Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-10/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 97300 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 150000 manat, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 120000 manat, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 60000 manat, xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 18200 manat, məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx xxxxxx 2017-ci il tarixə banka ödənilməmiş borcu xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirgrək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, ekspert rəyində də qeyd olunmuşdur ki, müqavilə müddətləri bitdikdən sonra cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmamışdır. Belə ki, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixdə 26200 manat məbləğində ödəniş edilmiş və faiz borcuna silinmiş, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək 168784 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 81207,60 manat əsas borca, 85576,40 manatı isə faiz borcuna silinmişdir. Lakin istər bank, istərsə də ekspert tərəfindən hesablamalar aparılarkən həmin ödənişlər nəzərə alınmamışdır. Hər 2 kredit müqaviləsi üzrə müddət bitdikdən sonra da faizlərin hesablanması davam etmiş, aparılmış ödənişlər qanunsuz olaraq hesablanmış faizlərin silinməsinə yönəldilmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə xx xxxx 2017-ci il tarixdə müraciət olunduğundan xx xxxxxx 2011ci il tarixli, 72K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqavilələri üzrə iddia müddəti ötürülmüşdür. Digər müqavilələr üzrə isə cərimə borcu həddən artıq hesablanmışdır. İş materiallarında olan: - xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 97300 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 150000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 120000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 60000 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh - yə 24 ay müddətinə, illik faiz dərəcəsi 14% ödənilmək şərtilə 18200 manat məbləğində kredit verməyi, sonuncu isə həmin məbləği və faizləri miqdarında illik faizlər ödəməyi öhdəsinə götürmüşdür. - ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, Cavabdeh-nin həmin tarixə xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 61162,90 manat faiz borcu, 36553,37 manat cərimə olmaqla ümumilikdə 195016,27 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 93965,70 manat faiz borcu, 36681,49 manat cərimə olmaqla ümumilikdə 280647,19 manat, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə 38792,40 manat əsas borc, 6382,31 manat faiz borcu, 5718,43 manat cərimə olmaqla ümumilikdə 50893,14 manat, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə 60000 manat əsas borc, 36770,63 manat faiz borcu, 24824,84 manat cərimə olmaqla ümumilikdə 121595,47 manat, xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə 3790,26 manat əsas borc, 2319,51 manat faiz borcu, 1552,73 manat cərimə olmaqla ümumilikdə 7662,50 manat məbləğində borcu vardır. - “xxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh-yə ünvanladığı xx xxxxxx 2015-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun hesabına kreditin ödənilməsi məqsədilə xx xxxxxxx 2015-ci il tarixdə 105200 manat, xx xxxxxxx 2015-ci il tarixdə 26200 manat, xx xxxxxx 2015-ci il tarixdə 33584 manat və 30000 manat məbləğində ödənişlər olunmuşdur. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 25/2019 №-li qərardadına əsasən borc məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30430 №-li rəyində qeyd olunmuşdur: Cavabdeh-nin “xxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxx 2014-cü il tarixə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla ümumilikdə 119070,81 manat müəyyən edilir; Cavabdeh-nin “xxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxxxx 2013-cü il tarixə 150000 manat əsas borc, 26885,49 manat faiz borcu olmaqla ümumilikdə 176885,49 manat müəyyən edilir. Həmin müqavilə üzrə xx xxxxxxx 2015-ci il tarixdə 26200 manat məbləğində ödəniş edilmiş və faiz borcuna silinmişdir. Lakin hesablamalar xx xxxxxx 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 26200 manat məbləğində ödəniş nəzərə alınmamışdır; Cavabdeh-nin “xxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxxxx 2013-cü il tarixə 120000 manat əsas borc, 23226,42 manat faiz borcu olmaqla ümumilikdə 143226,42 manat müəyyən edilir. Həmin müqavilə üzrə xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək 168784 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 81207,60 manat əsas borca, 85576,40 manatı isə faiz borcuna silinmişdir. Lakin hesablamalar xx xxxxxx 2013-cü il tarixə (müqavilə müddətinin sonunadək) aparıldığından 168784 manat məbləğində ödəniş nəzərə alınmamışdır; Cavabdeh-nin “xxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxxxx 2013-cü il tarixə 60000 manat əsas borc, 10267,09 manat faiz borcu olmaqla ümumilikdə 70267,09 manat müəyyən edilir; Cavabdeh-nin “xxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxxxx 2013-cü il tarixə 3802,12 manat əsas borc, 1193,78 manat faiz borcu olmaqla ümumilikdə 4995,90 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqavilələrinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqavilələri üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li kredit müqavilələri 24 ay müddətinə bağlanmışdır, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət müvafiq olaraq xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixlərdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışlarında qeyd olunmuşdur ki, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li müqavilələr üzrə sonuncu ödəniş xx xxxxxxxx 2012-ci il tarixdə aparılmışdır. Belə olduğu təqdirdə isə xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li müqavilə üzrə iddia müddəti xx xxxxxx 2016-cı il tarixdə, xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li müqavilə üzrə iddia müddəti xx xxxxxx 2016-cı il tarixdə başa çatmış, iddia ərizəsi ilə məhkəməyə təxminən 2 ay sonra – xx xxxx 2017-ci il tarixdə müraciət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx xxxxxx 2011-ci il tarixli, 72K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 74K/11 №-li müqavilələr üzrə iddia müddəti keçdiyindən iddia həmin hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li və xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləği hesablanarkən məhkəmə - mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30430 №-li rəyində qeyd olunan məbləğlər əsas götürülməlidir. Belə ki, xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə borcu müddətin sonuna – xx xxxx 2014-cü il tarixə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu olmaqla ümumilikdə 119070,81 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı; xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixdə aparılmış və faiz borcuna silinmiş 26200 manat hesablanmış faiz borcundan çıxılaraq (26885,49-26200) faiz borcunun məbləği 685,49 manat müəyyən olunmalı, müddətin sonuna – xx xxxxxx 2013-cü il tarixə 150000 manat əsas borc, 685,49 manat faiz borcu olmaqla ümumilikdə 150685,49 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək aparılmış və əsas borca silinmiş 81207,60 manat, faiz borcuna silinmiş 85576,40 manat hesablanmış borcdan çıxıldıqda əsas borcun məbləğinin 38792,40 manat olması, faiz borcu üzrə isə 62349,98 manat artıq ödəniş edilməsi müəyyən olunur. Belə olduğu təqdirdə faiz borcu üzrə artıq ödənilmiş 62349,98 manat pul vəsaitindən 38792,40 manat əsas borc çıxılarsa, belə nəticəyə gəlinir ki həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcu yoxdur və 23557,58 manat məbləğində artıq ödəniş aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğin qaytarılması ilə bağlı tələb olmadığından hazırkı mülki iş üzrə artıq ödənilmiş 23557,58 manat pul vəsaitinin cavabdehə qaytarılması ilə bağlı nəticəyə gəlmək mümkün deyildir və Cavabdeh-nin həmin məbləğin qaytarılması barədə tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borca 36553,37 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borca 36681,49 manat cərimə hesablanmasını əsaslı hesab etmir və eyni zamanda hesab edir ki, xx xxxxxx 2011-ci il tarixli, 69K/11 №-li kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ödənildiyindən həmin müqavilə üzrə cərimə hesablanmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən tam icra olunmamış, yəni, hər 2 müqavilə üzrə sonuncu ödəniş xx xxxxxxxx 2012-ci il tarixdə aparılmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə hətta müqavilələrin müddəti bitdikdən təxminən 3 il keçdikdən sonra müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə hesablanmış 36553,37 manat dəbbə pulunun məbləği azaldılaraq 7000 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə hesablanmış 36681,49 manat cərimənin məbləği azaldılaraq 10000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən tələbin (655814,57 manat) təmin olunan hissəsinə (286756,3 manat) müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 13 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi cavabdehdən, 57 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. xx xxxx 2012-ci il tarixli, 24K/12 №-li kredit müqaviləsi üzrə 97300 manat əsas borc, 21770,81 manat faiz borcu, 7000 manat dəbbə pulu olmaqla olmaqla ümumilikdə 126070,81 manat, xx xxxxxx 2011-ci il tarixli, 68K/11 №-li kredit müqaviləsi üzrə 150000 manat əsas borc, 685,49 manat faiz borcu, 10000 manat dəbbə pulu olmaqla ümumilikdə 160685,49 manat pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 13 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 43 manat məbləğində hissəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən, 57 manat məbləğində hissəsi ləğv prosesində olan “xxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-10/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-10/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver