rəhbərinin (qanuni təmsilçisinin) səlahiyyətlərini təsdiq edən müvafiq sənəd (təsis sənədi, nizamnamə, müqavilə, vəsiqə və.s) iddia ərizəsinə əlavə olunmalı və yalnız bundan sonra hüquqi şəxsin rəhbəri tərəfindən təmsilçilik üçün verilmiş digər etibarnamələrin hüquqi qüvvəsi olacaqdır. Kollegiya eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında ümumiyyətlə iddiaçı təşkilat ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-nin qanuni əsaslarla fəaliyyət göstərməsini təsdiq edəcək hər hansı hüquqi sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bütün bunlara baxmayaraq yuxarıda da qeyd olunduğu kimi, hazırki işin araşdırılmış hallarından məlum olmuşdur ki, ”Finoko” Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən Naxçıvan MR Kommersiya Məhkəməsinə iddia ərizəsi verilərkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl olunmamış, birinci instansiya məhkəməsi tərəfindən isə iddia ərizəsi icraata qəbul olunarkən və prosesin sonrakı mərhələlərində bu xüsusatlara diqqət yetirilməmiş, mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələbləri pozularaq işə mahiyyəti üzrə baxılmaqla yekun nəticə verilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsində qeyd olunur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından isə göründüyü kimi iddiaçı təşkilat tərəfindən birinci instansiya məhkəməsinə müraciət olunarkən bu Məcəllənin tələblərinə riayət edilməmiş, belə olan halda işə baxa n hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2-ci maddələrinin tələbinə uyğun olaraq geri qaytarmalı olduğu halda qaytarmamış, sonrakı mərhələdə isə həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzi fəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2, 387.2.8-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qət namə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Beləliklə işin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiyası hesab edir ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələb in ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(123)01/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmaqla İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nə yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Kollegiya qeyd edir ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilən normanın tələbinə uyğun olaraq kollegiya qeyd edir ki, iddiaçı təşkilat İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə “Asan ödəniş” sistemi vasitəsilə **********91 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumu İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 384.0.5 və 402.2-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavab dehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-22(123)-01/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-22(123)-01/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə ərizəsi bax ılmamış saxlanılsın. İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. İddiaçı təşkilat İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə “Asan ödəniş” sistemi vasitəsilə **********91 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumu İddiaçı Bank olmayan Kredit Təşkilatı ASC-nə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar