Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-10/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin 20 saylı filialı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 42AV/F20- 13 nömrəli Təminatlı kredit müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixinə əsas borc üzrə 646,889.35 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz otuz beş qəpik) AZN faiz borcu üzrə 255,847.37 (iki yüz əlli beş min səkkiz yüz qırx yeddi otuz yeddi qəpik) AZN, cərimə borcu üzrə 12,736.87 (on iki min yeddi yüz otuz altı manat səksən yeddi qəpik) AZN, cəmi 915,473.59 (doqquz yüz on beş min dörd yüz yetmiş üç manat əlli doqquz qəpik) AZN məbləğdə pulun tutulması, tutmanın X3 mülkiyyətində ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobuslara yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının iddiaçı Ləğv prosesində olan “İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentı ilə cavabdeh X5 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 42AV/F20- 13nömrəli Təminatlı kredit müqaviləsinə əsasən X4 "İddiaçı" ASC-nin 20 saylı filialı tərəfindən 9 ədəd Daewoo (model BS090) markalı avtobusların alınması üçün 48(qırx səkkiz) ay müddətinə, illik 20% olmaqla 637,300 (altı yüz otuz yeddi min manat 300 manat) AZN məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X5 mülkiyyətində olan 9 ədəd Daewoo (model BS090) markalı, Şassi: KL5UK42HEAU005709, buraxılış ili: 2012-ci il; 10VG166 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005682, buraxılış ili: 2012-ci il; 10VF933 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005656, buraxılış ili: 2012-ci il; 10VG144 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005671, buraxılış ili: 2012-ci il; 10VG366 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005688, buraxılış ili: 2012-ci il; 10VG344 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005632, buraxılış ili: 2012-ci il; 10VG288 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005698, buraxılış ili: 2012-ci il; 10VG188 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005654, buraxılış ili: 2012-ci il; 10VG233 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU003242, buraxılış ili: 2009-cu il; 10VG433 dövlət nömrə nişanlı avtobuslar girov kimi banka təqdim olunmuş və bu barədə xx xxxx 2013-cü il tarixli, 42İP/F20-13 saylı girov müqaviləsi bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixli 2 saylı əlavəyə əsasən xx xxxx 2013-cü il tarixli, 42AV/F20-13 nömrəli kredit müqaviləsinin müddəti xx xxxx 2019-cu il tarixə kimi artırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən cavabdeh X4borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “İddiaçı" ASCnin 20 saylı filialı ilə cavabdeh X5 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 42AV/F20- 13 nömrəli, Təminatlı kredit müqaviləsinə əsasən xx xxxxxx 2018-cı il tarixinə X3 əsas borc üzrə 646,889.35 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz 35 qəpik) AZN, faiz borcu üzrə 255,847.37 (iki yüz əlli beş min səkkiz yüz qırx yeddi 37 qəpik) AZN, cərimə borcu üzrə 12,736.87 (on iki min yeddi yüz otuz altı manat 87qəpik) AZN, cəmi 915,473.59(doqquz yüz on beş min dörd yüz yetmiş üç manat 59qəpik) AZN məbləğində borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-lqtisad məhkəməsinin xx.xx.2016- cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən “xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “İddiaçı" ASC-nin ləğvedici təyin edilmişdir. İddiaçı tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verilərək, cavabdeh X5 ilə “İddiaçı" ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixinə X2 əsas borc üzrə 646889 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz manat otuz beş qəpik) manat, faiz borcu üzrə 462297 (dörd yüz altmış iki min iki yüz doxsan yeddi manat səksən altı qəpik) manat, cərimə borcu 143028 (bir yüz qırx üç min iyirmi səkkiz manat on yeddi qəpik) manat, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan və illik faiz dərəcəsi 5% olan borc üzrə 48249 (qırx səkkiz min iki yüz qırx doqquz manat qırx beş qəpik) manat olmaqla, cəmi ******* (bir milyon üç yüz min dörd yüz altmış dörd səksən üç qəpik) manat borcun tutulması və tutmanın X3 mülkiyyətində ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobuslara yönəldilməsi, qeyd edilən avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xidmət haqqının iddaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə münasibətdə, iddia tələbində göstərilmiş əsas borc məbləğinə dair hissəsini qismən qəbul edir, iddia tələbi üzrə faiz və cərimə borcu ilə razı deyil və həmin hissəni qəbul etmir, həmçinin iddia tələbi üzrə tutmanın ipoteka predmeti olan cavabdehə məxsus əmlaka yönəldilməsi, onun açıq hərracdan satılması hissəsini qəbul etmir.İddia tələbi üzrə faiz və cərimə məbləğləri şişirdilmişdir və həqiqəti əks etdirmir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC (borcverən) ilə X5 (borc alan) arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 42AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsindən görünür ki, borc verən borc alana 627300 (alti yüz iyirmi yeddi min üç yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc alan kredit məbləğini yeni alınacaq 9 ədəd Daewoo (model BS090) markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəkdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 20 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, kredit məbləğinin hərəkəti və uçotu borc verən tərəfindən borc alan üçün açılan ******* saylı ssuda hesabı vasitəsi ilə təmin edilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, bankla borc alan arasında aparılan hesablaşmalar borc verən tərəfindən borc alan üçün açılan 12-13968-13 saylı cari hesab vasitəsi ilə aparılır. Həmin Müqavilənin 3.4-cu bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti 48 ay təşkil edir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin 20 saylı filialı və Nizamnamə əsasında fəaliyyət göstərən X5 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı girov/ipoteka müqaviləsinin predmeti çıxış edir. - İddiaçı ASC-nin 20 saylı filialı (girov saxlayan) ilə X5 (girov qoyan) arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 49İP/F20-13 nömrəli girov müqaviləsindən görünür ki, xx xxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsinə əsasən girov saxlayan girov qoyana 9 ədəd Daewoo (model BS090) markalı sərnişin daşıma avtobuslarının alınması üçün 627300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq girov qoyan 9 ədəd Şassi: KL5UK42HEAU005709, buraxılış ili: 2012-ci il; 10VG166 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005682, buraxılış ili: 2012ci il; 10VF933 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005656, buraxılış ili: 2012-ci il; 10VG144 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005671, buraxılış ili: 2012-ci il; 10VG366 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005688, buraxılış ili: 2012-ci il; 10VG344 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005632, buraxılış ili: 2012-ci il; 10VG288 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005698, buraxılış ili: 2012-ci il; 10VG188 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU005654, buraxılış ili: 2012-ci il; 10VG233 dövlət nömrə nişanlı, Şassi: KL5UK42HEAU003242, buraxılış ili: 2009-cu il; 10VG433 dövlət nömrə nişanlı Daewoo (model BS090) markalı sərnişin daşınma avtobuslarını girov saxlayan girov kimi təqdim etmişdir. Həmin Müqavilənin 2.1-ci bənində əsasən, tərəflərin razılığı ilə girov predmeti 738000 manat dəyərində qiymətləndirilmişdir. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 077248 nömrəli xx xxxx 2013-cü il tarixli çıxarışın surətindən görünür ki, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilə üzrə ipoteka qoyan şəxs: X5, Nəqliyyat vasitəsi: Daewoo (model BS090) markalı ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, ipoteka saxlayan İddiaçı ASC 20 saylı filialı. -xx xxxxxx 2015-ci il tarixdə bağlanan İddiaçı ASC 20 saylı filialı ilə borcalan hüquqi şəxs X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavə (ödəniş cədvəli) xx xxxxxx 2015-ci il tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların xx.xx.2017-ci il tarixədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların xx.xx.2019-cu il tarixinədək yenidən 100 faiz sığortalanması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin digər şərtlərinin dəyişməz olaraq qalması razılaşdırılmışdır. - LPO İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 646889 (altı yüz qırx altı min səkkiz yüz səksən doqquz manat otuz beş qəpik) manat, faiz borcu üzrə 462297 (dörd yüz altmış iki min iki yüz doxsan yeddi manat səksən altı qəpik) manat, 143028 (bir yüz qırx üç min iyirmi səkkiz manat on yeddi qəpik) manat cərimə borcu, 48249 (qırx səkkiz min iki yüz qırx doqquz manat qırx beş qəpik) manat AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan və illik faiz dərəcəsi 5% olan borc olmaqla, cəmi ******* (bir milyon üç yüz min dörd yüz altmış dörd səksən üç qəpik) manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş xx.xx.2019-cu il tarixli, 8164 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2013-cü il tarixli 42AV/F20-13 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2018-ci il tarixə X3 İddiaçı ASC-yə olan borcu 742379,72 manat (əsas borc üzrə-591665,71 manat, faiz borcu üzrə 150714,01 manat) məbləğində müəyyən edilir. Eyni zamanda tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarına əsasən xx xxxx 2013-cü il tarixli, 42AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə X5 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 10.000 AZN məbləğində ödəniş edilmişdir. 10.000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə 732.379,72 manat (əsas borc üzrə-591665,71 manat, faiz borcu üzrə 150714,01 manat - 10.000,00 manat) məbləğində borcu qalacağı müəyyən edilmişdir. - “X8” MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş xx.xx.2020-ci il tarixli, ƏEM/D 44-733/20 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, mərkəzin qarşısında qoyulmuş sual üzrə ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobusların ümumi bazar qiyməti 639000 (9 X 71000 manat) manat təşkil edir. -İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış bildirişin qeydə alınması barədə ərizədən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən sonuncuya xx.xx.2015-ci il tarixdə bildiriş göndərilmiş və bu halın nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri ilə nizama salınır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin 20 saylı filialı (borcverən) ilə X5 (borc alan) arasında xx xxxx 2013-cü il tarixli 42AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borc verən borc alana 627300 (alti yüz iyirmi yeddi min üç yüz) manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə bağlanan İddiaçı ASC 20 saylı filialı ilə borcalan hüquqi şəxs X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən isə borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kreditin kapitallaşdırılması, borcverən ilə borcalan arasında imzalanmış xx.xx.2013-cü il tarixli 49AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması və kredit müqaviləsinə 1 nömrəli əlavə (ödəniş cədvəli) xx xxxxxx 2015-ci il tarixində yenisi ilə əvəz olunması, kredit müqaviləsi üzrə çıxış edən təminatların xx.xx.2017-ci il tarixədək sığortalı olduğunu nəzərə alaraq mövcud sığorta müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış təminatların xx.xx.2019-cu il tarixinədək yenidən 100 faiz sığortalanması razılaşdırılmışdır. Cavabdeh tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8164 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, həmin rəydə qeyd edilən əsas borc məbləği və faiz məbləğləri cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx xxxx 2013-cü il tarixli 42AV/F20-13 nömrəli təminatlı Kredit müqaviləsi üzrə tələb olunan 143028 manat cərimə məbləğinin 59166 manat həddinədək azaldılmasını ədalətli hesab edir. İddiaçı Mülki Məcəllənin 445-ci maddəsinə əsasən əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbindən hesablanmış 48249 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən əsas borc 1 il 5 ay (xx.xx.2019-u il tarixdən xx.xx.2020-ci il tarixədək) gecikdirilmişdir. Ona görə də iddiaçı cavabdehdən yalnız qeyd olunan müddətə görə hesablanmış 44128,40 manat pulun tutulmasını tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması əsaslarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilsin. Məhkəmə qeyd edir ki, ümumilikdə 350 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 xx xxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə 591665.71 manat əsas, 140714,01 manat faiz borcu, 59166 manat və borcun ödənilməsini gecikdirdiyi cərimə üzrə 44128,40 manat olmaqla cəmi 835674,11 manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, X1 mülkiyyətində olan ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtotobuslara yönəldilməli, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və əmlakın satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx xxxx 2013-cü il tarixli 49AV/F20-13 saylı kredit müqaviləsi üzrə 591665.71 (beş yüz doxsan bir min altı yüz altmış beş manat yetmiş bir qəpik) manat əsas, 140714,01 (yüz qırx min yeddi yüz on dörd manat bir qəpik) manat faiz borcu, 59166 (əlli doqquz min yüz altmış altı) manat və borcun ödənilməsini gecikdirilməsi üzrə 44128,40 (qırx dörd min yüz iyirmi səkkiz manat qırx qəpik) manat cərimə olmaqla cəmi 835674,11 (səkkiz yüz otuz beş min altı yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət haqqı cavabdeh X2 tutularaq Ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. X1 mülkiyyətində olan ** VG ***, ** VF ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG ***, ** VG *** dövlət nömrə nişanlı DAEWOO BS090 markalı avtobuslara yönəldilsin. Qeyd edilən əmlaklar açıq hərracdan satılsın və əmlakların satışından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilsin. Cavabdeh X2 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Cavabdeh X2 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq “X8” MMC-nin hesabına (hesab:VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, X11 ASC, VÖEN:**********, Müxbir Hesab:AZ25nabz********************, KOD:505594 SWİFT: GUNAAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-10/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-10/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver