Məhkəmə qərarları › İş №2-2(113)-11/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-11/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-11/2020 28.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı-nin cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialından İddiaçı-nin xeyrinə 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.255,884 ABŞ dolları, faiz borcu üzrə 2.574.809,04 ABŞ dolları, cərimə borcu üzrə 1.008.644,21 ABŞ dolları, cəmi 7.839.337,25 ABŞ dolları, 44K/12 nömrəli, xx xxxx 2012-ci il tarixli biznes kredit müqaviləsinə əsasən isə borc üzrə 2.875.784,45 ABŞ dolları, faiz borcu 1.739.848,55 ABŞ dolları, cərimə borcu üzrə 752.017,19 ABŞ dolları, cəmi 5.367.650,19 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin müştərilərə xidmət departamenti ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli biznes kredit müqaviləsinə əsasən illik 18%-lə, 36 ay müddətinə 4.805.000 ABŞ dolları, 44K/12 nömrəli, xx xxxx 2012-ci il tarixli biznes kredit müqaviləsinə əsasən isə illik 18%-lə, 36 ay müddətinə 3.650.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh “xxxx” MMC-yə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı-nin 1 saylı filialı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli və 44K/12 nömrəli, xx xxxx 2012-ci il tarixli kredit müqavilələrinə əsasən xx.xx.2016-cı il tarixə cavabdeh “xxxx” MMC-nin ləğv prosesində olan İddiaçı qarşısında 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.255,884 ABŞ dolları, faiz borcu 2.574.809,04 ABŞ dolları, cərimə borcu üzrə 1.008.644,21 v, cəmi 7.839.337,25 ABŞ dolları, 44K/12 nömrəli, xx xxxx 2012-ci il tarixli biznes kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 2.875.784,45 ABŞ dolları, faiz borcu üzrə 1.739.848,55 ABŞ dolları, cərimə borcu üzrə 752.017,19 ABŞ dolları, cəmi 5.367.650,19 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı müflis eıan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı-nin ləğvedicisi təyn edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialına qarşı pul tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, iddia ərizəsində xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit xətti müqavilələri üzrə borcun yaranması qeyd edilmişdir. İş materialları ilə tanış olan zaman həmin müqavilələrin surətinin məhkəməyə təqdim edildiyi göstərilmişdir. Sözügedən müqavilələr şirkətin rəhbərliyi tərəfindən imzalanmamış, kredit xətti üzrə kreditin məbləğinin verilməsinə dair əlavə saziş imzalanmamış, kreditin şirkətə verilməsini təsdiqləyən sənədlər mövcud deyildir. Bundan əlavə iş materialları ilə tanış olarkən bank tərəfindən pulun və ya kredit kartının vətəndaşa verməsini təsdiq edən sənəd eyni zamanda pulun cavabdehin hesabına köçürdüyünü təsdiq edən memorial orderə rast gəlmək olmur. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən, kredit xətti üzrə vəsatin ayrılması üçün kredit götürənin ödəmə tapşırığı və ya kredit müqaviləsinə əlavə saziş olmalıdır. Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili haqqında Mərkəzi Bankın xx.xx.2002-ci il tarixli qaydalarının 7.2-ci bəndinə əsasən, nağd pulun məxarici “pul çekləri”nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) əsasən həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli X1 Standartlarına, Kiçik və X4 üçün X1 Standartlarına və İctimai Sektor üçün X2 Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydalarına əsasən, banklarda və digər kredit təşkilatlarında sintetik uçot, pul köçürmələri, hesablaşmalar memorial orderlər vasitəsi ilə həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya yazılı etiraza uyğun izahat verərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (borc verən) ilə “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialı(borc alan) arasında bağlanılmış xx xxxx 2012-ci il tarixli, 44K/12 saylı Təminatsız Bərpa olunmayan X6nin: 1.1-ci bəndinə əsasən borc verən borc alana 3.650.000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 18 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən kredit xətti üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 18 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. 3.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 36 ay təşkil edir. 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirildikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı (borc verən) ilə “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialı(borc alan) arasında xx xxxxxx 2012-ci il tarixli, 58K/12 saylı Təminatsız Bərpa olunmayan X6 bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borc verən borc alana 4.805.000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 18 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən kredit xətti üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 18 faizlə hesablanır. Əsas kimi 1 ayda 30, 1 ildə isə 360 təqvim günü götürülür. 3.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 36 ay təşkil edir. 5.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 bank günündən artıq müddətdə gecikdirildikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən 44K/12 saylı müqavilə üzrə kreditin məbləği: 3.650.000 ABŞ dolları, kredit üzrə əsas borc: 2.875.784,45 ABŞ dolları, faiz borcu: 1.739.848,55 ABŞ dolları, cərimə borcu: 752.017,19 cəmi borc: 5.367.650,19 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən 58K/12 saylı müqavilə üzrə kreditin məbləği: 4.805,000 ABŞ dolları, kredit üzrə əsas borc: 4.255.884 ABŞ dolları, faiz borcu: 2.574.809,04 ABŞ dolları, cərimə borcu: 1.008.644,21 cəmi borc: 7.839.337,25 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 25104 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə “Petroleum Services Group SA” şirkəti arasında bağlanmış hər iki müqavilələr üzrə yəni xx xxxx 2012-ci il tarixli 44K/12 saylı Təminatsız Bərpa olunmayan X6 və xx xxxxxx 2012-ci il tarixli 58K/12 saylı Təminatsız Bərpa olunmayan X6 üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatlarında aparılmış ödənişlərin təyinatı xarici dilində olduğundan, eləcə də hər iki müqavilələr üzrə eyni hesab üzrə göstərildiyindən “Petroleum Services Group SA” şirkətinin İddiaçı-yə olan əsas, faiz və cərimə borcunu hesablamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 21794 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubundan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli üçün bir sıra materialların zəruruliyi barədə ekspertin vəsatətinə əsasən məhkəmə tərəfindən zəruri olan sənədlər tam təqdim olunmadığından materiallar geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31972 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubundan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli üçün bir sıra materialların zəruruliyi barədə ekspertin vəsatəti təmin olunmadığından materiallar geri qaytarılmışdır. xx.xx.2012-ci il tarixdə “Petroleum Services Group SA” şirkəti tərəfindən İddiaçı-nin İdarə Heyətinin sədrinə ünvanlanmış məktubla bildirilmişdir ki, ümumi dəyəri 14 000.000 (on dord milyon) ABŞ dolları təşkil edən, yardımçı avadanlıqlarla birlikdə 1 dəst neft qazma qülləsinin alışına dair ‘'Baghlan FZCCT (BƏƏ) şirkəti ilə “GSP Fortuna LTD" (Rumıniya) şirkəti arasında imzalanmış xx xxxxx 2012-cı il tarixli Kontraktın və bu Kontrakta "Petroleum Services Group SA şirkətinin Azərbaycan Respublikasındakı filialı olaraq onların 'Baghlan FZCO şirkəti və “GSP Fortuna LTD" şirkəti ilə imzaladıqları xx xxxx 2012-cı il tarixli 1 saylı Əlavənin kredit xətti çərçivəsində ilkin olaraq 3 650.000 00 (üç milyon altı yüz əlli min) ABŞ dolları məbləğinə 3 (üç) il müddətinə maliyyələşdirilməsi xahiş edilmiş, şirkət “Bahar" və “Qum adası” neft yataqlarının operatoru X7 Company (BEOC) şirkətinin neft quyularının servisinə dair keçirilmiş tenderin qalibidir və şirkətin bu xidmətdən (quyuların əsaslı, carı təmiri və s.) əldə etdiyi gündəlik gəlir 38.095.24 ABŞ dolları (5,5% ödəmə mənbəyində vergi daxil olmaqla) təşkil edir. xx.xx.2012-ci il tarixdə “Petroleum Services Group SA” şirkətinin baş direktoru Mustafa Sabir Dönmez tərəfindən İddiaçı-nin direktorunun vəzifəsini müvəqqəti icra edən A.Balıyevaya ərizə ilə müraciət edilərək “Petroleum Services Group SA” şirkətinə dövriyyə vəsaitiin artırılmasının maliyyələşdirilməsi üçün 36 ay müddətinə, illik 18 faizlə 3.650.000 ABŞ dolları məbləğində ssuda verilməsi xahiş edilmiş, tərəfindən bank qarşısında öhdəliyin yerinə yetirəcəyinə barədə zəmanət verilməsi bildirilmişdir. Ərizə cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin tarixli kredit verilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı tərəfindən “Petroleum Services Group SA” şirkətinin AR filialına 3.650.000 ABŞ dolları məbləğində kreditin verilməsi qərara alınmışdır. Həmin tarixli müddətli öhdəlikdən müəyyən edilir ki, 3.650.000 ABŞ dolları məbləğində borc öhdəliyini üzərinə götürmüş və öhdəliyin tam şəkildə bağlanma vaxtı çatdıqda həmin öhdəliyin şirkətin bank hesablarındakı vəsaitlər hesabına aksepsiz qaydada silinməsinə razılıq vermişdir. Xarici valyutanın köçürülməsi üçün xx.xx.2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Petroleum Services Group SA” şirkətinin AR filialı tərəfindən İ-24626-2 saylı bank hesabından 3.600.000 ABŞ dolları məbləğində pulun GSP Fortuna Limited şirkətinə ödənilməsi barədə tapşırıq verilmişdir. Həmin tapşırığa GSP Fortuna Limited şirkəti tərəfindən “Petroleum Services Group SA” şirkətinin AR filialına təqdim edilmiş 3.600.000 ABŞ dolları məbləğinə dair xx.xx.2012-ci il tarixli GSPFO 19 saylı invoys əlavə edilmişdir. xx.xx.2012-ci il tarixdə “Petroleum Services Group SA” şirkəti tərəfindən İddiaçı-nin İdarə Heyətinin sədrinə ünvanlanmış məktubla bildirilmişdir ki, ümumi dəyəri 14 000.000 (on dord milyon) ABŞ dolları təşkil edən, yardımçı avadanlıqlarla birlikdə 1 dəst neft qazma qülləsinin alışına dair ‘'Baghlan FZCCT (BƏƏ) şirkəti ilə “GSP Fortuna LTD" (Rumıniya) şirkəti arasında imzalanmış xx xxxxx 2012-cı il tarixli Kontraktın və bu Kontrakta "Petroleum Services Group SA şirkətinin Azərbaycan Respublikasındakı filialı olaraq onların 'Baghlan FZCO şirkəti və “GSP Fortuna LTD" şirkəti ilə imzaladıqları xx xxxx 2012-cı il tarixli 1 saylı Əlavənin kredit xətti çərçivəsində ilkin olaraq 4.800.000 ABŞ dolları məbləğinə 3 (üç) il müddətinə maliyyələşdirilməsi xahiş edilmiş, şirkət “Bahar" və “Qum adası” neft yataqlarının operatoru X8 Company (BEOC) şirkətinin neft quyularının servisinə dair keçirilmiş tenderin qalibidir və şirkətin bu xidmətdən (quyuların əsaslı, carı təmiri və s.) əldə etdiyi gündəlik gəlir 38.095.24 ABŞ dolları (5,5% ödəmə mənbəyində vergi daxil olmaqla) təşkil edir. xx.xx.2012-ci il tarixdə “Petroleum Services Group SA” şirkətinin baş direktoru Mustafa Sabir Dönmez tərəfindən İddiaçı-nin direktorunun vəzifəsini müvəqqəti icra edən A.Balıyevaya ərizə ilə müraciət edilərək Petroleum Services Group SA” şirkətinə dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün 36 ay müddətinə, illik 18 faizlə 4.805.000 ABŞ dolları məbləğində ssuda verilməsi xahiş edilmiş, tərəfindən bank qarşısında öhdəliyin yerinə yetirəcəyi barədə zəmanət verilməsi bildirilmişdir. Ərizə cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. Xarici valyutanın köçürülməsi üçün 02.0/8.2012-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Petroleum Services Group SA” şirkətinin AR filialı tərəfindən İ-24626-2 saylı bank hesabından 4.800.000 ABŞ dolları məbləğində pulun GSP Fortuna Limited şirkətinə ödənilməsi barədə tapşırıq verilmişdir. Həmin tapşırığa GSP Fortuna Limited şirkəti tərəfindən “Petroleum Services Group SA” şirkətinin AR filialına təqdim edilmiş 4.800.000 ABŞ dolları məbləğinə dair xx.xx.2012-ci il tarixli GSPFO 23 saylı invoys əlavə edilmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx xxxxxxx 2020ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı ilə “Petroleum Services Group SA” şirkəti arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 44K/12 saylı Təminatsız Bərpa olunmayan X6 və xx xxxxxx 2012-ci il tarixli, 58K/12 saylı Təminatsız Bərpa olunmayan X6 əsasında cavabdeh X3 pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi) və kredit müqavilələrin əsilləri arxivdə aşkar olunmamışdır. İddiaçı tərəfindən "Petroleum Services Group SA” şirkətinin AR filialına ünvanlanmış xx.xx.2016-cı il tarixli pretenziya məktubuna əsasən kredit müqavilələri üzrə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı onunla cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanılmış xx xxxx 2012-ci il tarixli, 44K/12 saylı və xx xxxxxx 2012-ci il tarixli, 58K/12 saylı kredit xətti müqavilələri üzrə “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialının banka əsas, faiz və cərimə borclarının olmasını iddia edir və həmin borcların tutulmasını tələb edir. Cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialı isə mübahisəli kredit müqavilələrinin cavabdeh tərəfindən imzalanmamasına, kredit xətti üzrə kredit məbləğlərinin verilməsinə dair əlavə sazişlərin mövcud olmamasına, kredit xətti müqavilələrinin əslinin və həmin müqavilələrə əsasən kredit məbləğlərinin cavabdehə verilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsinə istinad edərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2012 və xx.xx.2012-ci il tarixli mübahisəli kredit xətti müqavilələrinə əsasən müvafiq kredit məbləğlərinin İddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülməsi cavabdehin məhkəməyə təqdim etdiyi İ-24626-2 saylı bank hesabından çıxarışla öz təsdiqini tapır. Belə ki, həmin çıxarışdan da göründüyü kimi xx.xx.2012-ci il tarixdə 3.650.000 ABŞ dolları və xx.xx.2012-ci il tarixdə 4.805.000 ABŞ dolları həcmində kredit məbləğləri cavabdehin bank hesabına köçürülmüşdür. Digər tərəfdən iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edilir ki, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərində cavabdeh şirkət tərəfindən banka məktub və ərizələrlə müraciət edilərək GSP Fortuna Limited şirkəti ilə aralarında bağlanmış müqavilənin maliyyələşdirilməsi məqsədilə bank tərəfindən şirkətə müvafiq olaraq 3.600.000 və 4.800.000 Abş dolları məbləğində ssuda verilməsi xahiş edilmişdir. Həmin müraciətlərə əsasən kredit xətti müqavilələrinin bağlandığı və kredit məbləğlərinin cavabdehin bank hesabına köçürüldüyü tarixlərdə (xx.xx.2012 və xx.xx.2012) isə cavabdeh şirkət tərəfindən banka kredit məbləğləri həcmində pul vəsaitlərinin (müvafiq olaraq 3.600.000 və 4.800.000 ABŞ dolları) GSP Fortuna Limited şirkətinə köçürülməsi barədə ödəniş tapşırıqları verilmiş və həmin tapşırıqlar icra edilərək müvafiq məbləğlər cavabdehin bank hesabından GSP Fortuna Limited şirkətinin bank hesabına köçürülmüşdür. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmədə verdiyi izahatında cavabdeh şirkətin kredit verilməsi barədə ərizələrlə banka müraciət etməsini, cavabdehin ödəniş tapşırıqlarına əsasən ona məxsus bank hesabından müvafiq olaraq 3.600.000 və 4.800.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin GSP Fortuna Limited şirkətinin bank hesabına köçürülməsini inkar etməmiş, lakin eyni zamanda bildirmişdir ki, göstərilən hallar kredit xətti müqavilələri üzrə kredit məbləğlərinin cavabdehə verilməsini və sözügedən ödəniş tapşırıqlarının kredit məbləğləri hesabına icra edilməsini təsdiq etmir, belə ki, cavabdeh şirkət uzun illər ərzində bankın müştərisi olmuş və onun GSP Fortuna Limited şirkətinə müvafiq ödənişlərin həyata keçirilməsi üçün cari bank hesabında kifayət qədər vəsaiti olmuşdur. Məhkəmə cavabdehin məhz GSP Fortuna Limited şirkəti ilə bağlanmış müqavilənin maliyyələşdirilməsi üçün kredit verilməsi barədə banka müraciət etdiyini, eləcə də sözügedən ödəniş tapşırıqlarına əsasən GSP Fortuna Limited şirkətinə pul köçürmələrinin kredit müqavilələrin bağlandığı tarixlərdə aparıldığını nəzərə alaraq cavabdehin irəli sürdüyü qeyd edilən dəlillərlə razılaşmır və hesab edir ki, işin yuxarıda göstərilən hallarının məcmusu mübahisəli kredit xətti müqavilələrində göstərilmiş kredit məbləğlərinin bank tərəfindən cavabdehin bank hesabına köçürülməsi və cavabdeh tərəfindən həmin pul vəsaitlərindən istifadə edilməsi barədə nəticəyə gəlməyə əsas verir. Mübahisəli müqavilələrə əsasən kredit məbləğlərinin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderlərinin, memorial orderlərinin, kredit xətti müqavilələrinin əslinin, kreditin xətti müqavilələrinə əsasən bağlanmış əlavə sazişlərin məhkəməyə təqdim edilməməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla yuxarıda şərh edildiyi kimi kredit məbləğləri kredit xətti müqavilələrinə göstərilmiş bank hesabına köçürüldüyündən, yəni həmin məbləğlər kassa vasitəsilə nağd şəkildə cavabdehə təqdim edilmədiyindən həmin məbləğlərin təqdim edilməsinə dair kassa məxaric orderləri mövcud deyildir. Kredit xətti müqavilələrin əslinin bankda saxlanılmaması, memorial orderlərin tərtib edilməməsi, eləcə də bank tərəfindən kredit verilməsi zamanı yol verilmiş digər prosessual pozuntulara gəldikdə isə məhkəmə hesab edir ki, həmin pozuntular kredit alanı kredit xətti müqavilələrinə əsasən götürmüş kredit məbləğlərinin və həmin məbləğlərə hesablanmış faizlərin ödənilməsi öhdəliyindən azad etmir. Kredit xətti müqavilələrinin tərəflərindən imzalanmaması barədə cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikasındakı Filialının istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh şirkətin kredit ayrılması barədə banka ünvanladığı müraciətlərini, sonradan həmin kredit məbləğlərinin müqavilələrdə göstərilmiş bank hesablarına köçürməsini və şirkətin həmin məbləğlərdən istifadə etməsini nəzərə alsaq həmin dəlillər də inandırıcı görünmür. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı (borc verən) ilə“ cavabdeh Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialı (borc alan) arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 44K/12 saylı X6nə əsasən bank tərəfindən cavabdehə 3.650.000 ABŞ dolları məbləğində, xx xxxxxx 2012-ci il tarixli, 58K/12 saylı X6nəəsasən isə 4.805.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. İddiaçı həmin müqavilələr üzrə öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğlərini cavabdeh şirkətin bank hesabına köçürsə də, cavabdeh şirkət tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka həmin kredit xətti müqavilələri üzrə əsas və faiz borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcunun məbləğlərinə gəldikdə məhkəmə qeyd edir ki, mübahisəli kredit xətti müqavilələri üzə cavabdehin iddiaçıya olan əsas və faiz borclarının məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspert rəyinin verilməsindən müxtəlif əsaslarla imtina edilmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfindən məhkəmə araşdırması gedişində kredit xətti müqavilələri üzrə əsas və faiz borclarının düzgün hesablanmaması barədə hər hansı dəlil irəli sürülmədiyini, eləcə də bankın hesablamasının düzgün olmamasını (məsələn, müqavilələr üzrə əlavə ödənişlərin edilməsini və həmin ödənişlərin nəzərə alınmamasını və s.) təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə olaraq mübahisəli kredit xətti müqavilələri üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borc məbləğlərinin iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən edilməsini mümkün hesab edir. 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli X6nə üzrə 1.008.644,21 ABŞ dolları məbləğində və 44K/12 nömrəli, xx xxxx 2012-ci il tarixli X6nə əsasən isə 752.017,19 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulması barədə iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialının kredit xətti müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə cərimə tutulmalıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan cərimənin azaldılaraq 58K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə üzrə 75.000 ABŞ dolları məbləğində və 44K/12 nömrəli, xx xxxx 2012ci il tarixli biznes kredit müqaviləsinə əsasən isə 50.000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialından 44K/12 saylı, xx.xx.2012-cı il tarixli kredit müqaviləsi üzrə 2.875.784,45 ABŞ dolları məbləğində əsas borc, 1.739.848,55 ABŞ dolları məbləğində faiz borcu, 50.000 ABŞ dolları məbləğində cərimə, cəmi 4.665.633 ABŞ dolları, 58K/12 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4.255.884 ABŞ dolları məbləğində əsas borc, 2.574.809,04 ABŞ dolları məbləğində faiz borcu, 75.000 ABŞ dolları məbləğində cərimə cəmi 6.905.693,04 ABŞ dolları, ümumilikdə 11.571.326 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun və işə baxılması ilə bağlı xərclərin əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Petroleum Services Group SA” şirkətinin Azərbaycan Respublikası Filialından 44K/12 saylı, xx.xx.2012-cı il tarixli kredit müqaviləsi üzrə 2.875.784,45 ABŞ dolları məbləğində əsas borc, 1.739.848,55 ABŞ dolları məbləğində faiz borcu, 50.000 ABŞ dolları məbləğində cərimə, cəmi 4.665.633 ABŞ dolları, 58K/12 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 4.255.884 ABŞ dolları məbləğində əsas borc, 2.574.809,04 ABŞ dolları məbləğində faiz borcu, 75.000 ABŞ dolları məbləğində cərimə, cəmi 6.905.693,04 ABŞ dolları, ümumilikdə 11.571.326 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun və işə baxılması ilə bağlı xərclərin əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar