Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-8/2024 29.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), X8 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 vəkil-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 12 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə birinci tranş üzrə 45271.88 manat faiz borcu, 33402.97 manat cərimə borcu, cəmi 78674.85 manat, ikinci tranş üzrə 39991.15 manat faiz borcu, 46765.55 manat cərimə borcu, cəmi 86756.70 manat borc məbləğinin, X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı A SC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh arasında bağlanmış, 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı təminatlı kredit müqaviləsinə əsasən cavabdehə modern uşaq bezlərinin hazırlanması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6% olmaqla 60 ay müddətinə, iki tranşla 700000 manat məbləğində - birinci tranşla xx.xx.2012-ci il tarixdə 250000 manat, ikinci tranşla isə xx.xx.2013-cu il tarixdə 450000 manat təminatlı kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə iddiaçı tərəfdən cavabd ehə “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Bundan əvvəl də cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinə müraciət edilmiş, lAKİn həmin məhkəmənin 05 avqust 2019-cu il tarixli, 2-2(087)-43/2019 nömrəli qərardadı ilə iddia tələbləri baxılmamış saxlanılmışdır. 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin ləğv prosesində olan İddiaçı ASC qarşısında birinci tranş üzrə 45271,88 manat faiz, 33402,97 manat cərimə borcu, cəmi 78674.85 manat, ikinci tranş üzrə 39991.15 manat faiz, 46765.55 manat cərimə borcu, cəmi 86756.70 manat məbləğində borc öhdəliyi yaranmışdır. Məlumat üçün bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Cavabdehə müqavilə üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına müraciət olunmuş, lAKİn cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən X7 keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödənilmişdir. Cəmi 165431.55 manat olan iddia tələb i üzrə ödəniləcək 456 manat dövlət rüsumu X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat olan mediasiya xərcinə uyğun olaraq rüsumdan azad hesab olunur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.1, 427.3, 442, 445.1, 445.2-445.2.2, 445.7, 448.1 və 739.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4.1-ci və Mediasiya haqqında Qanunun 3.4 və 36.5-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hAKİm Elşən Salmanov) e-2-2(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddi a tələbinə iddia müddəti tətbiq edilərək təmin edilməməsi, iddiaçı tərəfindən X7 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 56 manatın 55,43 manat məbləğində dövlət rüsumunun iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən 0.47 manat artıq ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması, məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarix li, 9/3215 nömrəli ekspert rəyi əsasında aparılmış tədqiqatın dəyəri olan 145 manatın iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərək iş materiallarında olan sənədlər ilə əlaqələndirildikdə müəyyən edilir ki, iddiaçı "Bank of Azerbaijan” ASC-nin 12 saylı filialı ilə cavabdeh "AKİ Əczaçılıq Anbarı” MMC” arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı təminatlı kredit müqaviləsi əsasında verilən 700000 manat məbləğində kredit vəsaitindən əsas borc və faizlər cavabdeh tərəfindən həm iddiaçı təşkilatın özünə, həm də faizlər olmadan əsas borc 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı təminatlı kredit müqaviləs i ilə əlaqəsi olmayan SİF-ə ödənilərək, üzərinə götürdüyü öhdəliyi pozmuşdur... Məhkəmə iddiaçı və cavabdeh arasında razılaşma olmadan cavabdeh tərəfindən üçüncü tərəfə, yəni SİF-ə ödəmənin aparılmasını qeyri-qanuni hesab edərək, kredit müqaviləsinin 7.4.1-ci və 7.4.4-cü bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğu qənaətindədir. Nəticədə kredit məbləğinin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış, qalan hissəsi isə qeyri-qanuni yolla müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF vasitəsilə banka ödənildiyindən, həmin məbləği iddiaçı bankın qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, iddiaçı hesabdan çıxarış məlumatlarından müəyyən edilmiş xx.xx.2015-ci il tarixdən öhdəliklərin icra edilməli olduğu vaxt d övrünə qədər, yəni xx.xx.2017-ci il tarixə qədər əldə etməli olduğu faizlərdən məhrum edilmişdir. Nəticə etibarı ilə kredit müqaviləsinin 5.1-ci bəndinə müvafiq olaraq iddiaçı bu müqavilə üzrə borc alanın, üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyinə görə faiz borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır... Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki,... iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanunauyğundur... xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017-ci il tarixdə bitərək, cavabdeh tərəfindən iddiaçıya kredit məbləği üzr ə ödənilən sonuncu tarixdən (xx.xx.2015-ci ildən) sonra, o cümlədən, təqdim edilmiş qəbzlər üzrə SİF-ə ödənilən tarixlərdən sonra birbaşa hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2017-ci il tarixin ertəsi gün, yəni xx.xx.2017-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2020-ci il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır... Həmçinin iddiaçıya son ödəmə xx.xx.2015-ci il tar ixdə olduğundan, iddiaçının həmin tarixdən Naxçıvan Muxtar Respublikasının X2 iddiaçıya ödəmə apardığı xx.xx.2019-cu il tarixədək iddiası üzrə hərəkətsiz qaldığı (iddiası üzrə işlərin baxılmamış saxlanılması halı istisna olmaqla) müəyyən olunmaqdadır. Bundan əlavə, xx.xx.2012-ci il tarixli 33F12 saylı təminatlı kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən bu müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçı LPO ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Naxçıvan Muxtar Respublikasının X6 arasında bağlanılan müqavilə əlaqələndirildikdə görünür ki, həmin müqavilə 101119 manat olmaqla xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfdən Naxçıvan MR X4 sonuncu ödəniş ed ildikdən müəyyən müddət sonra, cavabdehə xəbər verilmədən və məlumatlandırılmadan, yəni 31 oktyabr 2019-cu il tarixdə bağlanmış, həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra müqavilənin bağlanması nəticəsində digər təşkilatların öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olduğundan və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını göz önündə tutaraq məhkəmə hesab edir ki, həmin müqaviləyə əsa sən Naxçıvan MR X6 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və həmin müqavilə bu halı təsdiq edən sübut deyildir... Hazırkı iş üzrə iddianın qiyməti 165431,55 manat təşkil edir. İddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 455,43 manat məbləğində hesablanmışdır. İddiaçı təşkilat tərəfindən 08 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfin iştirak etmədiyi İMS-in keçirilməsi ilə bağlı 400 manat məbləğində ödənilən mediasiya xərci 455,43 manat məbləğində ödənilməli olan dövlət rüsumunun 400 manat hissəsini əhatə etdiyindən qalan hissəyə dair 55,43 manat ödənilməli olan dövlət rüsumuna münasibətdə 56 manat ödənilmiş dövlət rüsumunu təsdiq edən mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. İddiaçı X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərcini və məhkəməyə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia rədd ediləcəyindən İMS ilə əlaqədar ödənilən 400 manat məbləğində mediasiya xərci və 55,43 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 400 manat məbləğində dövlət rüsumundan azad olunduğundan məhkəmə həmin hissəyə MPM-in 124.2-ci maddəsinə əsasən yenidən alınmaması qənaətində olaraq, artıq ödənilən 0.47 manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamı ş və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması, o cümlədən, məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3215 nömrəli ekspert rəyi əsasında aparılmış tədqiqatın dəyəri olan 145 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qənaətindədir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 14.1,14.2-14.2.1, 324.1, 324.2, 372.1, 372.2, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 376, 377.1, 377.2, 385.1, 386.1, 389.1, 389.2, 390.1, 390.5, 399.3, 419.1, 419.2, 425.1, 427.3, 442, 462.1, 739.2-ci, Mülki-Prosessual Məcəllənin 76.1, 76.2, 88, 103.1, 107, 108.1-108.1.1, 108.2, 112.1112.1.1, 112.2, 115.0-115.0.1, 119.1, 124.2, 218.1 və 220.4-cü maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.4, 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair” 24 dekabr 2014-cü il, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarlarına istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunaraq bankın iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmas ını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılaraq göstərilmişdir ki, “Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iş üzrə qəbul edilmiş qətnamə əsassızdır və iddia tələbimiz tam təmin edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilib ki, “Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlər indən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri) Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilə münasibətlər i üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lAKİn subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Hesab edirik ki, məhkəmə borcun tutulması barədə iddiamızı rədd edərkən iddiaçının hüquqlarının pozulmasını nə zərə almamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə görə isə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edərkən qeyd edir ki, göstərilənləri nəzərə alaraq, xx.xx.2012-ci il tarixli 33F 12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017-ci il tarixdə bitərək, cavabdeh tərəfindən iddiaçıya kredit məbləği üzrə ödənilən sonuncu tarixdən (xx.xx.2015-ci ildən) sonra, o cümlədən, təqdim edilmiş qəbzlər üzrə SİF-ə ödənilən tarixlərdən sonra birbaşa hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2017-ci il tarixin ertəsi gün, yəni xx.xx.2017-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2020-ci il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən mə hkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə əsas borc məbləğinin SİF tərəfindən bankın hesabına ödənilməsi faktını nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı müqavilə üzrə “Bank of Azerbaijan" ASC və “AKİ Əczaçılıq Anbarı" MMC tərəf qismində iştirak edərək, müqavilə həmin tərəflər üçün məcburi xarakter almış, Naxçıvan MR X2 üçüncü şəxs qismində iştirak etməsi və ya kredit məbləğinin onun hesabına köçürülməsi ilə bağlı müddəalar öz əksini tapmamışdır. Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bi r və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bu səbəbdən, müqavilə üzrə tərəf olmayan şəxsə və ya təşkilata ödənişin edilməsi iddiaçı təşkilata ödənilmənin həyata keçirilməsi və ya borcun etiraf edilməsini göstərən hərəkətlər kimi nəzərə alınmamaqla, eyni zamanda Naxçıvan MR X2 da iddiaçı təşkilatın hesabına ödəniş etməsinin cavabdeh tərəfindən ödəniş edilməsi kimi nəzərə alınması tamamilə qanunsuzdur. Bu səbəbdən də məhkəmə tərəfindən iddia ərizəsi üzrə kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunduğu qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, məhkəmənin iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımını müqa vilənin icra müddətinin bitdiyi tarixdən hesablaması və iddia tələbimizin rədd edilməsi düzgün deyil. Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, həmin kredit müqaviləsi üzrə ödənişlər “AKİ Əczaçılıq Anbarı" MMC tərəfindən “Bank of Azerbaijan" ASC-yə ödənilmək əvəzinə birbaşa qanunsuz olaraq Naxçıvan SİF-ə ödənilmiş, nəticədə də Naxçıvan SİF “Bank of Azerbaijan" ASC ilə “AKİ Əczaçılıq Anbarı" MMC arasında bağlanılmış 33F12 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etmiş, sonradan Naxçıvan SİF-lə “Bank of Azerbaijan" ASC arasında olmuş razılaşmaya əsasən 598628 manat məbləğində vəsait xx.xx.2019-cu il tarixdə “Bank of Azerbaijan" ASC-nin hesabına köçürülmüş və “AKİ Əczaçılıq Anbarı" MMC-nin əsas borcuna silinməsinə yönəldilmişdir. Eyni zamand a məhkəmə tərəfindən qeyd olunan xx.xx.2019-cu il tarixində əsas borc məbləğinin xx.xx.2019-cu il tarixli müqavilə əsasında Naxçıvan SİF tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi, həmin ödəniş zamanı cavabdehin həmin müqavilə üzrə tərəf olmadığından və həmin ödənişin cavabdeh tərəfindən “Bank of Azerbaijan" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilmədiyindən cavabdeh tərəfindən ödənilmiş kimi nəzərə alınmasının qanunsuz olması müddəası da əsassızdır. Belə ki, cavabdeh özü də həmin ödənişdən məlumatlı olmasını dəfələrlə məhkəmə prosesində etiraf etmişdir və həmin hal cavabdeh tərəfindən həmin ödənişlərin ləğvediciyə deyil, Naxçıvan SİF-ə ödənilməsi səbəbindən yaranmış, sonradan Naxçıvan SİF-ə ödənilmiş 598628 manat məbləğində həmin vəsait Naxçıvan SİF tərə findən LPO “Bank of Azerbaijan" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qaytarılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi 33F12 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu ildə ödənilmişdir və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixi xx.xx.2022-ci ildir. Bununla bağlı olaraq bildirmək istəyirik ki, xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit müqaviləsi üzrə LPO “Bank of Azerbaijan" ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına, digər sənədlərə əsasən sonuncu ödəniş xx.xx.2019-cu il tarixində 598 628.09 manat məbləğində olmuşdur. İş üzrə iddia müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Mediasiya üçün təklifin tarixi isə xx.xx.2022-ci il tarixində olmuşdur. Beləliklə də, qan unun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımı dayandırılmışdır və iş məhkəməyə iddia müddəti ötürülmədən verilmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin iddia müddətin tətbiqi barədə ərizəsi əsasızdır və rədd olunmalıdır. Mülki Məcəllənin 399-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Belə ki, maddənin tələbindən də göründüyü kimi, normanın ilk hissəsi müqavilənin qüvvədə olması müddətinin bitməsini, ikinci hissəsi isə müqavilədən yaranan öhdəliklərin icra olunmasına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitam şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyi icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmə anına qədər qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələri nin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqaviləni n həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi" adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət" adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Bundan əlavə, həmin qərara əsasən kreditor və bor clu arasında bağlanmş kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azarbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvə tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda “Məhkəmə qə tnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçür əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun." Birinci intansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edirik ki, birinci intansiya məhkəməsi işə baxarkər maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli, obyektiv araşdırmayıb və düzgün tətbiq etməyib... Yuxarıda qeyd olunanlardan da göründüyü kimi 33F12 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu ildə ödənilmişdir və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixi xx.xx.2022-ci ildir. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 373, 375.2, 380, 399.3 və 399.4-cü, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; İddiaçının nümayəndəsi məhkəməyə ünvanlanmış 28 mart 2024-cü il tarixli ərizəsində Bakı şəhərində prosesləri nin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirməklə apelyasiya şikayəti üzrə məhkəmə prosesinə iştirakları olmadan baxılmasını və apelyasiya şikayətinin təmin olunaraq iddia tələblərinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin vəkil-nümayəndəsi Vəkil izahatında göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Hesab edir ki, onun ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddəti düzgün tətbiq edilərək iddia tələbi rədd olunmuşdur. Onun fikrincə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin s ənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir... Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədin ə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərd ə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daş ımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqvilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1-114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qə tnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1, 385.1.1 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Maddə
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405.0-405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 406.1. Kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”; Maddə 2.1-2.1.1. Dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Maddə 2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğv inə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04 №-li qərardadında məhkəmələrə tövsiyə edilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda iddiaçı-apelyator apelyasiya şikayətində birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv olunmasını, apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apelyatorun apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, işdə iştirak edən cavabdehin nümayəndəsinin vəkil-nümayəndəsinin izahatı üzrə əlaqəli şək ildə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə tamamilə ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə İddiaçı ASC-nin 12 saylı filialı ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 nömrəli təminatlı kredit müqaviləsinə əsasən əsas borca görə müəyyən olunmuş faiz borcu və həmin faiz borcunun ödənilmədiyinə görə hesablanmış cərimə borcunun cavabdeh tərəfindən iddiaçı tərəfə ödənilməməsi ilə bağlıdır. Mübahisə üzrə xronoloji ardıcıllığı və işin faktiki hallarını araşdırarkən aydın olur ki, qeyd olunan müqavilənin; 1.1-ci bəndinə görə borcverən borcalana (SKMF-nin vəsaiti hesabına) modern uşaq bezlərinin yaradılması məqsədi ilə 700 000 AZN məbl əğində, 60 ay müddətinə xx.xx.2017-ci il tarixə kimi, illik 6 faizlə, ödəniş annuitet olmaqla kreditin verilməsini, borcalan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 2.1-2.2-ci bəndlərinə görə kredit üzrə verilmiş məbləğlərə faizlər istifadə edilmiş günlərin sayına görə illik 6 faizlə hesablanır və faizlər ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. 3.6-cı bəndinə görə kredit üzrə borcalana verilən kredit vəsaitindən istifadə müddətinin başlanma tarixi ilk tranşın borcalanın ssuda hesabına köçürülmə tarixi və bitmə tarixi xx.xx.2017-ci il hesab olunur. 3.8-ci bəndinə görə əsas borc məbləği 2 tranşla verilir, birinci tranş 250000 AZN, ikinci tranş 450000 AZ N. 5.1-ci bəndinə görə bu müqavilə üzrə borcalan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. 7.2.1, 7.4.1, 7.4.4 və 7.4.10-cu bəndlərinə görə borcverən bu müqavilə ilə müəyyən edilmiş müddətdə krediti borcalanın ssuda hesabına köçürməyi və bu barədə dərhal borcalana məlumat verməyi, borcalan isə bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi və kredit üzrə öhdəliklər icra edilmədikdə dəbbə pulu və borcverənə dəymiş zərəri tam həcmdə ödəməyi öz öhdələrinə götürürlər. Borcverən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək birinci tranşla xx.xx.2012-ci il tarixdə 25000 0 manatı, ikinci tranşla isə xx.xx.2013-cü il tarixdə 450000 manatı borcalana vermişdir. Borcalan isə borcverən qarşısında öhdəliklərini xx.xx.2015-ci il tarixədək olan dövrdə qismən yerinə yetirsə də, bundan sonra öhdəliklərini icra etməyərək borcverənə əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə heç bir ödəniş aparmamışdır. (Nəzərə alınmalıdır ki, ödəniş cədvəli tərəflərin təqdim etmədiklərindən iş materiallarına əlavə olunmamışdır). Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh xx.xx.2013-cü il tarixdə 8000 manat, xx.xx.2014-cü il tarixdə 5150 manat, xx.xx.2015-ci il tarixdə 50000 manat, xx.xx.2015-ci il tarixdə 1100 manat, xx.xx.2015-ci il tarixdə 20000 manat, xx.xx.2015-ci il tarixdə 27000 manat və xx.xx.2015-ci il tarixdə 24000 manatı borcverənin hesabına ödə mişdir (İİİ cild, iş v. 79, 81-82). Bu arada 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 nömrəli, 01 fevral 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bundan sonra cavabdeh İddiaçı ASC-yə ödəməli olduğu kredit məbləğini borcverənə deyil, qeyri-qanuni olaraq, kredit məbləği üzrə faizlərin ödənilməsindən yayınmaq məqsədilə xx.xx.2016-cı il tarixdə 20000 manat, xx.xx.2016-cı il tarixdə 20000 manat, xx.xx.2016-cı il tarixdə 20000 manat, xx.xx.2016-cı il tarixdə 20000 manat, xx.xx.2016-cı il tarixdə 20000 manat, xx.xx.2017-ci il tarixdə 20000 manat və s. Naxçıvan Muxtar Respublikası X9 (indiki adı Naxçıvan MR X6) X14 MR İdarəsində olan bank hesabı na köçürmüşdür (İİİ cıld, iş v. 83-84) Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin və Naxçıvan MR X6 X16 16 mart 2023-cü il tarixli məktublarından (İİ cild, iş v.148-149) görünür ki, 2012-2013-cü illərdə cavabdehə ayrılmış 700000 manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə (yəni xx.xx.2017-ci il tarixdə müqavilənin bitmə tarixindən sonra) 101119 manat əsas məbləğ ödənilərək kredit borcunun bağlanılması təmin edilmişdir. Lakin cavabdehə verilmiş kredit məbləğindan Naxçıvan MR X9 hesabına ödənilmiş qeyd olunan pul vəsaiti ləğvetmə prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməmiş qalmışdır. Naxçıvan MR X6 ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında 31 oktyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bə ndinə görə bu müqavilənin predmeti Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan İddiaçı ASC üzrə X2 vəsaiti hesabına güzəştli kredit almış 29 (iyirmi doqquz) sahibkarlıq subyekti (o cümlədən hazırkı iş üzrə cavabdeh) tərəfindən X2 hesabına birbaşa ödədikləri 6.741.869,45 manat vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üzrə münasibətlərin tənzimlənməsindən ibarətdir. 2.1-ci bəndinə görə X6 Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan İddiaçı ASC üzrə sahibkarlıq subyektləri (o cümlədən hazırkı iş üzrə cavabdeh) tərəfindən Fondun hesabına birbaşa ödənilmiş 6.741.869,45 manat vəsaitin müqaviləyə əlavə olunmuş siyahıya uyğun Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsini təmin edir. 2.3- cü bəndinə görə Əmanətlərin Sığortalanması Fondu X6 tərəfindən köçürülmüş 6.741.869,45 manat vəsaitin sahibkarlıq subyektlərinin (o cümlədən hazırkı iş üzrə cavabdehin) 29 layihə üzrə müqaviləyə əlavə olunmuş siyahıya uyğun borcunun azaldılmasını, Fondun ləğvetməsində olan İddiaçı ASC qarşısında öhdəliyini tam icra etmiş sahibkarlıq subyektlərinin girov və ipoteka müqavilələrinə xitam verilməsini təmin edir və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, X2 vəsaiti hesabına İddiaçı ASC-nin 12 saylı filialı modern uşaq bezlərinin istehsalı məqsədilə "xxxx" MMC-yə verilmiş 700000 manat kredit məbləğindən xx.xx.2019-cu il tarixədək 598628.09 manat kredit borcu cavabdeh tərəfindən ödənilməklə başa çatdırılmışdır (İİİ cild, iş v. 115-120 ). İş materiallarında olan hesabdan çıxarış məlumatlarından (İ cild, iş v. 210, 216 və s.) isə məlum olur ki, cavabdehin İddiaçı ASC-yə ödəməli olduğu göstərilən 598628.09 manat Naxçıvan MR SİF tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-nin hesabına ödənilmişdir. Göstərilənlərdən açıq-aşkar görünür ki, sözügedən müqavilənin 1.1, 2.1-2.3, 5.1 və 7.4.10-cu bəndələrinə əsasən iddiaçı cavabdehdən həmin müqaviənin müddətinin bitdiyi tarixə ödənilməmiş faiz borcunu və dəbbə pulunu (cəriməni) tələb etməkdə subyektiv hüquqa malik olmaqla haqlıdır və cavabdeh tərəfindən həmin hüququn pozulması göz önündədir. Apelyasiya şikayətinin “iddia tələbinə iddia müddətinin tətbiq edilərək təmin olunmaması” barədə dəlilləri ilə bağlı kollegiya Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı qərarlarına i stinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunl a qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmə ləri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri)… MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqavilə sinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göst ərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir… Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.” Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər... Müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir”. İş materialları və yuxarıda göstərilənlər nəzərə alınaraq müəyyən olunur ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh arasında 700 000 manat kredit məbləğinin 60 ay müddətinə, illik 6 faizlə sonuncuya verilməsi barədə 24 oktyabr 2012-ci il tarixdə 33F12 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış, tərəflər müqavilənin icrası ilə bağlı ü zərlərinə müvafiq öhdəliklər götürmüşlər. Kredit məbləği Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq həmin vəsaitin qaytarılması ilə bağlı İddiaçı ASC-yə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. Bundan sonra cavabdeh müqavilənin tələblərini pozmaqla öz öhdəliklərini yerinə yetirməmiş, əsas borc və ona hesablanmış faizləri ödəniş cədvəlinə uyğun olaraq İddiaçı ASC-yə ödəməli olduğu halda, vicdanlılığın tələb etdiyi tərzdən kənar şəkildə, yalnız əsas borca aid hissədə birbaşa Naxçıvan MR X9 hesabına köçürmüşdür. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin tələbləri baxımından yanaşdıqda hazırkı təminatlı kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2017-ci il tar ixin ertəsi gün, yəni xx.xx.2017ci il tarixdən başlanmış və müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan həmin müddətin xx.xx.2020-ci il tarixdə bitməsi gözlənilən olmuşdur. Cavabdeh tərəfindən isə Naxçıvan MR X12 101119 manat məbləğində sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə aparılaraq kredit məbləği üzrə əsas borcun qeyd olunan Fonda bağlanılması təmin edilmişdir. Lakin nə əsas borc üzrə X12 köçürülmüş məbləğlər, nə də əsas borca hesablanıb ümumiyyətlə ödənilməmiş faiz borcları İddiaçı ASC-yə ödənilməmişdir. Yalnız Naxçıvan MR X10 ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında 31 oktyabr 2019-cu il tarixdə müqavilə bağlandıqdan sonra, xx.xx.2012-ci il tarixli 33F12 nömrəli təminatlı kredit müqaviləsi üzrə Naxçıvan MR SİF-ə ödənilmiş 598628.09 manat əsas b orc sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna ödənilmişdir. Kollegiya xx.xx.2019-cu il tarixdə əsas borc üzrə qeyd edilən məbləğin Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini cavabdehin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirərək hesab edir ki, məhz həmin tarixdə iddia müddətinin axımı kəsilmişdir. Belə ki, Mülki Məcəllənin: 380.1-380.2-ci maddələrinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 433.1-ci maddəsinə müvafiq olaraq borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini... sübuta yetirsin. Qeyd olunan normalardan göründüyü kimi, cavabdeh öz seçimi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi üzrə təqsirli pozuntu kimi müəyyən edilən hərəkətləri ilə əsas borcu icranı qəbul etməyə ixtiyarlı olan İddiaçı ASC-yə deyil, müqavilənin icrasında maraqlı olan X12 (müqavilənin tərəfi olmayan üçüncü şəxsə) ödəməklə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün riski, məsuliyyəti öz üzərinə götürmüşdür. Bütün bunlara görə də X12 ödənilmiş əsas borc üzrə məbləğlərin sonuncu tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi gün – xx.xx.2019-cu il Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddi a müddətinin axımı kəsilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 380.2-ci maddəsinə əsasən iddia müddəti xx.xx.2022-ci il tarixdə bitməli idi. İddiaçı isə iddia müddəti bitməmiş, hazırkı kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya orqanına müraciət etmiş və X7 nəticəsindən asılı olaraq xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə mülki-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməklə iddia müddətini buraxmamışdır. Kollegiya hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. **********784 və **********785 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə arayışlarına görə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış: - xx.xx.2012-ci il tarixli, 8-26537-4 nömrəli kredit müqaviləsi ü zrə (iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında müqavilənin tarixinin 01.11. 2012-ci il tarixli göstərilməsini 1-ci tranş üzrə pulun köçürülmə tarixi, 8-26537-4 saylı müqavilənin nömrəsinin isə sistemdəki nömrə olduğunu bildirməsi ilə həmin müqavilənin 33F12 saylı olması nəzərə alınaraq) 28 oktyabr 2022-ci il tarixə 1-ci tranş üzrə xx.xx.2012-xx.xx.2017-ci il tarixləri əhatə edən müddət üçün hesablanmış və tələb olunan faiz 45271.88 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 33402.97 manat olmaqla, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 78674.85 manat təşkil edir. - xx.xx.2013-cü il tarixli 8-26537-12 nömrəli kredit müqaviləsi üzrə (iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə ke çirilmiş məhkəmə iclasında müqavilənin tarixinin 30 oktyabr 2013-cü il tarixli göstərilməsini 2-ci tranş üzrə pulun köçürülmə tarixi, 8-26537-12 saylı müqavilənin nömrəsinin isə sistemdəki nömrə olduğunu bildirməsi ilə həmin müqavilənin 33F12 saylı olması nəzərə alınaraq) 28 oktyabr 2022-ci il tarixə 2-ci tranş üzrə xx.xx.2013-xx.xx.2017-ci il tarixləri əhatə edən müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 39991.15 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 46765.55 manat olmaqla, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 86756.70 manat təşkil edir (İ cild, iş v. 21-22). Lakin iş üzrə təyin olunmuş məhkəmə-mühasibat və əlavə məhkəmə-mühasibat ekspertizaları üzrə verilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspert izası Mərkəzinin 9/3215 nömrəli, 22 may 2023-cü il tarixli ekspert rəyi ilə 24 oktyabr 2012-ci il tarixli 33F12 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq cavabdehin İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixdə aparılmış ödənişlər də nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə 1-ci tranş üzrə faiz borcunun 21668,59 manat, 2-ci tranş üzrə 36820,09 manat olması müəyyən edilmişdir (İİ cild, iş v. 189-191). - Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 726 nömrəli, 21 sentyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyi ilə cavabdehin iddiaçıya 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) birinci tranş üzrə faiz borcunun 21668,59 manat, ikinci tranş üzrə faiz borcunun isə 36820,09 manat təşkil etməsi müəyyən olunmuşdur. Həmçinin göstərilmişdir ki, iş materiallarında cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lAKİn bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır (İİİ cild, iş v. 28-29). İddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olduqlarını bildirmiş (İİİ cıld, iş v. 3), cavabdeh tərəf isə birinci və apelyasiya instansiyası məhkəmələrində göstərilən ekspert rəylərini mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən 24 dekabr 2014-cü il tarixli qərarında isə göstərilir ki, “Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kr edit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir”. Göstərilənlərə müvafiq olaraq iddiaçının qeyd olunan təminatlı kredit müqaviləsinə görə əsas borca hesablanan faiz borcları üzrə tələbləri ekspert rəylərində göstərilən miqdarda təmin edilməlidir. İddiaçının tələblərindən biri də dəbbə pulu (cərimə) ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməmə si nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir... Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsas ən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər”. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürü lən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Nəzərə almaq lazımdır ki, dəbbə pulunun məbləği müəyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun. Göstərilənlər baxımından kollegiya belə hesab edir ki, iddianın cəriməyə aid hissələrində tələb olunan məbləğlərin 5 faiz həcmində, yəni 1-ci trans üzrə iddia edilən 33402.97 manat cərimə borcunun 1670.14 manat və 2-ci tranş üzrə iddia edilən 46765.55 manat cərimə borcunun 2338.27 manat miqdarda təmin edilməsi məqsədəmüvafiqdir. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci, iddia qaldırılarkən və apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumla rı, eləcə də ekspertiza tədqiqatının dəyəri ilə bağlı kollegiya Mülki-Prosessual Məcəllənin 114.1-114.1.1, 119.1 və 119.5-ci maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın tələblərinə müvafiq olaraq belə qənaətə gəlir ki, iddiaçıya münasibətdə ödəniləcək tələblərin məbləğinə mütənasib olaraq (37,78%): - X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci üzrə 151,12 manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 20,94 manat və apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 86,02 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iy un 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən (iddia qaldırılarkən 0,57 manat və apelyasiya şikayəti verilərkən 0,29 manat) 0,86 manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalı, - mediasiya xərci, iddianın və apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları qalan hissələrdə iddiaçının özünə aid edilməli, - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış məhkəmə-mühasibat ekspertizası (9/3215 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi) üzrə tədqiqatın dəyəri olan 145 manatın 54,78 manatı iddiaçıdan, 90,22 manatı isə cavabdehdən tutularaq büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1 (kodu - 210005, VÖEN - **********, müxbir hesabı - AZ41 NABZ********************, SWİFT BİK - CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN-**********, hesab - AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiq edilməsində səhv buraxmış, prosessual hüquq normasının düzgün tətbiq edilməməsi nəticəsində düzgün olmayan qətnamə qəbul etmiş və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir (Mülki-Prosessual Məcəllənin 386, 387.1 və 390-cı maddələri). Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə tamamilə ləğv edilməklə birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməli və iddia tələbləri qismən təmin olunmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-15/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv olunsun. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 24 oktyabr 2012-ci il t arixli, 33F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə birinci tranş üzrə 21668.59 (iyirmi bir min altı yüz altmış səkkiz manat əlli doqquz qəpik) manat faiz borcu, 1670.14 (bir min altı yüz yetmiş manat on dörd qəpik) manat cərimə borcu, cəmi 23338.73 (iyirmi üç min üç yüz otuz səkkiz manat yetmiş üç qəpik) manat, ikinci tranş üzrə 36820.09 (otuz altı min səkkiz yüz iyirmi manat doqquz qəpik) manat faiz borcu, 2338.27 (iki min üç yüz otuz səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə borcu, cəmi 39158.36 (otuz doqquz min yüz əlli səkkiz manat otuz altı qəpik) manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddiaçı tərəfindən X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci üzrə 151,12 (bir yüz əlli bir manat on iki qəpik) manat, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 20,94 (iyirmi manat doxsan dörd qəpik) manat və apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üzrə 86,02 (səksən altı manat iki qəpik) manat cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları”na əsasən 0,86 (səksən altı qəpik) manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Mediasiya xərci, iddianın və apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları qalan hissələrdə iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış məhkəmə-mühasibat ekspertizası (9/3215 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi) üzrə tədqiqatın dəyəri olan 145 manatın 54,78 (əlli dörd manat yetmiş səkkiz qəpik) manatı iddiaçıdan, 90,22 (doxsan manat iyirmi iki qəpik) manatı isə cavabdehdən tutularaq büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı, X1 (kodu - 210005, VÖEN - **********, müxbir hesabı - AZ41 NABZ********************, SWİFT BİK - CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN-**********, hesab - AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla nə zərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.