Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1/2022 25.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə Mövlüd oğlunun, nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdehna qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdehna qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi üzrə 206299,63 ABŞ dolları əsas kredit borcunun, 135913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 246018,60 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 588231,31 ABŞ dolları və 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 500000 manat əsas kredit borcunun, 325423,98 manat əsas məbləğə hesablanmış faiz borcunun, 506336,39 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 1331760,37 manat məbləğində borcun və 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərçləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdehna məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyriyaşayış sahəsinə, 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılsın və əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcu ödənilsin, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməklə, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh qeyri-yaşayış sahələrini boşaldılması, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 mart 2013-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh 33333 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdehna 05 mart 2017-ci il tarixinədək, 48 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. 05 mart 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdehna 36 ay müddətinə kreditdən istifadəyə görə illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 1 nömrəli sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır. 04 aprel 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) dair 2 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdehna 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) 2 nömrəli kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır. 23 aprel 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 3 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdehna 36 ay müddətinə. kreditdən istifadəyə görə illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015 -ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 3 nömrəli kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır. 03 iyun 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 №-li kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 4№-li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdehna 36 ay (otuz altı ay) müddətinə, kreditdən istifadəyə görə illik 14% (on dörd faiz) olmaqla 100 000 USD (bir yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 №-li kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) 4N-1İ Kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır. 21 iyun 2013-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 №-li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 5№-li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdehna 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 14% olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 №-li Kredit müqaviləsinin (kredit xəttinin açlması barədə müqavilə) 5N-1İ Kredit sazişinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə Razılaşma bağlanılmışdır. 18 iyun 2014-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh arasında 555 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdehna 36 ay müddətinə, illik 14% olmaqla 500000 manat məbləğində kredit ayrılmışdır və o, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsinə, müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq 1 saylı əlavə razılaşma bağlanılmışdır. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257.8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, İB nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 N-li Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixili yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 05 mart 2013-cü il tarixli 33333 nömrəli Kredit müqaviləsindən (kredit xəttinin açlması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 05 mart 2013cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0.02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dan ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixili yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir. Borcalanın 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 18 iyun 2014-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan, 1\1 mərtəbəli, ümumi sahəsi 175,3 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, 1\1 mərtəbəli, ümumi sahəsi 174 m2- dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b.2, və 1\1 mərtəbəli, ümumi sahəsi 414,4 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, b. 19 nömrəli ünvanlarda yerləşən qeyri-yaşayış sahələri İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixili yüklülük barədə RX seriyalı 0439541, 0439539, ******* №- li müvafiq Çıxarışlar təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə Mövlüd oğlu və iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bununla yanaşı izahatlarında axırıncı iki məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə razı olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi, Vəkil1 iddianı qəbul etməyərək, iddia tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05 mart 2013-cü il tarixli 33333 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) görünür ki, İddiaçı QSC Cavabdehna bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün Cavabdehna bərpa olunmayan kredit xətti açır, Cavabdeh isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə İddiaçı QSCyə qaytarmağı öhdəsinə götürür. Kredit xəttinin ümumi məbləği 500000 ABŞ dolları təşkil edir. 05 mart 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 1 nömrəli kredit sazişindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna tərəflər arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 100000 ABŞ dolları məbləğində 36 ay müddətinə kredit verir. Cavabdeh isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 1 nömrəli sazişinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 04 aprel 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 2 nömrəli kredit sazişindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna tərəflər arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 100000 ABŞ dolları məbləğində 36 ay müddətinə kredit verir. Cavabdeh isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2015-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 2 nömrəli sazişinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 23 aprel 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 3 nömrəli kredit sazişindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna tərəflər arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 100000 ABŞ dolları məbləğində 36 ay müddətinə kredit verir. Cavabdeh isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2015-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 3 nömrəli sazişinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 03 iyun 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 4 nömrəli kredit sazişindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna tərəflər arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 100000 ABŞ dolları məbləğində 36 ay müddətinə kredit verir. Cavabdeh isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2015-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 4 nömrəli sazişinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 21 iyun 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 5 nömrəli kredit sazişindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna tərəflər arasında bağlanmış 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 100000 ABŞ dolları məbləğində 36 ay müddətinə kredit verir. Cavabdeh isə almış olduğu borc pul məbləğini müəyyən edilmiş şərtlərlə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. 07 iyul 2015-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında 05 mart 2013-cü il tarixli 33333 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) 5 nömrəli sazişinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 18 iyun 2014-cü il tarixli 555 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, X4 Azərbaycan” QSC Cavabdehna bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit verir, Cavabdeh isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə İddiaçı QSC-yə qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 500000 manat təşkil edir. 07 iyul 2015-ci il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında 18 iyun 2014-cü il tarixli 555 nömrəli nömrəli kredit müqaviləsinə 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) bu razılaşmanın ayrılmaz tərkib hissəsini təşkil edən əlavədəki şəkildə və şərtlərlə qəbul edilir. 05 mart 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, 05 mart 2013-cü il tarixli 33333 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə öhdəliklərin icra edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilən əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının DƏDRX-İN Abşeron Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2012-ci ildə verilmiş ******* nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 250000 manat təşkil edir. 05 mart 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, 05 mart 2013-cü il tarixli 33333 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə öhdəliklərin icra edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilən əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının DƏDRX-İN Abşeron Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2012-ci ildə verilmiş ******* nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 170000 manat təşkil edir. 05 mart 2013-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, 05 mart 2013-cü il tarixli 33333 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə öhdəliklərin icra edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilən əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının DƏDRX-İN Abşeron Ərazi İdarəsi tərəfindən 28 sentyabr 2012-ci ildə verilmiş ******* nömrəli qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İpoteka predmetinin dəyəri ipoteka müqaviləsinə əsasən 300000 manat təşkil edir. 18 iyun 2014-cü il tarixli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, 18 iyun 2014-cü il tarixli 555 nömrəli İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi məqsədilə mülkiyyət hüququ ilə Cavabdehna məxsus birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyriyaşayış sahəsi, birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsi və birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilən əmlaklar üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının DƏDRX-İN Abşeron Ərazi İdarəsi tərəfindən müvafiq olaraq 08 yanvar 2014-ci ildə verilmiş ******* nömrəli, 15 yanvar 2013cü ildə verilmiş ******* nömrəli və 15 yanvar 2013-cü ildə verilmiş ******* nömrəli qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. İpoteka predmetlərinin dəyəri ipoteka müqaviləsinə əsasən müvafiq olaraq 420000, 170000 və 170000 manat təşkil edir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-463 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 305000 manat, likvid dəyəri 259000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-466 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyriyaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 262000 manat, likvid dəyəri 223000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-465 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 261000 manat, likvid dəyəri 222000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-467 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 605000 manat, likvid dəyəri 514000 manat təşkil edir. Ekspertizanın aparılması üçün 300 manat xidmət haqqı təyin edilmiş və təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-462 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 384000 manat, likvid dəyəri 326500 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin qeyri yaşayış binasının qiymətləndirilməsi barədə 01/21-464 nömrəli 24 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, mülkiyyət hüququ ilə Cavabdehna məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 684000 manat, likvid dəyəri 581000 manat təşkil edir. Ekspertizanın aparılması üçün təyin edilən xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" MMC-nin 16 avqust 2019-c il tarixli ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi barədə hesabatından görünür ki, xidmət haqqı 1300 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2019-cu il tarixli 28888 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2022-ci il tarixli 9/149 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4600 nömrəli 29 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 05 mart 2013-cü il tarixli 1 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 35319 ABŞ dolları, faiz borcu 878,16 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 7902,63 ABŞ dolları, 04 aprel 2013-cü il tarixli 2 nömrəli kredit sazişinin və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 39988,94 ABŞ dolları, faiz borcu 1445,67 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8780,90 ABŞ dolları, 23 aprel 2013-cü il tarixli 3 nömrəli kredit sazişinin və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 39467,61 ABŞ dolları, faiz borcu 1719,54 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8562,28 ABŞ dolları, 06 iyun 2013-cü il tarixli 4 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 44020,97 ABŞ dolları, faiz borcu 2579,23 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9305,54 ABŞ dolları, 21 iyun 2013-cü il tarixli 5 nömrəli kredit sazişinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 43487,37 ABŞ dolları, faiz borcu 2807,35 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9084,03 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsinin və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdehin 25 avqust 2020-ci il tarixə əsas borc 500000 manat, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manatdır. 04 iyun 2019-cu il tarixli 334 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi məqsədilə “Roveks Konmark” Konsaltinq şirkətinə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əvvəl kredit xəttinin açılması barədə razılaşma və həmin razılaşmada nəzərdə tutulmuş müddətlərdə və həçmdə sonradan kredit, ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Cavabdeh ilə ABŞ dolları ilə fərqli tarixlərdə beş, manatla isə bir kredit müqaviləsi bağlandığına görə hər kredit müqaviləsi üzrə faiz dərəcəsi müqavilənin qüvvədə olan müddət üçün həmin müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə, müqavilənin bitdiyi tarixdən isə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyyən edilmiş 5% dərəcəsi hesablanacağını nəzərə alaraq məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə 9/4600 nömrəli 29 iyul 2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq hesab edir ki, pul tələbi qismən təmin edilməlidir, belə ki, 05 mart 2013-cü il tarixli 1 nömrəli kredit sazişi və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 35319 ABŞ dolları, faiz borcu 878,16 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 7902,63 ABŞ dolları, 04 aprel 2013-cü il tarixli 2 nömrəli kredit sazişi və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 39988,94 ABŞ dolları, faiz borcu 1445,67 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8780,90 ABŞ dolları, 23 aprel 2013-cü il tarixli 3 nömrəli kredit sazişi və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 39467,61 ABŞ dolları, faiz borcu 1719,54 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 8562,28 ABŞ dolları, 06 iyun 2013-cü il tarixli 4 nömrəli kredit sazişi və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 44020,97 ABŞ dolları, faiz borcu 2579,23 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9305,54 ABŞ dolları, 21 iyun 2013-cü il tarixli 5 nömrəli kredit sazişi və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 43487,37 ABŞ dolları, faiz borcu 2807,35 ABŞ dolları, illik 5%-lə hesablanmış faiz borcu isə 9084,03 ABŞ dolları, 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi və və xx.xx.2015-ci il tarixli 1 saylı əlavə razılaşma üzrə əsas borc 500000 manat, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat hissədə ,ümumilikdə, 5 kredit sazişi üzrə 202283,89 ABŞ dolları əsas borc, 9429,95 ABŞ dolları faiz borcu və 43635,38 ABŞ dolları illik 5% tələbi və 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin 500 manat əmlakın qiymətləndirilməsinə dair xərc, 22 manat cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərçləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi üzrə 24650,78 ABŞ dolları, 18 iyun 2014cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə isə 52585,86 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 259000 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 223000 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 170000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 222000 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan birinci mərtəbədə yerləşən 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinin 420000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 514000 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinin 250000 manat dəyərində qiymətləndirilməsini nəzərə alan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 326500 manat məbləğində, İpoteka müqaviləsi imzalanarkən Cavabdehna məxsus olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 300000 manat dəyərində qiymətləndirilsə də, məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti "xxxx" MMC-nin rəyində likvid qiymət kimi göstərdiyi 581000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tutma qeyd olunan likvid qiymətlə ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli, sözügedən əmlaklar hərracda satılmalı və əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcu ödənilməli, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh qeyriyaşayış sahələrini boşaltmalıdır. Məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Lakin bununla məhkəmə qeyd edir ki, yanaşı ipoteka ilə yüklü edilmiş əmlaklar qeyri-yaşayış sahələri olduğundan iddiaçının ipoteka ilə yüklü edilmiş qeyd edilən qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 51,01%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatı Cavabdeh, 267 manatı isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1300 manat məbləğində xərcin 663,10 manatı Cavabdeh, 636,90 manatı isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 mart 2013-cü il tarixli 3333 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202283,89 ABŞ dolları əsas borc, 24650,78 ABŞ dolları cərimə, 9429,95 ABŞ dolları faiz borcu və 43635,38 ABŞ dolları illik 5% borcu, cəmi 280000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 18 iyun 2014-cü il tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500000 manat, 52585,86 manat cərimə, faiz borcu 93594,70 manat, illik 5%-lə hesablanmış faiz borcu isə 78819,44 manat cəmi 725000 manat, həmçinin 500 manat ipoteka predmeti olan əmlakların qiymətlərindirilməsinə çəkilmiş xərc, 30 manat dövlət rüsumu, 22 manat bildirişlərin göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi üzrə poçt xərcləri, 180 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma Cavabdehna məxsus ilkin satış qiyməti 259000 manat olan 0,02574 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 228,7 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 4B nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinə, ilkin satış qiyməti 223000 manat olan 1/1 mərtəbəli 175,3 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 222000 manat olan 1/1 mərtəbəli 174 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 2B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 514000 manat olan 1/1 mərtəbəli 414,4 m2 sahəsi olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 19B nömrəli ünvandakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 326500 manat olan 0,0293 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 257,8 m2dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 1B nömrəli ünvanındakı qeyri-yaşayış sahəsinə, ilkin satış qiyməti 581000 manat olan 0,05112 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 461,9 m2-dən ibarət Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 9B nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin ipoteka predmetləri hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına İddiaçı QSC-nin borcu ödənilsin, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddət ərzində Cavabdeh qeyri-yaşayış sahələrini boşaltsın. İpoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsi borcludan tutulsun. İddia tələbinin 51,01%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 545 manat məbləğində xərcin 278 manatı Cavabdeh, 267 manatı isə İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin "xxxx" MMC tərəfindən aparılan əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 1300 manat məbləğində xərcin 663,10 manatı Cavabdeh, 636,90 manatı isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. İpoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrindən istifadə hüququna xitam verilməsi tələbi hissəsində iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-1/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver