Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1083/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1dən və Cavabdeh2 sığorta ödənişinin əvəzi olaraq 1.025 manat məbləğində pul vəsaitinin və 30,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1-yə məxsus ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari slğortası növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh2 idarə etdiyi həmin avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ** RV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** RV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1.025 manat məbləğində müəyyən edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, ** RV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 1.025 manat sığorta ödənişinin zərər çəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (sığortaçı) ilə “X1” MMC (sığortalı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən Cavabdeh1-yə məxsus ** PR *** dövlət qeydiyyat nömrəli, “Nissan Sentra” markalı avtomobil nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmışdır.Həmin müqavilənin qüvvədə olduğu müddət ərzində xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş - sığortalanmış avtomobili idarə edən Cavabdeh2 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmiş və hadisə nəticəsində **-RV-*** dövlət qeydiyyat nömrəli, Mercedes-Benz 190 markalı avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhəri DYPŞ-nin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərarı ilə S.X3 Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Həmin qərarla həmçinin müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Cavabdeh2 hadisə yerindən yayınmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən hadisə nəticəsində **-RV-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz 190” markalı avtomobilə dəymiş zərər 1.025 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən həmin avtomobilin mülkiyyətçisinə 1.025 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda İddiaçı 1.025 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1108, 936, “İcbari Sığortalar” haqqında AR Qanununun 63.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar” haqqında AR Qanununun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin qanunun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edən 25-ci maddəsinin 2-ci hissəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, işin yuxarıda göstərilən halları və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, İddiaçı-də mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış, Cavabdeh1-yə məxsus ** PR *** dövlət qeydiyyat nömrəli, “Nissan Sentra” markalı avtomobilinin sürücüsü Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində ** RV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtomobilə zərər dəymişdir. Nəticədə Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin zərər vuran şəxs Cavabdeh2, eləcə onun məsuliyyəti sığortalamış İddiaçı-yə qarşı dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Digər tərəfdən iş materialları ilə təsdiq edilir ki, İddiaçı tərəfindən dəymiş zərərin əvəzi olaraq 1025 manat məbləğində sığorta ödənişi zərər çəkmiş şəxsə köçürülmüşdür. Delikt törətmiş Cavabdeh2 hadisə yerindən yayındığından Mülki Məcəllənin 936 və “İcbari Sığortalar haqqında” qanunun 63.1-ci maddəsinə əsasən İddiaçı-nin Cavabdeh2 qarşı sığorta ödənişi həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi zərər çəkmiş şəxsin zərər vurmuş şəxs Cavabdeh2 qarşı zərərin ödənilməsi ilə bağlı tələb hüququ ödənilmiş sığorta ödənişi həddində, yəni 1025 manat həcmində İddiaçı-yə subroqasiya qaydasında keçdiyindən İddiaçı 1025 manat məbləğində pul vəsaitini Cavabdeh2 suğroqasiya qaydasında tələb etməkdə haqlıdır. İddia tələbinin Cavabdeh1-yə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” qanununun yuxarıda göstərilən müddəalarından da göründüyü kimi sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu hallar istisna olmaqla icbari sığorta üzrə sığortaçının subroqasiya hüququ yalnız hadisəni törətmiş şəxsə qarşı yaranır. Hazırkı işdə isə İddiaçı subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbini hadisəni törətmiş Cavabdeh2la yanaşı zərər vuran avtomobilin mülkiyyətçisi olan Cavabdeh1-yə qarşı irəli sürdüyü halda sürücü Cavabdeh2 Cavabdeh1-nin işçisi olduğunu və ya Cavabdeh1-nin nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğunu sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı-nin ödənilmiş sığorta ödənişinin əvəzi olaraq pulun tutulması tələbinə dair iddiası Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 sığorta ödənişinin əvəzi olaraq 1025 manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun və çəkilmiş xərclərin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 sığorta ödənişinin əvəzi olaraq 1025 (min iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1-yə münasibətdə iddia tələbi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1083/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1083/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver