Məhkəmə qərarları › İş №2-2(108)-8/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-8/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-8/2025 09.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-644/2024 nömrəli qərardadından iddiaçı “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 09 dekabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh RM/07209/88/16 saylı, xx.xx.2022-ci il tar ixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 12346.22 manat əsas, 182.32 manat faiz, cəmi 12528.54 manat borcun və tərəflərindən ödənilmiş 129 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)644/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin qaytarılması tələbi barədə iddia ərizəsi geri qaytarılmış, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalı vasitəsi ilə ödənilmi ş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılmış, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmaması izah edilmişdir. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 dekabr 2024-cü il tarixdə şikayət ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-644/2024 saylı qərardadının ləğv edilməsini, Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2-2(123)644/2024 nömrəli qər ardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-644/2024 saylı qərardaddan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayət əsaslı hesab edilməmiş və şikayət prosessual müddət daxilində baxılması üçün 2-2(123)-644/2024 saylı işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayətini onunla əsaslandırmışdır ki, qərardadda iddia ərizəsinin geri qaytarılma səbəbi kimi, iddia ərizəsində Cavabdeh Lənkəran rayonu, Lənkəran şəhəri, Şəhidlər xiyabanı, küçə 11 ünvanında qeydiyyatda olduğu göstərilmişdir, lakin “Elektron məhkəmə” informasiya sistemində ünvanının ünvan 3 kimi qeyd olunmuşdur. Bununla belə, iddia ərizəsinə əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından da məlum olur ki, cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki iş üzrə cavabdehin sonuncu qeydə alındığı ünvana dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-3396/2024 saylı qərardadının iddia ərizəsinə əlavə edilməsi, həmçinin elektron sistemə yerləşdirilməsinə baxmayaraq məhkəmə buna nəzər yetirməmiş və işi qərardadla geri qaytarmışdır. Apellyator şikayətin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə istinad edərək, sonda Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-644/2024 saylı qərardadının ləğv edilməsini, Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması b arədə mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəfə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsi təklif edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəmə yə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsi ni şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e2-2(123)-644/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından (iş. səh 45) görünür ki, xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ QvŞV bölməsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən Cavabdeh ünvan 5 ünvanında rəsmi olaraq qeydiyyatdadır. Həmçinin kollegiya tərəfindən iş üzrə araşdırılma aparılaraq Naxçıvan şəhər Polis İdarəsinə Lənkəran, Port-İliç şəhərində doğulmuş iş üzrə cavabdeh olan Cavabdeh (şəxsiyyət vəsiqəsi AA4919467) Naxçıvan şəhəri, Əcəmi Naxçıvani məhəlləsi, döngə 4, ev 4 ünvanında qeydiyyatda olub-olmaması barədə məlumat verilməsi üçün sorğu göndərilmiş, kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan şəhər Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-13-43-6/2-288/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarından aydın olmuşdur ki, hazırki iş Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatına 09 dekabr 2024-cü il tarixdə daxil olmuşdur ki, həmin tarixdə iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı yuxarıda da qeyd olunduğu kimi, ünvan 6 olmuşdur. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə cavabdehin rəsmi olaraq qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni ərazi yurisdiksi yası üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-644/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-644/2024 nömrəli qərardadından iddiaçı “Bank of Baku“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 13 d ekabr 2024-cü il tarixli, e-2-2(123)644/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar