Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1067/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı2 oglunun, Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 cavabdeh "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti ilə "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 1 saylı Əlavəsinə əsasən 1.230.000 manat məbləğində razılaşdırılmış borc məbləğinin ödənilməsinə dair bağlanmış xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı2 qarşı cavabdehlərdən müştərək qaydada 1.340.000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.245.000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 cavabdeh "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti ilə "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 1 saylı Əlavəsinə əsasən 1.230.000 manat məbləğində razılaşdırılmış borc məbləğinin ödənilməsinə dair bağlanmış xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qərardadına əsasən işlər bir icraatda, Bakı kommersiya məhkəməsinin icraatında olan işlə birləşdirilmişdir. Bakı kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçı "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı2 qarşı cavabdehlərdən müştərək qaydada 1.245.000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilmişdir. İddiaçı2 oglu məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, ’’X5 GmbH- "Cavabdeh1” Məhdud Məsuliyyətli Cəmiyyəti və ”İddiaçı1”Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında Müqavilənin 1 saylı Əlavəsinə əsasən ******* (bir milyon beş yüz min) manat məbləğində razılaşdırılmış borc məbləği ödəniş cədvəlinə uyğun olaraq xx xxxxxx 2020-ci ilə qədər ”İddiaçı1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidır. Həmin məbləğdən xx xxxxxx 2018-ci il tarixdə 70000(yetmiş min), xx xxxxxx 2018-ci il tarixdə 65000 (altmiş beş. min), xx xxxxxx 2018-ci il tarixdə 15000( on beş min), xx xxxx 2018-ci il tarixdə 10000( on min) manat, sonra - 95 000 (doxsan beş min )manat və sonuncu olaraq- 15 (on büş min) ,ümumilikdə 270000 (iki yüz yetmiş min) manat məbləğində borc ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixdə ’’Cavabdeh1’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə Direktor təyin olunmuşdur. Bu barədə müvafiq qərar və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qrumunun Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. O, ’’Cavabdeh4 ” Məhdud Məsuliyyətli Cəmiyyətinə Direktor təyin olunan zaman təsisçi tərəfindən əmin etmişlər ki, bir təsisçi kimi yaxın günlərdə daxili imkanlar hesabına və eyni zamanda şirkətin balansında olan əmlakların satılması hesabına borcun bağlanması təmin ediləcəkdir. Danışıqların nəticəsi olaraq mübahisə məhkəmə müstəvisinə çıxmasın deyə ’’Cavabdeh4” MMC-nin direktoru olaraq, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinin imzalanmasına razılaşmışdır. Ancaq son araşdırma zamanı həmin müqavilə üzrə borcun ödənilməsi üçün hər hansı vəsaitin və ya əmlakın olmadığı qənaitinə gəldikdə həmin xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə dair mübahisə açmağı zəruri hesab etmişdir. Cavabdeh1-nin direktoru vəzifəsindən azad olunmağı haqqında rəsmi olaraq təsisçiyə müraciət etmişdir. Qeyd olunan borc müqaviləsi onun ’’Cavabdeh1” MMC-yə səlahiyyətli şəxs olaraq təyin olunduğu vaxtdan xeyli əvvəl yarandığından belə bir Zaminlik müqaviləsi heç bir əsas olmadan onu ağır və çıxılmaz vəziyyətə salır. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 oglu məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxx 2019-cu il tarixli “X5” GmbH, Cavabdeh1 və Cavabdeh3 ASC arasında baglanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqaviləyə 2 saylı əlavədən görünür ki, borcun 100000 manat məbləgində olan hissəsi ”Cavabdeh1” MMC tərəfindən xx xxxxx 2019-cu il tarixinədək ödənilməlidir, ******* məbləgində olan hissəsi cədvəl üzrə xx xxxxxx 2020-ci il tarixədək ”Cavabdeh1” MMC tərəfindən ödəniləcəkdir. xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Açıq səhmdar cəmiyyəti ilə Zamin İddiaçı2 oglu və nizamnaməyə əsasən fəaliyyət göstərən borclu "Cavabdeh1" məhdud məsuliyyətli cəmiyyəti arasında zaminlik müqaviləsi baglanmış, Zamin Bank qarşısında “X5” GmbH, ”Cavabdeh1” MMC və Cavabdeh3 ASC arasında baglanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqında müqavilənin və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin o cümlədən borclunun ******* manat məbləgində borcun ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ”Cavabdeh1” MMC xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi İddiaçı2 ogludur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx xxxxx 2019-cu il tarixli “X5” GmbH, Cavabdeh1 və Cavabdeh3 ASC arasında baglanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqaviləyə 2 saylı əlavəyə əsasən borcun 100000 manat məbləgində olan hissəsi ”Cavabdeh1” MMC tərəfindən xx xxxxx 2019-cu il tarixinədək ödənilməsi, ******* məbləgində olan hissəsi cədvəl üzrə xx xxxxxx 2020-ci il tarixədək ”Cavabdeh1” MMC tərəfindən ödəniləcəyi barədə tərəflər arasında müqavilə baglanmışdır. Həmin tarixdə baglanmış Zaminlik müqaviləsinə əsasən Zamin İddiaçı2 oglu Bank qarşısında “X5” GmbH, ”Cavabdeh1” MMC və Cavabdeh3 ASC arasında baglanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqında müqavilənin və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin o cümlədən borclunun ******* manat məbləgində borcun ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx xxxxx 2019-cu il -ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X3 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 cavabdeh "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "Cavabdeh3" Açıq Səhmdar Cəmiyyəti ilə "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli barışıq razılaşması haqqında müqavilənin 1 saylı Əlavəsinə əsasən 1.230.000 manat məbləğində razılaşdırılmış borc məbləğinin ödənilməsinə dair bağlanmış xx xxxxx 2019-cu il tarixli Zaminlik müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-1067/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1067/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver