Məhkəmə qərarları › İş №2-2(108)-8/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-8/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-8/2022 07.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, e-2-2(123)-61/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan MR Kommersiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, e-2-2(123)-61/2022 saylı qərardadı ilə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəy yən olunmuş formasına və məzmununa riayət edilmədiyi və işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 03 avqust 2022-ci il tarixdə elektron qaydada Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablan mış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-61/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şikayətin dəlilləri: Qərardaddan narazı qalan İddiaçı ASC-nin nümayəndəsi X2 10 avqust 2022-ci il tarixdə şikayət ilə məhkəməyə elektron qaydada müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-61/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə mülki işin məhkəmənin icraatın a qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən 11 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində müəyyən edilmiş qaydada şikayətə baxılmaqla şikayət işlə birlikdə MPM-in 269.3-cü maddəsində göstərilmiş əsasla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı ASC-nin nümayəndəsi şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Cavabdeh4 məxsus VÖEN-nə yerləşdirilmiş, digər cavabdehlərə isə poçt vasitəsi ilə göndərilmişdir. Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl bütün zəruri prosessual hərəkətlər edildikdən sonra dəfələrlə (xx.xx.2022-ci il, x x.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə) elektron qaydada məhkəməyə müraciət etməklərinə baxmayaraq elektron sistem (dəftərxana əməkdaşı) iddia ərizələrini qəbul etməkdən məqsədli imtina etmişdir. Məhkəmənin Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinə istinad etməklə iddia ərizəsini geri qaytarması, məhkəmənin birtərəfli mövqedən çıxış etməsinə dəlalət edir və bu hal əsassız olaraq iddianın geri qaytarılması və süründürməçiliyə səbəb olur. Onlar məhkəməyə müraciət etməzdən əvvəl iddia ərizəsini və ona əlavə edilən sənədləri poçt vasitəsi ilə cavabdeh təşkilata göndərmişlər və poçt qəbzinə imza etdirilməklə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin formal mülahizələrə görə iddia ərizəsini geri qaytarması sadəcə süründürməçiliyə səbəb olur. Məhk əmə sırf formal mülahizələrə əsaslanmaqla mülki prosessual qanunvericiliyin tələblərini hərfi qəbul etmiş, məzmununa və mahiyyətinə diqqət yetirmədən iddia ərizəsini geri qaytarmışdır. Məhkəmənin gəldiyi nəticə maddi və hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna görə də Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-61/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillə rindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əhatəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir: Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 03 avqust 2022-ci il tarixdə elektron qaydada Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 260 06.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022-ci il tarixdən 12 may 2022ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-61/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından və iddia ərizəsini cavabdehlərin almasına dair sübutlar əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət v erərək belə hesab edir ki, İddiaçı ASCnin nümayəndəsi X1 şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edilib məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddia ərizəsinin forma və məzmununu müəyyən edən Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefo n nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçm əmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə görə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və o na əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşə əlavə olunmuş sənədlərdən də göründüyü kimi 08 iyul 2022-ci il tarixli iddia ərizəsində Cavabdeh4 VÖEN məlumatları göstərilməmiş, həmin iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərinin cavabdehə göndərilməsinə dair sübutlarını əlavə etməmişdir. İş vərəqə 21-də olan sürətli poçt daşıma xidmətinin 056965 nömrəli yol qaiməsinin lazımi qaydada təsdiq olunmamış ksero surətlərindən görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixdə göndərilmiş iddia ərizəsinə dair sənəd iddia ərizəsinə əlavə edilmişdir. Yəni iddiaçının şikayətində də göstərdiyi kimi əvvəllər məhkəmə tərəfindən MPM-də müəyyən olunmuş qaydada verilmədiyindən geri qaytarılmış iddia ərizəsinin göndərilməsinə dair sübut işə əlavə edilmiş, 08 iyul 2022-ci il tarixində tərtib olunmuş hazırkı kommersiya mübahisəsi üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən cavabdehlərə göndərilməsinə dair sübut təqdim olunmamışdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla əlaqədar düzgün nəticəyə gəlmişdir və mah iyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qərardadı formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya izah edir ki, İddiaçı ASC məhkəmənin 05 avqust 2022-ci il tarixli, e-2-2(123)61/2022 saylı qərardadında göstərilmiş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. İşin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Mə hkəməsinin 05 avqust 2022-ci il tarixli, e-2-2(123)-61/2022 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Yelo Bank” ASC-nin nümayəndəsi X1 şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, e-22(123)-61/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar